Məhkəmə qərarları › İş №1(006)-21/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-21/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-21/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, müdafiəçi “FİDES” Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində bir azyaşlı uşağı və məhkumluğu olan, Göyçay rayonu, Çərəkə qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs meyvə-tərəvəz satışı ilə məşğul olduğu mağazaya müştəri qismində gələrək sonuncunun fikrini yayındırmaq üçün müxtəlif qida məhsulları sifariş etdikdən sonra mağazanın içərisində olan masanın qarşısındakı stulda əyləşib telefonla danışma görüntüsü yaratmaqla Zərərçəkmiş şəxs onun sifariş etdiyi məhsulları hazırlaması ilə əlaqədar başının qarışıq olmasından və digər şəxslərin onun hərəkətlərini görmədiyindən istifadə edərək sonuncunun satışdan əldə etdiyi gəliri saxladığı saxlanc yeri hesab olanan masanın örtülü vəziyyətdə odın çəkəcəyini açıb oraya qanunsuz daxil olaraq 700 manat məbləğində pulları gizli olaraq talayıb hadisə yerini tərk edərək zərər çəkmiş şəxsəmaddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, ünvan 3 ünvanda yerləşən mağazada törədilən oğurluq hadisəsi ilə əlaqədar Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 07 iyul 2022-ci il tarixdə saat 23:00-da ünvan 5 ünvanın qarşısında saxlanılaraq polis bölməsinə gətirilmiş və üzərində narkotik vasitə saxladığını etiraf etdiyindən orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir bükümdə 0,670 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda yalnız oğurluq epizodu üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 06 iyul 2022-ci il tarixdə saat 22 radələrində idarə etdiyi Niva markalı avtomobillə ünvan 6 ünvanın yanınma gəlmiş və orada avtomobili saxlayıb meyvətərəvəz mağazasına yaxınlaşmışdır. Həmin vaxt mağazada bir nəfər satıcı olmuşdur. O, düşünmüşdür ki, həmin «şəxsə iri həcmdə sifariş verib başının qarışmasını təmin etsin və həmin an mağazadan oğurluq etsin. Buna görə mağazaya daxil olub satıcı kimi fəaliyyət göstərən şəxsə 200 ədəd kənd yumurtası sifariş vermişdir. Həmin şəxs də çölə çıxaraq oradan yumurta yığmağa başlamışdır. Həmin an mağazaya çöldə bir qadın yaxınlaşaraq xiyar sifariş vermiş və satıcı həmin qadının sifarişini hazırlamağa başlamışdır. O, satıcının başının qarışıq olmasından istifadə edərək mağazaya tez bir zamanda göz gəzdirmiş və mağazada olan siyirtməni açdıqda orada pul görüb, tez həmin pulu götürüb cibinə qoymuşdur. Daha sonra mobil telefonuna guya zəng gəlməsini nümayiş etdirib mobil telefonla danışa danışa avtomobilə yaxınlaşmış və əyləşərək oradan uzaqlaşmışdır. O, hadisə yerindən uzaqlaşıb pulları saydıqda 262 manat pul olduğunu görmüşdür. Bundan sonra xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində o, Səbail rayonu, Badamdar qəsəbəsində çayxanada olan zaman mülki geyimli şəxlər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında yerləşən meyvə-tərəvəz dükanından oğurluq etməkdə şübhəli olduğunu, həmçinin üzərində cinayət məsuliyyətinə səbəb ola biləcək qanunla qadağan olunmuş hər hansı bir əşya, eləcə də narkotik vasitə olmasını soruşduqda, o, onlara oğurluq etdiyini, lakin qanunla qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə baş vermiş və onu döyə-döyə maşına mindirərək PBnə aparmışlar. Bölmədə xidməti otaqlardan birində onun üzərində axtarış aparılmağa başlanılmış və heçnə aşkar olunmamışdlr. Sonradan o, polis əməkdaşlarının təzyiqi nəticəsində, cibinə qoyulmuş və üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində narkotik maddənin “heroin” olduğunu və həmin bükümün 20 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra narkotik maddəyə bənzər büküm zərfə qoyularaq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, çəkiliş zamanı məcbur qaldığı üçün heroinin özünün olduğunu kamera qarşısında bildirmişdir. Həmçinin onun üzərində olan xəsarətləri saxlanılarkən Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları yetirmişdir. Daha sonra özünü ikinci epizod üzrə təqsirli bilməyərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, uzun müddətdir ki, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, 134 saylı ünvanında meyvə-tərəvəz maqazinini işlədir. 06 iyul 2022-ci il tarixdə saat 22 radələrində həmin maqazində olan zaman müştəri kimi əvvəllər tanımadığı ilk dəfə gördüyü şəxs daxil olmuşdur. Həmin şəxs qeydiyyat nişanını xatırlamadığı ağ rəngli Niva markalı avtomobil ilə gəlmişdir. Avtomobildə həmin şəxsdən başqa kimsə olmamışdır. Həmin şəxs ondan 200 ədəd yumurta istəmişdir. O, bundan sonra maqazinin giriş hissəsində dayanaraq yumurtaları qutulara yığmağa başlamışdır. Həmin şəxs isə maqazinin içərisinə keçərək ondan arxa tərəfdə yerləşən turşu və digər ərzaqlara da baxmışdır. Bundan sonra yardımçı otağın qarşısında olan iş masasının yanındakı stulda əyləşərək özünə məxsus mobil telefon ilə danışmağa başlamışdır. Bu zaman başqa bir xanım müştəri içəriyə daxil olaraq ondan 1 kq xiyar istəmiş, qadının sifarişi az olduğu üçün sifarişini hazırlamışdır. Bu zaman yumurta sifariş verən şəxs telefon ilə danışa-danışa özünə məxsus Niva markalı atomobilə əyləşmiş və oradan kənarlaşmışdır. O, ilk öncə düşünmüşdür ki, həmin şəxs yəqin bir neçə dəqiqədən sonra qayıdar. Xanım müştəri içəriyə daxil olmamışdır. Ö, qadından pulu alıb iş masasının şkafın çəkəcəyinə qoyan zaman orada əvvəlcədən alış-verişdən əldə olunmuş 700 manat pulun olmadığını görmüşdür. Həmin şkaf örtülü olmuşdur. Yumurta alan kişi gələnə qədər həmin pul orada olmuşdur. Bu səbəbdən də ona aydın olmuşdur ki, həmin pulu həmin şəxs oğurluğ etmişdir. O, dərhal maqazini tərk edərək həmin şəxsin avtomobilinin qeydiyyat nişanına baxmaq istəsə də həmin şəxs oradan çoxdan kənarlaşmışdır. O, dərhal bu barədə DİN «102» xidmətinə məlumat vermişdir. Həmin şəxs pulu götürən zaman başı qarışıq olduğundan görməmişdir. O, 102 zəng xidmətinə müraciət edən zaman həyəcanlı olduğundan səhf olaraq 260-270 manat pul oğurlanması barədə məlumat vermiş, əslində isə onun maqazinindən 700 manat məbləğində pul oğurlanmışdır. Məhkəmə iclasında verilmiş suala Zərərçəkmiş şəxs cavab olaraq bildirmişdir ki, ilkin olaraq 102 xidmətinə bildirdiyi 438 manat onun həmin günün alver pulu digər 262 manat isə Fatma xanıma ödənilməli kirayə pulu olmuşdur. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci il tarixdə ünvan 3 ünvanda Zərərçəkmiş şəxs məxsus meyvə-tərəvəz alqı-satqısı mağazasında oğurluq hadisəsi baş vermişdir. Qeyd olunan oğurluq hadisəsinin kim tərəfindən törədilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. 07 iyul 2022-ci il tarixdə, saat 23 radələrində Bölmənin digər əməliyyat müvəkkili Şahid2 Müslüm oğlu ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yer ilə bağlı əməliyyat məlumatı alaraq Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisinə getmişlər. Həmin ərazidə olarkən Badamdar şossesi, 34 saylı ünvanın qarşısında sonuncunun görüb, ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ünvan 3 ünvanda yerləşən meyvə-tərəvəz mağazasından oğurluq etməsi ilə bağlı sorğu-sual etmişlər. Təqsirləndirilən şəxs həmin ünvandan oğurluq etdiyini, mağazadan 262 manat pul oğurladığını, özünün narkotik vasitə alüdəçisi olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar sonuncunun bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib onlarla birlikdə bölməyə gəlmişdir. Orada onlar raportla rəhbərliyə müraciət etmişlər və araşdırma aparılması təhqiqatçı Orxan Abaslıya həvalə olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq sonuncuya hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş, sonra isə üzərinə vidcoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb onu masanın üzərinə qoymuş və həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki narkotik vasitə heroinin özünə məxsus olduğunu, həmin heroini 07 iyul 2022-ci il tarixdə saat 20 radələrində Papanin adlı ərazidə tanımadığı şəxsdən 20 manata aldığını, həqiqətən də ünvan 3 ünvanda yerləşən meyvətərəvəz mağazasından daxildan 262 manat pul oğurladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan narkotik vasitə təhqiqatçı tərəfindən qablaşdırılmış, sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Məhkəmə iclasında verilmiş suala Şahid1 cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər-hansı qanunsuz və zorakı hərəkətlər edilməmiş, həmçinin sonuncunun əynində olan paltarlar səliqəsiz və zədəli halda olmuşdur. Bu faktıda Təqsirləndirilən şəxs öz iltizamında qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin baş əməliyyat müvəkkili Şahid2 Müslüm oğlu oğlu ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülü, həmin bükülünün içərisində narkotik maddə aşkar edilmiş və sonuncu törətdiyi cinayət əməllərini könüllü olaraq etiraf etmişdir. Cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan 08 iyul 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 105-107-ci vərəqələrində olan Nəsimim Rayon Məhkəməsinin 09 iyul 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 07 iyul 2022ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 128-130-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 07 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 1-ci cild 142-144-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 08 noyabr 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti hazırlıq iclası keçirilənədək uzadılmışdır. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2022ci il tarixli hazırlıq iclas qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 75-79-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyul 2022-ci il tarixli 6/3723 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs …. sözləri, soyad və imzalar olan bir ədəd zərfdəki bir ədəd kağızı bükümdə təmiz çəkisi - 0,670 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,670 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,620 qramdır. Cinayət işinin 1-ci cild 76-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 169-178-ci vərəqələrində olan 13 oktyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış digər maddi sübut 0,620 qram çəkidə heroin saxlanılması üçün Nəsimi RPİnin maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 153-154-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 05 sentyabr 2022-ci il tarixli, 4955 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 131-132-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş 06 sentyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021-cı il tarixli Qərarı ilə sonuncu vaxtından əvvəl şərti azad olunmuşdur. Cinayət işinin 1-ci cild 134-136-cı vərəqələrində olan qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021-cı il tarixli Qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-cı il tarixli hökmünə ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 14 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Cinayət işinin 1-ci cild 63-68-ci vərəqələrində olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin xidməti otaqların birində 08 iyul 2022-ci il tarixdə saat 02:00-dan başlayaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyur, bükümün içərisində olan maddənin heroin olduğunu və 07 iyul 2022-ci il tarixdə saat 20 radələrində Papanin adlı ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli 082-48021-1222 saylı Nəsimi RPİ-nin məktubundan və əlavələrindən görünür ki, Nəsimi RPİ-nin MSY-nin 08 iyul 2022-ci il tarixli aktına əsasən Təqsirləndirilən şəxs MSY-nə gətirilən vaxtı onun üstünə baxış keçirilmiş və üzünün sol nahiyəsində qızartı, sağ qulağında qızartı, sol qulağında və belində kəsik və yara izləri aşkar olunmuşdir. Həmçinin 08 iyul 2022-ci il tarixli Təqsirləndirilən şəxs MSY-də verdiyi və özü tərəfindən yazdığı iltizamdan görünür ki, sonuncunun üzərində olan xəsarətlər tutulmamışdan əvvəl yaranmış və Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşlarından heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Van Mexelen və başqalarının Niderlanda qarşı» işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində göstərilmişdir ki, sübutların mümkünlüyü əsasən mili qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhs mili məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmənin (İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin) vəzifəsi şahid ifadələrinə qiymət vermək deyil, ümumilikdə məhkəmə araşdırmasının ədalətli keçirilibkeçirilməməsinə, o cümlədən təqdim olunan sübutların necə əldə olunmasını müəyyən etməkdən ibarətdir. B.Yusifavanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olubolmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPMnin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspertiza rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, özünün tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsinə dair verdiyi qismən etiraf edici ifadəsi, həmçinin zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə qeyd olunan cinayətləri törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin materiallarında olan cinayət əməlini törətməkdə şübhəli şəxsin tutulması və təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarlardan, həmçinin şübhəli şəxsi tutma, şəxsi axtarış və götürmə, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından və Nəsimi Rayon Məhkəməsinin 09 iyul 2022-ci il tarixli Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan görünür ki, təqsirləndirilən şəxs könüllü olaraq həmin məhkəmə iclasında törətdiyi əməlləri tam etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları onu saxlayarkən aralarında mübahisə baş verdiyini, onu döyədöyə maşına mindirdiklərini və ona xəsarət yetirildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Nəsimi RPİ-nin məhkəməyə ünvanladığı cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs MSY-nə gətirilən vaxtı onun üstünə baxış keçirilərkən üzünün sol nahiyəsində qızartı, sağ qulağında qızartı, sol qulağında və belində kəsik və yara izləri aşkar olmuşdur. Lakin sorğu-sual zaman sonuncu MSY-də verdiyi və özü tərəfindən yazdığı iltizamında üzərində olan xəsarətlərin tutulmamışdan əvvəl yarandığını və Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşlarından heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncu əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükülü çıxarılıb masanın üzərinə qoyur, bükümün içərisində olan maddənin heroin olduğunu və 07 iyul 2022-ci il tarixdə saat 20 radələrində Papanin adlı ərazidə tanımadığı şəxsdən 20 manata aldığını bildirir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20-ci bəndinin 20-ci abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Xəzər Rayon Məhkəməsinin 06 avqust 2021-cı il tarixli Qərarı ilə Binəqədi Rayon Məhkəməsinin 02 mart 2021-cı il tarixli hökmü ilə təyin edilmiş 1 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 02 ay 14 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq və iki il keçmədən, yəni 06 iyul 2022-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarını, həmçinin Təqsirləndirilən şəxs tərəfindən əvvəllərdə cinayət əməlini törətməsini və islah olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 234.1-ci maddələrdə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzaları təyin olunmalı, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə sonuncuya qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 07 iyul 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X2nın 05 sentyabr 2022-ci il tarixli, 4955 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılma otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,620 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “FİDES” Vəkil Bürosunun vəkili N.M.Aslanova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, həmin Məcəllənin 177.2.3-cü maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 07 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,620 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FİDES” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FİDES” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar