Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-21/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X3 və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla yaşayan X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 xx.xx.2020-ci il tarixdə, saat 22:10 radələrində ünvan 1 ünvanın qarşısında tanışı Zərərçəkmiş şəxs ona xəyanət etməsi səbəbi ilə aralarında şəxsi münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı, Zərərçəkmiş şəxs qəsdən sifət nahiyəsinə yumruqla və bel nahiyəsinə təpiklə vuraraq, sonuncuya sağ gicgah nahiyyəsinin qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan qançır şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, sol bazunun sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X3 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, Siminlə 4 il olar ki, tanış olmuş, aralarında ciddi münasibətləri yarandığından onunla ailə həyatı qurmaq istəmişdir. Sonradan onu daha yaxından tanıdığından bu fikrindən əl çəkmişdir. Hadisə baş verən gündən təxminən 5 ay əvvəl Simindən ayrılmışdır. O, mart ayının 2-si Simini 20 yanvar metrosunun yanında bir nəfər oğlanla görmüş, həmin vaxt Simin maşına oturub onunla getmişdir. Siminin bu hərəktindən çox əsəbləşdiyi üçün xx.xx.2020-ci il tarixdə saat 22:10 radələrində Siminin yaşadğı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 48 ünvanının qarşısına gələrək onu orada gözləmiş ki, Simin gələn zaman onunla bu barədə söhbət etsin. Simin rəfiqəsi Natavan və Rəşad ilə birlikdə həmin ünvana gəlmişdir. O, da Simindən soruşmuşdur ki, həmin oğlan kimdir. Simin ona demişdir ki, yaxşı edirəm özüm bilərəm. O da əsəbləşib Siminə sağ əli ilə baş nahiyyəsindən şillə vurmuşdur. Natavan isə onları aralaşdırmışdır. Hadisə 2-3 dəqiqə davam etmişdir. Orada onlardan başqa Natavan və tanımadığı şəxslər olmuşdur. Bundan sonra o hadisə yerini tərk edərək getmişdir. İfadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olduğunu, hazırda Zərərçəkmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanı ödədiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, o, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində qeydiyyatda olmaqla, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 48 mənzil 57-də anası ilə birlikdə yaşayır. O, təxminən 4 ildir ki, Məlikməmmədlə yaxın münasibətləri olmuşdur. Onların məqsədi ailə qurmaq olmuşdur. Lakin son 5 ay olar ki, Məlikməmməd onu çox qısqanırmış və hərəktləri onun xoşuna gəlməmişdir. Bu səbəbdən də, onunla ayrılmaq qərarına gəlmişdir. Bundan sonra Məlikməməməd onu bir neçə dəfə narahat etməyə başlamışdır, belə ki, dəfələrlə onun işlədiyi yerə gələrək orada səs küy salmış, onun yaşadğı ünvanın qarşısına gələrək orada səs küy salmış və onu təhqir etmişdir. Lakin o, Məlikməmmədin bu hərəktlərinə fikir verməmişdir. Buna baxmayaraq, Məlikməmmədin məqsədi ondan əl çəkmək olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 22:10-da o, rəfiqəsi Natavanla birlikdə işdən çıxıb yaşadığı Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 48 ünvanın qarşısına çatan vaxt qəfildən Məlikməmməd ona yaxınlaşaraq sifətinə əli ilə zərbə vurmuş, zərbənin təsirindən dodağı partlamış, sonra isə onun başına və qarın nahiyyəsinə zərbələr endirmişdir. Bunu görən rəfiqəsi Natavan onları aralaşdırmışdır. Məlikməmməd isə ondan əl çəkməyərək yenə onu təpiklə vurmuş və o yerə yıxılmışdır. Sonra onları orada olan şəxslər ayırmışlar. Bundan sonra Məlikməmməd həmin yerdən qaçaraq getmiş, o isə evə gələrək anasına hadisə barədə danışmışdır. Anası isə çox qorxduğundan DİN-102 xidmətinə məlumat vermişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə şahidləri rəfiqəsi Natavan və orada olan şəxslər olmuşdur. İfadəsinin sonunda X1 daha onu narahat etmədiyini, onunla barışdığını, ona dəymiş zərərin ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, işə üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında qızı Simin ilə birlikdə yaşayır. X8 yaxın münasibətləri olmuşdur. Onların məqsədi ailə qurmaq idi. Lakin son 5 ay olar ki, Məlikməmmədin hərəktləri Siminin xoşuna gəlmirdi. Məlikməmməd Simini çox qısqanırdı və onu işləməyə qoymurdu. Bu səbəbdən də, Simin qərara gəlmişdir ki, ondan ayrılsın. Bundan sonra Məlikməməməd onu narahat etməyə başlamışdır, belə ki, dəfələrlə Siminin işlədiyi yerə və onların yaşadğı ünvanın qarşısına gələrək orada səs küy salmış və qızını təhqir etmişdir. Lakin, Simin Məlikməmmədin bu hərəktlərinə fikir verməmişdir. O, bir neçə dəfə bu hərəktlərin şahidi olmuşdur. Yenə də, Məlikməmməd Simindən əl çəkməmişdir. xx.xx.2020-ci il tarixdə Simin rəfiqəsi Natavanla evə gəlmişdirlər. Siminin dodağının partladığını görüb ondan bu barədə soruşduqda qızı bildirmişdir ki, o, işdən çıxıb evə gələn zaman Nəsimi rayonu, A.Məhərrəmov küçəsi ev 48 ünvanın qarşısına çatarkən saat təxminən 22:10-da qəfildən Məlikməmməd ona yaxınlaşaraq demişdir ki, sən mənə xəyanət etmisən, sən mənim olmalısan. O da, Məlikməmmədə demişdir ki, ondan ayrılmışdır, onun öz işidi, özü bilər. Məlikməmməd onun ağzına yumruq ilə vurmuş, sonra qolundan tutub sinəsinə vurmuş, Natavan onları aralaşdırmışdır. Məlikməmməd isə ondan əl çəkməyərək yenə də onu təpiklə vurmuş, o yerə yıxılmışdır. Sonra onları orada olan şəxslər aralaşdırmışdır. Zərbənin təsirindən onun dodağı qanamışdır. Qızı Simin hadisəni danışdıqdan sonra o, bu barədə DİN-102 xidmətinə məlumat vermişdir. Hadisə təxminən 10-15 dəqiqə davam etmişdir. Hadisə şahidləri Natavan və orada olan şəxslər olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X11 xx.xx.2020-ci il tarixli 265 saylı sağlamlığa zərər vurmanın təyininə dair məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərsağ gicgah nahiyyəsinin qapalı kəllə beyin travması və baş beyin silkələnməsi ilə müşayət olunan qançır şişkinliyi, üst dodağın selikli qişasının səthi əzilmiş-cırılmış yarası, sol bazunun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1 günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilmələri mümkündür (i/v 30-33). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X7 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 29). Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X3 ilə barışdığını, dəymiş ziyanın ödənildiyini və ona qarşı şikayətçi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X1 əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X1 ilk dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs X3 cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-155/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş X2 göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Qərar elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-21/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-21/2021
18.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver