Məhkəmə qərarları › İş №1(006)-208/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-208/2025

03.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-208/2025 03.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, müdafiəçisi – “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,488 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 06 sentyabr 2024-cü il tarixdə, saat 12:10-da ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4 yerləşən 7-ci Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,488 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,385 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 04 dekabr 2024-cü il tarixdə, saat 11:45-də ünvan 5 ünvanın qarşısında saxlanılaraq ünvan 6ən 19-cu Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,385 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü qismən (yalnız istifadə etməsini, hadisə baş verən günü isə üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını) təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. Bu əməlinə görə bir neçə dəfə məhkum olunmuşdur. Hazırda heç yerdə işləmir, uzun müddətdir ki, bədənində ağrılar olduğu üçün “patı" kimi tanıdığı psixotrop maddə olan metamfetamindən istifadə edir. İstifadə etdiyi metamfetamini Bakı şəhərinin müxtəlif yerlərindən, tanımadığı şəxslərdən əldə edir. 06 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu, “Spar” marketin yanında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək onu polis bölməsinə dəvət etmişlər. O, bunun səbəbini soruşduqda isə polis əməkdaşları onu məcburi qaydada avtomobilə əyləşdirmişlər və avtomobildə döymüşlər. Daha sonra onu polis bölməsinə aparmışlar. Polis əməkdaşları ona psixotrop maddə təqdim edərək, həmin psixotrop maddəni cibinə qoymasını və videoçəkilişdə cibində olan psixotrop maddəni çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. O, etiraz etdikdə isə polis əməkdaşları yenidən onu döymüşlər. Buna görə də, o, məcbur qalaraq polis əməkdaşlarının təqdim etdiyi psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Lakin, həmin psixotrop maddə ona məxsus olmamışdır. Onu Binəqədi rayon MSY-də iki gün saxlamışlar və daha sonra buraxmışlar. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon adlanan ərazidə yerləşən oteldə olan zaman iki nəfər polis əməkdaşı otelə daxil olaraq onu məcburi qaydada polis şöbəsinə aparmışlar. Polis Şöbəsində olan zaman polis əməkdaşları onu döymüşdür. Polis əməkdaşları ona psixotrop maddə təqdim edərək, həmin psixotrop maddənin videoçəkilişdə ona məxsus olması barədə etirafedici ifadə verməsini tələb etmişlər. O, polis əməkdaşlarına yalvarmışdır ki, yetim uşaqdır, himayəsində yaşlı nənəsi var. Lakin, polis əməkdaşları onun sözlərinə məhəl qoymamışlar. Polis əməkdaşları ona qarşı hədə-qorxu gələrək yenidən döyəcəkləri və onun külli miqdarda narkotik vasitə satan şəxs olaraq rəsmiləşdiriləcəyini bildirmişlər. Buna görə də, o, məcbur qalaraq polis əməkdaşının təqdim etdiyi psixotrop maddənin ona məxsus olması barədə etirafedici ifadələr vermiş, lakin həmin psixotrop maddə də ona məxsus olmamışdır. O, narkotik vasitədən və psixotrop maddədən istifadə etsə də, lakin tutulan vaxtlarda onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Belə ki, o, narkotik vasitəni gündə bir dəfə istifadə etmiş, tutulmamışdan bir gün əvvəl narkotik vasitə istifadə etdiyi üçün hər iki epizod üzrə tutulan vaxt üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Hər iki epizod üzrə tutulan zaman polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq edilsə də, onun görünən xəsarəti olmadığı üçün döyülməsi barədə hər hansı orqana şikayət etməmişdir. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, barəsində ittiham hökmü çıxarıldığı təqdirdə mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon polis İdarəsinin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində “Rauf” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə 04 dekabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində əməliyyat qrupu yaradılmışdır. Özü və qrupun digər iştirakçısı Şahid3 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.1986-cı ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində müxtəlif ünvanlarda günlük kirayədə yaşayan Təqsirləndirilən şəxs adlı şəxsi 04 dekabr 2024-cü il tarixdə, saat 11:45 raddələrində ünvan 8 ünvanının qarşısında saxlayaraq saat 12:00 raddələrində Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs 19-cu Polis şöbəsinə gətirdikdən sonra şöbəyə gətirilən şəxslərin qeydiyyatı kitabında qeydiyyata salmışlar. Daha sonra psixotrop maddə saxlaması və ya qəbul etməsində şübhəli olması ehtimal edildiyindən onun üstünə şəxsi axtarış keçirilməsi məqsədilə şöbə rəhbərliyinə raportla məruzə etdilmiş və həmin raportun icrası Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Elvin Qənizadəyə həvalə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təhqiqatçı Elvin Qənizadənin xidməti iş otağına aparmışlar. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş, üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, vəkilin və onun öz istəyi ilə şəxsi axtarışda vəkil də iştirak etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, həmin şəxsi axtarışda özü də iştirak etmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edildikdə o, əynindəki açıq boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümün içərisinə baxış keçirildikdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək ekspertiza tədqiqatına təqdim etmək üçün qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, onu harada və kimdən aldığı soruşulduqda Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olan patı kimi tanıdığı metamfetamin olduğunu, onu 04 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qiyabi olaraq tanıdığı, adını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə ümumilikdə 30 manat müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 11:45 raddələrində ünvan 8 ünvanın qarşısında saxlayaraq Nəsimi RPİ-nin 19-cu Polis şöbəsinə aparmışlar, Təqsirləndirilən şəxs ifadəsində həmin psixotrop maddəni 04 dekabr 2024-cü il tarixdə Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində qiyabi olaraq tanıdığı, adını bilmədiyi şəxsdən istifadə etmək məqsədi ilə ümumilikdə 30 manat müqabilində aldığını bildirmiş, lakin həmin şəxsin şəxsiyyətini müəyyən etməyin mümkün olmamış, Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamış, bu sahədə hər hansı bir sübut və ya dəlilin mövcud olmamışdır. Hazırda əməliyyat-axtarış tədbirlərinin davam etdirilir, Təqsirləndirilən şəxs qarşı heç bir zor, təzyiq göstərilməmiş, bu faktı özü və baxışda iştirak edən digər şəxslərin də təsdiq edə bilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 06 sentyabr 2024-cü ildə işlədiyi Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatında xx.xx.1986-cı il tarixdə Xaçmaz şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etməsi, üzərində saxlayaraq daşıması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu əməliyyat məlumatının yoxlanılması, həmçinin Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin rəhbərliyinə raportla məlumat verilmiş və rəhbərliyin icazəsini aldıqdan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilərək, onun rəhbərlik etdiyi və Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 da daxil olduğu əməliyyat qrupu təşkil edilmişdir. Üzərində psixotrop maddələri daşımaqda şübhəli bilinən şəxsin müəyyən edilərək yaxalanması və psixotrop maddələrin dövriyyədən çıxarılmasının təmin edilməsi məqsədi ilə əməliyyat müvəkkili Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs xarici əlamətlərindən oxşayan şəxsi bir müddət müşahidə edib izlədikdən sonra 06 sentyabr 2024-cü il tarixdə saat 12:10-da ünvan 3 ünvanının qarşısında piyada olan zaman əlverişli şərait yarandığından saxlayaraq xidməti vəsiqələrini nümayiş etdirməklə ona özülərini təqdim etmiş və onun şəxsiyyəti ilə maraqlanmışlar. Həmin şəxs həqiqətən də Təqsirləndirilən şəxs olduğunu təsdiq etmiş və bundan sonra həmin şəxsə, psixotrop maddələri əldə edib, üzərində saxlayaraq daşımasında və istifadəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib, üzərində şəxsi axtarış və götürmə aparılması məqsədi ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs onların dəvətinə etiraz etmədiyindən onunla birlikdə xidmət etdikləri polis bölməsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair olan sənədlər Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Rəşad İsmayılzadəyə təqdim ediməklə araşdırmanın aparılması da həmin baş təhqiqatçıya həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhəri "11" saylı Vəkil bürosundan vəkil dəvət edilmiş və baş təhqiqatçı tərəfindən əməliyyat qrupu üzvlərinin iştirakı ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim olunması təklif olunduqda o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq paltarlarına, ciblərinə və ayaqqabılarına baxış keçirilmiş, lakin ondan başqa heç bir predmet və ya əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bununla bağlı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin psixotrop maddə hesab edilən metamfetamini Bakı şəhəri, Nəsimi rayonunda yerləşən "Papanin" adlanan ərazidən, tanımadığı şəxsdən 20 manat müqabilində, özü istifadə etmək məqsədi ilə alaraq üzərində saxlayıb daşıdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi metametaminə bənzər kütlə elektron tərəzidə çəkilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kütlə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış və üstü Daxili İşlər Nazirliyinin müvafiq möhürü ilə möhürlənərək götürülmüşdür. Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Rəşad İsmayılzadə tərəfindən video çəkilişdən istifadə edilməklə keçirilmiş istintaq hərəkəti başa çatdıqdan sonra müvafiq protokol tərtib edilərək uca səslə oxunmuş və bütün iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs heç bir mərhələdə heç bir fiziki, psixi və ya hər hansı bir digər formada təsir olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (Cild İ, i.v. 01); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12:30-da Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 11:45-dən tutulmuş hesab edilmişdir (Cild İ, i.v. 28); “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İ, i.v. 42-44); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/5381 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs (imza)... “ sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,385 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir (Cild İ, i.v. 52-54); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 7657 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 67-68); “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Nəsimi RPİ-nin inzibati binasında, xidməti otağımda cinayət işi üzrə obyektiv həqiqətin müəyyən edilməsi, habelə ittihamın düzgün həlli üçün toplanmış təhqiqat sübutlarının həqiqiliyinə və mötəbərliliyinə qiymət vermək üçün ağ rəngli üzərində qırmızı rəngli yazıları olan 01 ədəd DVD diskdəki məlumatlara baxış keçirilmişdir. Baxış zamanı DVD diskdə olan məlumatlara “hp” markalı kompyuterdən istifadə edilərək baxılacaqdır. Həmin DVD diskdə əks edilmiş görüntülər 04 dekabr 2024-cü il tarixdə saat 13:00-da qeydə alınır və 09:18 dəqiqə davam edir. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Nəsimi RPl-nin 19-cu PŞ-nin xidməti otağıdır. Video görüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli cins şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş və içərisində ağ rəngli maddə olan bükümü çıxarıb masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs şəffaf sellofanın içərisində psixotrop maddə “patı”, yəni metamfetamin olduğunu bildirir. Bükümə baxış keçirilərkən şəffaf sellofan bükümün içərisində ağ rəngli, kristal şəkilli, spesifik iyə malik olan psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm ağ rəngli boş kağız zərfin içərisinə qoyulmaqla qablaşdırılaraq DİN-in müvafiq möhürü ilə möhürlənib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, şəxsi istifadəsi üçün əldə etdiyi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Xırdalan şəhərində tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün istifadə etmək məqsədi ilə almışdır və hər hansı saxlanc yerində və ya yaşadığı evdə əlavə narkotik vasitə və ya psixotrop maddə gizlədib saxlamır. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilmədi (Cild İ, i.v. 71); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (Cild İ, i.v. 72-73); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-694/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən, saat 11:45-dən hesablanması qərara alınmışdır (Cild İ, i.v. 95-98); “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,385 qram çəkidə psixotrop maddə metamfetaminin cinayət işi üzrə maddi sübut kimi tanınması və qalıq çəkisi 1,335 qram olan psixotrop maddə metamfetaminin saxlanması üçün Nəsimi RPİ-də olan maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır (Cild İ, i.v. 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (Cild İ, i.v. 107-109); “cinayət işinin icraata qəbul edilməsi və cinayət təqibi üzrə icraatın birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə aparılmışdır (Cild İ, i.v. 121-123); “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, oplanmış material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata götürülmüşdür. (Cild İ, i.v. 126); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:30-da Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 12:10-dan tutulmuş hesab edilmişdir (Cild İ, i.v. 146); “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofona bükülmüş bükümdə ağ rəngli psixotrop maddəyə bənzər kütlən aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İ, i.v. 157-158); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4486 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində ‘Azərbaycan Respublikası DİN Zərflər üçün № 176" dairəvi möhür əksləri olan, "İştirak etdi; Şübhəli şəxs: “imza" Təqsirləndirilən şəxs; “imza” Şahid2; “imza" Şahid4; Tərtib etdi: “imza" Rəşad İsmayılzadə" yazıları qeyd edilmiş bir ədəd zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,488 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild İ, i.v. 167-170); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (Cild İ, i.v. 186-187); “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, təhqiqatçı Rəşad İsmayılzadə, barəsində axtarış və götürmə aparılan şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilir, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılır: ilk öncə onun geyindiyi paltarların ciblərinə baxılır, lakin hər hansı bir əşya aşkar edilmir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üst-başını səliqəyə salması tələb edilir. Sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş əşyanın bir-bir adlarını deməklə təqdim etməsi təklif olunur, o, 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan kütlənin “metamfetamin” deyilən psixotrop maddə olduğunu bildirir, ondan həmin bükülünü haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edildikdə psixotrop maddə istifadə etməsini, həmin bükümü “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirir. Həmin büküm tərəzi vasitəsi ilə çəkildiyi zaman məlum olunur ki, bükümün içərisində olan kütlə 0.57 qramdır. Sonra aşkar olunmuş həmin kütlə zərfə qoyularaq qablaşdırılır və zərfin üzəri iştirakçılar tərəfindən imzalanır (Cild İ, i.v. 200); “əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, 01 ədəd kağız zərfdə qablaşdırılmış 01 ədəd bükümdə 0,488 qram psixotrop maddə metamfetamin və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis kapitanı Rəşad İsmayılzadə tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə hərəkətlərinin həyata keçirilməsi prosesini əks etdirən videoçəkilişin görüntüləri olan 01 ədəd DVD diskin iş üzrə sübut əhəmiyyəti kəsb etdikləri nəzər alınmaqla maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,488 qram psixotrop maddə metamfetaminin 0,050 qramının tədqiqata sərf edilməsi nəzərə alınmaqla qalıq 0,438 qram metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün Binəqədi Rayon Polis İdarəsinin saxlancına verilməsinin nəzərə alınması qərara alınmışdır (Cild İ, i.v. 99-100); “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Natiq Allahverdiyevin 08 sentyabr 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Binəqədi RPİ-nin MSY-dən dərhal azad edilmişdir (Cild İ, i.v. 212-213 “təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 214-215); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-39/2024 saylı, 16 fevral 2024-cü il tarixli hökmündən görünür ki, İsmayılov X4 Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (Cild İ, i.v. 236-242); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (Cild İİ, i.v. 02); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (Cild İİ, i.v. 04); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild İİ, i.v. 22-23); “seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (Cild İİ, i.v. 34-35); “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 06 sentyabr 2024-cü il tarixdə aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,488 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Binəqədi RPİnin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən 04 dekabr 2024-cü il tarixdə aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 1,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və saxlanılması üçün Nəsimi RPl-nin maddi sübutların saxlanması otağına təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 06 sentyabr 2024-cü il tarixdə Binəqədi RPİ-nin 7-ci PB-nin xidməti otaqlarından birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmasının, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 04 dekabr 2024-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin xidməti otaqlarından birində şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild İİ, i.v. 37-48). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi 0,488 qram və 1,385 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi (yalnız istifadə etməsini, hadisə baş verən günü isə üzərində narkotik vasitə və ya psixotrop maddənin olmadığını) barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-39/2024 saylı, 16 fevral 2024-cü il tarixli hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasının sonu ilə azad edildiyi vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlinin birinci epizodunu 06 sentyabr 2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik psixotrop maddə olan metamfetaminlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd ”DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməlidir və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 05 fevral 2025-ci il – 23 aprel 2025-ci il tarixlərdə keçirilmiş 05 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 14 may 2025-ci il – 03 sentyabr 2025-ci il tarixlərdə keçirilmiş 06 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 18 saata görə 198 (bir yüz doxsan səkkiz) manat olmaqla, cəmi 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,438 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,335 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 02 ədəd ”DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizaların keçirilməsinə çəkilmiş xərc cəmi 170 (bir yüz yetmiş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Güvən” Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 33 (otuz üç) iş saatına görə 288 (iki yüz səksən səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Güvən” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar