Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-205/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 etibarnamə əsasında nümayəndəsi və zərərçəkmiş şəxs Əhmədova X8, müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, biri yetkinlik yaşına çatmayan olmaqla 4 uşağı olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, Ucar rayonu, Qarabörk kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Cinayət işinin ibtidai istintaq materiallarına görə, Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə saat 12 radələrində Zərərçəkmiş şəxs2 baxıcısı işlədiyi ünvan 2 ünvanında olarkən sonuncunun xəstə olmasından istifadə edib sonuncunun onu görmədiyinə tam əmin olduqdan sonra Zərərçəkmiş şəxs2 yatdığı otaqdakı oturacağın üzərindən Əhmədova X9 məxsus elektron məlumat daşıyıcısı hesab edilən "xxxx" ASC tərəfindən verilmiş 522897******9750 nömrəli bank kartını və həmin kartın identifikasiya nömrəsi (pin kodu) qeyd olunmuş kağız parçasını götürüb mənzili tərk edərək qızı X4 ilə telefon əlaqəsi yaradıb guya baxıcısı işlədiyi Zərərçəkmiş şəxs2 pul lazım olduğunu və kartdan pul çıxarmaq üçün mənzili tərk edə bilmədiyini bildirməklə qeyd olunan binanın qarşısında Fidan Tağızadə və sonuncunun əri Şahid1 ilə görüşüb Zərərçəkmiş şəxs1 məxsus bank kartını və identifikasiya nömrəsi qeyd olunan kağız parçasını Q.Əhmədova təqdim edərək sonuncunun həmin gün saat 13:00-da Bakı şəhər, Nəsimi rayonu, Tbilisi prospekti 1058 ünvanında yerləşən "xxxx" ASC-yə məxsus terminaldan çıxardığı 200 manat və həmin gün saat 13:33-də Bakı şəhəri, Yasamal rayonu, X15 191 ünvanda yerləşən "xxxx" ASCyə məxsus terminaldan çıxardığı 700 manat pulu Q.Əhmədovdan götürməklə ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxs Əhmədova X9 məxsus 980 manat məbləğində pulu gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 iyul 2022-ci il tarixdə günorta saatlarında baxıcı işlədiyi ünvan 4 ünvanda olarkən mənzil sahibi Zərərçəkmiş şəxs2 divanda yatmasından istifadə edib sonuncunun hiss etmədiyi şəraitdə divanın üst hissəsini qaldıraraq saxlanc yerinə qanunsuz daxil olub oraya qoyulmuş sonuncuya məxsus bağlamanın içərisindən 01 ədəd üzərində tünd göy rəngli qaşlar və 40 ədəd rəngsiz şəffaf qaşlar, halqasında “7МК” və “583” damğası olan 1341 manat dəyərində 583/585 əyyarlı qızıl üzüyün, üzərində 18 ədəd rəngsiz şəffaf qaşlar və halqasında “E*750" və“БE " damğaları olan 1169 manat dəyərində 750 əyyarlı qızıl üzüyün, üzərində ümumilikdə 23 ədəd rəngsiz, şəffaf qaşlar və kilidində “МЮ9” və “m*583" damğaları olan 731 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğanın, üzərində 2 ədəd tünd göy rəngli və 82 ədəd rəngsiz şəffaf qaşlar və kilidində “7БЮ" və «б* 583" damğaları olan 2696 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğanın, üzərində 1 ədəd tünd göy rəngli daş olan 688 manat dəyərində 750 əyyarlı qızıl kulonu üzərində “585” damğası olan sarı rəngli 600 manat dəyərində 583/585 əyyarlı qızıl qolbağın, üzərində 1 ədəd rəngsiz şəffaf qaş və müxtəlif tonlu göy rəngli kürə formalı muncuqlar və kilidində “14" və “AM" yazıları olan 837 manat dəyərəində 583/585 əyyarlı sarı rəngli qolbağın, qulaqcığında “750" damğası olan 1616 manat dəyərində 750 əyyarlı sarı rəngli boyunbağının siferblatın içərisində “FRAM” yazısı üzərində 6 ədəd cilasız, şəffaf qaşlar, qolbaq hissəsinin iç tərəfində “140” və “56” yazıları və bəzi hissələrində qırıq olan 350 manat dəyərində 583/585 əyyarlı qızıl qol saatını, həmin günün məzənnəsi ilə 8500 manat təşkil edən 5000 ABŞ dolları və 4000 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs Ş.M,Əliyevaya ümumilikdə 22528 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq təkrarən oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 iyun 2022-ci il tarixdə Nəzakət adlı tanışı ona zəng edərək 700 manat maaş qarşılığında yaşlı xəstəyə baxmaq üçün iş olduğunu bildirmişdir. Nəzakətlə razılaşmış, daha sonra Azadə adlı qadın ona zəng edərək, xəstə anasına baxmaq lazım olduğunu demişdir. Həmin ərəfədə qızı xəstə olduğu üçün bir-iki gün möhlət istəmişdir və 15 iyun 2022-ci il tarixdə səhər saatlarında xəstəyə baxmaq üçün ünvan 5 ünvana getmişdir ki, xəstənin vəziyyətinə baxsın və bundan sonra işləmək üçün razılıq vermişdir. Həmin gün Azadə xanım evdə hər yeri göstərmiş görəcəyi işi izah etmişdir. Həmin gündən o, Azadənin anası Şərqiyyəyə baxmışdır və mütəmadi olaraq qızları gəlib necə baxmağını yoxlayırmışlar. 12 gün sonra otağda olan zaman o, evdə olan Şərqiyyə xanımın nəvəsi Ayxanı çağırmışdır ki, nənəsini divandan qaldırmağı kömək etsin. Şərqiyyə xanımı divandan götürdükdən sonra Ayxan divanı qaldırıb bir ədəd sellofanda olan bağlamanı divanın alt hissəsinə qoymuşdur. Bundan sonra təxminən 2 günlük qızı xəstə olduğu üçün Azadə xanımdan icazə almışdır və yerinə Şəbnəm adlı qadını qoymuşdur. İki gün sonra yenidən işə qayıtmış və işini davam etdirmişdir. Həmin ərəfədə 12.000 manat borcları var imiş. Bu səbəbdən 21 iyul 2022-ci il tarixdə daha öncə divanın altında gördüyü bağlamanı götürmək qərarına gəlmişdir və Şərqiyyə xanım həmin divanda yatan zaman divanı qaldırmış və bağlamanı götürmüşdür. Bağlamanın içərisində müxtəlif qızıl zinyət əşyaları 5.000 ABŞ dolları və 4000 manat pul var imiş. Pulu götürdüyü gün axşam saatlarında Şərqiyyə xanımdan icazə alaraq 1 həftə olmayacağını Ucar rayonuna gedəcəyini bildirmiş yenidən yerinə Şəbnəmi qoymuşdur. Götürdüyü pulları borclarına vermişdir. Qızılları polis bölməsinə təhqiqatçıya təhvil vermişdir, sonradan isə Şərqiyyə xanıma 9.000 manat pul qaytarmışdır. Bundan başqa bildirmişdir ki həmin evdən çıxmamışdan 1 gün əvvəl, 20 iyul 2022-ci il tarixdə günorta saatlarında Azadəyə məxsus “Ziraat” Bank aid plastik hesab kartının oluracağın üzərindən götürmüş, kağızda isə kodu yazılmışdır. Bundan sonra qızı Fidana zəng edərək Şərqyyə xanıma pul lazım olduğunu evi tərk edə bilmədiyini, kartdan pul çıxarmaq lazım olduğunu demiş, Fidan əri Qulamla birlikdə gəlmiş kodu onlara vermişdir. Həmin kartdan 980 manat pul çıxararaq ona təqdim etmişlər. Sonradan kartı özündə saxlamış və öz evinin yaxınlığında zibil qutusuna atmışdır. Oğurluq etməkdə hər hansı şəxs ona kömək elməmişdir, qızının və kürəkənin kartdan oğurluq emtəsində məlumatları olmamışdır, Şəbnəm adlı baxıcının oğurluq barəsində hər-hansı məlumatı olmamışdır. Daha sonra özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, biri yetkinlik yaşına çatmayan olmaqla 4 övladının tək başına böyütməsini, qadın olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın çöx hissəsini qaytarmasını və qalan məbləğə dair aralarında razılıq əldə edilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təkrarən zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlaklarını gizli olaraq talayıb oğurluq etmə cinayətin törədilməsində təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs2 etibarnamə əsasında nümayəndəsi və zərərçəkmiş şəxs Əhmədova X13 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs2 təxminən 2 ildir ki yataq xəstəsidir onunla birlikdə bəzi vaxtlarda qardaşı oğlu Şahid3 yaşayır. Anası Şərqiyyə xəstə olduğu üçün ona bir neçə dələ baxıcı tutmuş bunun üçün aylıq ödəniş etmişdir. Evdə baxıcılar olduğu üçün anasına hər dəfə evdə olan qızıl zinyət əşylarını və pulları götürüb öz evində saxlamağı təklif etsə də o razılaşmırmış. Təxminən iyun ayının 15-də elan saytı vasitəsi ilə Təqsirləndirilən şəxs adlı qadın aralarında olan razılığa əsasən anasının yaşadığı ünvan 6 ünvanda işləməyə başlamışdır. Bundan sonra 18 iyul 2022-ci il tarixdə bir həfətlik Türkiyə Respublikasına getmişdir. 20 iyul 2022-ci il tarixdə Türkiyədə olduğu zaman Fəzilə votsap sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlayaraq anası ilə yola getmədiyini və işdən ayrılmaq istədiyini bildirmiş, ona anasını bir müddət yola verməyini və gözləməsini xahiş etmişdir. Sonradan ona məlum olmuşdur ki Fəzilə 21 iyul 2022-ci il tarixdə anası Şərqiyəyə atasının xəstə olmasını bildirirək anasının yaşadığı mənzili tərk etmiş, yerinə isə bir neçə günlük hazırda adını xatırlamadığı qadın göndərmişdir. Anası buna etiraz etməmişdir. 23 iyul tarixdə anası zəng edərək sonuncunun ona verdiyi özünə məxsus və içərisində özünə məxsus olan hazırda xatırlamadığı məbləğdə pul vəsaiti olan Ziraat banka aid plastik hesab kartının yerində olmadığını və onu blok etməyini bildirmişdir. O, 26 iyul 2022-ci il tarixdə Bakı şəhərinə gələn kimi, kartı blok etmiş, sonrdan məlum olmuşdur ki kartdan 20 iyul 2022-ci il tarixdə 980 manat pul çıxarılmışdır. Kartın özünün isə hər hansı əhəməiyyətli dəyəri yoxdur. 30 iyul 2022-ci il tarixdə anasının yaşadığı mənzilə gəlmiş və xəstə olan zaman kartdan pul çıxarılması soruşduqda anası xeyir demişdir. Sonradan anasına evdə ona məxsus olan və uzandığı divanın altında saxlanc yerində saxladığı içərisində 4.000 ABŞ dolları, 5.000 manat və təxminən 20.000 manat dəyərində qızıl zinyət əşyaları olan bağlamanı verməsini, Sumqayıt şəhərində olan bağ evində daha etibarlı saxlayacağını bildirmişdir. Anası etiraz etməmiş, həmin gün qardaşı oğlu Ayxanla Sumqayıt şəhərində bağ evinə getmiş, orada həmin bağlamanı açmış, içərisində pulun və qızıl zinyət əşyalarının olmadığını görmüşdür. Həmin vaxtı anası xəstə olduğu üçün anasın deməmişdir, dərhal bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan başqa, Əhmədova X13 məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin çox hissəsinin ödənilməsini, yalnız 4500 manat məbləğində qalmasını, aralarında müəyyən razılığa gəlmələrini və qadın olmasını nəzərə alaraq sonuncu barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəməyədək istintaq dövründə zərərçəkmiş şəxs qismində ifadə vermiş və məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, 2020-ci ildən yataq xəstəsidir və bu səbəbdən ona baxıcılar baxır. Yaşadığı ünvana baxıcılar gəldiyi üçün özümə məxsus təxmini 20.000 manat dəyəri olan qızıl zinyət əşyalarını, 5000 ABŞ dolları pulu, 4000 manat pulunu əl üçün hazırlanmış pul kisəsinin yəni bağlamanın içərisinə qoyub üzərini skoçla bağlayıb yatdığı divanın altına saxlanc yeri kimi saxladığı yerə qoymuşdur. 2022-ci ilin iyun ayında qızı Azadənin tapdığı Fəzilə adlı baxıcı yaşadığı ünvana gəlmiş və 21 iyul 2022-ci il tarixədək ona baxmışdır. Sonradan atasının xəstə olmasını bildirirək iş yerindən ayrılmışdır. Təxminən Fəzilə getdikdən 2-3 gün sonra qızı Azadəyə məxsus sonuncunun yanında oturacağın üzərində qoyduğu Ziraat banka aid bank karlının yerində olmadığını görmüş, bu barədə Türkiyədə olan qızına demiş və kartı blok etməsini xahiş etmişdir. 30 iyul 2022-ci il tarixdə qızı Bakı şəhərinə yaşadığı ünvana gəlmiş və sonuncuya məxsus qızıllarla pulları götürüb Sumqayıt şəhərində ki, evinə aparacığını demişdir. X7 bağlamanı götürüb getmiş, sonrdan onlar bağlamanı açan zaman pulun və qızıların olmadığını aşkar etmişlər. Daha sonra həmin pul və qızılları sonuncuya baxan Təqsirləndirilən şəxs götürə bilməyindən şübhələndiyindən polisə məlumat vermişlər. Qızİların arasında 01 ədəd “Pram" markalı qol saatı ,01 ədəd üzərində göv rəngli qaş olan kulon,Ol ədəd qızıl rəngli qolbağ, 01 ədəd qızıl rəngli üzərində mavi işləmələr olan qolbağ, 01 ədəd qızıl rəngli boyunbağı , 01 ədəd üzəri parıltılı qaşlarla işlənmiş üzük, 01 ədəd üzərində göy rəngli qaş olan üzük, 01 cüt üzəri parıltılı qaşlarla işlənmiş sırğalar və 01 cüt üzəri üzərində göy rəngli qaşları olan sırğalar var imiş. ƏN-nin MEM-nin xx.xx.2022-ci il tarixli 6/6187-9/7744 nömrəli rəyi ilə həmin qızılların ümumi dəyəri 2022-ci ilin iyul ayı üçün 10.028 manat göstərilməsi ilə bağlı etirazı yoxdur, belə ki qızıllar ona qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, nənəsi Zərərçəkmiş şəxs2 təxminən 2 ildir ki yataq xəstəsidir onunla birlikdə yaşayır. Nənəsi Şərqiyyə xəstə olduğu üçün ona bir neçə dəfə bibisi Zərərçəkmiş şəxs1 baxıcı tutmuş, bunun üçün pul ödəmişdir. Təxminən iyun ayının 15-də elan saytı vasitəsi ilə əlaqə saxlamış Təqsirləndirilən şəxs adlı qadınla bibisinin razılığına əsasən həmin vaxtı nənəsinin və onun yaşadığı ünvan 6 ünvanda işləməyə başlamış, nənəsinə baxmışdır. Fəzilə işlədiyi müddətdə bir dəfə ondan yardım istəmişdir ki, nənəsinə məxsus içərəsində pul və qızıllar olan bağlamanı nənəsinin yatdığı divanın altına qoysun və o, kömək etmişdir. Bundan başqa bibisinin nənəsinə istifadə etməsi üçün verdiyi Ziraat banka aid bank kartı hər zaman nənəsinin yanında olmuşdur, özü üçün üzərinə kağız qoyub şifrəsini yazmışdır ki, lazım olanda oradan götürüb pul çıxarıb nənəsinə versin, pullar isə bibisinə məxsus imiş. 20 iyul 2022-ci tarixdə axşam saatlarında yaşadığı evə getməli olmuşdur. Artıq 21 iyul 2022-ci il tarixdə nənəsinin evinə qayıdan zaman orada başqa bir qadının olmasını görmüş və sonradan bilmişdir ki, Fəzilə çıxıb getmiş, yerinə isə başqa qadın qoymuşdur. Bir neçə gün sonra nənəsi bibisinə məxsus kartın yerində olmadığını demiş və bu barədə bibisinə məlumat vermişdir. Düşünmüşlər ki, bəlkədə kart harasa düşüb itmiş, həmin kart nənəsinin yanında oturacağın üzərində olurmuş. 30 iyul 2022-ci il tarixdə bibisi Azadə evə gəlmiş, nənəsinə həmin divanın altında saxlanc yerində saxladığı bağlamanı ehtiyyat üçün götürüb Sumqayıt şəhərinə öz bağına aparmağı və orada saxlamağı təklif etmişdir.Bundan sonra o bibisi ilə Suqmayıt şəhərinə gedib bağlamanı orada açan zaman içərisinin boş olduğunu görmüş və bibisi bu barədə DİN-in qaynar xəttinə məlumat vermişdir. Məhkəməyədək istintaq dövründə şahid qismində ifadə vermiş və məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qaynanasıdır, uzun müddətdir ki baxıcı kimi müxtəlif insanların evində qalır və onlara baxır. 20 iyul 2022-ci il tarxdə saat 12 radələrində həyal yoldaşı Fidan ona zəng edərək demişdir ki, anası Fəzilənin işlədiyi ünvandan bank kartını götürüb pul çıxarmaq lazımdır. Anası xəstəyə baxdığı üçün buna imkanı yoxdur. Yoldaşım Fidanı götürüb və idarə etdiyim 99 0N 445 nömrəli avtomobillə Fəzilənin atdığı yer üzrə ünvan 9 ünvanına getdik. Orada qaynanası Fəzilə aşağı düşərək kartı və kodu onlara vermiş və təxminən 1000 manata yaxın pul çıxarmağını xahiş etmişdir. Həmin kartın müdiri və baxdığı Şərqiyyə xanıma aid olduğunu və sonuncuya pul lazım olduğunu demişdir. O, Fidanla birlikdə Tbilisi prospektində yerləşən Neptun marketin önünə getmi, Ziraat banka aid terminal olmasada orada saat 13 radələrində 200 manat pulu Azərbaycan Beynəlxalq Banka aid terminaldan çıxarmışdır. İkinci dəfə eyni bankomatdan pulu çıxara bilməmiş və mobil telefonla yaxınlığda olan Ziraat banka aid terminal tapmışdır. Qələbə dairəsi yaxınlığına getmiş orada əlavə olaraq 780 manat pul çıxarmış, ümumi 980 manat pulu və plastik kartı qaynanası Fəziləyə təhvil vermişdir. Kartdan çıxarılan pul barədə sahibinin xəbərsiz olmamasından məlumatsız olmuşdur. Məhkəməyədək istintaq dövründə şahid qismində ifadə vermiş və məhkəmə iclasında iştirak etməyən X2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır, uzun müddətdir ki baxıcı kimi müxtəlif insanaların evində qalır və onlara baxır. 20 iyul 2022-ci il il tarixdə san 12 radələrində anası ona zəng edərək demişdir ki ev sahibinə məxsus bank kartını götürüb pul çıxarmaq lazımdır, xəstəyə baxdığı üçün buna imkanı yoxdur. Ö bu barədə yoldaşı Qulamdan xahiş etmiş, sonunu onunla birlikdə evdən çıxaraq, idarə etdiyi 990N445 nömrəli avtomobillə anasının atdığı yer üzrə ünvan 9 ünvanına getmişdir. Orada anası Fəzilə aşağı düşmüş karlı və kodu onlara vermiş və təxminən 1000 manata yaxın pul çıxarmalarını xahiş etmişdir. Həmin kartın müdiri və baxdığı Şərqiyyə xanıma aid olduğunu və sonuncuya pul lazım olduğunu demişdir. O Qulamla birlikdə Tbilisi prospektində yerləşən Neptun marketin önünə getmiş, Ziraat banka aid terminal olmasada orada saat 13 radələrində 200 manat pulu Azərbaycan Beynəlxalq Banka aid terminaldan Qulam çıxarmışdır. İkinci dəfə eyni bankomatdan pulu çıxara bilməmişlər və mobil telefonla Qələbə dairəsi yaxınlığında olan Ziraat banka aid terminal tapmış və həmin bankomatdan 780 manat pul çıxararaq ümumi 980 manat pulu və plastik kartı anası Fəziləyə təhvil vermişlər. Kartdan çıxarılan pul barədə sahibinin xəbərsiz olmamasından məlumatsız olmuşdur. Cinayət işinin 1-ci cild 92-93-cü vərəqələrində olan 21 dekabr 2022-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 121-124-cü vərəqələrində olan 22 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 28-29-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 41-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 6/6187-9/7744 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 21 iyul 2022-ci il tarixdə oğurlanmış bağlamanın içərisində olan 01 ədəd üzərində tünd göy rəngli qaşlar və 40 ədəd rəngsiz şəffaf qaşlar, halqasında “7МК” və “583” damğası olan 1341 manat dəyərində 583/585 əyyarlı qızıl üzüyün, üzərində 18 ədəd rəngsiz şəffaf qaşlar və halqasında “E*750" və“БE " damğaları olan 1169 manat dəyərində 750 əyyarlı qızıl üzüyün, üzərində ümumilikdə 23 ədəd rəngsiz, şəffaf qaşlar və kilidində “МЮ9” və “m*583" damğaları olan 731 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğanın, üzərində 2 ədəd tünd göy rəngli və 82 ədəd rəngsiz şəffaf qaşlar və kilidində “7БЮ" və «б* 583" damğaları olan 2696 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğanın, üzərində 1 ədəd tünd göy rəngli daş olan 688 manat dəyərində 750 əyyarlı qızıl kulonu üzərində “585” damğası olan sarı rəngli 600 manat dəyərində 583/585 əyyarlı qızıl qolbağın, üzərində 1 ədəd rəngsiz şəffaf qaş və müxtəlif tonlu göy rəngli kürə formalı muncuqlar və kilidində “14" və “AM" yazıları olan 837 manat dəyərəində 583/585 əyyarlı sarı rəngli qolbağın, qulaqcığında “750" damğası olan 1616 manat dəyərində 750 əyyarlı sarı rəngli boyunbağının siferblatın içərisində “FRAM” yazısı üzərində 6 ədəd cilasız, şəffaf qaşlar, qolbaq hissəsinin iç tərəfində “140” və “56” yazıları və bəzi hissələrində qırıq olan 350 manat dəyərində 583/585 əyyarlı qızıl qol saatının ümumi dəyəri 10.028 manat göstərilmişdir. Cinayət işinin 1-ci cild 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 140 (bir yüz qırx) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 134-135-ci vərəqələrində olan 05 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Əhmədova X9 məxsus "xxxx" ASC-yə aid olan hesab kartından 20 iyul 2022-ci il tarixdə saat 13.00-da ATM CNV Neptun ********* terminalından 200 manat və həmin tarixdə saat 13.33-də ATM ZB Head Offise terminal 00002053 terminalınan 780 manat, ümumilikdə 980 manat pul çıxarılmışdır. Cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 20 dekabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 26 və 176-cı vərəqələrində olan qəbzlərdən görünür ki, zərərçəkmiş şəxs Əhmədova X13 Təqsirləndirilən şəxs 9.000 manat pulu və istintaq şöbəsinin baş müstəntiqi M.Ş.Mirzəyevdən anasına məxsus qızıl əşları (01 ədəd üzərində tünd göy rəngli və 40 ədəd rəngsiz şəffaf qaşlar, halqasında “7МК” və “583” damğası olan 1341 manat dəyərində 583/585 əyyarlı qızıl üzüy, üzərində 18 ədəd rəngsiz şəffaf qaşlar və halqasında “E*750" və“БE " damğaları olan 1169 manat dəyərində 750 əyyarlı qızıl üzüy, üzərində ümumilikdə 23 ədəd rəngsiz, şəffaf qaşlar və kilidində “МЮ9” və “m*583" damğaları olan 731 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğa, üzərində 2 ədəd tünd göy rəngli və 82 ədəd rəngsiz şəffaf qaşlar və kilidində “7БЮ" və «б* 583" damğaları olan 2696 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğa, üzərində 1 ədəd tünd göy rəngli daş olan 688 manat dəyərində 750 əyyarlı qızıl kulonu üzərində “585” damğası olan sarı rəngli 600 manat dəyərində 583/585 əyyarlı qızıl qolbağ, üzərində 1 ədəd rəngsiz şəffaf qaş və müxtəlif tonlu göy rəngli kürə formalı muncuqlar və kilidində “14" və “AM" yazıları olan 837 manat dəyərəində 583/585 əyyarlı sarı rəngli qolbağ, qulaqcığında “750" damğası olan 1616 manat dəyərində 750 əyyarlı sarı rəngli boyunbağının siferblatın içərisində “FRAM” yazısı üzərində 6 ədəd cilasız, şəffaf qaşlar, qolbaq hissəsinin iç tərəfində “140” və “56” yazıları və bəzi hissələrində qırıq olan 350 manat dəyərində 583/585 əyyarlı qızıl qol saatı) qəbul etmişdir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs2 nümayəndəsi Əhmədova X9 H.Əliyev küçəsi, mənzil 10 ünvanından baxıcı işləyərkən götürdüyü (oğurluq) 12.500 manat pulun qalıq hissəsinin (9.000 manat ödənilmişdir), yəni 4.500 məbləğini xx.xx.2023-cü il tarixindən ayda 200-300 arası manat olmaqla hissə-hissə ödəməyi üzərinə öhdəlik götürmüşdür. Cinayət işinə əlavə edilmiş AZE seriyalı, 11720789 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2009-cu il tarixdə Ucar rayonunda anadan olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyi və digər iş materialları ilə onun zərərçəkmiş şəxslərə təkrar, xeyli miqdarda ziyan vurmaqla və elektron məlumat daşıyıcısından istifadə etməklə özgə əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirilsədə sonuncunun saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmə cinayətini törətməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Həmçinin sonuncuya elan edilən ittihamdan həmin Məcəllənin 177.2.3cü maddəsi rəqəm ifadəsi olaraq xaric edilməlidir. Belə ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istər ittiham aktında, istərsə də məkhəmə iclasında təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadələrindən də, göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, ev 1061, mənzil 13 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 baxıcısı kimi işləmiş, onun həmin evə hüquqamüvafiq qaydada giriş-çıxışı olmuş, həmçinin onun Zərərçəkmiş şəxs2 əmlakına yiyələnmək qəsdi evdə işləyərkən yaranmışdır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 23 mart 2004-cü il tarixli qərarının 21-ci bəndində da qeyd olunur ki, oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin «yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq» əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində «daxil olma» əlaməti yoxdur. Bundan başqa məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əmələrinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələrinə əsasən, oğurluq, yəni təkrar olaraq özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, biri yetkinlik yaşına çatmayan olmaqla 4 övladının tək başına böyütməsini, qadın olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın çox hissəsini qaytarmasını, qalan məbləğə dair aralarında razılığın əldə edilməsini və zərərçəkmiş şəxsin ona yüngül cəza verilməsini xahiş etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, biri yetkinlik yaşına çatmayan olmaqla 4 övladının tək başına böyütməsini, qadın olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın çöx hissəsini qaytarmasını, qalan məbləğə dair aralarında razılığın əldə edilməsini və zərərçəkmiş şəxsin ona yüngül cəza verilməsini xahiş etməsini və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 9.000 manat pul və 01 ədəd üzərində tünd göy rəngli və 40 ədəd rəngsiz şəffaf qaşlar, halqasında “7МК” və “583” damğası olan 1341 manat dəyərində 583/585 əyyarlı qızıl üzüy, üzərində 18 ədəd rəngsiz şəffaf qaşlar və halqasında “E*750" və“БE " damğaları olan 1169 manat dəyərində 750 əyyarlı qızıl üzüy, üzərində ümumilikdə 23 ədəd rəngsiz, şəffaf qaşlar və kilidində “МЮ9” və “m*583" damğaları olan 731 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğa, üzərində 2 ədəd tünd göy rəngli və 82 ədəd rəngsiz şəffaf qaşlar və kilidində “7БЮ" və «б* 583" damğaları olan 2696 manat dəyərində 583/585 əyyarlı bir cüt qızıl sırğa, üzərində 1 ədəd tünd göy rəngli daş olan 688 manat dəyərində 750 əyyarlı qızıl kulonu üzərində “585” damğası olan sarı rəngli 600 manat dəyərində 583/585 əyyarlı qızıl qolbağ, üzərində 1 ədəd rəngsiz şəffaf qaş və müxtəlif tonlu göy rəngli kürə formalı muncuqlar və kilidində “14" və “AM" yazıları olan 837 manat dəyərəində 583/585 əyyarlı sarı rəngli qolbağ, qulaqcığında “750" damğası olan 1616 manat dəyərində 750 əyyarlı sarı rəngli boyunbağının siferblatın içərisində “FRAM” yazısı üzərində 6 ədəd cilasız, şəffaf qaşlar, qolbaq hissəsinin iç tərəfində “140” və “56” yazıları və bəzi hissələrində qırıq olan 350 manat dəyərində 583/585 əyyarlı qızıl qol saatı zərərçəkmiş şəxsin nümayəndəsi Əhmədova X9 qaytarıldığından onun istifadəsinə verilmiş hesab edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili A.B.Babayevə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi rəqəm ifadəsi olaraq xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək, yəni 01 (bir) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 9000 manat pul və qızıl-zinət əşyaları nümayəndəsi Əhmədova X9 qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 140 (bir yüz qırx) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-205/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-205/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver