Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-202/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 Müdafiəçi: “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, Qubadlı rayonu, Aşağı Mollu kəndində qeydiyyatda olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 326.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə və Cinayət Məcəlləsinin 69.3cü maddəsi nəzərə alınaraq qəti olaraq 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 oktyabr 2024-cü il tarixdə, saat 14 radələrində ünvan 1 ünvanda yerləşən “Ucuzluq” geyim əşyalarının satışı mağazasının fəaliyyət göstərdiyi vaxtda oraya müştəri qismində daxil olub mağazada olan şəxslərin hiss etmədiyi şəraitdə asılqandan asılmış Zərərçəkmiş şəxs1 məxsus gödəkcənin cibindən içərisində 1.100 manat nağd pul olan 15 manat dəyərində pul kisəsini gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1.115 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, eyni niyyətlə 24 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanda yerləşən “Park 20 Shopping” Ticarət Mərkəzində fəaliyyət göstərən “Elmas” kişi geyimlərinin satışı mağazasına müştəri qismində daxil olub mağazada olan şəxslərin hiss etmədiyi şəraitdə divanın üzərində olan Zərərçəkmiş şəxs2 məxsus gödəkcənin cibindən 3.625 manat nağd pulu gizli olaraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 24 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində “20 Yanvar” dairəsi yaxınlığında yerləşən mağazaya oğluna paltar almaq məqsədilə daxil olmuş və paltarlara baxan zaman divanın üzərində idman gödəkcəsinin cibində pul olduğunu görərək onu götürüb mağazadan çıxmışdır. Sonra avtomobili ilə Saray qəsəbəsinə gəlmiş, oradan avtomobili üçün 60 manatlıq işlənmiş təkər və 20 manatlıq benzin alaraq Novxanı qəsəbəsi istiqamətində gedərkən polis tərəfindən saxlanılmışdır. Onun üzərindən 4.000 manat pul aşkar edilərək götürülsə də, nədəndə guya 2.600 manatın olduğu göstərilmişdir. 12 oktyabr 2024-cü il tarixdə isə ünvan 1 ünvanda yerləşən “Ucuzluq” mağazasından oğurluq etməmişdir. O, tez-tez bu mağazadan bazarlıq etdiyi üçün həmin günü də oraya getmiş, lakin Zərərçəkmiş şəxs1 gödəkcəsinin cibindən pul kisəsini götürməmişdir. Bu hadisəni ilkin eitraf etməsinə onu polis əməkdaşları məcbur etmişlər. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 12 oktyabr 2024-cü il tarixdə, təxminən saat 14 radələrində ünvan 1 ünvanda yerləşən “Ucuzluq” geyim əşyalarının satışı mağazasında pencəklərə baxmış, öz gödəkcəsini çıxarıb açıq yerdə olan asılqandan asmışdır. Mağazada Təqsirləndirilən şəxs də görmüşdür. Tofiq mağazadan çıxdıqdan 2-3 dəqiqə sonra o da gödəkcəsini geyinib çıxmaq istəmiş, lakin gödəkcənin cibində yüngüllük hiss etmiş və pul qabının oğurlandığını anlamışdır. Pul qabının içərisində 1.100 manat pul, sürücülük vəsiqəsi və bank kartları olmuşdur. Kisəni bir müddət əvvəl 15 manata almışdır. Məsələ barədə mağazada satıcıya yaxınlaşıb məlumat vermiş, daha sonra orada olan müşahidə kameralarına baxdıqda Tofiqin bir əli ilə paltarlara baxdığını, bir əli ilə isə onun gödəkcəsinin cibi tərəfdə nəsə etdiyini görmüşdür. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 Fransa Respublikasında olduğu üçün məhkəmədə iştirak edə bilməmiş və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməsi barədə məhkəməyə müraciət ünvanlamışdır. Tərəflərin razılığı ilə həmin ifadə elan edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsinə əsasən o, 24 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində ünvan 2 ünvanda yerləşən “Park 20 Shopping” Ticarət Mərkəzində fəaliyyət göstərən “Elmas” kişi geyimlərinin satışı mağazasına daha əvvəl dərziyə verdiyi pencəyini götürmək üçün gəlmişdir. Gödəkcəni dərzidən alıb geyinmək üçün əynində olan gödəkcəni çıxarıb divanın üzərinə qoymuşdur. Həmin vaxtı orada ondan başqa bir nəfər müştəri də var idi. O, bir anlıq divandan ayrılıb kənarda asılmış pencəklərə baxan zaman gödəkcəsi nəzərindən kənarda qalmışdır. Təxminən 2-3 dəqiqə sonra o, anidən divanın üzərində olan gödəkcəsinin cibinin açıq olduğunu görmüş və cibindəki 3.625 manat pulun olmadığını, həmin şəxsin də mağazadan artıq getdiyini görmüşdür (İ cild, i.v.31-33). Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • "Götürmə və baxış keçirmə haqqında” 25 oktyabr 2024-ci il tarixli protokola və fotoşəkillərə əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus C26936791, C75325002, C38827464, C56627327, C89372874, C74586544, C03414091, C21699334, C39667582, C20033024, C68641011, C68996216, C04214459, C66151959, C87875952, C84951241, C01456444, A75780295, A86794443, A19902844, A25384386, D15891732, D14172422, D19548641, D17079353 seriyalı 100 manatlıq, A04464813 və A62786022 seriyalı 50 manatlıq, A38676510 və B********** seriyalı 20 manatlıq, A25745304, A12075954, A10885678, A35204006, A18206231 seriyalı 10 manatlıq, A27472708, A19827487, A34423813, B99654743, F30097301 seriyalı 01 manatlıq əsginasları, ümumilikdə 2.695 manat pulu təqdim etmişdir (İ cild, i.v.18-19); • “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokol və diskdə olan görüntüdən görünür ki, bir nəfər əynində qara rəngli gödəkcə olan şəxs 24 oktyabr 2024-cü il tarixdə, saat 12:05-də ünvan 2 ünvanda yerləşən “Park 20 Shoping” Ticarət Mərkəzinin daxilində pilləkanlarla qalxaraq “Elmas” kişi geyimləri satılan mağaza istiqamətində gedir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özünün olduğunu və oradan tanımadığı şəxsin gödəkcəsinin cibindən 3.625 manat pulu oğurladığını bildirir (İ cild, i.v.65-66); • “Baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokol və diskdən görünür ki, bir nəfər əynində qara rəngli qolsuz gödəkcə olan şəxs kişi geyimləri mağazasında geyimlərə baxır, sonra əlini gödəkçələr tərəfə apararaq cəlb geri çəkib şalvarının cibi istiqamətinə aparır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özünün olduğunu, həmin vaxt Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən “Ucuzluq” geyim mağazasında tanımadığı şəxsin gödəkcəsinin cibindən 1.100 manat pul olan pul qabını oğurladığını bildirir (İ cild, i.v.98-99); • “Əşyanın maddi sübut kimi tanınması haqqında” 26 oktyabr 2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs təqdim etdiyi C26936791, C75325002, C38827464, C56627327, C89372874, C74586544, C03414091, C21699334, C39667582, C20033024, C68641011, C68996216, C04214459, C66151959, C87875952, C84951241, C01456444, A75780295, A86794443, A19902844, A25384386, D15891732, D14172422, D19548641, D17079353 seriyalı 100 manatlıq, A04464813 və A62786022 seriyalı 50 manatlıq, A38676510 və B********** seriyalı 20 manatlıq, A25745304, A12075954, A10885678, A35204006, A18206231 seriyalı 10 manatlıq, A27472708, A19827487, A34423813, B99654743, F30097301 seriyalı 01 manatlıq əsginaslar maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 qaytarılmışdır (İ cild, i.v.128-129); • 26 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ona məxsus gödəkcənin cibindən oğurladığı 3.625 manat puldan 2.695 manat pulu təhvil alır (İ cild, i.v.130); • “Sübutların qiymətləndirilməsi haqqında” 24 dekabr 2024-cü il tarixli qərara əsasən içərisində hadisələri özündə əks etdirən videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması nəzərə alınmışdır (İ cild, i.v.141-148); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)- 604/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.122-126); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışı və hökmlərə görə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, o cümlədən Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 326.1-ci maddələri üzrə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 66.5-ci maddəsinə uyğun olaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə və Cinayət Məcəlləsinin 69.3cü maddəsi nəzərə alınaraq qəti olaraq 03 il 02 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə çəkilməmiş qalan 05 ay 17 gün müddətinə azadlıqdan məhrum etmə cəzasından vaxtından əvvəl şərti azad edilmişdir (İ cild, i.v.132-134, 136-140); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2019 və xx.xx.2023-cü il təvəllüdlü iki övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmədə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı oğurluq cinayəti törətmədiyini bildirsə də, məhkəmədə tədqiq edilmiş həm onun, həm də zərər çəkmiş şəxsin ifadələri, habelə hadisənin görüntülərindən bu cinayətin onun tərəfindən törədilməsi sübut olunur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə (Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə münasibətdə) məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayətin törətməsi Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 25 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış C26936791, C75325002, C38827464, C56627327, C89372874, C74586544, C03414091, C21699334, C39667582, C20033024, C68641011, C68996216, C04214459, C66151959, C87875952, C84951241, C01456444, A75780295, A86794443, A19902844, A25384386, D15891732, D14172422, D19548641, D17079353 seriyalı 100 manatlıq, A04464813 və A62786022 seriyalı 50 manatlıq, A38676510 və B********** seriyalı 20 manatlıq, A25745304, A12075954, A10885678, A35204006, A18206231 seriyalı 10 manatlıq, A27472708, A19827487, A34423813, B99654743, F30097301 seriyalı 01 manatlıq əsginaslar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istifadəsində, hadisənin görüntülərini əks etdirən 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 oktyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış C26936791, C75325002, C38827464, C56627327, C89372874, C74586544, C03414091, C21699334, C39667582, C20033024, C68641011, C68996216, C04214459, C66151959, C87875952, C84951241, C01456444, A75780295, A86794443, A19902844, A25384386, D15891732, D14172422, D19548641, D17079353 seriyalı 100 manatlıq, A04464813 və A62786022 seriyalı 50 manatlıq, A38676510 və B********** seriyalı 20 manatlıq, A25745304, A12075954, A10885678, A35204006, A18206231 seriyalı 10 manatlıq, A27472708, A19827487, A34423813, B99654743, F30097301 seriyalı 01 manatlıq əsginaslar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 istifadəsində, hadisənin görüntülərini əks etdirən 02 ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-202/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-202/2025
04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver