Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-204/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs PMA MMC-nin nümayəndəsi və vəkili “SİRİUS” Vəkil Bürosunun vəkili X2, müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, Ucar rayonu Alpout kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1998-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, İİ Qarabağ Müharibəsi iştirakçısı olmuş və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuş, Ucar rayonu, Alpout kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1997-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq qeyri yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq edərək, zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeyri yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb oğurluq edərək, zərər çəkmiş şəxsə maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 10 may 2021-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “PM“ psixoloji və uşaq inkişaf mərkəzinə açıq pəncərədən qanunsuz olaraq daxil olaraq mərkəzin birinci mərtəbəsindən 320 manat dəyərində olan 1 ədəd “HP ProBook 4530s” markalı, İtnlelCore İ5 xüsusiyyətli notbuku ikinci mərtəbəsindən 180 manat dəyərində 1 ədəd “Toshiba Satellite C660-15N" markalı, İntel Core İ3 xüsusiyyətli notbuk, 150 manat dəyərində olan 1 ədəd “Asus F6” markalı, İntel centrino 2 xüsusiyyətli klaviaturanın üzərində 3 ədəc düyməsi olmayan notbuku, 1050 manat dəvətində olan, “Canon EDS70D” markalı üzərində 18-200mm linza olan fotoaparat, “Canon 18-55mm” markalı linza, “X5” markalı qidalandırıcı elekent, “Yongnua YN560” markalı fotoaparat üçün flaş, “Camelion” markalı qidalandırıcı, “Canon DS510.02” markalı qidalandırıcı, USB naqil, AUX mikrofon, Tigernu markalı çantadan ibarət 1 ədəd “Canon” markalı fotoaparat dəsti və 450 manat dəyərində 1 ədəd “Apple İpad 5“ markalı 32 GB yaddaşİı planşeti, mərkəzin beşinci mərtəbəsindən 180 manat olmaqla ümumilikdə 360 nanat dəyərində olan 2 ədəd “Toshiba Satellite L655-S5115” markalı, İntel Cor3e İ3 xiisusiyyətli noutbukları oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2510 manat məbləğində maddi tiyan vuraraq oğurluq etmişkər. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında 10 may 2021-ci il tarixdə saat 04 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “PM” psixoloji və uşaq inkişaf mərkəzinə açıq pəncərədən qanunsuz olaraq daxil olaraq mərkəzin dördüncü mərtəbəsindən 280 manat dəyərində olan 1 ədəd “HP 2000” markalı, İntel Core İ5 xüsusiyyətli noutbuk, 180 manat dəyərində olan 1 ədəd “Acer E1-571” markalı, monitorla korpusun birləşmə hissəsində qüsur olan və klaviaturada Shift düyməsi olmayan notbuk və 130 manat dəyərində İ ədəd “Toshiba Satellite C650-1C5” markalı, İntel Pentium xüsusiyyətli noutbukları oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 590 manat məbləğdə maddi ziyan vuraraq oğurluq etmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 09 may 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə söhbət zamanı sonuncu ona Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, dəqiq ünvanını xatırlamadığı, “PM” psixoloji mərkəzində müxtəlif markalı noutbukların və fotoaparatın olmasını gördüyünü və maddi vəziyyəti yaxşı olmadığından mərkəzdən həmin noutbukları və fotoaparatı oğurlamaq istədiyini demişdir. Həmçinin, Kamran ona əgər istəyirsə onunla birlikdə mərkəzə gedib oğurluq etmələrini təklif etmiş və oğurluq edəcəkləri mərkəzin binasına rahat daxil ola biləcəklərini demişdir. Kamranla razılaşmış və 10.05.2021-ci il tarixdə təxminən saat 02 radələrində Kamranla aralarında qabaqcadan olan razılaşmaya əsasən “Memar Əcəmi” metro stansiyasının yaxınlığında görüşmüşlər. O, icarə əsasında idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı, “Nissan” markalı ağ rəngli avtomobillə ora yaxınlaşmış, Kamranla görüşüb söhbət edərkən ona həmin mərkəzin ünvan 5 ünvanında yerləşməsi məlum olmuşdur. Bundan sonra, onlar birlikdə mərkəzin qarşısına gəlmiş və Kamran ona bildirmişdir ki, mərkəzə gizlin daxil olmaqlarına yer tapıb müəyyən elmişdir. O, da onun sözlərinə qulaq asıb anladıqdan sonra birlikdə mərkəzin 1-ci mərtəbəsinin açıq pəncərəsindən aşaraq içəri daxil olmuşlar. İçəri daxil olduqdan sonra o, birinci mərtəbədən 1 ədəd “HP” markalı noutbuk, ikinci mərtəbədən 1 ədəd “ Toshiba” markalı noutbuk, 1 ədəd “Asus” markalı noutbuk, 1 ədəd “Apple İpad" markalı 32 GB yaddaşı olan planşeti, Kamran isə yalnız 1 ədəd “Canon’ markalı fotoaparatı hissələri ilə birlikdə oğurlamışdır. Daha sonra o, mərkəzin beşinci mərtəbəsindən 2 ədəd “Toshiba” markalı noutbuku oğurlamışdır. Bandan sonra mərkəzdən çıxmışlar və onun idarə etdiyi avtomobillə Kamranın yaşadığı evə getmişlər. Kamran ilə aralarında olan razılaşmaya əsasən Kamran fotoaparatı satıb pulunu özünə götürəcək, o isə noutbukları sataraq qazancını özünə götürəcəkdir. Kamranı evə apardıqdan sonra tanışı Orxan ilə əlaqə saxlamışdır. Orxana 150 manat pul borclu olmuşdur. Orxan ilə mobil telefon vasitəsilə danışıb Masazır qəsəbəsinə Qurtuluş 93 massivinə getmişdir. Orxan ilə görüşdükdən sonra ona mərkəz barədə bildirib oradan oğurluq edə biləcəyini, mərkəzin daxilində kompüterlərin olduğunu demişdir. Orxan da onunla razılaşmışdır. 10 may 2021-ci il tarixdə təxminən saat 04 radələrində mərkəzə həmin pəncərədən daxil olmuşlar. Onlar birlikdə mərkəzin 4-cü mərtəbəsindən 2 ədəd “HP” markalı noutbuk, beşinci mərtəbəsindən 1 ədəd “Asus” markalı noutbuk oğurlayıb oradan çıxıb getmişlər. Oradan uzaqlaşdıqdan sonra Orxana bildirmişdir ki, birlikdə oğurladığları noutbukları satıb ona pul verəcək. Daha sonra Orxanı yaşadığı evə aparıb onunla sağollaşaraq çıxıb getmişdir. Növbəti gün, yəni 11.05.2021-ci il tarixdə noutbukları satmaq istəsə də, hamı şəxsiyyət vəsiqəsi istəmişdir. Onun şəxiyyət vəsiqəsi üzərində olmadığından oğurladığı noutbukları sata bilməmişdir. Bundan sonra kompüter və noutbuk alqı-satqısı ilə məşğul olan tanışı Mirzəhəsənlə mobil telefon əlaqə saxlayıb ona özünə məxsus bir neçə noutbuku satmaq qərarına gəldiyini demiş və onlar görüşməyə razılığ vermişlər. Mirzəhəsənlə görüşdükdən sonra ona 8 ədəd noutbukun özünə məxsus olduğunu və pula ehtiyacı olduğundan həmin noutbukları satmaq qərarına gəldiyini demişdir. Söhbət zamanı Mirzəhəsən özünün həmin noutbuklar almaq üçün vəsaitinin olmadığını, lakin ona köməklik edə biləcəyini bildirmişdir. 12 may 2021-ci il tarixdə günorta saatlarında, dəqiq tarix yadında deyil, Mirzəhəsənlə birlikdə “Neftçilər” metrostansiyası yaxınlığına getmişlər ki, orada onun tanışı əvvəllər tanımadığı və heç bir münasibətinin olmadığı Əlirza adlı şəxslə görüşsünlər. Həmin vaxt Mirzəhəsən Əlirza ilə görüşüb noutbukları ona göstərmişdir. Əlirza da onları “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən obyektə göndərib orada onun işçisi ilə görüşüb noutbukları ona təqdim etməyi demişdir. Onlar da Əlirzanın dediyi kimi avtomobilə əyləşib onun dediyi ünvana getmişlər. Ora çatdıqda oğurladığı 08 ədəd noutbuku əvvəllər tanımağı, anket məlumatlarını və digər əlaqə nömrələrini bilmədiyi şəxsə təqdim etmişlər. Daha sonra həmin yerə Əlirza özü də gəlmişdir. Onlar noutbuklara bir daha baxıb sazlıq vəziyyətini yoxladıqdan sonra yekun olaraq 08 ədəd noutbuka görə 870 manat pul verə biləcəyini demişdir. Bundan sonra Əlirza 780 manat pul vermişdir. Nə Mirzəhəsən, nə Olirza, nədə ki Əlirzanın əvvəllər tanımadığı işçisi satdığı 08 ədəd noutbukun oğurluq olduğunu bilməmişlər, o, onlara həmin noutbukların özünə məxsus olduğunu və pula ehtiyacının olduğundan satdığını bildirmişdir. Bundan başqa qeyd etmişdir ki, o, noutbukları satdıqdan sonra əldə eldiyi 780 manat pulu aldıqdan sonra həmin pulun 150 manatını Orxana vermişdir. Qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Həmçinin, ünvan 3 ünvanında yerləşən “PM” psixoloji xidmət və uşaq inkişaf mərkəzindən 1 ədəd “Apple İpad” markalı 32 GB yaddaşı olan planşeti oğurladığını xatırlasa da, sonradan həmin planşeti tapa bilməmiş, həyəcanlı olduğundan planşeti hardasa düşürüb itirmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona pul lazım olduğundan və tanışı Ayxanın ona 150 manat borcu olduğundan ondan pulunu geri istəmişdir. Lakin, Ayxan ona pulunun olmadığını deyib Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən, dəqiq ünvanını xatırlamadığı “PM” psixoloji mərkəzində müxtəlif markalı noutbukların olduğunu deyib həmin noutbukları birlikdə oğurlamağı və qazanc əldə edəcəklərini demişdir. Həmçinin, Ayxan ona oğurluq edəcəkləri mərkəzin binasına rahat daxil ola biləcəklərini demişdir. Onun maddi vəziyəti yaxşı olmadığından Ayxanla razılaşmış və 10.05.2021-ci il tarixdə təxminən saat 04 radələrində Ayxanla aralarında qabaqcadan olan razılaşmaya əsasən görüşüb Ayxanın idarə etdivi **-BD-*** dövlət qeydiyyat nişanlı, “Nissan” markalı ağ rəngli avtomobillə ünvan 6 ünvanında yerləşən mərkəzin qarşısına gəlmişlər və Ayxan ona bildirmişdir ki, mərkəzə gizlin daxil olmaq üçün yer tapmışdır. O, da onun sözlərinə qulaq asıb anladıqdan sonra birlikdə mərkəzin 1-ci mərtəbəsinin açıq pəncərəsindən aşaraq içəri daxil olmuşlar. İçəri daxil olduqdan sonra birlikdə mərkəzin 4-cü mərtəbəsindən 1 ədəd “HP” markalı noutbuk, l ədəd “Acer” markalı noutbuk və 1 ədəd “Toshiba” markalı noutbukları oğurlayıb oradan çıxıb getmişlər. Oradan uzaqlaşdıqdan sonra Ayxan ona bildirmişdir ki, birlikdə oğurladığı noutbukları satıb ona pul verəcəkdir. Daha sonra Ayxan onu yaşadığı evə gətirmiş və çıxıb getmişdir. Bundan 1-2 gün sonra isə Ayxan ona 150 manat borcunu geri qaytarmışdır. Onun Ayxanın mərkəzdən tanışı Kamranla oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Daha sonra əməlindən peşman olduğunu, bir daha belə hala yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “PM” psixoloji mərkəzində elektrik işləmişdir. Həmin vaxt orada müxtəlif markalanma növündə noutbuklar və bir ədəd “Canon” markalı fotoaparatın olduğunu görmüşdür. Maddi vəziyəti ilə bağlı həmin əşyaları oğurlamaq istəmiş və bu səbəbdən 09 may 2021-ci il tarixdə tanışı Ayxanla görüşən vaxt ona həmin mərkəz barədə məlumat vermişdir. Bundan sonra onlar “PM” psixoloji mərkəzindən oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə 10.05.2021-ci il tarixdə saat 02 radələrində “Memar Əcəmi” metro stansiyasının yaxınlığında Ayxan ilə görüşmüşlər. Ayxan gündəlik müəyyən məbləğdə pul ödəməklə icarəyə götürüb idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı “Nissan” markalı ağ rəngli avtomobillə onunla görüşməyə gəlmiş və elə həmin avtomobillə də onlar psixoloji mərkəzin qarşısına getmişlər. O, qabaqcadan 1-ci mərtəbədə yerləşən pəncərənin sındırmadan rahatlıqla açıldığını və oradan içəri daxil olmağın mümkün olduğunu bilmişdir. Elə həmin pəncəndən də onlar mərkəzin içərisinə daxil olmuşlar və Ayxan ilə birgə ayrı-ayrı otaqları gəzib oğurlamaq üçün noutbukları, eləcə də digər dəyərli əşyaları axtarmağa başlamışlar. Həmin vaxt Ayxan birinci mərtəbədən 1 ədəd “HP” markalı noutbuk, ikinci mərtəbədən 1 əd əd “Toshiba” markalı noutbuk, 1 ədəd “Asus" markalı noutbuk, 1 ədəd “Apple Tpad” markalı 32 GB yaddaşı olan planşeti, o, isə yalnız l ədəd “Canon” markalı fotoaparatı hissələri ilə birlikdə oğurlamışdır. Daha sonra Ayxan mərkəzin beşinci mərtəbəsindən 2 ədəd "Toshiba" markalı noutbuku oğurlamışdır Bundan sonra birlikdə mərkəzdən elə daxil olduğları kimi çıxmışlar və Ayxan onu idarə etdiyi avtomobillə yaşadığı evinə aparmışdır. Onlar belə razılaşmışlar ki, o, fotoaparatı satıb pulunu özünə götürəcək, Ayxan isə oğurladığı noutbukları satdıqdan sonra əldə etdiyi pulu özünə götürəcəkdir. Lakiri, sonradan o, oğurladığı fotoaparatı sata bilməmişdir. Ayxanın 10 may 2021-ci il tarixdə saat 04 radələrində yenidən mərkəzə daxil olub oradan 03 ədəd noutbuk oğurlamalarını bilmədiyini, bu barədə heç bir məlumatının olmadığını, ona hadisədən bir neçə gün sonra Ayxanla görüşüb söhbət edərkən bu barədə məlum olduğunu bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2016-cı ildən etibarən “PM" psixoloji xidmət və uşaq inkişaf mərkəzi Bakı şəhərində fəaliyyət göstərir. Həmin mərkəzin xidməti uşaq terapiyası, yeniyetmə terapiyası, yetkin terapiyası, ailə terapiyası, qrup terapiyası, uşaq reabilitasiyası, təlim və seminarlardan ibarətdir. 2016-cı ildən etibarən “PM” mərkəzi Bakı şəhərinin müxtəlif yerlərində fəaliyyət göstərmişdir. Təxminən bir həftədir ki, həmin mərkəz ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə köçmüşdür. 01 oktyabr 2019-cu il tarixdən həmin “PM” mərkəzinin direktoru vəzifəsində xidmət göstərmişdir. 10 may 2021-ci il tarixdə həmin mərkəzin əməkdaşı olan Şahid3 onunla əlaqə saxlayaraq naməlum şəxs və ya şəxslərin mərkəzə daxil olaraq oradan oradan 8 ədəd notbuk, 1 ədəd “Canon” markalı fotoaparat və 1 ədəd “Apple” markalı ipadın mərkəzin açıq olan pəncərəsindən daxil olaraq oğurlanması barədə məlumat vermişdir. O, dərhal DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat verməsini bildirmişdir. Özü də mərkəzə gəlmişdir. Bu zaman ona məxsus olan mərkəzin birinci mərtəbəsindən 1 ədəd “HP” markalı noutbuk, ikinci mərtəbəsindən 1 ədəd “Toshiba” markalı, 1 ədəd “Asus” markalı noutbuk, 1 ədəd “Canon” markalı fotoaparat hissələri ilə birlikdə və 1 ədəd “Apple İpad” markalı 32 GB yaddaşı olan planşetin, mərkəzin 4-cü mərtəbəsindən 1 ədəd “HP” markalı, 1 ədəd “Toshiba” markalı və 1 ədəd “Acer” markalı noutbuk, beşinci mərtəbəsindən isə 2 ədəd “Toshiba” markalı noutbukun oğurlandığını, eləcə də, 3-cü mərtəbədə bağlı olan qapıların açılaraq otaqlara daxil olunmasını müəyyən etmişdir. Hadisə zamanı oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Hadisə vaxtı 4 ədəd “Toshiba” markalı, 1 ədəd “Acer” mırkalı, 1 ədəd “Asus” markalı, 2 ədəd “HP” markalı noutbuklar, eləcə də, 1 ədəd Canon” markalı fotoaparat hissələri ilə birlikdə və 1 ədəd “Apple İpad 5” markalı planşet oğuılanmışdır. Bundan əlavə zərəçəkmiş şəxsin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək və ifadəsində dəymiş zərərin tam ödənilməsini, hazırda təqsirləndirilən şəxslərə qarşı mülki iddialarının olmadığını, onlara yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Feyyaz oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyırmış və satıcı işlədiyi telefon mağazasına gəlib gedirmiş. 11.05.2021-ci il tarixdə Ayxan ona zəng edərək 8 ədəd müxtəlif markalı stolüstü kompyuterlərin olduğunu və satmaq istədiyini bildirmişdir. Ona kompyuterləri satmaq üçün tanışının olduğunu demişdir. Daha sonra tanışı Əlirza adlı şəxslə əlaqə saxlamış, sonuncu kompyuter alqı- satqısı ilə məşğul ourmrş. Həmin gün günorta radələrində Əlirza ilə görüşdükdən sonra Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metro stansiyasının yaxınlığında olan mağazaya getmişlər. Ayxan sellofan torbada olan noutbookları təqdim etmişdir. Orada 8 ədəd müxtəlif markalarda noutbuk kompyuterləri olmuşdur. Həmin gün axşam radələrində Əlirza ilə əlaqə saxladıqdan sonra obyektə Ayxan ilə getmişlər. Əlirza kompyuterlərə baxdığını və ümumilikdə kompyuterlərə 870 manat pul verəcəyini demişdir. Həmçinin, kompyuterləri haradan əldə olunduğunu soruşduqda Ayxan ona məxsus olduğunu və satmaq istədiyini demişdir. Daha sonra öyrənmişdir ki, Ayxan həmin kompyuterləri oğurlamışdır. Lakin o, həmin kompyuterlərin oğurluq olduğunu bilməmişdir. Daha sonra Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət edildikdən sonra Ayxanın onun vasitəsilə Əlirzaya satdığı kompyuterlərin Ayxan tərəfindən oğurlandığını öyrənmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Sonuncunun ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Şahid1 uzun müddətdir tanımışdır. Əvvəllər ondan kompyuter almış və münasibətləri yaranmışdır. 11.05.2021-ci il tarixdə Mirzəhəsən zəng edərək stolüstü kompyuterlərin olduğunu və satmaq istədiyini demişdir. Bundan sonra Neftçilər metro stansiyasının yaxınlığında Mirzəhəsən ilə görüşmüşlər. Mirzəhəsən “Nissan markalı” dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli avtomobil ilə gəlmişdir. Daha sonra kompyuterlərə baxmış və Mirzəhəsənə kompyuterləri Yasamal rayonu ərazisində yerləşən “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı ofisə aparmasını və özü qiymətləndirdikdən sonra görüşüb pulu verəcəyini demişdir. Həmin gün ümumilikdə 8 ədəd, 4 ədəd “Toshiba”, 2 ədəd “HP”, 1 ədəd “Asus”, 1 ədəd “Acer” markalı stol üstü kompyuterlərə baxmış və həmin kompyuterlərə ümumilikdə 870 manat qiymət müəyyən etmişdir. Axşam radələrində Mirzəhəsən və Ayxan ilə görüşən zamanı 870 manat pul vermişdir. O, pulu verən zaman kompyuterlərin oğurluq olub-olmamasını maraqlanmışdır. Ayxan ona məxsus olduğunu və heç bir narahatçılıq olmadığını demişdir. 25 may 2021-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət olunduqdan sonra öyrənmişdir ki, ona satılan kompyuterlər Ayxan tərəfindən oğurlanmış, lakin o, həmin kompyuterlərin oğurluq olduğunu bilməmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 15 sentyabr 2020-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayoru, H.Ələsgərov kiiçəsi 13 ünvanında yerləşən “PM” akademy psixoloji xidmət və uşaq inkişaf mərkəzində ofis meneceri vəzifəsində işləmişdir. 10 may 2021-ci il tarixdə saat 09 radələrində mərkəzin qapısını açan zaman pəncərinin açıq olduğunu görmüş, bundan sonra içəri daxil olmuş otaqlarda olan mərkəzə aid stolüstü kompyuterlərin yerində olmadığını və oğurlandığını görmüşdür. Həmin vaxt istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən DİN-nin 102 xidmətinə zəng edərək 5 ədəd kompyuter və 1 ədəd planşetin oğurlanması barədə məlumat vermişdir. Lakin daha sonra dəqiq baxdıqdan sonra müəyyən etmişdir ki, mərkəzdən 8 ədəd müxtəlif markalı stolüstü kompyuterlər, 1 ədəd "Canon” markalı foto aparat və 1 ədəd “İpad” oğurlanmışdır. Oğurlanmış əşyalar mərkəzin direktoru Zərərçəkmiş şəxs məxsus olmuşdur. Yəni, ziyan Zərərçəkmiş şəxs dəymişdir. Daha sonra o, Paşa müəllimədə zəng edib mərkəzdən oğurluq olması barədə məlumat vermişdir. Cinayət işinin İ cild 52-53-cü vərəqələrində olan 25 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 211-214-cü vərəqələrində olan 27 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 79-80-cı vərəqələrində olan 25 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 199-203-cü vərəqələrində olan 27 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində başa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 105-106-cı vərəqələrində olan 25 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin İ cild 194-197-ci vərəqələrində olan 27 may 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cild 151-152-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İİ cild 10-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 28 iyul 2021-ci il tarixli 9/4753 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunan 8 adda istifadədə olmuş malların 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2650,0 manat, təqdim edilməmiş istifadədə olmuş “Apple İpad 5" markalı 32 GB yaddaşlı planşetin 2021-ci ilin may ayına olan orta bazar qiyməti təxminən 450,0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində aşağıdakı kimi göstərilmişdir: 1 ədəd “Toshiba Satellite C660-15N" markalı, İntel Core İ3 xüsusİyyətli notbuk 180 manat; 2 ədəd “Toshiba Satellite L655-S5115" markalı, İntel Core İ3 xüsusiyyətli noutbuk 360 manat (hər biri 180 manat olmaqla); 1 ədəd “Toshiba Satellite C650-1C5" markalı, İntel Pentium xüsusiyyətli noutbuk - 130 manat; 1 ədəd “Acer E1-571" markalı, monitorla korpusun birləşmə hissəsində qüsur olan və klaviaturada Shift düyməsi olmayan notbuk - 180 manat; 1 ədəd “Asus F6" markalı, İntel centrino 2 xüsusiyyətli klaviaturanın üzərində 3 ədəd düyməsi olmayan notbuk - 150 manat; 1 ədəd “HP ProBook 4530s" markalı, İntel Core İ5 xüsusiyyətli notbuk - 320 manat; 1 ədəd “HP 2000" markalı, İntel Core İ5 xüsusiyyətli noutbuk - 280 nanat; 1 ədəd “Canon" markalı fotoaparat dəsti (“Canon EDS70D" marka ı üzərində 18- 200mm linza olan fotoaparat, “Canon 18-55mm" markalı linza, “X5" markalı qidalandırıcı element, “Yongnua YN560" markalı fotoaparat üçün flaş, “Camelion" markalı qidalandırıcı, “Canon DS510102" markalı qidalandırıcı, USB naqil, AUX mikrofon, Tigernu markalı çanta) - 1050 manat cəmiolaraq 2650 manat. 1 ədəd “Apple İpad 5" markalı 32 GB yaddaşlı planşet - 450 manat. Cinayət işinin İİ cild 11-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 221-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 05.06.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmayandır. Cinayət işinin İ cild 219-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 05.06.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkum olunmayandır. Cinayət işinin İ cild 220-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 05.06.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmayandır. Cinayət işinin İİ cild 37-48-ci vərəqlərində olan 11 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd “Toshiba Satellite C660-15N" markalı, İntel Core İ3 xüsusİyyətli notbuk, 2 ədəd “Toshiba Satellite L655-S5115" markalı, İntel Core İ3 xüsusiyyətli noutbuk, 1 ədəd “Toshiba Satellite C650-1C5" markalı, İntel Pentium xüsusiyyətli noutbuk, 1 ədəd “Acer E1-571" markalı, monitorla korpusun birləşmə hissəsində qüsur olan və klaviaturada Shift düyməsi olmayan notbuk, 1 ədəd “Asus F6" markalı, İntel centrino 2 xüsusiyyətli klaviaturanın üzərində 3 ədəd düyməsi olmayan notbuk, 1 ədəd “HP ProBook 4530s" markalı, İntel Core İ5 xüsusiyyətli notbuk, 1 ədəd “HP 2000" markalı, İntel Core İ5 xüsusiyyətli noutbuk, 1 ədəd “Canon" markalı fotoaparat dəsti (“Canon EDS70D" marka ı üzərində 18- 200mm linza olan fotoaparat, “Canon 18-55mm" markalı linza, “X5" markalı qidalandırıcı element, “Yongnua YN560" markalı fotoaparat üçün flaş, “Camelion" markalı qidalandırıcı, “Canon DS510102" markalı qidalandırıcı, USB naqil, AUX mikrofon, Tigernu markalı çanta) iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin İİ cildinə əlavə edilmiş hərbi biletdən və Azərbaycan Respublikası Medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 , İİ Qarabağ Müharibəsi iştirakçısı olmaqla yanaşı “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəməyə təqdim edilmiş, cinayət işinin materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxsin nümayəndəsinin və vəkilinin ərizəsindən və ifadəsindən görünür ki, dəymiş zərər tamamilə ödənilmiş, təqsirləndirilə şəxslərə qarşı mülki iddiaları yoxdur və onlara yüngül cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar olaraq qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi cinayətləri özlərinin etiraf edici ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir.Təqsirləndirilən şəxs1 əməlləri məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3cü maddələri ilə, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri isə məhkəmə tərəfindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün,azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün,islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc olmasını olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 25 may 2021-ci il tarixdən 27 may 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümimi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq hökmün çıxarıldığı 20 may 2022-ci il tarixdən saat 12-00 dan məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 əməlindən səmimi peşman olmasını, bir daha belə hala yol verməyəcəyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun əməlindən peşman olmasını, bir daha belə hala yol verməyəcəyini söz verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, gənc, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını və “Ağdamın azad olunmasına görə” medalı ilə təltif olunmasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 25.05.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Ucar rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam aradan qaldırılmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddiasının olmamasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və gənc olmasını eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 25.05.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə mülki iddia ilə bağlı məsələni araşdıraraq hesab edir ki, mülki iddiaçının ərizəsi nəzərə alınaraq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmaqla iddiaçaya geri qaytarılmalıdır. Həmçinin maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd “Toshiba Satellite C660-15N” markalı, İntel Core İ3 xüsusiyyətli noutbuk, 02 ədəd “Toshiba Satellite L655-S5115” markalı, İntelCor3e İ3 xüsusiyyətli noutbuk, 01 ədəd “Toshiba Satellite C650-1C5” markalı, İntel Pentium xüsusiyyətli noutbuk, 01 ədəd “Acer E1-571” markalı, monitorla korpusun birləşmə markalı, İntel centrino 2 xüsusiyyətlə klaviaturada Shift düyməsi olmayan noutbuk, 01 ədəd “Asus F6” markalı, İntel centrino 2 xüsusiyyətli klaviaturanın üzərində 3 ədəd düyməsi olmayan noutbuk, 01 ədəd “HP Probook 4530s” markalı, İntelcore İ5 xüsusiyyətli noutbuk, 01 ədəd “HP 2000” markalı İntel Core İ5 xüsusiyyətli noutbuk və 01 ədəd “Canon” markalı fofoaparat dəsti “Canon EDS70/D” markalı üzərində 18-200 mm linza olan fotoaparat, “Canon 18-55 mm” markalı linza, “X6” markalı qidalandırıcı elekent, “Yonguna YN560” markalı fotoaparat üçün fləş, “Camelion” markalı qidalandırıcı, “Canon DS510102” markalı qidalandırıcı, USB naqil, AUX mikrofon, Tigernu markalı çanta sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, Müdafiəçi3 və Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 25.05.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 may 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınaraq saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Konvoy Toboruna həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 25.05.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Ucar Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 üzərinə Ucar rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 25.05.2021-ci il tarixdən 27.05.2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Abdullayev X3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə mülki iddia üzrə ərizə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılsın və iddiaçıya geri qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs qaytarılmış 01 ədəd “Toshiba Satellite C660-15N” markalı, İntel Core İ3 xüsusiyyətli noutbuk, 02 ədəd “Toshiba Satellite L655-S5115” markalı, İntelCor3e İ3 xüsusiyyətli noutbuk, 01 ədəd “Toshiba Satellite C650- 1C5” markalı, İntel Pentium xüsusiyyətli noutbuk, 01 ədəd “Acer E1-571” markalı, monitorla korpusun birləşmə markalı, İntel centrino 2 xüsusiyyətlə klaviaturada Shift düyməsi olmayan noutbuk, 01 ədəd “Asus F6” markalı, İntel centrino 2 xüsusiyyətli klaviaturanın üzərində 3 ədəd düyməsi olmayan noutbuk, 01 ədəd “HP Probook 4530s” markalı, İntelcore İ5 xüsusiyyətli noutbuk, 01 ədəd “HP 2000” markalı İntel Core İ5 xüsusiyyətli noutbuk və 01 ədəd “Canon” markalı fofoaparat dəsti “Canon EDS70/D” markalı üzərində 18-200 mm linza olan fotoaparat, “Canon 18-55 mm” markalı linza, “X6” markalı qidalandırıcı elekent, “Yonguna YN560” markalı fotoaparat üçün fləş, “Camelion” markalı qidalandırıcı, “Canon DS510102” markalı qidalandırıcı, USB naqil, AUX mikrofon, Tigernu markalı çanta sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-204/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-204/2022
20.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver