Məhkəmə qərarları › İş №1(006)-209/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-209/2025

15.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-209/2025 15.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, ev 8, mənzil 35-də qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu. Zığ yolu, R.Göyüşov küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırkı cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan təbdiri seçilmiş, digər cinayət işi üzrə isə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, 01 avqust 2024-cü il tarixdə, saat 16:06-da ünvan 1 ünvanında fəaliyyət göstərən «Mağara» restoranının həyətində yerləşən tikiliyə daxil olub sifariş etdiyi yeməyin hesabını ödədikdən sonra özgənin əmlakını gizli olaraq talama məqsədilə kassanın üzərində olan Zərərçəkmiş şəxs3 məxsus içərisində zərərçəkmiş şəxsin qiymətləndirilməsinə görə içərisində 8 manat dəyərində ***-***-**-** saylı və 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrələr olan, 16 manat dəyərində qobura keçirilmiş vəziyyətdə 780 manat dəyərində «Honor 90 lite» markalı mobil telefonu kənar şəxslərin hiss etmədiyi şəraitdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumilikdə 812 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən «Mert Petrol» yanacaq doldurma məntəqəsinin yanında olarkən həmin yerdə saxlanılmış Zərərçəkmiş şəxs4 məxsus «Qazel» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə oturacağın üzərindən Zərərçəkmiş şəxs4 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 7 manat dəyərində ***-***-**-** və 14 manat dəyərində 070 ***-**-** saylı nömrələr olan 450 manat dəyərində «Samsung A51» markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 471 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 04 avqust 2024-cü il tarixdə, saat 11 radələrində ünvan 2 ünvanında fəaliyyət göstərən meyvə-tərəvəz mağazasının qarşısından keçərkən içəridə kənar şəxslərin olmadığını görüb özgənin əmlakını gizli olaraq talama məqsədilə mağazanın pəncərəsinə yaxınlaşaraq soyuducunun üzərində olan Zərərçəkmiş şəxs6 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 6 manat dəyərində 055 ***-**-** saylı nömrə olan 400 manat dəyərində «Samsung A12» markalı mobil telefonunu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs6 ümumilikdə 406 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 avqust 2024-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən istirahət parkında olarkən Zərərçəkmiş şəxs2 skamyanın üstündə nəzarətsiz qoyduğu zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində 051 ***-**-** saylı nömrə olan 300 manat dəyərində «Redmi Note 9 plus» markalı mobil telefonunu kənar şəxslərin görmədiyi şəraitdə gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 305 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 15 avqust 2024-cü il tarixdə, saat 15:52-də Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 3 ünvanında yerləşən evini giriş qapısının açıq olmasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq masanın üzərindən Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 100 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 500 manat dəyərində «Samsung» markalı, SM-A515F/DSN (Galaxy A51) modelli və içərisində 60 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 500 manat dəyərində «Samsung A7» markalı mobil telefonları gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1160 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən 22 avqust 2024-cü il tarixdə, saat 17 radələrində ünvan 4 ünvanında yerləşən söhbətgahda Zərərçəkmiş şəxs5 yatmış vəziyyətdə olmasından istifadə edib özgənin əmlakını gizli olaraq talama məqsədi ilə skamyanın üzərindən sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 8 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 570 manat dəyərində «Samsung A53» markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs5 ümumilikdə 578 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 avqust 2024cü il tarixdə saat 16 radələrində ünvan 5 ünvanında yerləşən «Mağara» restoranına getmiş və yemək sifariş vermişdir. Yeməyini yedikdən sonra masadan qalxıb 12 manat hesabı ödəmək üçün restoranda olan tikiliyə yaxınlaşaraq restoranın tanımadığı işçisinə pulu vermişdir ki, hesabı çıxsın. Həmin şəxs pulu xırdalamaq üçün içəriyə tərəf getmişdir. Bu zaman həmin otaqda olan kassanın üstündə «Honor» markalı mobil telefonun nəzarətsiz qalmasını görmüş, ətrafa göz gəzdirib onu kimsənin görmədiyini tam əmin olduqdan sonra «Honor» markalı mobil telefonu kassanın üstündən götürüb şalvarının cibinə qoymuşdur. Restoranın işçisi pulun qalığını verdikdən sonra oradan çıxmış, birbaşa «20 Yanvar» metrostansiyasının yanına gedərək oğurladığı «Honor» markalı mobil telefonu mobil telefonlar satılan mağazaların yanında tanımadığı bir şəxsə öz telefonu kimi təqdim edərək 50 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 02 avqust 2024-cü il tarixdə təxminən saat 20 radələrində Nəsimi rayonu, «20 Yanvar» küçəsi ilə piyada hərəkət edən zaman orada fəaliyyət göstərən «Mert Petrol» yanacaq doldurma məntəqəsinin yanında yolun kənarında «Qazel» markalı, **-XG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin dayandığını və qəza dayanma işığının yanıbsönməsini görmüş, avtomobilə yaxınlaşan zaman orada heç kim olmamış, avtomobilin salonuna baxanda sürücünün oturacağının üstündə «Samsung» markalı mobil telefonun olduğunu görərək qapının açıq olmasından istifadə edib oturacağın üstündə olan «Samsung» markalı mobil telefonu götürməklə oradan uzaqlaşmışdır. Avtomobildən oğurladığı «Samsung» markalı mobil telefonu həmin gün «20 Yanvar» metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 55 manata satmış və əldə etdiyi pulu xərcləmişdir. Bundan başqa, 04 avqust 2024-cü il tarixdə təxminən saat 11 radələrində «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşməklə Nəsimi rayonu, Moskva prospektində fəaliyyət göstərən meyvə-tərəvəz mağazasının qarşısından keçərkən mağazanın pəncərəsində «Samsung» markalı mobil telefonun nəzarətsiz qalmasını, həmin vaxt mağazada və ətrafda kimsənin olmadığını görərək həmin telefonu oğurlamaq qərarına getmiş və bu məqsədlə mağazanın pəncərəsinə yaxınlaşaraq «Samsung» markalı mobil telefonu götürüb oradan uzaqlaşmış, sonra «20 Yanvar» metrostansiyasının yaxınlığında fəaliyyət göstərən mobil telefon satışı mağazalarının yanına gedib oğurladığı «Samsung» markalı mobil telefonu öz telefonu kimi təqdim edərək tanmadığı şəxsə 45 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 12 avqust 2024-cü il tarixdə saat 20:50 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən parkdan keçən zaman oturacaqların birinin üstündə «Redmi» markalı mobil telefonun nəzarətsiz qalmasını, ətrafda isə kimsənin olmamasını görərək həmin mobil telefonu oğurlamaq qərarına getmiş, hərəkətləri şübhə doğurmasın deyə oturacaqda mobil telefonun yanında əyləşmiş, sonra isə «Redmi» markalı mobil telefonu götürüb cibinə qoyaraq oturacaqdan qalxıb oradan birbaşa yaxınlıqda yerləşən «Mermar Əcəmi» metrostansiyasının yanına getmişdir. Oğurladığı «Redmi» markalı mobil telefonu orada tanmadığı şəxsə öz telefonu kimi təqdim edərək 30 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, 15 avqust 2024-cü il tarixdə saat 15 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsi, sahə 160, ev 2A ünvanının qarşısından keçərkən 3 mərtəbəli tikilinin 1-ci mərtəbəsində qapının açıq olduğunu görərək içəriyə daxil olmuş, bu zaman masanın üzərində “Samsung А51” və “Samsung A7" markalı mobil telefonların olmasını görərək otaqda heç kimin olmamasından istifadə edib həmin telefonları masanın üzərindən götürüb cibinə qoyaraq oradan çıxıb getmişdir. Daha sonra Şahid2 adlı dostuna zəng edərək onunla görüşmək istədiyini demiş və “20 Yanvar" metrostansiyasının çıxışına gəlməsini xahiş etmişdir. Bundan bir saat sonra Əmirlə həmin yerdə görüşmüş, oğurladığı mobil telefonlardan “Samsung А51” markalı telefonu ona göstərərək xəstə anasına məxsus olduğunu və ona dərman almaq üçün satmalı olduğunu bildirmişdir. Sonra Əmirlə birlikdə “20 Yanvar" metrostansiyasının yaxınlığındakı “Redmi telecom” telefon mağazasına yaxınlaşmışdır. Əmir su almaq üçün yaxınlıqda yerləşən ərzaq mağazasına getmiş, o isə mağazaya daxil olaraq tanımadığı satıcıya “Samsung A51" markalı telefonu göstərib satmaq istədiyini demişdir. Satıcı telefonu yoxlayıb yalnız şəxsiyyət vəsiqəsi ilə 70 manata ala biləcəyini bildirmişdir. Əmir su alıb telefon mağazasına geri döndükdən sonra ona bildirmişdir ki, mağaza mobil telefonu şəxsiyyət vəsiqəsi olmadan almır, lakin özünün şəxsiyyət vəsiqəsi üstündə deyil. Əmir demişdir ki, şəxsiyyət vəsiqəsi üzərindədir, telefonu onun şəxsiyyət vəsiqəsi ilə sata bilər. Sonra Əmir şəxsiyyət vəsiqəsini cibindən çıxararaq satıcıya təqdim etmiş, satıcı mobil telefonu almaqla bağlı sənədləşmə aparıb Əmirin vəsiqəsini özünə qaytarmışdır. O, satıcıdan 70 manat pul alaraq mobil telefonu təhvil verdikdən sonra Əmirlə birlikdə mağazanı tərk etmişdir. Sonra onlar kafeyə gedib çay içərək söhbət etdikdən sonra sağollaşıb ayrılmışlar. 16 avqust 2024-cü il tarixdə yenidən “20 Yanvar” metrostansiyasının yaxınlığında olan telefon mağazalarının qarşısına getmiş, orada telefon almaq üçün mağazalara daxil olan şəxslərə oğurladığı “Samsung A7" markalı mobil telefonu almağı təklif etmişdir. Həmin telefonu bir neçə nəfərə təklif etdikdən sonra tanımadığı bir şəxsə 50 manata satmışdır. Oğurladığı telefonların satışından əldə etdiyi pulları yemək, siqaret, su kimi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 22 avqust 2024cü il tarixdə saat 17 radələrində Nəsimi rayonu, Cavadxan küçəsi 1 ünvanında yerləşən 5 mərtəbəli binaların həyətində gəzişərkən tanımadığı bir nəfər şəxsin həyətdəki söhbətgahda oturacağın üstündə yatdığını və yanında olan «Samsung» markalı mobil telefonun nəzarətsiz qalmasını görmüşdür. Həmin mobil telefonu oğurlamaq üçün söhbətgaha yaxınlaşmış, telefonun sahibinin dərin yuxuda olmasına əmin olduqdan sonra «Samsung» markalı mobil telefonu həmin şəxsin yanından oturacağın üstündən götürərək cəld oradan uzaqlaşıb Binəqədi rayonunda yerləşən avtovağzala getmiş və oğurladığı «Samsung» markalı mobil öz telefonu kimi təqdim edərək telefonu tanımadığı şəxsə 45 manata satmış, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 15 avqust 2024-cü il tarixdə evin havasını dəyişmək məqsədi ilə küçəyə açılan qapısını açıq qoymuşdur. Həmin tarixdə saat 15 radələrində qapının açıq olmasında istifadə edən şəxs evinə daxil olaraq dəhlizdəki masanın üzərindən ona məxsus "Samsung A51" və "Samsung A7" markalı mobil telefonları oğurlamışdır. “Samsung A7” markalı mobil telefonu 2014-cü ildə 700 manata, "Samsung А51” markalı mobil telefonu isə 2023-cü ildə 950 manata almışdır. "Samsung А51» markalı mobil telefonun üzərində ***-***-**-**, "Samsung A7" markalı mobil telefonun üzərində isə ***-***- **-** saylı nömrə olmuşdur. Həmin telefonların istifadə edilməsini nəzərə alaraq oğurluq nəticəsində ona ümumilikdə 1000 manat maddi ziyan dəymişdir. Oğurlanmış mobil telefonların üzərində olan 055 ***-**-** mobil nömrənin qiyməti 100 manat və 051 ***-**-** mobil nömrələrinin qiyməti 60 manat olmuşdur. Həmçinin evində oğurluq olmasını aşkar etdikdən dərhal sonra, yəni 15 avqust 2024-cü il tarixdə saat 15:52-də DİN-nin 102 xidmətinə məlumat verərkən həyəcanlı olduğuna görə oğurlanmış mobil telefonların evində qonaq olan şəxsin və həyat yoldaşının olmasını zənn etdiyindən belə məlumat vermiş, lakin sonradan aydınlaşdırmışdır ki, evə daxil olmuş naməlum şəxs qonağın və həyat yoldaşının deyil, onun 2 ədəd mobil telefonlarını oğurlamışdır. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 2024-cü ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən «Araz» marketin yanında meyvə-tərəvəz mağazasını icarəyə götürmüş və orada müxtəlif kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olur. 04 avqust 2024-cü il tarixdə saat 11 radələrində işlədiyi dükanın yanında fəaliyyət göstərən ödəmə terminalına yaxınlaşıb həyat yoldaşının mobil nömrəsinin balansına pul köçürüb mağazaya qayıtmış, bu zaman mağazaya müştərilər gəldiyinə görə «Samsung» markalı, «A12» modelli mobil telefonunu mağazanın pəncərəsinin yanında olan dondurma soyuducusunun üstünə qoyub müştərilərə xidmət etməyə başlamışdır. Bir qədər sonra həyat yoldaşına zəng etmək üçün soyuducusunun üstünə qoyduğu «Samsung» markalı, «A12» modelli mobil telefonunu götürmək istəmiş, lakin mobil telefonu orada olmamışdır. O, mağazanı axtarsa da, mobil telefonunu tapa bilməmişdir. Mağazaya müştəri qismində getmiş tanımadığı qadından xahiş etmişdir ki, telefonun üstündə olan ***-***-**-** saylı nömrəyə zəng vursun, mobil telefonunu dükanda hara qoyduğunu bilsin. Lakin onun mobil nömrəsinə zəng çatmamışdır. Başa düşmüşdür ki, müştərilərə xidmət göstərərkən kimsə onun «Samsung» markalı, «A12» modelli mobil telefonunu soyuducunun üstündən götürərək oğurlamışdır. Bir neçə saat sonra oğlu mağazaya getmiş və o, oğlunun mobil telefonu ilə hadisə barədə Daxili işlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdir. Bundan sonra o, 19-cu polis şöbəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin «Samsung» markalı «A12» modelli mobil telefonunu 1 il 6 ay əvvəl 700 manata almış, hadisə baş verən vaxt onun qiyməti 400 manat olmuşdur. Mobil telefonun üstündə olan 055 ***-**-** nömrəsini isə 3-4 il bundan əvvəl 6 manata almışdır. Oğurluq nəticəsində ona ümumilikdə 406 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənildiyini, ona qarşı şikayət və tələbinin olmadığını bildirdi. İttiham aktının siyahısında zərər çəkmiş şəxslər qismində göstərilmiş Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2 ilə yaxındır tanıyır və aralarında dostluq münasibəti yaranmışdır. 15 avqust 2024-cü il tarixdə Seymur zəng edərək onunla görüşmək istədiyini bildirdiyinə görə onlar “20 Yanvar” metrostansiyasının çıxışında görüşmüşlər. Həmin vaxt Seymur evdə anasının xəstə olduğunu və ona dərman almaq üçün anasına məxsus mobil telefonu satmalı olduğunu bildirmişdir. Daha sonra birlikdə həmin metrostansiyanın çıxışının yaxınlığında yerləşən “Redmi Telecom” telefon mağazasına getmişlər. Seymur satıcıya yaxınlaşıb söhbət edərkən o, su almaq üçün mağazaya getmişdir. Su alıb qayıtdıqda Seymur ona satıcının telefonu şəxsiyyət vəsiqəsi ilə aldığını, lakin hazırda şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmiş və ondan telefonu satmaq üçün şəxsiyyət vəsiqəsini verə bilərmi deyə soruşmuşdur. O, isə heç bir problem olmadığını bildirərək öz şəxsiyyət vəsiqəsini Seymura təqdim etmişdir. Bundan sonra telefon mağazasının satıcısı onun şəxsiyyət vəsiqəsinin kserosurətini çıxararaq vəsiqəni ona qaytarmış və mobil telefona görə Seymura ödəniş etmişdir. Mağazadan çıxdıqdan sonra Seymurla birlikdə kafeyə gedərək çay içib söhbət etmiş, daha sonra isə sağollaşaraq evə getmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs görməmişdir. İttiham aktının siyahısında şahidlər qismində göstərilmiş Şahid1 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdikləri ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 1); “hadisə yerinə baxış keçirilməsi haqqında” 15 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung A7” və 01 ədəd “Samsung A51” markalı mobil telefonların gizli olaraq talandığı ünvan ünvan 6r (Cild İ, i.v. 9-12); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 85); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 104-105); “cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 15 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun CM-in 177.2.3-cü maddəs ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinə birləşdirilmiş, iş üzrə əməl CM-in 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək istintaq ********* stastikstik nömrəsi ilə davam davam etdirilmişdir (Cild İ, i.v. 114- 115); “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 30 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respubikası CM-in 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 118-119); “baxış keçirilməsi haqqında” 22 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus «Samsung» markalı, «A3» modelli mobil telefonun oğurlandığı yer ünvan 4 ünvanında yerləşən yaşayış binalarının həyətindəki söhbətgahdır (Cild İ, i.v. 126-130); “hadisə yerinə baxış keçirilməsi haqqında” 04 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus 01 ədəd «Samsung» markalı, «A12» modelli mobil telefonun gizli olaraq oğurlandığı ünvan Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində fəaliyyət göstərən meyvə-tərəvəz mağazasıdır (Cild İ, i.v. 154-155); “baxış keçirilməsi haqqında” 12 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus «Redmi» markalı, «Note12» modelli mobil telefonun gizli olaraq oğurlandığı ünvan ünvan 8nə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus «Samsung» markalı, «A51» modelli mobil telefonun gizli olaraq talandığı ünvan Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində fəaliyyət göstərən «Mert Petrol» yanacaq doldurma məntəqəsinin yaxınlığıdır (Cild İ, i.v. 194-197); “hadisə yerinə baxış keçirilməsi haqqında” 02 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus «Honor» markalı «90 lite» modelli mobil telefonun gizli olaraq talandığı ünvan ünvan 10 restoranıdır (Cild İ, i.v. 219-222); “video görüntülərə baxış keçirilməsi barədə” 03 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 01 avqust 2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 11 ünvanında yerləşən «Mağara» restoranında Zərərçəkmiş şəxs3 mobil telefonunun oğurlanması ilə bağlı restoranda quraşdırılmış videomüşahidə kameralarından hadisə baş verdiyi görüntünün köçürüldüyü DVD-R diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 avqust 2024-cü il tarixdə saat 16:06-da bir nəfər şəxsin restoranın həyətində yerləşən tikliyə yaxınlaşaraq əlində tutduğu pulu qadın cinsli işçiyə uzatmış və tikilinin qarşısnda dayanıb gözləmiş, sonra isə tikilinin qapısından içəri daxil olaraq sol tərəfdə yerləşən kassa aparatlarına yaxınlaşıb nə isə götürərək şalvarının arxa sağ cibinə qoymuş və pulun qalığını işçidən alaraq 01 avqust 2024-cü il tarixdə saat 16:07-də oradan çıxıb getmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs görüntüdə əks olunmuş şəxsin onun özü olmasını, görüntülərin onun 01 avqust 2024-cü il tarixdə saat 16 radələrində «Mağara» restoranında «Honor» markalı mobil telefonu oğurlamasını əks etdirdiyini bildirmişdir (Cild İ, i.v. 223); “şübhəli şəxsin tutulması haqqında” 13 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2024-cü il tarixdə, saat 20:00-da Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 252); “diskə baxış keçirilməsi haqqında” 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq 01 avqust 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən «Mağara» restoranında Zərərçəkmiş şəxs3 mobil telefonunun oğurlanması ilə bağlı restoranda quraşdırılmış videomüşahidə kameralarından hadisə baş veridiyi görüntünün köçürüldüyü və cinayət işinə əlavə edilmiş DVD-R diskə baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edildi ki, diskdə 2 ədəd videofayl vardır. Həmin videofayllardan biri 31 saniyə, digəri isə 1 dəqiqə 05 saniyə müddətindədir. 31 saniyə müddətində olan videofaylda 01 avqust 2024cü il tarixdə saat 16:06-da bir nəfər şəxsin restoranın həyətində yerləşən tikliyə yaxınlaşaraq əlində tutduğu pulu qadın cinsli işçiyə ı'uzätması və tikilinin qarşısnda dayanıb gözləməsi müəyyən edildi. 1 dəqiqə 05 saniyə müddətində olan videofaylda isə əvvəlki videofaylda olan şəxsin restoranın həyətindəki tikilinin qapısından içəri daxil olması, sol tərəfdə yerləşən kassa aparatlarına yaxınlaşaraq nə isə götürərək şalvarının arxa sağ cibinə qoyması, pulun qalığını işçidən alaraq 01 avqust 2024-cü il tarixdə saat 16:07-də oradan çıxıb getməsi müəyyən edildi. Diskə baxışda iştirak edən şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, görüntüdə olan şəxs özüdür, 01 avqust 2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 5 ünvanında yerləşən «Mağara» restoranına getmiş və sifariş verərək yeyib-içmiş, sonra hesabı ödəmək üçün restoranda olan kassaya yaxınlaşmış, pulu işçiyə verərək qalıdığını gözləmiş, bu zaman kassanın üstündə «Honor» markalı mobil telefonun nəzarətsiz qalmasını görmüş, ətrafa göz gəzdirib kimsənin onu görmədiyini tam əmin olduqdan sonra «Honor» markalı mobil telefonu kassanın üstündən götürüb şalvarının cibinə qoymuş və pulun qalığını işçidən alaraq restorandan çıxıb getmişdir (Cild İ, i.v. 287); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (Cild İİ, i.v. 1-2); “ifadənin yerində yoxlanılması haqqında” 01 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 avqust 2024-cü il tarixdə saat 16 radələrində ünvan 10 restoranının həyətində yerləşən tikilidəki kassanın üzərində Zərərçəkmiş şəxs3 nəzarətsiz qoyduğu «Honor» markalı «90 lite» modelli mobil telefonu, 02 avqust 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində fəaliyyət göstərən «Mert Petrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs4 «Qazel» markalı **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobilinin salonunda nəzarətsiz qoyduğu «Samsung» markalı, «A51» modelli mobil telefonu, 04 avqust 2024-cü il tarixdə saat 11 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində fəaliyyət göstərən meyvətərəvəz dükanında Zərərçəkmiş şəxs6 nəzarətsiz qoyduğu «Samsung» markalı, «A12» modelli mobil telefonu, 12 avqust 2024-cü il tarixdə saat 20:50 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 17 ünvanında yerləşən istirahət parkında Zərərçəkmiş şəxs2 nəzarətsiz qoyduğu «Redmi» markalı, «Note12» modelli mobil telefonu və 22 avqust 2024-cü il tarixdə saat 17 radələrində ünvan 4 ünvanında yerləşən yaşayış binalarının həyətindəki söhbətgahda Zərərçəkmiş şəxs5 skamyanın üzərində nəzarətsiz qoyduğu «Samsung» markalı, «A3» modelli mobil telefonu oğurladığı yerləri və cinayətləri törətdiyi şəraiti hadisə yerində göstərərək ifadəsinin doğruluğunu təsdiq etmişdir (Cild İİ, i.v. 26-31); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2024-cü il tarixli, 4(006)- 475/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 30 avqust 2024-cü il tarixdən, saat 20:00-dan hesablanması qərara alınmışdır (Cild İİ, i.v. 35-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 15 oktyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 180.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 1489 nömrəli məktubuna əsasən cərimə tam ödənilmiş, 02 noyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir (Cild İİ, i.v. 53-55); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-905/2015 saylı hökmündən görünür ki, Xəlilov X1 Respublikası Cinayət Məcəlləsinin 180.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir (Cild İİ, i.v. 57-65); “diskə baxış keçirilməsi haqqında” 18 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Samsung A7” və 01 ədəd “Samsung А51» markalı mobil telefonları oğurlanması faktı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında quraşdırılmış videomüşahidə kameralarından görüntülərin köçürüldüyü və cinayət işinə əlavə edilmiş DVD-R diskə baxış keçirilərkən diskdə 2 ədəd videofayl olması, 1-ci videofaylda əynində ağ rəngli qısaqol köynək və tünd rəngli şalvar, sol əlində sellofan paket olan Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 15:52 dəqiqə 23-cü saniyədə ünvan 13 ünvanında yerləşən evin yanına gəlməsi, 15:52 dəqiqə 29-cu saniyədə evin birinci mərtəbəsinin küçəyə açılan təklaylı dəmir qapısından içəriyə daxil olması və 15:52 dəqiqə 39-cu saniyədə oradan küçəyə çıxaraq aşağı istiqamətdə piyada hərəkət etməsi; 2-ci videofaylda isə Təqsirləndirilən şəxs 15 avqust 2024-cü il tarixdə saat 15:52 dəqiqə 54-cü saniyədən 15:53 dəqiqə 01 saniyəyə kimi olan müddət ərzində hadisə yerindən uzaqlaşmaqla enişli yolla aşağı istiqamətdə hərəkətdə olmasını göstərən görüntülərin olması müəyyən edilmişdir (Cild İİ, i.v. 66); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, mobil telefonun oğurlanması ilə əlaqədar vurulmuş maddi ziyan ona ödənildiyi üçün heçbir şikayət və tələbi yoxdur (Cild İİ, i.v. 76); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyi üçün heçbir şikayət və tələbi yoxdur (Cild İİ, i.v. 78); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyi üçün heçbir şikayət və tələbi yoxdur (Cild İİ, i.v. 80); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, “Redmi Note 9 Pro” markalı mobil telefonun oğurlanması ilə bağlı ona vurulmuş maddi ziyan ödənildiyi üçün heçbir şikayət və tələbi yoxdur (Cild İİ, i.v. 82); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, mobil telefonun oğurlanması faktı üzrə ona vurulmuş maddi ziyan ödənildiyi üçün heçbir şikayət və tələbi yoxdur (Cild İİ, i.v. 82); “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” 25 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasına dair müstəntiq Murad Quliyevin 23 noyabr 2024-cü il tarixli vəsatətin müdafiəsindən imtina edilmişdir (Cild İİ, i.v. 88-90); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli, 9/8511 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Viyetnam istehsalı, «Samsung» markalı, SM-A515F/DSN (Galaxy A51) model, 63GB yaddaş tutumlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadə olunması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 145,00 manat, təqdim edilməmiş 01 ədəd «Samsung A7» markaalı mobil telefonun 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 110,00 manat müəyyən edilir (Cild İİ, i.v. 94-95); “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçmək haqqında” 30 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İİ, i.v. 103); Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, ona vurulmuş ziyan ödənildiyi üçün heçbir şikayət və tələbi yoxdur (Cild İİ, i.v. 115); “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 04 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şahid3 götürülmüş bir ədəd «Samsung A51» markalı mobil telefon digər 3 ədəd mobil «Samsung A51» markalı telefonların arasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilərkən o, soldan sağa 1-ci yerdə qoyulmuş həmin «Samsung A51» markalı mobil telefonu tanıyaraq qeyd olunan mobil telefonun ona məxsus olduğunu təsdiq etmişdir (Cild İİ, i.v. 116); “maddi sübut kimi tanıma haqqında” 04 dekabr 2024-cü il tarixli qərardan görünür ki, 26 sentyabr 2024-cü il tarixdə Şahid3 götürülmüş bir ədəd «Samsung A51» markalı mobil telefonun 04 dekabr 2024-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınması və sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınması, 01 avqust 2024-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, ünvan 11 ünvanında yerləşən «Mağara» restoranında Zərərçəkmiş şəxs3 mobil telefonunun oğurlanması və 15 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsi, sahə 160, ev 2A ünvanında Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd "Samsung A7" və 01 ədəd “Samsung А51” markalı mobil telefonların oğurlanması faktlarının qeydə alınmış videogörüntülərinin köçürüldüyü 02 ədəd DVD-R diski maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır (Cild İİ, i.v. 118-131); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir (Cild İİ, i.v. 133-134); Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 4(004)-550/2025 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən, saat 20:35-dən hesablanması qərara alınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışmasını, vurulmuş ziyanın tam ödənilməsini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-905/2015 saylı hökmü ilə Xəlilov X1 Respublikası Cinayət Məcəlləsinin 180.3.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.3 və 67.1-ci maddələrinə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli 1489 nömrəli məktubuna əsasən cərimə tam ödənilmiş, 02 noyabr 2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-905/2015 saylı hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 06 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni 02 noyabr 2022-ci il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlinin ilk epizodunu 01 avqust 2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 3 (üç) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 15 avqust 2025-ci il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 4(004)-550/2025 nömrəli qərarına əsasən hazırda Bakı İstintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut – 26 sentyabr 2024-cü il tarixdə Şahid3 götürülmüş bir ədəd «Samsung A51» markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 mobil telefonunun oğurlanması və 15 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsi, sahə 160, ev 2A ünvanında Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd "Samsung A7" və 01 ədəd “Samsung А51” markalı mobil telefonların oğurlanması faktlarının qeydə alınmış videogörüntülərinin köçürüldüyü 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 3 (üç) ay müddət ona təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 15 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli, 4(004)-550/2025 nömrəli qərarına əsasən hazırda Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 26 sentyabr 2024-cü il tarixdə Şahid3 götürülmüş bir ədəd «Samsung A51» markalı mobil telefonun sahibi Zərərçəkmiş şəxs1 təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan - Zərərçəkmiş şəxs3 mobil telefonunun oğurlanması və 15 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Rezervuar küçəsi, sahə 160, ev 2A ünvanında Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd "Samsung A7" və 01 ədəd “Samsung А51” markalı mobil telefonların oğurlanması faktlarının qeydə alınmış videogörüntülərinin köçürüldüyü 02 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar