Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-207/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində, ünvan 2 ünvanında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən sonuncunun belindən tutub yerə çırpmaqla Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin əzilməsi, ənsə sümüyünün xarici sümük səhfəsi hüdudunda sağ kondilusunun kənarının iç konturunda yardəyişməyən sınığı, sol qulaq seyvanı nahiyəsinin qançır-şikinliyi, bel nahiyəsinin sıyrıqları, sol ayağın 1 barmağının qançırı xəsarətlərini yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, Zərərçəkmiş şəxs ilə ailəli olmuşdur. Onların bu nikahdan Quliyev Abdullah-Erkam Fərid oğlu və X4 adlı övladları var. Bir müddət əvvəl onlar rəsmi olaraq boşanmışlar. Buna səbəb isə tez-tez aralarında heç bir səbəb olmadan mübahisələrin yaranması olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində o, qızları Hənifə Quliyevanın ad gününü təbrik etmək üçün yaşadıqları ünvan 3 ünvanına getmişdir. O, mənzildə olduğu zaman keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs evdə olmamışdır. Təxminən 30 dəqiqədən sonra keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs evə gəlmiş və o, qızını təbrik etdiyinə görə həmin mənzildən getmək istəmişdir. Lakin keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs tort aldığını, ad günündə sona qədər iştirak etməsini ona demişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sözlərinə cavab olaraq, o, qızlarını təbrik etdiyini və getmək istədiyini bir daha bildirmişdir. Bu zaman keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmişdir. O, artıq keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs sözlərinə əsəbləşərək, əsəblərinə hakim ola bilməyərək, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs belindən əlləri ilə tutaraq, fənd işlədərək onu yerə yıxmışdır. Mədinə Kərimilini yerə yıxmağı nəticəsində sonuncunun boynu yerə dəymiş və nəticədə keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs boyun nahiyəsindən xəsarət almışdır. Onların arasında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin hadisənin şahidi heç kim heç olmamışdır. Törətdiyi əməldən peşmandır. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 4 ildir ki, Təqsirləndirilən şəxs ilə ailəli olmuşdur. Onların həmin nikahdan Quliyev Abdullah-Erkam Fərid oğlu və X4 adlı övladları var. Bir müddət əvvəl onlar rəsmi olaraq boşanmışlar. Buna səbəb isə tez-tez aralarında heç bir səbəb olmadan mübahisələrinin yaranması olmuşdur. xx.xx.2024-cü il tarixdə onun övladı X1 ad günü idi. Bu səbəbdən də keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs, övladları Hənifə Quliyevanı təbrik etmək üçün onların yaşadıqları ünvan 3 ünvanına gəlmişdir. O da işdən çıxaraq evə gəldiyi zaman keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs evdə olduğunu görmüşdür. O, övladının ad günü olduğuna görə tort almış və keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs övladları ilə birlikdə tortun üzərindəki şamları söndürməyi təklif etmişdir. Bu təklifə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs əsəbləşərək, heç bir səbəb olmadan onu təhqir etməyə başlamışdır. Daha sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onun ailə üzvlərini təhqir etmiş və ona yaxınlaşaraq belindən tutub, idman fəndi işlədərək yerə yıxmışdır. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs onu yerə yıxması nəticəsində, onun boynu yerə dəymiş və o, boynundan xəsarət almışdır. Onların arasında olan mübahisə təxminən 2-3 dəqiqə davam etmiş və həmin hadisənin şahidi heç kim olmamışdır. Hazırda onlar barışmış, ona dəymiş zərər ödənilmiş, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X6 xx.xx.2024-cü il tarixli 300 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin əzilməsi, ənsə sümüyünün xarıci sümük səhfəsi hüdudunda sağ kondilusunun kənarının iç konturunda yerdəyişməyən sınığı, sol qulaq seyvanı nahiyəsinin qançır-şişkinliyi, bel nahiyəsinin sıyrıqları, sol ayağınl barmağının qançırı bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş zərəri tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 05 (beş) saata görə 30 (otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-207/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-207/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver