Məhkəmə qərarları › İş №1(006)-207/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-207/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-207/2023 20.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, xüsusi ittiham qaydasında şikayət vermiş X7, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, X13 barəsində X7 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 148-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxs X13 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinə başlanılmasını, Cinayət Məcəlləsinin 148-ci maddəsini rəhbər tutmaqla təqsirləndirilən şəxs X13 barəsində xüsusi ittiham qaydasında cinayət məsuliyyətinə cəlb edilməsini, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan ən ağır cəzaya, yəni 6 (altı) ayadək müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun keçmiş gəlini X13 uzun illərdir onlarla ədavət aparır. Heç bir səbəb olmadan onların ailəsinin ünvanına nalayiq söyüşlər söyür və ağzından gələni deyir, bununla kifayətlənməyərək gah oğlunun telefonuna, gah da onun telefonuna təhqiredici məzmunda mesajlar göndərərək onların ailəsinin şərəf və layəqətini alçaldır, hətta onların qaldıqları evin telefonuna gecə vaxtı zəng edərək bütün ailə üzvlərini narahat edir və dincəlmələrinə maneçilik törədir. Dəfələrlə məhkəmə binalarında, məhkəmə zallarında, dəhlizdə bir çox vətəndaşların qarşısında ona qarşı hörmətsizlik edərək ədəbsiz hərəkətlər etməyinə baxmayaraq o, özünü görməməzliyə vurmağa çalışırdı. X16 hərəkətləri müəllim adına yaraşmayandır və davamlı xarakter daşıyır. Belə ki, 07 noyabr 2022-ci il tarixdə X6 Nihadın e-mail... “Qoca gildıllağ eyyub boşanma rəsmiləşən kimi qaçdı bu evə nicatla cırığını propiska elədi.... daşşaxlarınız isti yerdədir, şərəfsizlər allahsızlar.” “Paparoza eyyubçun, sən petux üçün yox!!!!!” “Galaaa götverənşiklər!!! Sizin kimi qəhbələrə Sikdir komandası vermişəm siz cındırlara!!!!”. xx.xx.2022-ci il tarixdə saat 09:32-də “eyubun goruna işiyəcəm. Ebrdi qalmayacaq qoca gijdıllağ, osturan kukladır, starıq perdud eyub, uşaqlar da, mən də xorla deyirik ki, poşli vı na xuuuuyyyyy”. 15 dekabr 2022-ci il tarixdə saat 16:27-də “işemeyim gelende gelecem Balaxanı qebirstanlığına. Kenanla, Senan sikəcəklər qız nəvələrini.Sulaləvi eyri qoyub, düz sikeceklər.” “Sənə nə salam, nə də rəhmət düşməyəcək. Çünki qəhbəliklə məşğulsan. “Adıvı kontaktıma Meymun qeyd etmişəm. Özdə makaka cinsindən. Bananı sox deşiyivə. Ağzıvı cıraram sənin, qorxaq qoca peysər.” 16 dekabr 2022-ci il tarixdə 09:37-də “Nə qoyubsan özüvü gijdıllaxlığa??? Atava denənki qələrəm onun ölmüş sikini kəsib soxaram elə öz ağzına, soska kimi əmər. Kənan və Sənan eyyubun qız nəvələrini əyri qoyub düz sikəcək. Qəhbələr ailəsi.” 04 fevral 2023-cü il tarixdə saat 12:22-də “Nə oldu soxdu içinə gey eyyub ??? Di gedin sikdirin, balaxanı donuzları, qoca gijdıllaxa yox!!! Sıcalar səndəki qeyrətə Eyyubun daşşağlarının arasından çıxart başıvı bir el aləmə bax, ay svoloç!” 27 fevral 2023-cü il tarixdə “Ailə dağıdan götsən, oğlun kişi ola bilmədi, getdir, pedik, petux, peysər Kənan, Sənan sıçıb onun qırmızı diplomunun içinə”, “Tupoy başınla verdiyin iddiaya heç işəyən də olmadı, burax bax əəəə osturan kukla”. 07 mart 2023-cü il tarixdə saat 23:33-də “Moşennik qəhbələrsiz. Kəlləyə işiyəcəklər. Gederem, peşotkanın dalına, götüvü sikərlər, bilərsən nə var nə yox. Anası qəhbə, dədəsi petux. Maşennik, leş köpəkoğlu.” Bu və digər çoxsaylı bundan da bötər məzmunlu sms. e-mail yazıları L.Mərdanovanın telefonundan şəxsən mənim istifadəmdə olan 055 ***-**-** saylı telefona, oğlum Nihadın istifadəsində olan 070 ***-**-** saylı telefonuna və “Elektron ünvan ” e-mail L.Mərdanovanın e-mail “mardanova lala 1982 @gmail.com”-dan dəfələrlə çoxsaylı təhqiredici məzmunda yazılar daxil olmaqdadır, oradakı yazılar biədəb olduğu üçün utanıram ərizəyə əlavə etməyə, amma lazım olsa məhkəmə iclaslarında təqdim edə bilərəm. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi İttiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il, 3 saylı qərarında göstərilmişdir ki, insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, X2 10 dekabr 1948-ci il tarixli Ümümdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyəqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətini alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, layəqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətlər üzrə cinayət işlərinin ümumiləşdirilməsinin nəticəsinə görə, məhkəmələr bir qayda olaraq belə işlərə baxarkən qanunvericiliyin tələblərinə əməl edərək həmin işlər üzrə qanuni ədalətli və obyektiv qərarlar qəbul edirlər. Ulu Öndərimiz, dahi lider X9 belə bir sözü var: “İki halda ədalət pozulur, qanunsuzluq yaranır. Təqsirsizə cəza verildikdə, təqsirli isə cəzasız qalanda”. X10 hərəkətlərində CM-nin 148-ci maddəsinin əlamətləri var və onun davamlı qanunsuz hərəkətləri bizə çox mənəvi təsir etməklə bərabər bütün ailə üzvləri sarsıntı keçirir və hal-hazırda bununla əlaqədar həkimə müraciət olunub. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X15 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək, X5 onun oğlu ilə evli olduğunu, lakin xx.xx.2021-ci il tarixdə ayrıldıqlarını, lakin hansı səbəbdən ayrıldıqlarını bilmədiyini, daha sonra oğlunun ürək əməliyyatı olduğunu, X5 ona mütəmadi olaraq söyüşlər yazdığını, hətta onun vəkilini belə təhqir etdiyini, 2-3 dəfə onun yaşadığı evə gələrək qapını təpiklədiyini, bu səbəbdən də başqa ünvanda kirayə yaşadığını bildirərək, barəsində şikayət verilmiş şəxs X5 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 bildirmişdir ki, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş tərəfin haqlı olduğunu hesab etmir, əsassız hesab edir. Çünki ərizədə qeyd olunan nalayiq sözlər, onnun dedikləri qarşı tərəfin elədiklərinə cavab olaraq yazılmışdır. Qeyd olunanlar kütləvi nümayiş etdirilən əsərlərdə, kütləvi informasiya vasitələrində, kütləvi çıxışlarda olmamışdır. Statusda paylaşılmamışdır. Fərddən fərdə konkret insanın ünvanına göndərmişdir. Şikayət verən şəxsin əvvəl zəng edib söydüyü söyüşləri təhdid və təhqirləri sübut etmək onun yəni, Lalə Mərdanovanın üzərinə düşmür. Hər bir şey onun məktəbli balalarının gözü qarşısında baş verib. Elədiyinin qarşılığını alıb. Söyüb cavabını alıb. Uşaqların su içdiyi kranı və su filtirini söküb aparan, aliment ödənişini süründürən, yaşadığı evdən çölə atmaq istəyən və çox şükür ki, heç nəyə nail ola bilməyən babadır. Bütün bunların hamısı onun bundan qabaq udduğu məhkəmə proseslərindən qisas almaq üçündür. Onlar kreditlə bağlı məhkəmə işini uduzublar, bu gün onların üzərinə kreditin ödənilməsi öhdəliyi qoyulub. O, öhdəlikdən yayınmaq üçün belə məsələləri gündəmə gətirir. O, bu iclasda keçmiş həyat yoldaşını görmək istəyir. Hansı ki, uşaqları və onu üzmək, normal yaşayışlarına mane olmaq, övladını təhsildən yayındırmaq üçün öz atası və qardaşı ilə əlbir olub ona qarşı iqtisadi, psixoloji təzyiq yaşadırlar. Mənzil də hər şey onun adınadır. Onlayn dərslər və adi gündəlik ev tapşırıqlarını etmək üçün internet sürətinin artırılması, qaz kartındakı problem və ya jekə ev pulu ödəmək kimi məişət qayğıları ilə bağlı keçmiş həyat yoldaşına heç cür əlaqə saxlaya bilmirlər. Hər yerdən bloklayıb, nömrələrini dəyişib. O, ancaq bu məsələlərlə bağlı onu axtarmışdır. Lakin bu insan çəpər rolunu oynayır. Heç cür uşaqların ataları ilə ünsiyyətinə, əlaqəsinə imkan vermir. Dəfələrlə təhqir olunmuş, söyülmüşdür. Onun səhhətinə, əsəblərinə zərər yetirmək üçün hər cür vasitəyə əl atıblar. Emosiyalarına hakim çıxa bilməyib email və SMS yazmışdır. Keçmiş həyat yoldaşına yazsa da həmişə atası oxuyub, atası kobud reaksiyalar verib. Buna görə də xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 vəkili X11 hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən X12 qarşı heç bir cinayət əməlinin törədilmədiyini bildirərək cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İ bəndinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinin İİ bəndinə əsasən şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 88.1.3-cü maddəsinə əsasən cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışna təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1- 293.3.7-ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərərçəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi ittiham qaydasında şikayətdən görünür ki, şikayət vermiş şəxs haqqında məlumatlarda şəxsin doğulduğu il, məşğuliyyət növü və vəzifəsi, həmçinin şikayətin verildiyi gün qeyd olunmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarında göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yaymlanmaqla, kinoxronikal proqramlarla nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət vermiş X12 qarşı işlədilmiş təhqir xarakterli məlumatlar, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X13 tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Bundan başqa, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Xüsusi ittiham qaydasında şikayət Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-207/2023 saylı, xx.xx.2023-cü il tarixli qərara əsasən xx.xx.2023cü il tarixdən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X5 hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X8 göstərilmiş 10 (on) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 X13 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. X8 göstərilmiş hüquqi xidmətə görə dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil bürosunun hesabına 60 (altmış) manat məblğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar