Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-21/2020 22.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibiMustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru x7, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Fərdi qaydada fəaliyyət göstərən vəkil x4 iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Xiyabani küçəsi, ev 80də qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 63A, mənzil 268T-də yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 24 avqust 2018-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 56, mənzil 11-də qeyri rəsmi nikah münasibətində olduğu Zərərçəkmiş şəxs ona 25.08.2018-ci il tarixdə rəsmi nikahda olduğu əri x3 boşanacağını deyib cari ayın sonu onunla nikaha daxil olmaları üçün müvafiq sənədləri hazırlamalarını xahiş etməsindən əsəbləşərək Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı onun saçından tutub evin içində sürümüş, eyni zamanda qəsdən əl zərbələri ilə vurub Zərərçəkmiş şəxs sol göz qapağı, sol çiyin, sağ yanaq nahiyələrinin hematoma və sıyrıqları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarətlər yetirmişdir. Lakin məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmir, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, 2013-cü ildə Ədliyyə Nazirliyinin Tibb Xidmətinin həkim-fitiziator vəzifəsinə təyin olunmuşdur. Vəzifəyə təyin olunduqdan sonra 45 günlük Ədliyyə Akademiyasında kurs keçmiş, Ədliyyə Akademiyasında kurs keçdiyi zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evli olduğu üçün onunla yaxın münasibəti olmamışdır. 2015-ci ildə Vərəm Dispanserindən işdən çıxaraq Müdafiə Nazirliyinin Silahlı x13 Mərkəzinin poliklinikasında həkim-terapevt vəzifəsində işə başlamış, həmin ərəfələrdə Şükür ona artıq tez-tez yazır, hətta bəzən iş çıxışları vaxtı gəlib onu iş yerinin qarşısında gözləmişdir. O, Şükürün ailəli olduğunu bildiyi üçün onunla münasibət saxlamaq istəməmişdir. Həmin vaxt Şükür onun başqaları ilə danışıb ona yazmadığını bəhanə etdiyi üçün Şükürə öz facebook linkinin parolunu vermiş, bundan sonra Şükür ona daha çox yazmağa başlamış və hər iş çıxışı onun iş yerinin qarşısına gəlib onunla birgə dayanacağa kimi təxminən 50-60 metr getmişdir. 2015-ci ilin oktyabr ayında TTM- də işdən çıxaraq Naxçıvanın Diaqnostika və Müalicə Mərkəzində rezident kimi işə başlamışdır. Naxçıvan MR-da olanda Şükürlə dost kimi yazışmış, hətta 2- 3 dəfə görüşüb söhbət etmişlər. Şükür ona ara-sıra saat, ətir, çanta kimi hədiyyələr göndərmiş o, hədiyyələri qəbul etmişdir. Həmin vaxt Şükürün 2 uşağı olmuş, keçmiş həyat yoldaşı Şahid6 Kazımovadan boşanmamışdır. Ona görə də o, Şükürə ondan uzaq durmasını bildirmişdir. Şükür onun sözlərinə məhəl qoymayıb evlənməyi və gəlib Naxçıvanda birlikdə yaşaya biləcəklərini demişdir. O, Şükürlə razılaşmayıb ona yazmamasını, əks halda polisə məlumat verəcəyini demiş, telefon nömrəsini dəyişdikdən sonra 2015-ci ildə Şükürlə əlaqəsi kəsilmişdir. Təxminən 2016-cı ildə onun ***-***-**-** mobil nömrəsinə tanımadığı Rusiya nömrəsindən Şükür zəng etmiş, ailəsində narazılıqların olduğunu, arvadının əxlaqsızlığını gördüyünü, Azərbaycana qayıtdıqda boşanacağını, ata-anasına arvadı ilə yaşamaq istəmədiyini deyəcəyini və ata-anasının gəlib onun ailəsi ilə tanış olacağını bildirmiş, o isə evli olduğu üçün Şükürə inanmadığını və boşandıqdan sonra aralarında ciddi münasibət ola biləcəyini demişdir. Bu telefon danışığından təxminən 1 həftə sonra Şükür ona “Whatsapp” proqramı vasitəsi ilə boşanması ilə bağlı məhkəməyə müraciət etməsi ilə əlaqədar sənəd şəklini çəkib göndərmiş, bundan sonra onlar mobil telefon vasitəsilə görüntülü şəkildə danışmağa başlamışlar. 2016-cı ilin təxminən fevral-mart aylarında Bibiheybət ərazisində yerləşən Narşərab restoranında Şükür ona evlənməyi təklif etmiş və onun barmağına üzük taxmışdır. Sonra o, Naxçıvan Muxtar Respublikasına qayıdıb 2-3 ay orada qaldıqdan sonra Türkiyə Respublikasının İzmit şəhərində 6 aylıq cərrahiyyə ilə bağlı kursa getmiş, daimi olaraq Şükürlə danışmışlar. 2017-ci ilin avqust ayının 8-də Şükürün ailəsi onlara elçi gəlmiş, nişan məclisi təşkil olunmuşdur. Sonra 3 aylıq yenə Türkiyəyə getmiş, dayısı rəhmətə getdiyi üçün 15 gündən sonra Bakıya qayıtmışdır. Nişanlı olduqları vaxt öyrənmişdir ki, Şükür əvvəlki arvadı ilə yaşadığı evdən paltar götürmək üçün gedəndə onunla münaqişə yaşamış, Şükür toy etməkdən boyun qaçırıb əvvəlki arvadının onu şantaj etdiyini demişdir. Eləcə də, dövlət qurumunda işlədiyi üçün ikinci dəfə evlənməyin yaxşı olmadığını da bildirmişdir. O da, Şükürə hər bir qız kimi gəlin köçmək istədiyini demiş, aralarında bu problem olduğundan Şükür toyun vaxtını yubatdığı üçün 2018-ci ilin aprel ayinim əvvəli nişanı qaytarmışlar və aprelin 13-ü Fuad Hüseynovla nişanlanmışdır. O, Şükürlə ailə qurmaq istəsə də, ailəsinin təkidi ilə Fuadla nişanlanmışdır. Nişanlı olduqları vaxt Şükürlə danışmamış, lakin nişandan təxminən 1 həftə 10 gün sonra Şükür yaşadıqları həyətə gəlmiş, anası ilə Şükür mübahisə etmiş və Şükür onunla ailə quracağını, başqası ilə evlənməyinə mane olacağını demişdir. Bundan sonra, Şükür onların evinə bir neçə dəfə gələrək peşman olduğunu və səhv etdiyini bildirib nişanı qaytarmağı valideynlərindən xahiş etmiş, atası Şükürə onun iş yerinə gedəcəyini və ondan şikayət edəcəyini dedikdən sonra bir müddət gəlməmişdir. 2018-ci ilin iyul ayının 17-də nişanlı olduğu Fuad Hüseynov adlı şəxslə nikahı olmuş, ailəsi onu evlənməyə razı saldıqdan sonra iyul ayının 21-də toyu olmuş və toydan sonra evdə Fuadla mübahisələri olmuşdur. O, Fuad Hüseynovla heç vaxt cinsi əlaqədə olmamışdır. Toydan bir həftə sonra 2018-ci ilin iyul ayının 25-də Fuaddan boşanması ilə bağlı ərizə yazmış və xalasıgilə gedib Şükürlə telefonla danışmış, ona yerini demiş, Şükür onu xalasıgildən götürdükdən sonra birlikdə yaşamağa başlamışlar. Təxminən 3-4 gün sonra Nəsimi rayonu, H.B.Əliyev küçəsi 56 ünvanında birgə yaşadıqları evdə öz razılığı ilə Şükürlə cinsi əlaqədə olmuşlar. O, Şükürdən başqa heç kimlə cinsi əlaqədə olmamışdır. 24 avqust 2018-ci il tarixdə, saat 14 radələrində Şükür işdən çıxıb evə gəlmiş, evə gəldikdən sonra 25.08.2018-ci ildə x16 rəsmi boşanacağını demiş və ayın sonu nikaha daxil olmaları üçün sənəd vermələrini xahiş etmiş, Şükür buna çox əsəbiləşmiş və onun saçından tutaraq evin içində sürümüş, eyni zamanda, onun sol qoluna, çiyninə, belinə yumruq zərbələri yetirmişdir. Daha sonra onu evin yataq otağının və salonunun qapılarının şüşələrinə çırpmış və qapıların şüşələri yerə dağılmışdır. Sonra onu divana uzadaraq boğmağa başlamışdır. Bir neçə saniyə nəfəs ala bilməmişdir. Şükür onun üzünə sillə vurub soyuq su tökmüşdür ki, özünə gəlsin. Sonradan soyuducudan soyuq şeyləri götürüb onun üzünə qoymuşdur ki, üzündə izlər qalmasın. Həmin gün təcili tibbi yardıma və polisə şikayət edə bilməməsinin səbəbi ona məxsus mobil telefonun Şükür tərəfindən götürülməsi olmuşdur. Ağrıları olduğu üçün gecə yata bilməmişdir. Səhərisi gün, 25.08.2018-ci ildə Şükür işlə bağlı hansısa rayona getmiş, 25.08.2018-ci il tarixdə, səhər saatlarında təzyiqi qalxdığı üçün burnundan qan açılmış və təcili yardım çağırmışdır. Təcili yardım əməkdaşları gəlib evin dağınıq vəziyyətdə olduğunu və onun xəsarət aldığını görüb ona ilkin tibbi yardım göstərmişlər. Şükürlə 2018ci ilin sentyabr-oktyabr aylarında mütəmadi mübahisəsi olmuş, Şükür onu təhqir etmiş, şəxsiyyətini alçaltmış, bir müddət aralarında münasibətləri normal olmuş, birlikdə süni mayalanma etdirmək qərarına gəlib xəstəxanaya müraciət etmişlər. 17 noyabr 2018-ci il tarixdə Şükür onu İmişliyə bibisi oğlunun toyuna göndərmiş, sonra Şükür də İmişliyə gəlmiş, orada yenə də nikah üstündə mübahisə etmişlər. 20 noyabr 2018-ci il tarixdə Şükür İmişli rayonu, Xiyabani küçəsi, ev 60-da onun belinə yumruq və təpiklə vurmuş, saçından tutub evdə sürümüşdür. Sillə ilə üzündən vurmuş, dodağı qanamış, beli ağrımış, lakin bununla bağlı heç bir xəstəxanaya, polis bölməsinə müraciət etməmişdir. 21.01.2019-cu il tarixdə səhər saatarında Nəsimi rayonu, H.B.Əliyev küçəsində, kirayədə yaşadığı mənzildə Şükür onun üzündən sillə ilə vurmuş, sonra təpiklə yumruqla bədəninin müxtəlif yerlərindən vurmuşdur. Ondan gələcəkdə uşaqlarının olması ilə bağlı heç bir maddi tələbi olmayacağı barəsində ərizə versə onunla nikaha girəcəyini demiş, o, bununla bağlı heç bir xəstəxanaya yaxud polis bölməsinə şikayət etməmişdir. Həmin gün axşam saat 18 radələrində Asan xidmətə getmiş, orada gələcəkdə uşaqlarının olması ilə bağlı Təqsirləndirilən şəxs heç bir maddi tələbi olmayacağı barədə ərizə vermişdir. 22 yanvar 2019-cu ildə ona süni mayalanma transfer olmuşdur. Təxminən 2 həftə sonra ekiz uşağa hamilə olduğunu ona bildirmişlər. 16.02.2019-cu il tarixdə, saat 16 radələrində Nəsimi rayonu, H.B.Əliyev küçəsində, kirayədə yaşadığı mənzildə Şükürə demişdir ki, mart ayında qardaşının toyu olacağı üçün nikaha daxil olsunlar. Həmin vaxt Şükür əsəbləşərək onun gicgahına və qarnına yumruq və təpiklə zərbələr vurmuş, evdə olan qab-qacağı da sındırmışdır. Eyni zamanda, onun gözünə yumruqla vurmuş, gözünün alt hissəsi qaralmışdır. Bundan sonra, onu yatağa uzadaraq soyuducudan soyuq şeyləri üzünə qoymuş, o, iki gün yataqdan qalxa bilməmişdir. Həmin vaxt da yanlarında başqa şəxs olmamışdır. Həmin vaxt heç bir xəstəxanaya və polis bölməsinə müraciət etməmişdir. 17.02.2019-cu il tarixdə kəskin qanaxma olduğundan Mərkəzi Klinikaya getmiş, 3 gün stasionar müalicə almışdır. 2019-cu ilin aprel ayının təxminən 5-də Şükür onunla yaşamaq istəmədiyi üçün evdən çıxıb getmişdir. 2019-cu ilin aprel ayının 8-də Şükürün keçmiş arvadı instagram sosial şəbəkəsində durmadan Şükürlə olan şəkillər paylaşmış, o, bunu gördükdə Şükürə zəng edərək niyə belə etdiyini demişdir. Şükür onunla yaşamaq istəmədiyini, onun uşaqlarını istəmədiyini, evdən çıxmağını dediyi üçün aptekə düşüb dərman alıb evə qalxmış və intihar etmək məqsədi ilə dərmanları qəbul etmişdir. Lakin qapını açıq qoymuşdur. Anası təcili yardıma zəng edərək onun hamilə olduğunu və evdə tək olduğunu demiş, bir müddət sonra təcili tibbi yardım əməkdaşları gələrək ona ilkin tibbi yardım göstərib onu 1 saylı kliniki tibbi mərkəzə aparmışlar. Sonda Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirərək, məhkəmədən ona ən ağır cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında sorğu sual zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, o əvvəllər özü özünə xəsarət yetirmişdir, bu Şükürlə yaşadığı dövrdə olmayıb. Bundan başqa, bir dəfə də martın 7 dən sonra boğazını kəsmişdir ki, özünü öldürsün. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhərTəcili və x10 stansiyasının 5 saylı bölməsinin feldşeri Şahid2 ifadəsində göstərdi ki, 25.08.2018-ci il tarixdə, saat 14:17də Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 56, mənzil 11 -də yaşayan Zərərçəkmiş şəxs vəziyyətinin pisləşməsi ilə bağlı 103 məlumatına əsasən həkim Şahid3 ilə birlikdə qeyd olunan ünvana getmişlər. Qapını Zərərçəkmiş şəxs açıb onları evə dəvət etmiş və gedib yataq otağında çarpayıda uzanmışdır. Yataq otağına gedərkən evin dağınıq vəziyyətdə olmasını görmüşlər. Yataq otağında yerdə şüşə qırıntıları da olmuşdur. Zərərçəkmiş şəxs nə olmasını soruşduqda o, həyat yoldaşının onu 24.08.2018-ci il tarixdə həmin evdə döydüyünü bildirmişdir. Zərərçəkmiş şəxs müayinə edib onda sol göz qapağının, sol çiyin nahiyəsinin sağ yanaq nahiyəsində hematoma (şişkinli, göyərmə), sıyrıqlar müəyyən etmişlər. Onun arterial təzyiqini ölçüb təzyiqini endirmək üçün iynələr vurmuşlar. Ruhəngizə uzanıb sakitləşməsini məsləhət görmüşlər. Ruhəngiz həyat yoldaşının onu teztez döydüyünü və onun üzü-gözü göyərdiyi üçün işə getməyə utandığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhərTəcili və x10 stasniyasının 5 saylı bölməsinin həkimi Şahid3 ifadəsində göstərdi ki, 25.08.2018-ci il tarixdə, saat 14:17də Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 56, mənzil 11-də yaşayan Zərərçəkmiş şəxs vəziyyətinin pisləşməsi ilə bağlı 103 məlumatına əsasən tibb bacısı Şahid2 ilə birlikdə mənzilə getmişlər. Qapını Zərərçəkmiş şəxs özü açaraq onları evə dəvət etmiş, sonra gedib yataq otağında çarpayıya uzanmışdır. Yataq otağına getmək üçün salondan keçəndə evin dağınıq vəziyyətdə olduğunu görmüşlər. Onlar Zərərçəkmiş şəxs nə olmasını soruşduqda Ruhəngiz həyat yoldaşının onu 24.08.2018-ci il tarixdə həmin evdə döydüyünü demişdir. Ruhəngiz həyat yoldaşının onu tez-tez döydüyünü, üzü-gözü göyərdiyi üçün işə getməyə də utandığını bildirmişdir. O, Zərərçəkmiş şəxs müayinə edib onda sol göz qapağının, sol çiyin nahiyəsinin sağ yanaq nahiyəsində hematoma (şişkinli, göyərmə), sıyrıqlar müəyyən etmiş, arterial təzyiqini ölçüb təzyiqini endirmək üçün iynələr vurmuşdur. Evdə şüşə qırıqları olmasını xatırlamasa da tibb bacısı Şəfəq Mirzəyeva yataq otağında yerdə şüşə qırıntıları olmasını sonradan ona demişdir. Məhkəmə iclasında sorğu sual zamanı Şahid3 bildirmişdir ki, o müayinə zamanı qızartılar olduğunu görmüşdür, yerdə şüşə qırıntılarının olduğunu görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin baş təhqiqatçısı Şahid4ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, hər ikisini hadisə ilə bağlı tanımışdır. Onlarla heç bir qohumluğu, ədavəti və ya düşmənçiliyi yoxdur. 2018-ci ilin avqust ayının 25-i səhər saat 09:00-dan 2018-ci il 26 avqust saat 09:00-a qədər növbədə olmuşdur. Növbədə olduğu vaxt saat təxminən 16 radələrində TTYS-nin 5 saylı bölməsindən həkim Şahid3 Nəsimi rayonu, H.B.Əliyev küçəsi 56, mənzil 11 ünvanında yaşayan Zərərçəkmiş şəxs üzərində sol gözündə hematoma olması barədə məlumat vermiş, həmin məlumat əsasında həmin ünvana getmişdir. İlk olaraq Zərərçəkmiş şəxs qapını açmasa da, sonradan onların təkidi ilə qapını açmışdır. Qapını açan şəxs Zərərçəkmiş şəxs olduğunu demiş, onları mənzilə dəvət etmişdir. Zərərçəkmiş şəxs bildirmişdir ki, qeyri rəsmi ər-arvad münasibətində olduğu Şükür adlı şəxslə bir gün əvvəl mübahisələri olmuş, Şükür onu döymüşdür. Həmin vaxt ev dağınıq vəziyyətdə olmuşdur, lakin yerdə şüşə qırıntıları görməmişdir. O, Zərərçəkmiş şəxs üzündə qızartıların olduğunu görmüş, lakin hər hansı xəsarətin olduğunu xatırlamır. O, Zərərçəkmiş şəxs ərizə yazmasını bildirmiş, sonuncu ərizə yazmaqdan imtina edərək polis bölməsində ərizə yazacağını bildirmişdir. O, həmin mənzildən ayrılaraq bölməyə qayıtmışdır. Sonra Zərərçəkmiş şəxs gəlib ərizə vermədiyi üçün tərəfindən heç bir araşdırma aparılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun qızı Ruhəngiz Hacıeyvanın keçmiş həyat yoldaşıdır və Zərərçəkmiş şəxs isə onun doğma qızıdır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi yoxdur. Onun qızı Zərərçəkmiş şəxs 2013-cü ildə Ədliyyə Nazirliyinin Tibb Xidmətinin həkim-fitiziator vəzifəsinə təyin olunmuşdu. Həmin işi ilə bağlı qızı 45 günlük Ədliyyə Akademiyasında kurs keçməli olmuşdur. Ruhəngiz Ədliyyə Akademiyasında kurs keçdiyi zaman Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Ruhəngiz 2015-ci ildə Vərəm Dispanserindən işdən çıxaraq Müdafiə Nazirliyinin Silahlı x13 Mərkəzinin poliknikasında həkim-terapevt vəzifəsində işə başlayan zaman Şükürlə tez-tez yazışmış, bəzən də qızı işdən çıxan zaman Şükür gəlib onu iş yerinin qarşısında gözləmişdir. Əvvəl qızı Ruhəngiz Şükür ailəli olduğu üçün onunla münasibət saxlamaq istəməmiş, lakin Şükür ondan əl çəkməmişdir. 2015-ci ilin oktyabr ayında Ruhəngiz TTM-dən işdən çıxaraq Naxçıvanın Diaqnostika və Müalicə Mərkəzində rezident kimi işə başlamış, Naxçıvan MR-da olanda Şükür qızı ilə görüşmək üçün 2-3 dəfə Naxçıvana getmişdir. Şükür qızına saat, ətir, çanta kimi hədiyyələr göndərmiş, qızı da hədiyyələri qəbul etmişdir. Həmin vaxtlarda Şükür Ruhəngizə evlənməyi və gəlib Naxçıvanda birlikdə yaşaya biləcəklərini demişdir. Qızı həmin vaxt Şükürlə razılaşmamış, bir müddət telefon nömrəsini dəyişmiş və Şükürlə əlaqəsini kəsmişdir. Sonradan Şükür qızının nömrəsini taparaq ona yenidən zəng vurmuş, arvadı ilə yola getmədiyini, arvadının əxlaqsızlıq etdiyini gördüyünü, arvadından boşanacağını bildirmişdir. Sonradan Şükür qızına “Whatsapp” proqramı vasitəsi ilə boşanması ilə bağlı məhkəməyə müraciət etməsi ilə əlaqədar sənəd şəkli çəkib göndərmişdir. 2016-cı ilin təxminən fevral-mart aylarında Şükür “Narşərab” restoranında Ruhəngizə evlənməyi təklif etmiş və onun barmağına üzük taxmışdır. Ruhəngiz Türkiyə Respublikasının İzmit şəhərində 6 aylıq cərrahiyyə ilə bağlı kursa getmişdir. Onun bildiyinə görə Şükür orada da gedib qızı ilə görüşmüşdür. 2017-ci ilin yay ayında bir xanım onlara zəng vuraraq, özünü Şükürün anası kimi təqdim etmiş və oğlu ilə Ruhəngizin bir-birini istədiklərini, elçi gələcəklərini bildirdi. Əvvəl o və yoldaşı bu izdivaca narazılıq etsə də, sonradan bacara bilməyib razılıq vermişlər. Avqustun 8-də Şükürün ailəsi onlara elçi gəlmiş, nişan məclisi olmuşdur. Nişana Şükür özü də gəlmişdir. Şükür həmin vaxt bir daha həyat yoldaşının əxlaqsızlıq etdiyini, onu öldürmək istədiyini, sonradan tutulacağını fikirləşib, boşandığını bildirdi. Bütün bəlalar bundan sonra başladı. Ruhəngizlə Şükürün arasında toy üstündə dava dalaşlar başladı. Şükür min bir bəhanə ilə toy etmək istəmirdi. Ruhəngiz isə el adəti ilə ailə qurmaq istəyirdi. O özü bu barədə Şükürün anası ilə danışanda anası məhərəmlik ayı çıxandan sonra toy edəcəklərini bildirdi. Ana kimi onun qəlbində şübhələr olduğundan, Şükür hər dəfə toyu təxirə salmaq istədiyindən o, qızından Şükürün boşanma kağızını gətirib-göstərməsini istəyirdi. Həmin vaxt isə onlar deyirdilər ki, iş məhkəmədədir. Ruhəngizin atası qəfildən xəstələndi. Həmin ərəfədə həyat yoldaşı 16% ürəklə yaşayırdı. O, Şükürün anasına bir də zəng vurduqdan sonra Şükürün anası həyat yoldaşı ilə məsləhətləşib bir söz deyəcəyini bildirdi. Sonradan Şükürün anası və atası onlara gəldi. Həmin vaxt Şükürün atası toy etməyə zərurət olmadığını, restoranda oturub qeyd etməklə bu işin bitməsini demişdir. O, bunu bildikdən sonra Şükürün anasına zəng vurub demişdir ki, gəlib üzüklərini aparsınlar. Elə həmin ərəfədə həyat yoldaşı xəstəxanaya düşmüş və “Neftçilər” xəstəxanasında müalicə almışdır. Ruhəngiz həmin ərəfədə atasının yanında olurdu. Atası Ruhəngizə həmin ərəfədə şərt qoydu ki, Şükürdən ayrılsın və normal bir insanla münasibət qursun. Ruhəngiz də həmin vaxt atasına Şükürdən ayrılacağına söz vermiş və nişanı qaytarmışdır. Şükür həmin ərəfədə xəstəxanaya da gəlib gedirdi, lakin o Şükürün xəstəxanaya gəlməsinə icazə vermirdi. Bundan sonra, Ruhəngiz ümumi tanışları olan Fuad Hüseynovla görüşməyə başladı. Aprel ayının 13-ü x2 nişanı oldu. Nişandan təxminən 7-10 gün sonra Şükür yaşadıqları həyətə gəldi və onunla mübahisə etdi. Şükür Ruhəngizlə ailə quracağını, başqası ilə evlənməyinə mane olacağını dedi. Sonradan bir neçə dəfə də Şükür onların evinə gələrək peşman olduğunu və səhv etdiyini bildirib nişanı qaytarmağı onlardan xahiş etdi. Həmin vaxt həyat yoldaşı Şükürə onun iş yerinə gedəcəyini və ondan şikayət edəcəyini dedikdən sonra bir müddət gəlmədi. 21 iyul 2018-ci ildə Ruhəngizin Fuadla toyu oldu. Toydan sonra isə Şükür qızını yoldan çıxarıb yenidən qaçırdı. Bundan sonra, onlar ailə olaraq Ruhəngizlə münasibətlərini kəsdilər. Lakin ana olaraq o dözə bilməmiş, dəfələrlə Ruhəngiz onun yuxusuna girmişdir. Qızının həyatında nəsə baş verdiyini, işlərinin düzgün getmədiyini hiss edirdi. Həmin ərəfədə həyat yoldaşı yenidən xəstəxanaya düşdü. Axırda məcbur olub Ruhəngizə zəng vurub atasının ağır xəstə olmasını bildirib, kinayə ilə atan öləndə gələcəksən demişdir. Ruhəngiz həmin vaxt heç nədən xəbəri olmadığını bildirdi. Sonra Ruhəngiz xəstəxanaya gəldi və xəstəxanada olarkən Ruhəngizin gözündə qaraltılar görmüşdür. Ruhəngizdən bununla bağlı soruşan zaman, Şükürün əlinin dəydiyini bildirmişdir. Bundan sonra, oğlunun toyu olmalı imiş və onu da qeyd etmək istəyir ki, Ruhəngiz həmin vaxt artıq hamilə idi. Toya qızı və Şükür birlikdə gəlmiş və yaxşı iştirak etmişdir. Onun təkidi ilə Ruhəngiz hamilə olduğu üçün bir müddət onlarda qalası olmuşdur. Sonra günlərin bir günü qızı Şükürlə danışandan sonra təkidlə evinə qayıdacağını bildirmiş və bundan sonra getmişdir. Həmin gündən sonra Şükür mütəmadi olaraq zəng vurub deyirdi ki, gəlin qızınızı aparın. O isə Şükürə bildirdi ki, qızının həmin evdən yalnız meyiti çıxa bilər. 24 avqust 2018-ci il tarixdə qızının Şükür tərəfindən döyülməsini görməmişdir. Eşitdiyinə görə qızı Ruhəngiz 25 avqust 2018-ci ildə Şükürə Fuaddan rəsmi boşanacağını demiş və ayın sonu nikaha daxil olmaqlarını istəmiş, Şükür isə buna görə əsəbləşib Ruhəngizi döymüşdü. Onun bildiyinə görə 22 yanvar 2019-cu ildə Ruhəngizə süni mayalanma transfer olunmuşdur. Bundan sonra, Ruhəngizin ekiz uşağa hamilə olduğunu bilmişlər. 16 fevral 2019-cu il tarixdə, saat 16:00 radələrində x14 rayonu, H.B.Əliyev küçəsində, kirayədə yaşadıqları mənzildə yenidən mübahisələri yaranmış, Şükür Ruhəngizin gicgahına və qarnına yumruq və təpiklə zərbələr vurmuş, evdə olan qab-qacağı da sındırmışdır. Onun gözünə yumruqla vuraraq gözünün alt hissəsini qaraltmışdır. Bu səbəbdən Ruhəngiz iki gün yataqdan qalxa bilməmişdir. Ruhəngizdə bu səbəbdən 17 fevral 2019-cu il tarixdə kəskin qanaxma olmuş, x11 getmişdir. Ruhəngiz 3 gün stasionar müalicə almışdır. Şükür 2019-cu ilin aprel ayında Ruhəngizlə yaşamaq istəmədiyi üçün evdən çıxıb getmişdir. 2019-cu ilin aprel ayının 8-də Şükürün keçmiş arvadı instagram sosial şəbəkəsində durmadan Şükürlə olan şəkillər paylaşmış, Ruhəngiz bunu gördükdə aptekə düşüb dərman alıb intihar etmək məqsədi ilə dərmanları qəbul etmişdir. O həmin günü Ruhəngizlə əlaqə saxlayarkən özünü öldürmək istədiyi üçün dərman qəbul etdiyini dedikdən sonra təcili yardıma zəng edərək Ruhəngizin hamilə olduğunu və evdə tək olduğunu demiş, bir müddət sonra təcili tibbi yardım əməkdaşları gələrək, Ruhəngizə ilkin tibbi yardım göstərib onu 1 saylı kliniki tibbi mərkəzə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Hüseynova Şahid6ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2007-ci ildə ailə qurmuş, 2011-ci ildə ilk qız övladları, 2013-cü ildə oğlan övladları dünyaya gəlmişdir. 2017-ci ildə yola getmədikləri üçün boşanmışlar. Zərərçəkmiş şəxs 2017-ci ilin avqustun 7-də Şükürlə nişanlanan vaxtdan tanımış, Ruhəngizlə heç bir münasibəti olmamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Nişanlı olduğu ərəfələrdə Şükür onların yaşadıqları evə ailəsini, uşaqlarını görməyə gələndə Ruhəngiz ona mesaj yazaraq “Şükür Sizə gəlməsin, səni biabır edəcəm, uşaqlarını biabır edəcəm. Şükürdən “əl çək” demişdir. O, Ruhəngizə artıq Şükürdən boşandığını, lakin Şükürün öz uşaqları ilə görüşməsinə qarışmadığını demişdir. Şükür Ruhəngizlə nişanlı olan vaxt əsəbi, qanı qara evə gələndə ona Ruhəngizlə mübahisə etdiklərini, Ruhəngizin evdə olan qabları, evin şüşələrini sındırdığını, Şükürün onların evə gəlməsinə və Ruhəngizlə toy etməməsinə görə belə etdiyini demişdir. Şükür ona Ruhəngizi vurmasını, söyməsini, ona zor tətbiq etməsini, onun mütəmadi olaraq şəxsiyyətini alçaltmasını deməmiş, ancaq Ruhəngizlə yaşamaq istəmədiyini, Ruhəngizin hərəkətlərinə dözə bilmədiyini demişdir. Sonda onu da vurğulamaq istəyir ki, Təqsirləndirilən şəxsla evil olduğu vaxtlarda Şükür heç vaxt onu döyməmiş, söyməmiş və xəsarət yetirməmişdir. Mübahisələri ailə münaqişə zəminində olmuş, yalnız sözlə mübahisə etmişlər. Şükürün kiməsə xəsarət yetirməsinə inanmır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7ifadəsində göstərdi ki, təxminən 2 ildən artıq olar ki, Nəsimi rayonu, H.B.Əliyev küçəsi 56, mənzil 11 ünvanını almış, 2018-ci ilin avqust ayının əvvəllərində həmin mənzili şifahi razılaşmaya əsasən müvəqqəti yaşaması üçün ayda 300 manat ödəniş edəcəyi şərti ilə Şükür adlı şəxsə vermişdir. Təxminən 2019-cu ilin may ayında Şükürə demişdir ki, evi təmir etdirib özü oraya köçmək istəyir. Şükür isə ona demişdir ki, birlikdə yaşadığı Zərərçəkmiş şəxs onu döyməsi ilə əlaqədar Nəsimi rayon prokurorluğuna şikayət etmişdir. Bundan sonra, o Zərərçəkmiş şəxs evdən çıxmasını xahiş etmiş, lakin sonuncu evdən çıxmadığı üçün məcbur olub məhkəməyə müraciət etmişdir. 24.08.2018-ci il tarixdə baş vermis hadisəni görməmiş və qonşuları tərəfindən də bununla bağlı ona hər hansı bir məlumat verilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, verdiyi ifadəsində göstərdi ki, o, universiteti bitirdikdən sonra Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə işə qəbulla bağlı imtahan verib keçdikdən sonra Ədliyyə Akademiyasında 40 günlük kursa cəlb olunmuş, Zərərçəkmiş şəxs ilə orada tanış olmuş və dost kimi söhbət etmişdir. Ədliyyə Akademiyasındakı kursu bitirdikən sonra Ruhəngizlə təxminən 3 il əlaqəsi olmamışdır. 2017-ci ildə “Facebook” sosial şəbəkəsində Ruhəngizin profilini görüb ona dostluq göndərmiş və Ruhəngiz onun dostluq təklifini qəbul etmişdir. Təxminən 4-5 ay “Facebook’' sosial şəbəkəsində Ruhəngizlə mütəmadi danışmış, yavaş-yavaş Ruhəngizlə münasibətləri yaxınlaşmağa başlamışdır. 2017-ci ilin avqust ayının 7-də ailəsi Ruhəngizgilə elçiliyə getmiş, elçiliklə nişan bir gündə olmuşdur. Nişanlı vaxtları Ruhəngiz gəlib paltarlarını yumuş, evi təmizləmiş və onun üçün yemək hazırlamışdır. Bir müddət sonra Ruhəngiz və ailəsi toyun tez olmasını istəmiş, buna görə də aralarında mübahisələri olmuşdur. Çünki o, ikinci dəfə oğlan toyu etmək istəməmişdir. 2018-ci ilin aprel ayında iş səfərindən qayıdıb Ruhəngizin atası evinə gedəndə Ruhəngizin atasının vəziyyəti yaxşı olmadığını görmüş, onu xəstəxanaya aparmış və bir müddət o, xəstəxanada qalmışdır. Həmin vaxtı Ruhəngiz onunla toy barəsində mübahisə etmişdir. Ruhəngizə və onun ailəsinə toyun bir müddət sonra olmasını demiş, Ruhəngiz isə tez toy etməsini, başqasının onu istədiyini bildirmişdir. Daha sonra Ruhəngiz ona zəng edərək atasının üzüklərini qaytarmasını, ona elçi gəldiyini və başqasına ərə getdiyini bildirmişdir. Ruhəngiz üzüyü qaytardıqdan sonra onunla əlaqəsi kəsilmişdir. 2018-ci ilin iyul ayının 21-də x15 evlənmişdir. Evlənməmişdən 3-4 gün qabaq Ruhəngiz ona zəng edərək onunla görüşüb əşyalarını verəcəyini demiş, Rühəngizlə görüşüb əşyalarını götürüb ayrılmışlar. Toydan bir gün qabaq Ruhəngiz onunla əlaqə yaradaraq, Fuad Hüseynovla yaşamaq istəmədiyini, oradan qaçacağını və ürəyinin darıxdığını demişdir. Toyun səhərisi günü günorta vaxtı Ruhəngiz ona zəng edib evdən qaçdığını, anasının onu zorla evləndirdiyini və evinin yanına gələcəyini bildirmişdir. Ruhəngiz taksi ilə onun yaşadığı ünvana gəlmişdir. 2018-ci ilin avqust ayında həyat yoldaşı Şahid6 rəsmi şəkildə ayrılmışdır. Sonra Ruhəngiz öz paltarlarını götürüb onun yaşadığı evə gəlmiş və oradan getməyəcəyini bildirmşdir. Kirayə yaşadığı evdə ondan başqa şəxslər də yaşamışdır. Ruhəngizin getmədiyini və başqa şəxslərin də orada kirayədə yaşadığını görüb oradan çıxıb Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 56, mənzil 11 ünvanına köçmüş və Rühəngizlə birlikdə orada yaşamağa başlamışdır. Valideynləri Rühəngizlə yaşadığını bilməmişlər. Ruhəngiz toy etmək istədiyindən, o, isə toy etmək istəmədiyindən mübahisə etmişlər. Ruhəngizə bir dəfə evləndiyini və bir daha toy etməyəcəyini demişdir. Ruhəngiz nişanlı olanda ona nişanı qaytardığı halda toy edəcəyini demiş, Ruhəngiz nişanı qaytarmadığı üçün toy etmək fikri olmamışdır. 2018-ci ilin noyabr ayında Ruhəngiz rayona bibisi nəvəsinin toyuna gedib qayıtdıqdan sonra Ruhəngiz onunla toy etmək üstündə mübahisə etmişdir. Ruhəngizə şəxsiyyət vəsiqəsini dəyişdikdən sonra nikaha daxil olmalarını demiş, yenə də münaqişələri toy etmək üstündə davam etmişdir. Lakin o, Ruhəngizi vurmamış, döyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Daha sonra Ruhəngiz uşaq istədiyini demişdir. 2018-ci ilin dekabr ayında ərizə ilə x5 süni mayalanma üçün müraciət etdikdə ərarvad olmadıqları üçün onun donor olacağını, həmin vaxt Xəstəxanaya sperma nümunəsi verdikdə mayalanmadan sonra onları çağıracaqlarını demişlər. 2019-cu ilin yanvar ayının 4-ü Ruhəngiz anası ilə mübahisə etdiyi üçün o, əsəbiləşərək evdən çıxmış, səhərisi gün evə qayıdıb paltarlarını götürüb evdən çıxmaq istəyəndə Rühəngiz getməyinə mane olmaq üçün evdəki zalın qapısının şüşəsinə əlindəki stəkanı atdığından şüşə sınmış, həmin vaxt televizorun ekranı da çatlamışdır. Ruhəngizin əl ayağını tutub yataq otağında sakitləşdirmək istəyərkən o, ayağı ilə yataq otağının pəncərəsini sındırmış, həmin vaxt şüşənin üstündə klyonka olduğu üçün onun ayağına şüşə batmamışdır. Onu sakitləşdirdikdən sonra ona onunla yaşamayacağını deyərək çıxıb getmişdir. Gedərkən Ruhəngizə başqası ilə ailə quraraq xoşbəxt olacağını bildirmiş, donor olmaqdan da imtina edəcəyini dedikdə Ruhəngiz onu imtina etməyə qoymayacağını bildirmişdir. Səhəri gün telefonla zəng edərək ağlayaraq ona nə istəyirsə verəcəyini amma donorluqdan imtina etməməsini və körpəsini ondan almamasını demiş, o, razılaşmış, lakin ondan ayrıldığı üçün Rühəngizlə yaşamaq istəmədiyi üçün gələcəkdə ondan uşaqlara görə maddi tələbinin olmaması barədə ərizə yazmasını istəmiş, Ruhəngiz razılaşaraq 2019-cu ilin yanvar ayının 21-də 1 saylı "Asan Xidmətə” ərizə yazaraq ona qarşı maddi tələbi olmayacağını qeyd etmişdir. Bu ərizəni yazmaq üçün Ruhəngizi vurmamış, döyməmiş, söyməmiş, ona heç bir xəsarət yetirməmişdir. Bundan sonra Ruhəngiz Nəsimi rayonu, H.B.Əliyev küçəsindəki evdə tək yaşamağa başlasa da, hər gün Ruhəngizin istəyi ilə həmin evə gedib-gəlmiş, onun maddi ehtiyaclarını ödəmiş, amma Rühəngizlə cinsi əlaqədə olmamışdır. 2019-cu ilin aprel ayının 9-da ona tanımadığı tibb bacısı zəng edərək Ruhəngizin dərman qəbul etdiyini və vəziyyətinin yaxşı olduğunu bu gün evə buraxılacağını bildirdikdə Ruhəngizə zəng edib nə olmasını soruşduqda Ruhəngiz əsəbləşib analgin, ketatifen dəmanlarnı içdiyini demiş, ona inanmadığı üçün dəstəyi asmışdır. 24.08.2018-ci il tarixdə, səhər saat 08.00-da əvvəlki iş yeri Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzində olmuşdur. Saat 13.00-da iş yerində günorta yeməyini yemiş, 14.30-da işi ilə əlaqədar Bakının hansısa rayonuna mülki iş üzrə tədqiqat obyektinə baxışa getmişdir. Həmin gün saat 19 radələrində H.B.Əliyev küçəsindəki, Ruhəngizlə kirayədə yaşadıqları evə gəlmiş, lakin ona heç bir xəsarət yetirməmiş, təxminən evdə 2-3 saat oturub yemək yedikdən sonra çıxıb getmişdir. 24.08.2018-ci il tarixdə yaxud başqa vaxt Ruhəngizi vurmamış, saçından tutub sürüməmiş, qoluna, çiyninə ümumiyyətlə heç bir yerinə vurmamış, xəsarət yetirməmişdir. Evdəki qapının və pəncərələrin şüşələrini Ruhəngiz özü əvvəlki dövrlərdə sındırıb, həmin vaxt yanlarında başqa şəxs olmamışdır. 20 noyabr 2018-ci il tarixdə Ruhəngizlə birlikdə İmişli rayonu, Xiyabani küçəsi, ev 60-da olmuş, lakin həmin gün Ruhəngizin belinə yumruq və təpiklə vurmamış, saçından tutub evdə sürüməmiş, sillə ilə üzündən vurmamışdır. 21.01.2019-cu il tarixdə səhər saatarında Nəsimi rayonu, H.B.Əliyev küçəsində, kirayədə yaşadığı mənzildə Zərərçəkmiş şəxs üzündən sillə ilə vurmamış, sonra təpiklə yumruqla bədəninin müxtəlif yerlərindən vurmamışdır. Ümumiyyətlə həmin gün onun yaşadığı mənzilə getməmişdir. 16.02.2019-cu il tarixdə Ruhəngizin yanında olmamış, onun yaşadığı evə gəlməmiş, onu vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Zərərçəkmiş şəxs ilə heç vaxt amansız rəftar etməmiş, ona hədə-qorxu gəlməmiş, ləyaqətini mütamadi olaraq alçaltmamışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən öz arzusu ilə işdən çıxmasının səbəbi Zərərçəkmiş şəxs daimi onun iş yerinə gələrək problem yaratdığını, rəhbərliyin qəbuluna girərək ondan şikayət etməsi olmuşdur. Xarakter etibarı ilə aqressiv insan olmamış, nə keçmiş arvadı Şahid6 Hüseynovanı nə də ki, qeyri nikah münasibətində olduğu Zərərçəkmiş şəxs döyməmişdir. Ailə üzvləri dindar olduğundan, valideynləri tərəfindən yaxşı tərbiyə aldığından qadına qarşı əl qaldırmağın hər zaman əleyhinə olmuşdur. Sonda onun tərəfindən heç bir cinayətin törədilmədiyini, zərərçəkmiş şəxsin ona şər və böhtan atdığını bildirərək, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının22.05.2019-cu il tarixli, 330 №-li rəyində göstərilmişdir ki, vət. Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. Vət. Zərərçəkmiş şəxs adına Bakı şəhər TTY-də tərtib olunmuş 206 saylı tibbi arayışda 25.08.2018-ci il tarixdə onun adına çağırış olması (103 xidmətinə) göstərilmiş və ona həkim tərəfindən baxılaraq “sol göz qapağı, sol çiyin sağ yanaqda hematoma, sıyrıqlar. Hepertenziya diaqnozu olmadığı halda qan təzyiqinin yüksəlməsi" diaqnozu qoyularaq müvafiq tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs 25.08.2018-ci il tarixdə tibbi yardım göstərilərkən bədənində qeyd olunan xəsarətlər-sol göz qapağı, sol çiyin sağ yanaq nahiyələrinin hematoma və sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs 17.02.2019-cu il tarixdən 20.02.2019-cu il tarixədək x12 stasionar müalicədə olmuşdur və ona “6 həftə 2 günlük əkiz hamiləlik. Düşük təhlükəsi” son klinik diaqnozu qoyulmuşdur. 17.02.2019-cu il tarixdə xəstəxanaya daxil olarkən şikayətləri qarnın aşağısında ağrı, vaginal qanaxmadan olmuşdur. Həmçinin xəstədə vaginal ifrazatın qanlı olması göstərilmişdir. Zərərçəkmiş şəxs adına Mərkəzi Klinikada tərtib olunmuş 1157 saylı xəstəlik tarixində Zərərçəkmiş şəxs 17.02.2019-cu il tarixdə klinikaya daxil olarkən bədənində hər-hansı bir xəsarətin (qançır, yara, sıyrıq, qansızına) olması haqqında qeydlər yoxdur. Zərərçəkmiş şəxs bədənində 17.02.2019-cu il tarixdə Mərkəzi Klinikaya daxil olarkən xəsarətin olub-olmaması haqqında onun müalicə həkimi x9 izahat verməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, R.R.x8 daxil olarkən göstərilən vaginal qanaxmanın və düşük təhlükəsinin travma ilə əlaqədar olubolmaması haqqında fikir söyləmək mümkün deyildir.Vət.Zərərçəkmiş şəxs 08.04.2019-cu il tarixdən, 09.04.2019-cu il tarixədək Bakı şəhər, Baş Sİ-nin Kliniki-Tibbi Mərkəzində müalicə almış və ona “kəskin per-oral (ağızdan) dərman zəhərlənməsi (analgin, ketotifenlə). 13 həftəlik hamiləlik. Stresə qarşı kəskin reaksiya” son klinik diaqnozu qoyulmuşdur. (3870 saylı xəstəlik tarixi) 08.05.2019-cu il tarixdə xəstəxanaya təcili tibbi yardım briqadası tərəfindən gətirilmişdir. Xəstəxanaya daxil olarkən mədəsi yuyulmuş və qospitalizə edilmişdir. Şikayəti ümumi zəiflikdən, mədəsində bərk ağrıdan və baş ağrılarından olmuşdur. Deməsinə görə 30 ədəd ketotifen içmişdir. Ümumi vəziyyəti orta ağır, huşu aydın, A/T-110/80 mm civə sütunu, nəbzi bir dəqiqədə 80 vurğu olmuşdur. 09.04.2019-cu il tarixdə ona mama ginekoloqun baxışı keçirilmiş və o, ultra-səs müayinəsi olunmuşdur. Zərərçəkmiş şəxs 13 həftəlik+ 3 günlük hamiləlik diaqnozu qoyulmuşdur. Zərərçəkmiş şəxs adına olan 3870 saylı xəstəlik tarixi Respublikanın Baş Toksikoloqu A.Maqsudova göstərilmişdir ki, A.Maqsudovun qeydlərində göstərilmişdir ki, Zərərçəkmiş şəxs həkim tərəfindən tibbi yardım göstərilməsəydi onun həyatı üçün hamiləliyinin gedişatı üçün təhlükə olmazdı və ölümlə nəticələnə bilməzdi, ancaq dərman zəhərlənməsi fəsadları (ürək bulanma, qusma, baş ağrısı və s) müşayiət olunmuş və oluna bilərdi. Yuxarıda qeyd olunanları nəzərə alaraq Zərərçəkmiş şəxs 08.04.2019-cu il tarixdə qeyd olunan—kəskin per-oral (ağızdan) orta dərəcəli dərman zəhərlənməsi (analgin, ketotifenlə) sağlamlığın qısa müddətə səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət.Zərərçəkmiş şəxs 09.04.2019-cu il tarixdə Bakı şəhər, Baş Sİ-nin Kliniki-Tibbi Mərkəzində mama ginekoloq tərəfindən müayinə olunaraq ultra-səs müayinəsindən keçirilmişdir və onda 13 həftəlik+3 günlük hamiləlik aşkar olunmuşdur (cild 1, i/v 107-111). Cinayət işinin materiallarında olan məhkəmə-tibb ekspertizasının 08.08.2019-cu il tarixli, T252/2019 №-li rəyində göstərilmişdir ki, Vətəndaş Zərərçəkmiş şəxs adına Bakı şəhər Təcili və x10 Stansiyasının həkimi tərəfindən 25.08.2018-ci il tarixdə çağırış zamanı tibbi yardım göstərilərkən bədənində qeyd olunan xəsarətlər-sol göz qapağı, sol çiyin, sağ yanaq nahiyələrinin hematoma və sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Bakı şəhər Təcili və x10 Stansiyasının həkimi tibbi arayışda xəsarətlərin ölçülərini, rəngini, formasını qeyd etmədiyindən həmin xəsarətlərin törənmə müddətləri barədə hazırda konkret fikir söyləmək mümkün deyildir. Xəsarətlərin yerləşmə nahiyələrinə və xarakterinə görə onların istər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Vətəndaş Zərərçəkmiş şəxs 17.02.2019cu il tarixdə Mərkəzi Klinikaya daxil olarkən bədən səthində hər-hansı bir xəsarətin (qançır, yara, sıyrıq, qansızına) olması ilə əlaqədar qeydiyyat aparılmadığından ona qoyulmuş “6 həftə 2 günlük əkiz hamiləlik, düşük təhlükəsi” travma ilə əlaqədar deyildir. Təqdim edilən tibbi sənədlərdə kəskin qanaxmanı göstərən əlamətlər aşkar edilmədi (cild1, i/v194-201). Cinayət işində olan 09 sentyabr 2019-cu il tarixli xxxxxxxx MMC-dən daxil olmuş CD diskə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus 00994-50-571-70- 70 mobil nömrəsinin anten dairəsi 24.08.2018-ci il tarixdə, saat 19, 20, 21 və 22 radələrində H.B.Əliyev küçəsi ərazisində olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş 09.07.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barəsində Azərbaycan Respublikası DİNnin Baş Əməliyyat və x1 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 1,i/v 161). Cinayət işinin materiallarına əlavə olunmuş 26.09.2019-cu il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 52). Hazırkı ittiham üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs xəsarətlərin nə vaxt yetirilməsi və kim tərəfindən yetirilməsi mübahisə doğuran haldır. Həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar vardır. İbtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs məhz həmin tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair nəinki kifayət qədər, ümumiyyətlə sübut toplanılmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar onun xeyrinə həll edilməlidir. Çünki cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Şəxsin təqsirliliyinə dair toplanılmamış, təqsirliliyi sübut olunmayan, əksinə şəxsin təqsirsizliyinə dair işin halları aşağıdakılardan ibarətdir. İttiham aktında göstərilən hadisənin törədilməsinə dair yalnız zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi mövcuddur. Zərər çəkmiş şəxsin həmin ifadəsinə qiymət verilməsi və həmin ifadənin ittihamın əsasını təşkil etməsi üçün ilk növbədə əhəmiyyət yetirilməli hallar bunlardır ki, həmin ifadəni verən şəxsin kimə qarşı ifadə verirsə, ona qarşı qərəzli mövqedə olub-olmaması, həmin ifadədə ümumilikdə baş vermiş həqiqəti özündə nə dərəcədə əks etdirməsi, digər sübutlarla müqayisəli şəkildə təhlili zamanı ifadənin ziddiyyətli olub-olmaması aydınlaşdırılmalıdır. İş üzrə müəyyən edilir ki, 25 avqust 2018-ci il tarixdə Təqsirləndirilən şəxs ailəsi ilə İsmayıllı rayonunda olduğu zaman Rühəngiz Hacıyeva ona zəng edərək arvadı ilə İsmayıllıda olduğunu bildiyini və təcili evə onun yanına gəlmədiyi təqdirdə polisə və təcili yardıma zəng vurub bir gün əvvəl döyülməsi barədə şikayət edəcəyini bildirmişdir. Bundan sonra, sonuncunun gəlməməsini görüb təcili yardıma zəng vurması nəticəsində təcili tibbi yardım həkiminin tərtib etdiyi arayış əsasında saxta cinayət faktı əmələ gətirilmişdir. Həmin xüsusatla bağlı Rühəngiz Hacıyeva ilkin ərizəsində və sonra müxtəlif instansiyalara yazdıqları ərizələrində, izahatlarında, şahid və sonra zərərçəkmiş şəxsin ifadələrində Təqsirləndirilən şəxs onu 24 avqust 2018-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdə döydüyünü, həmin vaxt gözünün altında hematoma və kürəyində sıyrıq əmələ gəldiyini göstərmişdir. Qeyd olunan xəsarətləri də təcili tibbi yardım həkimi bir gün sonra çağırışa evə gəldikdə arayışda qeyd etmişdir. Lakin istintaqın sonunda müstəntiq Yaqub Məmmədov həm Şükürün, həm də Rühəngizin istifadələrində olan mobil nömrələr üzrə danışıqlar barədə məlumatları mobil operatordan aldıqda məlum olmuşdur ki, Rühəngizin çox saylı şikayətlərində göstərdiyi tarix və vaxtda Şükür işlədiyi məhkəmə Ekspertiza Mərkəzində olmuş, həmin gün evə yalnız saat 19:30 radələrində gəlmiş, təxminən 2-3 saat sonra çıxıb getmişdir. Həmin xüsusat bütün cinayət işi materialları ilə ziddiyət təşkil etdiyi üçün ibtidai istintaqı aparan orqan zərər çəkmişin əlavə ifadəsini alaraq qeyd etmişdir ki, güya döymə işıqlı vaxtda baş verdiyi üçün Rühəngiz vaxtı səhv salmış, Şükür Rühəngizi axşam saat 20 radələrində döymüşdür. Bundan başqa, “Bakcell” mobil operatorundan alınmış Rühəngiz Hacıyevanın istifadəsində olan nömrələr üzrə məlumatlarda onun Şükürü hədələməsi, evə gəlmədiyi təqdirdə onun barəsində yalan məlumat verəcəyi barədə mesajlar öz əksini tapmışdır. Cinayət hadisəsi baş verməsini bildirən ifadəni verən zərər çəkmiş şəxs isə, əleyhinə ifadə verdiyi şəxslə bir-birləri ilə mübahisələri vardır, bir birlərinə qarşı qərəzli mövqedədirlər. Ona görə də belə bir vəziyyətdə zərər çəkmiş şəxsin yeganə ifadəsi ittihamın əsasını təşkil edə bilməz. Bu ifadə digər sübutlarla təsdiq edilmir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin verilmiş suallara cavabından göründüyü kimi, o, əvvəllər bir neçə dəfə özünü öldürməyə cəhd etmiş, özünə xəsarət yetirmişdir. Həmçinin 08.08.2019-cu il tarixli, T259/2019 saylı ekspertiza rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs xəsarətlərininistər şəxsin özü, istərsə də kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur. Belə olduğu təqdirdə, zərər çəkmişin ifadəsinin etibarlı olmadığı da nəzərə alınaraq, iş materiallarında olan məhkəmə tibb ekspertizasının Zərərçəkmiş şəxs barəsində verdiyi 08.08.2019-cu il tarixli, T259/2019 saylı rəyində göstərilən xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirməsi təsdiq edilmir. Həmin rəy yalnız rəydə sadalanan xəsarətləri təqsirli olaraq yetirən şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edən sübut növü kimi götürülə bilər. Bununla da, qeyd edilənlərə əsasən həmin xəsarətlərin ittiham aktında göstərilən vaxtda, yerdə və şəraitdə məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi öz təsdiqini tapmır. Beləliklə, xəsarətlərin ittiham aktında göstərilən şəraitdə, yəni zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli və mötəbər sübut olmadığı üçün, əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğunu qəbul etmək yolverilməzdir, çünki təqsirləndirilən şəxs barəsində aparılmış ittiham üzrə digər sübutlar ibtidai istintaq orqanı tərəfindən toplanılmamışdır. Bundan başqa, “xxxxxxxx” MMC-dən daxil olmuş CD diskə baxış protokolunda Təqsirləndirilən şəxs məxsus 00994-50-571-70-70 mobil nömrəsinin anten dairəsinin 24.08.2018-ci il tarixdə, saat 19, 20, 21 və 22 radələrində H.B.Əliyev küçəsi ərazisində olması müəyyən olunsa da, cinayət hadisəsinin həmin gün baş verməsini təsdiq edən hər hansı bir sübut ittiham tərəfindən məhkəməyə təqdim edilməmişdir. CPM-nin tələbinə əsasən ittiham konkret olmalıdır. İttiham aktından kənara çıxmaq qadağandır. Çünki CPM-nin 7.0.20-ci maddəsinə əsasən ittiham - CPM-də müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir. Beləliklə, zərər çəkmiş şəxsin üzərində olan xəsarətlərlə bağlı hazırkı cinayət işi üzrə şübhəli məqamlar olmuşdur, bu şübhəli məqamları aradan qaldıran sübutlar mövcud deyildir. Məhkəmə iş üzrə mövcud olan bütün sübutlara həm ayrılıqda, həm də sübutların bir-biri ilə müqayisəli şəkildə, onların məcmusuna cəm halında qiymət verərək, hadisənin baş vermə şəraitini müəyyən etmək üçün zərər çəkmişlə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri arasındakı zidiyyətlər, ekspert rəyində göstərilən xəsarətlərin ittiham aktında göstərilən şəraitdə baş verməsini təsdiq edən zərər çəkmişin ifadəsindən başqa digər sübutların mövcud olmaması, beləliklə, həmin xəsarətlərin hansı şəraitdə əmələ gəlməsi hazırkı cinayət işi üzrə şübhəli məqamlar olduğundan, bu məqamlara aydınlıq gətirəsi sübutlar mövcud olmadığından, xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq edən sübutlar kifayət etmir. Göründüyü kimi təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun təqsirini təsdiq edən kifəyət qədər mötəbər sübutlar mövcud deyildir. İnsan Hüquqlarının və x6 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin maddənin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inan-dı-rı-cılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Beləliklə məhkəmə qeyd edir ki, sübutlara qiymət verərkən aşağıdakı normaların tələblərinə ciddi əməl edilməlidir. Belə ki, CPM-nin 21-ci maddəsində nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. CPM-nin 28.5-ci maddəsində təsbit edilmişdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsi ilə hakimlərdən cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları CPM-nin müddəalarına əsasən qiymətləndirməyi tələb edir. CPM-nin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. CPM-nin 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Qiymətləndirmə zamanı məhkəmə həmçinin əlavə olaraq qeyd etməyi vacib bilir ki, hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Belə bir vəziyyətdə məhkəmə bir-birinə zidd olan təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələrindən, eləcə də zərər çəkmiş şəxsin ifadəsinin digər bir sübutlarla təsdiq edilmədiyi halda, ifadəni təsdiqləyən digər sübut olmadığı halda, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların, həmçinin müqayisəli təhlil aparılmalı digər sübutların məcmusu ilə təsdiq olunmadığı halda, həmin ifadələrdən birinə əhəmiyyət verilməsi, digərinə əhəmiyyət verilməməsi CPMnin 33.4-cü maddəsinə əsasən yolverilməz hesab edir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 25.2-ci maddəsinə əsasən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. CPM-nin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü CPM-nin 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda; CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibinin olması ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, cinayət əməli üzrə təqsiri sübuta yetirilmədiyi əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri ləğv edilməli, iş üzrə sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 56-cı maddəsinə və “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə məhkəmə məsrəfi, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən, təqsirsiz bilinib ona bəraət verilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində ona vurulmuş ziyanın ödənilməsini mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dərhal ləğv edilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-21/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-21/2020
22.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver