Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-21/2022 15.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsinda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 1(004)- 322/2021 saylı hökmü ilə 03 il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 fevral 2021-ci il tarixdə saat 21 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 2 ünvanda yerləşən “Playrooms Gameclub” oyun salonuna müştəri qismində daxil olub həmin oyun salonunun “Barcelona” otağında əyləşib oyun oynadıqdan sonra əvvəlcədən aralarında planlaşdırdıqları vəzifə bölgüsünə əsasən həmin gün saat 23 radələrində o, oyun salonunda olan şəxslərin fikrini yayındırmaq məqsədilə həmin otaqdan çıxaraq hesabı ödəmək görüntüsü yaratmaqla oyun salonunun işçisinə yaxınlaşan zaman Aygün Məmmədova əyləşdikləri otaqdan çıxaraq oyun salonunun “Real Madrid” otağına daxil olub həmin otaqdan bir ədəd 400 manat dəyərində “Playstation 4 pro” markalı oyun aparatını üzərində olan qəhvəyi rəngli kağız paketə qoymaqla gizli olaraq talayıb Təqsirləndirilən şəxsla birlikdə həmin oyun salonunu tərk edərək Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 fevral 2021-ci il tarixdə saat 02:31-də ünvan 3 ünvanda dayanmış Zərərçəkmiş şəxs2 məxsus 2015-ci il buraxılışlı “Toyota Prado” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb avtomobilin alt hissəsində olan səsboğucu qazanı özündə olan vintaçanla açıb ehtiyat hissəsi olan 800 manat dəyərində səsboğuçu katalizatoru üzərində olan hər birinin dəyəri 200 manat təşkil edən ümumilikdə 400 manat dəyərində 2 ədəd nizamlayıcı ilə birlikdə gizli olaraq talayaraq zərər çəkmiş şəxs X2 ümumilikdə 1200 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 29 mart 2021-ci il tarixdə, saat 02 radələrində ünvan 4 ünvanının qarşısında dayanmış Zərərçəkmiş şəxs1 məxsus 2011-ci il buraxılışlı “Toyota Prado” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb həmin avtomobilin alt hissəsində olan səsboğuçu qazanı özündə olan vintaçanla açıb ehtiyat hissəsi olan 400 manat dəyərində səsboğuçu katalizatoru gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, playstation aparatının götürülməsi ilə bağlı özünü qismən təqsirli bilir. Lakin digər epizodlar üzrə özünü təqsirli bilmir. Belə ki, o, nə Zərərçəkmiş şəxs2, nə də Zərərçəkmiş şəxs1 məxsus avtomobillərdən heç nə oğurlamamışdır. Onun həmin avtomobillərdən səsboğuçu katalizator və nizamlayıcıların oğurlanmasına heç bir aidiyyyəti yoxdur. Zərərçəkmiş şəxs2 avtomobilinin katalizatoru oğurlanan gün o, heç Bakıda olmamış, iki-üç günlük Şahdağ istirahət mərkəzinə getmişdir. Zərərçəkmiş şəxs1 avtomobilindən də katalizatoru o oğurlamamışdır. İbtidai istintaq zamanı verilən ifadəyə oxumadan qol çəkmişdir. Çünki ona fiziki təzyiq göstərilmiş, əlləri, qolları bağlanılaraq döyülmüş, o da ittihamda göstərilən əməlləri törətdiyini bildirmişdir. Playstation aparatını da o götürməmişdir. Belə ki, X3 və Şahid2 ilə oyun klubuna getmiş, çıxanda o, pulu ödəmiş, Aygün də onun xəbəri olmadan oyun aparatını götürmüşdür. Yolda Aygün ona oyun aparatını uşağın oynaması üçün götürdüyünü demişdir. Aygün qadın olduğu üçün o, bu cinayəti boynuna götürmüşdür. Göstərilənlərə əsasən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 28 fevral 2021-ci il tarixində səhər saatlarında özünə məxsus avtomobili işə salanda avtomobilin alt hissəsindən qəribə səs gəldiyini eşitmişdir. Avtomobili ustaya aparmışdır. Usta avtomobilin katalizatorunun çıxarıldığını bildirmişdir. Avtomobildə videokamera olmuş, görüntülərə baxanda müəyyən olunmuşdur ki, katalizatoru oğurlayan şəxslər iki nəfər olmuşlar. Həmin görüntüləri əməliyyatçılara təqdim etmişdir. Hadisə nəticəsində ona 3.000 manatdan çox ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmədən Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, idarə etdiyi “Toyota Prado”, markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı binanın həyətində saxlamışdır. 29 mart 2021-ci il tarixində saat 11:30 radələrində maşınla iynə vurdurmaq üçün getmək istəyəndə maşından qeyri-adi səs gəldiyini eşitmişdir. Avtomobili ustanın yanına aparmış, usta səsboğucu katalizatorun açıldığını demişdir. O, 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Avtomobilinin katalizatorunun ona geri qaytarılmasını tələb edir. Göstərilənlərə əsasən məhkəmədən Təqsirləndirilən şəxs ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək istintaq zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi 3/5 ünvanda yerləşən “Playrooms Gameclub” cinema klubu sahibi İlqar Məcidov adlı şəxsdən icarəyə götürüb işlədir. Həmin klubda gündəlik vətəndaşlara qulluq edən işçi Nihal Musayev olur və müştərilərə yüngül büterbrod, şirə və çay verməklə Playstation oyunlarını qoşur, sonda isə hesabı alır. Həmin klub hər gün səhər saat 12:00-da açılır və axşam saat 23:45-də bağlanır. 11 fevral 2021-ci il tarixində saat 20 radələrində o, klubda olan Playstation oyunların pultlarını təmirə verdiyi ustadan götürüb obyektə gəlmişdir, otaqlara pultlan qoymaq istəyən zaman “Real Madrid” otağında “Playstation 4pro” markalı oyun konsulunun yerində olmadığını görmüş, klubda olan işçisi Nihaldan bu haqda soruşmuş, Nihal isə məlumatı olmadığını bildirmişdir. Klubun dəhlizində, resepşində və küçədə quraşdırılmış müşahidə kameralarının görüntülərini geri çəkib baxmağa başlamışdır. Görüntüyə baxdığı zaman 10 fevral 2021-ci il tarixində axşam saat 21 radələrində obyektə tanımadığı 3 nəfər şəxsin - bir kişi və iki nəfər qadının kluba müştəri kimi gəlib daxil olmalarını görmüşdür. Onları kamera vasitəsi ilə izləməyə başladıqda həmin şəxslərin əllərində kağız sellofon torba ilə kluba daxil olub “Barcelona” otağında gedib əyləşərək orada iki saatlıq yemək daxil oyun setini sifariş verib otaqda əylənmələrini, bu arada iki qadın otaqdan çıxıb sanitar qovşağına gedib qayıdarkən onlardan biri sarı saçlı qadının “Real Madrid” otağına daxil olmasını, orada təxminən 1-2 dəqiqə qaldıqdan sonra otaqdan çıxmasını, hər iki qadının “Barcelona” otağına geri qayıtmalarını, daha sonra onlarla gəlmiş oğlanın “Barcelona” otağından çıxıb hesabı ödəmək üçün kassaya yaxınlaşmasını, onun arxasında iki qadın çıxıb çıxışa tərəf gedərkən sarı saçlı qadının təkrar “Real Madrid” otağına daxil olub bir-iki dəqiqə orada qalıb əlində torba ilə çıxışa tərəf gedərək klubu tərk etməsini görmüşdür. Bu zaman başa düşmüşdür ki, “Real Madrid” otağında quraşdırılmış “Sony” markalı “Playstation 4 pro” oyun konsulunu həmin sarı saçlı qadın oğurlamışdır. Bundan sonra polisə oğurluq barədə şikayət ərizəsi vermişdir. Bundan başqa o, ƏN-nin MEM-nin 09 mart 2021 -ci il tarixli 9/880 saylı rəyində özünə məxsus “Playstation 4 pro” oyun aparatının qiymətinin 400 manat göstərilməsi ilə bağlı Səbail RPİ-nə ərizə ilə müraciət edərək etirazı olduğunu bildirsə də, hazırda etirazı yoxdur, həmin qiymətlə razıdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “Toyota Land-Cruiser” markalı, ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili "xxxx" MMC avtomobillərin kirayə vermə şirkətinə icarəyə vermişdir. Həmin şirkət də öz növbəsində adına olan avtomobilin fərdi qaydada müştərilərə müqavilə ilə gündəlik icarəyə verməsini təşkil etmişdir. Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmuşdur. Müharibədən qayıtdıqdan sonra Talib onun avtomobilini icarəyə götürmüşdür. Təqsirləndirilən şəxsla icarə müqaviləsi 01.02.2021-ci il tarixdən 12.02.2021-ci il tarixə kimi olmuşdur. İcarə müqaviləsini və digər sənədləri istintaq orqanına təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 fevral 2021-ci il tarixində axşam radələrində o, anası X3 və atalığı Təqsirləndirilən şəxs ilə gəzməyə çıxmışdır. Onlar birlikdə oyun klubuna “playstation” oynamağa getmişlər. Bir qədər oynamış, vaxtlarının qurtarmağına hələ qalsa da, klubun işçisi onları ordan çıxartmaq istəmiş, o isə hələ oynamaq istəmişdir. Həmin gün atalığı bir az içkili olmuşdur. Klubdan çıxan vaxt atalığı oranın işçisinə demişdir ki, “eybi yox, sən indi bizi çıxart, mən oyunu aparıb evdə oynayaram, səhər gətirib qaytararam”. İşçi atalığının dediyini başa düşməmiş, elə bilmişdir ki zarafat edir. Atalığı “Playstation” aparatını götürmüşdür. Onun bundan maşında xəbəri olmuşdur. Axşam evdə oynamış, səhər də atalığı aparatı aparıb qaytarmışdır. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 07 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu həmin tarixdə şübhəli şəxs qismində tutularaq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir (İ cild, i.v.83-84); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli, 4(006)-235/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuşdur (İ cild, i.v.118-120); - “Qətimkan tədbirinin seçilməsi barədə” 09 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.121); - 03.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (İ cild, i.v.130-131); - “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” 10.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09.04.2021-ci il tarixdə tutularaq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmiş və həmin tarixdə ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (İ cild, i.v.140-141); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.04.2021-ci il tarixli, 4(006)-155/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.170-175); - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, həmin “DVD” diskdə 07 ədəd whatsapp video 2021-04-07 adlı mp4 videoformatlı fayl var. Videofayllara baxdıqda görünür ki, Təqsirləndirilən şəxs, Aygün Məmmədova və Şahid2 10 fevral 2021-ci il tarixdə saat 21:19-da Təqsirləndirilən şəxs idarə etdiyi **-LA-*** dövlət nömrə nişanlı avtomobil ilə ünvan 5 ünvanda yerləşən “Playrooms Gameclub” oyun salonunun qarşısına gəlib avtomobildən düşürlər. Saat 21:22-də həmin salona daxil olurlar, 21:24-də əyləşdikləri Barcelona otağına daxil olurlar. Bir müddət oturduqdan sonra Fatima Mustafazadə otağı tərk edərək dəhlizdə telefonla danışır və Real Madrid otağının önündə dayanır, həmin vaxtı artıq 22:40 radələrində Aygün Məmmədova da Barcelona otağını tərk edir, Real Madrid otağı istiqamətinə hərəkət edir və kameranın görüntüsündən itir. Bir müddət sonra əlində heç bir əşya olmadan Aygün Məmmədova və X8 Madrid otağına geri qayıdırlar. Saat 23:02-də ilkin olaraq Təqsirləndirilən şəxs kassaya tərəf çıxışa doğru hərəkət edir, ardı ilə isə X9 Madrid otağına daxil olur, əlində Mcdonalds paketi ilə otağı tərk edir, çıxışa doğru hərəkət edir, onun ardı ilə isə qızı Fatimə hərəkət edir. - “DVD diskə baxış keçirilməsi haqqında” 26.04.2021-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs videogörüntülərdəki şəxsin özü olduğunu bildirərək həmin gün Aygün Məmmədova ilə birlikdə qabaqcadan əlbir olaraq oğurluq etdiyini etiraf etmişdir. Bunun üçün qabaqcadan Aygün ilə razılaşmış, X11 oyun otağından “Playstation 4 pro” oyun aparatını götürüb özü ilə gətirdiyi qəhvəyi rəngli paketə qoymuşdur; - İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, 28.02.2021-ci il tarixdə qara rəngli “X10” markalı avtomobilin vətəndaş Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prado” markalı avtomobilin yanında saxlaması əks olunmuşdur. WA0004 adlı görüntüdə avtomobildən düşən şəxsin vətəndaş Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prado” markalı avtomobilin alt hissəsinə daxil olması əks olunmuşdur. WA0001 adlı görüntüdə şəxsin “X10” markalı avtomobilə əyləşərək uzaqlaşması əks edilir. WA0003 adlı görüntüdə “X10” markalı avtomobilin yenidən vətəndaş Zərərçəkmiş şəxs2 idarə etdiyi “Toyota Prado” markalı avtomobilin yanında saxlaması və avtomobilindən bir nəfər şəxsin düşməsi müşahidə edilir. WA0000 adlı görüntüdə həmin şəxsin “Toyota Prado” markalı avtomobilin alt hissəsinə daxil olması müşahidə edilir; - “İfadənin yerində yoxlanması haqqında” 11.04.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs videogörüntülərdəki şəxsin özü olduğunu, 28 fevral 2021-ci il tarixdə saat 02:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi ilə “Land Cruiser” markalı avtomobil ilə hərəkətdə olan zaman 3-cü Alatava 398 saylı ünvanda ağ rəngli ** LZ *** dövlət qeydiyyat nişanlı “X10 Prado” avtomobilin dayandığını gördüyünü, həmin avtomobilin səs boğucu katalizatorunu söküb 150 manata satmaq istədiyini, avtomobildən düşərək ətrafa baxıb heç kəsin olmadığından əmin olduqdan sonra həmin “Prado markalı avtomobilin alt hissəsinə uzandığını və üzərində olan bolt açan açarla avtomobilin alt hissəsində olan boltları açmaq istədiyini, lakin katalizatoru tam aça bilmədiyini, bunun üçün həmin yerdən uzaqlaşıb evdən digər açarı götürərək təxminən 1 saatdan sonra həmin ünvana geri döndüyünü və təkrar avtomobilin alt hissəsinə uzanaraq həmin açarla katalizatoru və həmin katalizatorun uzərində olan datçik adlanan nizamlayıcılarla birlikdə sökərək çıxardığını və “Land Cruiser” markalı avtomobilin yük yerinə qoyaraq uzaqlaşdığını bildirmişdir (İ cild, i.v.169); - “Hadisə yerinə baxış keçirilməsi barədə” 12.02.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 6 ünvanda yerləşən “Playrooms Gameclub” oyun salonundan “Real Madrid” otağından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd, dəyəri 400 manat olan “Sony Playstation 4 pro” markalı oyun aparatının oğurlanması faktı təsdiqini tapmışdır (İİ cild, i.v.16-02); - “Hadisə yerinə baxış keçirilməsi barədə” 30.03.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 7 ünvanda dayanmış ** XA *** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtomobilin alt hissəsindən katalizatorun oğurlanması faktı təsdiqini tapmışdır (İ cild, i.v.6- 7); - “Hadisə yerinə baxış keçirilməsi barədə” 02.03.2021-ci il tarixli protokoldan görünür ki, ünvan 8 ünvanda dayanmış **-LZ-*** dövlət qeydiyyat nişanlı Toyota Prado markalı avtomobilin alt hissəsindən katalizator və üzərində olan nizamlayıcıların oğurlanması faktı təsdiqini tapmışdır (İ cild, i.v.44-45); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 mart 2021-ci il tarixli, 9/880 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd istismarda olmuş, üstündə birləşdirici kabelləri və ləvazimatları olmayan “Playstation 4 pro” oyun aparatının hazırki vəziyyətdə 10 fevral 2021-ci il tarixə orta bazar pərakəndə satış qiyməti 400 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 75 manat təşkil edir (İİ cild, i.v.73-76); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 9/1388 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd 2015-ci il buraxılışlı “Toyota Prado” markalı avtomobilin alt hissəsində yerləşən səsboğucu katalizator 800 manat, bir ədəd 2015-ci il buraxılışlı “Toyota Prado” markalı avtomobilin alt hissəsində yerləşən səsboğucu katalizatorun üzərində olan nizamlayıcı 200 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.176-179); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli, 9/2802 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, bir ədəd 2011-ci il buraxılışlı “Toyota Prado” markalı avtomobilin alt hissəsində yerləşən səsboğucu katalizatorun qiyməti nəzəri hesablama yolu ilə 400 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.172-174); - “Maddi sübutun tanınması haqqında” 11.03.2021-ci il tarixli qərardan görünür ki, “Playstation 4 pro” markalı oyun aparatı maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 geri qaytarılmışdır (İİ cild, 90-92); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 05.06.2021-ci il tarixdə verilmiş tələbnamədən və Tərtər Hərbi Məhkəməsinin 30.05.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum olunmuş, 31.08.2017-ci il tarixdə cərimə cəzasını tam ödəmişdir (İİ cild, i.v.170-171); - Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və Tərtər Hərbi Məhkəməsinin 13 avqust 2021-ci il tarixli hökmü təyin edilmiş 300 (üç yüz) manat miqdarında cərimə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə və 300 (üç yüz) manat cərimə cəzaları təyin edilmişdir. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə edilmiş Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs 06.10.2010-cu il tarixdən 01.04.2012-ci il tarixədək, 09.05.2014-cü il tarixdən 15.12.2016-cı il tarixədək, 29.10.2020-ci il tarixdən 28.12.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.2-ci maddəsi bu əməlin təkrar törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə, Təqsirləndirilən şəxs “Toyota Prado” markalı **-LZ-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prado” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobillərdən katalizatorları onun oğurlamaması, məhkəməyədək istintaq zamanı vermiş olduğu ifadələri təyziq və təsir nəticəsində verməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi şahid ifadələri, DVD disk və ona baxış protokolu, ekspert rəyləri və iş materiallarında olan digər sübutlarla təkzib olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun vətən müharibəsi iştirakçısı olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmalıdır. Cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 09 aprel 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “Playstation 4 pro” markalı oyun aparatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 geri qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizaları tədqiqatının xərci olaraq 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.03.2021-ci il tarixdən 09.03.2021-ci il tarixədək, yəni 02 gün tutulma müddəti təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(004)-322/2021 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə və 300 manat cərimə cəzası ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 300 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cərimə cəzası müstəqil icra olunsun. İş üzrə maddi sübut kimi tanınmış “Playstation 4 pro” markalı oyun aparatının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 175 (yüz yetmiş beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-21/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-21/2022
15.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver