Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-206/2020 30.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafıəsi üzrə idarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon X7 Şöbəsinin baş müstəntiqi Orxan Əkbərov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə xx xxx 2020-ci il tarixdə ittiham aktı tərtib edilərək Nəsimi rayon prokurorluğuna təqdim edilmiş, ittiham aktı Nəsimi rayon prokuroru vəzifəsini icra edən Rauf Qasımov tərəfindən xx xxx 2020-ci il tarixdə təsdiq edilərək baxılması üçün Bakı şəhəri Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs onunla təqsirləndirilir ki, o təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxsin üzərindən, cibindən və çantasından əmlakını çıxarmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxx 2019-cu il tarixində saat 15:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mehbalıyev küçəsində “Uşaq" parkının qarşısı ilə hərəkətdə olan 55 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs1 məxsus gödəkçəsinin sağ cibindən üzərində 7 manat dəyərində “Azercell" mobil operatoruna aid 050 *** ** ** mobil sim nömrəsi olan 247 manat dəyərində “Xiaomi Redmi 5A" markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs1 ümumulikdə 254 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixində saat 18:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, Qara Qarayev metrostansiyasının yanında 214 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs16 Xaliq qızının əl çantasından içərisində 900 manat pul və sonuncuya məxsus şəxsiyyət vəsiqəsi olan 20 manat dəyərində “Lionel” markalanma nişanı olan pul qabını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs16 ümumilikdə 920 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixində saat 17 radələrində ünvan 1 ünvanında yerləşən “Saipa" avtomobil təmiri servisinin qarşısında 113 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs3 əl çantasından üzərində 5 manat dəyərində "Bakcell" mobil operatoruna aid 055 *** ** ** mobil cin nömrəsi olan 250 manat dəyərində “Xiaomi Redmi 4 X" markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs3 ümumilikdə 255 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə x xxxx 2019-cu il tarixində saat 14.30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu" stansiyasının üst keçidinin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs21 çiynində olan əl çantasından içərisində 175 manat pul, həmin dövrün milli manat məzənnəsi ilə 3 manat 40 qəpik təşkil edən 2 ABŞ dolları, şəxsiyyət vəsiqəsi, “Kapital Banka", “Beynəlxalq Banka" aid və sığorta kartları olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs21 ümumilikdə 188 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixində saat 17:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Romana qəsəbəsində 106 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs2 əlində olan sellofan paketdən içərisində 140 manat nağd pul olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgəmi əmlakını gizli olaraq talama məqsədilə xx xxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu" stansiyasının yaxınlığında 136 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs22 əynindəki pencəyinin cibindən 840 manat dəyərində “Samsung Galaxy A3" markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixində saat 18:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu stansiyasının qarşısında 136 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs14 əl çantasından üzərində 10 manat dəyərində Bakcell” mobil operatoruna aid 055 *** ** ** mobil cin nömrəsi olan 385 manat dəyərində “Redmi 7” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla Zərərçəkmiş şəxs14 ümumilkdə 395 manat maddi ziyan vurararq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixində saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prosoketində yerəlşən metronun “Koroğlu" stansiyasından Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi istiqamətinə tərəf hərəkət edən 136 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs4 əynində olan şalvarın sol yan cibindən 310 manat pulu gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxx 2019-cu il tarixində saat 17:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Neftçilər” stansiyasının yaxınlığında hərəkətdə olan 81 nömrəli marşurut avtobusunda olan zaman Zərərçəkmiş şəxs13 məxsus əl çantasından içərisində 430 manat pul olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarmaqla talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 440 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixində saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasının yaxınlığında hərəkətdə olan 62 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs23 çantasından içərisində 225 manat nağd pul, bir ədəd maaş kartı və şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs23 ümumilikdə 235 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixində saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospketində yerləşən metronun “Koroğlu” stansiyasının üst keçidinin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs18 şalvarının arxa cibindən içərisində 300 manat pul, “VTB” banka aid pul kartı və şəxsiyyət vəsiqəsi olan markalanma nişanı olmayan 10 manat dəyərində pul qabını gizli olaraq çıxarıb talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs18 ümumilikdə 310 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxxx 2019-cu il tarixində saat 18 radələrinə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində 136 nömrəli sərnişin avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs9 cibindən 500 manat pulu gizli olaraq talayıb çıxarmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 19 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində hərəkətdə olan 66 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs20 məxsus üzərində 10 manat dəyərində "Azercell” mobil operatoruna aid 050 *** ** ** mobil sim nömrəsi olan 400 manat dəyərində “Samsung Galaxy J-6 markalı və üzərində 10 manat dəyərində “Bakcell mobil operatoruna aid 055 *** ** ** və 10 manat dəyərində 055 *** ** ** cin nömrələri olan 720 manat dəyərində “Huawei” markalı mobil telefon aparatlarını əl çantasından gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs20 ümumilikdə 1150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ilə metronun «Koroğlu» stansiyası istiqamətində hərəkət edən 160 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs15 Calal qızının əl çantasından içərisində 222 manat pul, 2 manat dəyərində “Bakı” kartı və şəxsiyyət vəsiqəsi olan markalanma nişanı olmayan 50 manat dəyərində pul qabını gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs15 ümumilikdə 274 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 18 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində 136 nömrəli sərnişin avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs8 şalvarının cibindən içərisində 315 manat pul, şəxsiyyət vəsiqəsi, təqaüd kartları olan 15 manat dəyərində pul kisəsini gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs8 ümumilikdə 390 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 16:30 radələrində Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan 160 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs7 qıznın çantasından içərisində X8, Zeynalova Rövşanə Rasim qızına və X6 məxsus şəxsiyyət vəsiqələri və 100 manat pul olan 8 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs7 ümumilikə 108 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində 160 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs24 Rəfail qızının cibindən içərisində 585 əyarlı 200 manat dyərində qızıl boyunbağı, tələbə bileti, maaş kartları və 15 manat pul olan 15 manat dəyərində üzərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs24 230 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 12:30 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə hərəkətdə olan 189 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini X4 əynində olan gödəkçəsinin sol yan cibindən 200 manat dəyərində “Redmi Note 4” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixində saat 18 radələrində Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospekti ilə metronun «Qara Qarayev» stansiyası istiqamətində hərəkətdə olan 36 saylı marşrut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs17 çantasından içərisində 105 manat pul, tələbə bileti və şəxsiyyət vəsiqəsi olan 10 manat dəyərində markalanma nişanı olmayan pul qabını gizli olaraq çıxarıb talayaraq zərəçəkmiş Zərərçəkmiş şəxs17 ümumilikdə 125 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxxxxxx 2019-cu il tarixində saat 18:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində hərəkətdə olan 160 nömrəli avtobusda olan zaman avtobusun sənrnişini Zərərçəkmiş şəxs11 cibindən 10 manat dəyərində üzərində “Azerfon” mobil operatoruna aid 077 *** ** ** mobil nar nömrəsi olan 180 manat dəyərində “Xiomi Redmi” markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talamaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixində saat 09 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən metronun Q.Qarayev" stansiyasından metronun “Koroğlu" stansiyası istiqamətində hərəkətdə olan 62 nömrəli marşurut avtobusunda olan zaman avtobsun sərnişini Zərərçəkmiş şəxs12 əl çantasından içərisində 455 manat nəğd pul və üzərində “Bakcell mobil operatoruna aid 10 manat dəyərində 055 *** ** ** mobil cin nömrəsi olan 350 manat dəyərində “Samsung A7” markalı mobil telefon aparatı olan 10 manat dəyərində markalanma nişanı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs12 ümumilikdə 825 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxx 2019-cu il tarixində saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşən metronun “Koroğlu” stansiyasından Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi istiqamətində hərəkətdə olan 150 nömrəli marşurut avtobusunda olan zaman Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Hərbi şəhərciyin qarşısında Zərərçəkmiş şəxs10 məxsus əl çantasından içərisində 279 manat pul olan 15 manat dəyərində markalanma nişnaı olmayan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs10 ümumilikdə 395 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixində saat 20 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində hərəkətdə olan 104 nömrəli marşurut avtobusunda olan zaman avtobusun sərnişini Zərərçəkmiş şəxs5 əynində olan gödəkçəsinin sağ yan cibindən üzərində hər birinin dəyəri 10 manat olan “Bakcell' mobil operatoruna aid ***-***- **-**, “Azercell” mobil operatoruna aid ***-***-**-** mobil nömrələr və 5 manat dəyərində üzlüyü olan 700 manat dəyərində «Samsung A8» markalı mobil telefon aparatını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 725 manat maddi ziyan viırmaqia oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx xxxxxx 2019-cu il tarixində saat 13 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisindən Bakı şəhəri, Nəsimi rayonu əraizisində yerləşən metronun “28 May" stansiyası istiqamətinə tərəf hərəkət edən 46 nömrəli marşurut avtobus metronun “28 May” stansiyasına çatdıqda avtobusun sərnişini Zərərçəkmiş şəxs6 qızna məxsus əl çantasından içərisində 400 manat nəğd pul, DSMF tərəfindən verilmiş sosial kart, torpaq əkini üçün subsidiya kartı və şəxsiyyət vəsiqəsi olan 20 manat dəyərində “İnci" markalanma nişanı olan qadın pul qabını gizli olaraq çıxarıb talayaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 420 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası zamanı Təqsirləndirilən şəxs məhkəməyə yazılı vəsatət təqdim edərək onun 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması, məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, həmin cinayət işi üzrə ittiham aktı Nəsimi rayon Polis İdarəsininİstintaq şöbəsinin baş müstəntiqi Orxan Əkbərov tərəfindən xx xxx 2020-ci il tarixində tərtib edilərək Nəsimi rayon prokurorluğuna təqdim edilmiş, xx xxx 2020-ci il tarixdə Nəsimi rayon prokuroru vəzifəsini icra edən Rauf Qasımov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyatı üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə ibtidai istintaqın yekunlaşdırılıb baxılması üçün məhkəməyə göndərilməsinə baxmayaraq, o cinayət işinin materialları ilə tanış olmamışdır. X10 “tələs-tələs” edərək bir sıra sənədlərə imza etdirərək, işinə məhkəmədə baxılacağını deyib hər şeyin yaxşı olacağını demiş, lakin sonda heç də yaxşı olmamış və ona qarşı daha ağır ittihamlar irəli sürülmüşdür. Bundan başqa, onun müdafiə hüququ pozulmuş, müdafiəçi ilə yalnız bir dəfə ibtidai istintaqın ilkin mərhələsində görüşmüş, sonradan müdafiəçinin iştirakı təmin olunmamışdır.Halbu ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanla bağlı onun vəsatətləri olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamla razı olmadığından və müdafiə hüququ kobud şəkildə pozulduğundan cinayət işi üzrə icraata xitam verilməsini və işin yenidən istintaqının aparılması üçünibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında təqsirləndirilən şəxsin müdafıəçisi Bakı şəhəri, 05 saylı Vəkil bürosunun vəkili X5 vəsatətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Dövlət ittihamçısı vəsatətdə göstərilənlərin yalnız təqsirləndirilən şəxsin mülahizəsi olduğunu, bununla bağlı hər hansı bir sübutun məhkəməyə təqdim olunmadığını bildirərək vəsatətin təmin olunmamasını xahiş etdi. Məhkəmə vəsatətlə bağlı cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, məhkəməyədək icraat zamanı ibtidai istintaq orqanı tərəfindən kobud qanun pozuntularına yol verildiyindən və məhkəməyədək icraat zamanı bu pozuntular aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmadığından vəsatət təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, əsaslar aşağıdakılardır:
1. Cinayət işi üzrə tərtib edilmiş ittiham aktının nəticəvi hissəsinin sonunda göstərilmişdir ki, “Beləliklə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair sübutlar kifayət qədər olduğundan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 289-cu və 290-cı maddələrinə əsasən ittiham aktı ilə birlikdə Nəsimi rayon prokurorluğuna göndərilməlidir”. Məhkəmə bildirir ki, ittiham aktının nəticəvi hissəsində ittihama aid olmayan şəxsin yəni “X11” oğlunun adının göstərilməsi cinayət işininmateriallarında əks olunanlarla ziddiyyət təşkil edir və ittiham aktı cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 289.1-ci maddəsinə əsasən buMəcəllənin 284—288-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdənsonra müstəntiq ittiham aktı tərtib edir. Həmin Məcəllənin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqındaməlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əksetdirilir.
2. ittiham aktının tərtibi zamanı bir sıra qramatik və üslub səhvlərinə yol verilmiş, latın qrafikasının yazı qaydalarına tam olaraq əməl olunmamışdır.
3. xx.xx.2020-ci il tarixli sorğu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı X1 Rayon məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli xx/xx-3086 saylı məktubdan görünür ki, ********* saylı cinayət işi üzrə xx.xx.2020-ci il tarixdə Nəsimi rayon X7 Şöbəsinin baş müstəntiqi Orxan Əkbərov tərəfindən Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübutların təqdim olunması ilə bağlı 3 saylı İstintaq Təcridxanasına rəsmi müraciət daxil olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında xx.xx.2020-ci il tarixli protokolda təqsirləndirilən şəxs və onun müdafiəçisinin maddi sübutlarla tanış olmaq istəməməsi qeyd olunmuşdur. Lakin məhkəməyə daxil olmuş sorğunun cavabından görünür ki, müstəntiq tərəfindən maddi sübutların təqsirləndirilən şəxs və onun müdafiəçisinə təqdim olunması ilə bağlı Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına rəsmi olaraq müraciət olunmamışdır. Buradan da görünür ki,təqsirləndirilən şəxsi və müdafiəçini cinayət işinin materialları ilə tanış etmə haqqında protokol formal olaraq tərtib olunmuş, onlara maddi sübutlar təqdim olunmamışdır. Belə ki, maddi sübutlartəqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim olunduqdan sonra onunla tanış olub-olmaması barədə protokolda qeyd aparılmalıdır. Azərbaycan Respublikası CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələbləri pozulmuşdur.
4. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun müdafiə hüququ pozulmuş, müdafiəçi ilə yalnız bir dəfə ibtidai istintaqın ilkin mərhələsində görüşmüş, sonradan müdafiəçinin iştirakı təmin olunmamışdır. Məhkəmə hesab edir ki, cinayət işi üzrə müdafiəçinin iştirakı formal olmuş, təqsirləndirilən şəxsin müdafiə hüquqları tam həyata keçirilməmişdir. Bununla da, Cinayət-Prosessual Məcəllənin 303.3.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq və hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü bəndinin “b” və “c” yarımbəndlərinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüquqlarına malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Qeyd olunan Məcəllənin 19.4-cü maddəsinə müvafiq olaraq cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək, öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq hüquqlarını təmin etməlidir. “Artiko İtaliyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “Hüquqi yardım səmərəli olmalıdır, çünki Konvensiya nəzəri və ya xəyali deyil, praktiki və səmərəli hüquqları təmin etmək məqsədi daşıyır. Müdafiəçini sadəcə təyin etməklə səmərəli yardım təmin edilmiş olmur, belə ki, hüquqi yardım məqsədilə təyin edilmiş vəkil vəzifələrinin icrasından yayına [...] bilər. Bu cür vəziyyət barədə hakimiyyət orqanlarına məlumat verildikdə, onlar ya müdafiəçini başqası ilə əvəz etməlidirlər, ya da onu öhdəliklərinin icrasına məcbur etməlidirlər”. Həmin Məhkəmə digər qərarında vurğulamışdır ki, “Dövlət orqanları təqsirləndirilən şəxsin səmərəli müdafiədən yararlanmasını təmin etmək üçün “müsbət addımlar” atmalıdırlar və bu cür müdafiə üçün müvafiq vaxt və şəraiti təmin etməlidirlər. 6-cı maddənin 3-cü bəndinin “c” yarımbəndinə əsasən, müvafiq yerli orqanlar yalnız o zaman müdaxilə etməlidirlər ki, müdafiəçinin təqsirləndirilən şəxsi səmərəli təmsil edə bilməməsi açıq-aydın nəzərə çarpsın və ya hər hansı başqa yolla onların nəzərinə lazımınca çatdırılmış olsun” (“Kamasinski Avstriyaya qarşı iş”). Bundan əlavə Avropa Məhkəməsi göstərmişdir ki, “Təqsirləndirilən şəxsə dövlət tərəfindən təyin olunan müdafiəçinin xidmətlərinin formal deyil, səmərəli olmağının təmin edilməsi Dövlətin öhdəliyidir” (“Krosant Almaniyaya qarşı” iş). Sadalanan normaları nəzərə alaraq məhkəmə vurğulayır ki, hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi cinayət mühakimə icraatının əsas prinsiplərindən olmaqla şəxsin ona qarşı irəli sürülmüş ittihamdan qanunauyğun şəkildə bütün vasitələrdən istifadə etməklə müdafiə olunmasına, eləcə də dövlət hakimiyyət orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəlmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Bu hüquq şübhəli və təqsirləndirilən şəxslərin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsinin maraqlarının təminatıdır. Dolayısı ilə, müdafiə hüququ ictimai maraqları özündə əks etdirməklə dövlətin bu sahədə üzərinə düşən vəzifələri qüsursuz yerinə yetirməsini zəruri edir. Ona görə də, məhkəmə dövlətin adından ədalət mühakiməsini həyata keçirən orqan kimi bu məsələyə xüsusi həssaslıqla yanaşmaq vəzifəsini daşıyır. Bu vəzifə birbaşa Azərbaycan Respublikası Konstitusiyanın 26-cı maddəsinin İİ və 71-ci maddəsinin İ hissəsindən irəli gəlir. Həmin maddələrə görə dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, habelə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Nəzərə alınmalıdır ki, hüquqi yardım almaq və müdafiə hüququ cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin sadəcə müdafiəçi ilə təmin edilməsindən ibarət deyil. Bu hüquq şəxsin ona elan edilmiş ittihamdan özünü müdafiə edə bilməsi üçün tutulduğu, şübhəli şəxs qismində dindirildiyi, ona ittiham elan edildiyi və ya həbsə alındığı andan müdafiəçiyə malik olmaqla onun yardımından istifadə etmək, müdafiə hüquqları barədə qanunvericilikdə nəzərdə tutulmuş prosessual imkanlarna dair məlumatlanmaq, şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq, əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidləri çağırmaq və dindirməyə nail olmaq, eləcə də öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq kimi geniş prosessual imkanları əhatə edir. Göstərilən prosessual təminatlar bir-biri ilə əlaqəli şəkildə hüquqi yardım almaq və müdafiə hüququnu əmələ gətirirlər və onlardan hər hansı birinin pozulması nəticə etibarilə müdafiə hüququnun pozulmasına gətirib çıxarır. Odur ki, cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi ilə bağlı olan bütün imkanları real olaraq təmin etməli, buna formal yanaşmamalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı və 96-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyinin təyinatı cinayət törətmiş şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən etməkdir. Cinayət- Prosessual Məcəlləsi bu prosedurları müəyyən edərək, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb etmə prosesində tarazlı (balanslı) imkanların olmasını təmin edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyə əsasən müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. Bu mənada təqsirləndirilən şəxsin yüksək hüquqi yardım almaq hüququnun təmin edilməsinin zəruriliyi işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına xidmət edir və nəticədə ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Göründüyü kimi, Konstitusiya həqiqətin ortaya çıxarılmasını məhkəmə icraatının yönəldiyi son məqsəd və onun fəaliyyətinin əsas meyarı kimi təsbit etmişdir. Cinayət prosesi ictimai maraq kəsb etdiyindən, hakim özünün qulluq mövqeyinə əsasən maddi (obyektiv) həqiqətin aşkar olunması prinsipini bu icraatda rəhbər tutmalıdır. Odur ki, məhkəmə, icraatında olan hər bir iş üzrə həqiqətin tapılması istiqamətində zəruri olan bütün tədbirləri görmək və ya bunu təmin etmək öhdəliyini daşıyır. Beləliklə şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququnun pozuntusuna yol verildiyindən, cinayət işinin materialları ilə tanış etmə qaydası pozulduğundan, ittiham aktının prosessual forma və qaydalarına riayət edilmədiyindən cinayət işinin baxılmasına xitam verilməli və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.3.6-cı maddəsinə əsasən cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsi üçün kobud pozuntuları kimi qiymətləndirilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiq edilməsinin və ya edilməməsinin əsaslılığı; qətimkan tədbirinin seçildiyi halda onun növünün əsaslılığı; təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsi barədə qərar çıxarır. Bu Məcəllənin 306.2-ci maddəsinə görə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda aşağıdakı hallar mövcud olduqda təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır: ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda (306.2.1-ci maddə) və cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə (306.2.2-ci maddə). Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 1(006)-206/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti məhkəmənin hazırlıq iclası keçirilənədək yəni xx xxxx 2020-ci il tarixədək uzadıldığından həmin tarixdə bitir. Bununla əlaqədar məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməli və Cinayət-Prosessual Məcəlləsinin 159-cu maddəsinə müvafiq olaraq seçilmiş həbsin müddəti uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.5. 300.4 və 303.3.6-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın, onun həbsdə saxlanılma müddəti 02 (iki) ay yəni, xx xxxxxxxx 2020-ci il tarixədək uzadılsın. Qərar qətidir, ondan şikayət və protest verilə bilməz.
Hakim: Elməddin Hüseynov