Məhkəmə qərarları › İş №1(006)-206/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-206/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-206/2024 08.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bərdə rayonu, Nazırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatda olan, məhkumluğu ödənilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 dekabr 2023-cü il tarixdə, saat 03:48-də ünvan 1 ünvanda yerləşən “Zəfər” marketin arxa hissəsində olan nəfəsliyi istintaqla müəyyən edilməyən alətlə sındıraraq ora qanunsuz daxil olub mağazadan Zərərçəkmiş şəxs məxsus, bir qutusunun qiyməti 02 manat 58 qəpik olmaqla ümumilikdə 41 manat 28 qəpik dəyərində 16 qutu “West” markalı (qalın boz), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 44 manat 08 qəpik dəyərində 19 qutu “Vegas” markalı (qısa göy), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 44 manat 08 qəpik dəyərində 19 qutu “Vegas” markalı (qısa boz), bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 100 manat 19 qəpik dəyərində 43 qutu “Magna” markalı (nazik), bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 62 manat 91 qəpik dəyərində 27 qutu “Magna” markalı (nazik boz), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 58 manat dəyərində 25 qutu “Magna” markalı (nazik ağ), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 62 manat 64 qəpik dəyərində 27 qutu “Prima blue” markalı, bir qutusunun qiyməti 02 manat 12 qəpik olmaqla ümumilikdə 84 manat 80 qəpik dəyərində 40 qutu “Arqo” markalı (göy), bir qutusunun qiyməti 02 manat 12 qəpik olmaqla ümumilikdə 63 manat 60 qəpik dəyərində 30 qutu “Arqo” markalı (qırmızı), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 23 manat 20 qəpik dəyərində 10 qutu “Arqo” markalı (nazik qırmızı), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 11 manat 60 qəpik dəyərində 05 qutu “Arqo” markalı (nazik ağ), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 88 manat 16 qəpik dəyərində 38 qutu “Arqo” markalı (nazik göy), bir qutusunun qiyməti 02 manat 22 qəpik olmaqla ümumilikdə 42 manat 18 qəpik dəyərində 19 qutu “Kingston gold” markalı, bir qutusunun qiyməti 02 manat 22 qəpik olmaqla ümumilikdə 42 manat 18 qəpik dəyərində 19 qutu “Kingston silver” markalı, bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 11 manat 25 qəpik dəyərində 05 qutu “Keno” markalı (qısa platinium), bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 20 manat 25 qəpik dəyərində 09 qutu “Keno” markalı (mentol nazik), bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 18 manat dəyərində 08 qutu “Keno” markalı (nazik göy), bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 20 manat 25 qəpik dəyərində 09 qutu “Keno” markalı (nazik royal), bir qutusunun qiyməti 03 manat 04 qəpik olmaqla ümumilikdə 21 manat 28 qəpik dəyərində 07 qutu “Davidoff” markalı (göy compact), bir qutusunun qiyməti 03 manat 04 qəpik olmaqla ümumilikdə 30 manat 40 qəpik dəyərində 10 qutu “Davidoff” markalı (boz compact), bir qutusunun qiyməti 03 manat 04 qəpik olmaqla ümumilikdə 27 manat 36 qəpik dəyərində 09 qutu “Davidoff” markalı (kompact mental), bir qutusunun qiyməti 02 manat 43 qəpik olmaqla ümumilikdə 14 manat 58 qəpik dəyərində 06 qutu “Vant nano black” markalı, bir qutusunun qiyməti 02 manat 48 qəpik olmaqla ümumilikdə 19 manat 84 qəpik dəyərində 08 qutu “Vant nano silver” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line x compact” markalı, bir qutusunun qiyməti 02 manat 20 qəpik olmaqla ümumilikdə 17 manat 60 qəpik dəyərində 08 qutu “Palmall” markalı (qalın boz), bir qutusunun qiyməti 02 manat 20 qəpik olmaqla ümumilikdə 04 manat 40 qəpik dəyərində 02 qutu “Palmall” markalı (qalın göy), bir qutusunun qiyməti 02 manat 20 qəpik olmaqla ümumilikdə 22 manat dəyərində 10 qutu “Argo” markalı (compact qırmızı), bir qutusunun qiyməti 02 manat 55 qəpik olmaqla ümumilikdə 43 manat 35 qəpik dəyərində 17 qutu “X7 nano black4” markalı, bir qutusunun qiyməti 02 manat 65 qəpik olmaqla ümumilikdə 53 manat dəyərində 20 qutu “X7 nano blue 4” markalı, bir qutusunun qiyməti 02 manat 37 qəpik olmaqla ümumilikdə 23 manat 70 qəpik dəyərində 10 qutu “Klassik” markalı (göy compact), bir qutusunun qiyməti 02 manat 37 qəpik olmaqla ümumilikdə 18 manat 96 qəpik dəyərində 08 qutu “Klassik” markalı (boz compact), bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X compact qırmızı” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X göy nazik” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 23 manat 04 qəpik dəyərində 09 qutu “Vant line X compak qırmızı nazik” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 20 manat 97 qəpik məbləğində 09 qutu “Magna compact blue” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact silver” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact white” markalı, bir qutusunun qiyməti 03 manat 90 qəpik olmaqla ümumilikdə 39 manat dəyərində 10 qutu “Dunhill compakt gold aroma” markalı, bir qutusunun qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 09 manat 60 qəpik dəyərində 03 qutu “Kent” markalı (yeni electron), bir qutusunun qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 16 manat dəyərində 05 qutu “Kent compact electron” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 19 manat dəyərində 05 qutu “Neo compact bright” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 15 manat 20 qəpik dəyərində 04 qutu “Neo” markalı (nazik), bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 38 manat dəyərində 10 qutu “Neo compact ananas” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X compakt qırmızı” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X qısa göy” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 23 manat 04 qəpik dəyərində 09 qutu “Vant line X qısa göy” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 20 manat 97 qəpik dəyərində 09 qutu “Magna compact blue” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact silver” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact vhite” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 11 manat 40 qəpik dəyərində 03 qutu “Kent 4 qalın” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 19 manat dəyərində 05 qutu “Kent 8 qalın” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 60 manat 80 qəpik dəyərində 16 qutu “Kent 4 nazik” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 136 manat 80 qəpik dəyərində 36 qutu “Kent 1 nazik” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 125 manat 40 qəpik dəyərində 33 qutu “Kent mental nazik” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 91 manat 74 qəpik dəyərində 33 qutu “Palmall boz nazik” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 50 manat 04 qəpik dəyərində 18 qutu “Palmall ağ nazik” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 72 manat 28 qəpik dəyərində 26 qutu “Rothmans göy compact” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 97 manat 30 qəpik dəyərində 35 qutu “Rothmans boz compact” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 52 manat 82 qəpik dəyərində 19 qutu “Rothmans mentol compact” markalı, bir qutusunun qiyməti 01 qutu 04 manat 18 qəpik dəyərində “Sobranie ağ qalın” markalı, bir qutusunun qiyməti 04 manat 11 qəpik olmaqla ümumilikdə 08 manat 22 qəpik dəyərində 02 qutu “Sobranie göy compact” markalı, bir qutusunun qiyməti 01 qutu 04 manat 18 qəpik dəyərində “Sobranie blue qalın” markalı, bir qutusunun qiyməti 04 manat 18 qəpik olmaqla ümumilikdə 20 manat 90 qəpik dəyərində 05 qutu “Sobranie ss vhite” markalı, bir qutusunun qiyməti 02 manat 81 qəpik olmaqla ümumilikdə 08 manat 43 qəpik dəyərində 03 qutu “Winchester göy compact” markalı, bir qutusunun qiyməti 02 manat 81 qəpik olmaqla ümumilikdə 05 manat 62 qəpik dəyərində 02 qutu “Winchester boz compact” markalı siqareti, bir ədədinin qiyməti 50 qəpik olmaqla ümumilikdə 48 manat dəyəridə 96 ədəd üzərində “X3 Xing” yazıları olan alışqanı, bir ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 98 manat dəyərində 98 ədəd üzərində “Rongheng” yazılarının həkk olunduğu qırmızı rəngli alışqanı, bir ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 37 manat dəyərində 37 ədəd üzəri müxtəlif parıltılı rənglərlə rənglənmiş alışqanı, bir ədədinin qiyməti 50 qəpik olmaqla ümumilikdə 18 manat 50 qəpik dəyərində 37 ədəd üzəri müxtəlif rəngli şəffaf plastmas şüşə örtüklü alışqanı, bir ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 09 manat dəyərində 09 ədəd qara rəngli alışqanı, bir ədədinin qiyməti 02 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 ədəd üz qırxmaq üçün ülgücü, 01 ədəd 03 manat dəyərində “Alpen gold” markalı şokoladı gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.583,75 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində olan zaman “Qafqaz” otelin qarşısında bir avtomobil onu anidən vurmuşdur. Bundan sonra hadisə yerinə yaxınlaşan polis əməkdaşları onu xəstəxanaya aparmışlar. Orada həmin avtomobilin sürücüsündən heç bir şikayət və tələbinin olmadığını bildirmiş və baş nahiyəsinə tikiş qoyulduqdan sonra buraxılmışdır. Hadisə nəticəsində o, çoxlu qan itirdiyindən şokolad yemək qərarına gəlmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 03 radələrində ünvan 1 ünvanda yerləşən “Zəfər” marketin yanında keçən zaman marketin bağlı olduğunu görmüş və oradan şokolad oğurlamaq istəmişdir. Bundan sonra o, həmin mağazanın arxasına keçib onun nəfəsliyini dəmir parçası ilə qıraraq içəri daxil olmuşdur. Eyni zamanda, içəri daxil olmamışdan qabaq üzünü kameraların görə bilməməsi üçün qara rəngli papağı maska kimi istifadə edib boğazına kimi taxmışdır. Mağazada bir qədər gəzdikdən sonra kassanın arxasındakı piştaxtada olan şokoladları götürmüşdür. Bundan sonra gözü həmin yerdə siqaretlər olan piştaxtaya sataşmışdır. O siqaretləri də oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə cibində olan bir ədəd üstü dama-dama olan torbanı çıxarıb siqaret və alışqanları qutu qarışıq yığmışdır. Bundan başqa kassanın arxasında olan piştaxtada bir ədəd sellofan qutuda olan üz qırxan ülgücü də götürmüşdür. Bundan sonra mağazanın içərisində olan kameranı yuxarı qaldırmışdır ki, polis əməkdaşları onu tapa bilməsin. O, zənbili siqaret və alışqanlarla doldurduqdan sonra mağazaya daxil olduğu anbar hissəsinə keçib orada arxa tərəfə açılan qapının qıfılını qırıb oranı tərk etmiş və ünvan 2 ünvanda yerləşən binanın zirzəmisinə gəlib oğurladığı əşyaları gizlətmişdir ki, bir müddət keçdikdən sonra onları satıb pul əldə etsin. Lakin, bu hadisədən 2-3 gün sonra polis əməkdaşları tərəfindən saxlanıldığı üçün oğurladığı əşyaları saxladığı yeri göstərmişdir. Ancaq həmin yerə baxanda oğurladığı əşyaların tam olmadığını müəyyən etmişdir. Zərər çəkmiş şəxsə vurulmuş zərər ödənilmiş, onunla barışmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, ünvan 1 ünvanda yerləşən “Zəfər” adlı marketi icarə əsasında işlədir. Market hər gün səhər saat 07:00-dan gecə saat 01:00-dək fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə, saat 07:00 radələrində marketi açıb içəri daxil olanda oranın dağınıq olduğunu, habelə giriş hissəsindən sağ tərəfdə yerləşən kassa stolunun arxasında olan piştaxtada siqaretlərin olmadığını görmüşdür. Bundan sonra o, zirzəmiyə düşmüş və piştaxtaların arxasında olan plastik nəfəsliyin açıq olduğunu görüb marketdən oğurluq baş verdiyinə əmin olmuşdur. Bundan sonra arxa küçəyə açılan dəmir qapıya yaxınlaşanda qapının qıfılının da sındırıldığını aşkar etmişdir. O dərhal obyektdə quraşdırılmış müşahidə kameralarına baxmış və xx.xx.2023-cü il tarixdə, gecə saat 03:48-də bir nəfər tanımadığı şəxsin marketə zirzəmidə olan plastik nəfəslikdən daxil olaraq oğurluq etməsini və arxa küçəyə açılan qapının qıfılını sındıraraq oranı tərk etməsini görmüşdür. Bundan sonra o, dərhal “102” xidmətinə məlumat vermişdir. Marketdən bir qutusunun qiyməti 02 manat 58 qəpik olmaqla ümumilikdə 41 manat 28 qəpik dəyərində 16 qutu “West” markalı (qalın boz), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 44 manat 08 qəpik dəyərində 19 qutu “Vegas” markalı (qısa göy), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 44 manat 08 qəpik dəyərində 19 qutu “Vegas” markalı (qısa boz), bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 100 manat 19 qəpik dəyərində 43 qutu “Magna” markalı (nazik), bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 62 manat 91 qəpik dəyərində 27 qutu “Magna” markalı (nazik boz), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 58 manat dəyərində 25 qutu “Magna” markalı (nazik ağ), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 62 manat 64 qəpik dəyərində 27 qutu “Prima blue” markalı, bir qutusunun qiyməti 02 manat 12 qəpik olmaqla ümumilikdə 84 manat 80 qəpik dəyərində 40 qutu “Arqo” markalı (göy), bir qutusunun qiyməti 02 manat 12 qəpik olmaqla ümumilikdə 63 manat 60 qəpik dəyərində 30 qutu “Arqo” markalı (qırmızı), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 23 manat 20 qəpik dəyərində 10 qutu “Arqo” markalı (nazik qırmızı), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 11 manat 60 qəpik dəyərində 05 qutu “Arqo” markalı (nazik ağ), bir qutusunun qiyməti 02 manat 32 qəpik olmaqla ümumilikdə 88 manat 16 qəpik dəyərində 38 qutu “Arqo” markalı (nazik göy), bir qutusunun qiyməti 02 manat 22 qəpik olmaqla ümumilikdə 42 manat 18 qəpik dəyərində 19 qutu “Kingston gold” markalı, bir qutusunun qiyməti 02 manat 22 qəpik olmaqla ümumilikdə 42 manat 18 qəpik dəyərində 19 qutu “Kingston silver” markalı, bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 11 manat 25 qəpik dəyərində 05 qutu “Keno” markalı (qısa platinium), bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 20 manat 25 qəpik dəyərində 09 qutu “Keno” markalı (mentol nazik), bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 18 manat dəyərində 08 qutu “Keno” markalı (nazik göy), bir qutusunun qiyməti 02 manat 25 qəpik olmaqla ümumilikdə 20 manat 25 qəpik dəyərində 09 qutu “Keno” markalı (nazik royal), bir qutusunun qiyməti 03 manat 04 qəpik olmaqla ümumilikdə 21 manat 28 qəpik dəyərində 07 qutu “Davidoff” markalı (göy compact), bir qutusunun qiyməti 03 manat 04 qəpik olmaqla ümumilikdə 30 manat 40 qəpik dəyərində 10 qutu “Davidoff” markalı (boz compact), bir qutusunun qiyməti 03 manat 04 qəpik olmaqla ümumilikdə 27 manat 36 qəpik dəyərində 09 qutu “Davidoff” markalı (kompact mental), bir qutusunun qiyməti 02 manat 43 qəpik olmaqla ümumilikdə 14 manat 58 qəpik dəyərində 06 qutu “Vant nano black” markalı, bir qutusunun qiyməti 02 manat 48 qəpik olmaqla ümumilikdə 19 manat 84 qəpik dəyərində 08 qutu “Vant nano silver” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line x compact” markalı, bir qutusunun qiyməti 02 manat 20 qəpik olmaqla ümumilikdə 17 manat 60 qəpik dəyərində 08 qutu “Palmall” markalı (qalın boz), bir qutusunun qiyməti 02 manat 20 qəpik olmaqla ümumilikdə 04 manat 40 qəpik dəyərində 02 qutu “Palmall” markalı (qalın göy), bir qutusunun qiyməti 02 manat 20 qəpik olmaqla ümumilikdə 22 manat dəyərində 10 qutu “Argo” markalı (compact qırmızı), bir qutusunun qiyməti 02 manat 55 qəpik olmaqla ümumilikdə 43 manat 35 qəpik dəyərində 17 qutu “X7 nano black4” markalı, bir qutusunun qiyməti 02 manat 65 qəpik olmaqla ümumilikdə 53 manat dəyərində 20 qutu “X7 nano blue 4” markalı, bir qutusunun qiyməti 02 manat 37 qəpik olmaqla ümumilikdə 23 manat 70 qəpik dəyərində 10 qutu “Klassik” markalı (göy compact), bir qutusunun qiyməti 02 manat 37 qəpik olmaqla ümumilikdə 18 manat 96 qəpik dəyərində 08 qutu “Klassik” markalı (boz compact), bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X compact qırmızı” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X göy nazik” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 23 manat 04 qəpik dəyərində 09 qutu “Vant line X compak qırmızı nazik” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 20 manat 97 qəpik məbləğində 09 qutu “Magna compact blue” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact silver” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact white” markalı, bir qutusunun qiyməti 03 manat 90 qəpik olmaqla ümumilikdə 39 manat dəyərində 10 qutu “Dunhill compakt gold aroma” markalı, bir qutusunun qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 09 manat 60 qəpik dəyərində 03 qutu “Kent” markalı (yeni electron), bir qutusunun qiyməti 03 manat 20 qəpik olmaqla ümumilikdə 16 manat dəyərində 05 qutu “Kent compact electron” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 19 manat dəyərində 05 qutu “Neo compact bright” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 15 manat 20 qəpik dəyərində 04 qutu “Neo” markalı (nazik), bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 38 manat dəyərində 10 qutu “Neo compact ananas” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X compakt qırmızı” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 25 manat 60 qəpik dəyərində 10 qutu “Vant line X qısa göy” markalı, bir qutusunun qiyməti 02 manat 56 qəpik olmaqla ümumilikdə 23 manat 04 qəpik dəyərində 09 qutu “Vant line X qısa göy” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 20 manat 97 qəpik dəyərində 09 qutu “Magna compact blue” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact silver” markalı, bir qutusunun qiyməti 02 manat 33 qəpik olmaqla ümumilikdə 23 manat 30 qəpik dəyərində 10 qutu “Magna compact vhite” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 11 manat 40 qəpik dəyərində 03 qutu “Kent 4 qalın” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 19 manat dəyərində 05 qutu “Kent 8 qalın” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 60 manat 80 qəpik dəyərində 16 qutu “Kent 4 nazik” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 136 manat 80 qəpik dəyərində 36 qutu “Kent 1 nazik” markalı, bir qutusunun qiyməti 03 manat 80 qəpik olmaqla ümumilikdə 125 manat 40 qəpik dəyərində 33 qutu “Kent mental nazik” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 91 manat 74 qəpik dəyərində 33 qutu “Palmall boz nazik” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 50 manat 04 qəpik dəyərində 18 qutu “Palmall ağ nazik” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 72 manat 28 qəpik dəyərində 26 qutu “Rothmans göy compact” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 97 manat 30 qəpik dəyərində 35 qutu “Rothmans boz compact” markalı, bir qutusunun qiyməti 02 manat 78 qəpik olmaqla ümumilikdə 52 manat 82 qəpik dəyərində 19 qutu “Rothmans mentol compact” markalı, bir qutusunun qiyməti 01 qutu 04 manat 18 qəpik dəyərində “Sobranie ağ qalın” markalı, bir qutusunun qiyməti 04 manat 11 qəpik olmaqla ümumilikdə 08 manat 22 qəpik dəyərində 02 qutu “Sobranie göy compact” markalı, bir qutusunun qiyməti 01 qutu 04 manat 18 qəpik dəyərində “Sobranie blue qalın” markalı, bir qutusunun qiyməti 04 manat 18 qəpik olmaqla ümumilikdə 20 manat 90 qəpik dəyərində 05 qutu “Sobranie ss vhite” markalı, bir qutusunun qiyməti 02 manat 81 qəpik olmaqla ümumilikdə 08 manat 43 qəpik dəyərində 03 qutu “Winchester göy compact” markalı, bir qutusunun qiyməti 02 manat 81 qəpik olmaqla ümumilikdə 05 manat 62 qəpik dəyərində 02 qutu “Winchester boz compact” markalı siqaretlər, bir ədədinin qiyməti 50 qəpik olmaqla ümumilikdə 48 manat dəyəridə 96 ədəd üzərində “X3 Xing” yazıları olan alışqan, bir ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 98 manat dəyərində 98 ədəd üzərində “Rongheng” yazılarının həkk olunduğu qırmızı rəngli alışqan, bir ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 37 manat dəyərində 37 ədəd üzəri müxtəlif parıltılı rənglərlə rənglənmiş alışqan, bir ədədinin qiyməti 50 qəpik olmaqla ümumilikdə 18 manat 50 qəpik dəyərində 37 ədəd üzəri müxtəlif rəngli şəffaf plastmas şüşə örtüklü alışqan, bir ədədinin qiyməti 01 manat olmaqla ümumilikdə 09 manat dəyərində 09 ədəd qara rəngli alışqan, bir ədədinin qiyməti 02 manat olmaqla ümumilikdə 20 manat dəyərində 10 ədəd üz qırxmaq üçün ülgüc, 01 ədəd 03 manat dəyərində “Alpen gold” markalı şokolad oğulanmış, ümumilikdə ona 2.583,75 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda ona vurulmuş zərər ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • K“ önüllü təqdim edilmiş əşyalara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs oğurluq zamanı ələ keçirdiyi əşyaları yığdığı, üzəri dama-dama olan zənbili gizlətdiyi yerin ünvan 3 ünvanda yerləşən binanın 1-ci blokunun zirzəmisi olduğu müəyyən edilmişdir. Həmin zənbilə baxış zamanı onun içərisində 96 ədəd üzərində “X3 Xing” yazıları olan alışqan, iki qutuda ümumilikdə 98 ədəd olmaqla üzərində “Rongheng” yazılarının həkk olunduğu qırmızı rəngli alışqan, bir qutuda içərisində 37 ədəd üzəri müxtəlif parıltılı rənglərlə rənglənmiş alışqan, bir qutuda içərisində 37 ədəd üzəri müxtəlif rəngli şəffaf plastmas şüşə örtüklü alışqan, bir qutuda 09 ədəd qara rəngli alışqan, 06 ədəd sarı rəngli “Neo” markalı siqaret qutusu, 02 ədəd qəhvəyi rəngli “Neo” markalı siqaret qutusu, 04 ədəd “Neo” markalı üzəri ağçəhrayı rəngli siqaret qutusu, 02 ədəd “LİNEX” markalı siqaret qutusu, 04 ədəd ədəd “Vegas” markalı siqaret qutusu, 01 ədəd “DUNHİLL” markalı siqaret qutusu müəyyən edildi (İ cild, i.v.22); • “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən “Zəfər” marketin müşahidə kamerası vasitəsilə qeydə alınmış videogörüntülərə baxış keçirilərkən müəyyən olur ki, diskdə 09 ədəd videogörüntü var. Birinci video görüntü 22 saniyəlikdir. Həmin görüntülər xx.xx.2023-cü il tarixdə, saat 03:48-də qeydə alınıb. Orada bir nəfər üzündə qara maska olan şəxsin mağazanın daxilində kassanın arxa hissəsində yerləşdirilmiş piştaxtada olan malları oğurladığı görünür. İkinci görüntü 20 saniyəlikdir. Həmin görüntülər xx.xx.2023cü il tarixdə, saat 04:24-də qeydə alınıb. Orada bir nəfər üzündə qara maska olan şəxsin mağazanın daxilində olan pilləkənin tutacağının üstünə ayağını qoyaraq mağazada olan video müşahidə vasitəsini üzü tavana tərəf çevirdiyi müəyyən edilir. Üçüncü görüntü 27 saniyəlikdir. Orada bir nəfər üzündə qara maska olan şəxsin mağazanın daxilində hərəkət etdiyi müəyyən edilir. Dördüncü görüntü 01 dəqiqə 02 saniyəlikdir. Orada bir nəfər şəxsin mağazanın yerləşdiyi küçənin arxa küçəsində hərəkət etdiyi müəyyən edilir. Beşinci görüntü 11 saniyəlikdir. Orada bir nəfər şəxsin mağazanın yerləşdiyi küçənin arxa küçəsində hərəkət etdiyi müəyyən edilmişdir. Altıncı video görüntü 21 saniyəlikdir. Orada bir nəfər belində torba olan şəxsin mağazanın yerləşdiyi küçənin arxa küçəsində hərəkət etdiyi müəyyən edildi. Baxış zamanı Təqsirləndirilən şəxs bu şəxsin özü olduğunu və videogörüntünün ünvan 4 ünvanda yerləşən “Zəfər” marketdən oğurluq etdikdə qeydə alındığını bildirir (İ cild, i.v.83-85); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 12 mart 2024-cü il tarixli, 9/1778 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş malların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 231,40 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.121-123); • xx.xx.2023-cü il tarixli akta əsasən Zərərçəkmiş şəxs “102” xidmətinə etdiyi müraciət əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanın qarşısında saxlanılmışdır (İ cild, i.v.19); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)- 607/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 dekabr 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.109-112); • “Sübutların qiymətləndirilməsi haqqında” 12 mart 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 96 ədəd üzərində “X3 Xing” yazıları olan alışqan, 02 qutuda ümumilikdə 98 ədəd olmaqla üzərində “Rongheng” yazılarının həkk olunduğu qırmızı rəngli alışqan, 01 qutuda içərisində 37 ədəd üzəri müxtəlif parıltılı rənglərlə rənglənmiş alışqan, 01 qutuda içərisində 37 ədəd üzəri müxtəlif rəngli şəffaf plastmas şüşə örtüklü alışqan, 01 qutuda 09 ədəd qara rəngli alışqan, 06 ədəd sarı rəngli “Neo” markalı siqaret qutusu, 02 ədəd qəhvəyi rəngli “Neo” markalı siqaret qutusu, 04 ədəd “Neo” markalı üzəri ağ-çəhrayı rəngli siqaret qutusu, 02 ədəd “LİNEX” markalı siqaret qutusu, 04 ədəd ədəd “Vegas” markalı siqaret qutusu, 01 ədəd “DUNHİLL” markalı siqaret qutusu iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmişdir (İ cild, i.v.145-154); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə bu hökmlə təyin edilmiş cəzasının çəkilməmiş 01 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.115-116). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə vurulmuş zərərin ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə uyğun olaraq onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirən halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə olma müddətinin əvvəli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-607/2023 saylı qərarında göstərildiyi 23.012.2023-cü il tarixdən deyil, onun faktiki olaraq saxlanıldığı andan – 22 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51-2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməli, hökm qanuni qüvvəsini alanadək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 96 ədəd üzərində “Ying Guang Zh1 Xing” yazıları olan alışqan, iki qutuda ümumilikdə 98 ədəd olmaqla üzərində “Rongheng” yazılarının həkk olunduğu qırmızı rəngli alışqan, bir qutuda içərisində 37 ədəd üzəri müxtəlif parıltılı rənglərlə rənglənmiş alışqan, bir qutuda içərisində 37 ədəd üzəri müxtəlif rəngli şəffaf plastmas şüşə örtüklü alışqan, bir qutuda, 09 ədəd qara rəngli alışqan, 06 ədəd sarı rəngli “Neo” markalı siqaret qutusu, 02 ədəd qəhvəyi rəngli “Neo” markalı siqaret qutusu, 04 ədəd “Neo” markalı üzəri ağ-çəhrayı rəngli siqaret qutusu, 02 ədəd “LİNEX” markalı siqaret qutusu, 04 ədəd ədəd “Vegas” markalı siqaret qutusu, bir ədəd “DUNHİLL” markalı siqaret qutusu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 04 (dörd) ay 16 (on altı) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Nazırlı kəndini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bərdə rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bərdə rayon İcra və probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan 96 ədəd üzərində “Ying Guang Zh1 Xing” yazıları olan alışqan, iki qutuda ümumilikdə 98 ədəd olmaqla üzərində “Rongheng” yazılarının həkk olunduğu qırmızı rəngli alışqan, bir qutuda içərisində 37 ədəd üzəri müxtəlif parıltılı rənglərlə rənglənmiş alışqan, bir qutuda içərisində 37 ədəd üzəri müxtəlif rəngli şəffaf plastmas şüşə örtüklü alışqan, bir qutuda, 09 ədəd qara rəngli alışqan, 06 ədəd sarı rəngli “Neo” markalı siqaret qutusu, 02 ədəd qəhvəyi rəngli “Neo” markalı siqaret qutusu, 04 ədəd “Neo” markalı üzəri ağ-çəhrayı rəngli siqaret qutusu, 02 ədəd “LİNEX” markalı siqaret qutusu, 04 ədəd ədəd “Vegas” markalı siqaret qutusu, bir ədəd “DUNHİLL” markalı siqaret qutusu zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Xəzər Konsaltinq» Vəkil Bürosunun vəkili Müdafiəçi 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar