Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-206/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X5, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərçüməçi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, himayəsində yetkinlik yaşına çatmamış övladı olan, “Azerreyl” voleybol komandasında fizioterapist işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, ev 1D, mənzil 70 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşki'at, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydalarf’nın 4.5.5-ci maddəsinin, yəni "Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” kimi tələblərini pozaraq yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ola müddət ərzində hər gün olmaqla müxtəlif saatlarda məişət tullantılarını atmaq və yaşadığı evin ətrafında gəzmək məqsədilə yaşadığı ünvan 2 ünvanını tərk etmiş, sonuncu dəfə xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində yaşadığı qeyd olunan ünvanı tərk edərək, özünə məxsus “Nissan Qashqai” markalı 99-XK- 538 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gedib orada nikahdan kənar münasibətdə olduğu Şahid1 ilə görüşərək, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün rea təhlükə yaratmışdır.Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Səbail rayonu, Bayıl qəsəbəsi, bina 106, ev 48 invanında tək yaşayır. Lakin qızı X13 Federasiyasında yaşayır. X14 görmək üçün onun yanına getmək qərarı almışdır. Ona görə də Rusiya Federasiyasına getməsi üçün Covid 19-la bağlı analiz verməli olduğunu bildirmişlər. xx.xx.2020-ci il tarixdə X1 gedərək orada yaxmadan analiz vermiş, analizin cavabı isə pozitiv çıxmışdır. Bununla bağlı onun mobil telefonuna sms gəlmişdir ki, Covid 19 xəstəsidir və yaşadığı yeri tərk etməməlidir, həmçinin analizinin cavabı verilən zaman qeyd edilmişdir ki, analizinin nəticəsi dəyişə bilər və buna görə də o digər müayinə üsulları ilə də yoxlanıla bilər. xx.xx.2020-ci il tarixdə sonuncu yenidən Covid-19 virusu ilə bağlı analiz vermək üçün “X2”a gedərək qandan analiz vermişdir. Analizin cavabı neqativ çıxmışdır. Həmin vaxtdan sonra yenidən analiz vermək üçün xx.xx.2020-ci il tarixdə “X2”a gedərək yaxmadan analiz vermişdir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qonşuluqda yaşayan X6 “Saipa” markalı **-SE- *** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək “X2”a analizin cavabını götürmək üçün getmişdir. Orada məlum olmuşdur ki, o, Covid 19 xəstəsidir. Həmin vaxt üzərində milli pul vahidi olmadığı üçün üzərində olan pulu milli pula dəyişmək üçün qonşusu E.M.Məmmədovdan xahiş etmişdir ki, pullarını dəyişsin. E.M.Məmmədov onunla razılaşaraq öz idarə etdiyi “Saipa” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu Nobel prospekti 15 ünvanında yerləşən “Azure” ticarət mərkəzinin içərisində olan valyuta mübadiləsi terminalına aparmışdır. Orada o, E.M.Məmmədova 50 ABŞ dolları vermişdir. E.M.Məmmədov isə öz növbəsində Nobel prospekti 15 ünvanında yerləşən “Azure” ticarət mərkəzinin içərisində olan valyuta mübadiləsi terminalında xarici pulu milli pula dəyişərək 85 AZN məbləği ona vermişdir. xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən stasionar karantin postunda avtomobildə yoxlanış zamanı müəyyən unmuşdur ki, o, Covid 19 xəstəsidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X8 ilə birlikdə yaşadığını, 2020-ci ilin noyabr ayında səhhətində narahatçılığın olduğuna və hərarətinin olduğuna görə yaşadığı ərazi üzrə 20 saylı şəhər poliklinikasına şəhər telefonu vasitəsi ilə zəng edərək bu barədə məlumat verdiyini, xüsusi həkim briqadasının xx.xx.2020-ci il tarixdə onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Dövlət ittihamçısı küçəsi, ev 1D, mənzil 70 ünvanına gələrək, onda koronavirus (“Covid-19”) xəstəliyinin olub-olmamasını müəyyən etmək üçün burun və boğazdan yaxma götürdüklərini, həkimlərin ona testin nəticəsi barədə növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə gün ərzində məlumat veriləcəyini söylədiklərini, növbəti gün, yəni xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə sms gəldiyini, sms-də onun verdiyi COVİD 19 testinin nəticəsinin pozitiv olması barədə məlumatın olduğunu, bundan başqa sms mətndə ona yaşadığı yeri tərk etməməyi, tərk etdiyi halda məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq edildiyini bildirmişdir. Bundan sonra həmin tarixdə, yəni xx.xx.2020-ci il tarixdə ona 20 saylı şəhər poliklinikasından sahə həkiminin zəng etdiyini, səhhəti ilə marağlandığını, 14 gün ərzində yaşadığı evi tərk etməməyi barədə xəbərdarlıq edildiyini, yaşadığı evi tərk edəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə məlumat verdiyini, azyaşlı övladı X8 ilə birlikdə yaşadığından və ondan başqa qızını təmiz havada gəzdirəcək şəxsin olmadığından, xəstələnməyinə və buna görə də yaşadığı evi tərk etməməyi barədə xəbərdarlıq edildiyinə baxmayaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hər gün saat 11 radələrində 30 dəqiqə övladı ilə birlikdə yaşadığı evin ətrafında təmiz hava almaq üçün yaşayış yerini tərk etdiyini, xəstə olduğu müddətdə ancaq yaşadığı yeri tərk edərək, məişət tullantılarını atdığını və yarım saat evinin ətrafında piyada övladı ilə birlikdə gəzdiyini, həmin günlər başqa heç bir yerə getmədiyini, bundan başqa bir dofo xx xxxxxx 2020-ci il tarixdə saat 13:30 radələrində yaşadığı ünvanı tərk edərək, özünə məxsus “Nissan Qashqai” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə müalicə aldığı “Kurantil” dərmanını övladının atası Farizdən götürmək məqsədilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə getdiyini, orada Fariz onunla sıx kontakta girməsə də, avtomobildən düşərək, məsafəli şəkildə Farizin uzatdığı dərmanı götürdüyünü, dərmanı götürdükdən sonra idarə etdiyi avtomobil ilə yaşadığı ünvana geri gəldiyini, həmin vaxt heç kəslə ünsiyyətə girmədiyini, dərmanı götürən kimi yaşadığı evə geri gəldiyini, əlavə olaraq xx.xx.2020-ci il tarixdə karantin qaydalarına əməl olunmasını təmin etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən aparılan nəzarət-profilaktik tədbirlər çərçivəsində yaşadığı evin qapısına Nəsimi RPl-nin əməkdaşlarının gələrək, yaşadığı evi tərk etməyi barədə məlumatın olduğunu söylədiklərini, həmin vaxt onun səmimi olaraq hər gün zibil atmaq və hava almaq məqsədilə yaşadığı evi tərk etdiyini etiraf etdiyini, polis əməkdaşlarının ona cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq etdiklərini, xx.xx.2020-ci il tarixdə övladının atası Farizdən dərmanı götürüb yaşadığı evə gəldikdən sonra sağaldığı vaxtadək, yəni xx.xx.2020-ci il tarixədək yaşadığı ünvanı tərt etmədiyini, istifadəsində bir ədəd mobil telefon nömrəsinin olduğunu, həmin nömrənin 055 *** ** ** olmasını, bütün xəstə olduğu müddət ərzində mobil telefon nömrəsinin onun özündə olduğunu, mobil telefonunu heç kəsə vermədiyini, övladının atası Fariz ilə görüşməsinə baxmayaraq sonuncunun ümumiyyətlə koronavirus pandemiyasına yoluxmadığını bildirdi. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış övladının və ilk dəfə məhkum olmasını məhkəmədən nəzərə almasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyi, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin rəisi Şahid2 oğlu ifadəsində göstərmişdir ki, dövlətin pandemiya şəraitində insanların sağlamlığı və rifahının qorunması üçün bütün resurslarını səfərbər etdiyini, eyni zamanda, koronavirusla mübarizədə ön cəbhədə yer alan polislərin böyük fədakarlıq nümunəsi ortaya qoymaqla bu prosesə mühüm töhfə vermiş olduğunu, istər karantin rejimi dövründə, istərsə də son günlər bəzi məhdudiyyətlərin yenidən tətbiq olunduğu hazırkı şəraitdə qaydalara əməl olunması, təhlükəsizliyin təmini istiqamətində uğurla fəaliyyət göstərən Azərbaycan polisinin böyük fədakarlıq nümayiş etdirdiyini, onların vətəndaşlarımızın sağlamlığı və təhlükəsizliyi naminə xidməti borclarını layiqincə yerinə yetirdiyini, virusa yoluxma riskini azaltmaq üçün xüsusi karantin rejimi qaydalarına ciddi riayət edilməsinə nəzarət etdiyini, qanunla müəyyən olunmuş qaydada öz səlahiyyətləri çərçivəsində müvafiq addımlar atdıqlarını, bundan oaşqa, cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini layiqincə yerinə yetirməyə çalışdıqlarını, bu səbəbdən həm insanlar arasında sosial məsafəni qorumağa çalışdıqlarını, habelə aktiv koronavirus xəstələrini cəmiyyətdən təcrid etməklə xəstəliyin geniş miqyasda yayılaraq insanların həyatını real təhlükə altına qoymaqdan çəkindirməyə çalışdıqlarını, vətəndaşlarla aparılan profilaktiki söhbətlərlə yanaşı karantin qaydalarına əməl olunmasını təmin etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən aparılan nəzarət-profılaktik tədbirlər çərçivəsində hər gün Nəsimi Rayon Polis İdarəsinin inzibati ərazisində aktiv koronavirus (“Covid-19”) xəstəsi olan şəxslərin yaşadığı yerləri tərk edib-etməməsini yoxlamaq məqsədilə istifadələrində olan mobil telefon nömrələrin anten dairəsi üzrə statistik məlumatları bazasından çıxarışlar götürülərək, müvafiq araşdırmaların aparıldığını, həmin araşdırmalar çərçivəsində mobil telefon nömrələri üzrə edilən çıxarışların birinə baxış zamanı Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 1D, mənzil 70 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixində yaşadığı ünvan 2 ünvanını evi tərk edərək, Lökbatan qəsəbəsinə getməsinin müəyyən edildiyidini, məlumatı dəqiqləşdirmək məqsədilə xx.xx.2020-ci il tarixdə saat 16:40-da onun Nəsimi Rayon Polis İdarəsinin NMB-nin kiçik inspektoru Şahid3la birlikdə ünvan 2 ünvanına getdiyini, qapını döyərək, özlərini təqdim edib məsafəli şəkildə Təqsirləndirilən şəxs ilə profilaktiki söhbət apardığını, evi hansı məqsədlə tərk etməsini sual etdiklərini, söhbət zamanı Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən koronavirus pandemiyasına yoluxmasını və aktiv xəstə olmasını bilə-bilə həmin tarixdən xx.xx.2020-ci il tarixədək hər gün məişət tullantılarını atmaq və yaşadığı evin ətrafında gəzmək məqsədilə yaşadığı evi tərk etdiyini etiraf etdiyini, bundan başqa Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə yaşadığı evi tərk edərək, özünə məxsus avtomobil ilə Lökbatan qəsəbəsinə getməsini etiraf etdiyini, vətəndaş Təqsirləndirilən şəxs ilə bir neçə dəqiqə profilaktik söhbət apararaq ona yaşadığı evi bir daha müalicə aldığı müddət ərzində tərk etməməsini xəbərdarlıq etdiklərini, törətdiyi əmələ görə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq etdiklərini, bundan sonra onların polis idarəsinə qayıdaraq Təqsirləndirilən şəxs barəsində araşdırma aparılaraq məsuliyyətə cəlb edilməsi üçün raport tərtib etdiklərini, karantin qaydalarına əməl olunmasını təmin etmək üçün Daxili İşlər Nazirliyi tərəfindən aparılan nəza'ət-profilaktik tədbirlər çərçivəsində Nəsimi rayonunun inzibati ərazisində aktiv koronavirus (‘'Covid-19”) xəstəsi olan şəxslərin yaşadığı evi tərk edibetməməsini yoxlamaq məqsədilə onların istifadəsində olan mobil telefon nömrələrinə gündəlik 2 dəfə anten dairəsinin yoxlanıldığını, hər aktiv koronavirus xəstəsinin istifadəsində olan mobil telefon nömrəsinə hər gün saat 00:00-da və 16:00-da anter dairəsinin müəyyən edilməsi üçün avtomatlaşdırılmış sorğu verildiyini, şəxsin istifadəsində olan mobil telefon nömrəsi onun test zamanı testin cavabını almaq üçün bazaya verdiyi mobil telefon nömrəsinin olduğunu, bundan əlavə mobil telefon nömrəsinin həmin şəxsin istifadəsində olub-olmamasını yoxlamaq və bazaya düzgün mobil telefon nömrələrini əlavə etmək üçün testinin cavabı aktiv gəlmiş şəxslər ilə həm müvafiq xəstəxanadan, həm də ərazi polisindən əlaqə saxlanıldığını, bundan sonra bütün xəstə olduğu müddət ərzində həmin mobil telefon nömrəsinə gündəlik iki dəfə anten dairəsi verilərək, şəxsin yaşadığı yeri tərk edib-etməməsinin müəyyən edildiyin, çıxarışda olan qeydiyyat ünvanı qrafasının aktiv xəstənin yaşadığı ünvan olmasını, hərəkət qeydiyyatı qrafasının həmin şəxsin yaşadığı yeri tərk edərək, hansı istiqamətdə hərəkətdə olmasını göstərən qrafa olmasını, gecə qeydiyyatı qrafasının isə saat 00:00-da həmin şəxsin nömrəsi üzrə verilmiş anten dairəsində şəxsin harada olmasını göstərən qrafa olmasını, anten dairəsinin şəxsin dəqiq harada olmasını göstərməsə də, yaşadığı evi tərk etməsini sübut etdiyini, çünki şəxsin mənzilində olan zaman onun istifadəsində olan mobil telefon nömrəsinin yaşadığı evin ətrafında olan mobil operator qovşaqları ilə şəbəkəyə qoşulduğunu, ifadə verdiyim cinayət işi üzrə olan çıxarışdan Təqsirləndirilən şəxs İqoryevanın istifadəsində olan mobil telefon nömrəsinin 055 *** ** ** olmasını, yaşadığı ünvanın isə ünvan 3iyyatı qrafasında saat 00:00-da verilmiş antenin “Bakı şəhəri, Yasamal rayonu, 2-ci alatava, Xəzər-Lada ASC Yasamal avtomobilləri Texniki xidməti” olmasını, həmin mobil operator qovşağının Təqsirləndirilən şəxs yaşadığı ev ilə yaxın olduğundan mobil telefonunun həmin qovşağa qoşulmasının normal olduğunu, lakin saat 16:00-da verilmiş antenin isə ünvan 4 ünvanda yerləşən mobil telefon operatorları qovşağının Təqsirləndirilən şəxs yaşadığı evdən 8.4 km məsafədə olduğundan həmin şəxsin aktiv xəstə olmasına baxmayaraq yaşadığı evi tərk etməsini sübut etdiyini, hər mobil operator qovşağının müəyyən ərazi üçün nəzərdə tutulduğunu, həmin ətrafda olan bütün mobil telefonların bir qovşaq ilə qoşulduğunu, Təqsirləndirilən şəxs yaşadığı evin ətrafında gəzdiyi üçün onun mobil telefonunun digər qovşağa deyil, evdə olduğu zaman qoşulduğu qovşağa qoşulduğu üçün yaşadığı evin ətrafında gəzməyi anten məlumatlarında öz əksini tapmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin NMB-nin kiçik əməliyyat inspektoru Şahid3 ondan əvvəl şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində, Təqsirləndirilən şəxs ilə rəsmi nikahı olmasa da, bir müddət nikahdan kənar münasibətlərinin olduğunu, həmin münasibətdən xx.xx.2018-ci il təvəllüdlü övladları X4 olduğunu, hazırda birlikdə yaşamasalar da, Təqsirləndirilən şəxs və övladına hər hansı bir işdə köməklik lazım olduğu zaman Natalya ilə əlaqə saxladıqlarını, 2020-ci ilin dekabr ayında Natalya ilə mobil telefonla danışan zaman sonuncunun koronavirus pandemiyasına yoluxduğunu söylədiyini, həmin vaxt Natalyaya mobil telefon vasitəsi ilə evi tərk etməməsi barədə xəbərdarlıq etsə də, Natalyanın hava almaq məqsədilə yaşadığı evin ətrafına hər gün gəzməyə çıxdığını söylədiyini, xx xxxxxx 2020-ci il tarixdə Natalyanın onunla əlaqə saxlayaraq “Kurantil” dərmanına ehtiyacının olduğunu söylədiyini, onun həmin dərmanı tez bir zamanda tapsa da, Natalya ilə əlaqə saxlayaraq işləri ilə əlaqədar həmin vaxt Lökbatan qəsəbəsində olmasını və dərmanı təcili gətirə bilməyəcəyini söylədiyini, həmin vaxt Natalyanın ona idarə etdiyi avtomobillə özünün gəlib dərmanı götürəcəyini söylədiyini, ilk öncə aktiv xəstə olmasına görə gəlməməyi Natalyaya tövsiyyə etsə də, sonuncu təkidlə çələcəyini söylədiyinə görə razı olduğunu, xx xxxxxx 2020-ci il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs özünə məxsus və idarə etdiyi “Nissan Qashqai” markalı ** XK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinə gəldiyini, yolda onunla görüşərək dərmanı götürdüyünü, görüş zamanı çox sıx kontakta girmədiklərini, Natalyanın avtomobildən düşərək, ondan dərmanı götürdüyünü, daha sonra onun Natalyadan hal əhval tutduğunu, sonra isə Natalyanın öz avtomobilinə əyləşərək, yaşadığı evə geri döndüyünü, hadisə ilə bağlı başqa heç bir məlumatının olmadığını, Təqsirləndirilən şəxs ilə görüşdən sonra və ümumiyyətlə koronavirus pandemiyasına yoluxmadığını bildirmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 8-ci vərəqəsində olan cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il traixdə (Covid-19) virusu ilə bağlı vermiş olduğu analizin nəticəsi pozitiv çıxmışdır. Cinayət işinin 89-91-ci vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7” X10 komisyon ekspertizalar şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 54/KEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə “COVİD-19" ilə bağlı yaxma nümunəsi götürülmüşdür və xx xxxxxx 2020ci il tarixdə müayinənin nəticəsi pozitiv (+) olmuşdur. Təqsirləndirilən şəxsnm sanitariyagigiyena qaydaları pozmaqla bədənində, paltarında və sair formada koronavirusun (COVİD-19) bir yerdən başqa yerə daşınmasının və digər şəxsləri yoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Cinayət işinin 14-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 97-107-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə onun epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış övladının və ilk dəfə məhkum olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-206/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-206/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver