Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-201/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X6 Barəsində xüsusi ittiham X4 qaydasında şikayət verilmiş şəxs: iştirakları ilə xx.xx.1989-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: 3JQCLDM), evli, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 06, mənzil 19-da qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X1 Orxan Qılman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək göstərmişdir ki, o, İ dərəcəli əlil, Daxili İşlər Nazirliyinin zabiti, pensiyaçıdır. O, pensiyasının düz hesablanmamasına görə Daxili İşlər Nazirliyinə qarşı 2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsidə iddia qaldırmış, X15 öncə iddianı mümkün saymış, sonradan Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, Daxili İşlər Nazirliyinin “saxta” vəkili və nümayəndəsi Əlirza Həbilovun kənardan sifarişlə iddianı mümkün saymayacağına bildiriş vermişdir. X16 Nazirliyinə və digər hüquq mühafizə orqanlarına şikayətlərindən sonra Əlirza Həbilovun “saxta” vəkilliyi və nümayədəliyinə son qoyulmuşdur. Lakin, xx.xx.2022-ci il tarixli iclasda, hazırda Vəkillər Kollegiyasının Aparat rəhbəri olan, 3 ilin vəkili Orxan Babayev heç bir hüquqverici sənəd olmadan Daxili İşlər Nazirliyinin vəkili kimi iclasa qatılmışdır. X10 tələbinə baxmayaraq, həmin vəkilin nə etibarnaməsinin, nə də digər hüquqverici sənədinin olmasını yoxlamamış və bəlli olmuşdur ki, barəsində şikayət verdiyi şəxs Orxan Babayevi məhkəməyə Əlirza Həbilov saxta qərardadla göndərmişdir. Orxan Babayev Bakı Apellyasiya Məhkəməsinin iclasında da Daxili İşlər Nazirliyinin vəkili və nümayəndəsi kimi iştirak etmiş, məhkəmə müdafiəçi, hüquqi yardım hüququna qeyri-prosessual qadağa qoydurmuşdur. Vətəndaşın konstitusion hüququna qadağa qoymaq, məhkəməyə saxta sənədlər təqdim etmək ağır cinayətdir və daha ağır maddə ilə təqib olunmalıdır. Lakin, prokurorluq bu cinayət faktına hüquqi qiymət verməmişdir. Onun şikayəti Cinayət- Prosessual Məcəlləsinin 302.1.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında deyil, ictimai və ya xüsusi ittiham qaydasında araşdırılmalıdır. Ona görə də Cinayət-Prosessual Məcəlləsinin 302.2.2-ci maddəsinə əsasən şikayəti istintaq aidiyyəti üzrə göndərilməlidir. Qeyd olunanları nəzərə alaraq X4 Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən 06 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılması və Cinayət-Prosessual Məcəlləsinin 302.2.2-ci maddəsinə əsasən istintaqın aidiyyəti üzrə göndərilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 bildirdi ki, Məğrub Bədəllinin hazırkı ittihamı mülahizə xarakter daşıyır və heç bir hüquqi əsası yoxdur. Belə ki, sübutların qiymətləndirilməsi məhkəmənin səlahiyyətindədir və Bakı İnzibati Məhkəməsində işə baxılarkən məhkəməyə saxta sənəd təqdim edilməsi faktı öz əksini tapmamışdır. Həmçinin, şikayətçi tərəfindən ittihamı təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. M.Bədəlli artıq ikinci məhkəmə iclasında iştirak etmir, Cinayət- Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə əsasən onun səhhətilə bağlı və həyatına real təhdid, təhlükə olduğundan cinayət mühakimə icraatının onun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsini xahiş etsə də, bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmiş, yalnız mülahizəsinə əsaslanmışdır. Məsələ ilə bağlı M.X13 Nazirliyinə də, Vəkillər Kollegiyasına da müraciət etmiş, onun bu müraciətlərinə qanunvericiliyin tələblərinə uyğun da cavablar verilmişdir. Həmçinin, M.Bədəlli tərəfindən şikayətin məzmunu qanunvericiliyin tələblərinə uyğun hazırlanmamış, sonuncu tərəfindən şikayətinin ictimai və ya ictimai-xüsusi qaydada araşdırılmalı olduğu qeyd edilmişdir. Şikayətin icraata qəbul edilməsindən imtina olumasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və ya onun nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş, bunu təsdiq edən heç bir sübutu təqdim etməmişdir. Belə ki, şikayət vermiş şəxs X7 xx.xx.2025-ci il tarixə təyin edilmiş əvvəlki məhkəmə iclasında iştirak etməmiş və hazırki iclasa da gəlməmişdir. Eyni zamanda o, “elektron kabinet” vasitəsilə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Hospitalında müalicədə olduğundan, habelə səhhəti ilə bağlı və həyatına real təhdid, təhlükə olduğundan Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə əsasən məhkəmə iclasının videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 İşlər Nazirliyinin Hospitalında müalicədə aldığını bildirsə də, o, bununla bağlı heç bir sənəd (arayış və s.) məhkəməyə təqdim etməmişdir. Həmçinin, M.Bədəlli həyatına real təhdid, təhlükə olduğundan Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə əsasən məhkəmə iclasının videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsini xahiş etmiş, lakin bu təhdid və təhlükənin real olaraq nədən ibarət olmasını təsdiq edə bilən hər-hansı dəlili məhkəməyə verməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında prosessual hərəkətlər bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda (51-2.1.1-ci maddə) şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, xüsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayəthüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə X3 məhkəmə iclasının videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsinə dair vəsatətinin təmin olunmasını məqsədəuyğun hesab etmir. Eyni zamanda, X7 şikayətində qeyd edir ki, hazırkı şikayətlə bağlı cinayət təqibi xüsusi ittiham qaydasında deyil, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilməlidir. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət vermiş şəxs məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə görə bu Məcəllənin 302.1.2- 302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-201/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-201/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver