Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-205/2021 12.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin” nümayəndəsi Nümayəndə, mülki iddiaçı X9 və onun nümayəndəsi Fərdi qaydada fəaliyyət göstərən vəkil X11, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi ev 86-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi ev 4, mənzil 46-da yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 6-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 2020-ci ilin noyabr ayının əvvəllərində əvvəllər işlədiyi Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 120 A ünvanında yerləşən «Kontakt Home» mağazasına gedib həmin mağazanın giriş qapısının açarını mağazanın içərisində olan masanın üzərindən götürərək Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan açar ustası vasitəsilə mağazanın açarının surətini çıxartdıqdan sonra yenidən «Kontakt Home» mağazasına qayıdaraq mağazanın açarını götürdüyü yerə qoyub oranı tərk etmiş, bundan sonra 14 noyabr 2020-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 1 ünvanının qarşısına gələrək aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 hadisə yerinin yaxınlığında dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib-gəlmədiyinə nəzarət etmiş, o isə üzərində olan açarla mağazanın giriş qapısını açaraq oraya qanunsuz daxil olub mağazanın mərkəzinə qoyulmuş, içərisində mobil telefonlar olan piştaxtanın siyirməsindən 01 ədəd 1.700 manat dəyərində «Samsung Galaxy S20 Dual» markalı SM-G980F modelli, 01 ədədinin qiyməti 2.300 manat təşkil edən ümumilikdə 9.200 manat dəyərində 04 ədəd «X14 20 Ultra» markalı SM-N985 modelli, 01 ədədinin qiyməti 1.900 manat təşkil edən, ümumilikdə 9.500 manat dəyərində 05 ədəd «X14 20» markalı SM-N980 modelli, 01 ədədinin qiyməti 1.150 manat təşkil edən, ümumilikdə 2.300 manat dəyərində 02 ədəd «X14 10 Lite» markalı SM-N770 modelli, 01 ədədinin qiyməti 1.250 manat təşkil edən, ümumilikdə 6.250 manat dəyərində 05 ədəd «Samsung Galaxy S20 FE» markalı SM-G780F modelli və 01 ədəd 1.980 manat dəyərində «Samsung Galaxy S20+ Dual» markalı SM-G985F modelli mobil telefon aparatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 30.930 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 2020-ci ilin noyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1 əvvəllər işlədiyi Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsi 120 A ünvanında yerləşən «Kontakt Home» mağazasına gedib həmin mağazanın giriş qapısının açarını mağazanın içərisində olan masanın üzərindən götürərək Bakı şəhəri Xətai rayonu Əhmədli metrostansiyasınm yaxınlığında şəxsiyyəti istintaqa məlum olmayan açar ustası vasitəsilə mağazanın açarının surətini çıxartdıqdan sonra yenidən «Kontakt Home» mağazasına qayıdaraq mağazanın açarını götürdüyü yerə qoyub oranı tərk etmiş, bundan sonra 14 noyabr 2020-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 2 ünvanının qarşısına gələrək aralarında əvvəlcədən əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq o, hadisə yerinin yaxınlığında dayanıb müşahidə mövqeyində olmaqla hər hansı bir şəxsin hadisə yerinə gəlib- gəlmədiyinə nəzarət elmiş, Təqsirləndirilən şəxs1 isə üzərində olan açarla mağazanın giriş qapısını açaraq oraya qanunsuz daxil olub mağazanın mərkəzinə qoyulmuş, içərisində mobil telefonlar olan piştaxtanın siyirməsindən 01 ədəd 1.700 manat dəyərində «Samsung Galaxy S20 Dual» markalı SM-G980F modelli, 01 ədədinin qiyməti 2.300 manat təşkil edən ümumilikdə 9.200 manat dəyərində 04 ədəd «X14 20 Ultra» markalı SM-N985 modelli, 01 ədədinin qiyməti 1.900 manat təşkil edən, ümumilikdə 9.500 manat dəyərində 05 ədəd «X14 20» markalı SM-N980 modelli, 01 ədədinin qiyməti 1.150 manat təşkil edən, ümumilikdə 2.300 manat dəyərində 02 ədəd «X14 10 Lite» markalı SM-N770 modelli, 01 ədədinin qiyməti 1.250 manat təşkil edən, ümumilikdə 6.250 manat dəyərində 05 ədəd «Samsung Galaxy S20 FE» markalı SM- G780F modelli və 01 ədəd 1.980 manat dəyərində «Samsung Galaxy S20+ Dual» markalı SM-G985F modelli mobil telefon aparatlarını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 30.930 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, 29 yanvar 2018-ci il tarixdən 2019-cu ilin dekabr ayınadək olan müddət ərzində o «Kontakt Home»-un müxtəlif mağazalarında ilk əvvəl satıcı daha sonra isə kassir vəzifələrində işləmişdir. Onun bir çox şəxslərə borcu olmuşdur. 2020-ci ilin noyabr ayının əvvəllərində dostu Famil ilə görüşərkən ona bir çox şəxslərə borcu olduğunu, ona görə də əvvəllər işlədiyi «Kontakt Home»-dan mobil telefonları oğurlamaq istədiyini, onunla birlikdə oğurluq etmək istəyib-istəmədiyini soruşmuş, oğurluq etdikləri halda o borclarını geri qaytaracağını, yerdə qalan pulun bir qismini isə ona verəcəyini demiş, Famil də onunla birlikdə oğurluq etmək istədiyini demişdir. Həmin günün sabahı təxminən saat 18 radələrində Famil ilə görüşmüş, icarə əsasında idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «Chevrolet Cruze» markalı avtomobilə əyləşərək Nəsimi rayonu C.Məmmədquluzadə küçəsində yerləşən «Kontakt Home»-un filialına getmişlər. O və Famil avtomobildən aşağı düşmüşlər, o mağaza istiqamətdə piyada hərəkət etməyə başlamış, Famil isə onu küçədə gözləmişdir. O «Kontakt Home»-a daxil olduqdan sonra orada işləyən işçilərlə söhbət etmiş, orada işləyən şəxslərin başının qarışıq olmasından istifadə edib mağazanın giriş qapısının açarlarını götürmüş, daha sonra isə mağazadan çıxaraq avtomobilə əyləşib oradan uzaqlaşmışdır. O əvvəllər «Kontakt Home»-da işlədiyindən orada işləyən bəzi əməkdaşlarla münasibəti olmuş və mağazanın giriş qapısının açarının adətən harada olmasını bilmişdir. Bundan sonra onlar Xətai rayonu tərəfə yollanmışlar. O, Xətai rayonunda yerləşən Əhmədli metro stansiyasının yaxınlığında olan köşkə yaxınlaşmış, orada «Kontankt Home»-un mağazasının açarını köşkdə işləyən şəxsə təqdim edərək həmin açarın surətini çıxartmasını istəmiş, tanımadığı şəxs təxminən 10 dəqiqədən sonra açarın surətini çıxardaraq ona təhvil vermişdir. O həmin şəxsi tanımamış, sadəcə həmin şəxs açarın surətlərin çıxarılması ilə məşğul olduğundan, mağazanın açarının surətini həmin şəxsin vasitəsi ilə çıxartmış, onun gördüyü iş müqabilində də ona 10 manat pul ödəmişdir. Bundan sonra idarə etdiyi avtomobilə əyləşərək yenidən C.Məmmədquluzadə küçəsində yerləşən «Kontakt Home»-un mağazasına getmiş, avtomobildən aşağı düşmüş, Famil isə avtomobildə onu gözləmişdir. O, mağazaya daxil olduqdan sonra açarı götürdüyü yerə qoymağa şərait olmadığından oradakı stolun üzərinə qoyub mağazadan küçəyə çıxmış, o mağazanın açarını götürdükdən sonra oğurluq etməkdən çəkinmişdir. Lakin, bir çox şəxslərə borcunu geri qaytarmalı olduğundan oğurluq etməyi qərarlaşdırmışdır. 13 noyabr 2020-ci il tarixdə Famil ilə yaşadığı evin qarşısında görüşərkən onlar razılığa gəlmişlər ki, saat 06 radələrində «Kontakt Home»-a gedərək oradan oğurluq etsinlər. 14 noyabr 2020-ci il tarixdə təxminən saat 06:30 radələrində istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla Familin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək yaşadıqları evin qarşısına gəlməsini bildirmişdir. Təxminən 5-10 dəqiqədən sonra isə Famil ilə yaşadığı evin qarşısında görüşmüşlər, idarə etdiyi «Kia Sportage» markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək hərəkət etməyə başlamışlar. «NZS» kimi tanınan yerdə idarə etdiyi avtomobili yolun kənarında saxlamış, Famil ilə avtomobildən aşağı düşmüşlər. Famil ilə piyada təxminən 200-300 metr hərəkət etdikdən sonra tanımadığı şəxsin idarə etdiyi taksiçilik fəaliyyəti ilə məşğul olan «Opel» markalı avtomobilə əyləşərək Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən «Kontakt Home»-a getmişlər. «Kontakt Home»un yaxınlığında avtomobildən aşağı düşmüşlər. Famil ilə razılığa gəlmişlər ki, Famil onu küçədə gözləsin, küçədən kimsənin gəldiyi halda ona məlumat versin, o isə mağazaya daxil olaraq mağazada olan mobil telefonları oğurlasın. Bu məqsədlə «Kontakt Home»-a yaxınlaşmış, açar vasitəsi ilə giriş qapısını açdıqdan sonra mağazaya daxil olmuş, həmin vaxt Famil küçədə dayanmışdır. Mağazanın birinci mərtəbəsində olan şkafın (dolabın) qapısını açaraq 1 ədəd sellofon torba götürmüş, daha sonra isə şkafda (dolabda) olan 1 ədəd Samsung Galaxy S20+ DUAL markalı, 1 ədəd Samsung Galaxy S20 DUAL markalı, 4 ədəd X14 20 Ultra markalı, 3 ədəd X14 20 markalı, 2 ədəd X14 10 markalı, 2 ədəd X14 20 markalı, 5 ədəd Samsung Galaxy S20 markalı, ümumilikdə 18 ədəd mobil telefonları 1 ədəd sellofan torbaya yığaraq mağazadan küçəyə çıxmışdır. Bundan sonra mağazadan çıxaraq piyada hərəkət etmiş, yolda hərəkətdə olan tanımadığı şəxsin idarə etdiyi taksiçilik fəaliyyəti ilə məşğul olan şəxsin avtomobilinə əyləşərək «Neftçilər» metrosunun yaxınlığına aparmasını istəmiş, daha sonra Famil ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, ondan harada olmasını soruşmuşdur. Famil də taksiyə əyləşdiyini bildirdikdə onun Neftçilər metrosunun yaxınlığına gəlməsini demişdir. Təxminən saat 08 radələrində o, Neftçilər metrosunun yaxınlığında taksidən düşmüş, orada təxminən 5-10 dəqiqə gözlədikdən sonra Familin gec gəldiyini görüb tanımadığı şəxsin idarə etdiyi taksiçilik fəaliyyəti ilə məşğul olan «Opel Asıra» minik markalı avtomobilə əyləşmişdir. Təxminən 5 dəqiqədən sonra Famil də gəlmiş, əyləşdiyi avtomobilə əyləşmiş və onlar «NZS» kimi tanınan yerdə «Kia Sportage» markalı avtomobili saxladığı yerə getmişlər. Bundan sonra «Kia Sportage» markalı avtomobilə əyləşərək Bakı şəhəri ərazisində avtomobillə hərəkət etməyə başlamışlar. Onlar birlikdə avtomobilə əyləşərək yaşadığı ev istiqamətdə hərəkət etmişlər. Yaşadığı evin yaxınlığında avtomobili saxlamış, Familə onun mobil telefonları satması üçün tanışları ilə görüşəcəyini, daha sonra yenidən görüşmələrini demişdir. Famil də onunla razılaşaraq avtomobildən düşərək çıxıb getmiş, o isə yoluna davam etmişdir. Həmin vaxt o tanışı mobil telefonların satışı ilə məşğul olan Oqtay ilə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Oqtaya təzə halda 18 ədəd müxtəlif modelli «Samsung» markalı mobil telefonlar satdığını demiş, Oqtay mobil telefonları necə əldə etdiyini soruşduqda o, mobil telefonların kreditdə olduğunu, başqa şəxsə borcu olduğundan mobil telefonları salmaq istədiyini, mobil telefonların kreditini isə özünün qısa zamanda ödəyəcəyini bildirmiş, Oqtay da ona inanaraq onunla razılaşmışdır. «Xalqlar Metrosu»-nun yaxınlığında Oqtay ilə görüşmüş, Oqtay idarə etdiyi avtomobilin arxa oturacağının sağ tərəfində əyləşmiş, mobil telefonlara baxış keçirmiş, mobil telefonları alan şəxsin Qara Qarayev metrosunun yaxınlığında yaşadığını bildirmişdir. O, avtomobili idarə edərək «Qara Qarayev» metrosunun yaxınlığında yerləşən yeni tikilinin qarşısına getmişlər. Oqtay hər mobil telefonun hər modelindən bir ədədini götürərək mobil telefonları almaq istəyən şəxsə göstərəcəyini bildirib avtomobildən aşağı düşərək çıxıb getmişdir. Təxminən 5-10 dəqiqədən sonra Oqtay onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, 18 ədəd müxtəlif modelli «Samsung» markalı mobil telefonları 18000 manata almaq istənildiyini demiş, o da Oqtay ilə razılaşmışdır. Təxminən 10 dəqiqədən sonra Oqtay geri qayıtmış, mobil telefonların hamısını götürərək çıxıb getmişdir. Təxminən 10 dəqiqədən sonra Oqtay yenidən geri qayıtmış, ona 12800 manat məbləğində pul vermiş, yerdə qalan 5200 manat pulu da axşam radələrində veriləcəyini dedikdə o onunla razılaşmışdır. Həmin vaxt Oqtay tanımadığı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, 15 dəqiqə müddətində yerdə qalan pulu da gətirəcəyini bildirmişdir. Bundan sonra Oqtay avtomobildən aşağı düşərək çıxıb getmişdir. Təxminən 10 dəqiqədən sonra geri qayıtmış, ona 5200 manat məbləğində pul vermiş, daha sonra isə Oqtay ondan aralaşıb çıxıb getmişdir. O, qonşuluğunda yaşayan Turala 11000 manat məbləğində borcu olduğundan onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, onunla görüşüb ona olan borcunu geri qaytarmaq istədiyini bildirmişdir. Onlar qərara gəlmişlər ki, «Bakı Ağ şəhər»-də görüşsünlər, o avtomobili idarə edərək «Bakı Ağ şəhər»-ə getmiş, orada Tural ilə görüşmüş, Turala 11000 manat məbləğində borcunu geri qaytarmışdır. 16 noyabr 2020-ci il tarixdə polis əməkdaşları onu Nəsimi RPİnin 20-ci PB-yə dəvət etmişlər, o 20-ci PB-də olarkən törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. O, «Kontakt Home»-dan oğurluğu Famil ilə birlikdə törətmiş, bundan başqa o və Famil oğurluğu törədərkən ona hər hansısa formada heç kim köməklik etməmiş, oğurluq edəcəklərindən heç kimin məlumatı olmamış və oğurluq edərkən də onu heç kim görməmiş, o mobil telefonları oğurlayıb 18000 manata satmış, Familə bir neçə şəxsə borcu olduğunu, borclarını qaytardıqdan sonra yerdə qalan pulun bir qismini ona verəcəyini demiş, Famil də onunla razılaşmış, o borclarını qaytardıqdan sonra Familə də pul verəcəkmiş, Oqtayın 18 ədəd mobil telefonları onun oğurlayıb əldə etməsindən məlumatı olmamışdır. O, əvvəllər də Oqtaya mobil telefonlar satmış, Oqtaya onun mobil telefonların satışı ilə məşğul olduğunu demiş, ona satdığı mobil telefonların kredit yolu ilə əldə etdiyini, özünün kreditləri ödəyəcəyini demiş, onu oğurluq etməyə heç kim təhrik etməmişdir. Halhazırda törətdiyi cinatəti etiraf edərək səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, dəymiş zərərin tam şəkildə zərərçəkmiş şəxsə ödənildiyini bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 ilə qonşuluqda yaşayır, onunla dost münasibəti vardır. 2020-ci ilin noyabr ayının əvvəllərində dostu Oruc ilə görüşərkən Oruc bir çox şəxslərə borcu olduğunu, ona görə də əvvəllər işlədiyi «Kontakt Home»-dan mobil telefonları oğurlamaq istədiyini dedikdə o da onunla birlikdə oğurluq etmək istədiyini bildirmişdir. Həmin günün sabahı təxminən saat 18 radələrində yaşadığı evin qarşısında Oruc ilə görüşmüş, onlar razılığa gəlmişlər ki, Orucla birlikdə «Kontakt Home»-un mağazasına getsinlər, Oruc mağazanın açarını gizlincə götürdükdən sonra açarın surətini çıxarsınlar, daha sonra isə heç kimin şübhələnməməsi üçün Oruc yenidən açarı mağazaya qoysun. Bu məqsədlə Orucun idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «Chevrolet Cruze» markalı avtomobilə əyləşərək Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən «Kontakt Home»-un filialına getmişlər, o və Oruc avtomobildən aşağı düşmüşlər, o küçədə dayanıb Orucu gözləmiş, Oruc isə piyada gedib mağazaya daxil olmuşdur. Təxminən 5-10 dəqiqədən sonra Oruc mağazadan küçəyə çıxmış, daha sonra onlar avtomobilə əyləşib oradan uzaqlaşmışlar. «Kontakt Home» mağazasının açarının surətini çıxartmaq məqsədi ilə Xətai rayonu, Əhmədli metro stansiyasının yaxınlığına getmişlər, orada avtomobildən aşağı düşüb köşkə yaxınlaşmışlar. Oruc mağazanın açarını köşkdə işləyən şəxsə təqdim edərək həmin açarın surətini çıxartmasını istəmiş, tanımadığı şəxs təxminən 10 dəqiqədən sonra açarın surətini çıxardaraq Oruca vermiş, Oruc da həmin şəxsə gördüyü iş müqabilində 10 manat pul ödəmişdir. Bundan sonra, Orucun idarə etdiyi avtomobilə əyləşərək yenidən C.Məmmədquluzadə küçəsində yerləşən «Kontakt Home»-un mağazasına getmişlər. Oruc avtomobildən aşağı düşmüş, o isə avtomobildə onu gözləmişdir. Oruc mağazaya daxil olduqdan təxminən 10 dəqiqə sonra küçəyə çıxmış, avtomobilə əyləşmiş, açarı mağazada qoyduğunu, açarın surətini isə özündə saxladığını demişdir. 13 noyabr 2020-ci il tarixdə Oruc ilə yaşadığı evin qarşısında görüşərkən onlar razılığa gəlmişlər ki, saat 06 radələrində «Kontakt Home»-a gedərək oradan oğurluq etsinlər. 14 noyabr 2020-ci il tarixdə təxminən saat 06:30 radələrində Oruc ilə yaşadığı evin qarşısına görüşmüşlər, o Orucun idarə etdiyi dövlət qeydiyyat nişanını xatırlamadığı «Kia Sportage» markalı avtomobilə əyləşmiş və onlar yola düşmüşlər. «NZS» kimi tanınan yerdə Oruc idarə etdiyi avtomobili yolun kənarında saxlamış, onlar avtomobildən aşağı düşərək piyada təxminən 200-300 metr hərəkət etdikdən sonra tanımadığı şəxsin idarə etdiyi taksiçilik fəaliyyəti ilə məşğul olan «Opel» markalı avtomobilə əyləşərək Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində yerləşən «Kontakt Home»-a getmişlər. «Kontakt Home»-un yaxınlığında avtomobildən aşağı düşmüşlər, Oruc ilə qabaqcadan razılaşdıqları kimi o küçədə onu gözləmişdir. Belə ki, o qarşı tərəfdəki küçədə dayanaraq ətrafa nəzər yetirməli, kimsənin gəldiyi halda ona mobil telefonla məlumat verməli olmuşdur. Oruc piyada mağazaya yaxınlaşmış, açarla mağazanın giriş qapısını açaraq mağazaya daxil olmuşdur. Təxminən 3-4 dəqiqədən sonra o, Orucun əlində 2 ədəd sellofon torba ilə birlikdə küçədən çıxıb piyada sol istiqamətdə getdiyini görmüşdür. Onlar əvvəlcədən razılığa gəlmişlər ki, Oruc mobil telefonları mağazadan oğurladıqdan sonra onlar ayrı-ayrı taksilərə əyləşib oradan uzaqlaşsınlar, ona görə də o yaxınlıqda olan dövlət qeydiyyat nişanını xatırlamadığı taksiçilik fəaliyyəti ilə məşğul olan «Tofaş» markalı avtomobilə əyləşmişdir. Təxminən 5 dəqiqədən sonra Oruc onunla mobil telefon vasitəsi ilə əlaqə saxlamış, o taksiyə əyləşdiyini və hal-hazırda hərəkətdə olduğunu dedikdə Oruc Neftçilər metro stansiyasının yaxınlığına getdiyini, onun da ora gəlməsini demişdir. Təxminən 15-20 dəqiqədən sonra Oruc onunla yenidən mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq Neftçilər mtero stansiyasının yaxınlığındakı dairəvi yolda «Opel» markalı taksidə onu gözlədiyini demişdir. O əyləşdiyi taksi ilə gəlib Orucun əyləşdiyi taksiyə əyləşmişdir. Onlar «NZS» kimi tanınan yerdə «Kia Sportage» markalı avtomobili saxladıqları yerə getmişlər. Bundan sonra «Kia Sportage» markalı avtomobilə əyləşərək Bakı şəhəri ərazisində avtomobillə hərəkət etməyə başlamışlar. Onlar birlikdə avtomobillə yaşadıqları ev istiqamətdə hərəkət etmişlər. Yaşadığı evin yaxınlığında Oruc mağazadan 18 ədəd mobil telefon oğurladığını, mobil telefonları satması üçün tanışları ilə görüşəcəyini, daha sonra yenidən görüşmələrini demiş, o da onunla razılaşaraq avtomobildən düşərək çıxıb getmişdir. 16 noyabr 2020-ci il tarixdə polis əməkdaşları onu Nəsimi RPİ-nin 20-ci PB-yə dəvət etmişlər, o 20-ci PB-də olarkən törətdiyi oğurluq hadisəsini etiraf etmişdir. Təqsirləndirilən şəxs2 habelə ifadəsində göstərmişdir ki, «Kontakt Home»-dan oğurluğu Oruc ilə birlikdə törətmiş, bundan başqa o və Oruc oğurluğu törədərkən onlara hər hansısa formada heç kim köməklik etməmiş, oğurluq edəcəklərindən heç kimin məlumatı olmamış, oğurluq edərkən də onları heç kim görməmişdir. Hal-hazırda törətdiyi cinatəti etiraf edərək səmimi peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, dəymiş zərərin tam şəkildə zərərçəkmiş şəxsə ödənildiyini bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin” nümayəndəsi Nümayəndə verdiyi ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsləri tanımır, onlarla heç bir qohumluğu düşmənçilyi və ədavəti yoxdur. 2019-cu ilin iyul ayından hal-hazıradək "xxxx" Telekom MMC-də hüquqşünas vəzifəsində işləyir. 14 noyabr 2020-ci il tarixdə saat 07:17 radələrində MMC-nin ünvan 3 ünvanında yerləşən “Kontakt Home” elektornika və məişət avadanlıqları mağazasından əvvəllər kassir vəzifəsində işləyən Təqsirləndirilən şəxs1 mağazanın əsas giriş qapısını açaraq içəriyə qanunsuz daxil olmuş və orada giriş qapısının sol tərəfində olan dolabı açaraq oradan Samsung Galaxy S20+ DUAL (SM-G985F) markalı, boz rəngli, **********39047 və **********39045 İMEİ kodlu, satış dəyəri 2199.99 manat olan, Samsung Galaxy S20 DUAL (SM-G980F) markalı, açıq göy rəngli, **********44110 və **********44118 İMEİ kodlu, dəyəri 1899.99 manat olan, X14 20 Ultra (SM-N985) markalı, ağ rəngli, **********89269 və **********89260 İMEİ kodlu, dəyəri 2599.99 manat olan, X14 20 Ultra (SM-N985) markalı, ağ rəngli, **********89418 və **********89419 İMEİ kodlu, dəyəri 2599.99 manat olan, X14 20 Ultra (SM-N985) markalı, qara rəngli, **********86538 və **********86539 İMEİ kodlu, dəyəri 2599.99 manat olan, X14 20 Ultra (SM-N985) markalı, gümüşü rəngli, **********22764 və **********22765 İMEİ kodlu, dəyəri 2599.99 manat olan, X14 20 (SM-N980) markalı, gümüşü rəngli, **********21850 və **********21858 İMEİ kodlu, dəyəri 2099.99 manat olan, X14 20 (SM-N980) markalı, gümüşü rəngli, **********21918və **********21916 İMEİ kodlu, dəyəri 2099.99 manat olan, X14 20 (SM-N980) markalı, boz rəngli, **********74679 və **********74677 İMEİ kodlu, dəyəri 2099.99 manat olan, X14 10 Lite (SM-N770) markalı, qara rəngli, **********59438 və **********59439 İMEİ kodlu, dəyəri 1259.99 manat olan, X14 20 (SM-N980) markalı, boz rəngli, **********34077 və **********34075 İMEİ kodlu, dəyəri 2099.99 manat olan, X14 20 (SM-N980) makalı, yaşıl rəngli, **********22072 və **********22070 İMEİ kodlu, dəyəri 2099.99 manat olan, X14 10 Lite (SM-N770) markalı, qara rəngli, **********59552 və **********59553 İMEİ kodlu, dəyəri 1259.99 manat olan, Samsung Galaxy S20 FE (SM- G780F) rəngli, göy rəngli, **********60018 və **********60015 İMEİ kodlu, dəyəri 1399.99 manat olan, Samsung Galaxy S20 FE (SM-G780F) markalı, göy rəngli, **********60703 və **********60700 İMEİ kodlu, dəyəri 1399.99 manat olan, Samsung Galaxy S20 FE (SM- G780F) markalı, bənövşəyi rəngli, **********05613 və **********05610 İMEİ kodlu, dəyəri 1399.99 manat olan, Samsung Galaxy S20 FE (SM- G780F) markalı, yaşıl rəngli, **********81503 və **********81500 İMEİ kodlu, dəyəri 1399.99 manat olan və Samsung Galaxy S20 FE (SM-G780F) markalı, qırmızı rəngli, **********56591 və **********56598 İMEİ kodlu, dəyəri 1399.99 manat olan mobil telefon aparatlarını gizli yolla oğurlamışdır. Sonradan nümayəndəsi olduğu hüquqi şəxsə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam şəkildə ödənildiyindən hal-hazırda onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, məhkəmədən təqsirləndirilən şəxslərin barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçı qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2016-ci ildən mobil telefonların alış-satışı ilə məşğul olur. Həmin tarixdən də Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən icarə əsasında mobil telefonların alı-satışı ilə məşğul olan mağazanı işlədir. Şahid1 təxminən 1 ildən çoxdur ki, tanıyır. Oqtay mobil telefonların alış-satışı ilə məşğul olur, lakin mağazada işləmir. Müştəri düşən zaman mobil telefonu alıb başqa şəxslərə satır və oradan da qazanc əldə edir. 14 noyabr 2020-ci il tarixdə günorta saatlarında Oqtay mobil telefonla ona zəng vuraraq demişdir ki, «Samsung» markalı müxtəlif modelli təzə halda mobil telefonlar vardır və onları tanıdığı bir nəfər şəxs satır, o da Oqtaya baxması üçün mobil telefonları gətirməsini demişdir. Həmin vaxtı o evdə olmuşdur. Təxminən saat 15 radələrində evdə olan zaman Oqtay 5 ədəd mobil telefonu gətirib ona göstərmiş və demiş ki, bu 5 ədəd telefon müxtəlif modellidir və 18 ədəd mobil telefon bunların müxtəlif modelinin eynisidir. O, mobil telefonları baxıb bəyənmiş və Oqtayla həmin mobil telefonlara görə 19.000 manata razılaşmışdır. Oqtay ona demişdir ki, mobil telefonlar kredit yolu ilə götürülüb və tanıdığı bir nəfər şəxsə təcili pul lazım olduğuna görə mobil telefonları satır. Daha sonra Oqtay aşağı düşərək 18 ədəd mobil telefon gətirmiş və ona 12.800 manat pul vermişdir. Oqtay aşağı düşərək pulu tanımadığı həmin şəxsə vermişdir. Daha sonra da 5.700 manatı da qardaşı göndərmiş və bir neçə dəqiqədən sonra o həmin pulu da Oqtaya vermişdir. Oqtay çıxıb getmiş və onun Oqtaya 500 manat verəcəyi qalmışdır. Həmin günü axşam saatlarında da kart vasitəsi ilə 500 manat pulu Oqtaya göndərmiş və 19.000 manat pulu ödəmiş olmuşdur. 15 noyabr 2020-ci il tarixdə həmin mobil telefonların 5 ədədini tanımadığı şəxslərə pul müqabilində satmışdır.15 noyabr 2020-ci il tarixdə mobil telefonların İMEİ koduna baxdıqda görmüşdür ki, mobil telefonlar «Kontakt Home»-dan alınıb, lakin onların oğurluq yolu ilə əldə olunduğunu bilməmiş, Oqtay mobil telefonları ona verən zaman onların kredit yolu ilə əldə olunduğunu demişdir. Təqsirləndirilən və zərərçəkmiş şəxslərin əməli nəticəsində yalnız ona ziyan dəymişdir. Oğurlanmış telefonlar həm də “Kontakt-Home” mağazası işçilərinin səhlənkarlığı və etinadsızlığı nəticəsində baş vermişdir. Belə ki, əgər mağaza işçisi mağaza qapısını açan və bağlayan açarı lazımi mühafizə olunan yerdə qoymuş olsaydı yəqin ki, bu oğurluq hadisəsi baş verməzdi. Buradan da aydın olur ki, cinayət hadisəsi bilavasitə “Kontakt-Home” mağazasının işçisinin ehtiyatsızlığı və etinadsızlığı nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2ci maddəsinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Yəni zərərçəkmişin ehtiyatsız hərəkəti nəticəsində ona ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilmir. Ziyanı ödəməyə maddi imkanı olan yalnız “Kontakt-Home” mağazalar şəbəkəsidir. Bu əsasa görə də “Kontakt Home” mağazası da cavabdehlər siyahısına əlavə edilməlidir. Həmçinin onu da bildirmək istəyir ki, o ibtidai istintaq zamanı mülki iddiaçı kimi tanınmış, lakin mülki iddianın məbləğinin 12500 manat olması ilə razı deyildir. Belə ki, 9 aydır onun 19.000 manat pulu dövriyədən çıxmışdır. Həmin pulla o, hər ay təxminən 5.000 manat pul qazanırmış. Bunu da hesablayanda 09 (doqquz) aya 45 (qırx beş) min manat məbləğ əldən çıxmışdır. Əldən çıxmış fayda da hesablanarsa cəmi 64.000 manat ona ziyan vurulmuşdur. Həmin məbləğin cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və “Kontakt-Home” mağazalar şəbəkəsindən müştərək qaydada tutulub ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi və vəkili X11 da mülki iddiaçı X6 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır, onunla qonşuluqda yaşamışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs1lə yaşadığı evin qarşısında görüşərkən Oruc ondan 7000 manat borca pul istəmiş, o borca pul istəməsinin səbəbini soruşduqda Oruc ticarətlə məşğul olacağını, ondan borc olaraq aldığı pulu isə 1 ay müddətində geri qaytaracağını demiş, o da Orucu və onun ailəsini yaxından tanıdığından ona borca pul verməyə razılaşmışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Oruc ümumilikdə ondan 11000 manat məbləğində borca pul almışdır. Oruc ondan aldığı borcu isə 27 oktyabr 2020-ci il tarixədək geri qaytaracağını demiş, o da Oruca inanmışdır. 2020-ci ilin oktyabr ayının sonlarında Orucla yaşadığı evin qarşısında görüşərkən Oruc ona olan borcunu yaxın vaxtda ödəcəyini demiş, o da daha bir söz deməmişdir. 14 noyabr 2020-ci il tarixdə təxminən saat 15 radələrində Oruc onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onunla görüşmək istədiyini, ona olan borcunu geri qaytarmaq istədiyini bildirmişdir. Təxminən saat 15:30 radələrində «Bakı Ağ şəhər»-in qarşısında Oruc ilə görüşmüş, görüş zamanı Oruc ona 11000 manat məbləğində pul vermiş, o da Oruca çox sağolunu bildirmiş, Oruc da öz növbəsində ona yaxşılıq etdiyini deyərək çox sağolunu bildirmişdir. Orucun oğurluq etməsi barədə heç bir məlumatı olmamış, Oruc ticarətlə məşğul olduğunu deyərək ona olan 11000 manat məbləğində borcunu geri qaytarmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və görünür ki, Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlu 16 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 47-48). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və görünür ki, Təqsirləndirilən şəxs2 16 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 70-71). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina haqqında” 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətdən imtina edilmişdir (i/v 123-124). İş materiallarında olan “Vəsatətin müdafiə edilməsindən imtina haqqında” 18 noyabr 2020-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətdən imtina edilmişdir (i/v 145-146). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 125-126). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında 18 noyabr 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 147-148). İş materiallarında olan 14 noyabr 2020-ci il tarixli “Təqdim etmə və götürmə barədə” protokoldan görünür ki, X12 Bayramov vasitəsi ilə aldığı 18 ədəd «Samsung» markalı mobil telefonların 5 ədədini tanımadığı şəxsə satdığını bildirməklə hal-hazırda onda olan Samsung Galaxy S20 DUAL (SM-G980F) markalı, açıq göy rəngli, **********44110 və **********44118 İMBİ kodlu, X14 20 Ultra (SM-N985) markalı, ağ rəngli, **********89269 və **********89260 İMEİ kodlu, X14 20 Ultra (SM-N985) markalı, ağ rəngli, **********89418 və **********89419 İMFİ kodlu, X14 20 Ultra (SM- N985) markalı, qara rəngli, **********86538 və **********86539 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, gümüşü rəngli, **********21850 və **********21858 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, gümüşü rəngli, **********21918 və **********21916 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, boz rəngli, **********74679 və **********74677 İMEİ kodlu, X14 10 Lite (SM-N770) markalı, qara rəngli, **********59438 və **********59439 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, boz rəngli, **********34077 və **********34075 İMEİ kodlu, X14 20 (SM-N980) makalı, yaşıl rəngli, **********22072 və **********22070 İMEİ kodlu, Samsung Galaxy- Note 10 Lite (SM-N770) markalı, qara rəngli, **********59552 və **********59553 İMEİ kodlu, Samsung Galaxy S20 FE (SM-G780F) markalı, göy rəngli, **********60703 və **********60700 İMEİ kodlu, Samsung Galaxy S20 FE (SM- G780F) markalı, yaşıl rəngli, ********.681503 və **********81500 İMEİ kodlu mobil telefonları istintaqa təqdim etmişdir (i/v 92). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2020-ci il tarixli, 9/5249 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilən 13 ədəd təzə vəziyyətdə olan mobil telefonların 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 22,900 manat, təqdim edilməyən 5 ədəd təzə vəziyyətdə olan mobil telefonların 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 8030 manat müəyyən edilir. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir (i/v 160-164). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 199). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.02.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun barəsində Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 200). İş materiallarında olan Zərərçəkmiş şəxs MMC-nin baş direktoru Həsən İsrafilzadə tərəfindən Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Murad Mustafayevə ünvanlanmış məktubdan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində hal-hazırda heç bir şikayət və tələbləri yoxdur (i/v 184). İş materiallarında olan 17 dekabr 2020-ci il tarixli “mülki iddiaçı qismində tanınma haqqında” Qərardan görünür ki, X9 mülki iddiaçı qismində tanınmışdır (i/v 75-76). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, “Kontakt Home” mağazasından oğurlanmış 13 ədəd “Samsung” markalı mobil telefonun maddi sübut qismində tanınması və cinayət işinin istintaqı yekunlaşdırıldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılması qərara alınmışdır (i/v 201-203). İş materiallarında olan qəbzdən görünür ki, "xxxx" MMC-yə məxsus Samsung Galaxy S20 DUAL (SM-G980F) markalı, açıq göy rəngli, **********44110 və **********44118 İMBİ kodlu, X14 20 Ultra (SM-N985) markalı, ağ rəngli, **********89269 və **********89260 İMEİ kodlu, X14 20 Ultra (SM-N985) markalı, ağ rəngli, **********89418 və **********89419 İMFİ kodlu, X14 20 Ultra (SM- N985) markalı, qara rəngli, **********86538 və **********86539 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, gümüşü rəngli, **********21850 və **********21858 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, gümüşü rəngli, **********21918 və **********21916 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, boz rəngli, **********74679 və **********74677 İMEİ kodlu, X14 10 Lite (SM-N770) markalı, qara rəngli, **********59438 və **********59439 İMEİ kodlu, X14 20 (SM-N980) markalı, boz rəngli, **********34077 və **********34075 İMEİ kodlu, X14 20 (SM-N980) makalı, yaşıl rəngli, **********22072 və **********22070 İMEİ kodlu, Samsung Galaxy- Note 10 Lite (SM-N770) markalı, qara rəngli, **********59552 və **********59553 İMEİ kodlu, Samsung Galaxy S20 FE (SM-G780F) markalı, göy rəngli, **********60703 və **********60700 İMEİ kodlu, Samsung Galaxy S20 FE (SM- G780F) markalı, yaşıl rəngli, ********.681503 və **********81500 İMEİ kodlu mobil telefonları həmin şirkətin nümayəndəsi Nümayəndə saz vəziyyətdə Nəsimi RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Murad Mustafayevdən qəbul etmişdir (i/v 248). Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslər barəsində hal-hazırda heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələri, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, mülki iddiaçı və onun nümayəndəsinin, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarın 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Seyidəhməd oğluna və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Seyidəhməd oğlunun və Təqsirləndirilən şəxs2 16.11.2020-ci il tarixdən 18.11.2020-ci il tarixədək tutulduqları 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla onlara təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş maddi sübut kimi tanınmış – 01 ədəd “Samsung Galaxy S20 DUAL” markalı SM-G980F modelli, 03 ədəd “X14 20 Ultra” markalı SM-N985 modelli, 05 ədəd “X14 20” markalı SM-N980 modelli, 02 ədəd “X14 10 Lite” markalı SM-N770 modelli, 02 ədəd “Samsung Galaxy S20 FE” markalı SM-G780F modelli, ümumilikdə 13 ədəd mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və X2 vəkil işlədikləri Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdirlər. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-205/2021 saylı, 17 fevral 2021-ci il tarixli qərara əsasən 18 fevral 2021-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkilləri X5 və X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X5 və X2 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 (yüz səksən) manat olmaqla ümumilikdə 360 manat məbləğində pul köçürülməlidir. Mülki iddiaçı X9 tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə 12500 manat maddi zərərin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdehlər – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs MMC-dən 01 ədəd 1.700 manat dəyərində «Samsung Galaxy S20 Dual» markalı SM-G980F modelli, 01 ədədinin qiyməti 2.300 manat təşkil edən ümumilikdə 9.200 manat dəyərində 04 ədəd «X14 20 Ultra» markalı SM-N985 modelli, 01 ədədinin qiyməti 1.900 manat təşkil edən, ümumilikdə 9.500 manat dəyərində 05 ədəd «X14 20» markalı SM-N980 modelli, 01 ədədinin qiyməti 1.150 manat təşkil edən, ümumilikdə 2.300 manat dəyərində 02 ədəd «X14 10 Lite» markalı SM-N770 modelli, 01 ədədinin qiyməti 1.250 manat təşkil edən, ümumilikdə 6.250 manat dəyərində 05 ədəd «Samsung Galaxy S20 FE» markalı SM- G780F modelli və 01 ədəd 1.980 manat dəyərində «Samsung Galaxy S20+ Dual» markalı SM-G985F modelli mobil telefon aparatları gizli yolla oğurlanmış və baş vermiş vermiş oğurluq hadisəsi nəticəsində X7 12500 manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdehlər – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyana görə 12500 manat məbləğində pulun müştərək qaydada tutularaq mülki iddiaçı X7 ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 5 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı – X9 tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdehlər – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş maddi ziyana görə 12500 (on iki min beş yüz) manat pul müştərək qaydada tutularaq X7 ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilsin. İş maddi sübut kimi tanınmış – 01 ədəd “Samsung Galaxy S20 DUAL” markalı SM- G980F modelli, 03 ədəd “X14 20 Ultra” markalı SM-N985 modelli, 05 ədəd “X14 20” markalı SM-N980 modelli, 02 ədəd “X14 10 Lite” markalı SM-N770 modelli, 02 ədəd “Samsung Galaxy S20 FE” markalı SM-G780F modelli, ümumilikdə 13 ədəd mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 və X2 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 180 manat olmaqla ümumilikdə 360 manat (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-205/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-205/2021
12.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver