Məhkəmə qərarları › İş №1(006)-208/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-208/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-208/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndələri X2 və “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə xx xxxxxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış massivi, Tofiq Məmmədov küçəsi, ev 22, mənzil 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, “Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə zidd olaraq nəqliyyat vasitəsini idarə etmək hüququ (sürücülük vəsiqəsi) olmadan 16 avqust 2023-cü il tarixdə saat 21:20-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Damas” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısından “Tərlan" şadlıq evi istiqamətində yolun sol kənarından birinci hərəkət zolağında dayandığı yerdən hərəkətə başlayıb 30-40 km/saat sürətlə hərəkətini davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün mane yaranmaması üçün hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli və hadisənin qarşısını texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək onunla eyni istiqamətdə hərəkətdə olan “Tufan Cub50S" markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikllə toqquşması nəticəsində ehtiyatsızlıqdan moped sürücüsü Zərərçəkmiş şəxs sağ körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqlarından ibarət dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində idarə etdiyi “Daewoo Damas” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətindən “Tərlan” şadlıq evi istiqamətində hərəkətdə olmuş və həmin küçədə 20 “A" ünvanının qarşısında avtomobilini yolun kənarında saxlamaq istəsə də, yolun sağdan birinci zolağında avtomobillər dayandığından o, idarə etdiyi avtomobili yolun ikinci hərəkət zolağında sağ tərəfə sıxaraq saxlamış və avtomobildən enərək oradan uzaqlaşmışdır. Ona avtomobil idarə etmək üçün xx.xx.2023-cü il tarixədək qüvvədə olan nəqliyyat vasitəsini idarə etmək üçün “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş, lakin həmin müddətin bitdiyini unutduğu üçün hadisə günü də, avtomobil idarə etməkdə davam etmişdir. Bir qədər sonra yenidən həmin yerə qayıtmış və avtomobilinə əyləşmişdir. Bu zaman tanışı Şahid da onunla birlikdə olmuş və həmin şəxs avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. O, avtomobili təxminən aşağı sürətlə hərəkətə gətirmiş, 5-6 metr irəli gedərək geriyə dönmə manevri etmək istəmişdir. Bu zaman əks istiqamətdən hər hansı avtomobilin gəlmədiyini gördüyü üçün geriyə dönmə manevri etmişdir. Həmin vaxtı adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan Cub 50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosiklet gəldiyi yüksək sürətlə heç bir tormozlama etmədən həmin motosikletin ön hissəsi onun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən motosikletin sürücüsü yerə yıxılmışdır. O, dərhal avomobildən enərək həmin sürücüyə köməklik göstərmiş və hadisə yerinə çağırılmış təcili tibbi yardım vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi, yəni cərrahi əməliyyat xərclərini, xəstəxanada saxlanma xərclərini, ərzaq, dərman vasitələri ilə təmin olunması onun tərəfindən təmin olunmuşdur. İfadəsinin sonunda İİ qrup əlil olmasını, zərərçəkmiş şəxsə ilkin tibbi yardım göstərilməsi üçün bütün imkanlarından istifadə etdiyini, hadisənin onun qəsdi ilə əhatə olunmayan şəraitdə törədilməsini nəzərə alaraq barəsində ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisə ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, əvvəllər etibarnamə əsasında idarə etdiyi “Tufan Cub 50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikletlə kuryer fəaliyyəti göstərmişdir. 16 avqust 2023-cü il tarixdə saat 21:20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətindən üzü “Tərlan” şadlıq sarayı istiqamətində yolun sağdan ikinci zolağı ilə təxminən 30-40 km/saat sürətlə hərəkətdə olmuşdur. Dəqiq ünvanı sonradan öyrəndiyi ünvan 2rşısında hərəkətdə olduğu zaman həmin zolaqda dayanmış adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Damas” markalı, **-ZM- *** dövlət qeydiyyat nişanlı avtomobil qəflətən hərəkətə başlayıb qoşa xəttin tələbini pozaraq geriyə dönmə manevri etməyə başlamışdır. O, sərt əyləcdən istifadə etsə də, idarə etdiyi motosikleti saxlaya bilməmiş və motosikletin qabaq hissəsi həmin avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Zərbənin təsirindən o, yerə yıxılaraq bədən xəsarəti almışdır. Bir qədər sonra hadisə yerinə çağırılmış təcili tibbi yardım avtomobili ilə X14 aparılmış və orada müayinə olunduqdan sonra cərrahi əmliyyat olunmuş, 21 gün xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdır. Baş vermiş hadisə nəticəsində idarə etdiyi motosiklet yararsız vəziyyətə düşdüyündən bununla bağlı ona 1491 manat maddi ziyan dəymişdir. O, müalicə aldığı dövrdə və sonrakı müddətlərdə Təqsirləndirilən şəxs tərəfindən ona əsaslı köməklik göstərilmdiyindən sonuncudan şikayətçidir və barəsində qanununa müvafiq cəzanın təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs isə onun dostudur. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 16 avqust 2023-cü il tarixdə saat 21 radələrində dostu Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Damas” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi ilə 4-cü mikrorayon dairəsi istiqamətindən “Tərlan” şadlıq evi istiqamətində hərəkətdə olmuşdur. Bu zaman o, həmin avtomobildə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmişdir. Təqsirləndirilən şəxs həmin küçədə 20 “A” ünvanının qarşısında avtomobili yolun kənarında saxlamaq istəsə də, yolun sağdan birinci zolağında avtomobillər dayandığından sonuncu idarə etdiyi avtomobili yolun ikinci hərəkət zolağında sağ tərəfə sıxaraq saxlamış və onlar avtomobildən enərək oradan uzaqlaşmışlar. Bir qədər sonra yenidən həmin yerə qayıtmışlar və avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs avtomobili asta sürətlə hərəkətə gətirmiş, 5-6 metr irəli gedərək geriyə dönmək istəmişdir. Bu zaman Təqsirləndirilən şəxs qoşa xəttin tələbini pozaraq geriyə dönmə manevri etmişdir. Həmin vaxtı adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi “Tufan Cub 50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikletin ön hissəsi Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən motosikletin sürücüsü yerə yıxılmışdır. Onlar dərhal avomobildən enərək həmin sürücüyə köməklik göstərmiş və hadisə yerinə çağırılmış təcili tibbi yardım vasitəsilə Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışdır. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 16 avqust 2023-cü il tarixli protokoldan, ona əlavə edilmiş şəkillərdən və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 16 avqust 2023-cü il tarixdə saat 21:20-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daewoo Damas” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 1 ünvanının qarşısından “Tərlan” şadlıq evi istiqamətində yolun sol kənarından birinci hərəkət zolağında dayandığı yerdən hərəkətə başlayıb 30-40 km/saat sürətlə hərəkətini davam etdirərkən onunla eyni istiqamətdə hərəkətdə olan “Tufan Cub50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikllə toqquşmuşdur. (i/v 5-13). İş materiallarında olan “baxış keçirilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, DİN-nin X5 Xidmətindən daxil olmuş məktuba əlavə edilən 01 ədəd diskə 03 ədəd videofayl vardır. Videofayllarda Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi 20 “A” ünvanının qarşısında quraşdırılmış təhlükəsizlik şəhər kameralarında olan görüntülərin əks olunduğu, görüntülər 16 avqust 2023-cü il tarixdə saat 21:20 radələri olan müddəti əhatə edir. Videogörüntülərə baxış zamanı 16 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyizadə küçəsində yolun sağdan ikinci hərəkət zolağında dayanmış “Daewoo Damas” markalı avtomobilin hərəkətə başlaması, bir qədər irəli hərəkət etdikdən sonra icazə verilməyən yerdən geriyə dönmə manevri etməyə başlaması, həmin an onunla eyni istiqamətdə hərəkətdə olan motosiklın ön hissəsinin qeyd olunan avtomobilin sol yan hissəsi ilə toqquşması, zərbənin təsirindən motosilkın sürücüsünün yerə yıxılması, avtomobil sücürüsünün avtomobildən enərək digər sürücüyə yaxınlaşması, həmin yerə kanar şəxslərin də toplanması müəyyən olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli avtomobil onun idarə etdiyi “Daewoo Damas” markalı avtomobildir, avtomobili həmin vaxt o, özü idarə etmiş və toqquşduğu motosiklın sürücüsü Zərərçəkmiş şəxsdur. (i/v 80). Məhkəmə baxışı zamanı hadisənin videogörüntüsünü özündə əks etdirən kompakt diskə baxış keçirilmiş və 25 dekabr 2023-cü il tarixli protokolda göstərilənlər öz əksini tapmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X9» X13 məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 25 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs adına tərtib olunmuş 1267 saylı rəyində yazılanlara və iş haqqında qərarda göstərilən məlumatlara əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sağ körpücük sümüyünün və sağ bud sümüyünün qapalı, yerdəyişən sınıqları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol- nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. (i/v 70-71). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2686 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Daewoo Damas” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i/v 61-65). İşdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i/v 90). İş materiallarında olan 04 mart 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, X4 məxsus “Daewoo Damas” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və Zərərçəkmiş şəxs məxsus “Tufan CÜB 50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikl iş üzrə maddi sübut kimi tanınmış, müvafiq olaraq avtomobil və motosiklin X6 və Zərərçəkmiş şəxs saxlanılması üçün qaytarılması nəzərə alınmışdır. (i/v 127-136). İş materiallarına əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X10 Xəstəxanasının xx.xx.2024-cü il tarixli 1/07 nömrəli məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X1 stasionar müalicədə olmamışdır. (i/v 85). İş materiallarında olan “Qətimkan tədbiri seçmək haqqında” 05 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməsi qərara alınmışdır (i/v 120). İş materiallarında olan DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini Kamran Əliyev tərəfindən Nəsimi rayon Polis İdarəsinə ünvanlanmış 28 dekabr 2023-cü il tarixli, 3- 13-16/2-182542/2023 saylı məktubun surətindən görünür ki, DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1994cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2023-cü il tarixədək etibarlı olan) BB 208843 nömrəli “B1, B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. Həmçinin “Daewoo Damas” yük markalı **-ZM-*** dövlət qedyiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyatdadır. Qeyd olunan nəqliyyat vasitəsinin etibarnamə ilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin informasiya sistemində məlumat mövcuddur. (i/v 83). Məhkəməyə təqdim edilmiş AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz ikinci dərəcəli əlillik vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayət əməlini törətməsi özü tərəfindən inkar edilsə də, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, həmçinin iş üzrə keçirilmiş ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin 13-cü hissəsinə əsasən nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263- 1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıbsayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. CPM-nin 106.6-cı maddəsində, CM-nin isə 59.1.9-cu maddəsində zərər çəkmiş şəxsin hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququnun nəzərdə tutulmamasını nəzərə alaraq hətta belə barışıq əldə edildikdə bu hal təqsirləndirilən şəxsə cəza təyini zamanı onun barəsində CM-nin 60-cı maddəsinin tətbiqi üçün əsas ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilənin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində ifadə olunan cinayət hüquq normasının sanksiyasında təqsirləndirilən şəxsə əsas cəza kimi azadlıqdan məhrumetmə cəzası həmin sanksiya ilə müəyyən edilmiş həddə təyin olunmalıdır. Məhkəmə, həmçinin cinayətin avtomaşınla, yol hərəkəti qaydalarının laqeydlik motivi ilə pozulması nəticəsində törədildiyini, təqsirləndirilən şəxsin şəxsiyyətini və təqsirləndirilən şəxsin ittiham olunduğu cinayətə görə məsuliyyət müəyyən edən hüquq normasında, yəni Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının zəruri əlavə cəza kimi nəzərdə tutulduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə bu cəza əlavə cəza kimi təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci alınıb dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış “Daewoo Damas” markalı **-ZM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin X4, “Tufan CUB 50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosiklin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 183.4-cü maddəsinə görə, cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar həmin Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-nin 184-cü maddəsinə görə cinayət mühakimə icraatı zamanı fiziki və ya hüquqi şəxsin tələbi bu Məcəllənin müddəalarına əsasən mümkün deyilsə, mülki iddia vaxtında və ya müvafiq şəxsə verilməmişdirsə, yaxud iddia ərizəsi həmin Məcəllənin 183.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyildirsə, cinayət prosesini həyata keçirən orqan iddia ərizəsini qəbul etməkdən imtina edə bilər. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs və mülki iddiaçı tərəfindən verilmiş və onun iş üzrə mülki iddiaçı qismində tanınması üçün əsas hesab edilmiş ərizə üzrə ona dəymiş ziyanın məbləğinə dair mötəbər sübutlar təqdim edilmədiyindən və həmin məsələnin araşdırılması üçün müəyyən müddət tələb olduğundan, hazırkı cinayət işi ilə əlaqədar isə qeyd olunan sübutların tələb edilərək araşdırılması üçün kifayət qədər müddət olmadığından mülki iddia baxılmamış saxlanılmalı, sonradan mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququnun olması zərərçəkmiş şəxsə izah edilməli, o cümlədən mülki iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu zərərçəkmiş şəxsə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-208/2024 saylı xx.xx.2024-cü il tarixli qərara əsasən 01 aprel 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Daewoo Damas” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin X4, “Tufan CUB 50S” markalı 99-F-585 dövlət qeydiyyat nişanlı motosikletin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələblərinə dair mülki iddiası baxılmamış saxlanılsın və 130 (yüz otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Zərərçəkmiş şəxs qaytarılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X8 vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar