Məhkəmə qərarları › İş №1(006)-21/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-21/2025

18.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-21/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər Sumqayıt şəhər 01 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 xx xxxxxx 1998-ci il tarixdə Astara rayonu, Siyaku kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Astara rayonu, Siyaku kəndində qeydiyyatda olan, Abşeron rayonu, Ceyranbatan qəsəbsində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə, xx xxx 1989-cu il tarixdə Şamaxı rayonu, Çarhan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)- 23/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şamaxı rayonu, Çarhan kəndində qeydiyyatda olan, Bakı şəhərinin müxtəlif yerlərində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 xx xxxxxx 1986-cı il tarixdə Saatlı rayonu, Əlisoltanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4 ünvanında, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 08 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə sözlü mübahisə edən zaman həmin yerdən keçən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq mübahisəyə müdaxilə etmələri səbəbindən sonuncularla kobud danışmaqla münaqişənin yaranmasına səbəb olub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona və Təqsirləndirilən şəxs2 yumruq zərbələri vurub hadisə yerindən qaçmalarını cüzi səbəb kimi bəhanə gətirərək Təqsirləndirilən şəxs2, həmçinin həmin ünvanda yerləşən “Çinar” kafesindən çıxaraq hadisə yerinə yaxınlaşan tanışları Təqsirləndirilən şəxs4, X4, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxası ilə qaçıb ictimai yer hesab edilən ünvan 6 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşısını kəsib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə orada Təqsirləndirilən şəxs2lə birlikdə üzərilərində olan istintaqla müəyyən edilməyən aləti silah qismində istifadə edib həmin alətlə və yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə, Şahanə Hüseynli, Şahin Güləliyev, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslər isə yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona boyun nahiyəsinin sağ yan səthinin, sağ dirsək nahiyəsinin sıyrılmış yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan və bel nahiyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 ədəd və sol sağrı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərlə birlikdə zor tətbiq edib yumruq-təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 silah qismində istifadə olunan əşyadan istifadə etməklə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 08 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanının qarşısında tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərlə sözlü mübahisə edən zaman həmin yerdən keçən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onlara yaxınlaşaraq mübahisəyə müdaxilə etmələri səbəbindən sonuncularla kobud danışmaqla münaqişənin yaranmasına səbəb olub Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona və Təqsirləndirilən şəxs1 yumruq zərbələri vurub hadisə yerindən qaçmalarını cüzi səbəb kimi bəhanə gətirərək Təqsirləndirilən şəxs1, həmçinin həmin ünvanda yerləşən “Çinar” kafesindən çıxaraq hadisə yerinə yaxınlaşan tanışları Təqsirləndirilən şəxs4, X4, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxası ilə qaçıb ictimai yer hesab edilən ünvan 6 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşısını kəsib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə orada Təqsirləndirilən şəxs1 ilə birlikdə üzərilərində olan istintaqla müəyyən edilməyən aləti silah qismində istifadə edib həmin alətlə və yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə, Şahanə Hüseynli, Şahin Güləliyev, Təqsirləndirilən şəxs3 və şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslər isə yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona boyun nahiyəsinin sağ yan səthinin, sağ dirsək nahiyəsinin sıyrılmış yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan və bel nahiyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 ədəd və sol sağrı nahiyyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərlə birlikdə zor tətbiq edib yumruq-təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs3 08 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanının qarşısında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq zərbəsi vuraraq hadisə yerindən qaçmalarını görüb bu halı cüzi səbəb kimi bəhanə gətirərək həmin ünvanda yerləşən “Çinar” kafesindən tanışları Təqsirləndirilən şəxs4, X4 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə çıxıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Şahin Güləliyev və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxası ilə qaçıb ictimai yer hesab edilən ünvan 6 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşısını kəsib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində olan istintaqla müəyyən edilməyən aləti silah qismində istifadə edib həmin alətlə və yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə, o, Şahanə Hüseynli, Şahin Güləliyev və şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslər isə yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona boyun nahiyəsinin sağ yan səthinin, sağ dirsək nahiyyəsinin sıyrılmış yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan və bel nahiyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 ədəd və sol sağrı nahiyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslərlə birlikdə zor tətbiq edib yumruq-təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs4 bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 08 yanvar 2024-cü il tarixdə saat 02 radələrində ünvan 5 ünvanının qarşısında tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yumruq zərbəsi vuraraq hadisə yerindən qaçmalarını görüb bu halı cüzi səbəb kimi bəhanə gətirərək həmin ünvanda yerləşən “Çinar” kafesindən tanışları Təqsirləndirilən şəxs3, X4 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə birlikdə çıxıb Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Şahin Güləliyev və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxası ilə qaçıb ictimai yer hesab edilən ünvan 6 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşısını kəsib ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edib cəmiyyətə açıqca hörmətsizlik etməklə orada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində olan istintaqla müəyyən edilməyən aləti silah qismində istifadə edib həmin alətlə və yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə, o, Təqsirləndirilən şəxs3, Şahin Güləliyev və şəxsiyyəti istintaqla müəyyən edilməyən digər şəxslər isə yumruq-təpik zərbələri ilə Zərərçəkmiş şəxs2 zor tətbiq edib qəsdən bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona boyun nahiyəsinin sağ yan səthinin, sağ dirsək nahiyyəsinin sıyrılmış yaraları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcəsi təyin olunmayan və bel nahiyyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 ədəd və sol sağrı nahiyyəsinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, Zərərçəkmiş şəxs1 isə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və şəxsiyyətləri istintaqla müəyyən edilməyən digər şəxslər zor tətbiq edib yumruqtəpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağ gözün ağlı qişasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 08 yanvar 2024-cü il tarixdə axşam Tapdıqla bir yerdə bir neçə kafedə oturub yeyib-içmişlər, sonuncu dəfə 3-cü mikrorayon dairəsində yerləşən kafedə yeyib-içmişlər. Saat 02:00 radələrində evə gedərkən yanacaqdoldurma məntəqəsi tərəfdə qarşıda maşın dayanmış və onlara yol verməmişdir. O, maşından düşüb digər avtomobilin sürücüsünə yaxınlaşaraq keçmələri üçün yol verməsini istəmişdir. Yan tərəfdən 3 nəfər yaxınlaşmış, onlardan biri yekəpər oğlan olmuşdur. Həmin vaxt onlarla mübahisə etməyə başlamış, bu zaman kimsə ona əl atmışdır. Dalaşan vaxt Tapdıq maşından düşərkən, onu da kimsə vurmuş və Tapdığın ürəyi getmişdir. O, dərhal maşına minib 3-cü mikrorayon dairəsi tərəfə getmişdir. Orada onun tanışları olduğundan, onlardan yardım istəyərək dava düşdüyünü bildirmişdir. Onunla birlikdə 5-6 nəfər gəlmiş, lakin onları vuran şəxslərin həmin yerdə olmadığını görmüşlər. “20 Yanvar” metrostansiyası tərəfə qalxarkən həmin şəxslərin yolun qırağı ilə qaçdıqlarını görmüş və arxalarınca qaçıb onlarla dalaşmışlar. Dava baş verən vaxt o, Zərərçəkmiş şəxs2 yumruq və təpik zərbələri ilə vurmuş, lakin həm sərxoş, həm də əsəbi olduğu üçün sonuncunu silah qismində istifadə oluna bilən hər hansı bir əşya ilə vurub-vurmadığını xatırlamır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 isə yanacaqdoldurma məntəqəsinin yanında ilkin davaları düşən zaman ola bilər ki, bir-iki yumruq vurmuşdur. Dava vaxtı Tapdıq onun yanında olmuş, lakin onun əlində hər hansı bir əşya olmamış, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə hadisə yerində görməmiş, onların nə etdiklərini bilmir. Davadan sonra Tapdıqla birlikdə onun evinə getmiş, səhəri gün polis bölməsindən zəng olunaraq onunla birlikdə davada olan şəxslərin tutulduğu bildirilmiş və bölməyə dəvət edilmiş, o da Tapdıqla birlikdə polis bölməsinə gedərək törətdiyi əməli etiraf etmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Cavid onun uşaqlıq dostudur. Cavid 08 yanvar 2024-cü il tarixdə axşam saatlarında ona zəng etmiş və onlar görüşmüşlər. Əvvəl Yasamal rayonunda kafedə Aqşin adlı şəxs və bibisi oğlu Elməddinlə birlikdə oturub yeyib-içmişlər. O, taksi sürücüsü işlədiyi üçün spirtli içki qəbul etməmişdir. Sonra “20 Yanvar” metrosunun yanındakı “Çinar” adlı kafedə oturub yenə yeyib-içmışlər. Kafedən çıxıb evə gələn vaxt 3-cü mikrorayon dairəsində yanacaqdoldurma məntəqəsinə girmişlər. Bir maşın qabaqlarını kəsmiş, həmin vaxt avtomobildə Cavid qabaqda oturmuş, arxada da bir xanım olmuşdur. O, yolunu kəsən avtomobilə siqnal vermiş ki, yol versin, lakin həmin avtomobil ona yol verməmişdir. Cavid qarşılarını kəsən avtomobilin sürücüsünü tanıdığını bildirərək düşüb həmin sürücüyə yaxınlaşmış və avtomobili arxaya verərək onlara yol verməsini xahiş etmişdir. Lakin sürücü maşını arxaya verməmişdir. Cavid yenə həmin sürücüyə maşını arxaya verməsini dedikdə, orada kənarda dayanmış 3 nəfər şəxs yaxınlaşaraq kobud şəkildə taksi sürücüsünə nə üçün qışqırdğını irad bildirmişlər. Bu zaman onların arasında mübahisə düşmüş, həmin 3 nəfər şəxsdən ikisi Cavidin üstünə gəlib onu vurmuş, o da maşından düşüb onlara tərəf yaxınlaşanda onu da vurmuşlar. O, huşunu itirərək yerə yıxılmışdır. Bir qədər sonra onun üzünə su vurub ayıltmışlar. Ayağa duranda Cavidin bir istiqamətə doğru qaçdığını görmüş və o da onun dalınca qaçmışdır. Çatanda görmüşdür ki, Cavid kimisə döyür və o, həmin şəxsin yəqin ki, onları vuran şəxs olduğunu fikirləşərək o da həmin şəxsi yumruq və təpiklə vurmağa başlamışdır. Vurduqları şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 olmuşdur. Hadisədən sonra o və Cavid onun maşınına oturub onlara getmişlər. Dava vaxtı onun əlində silah qismində istifadə oluna bilən hər hansı bir əşya olmamışdır, eyni zamanda Cavidin də əlində belə bir əşya görməmişdir. Səhəri gün polis bölməsindən zəng olunaraq onlar barəsində şikayət olduğu bildirilmiş və bölməyə dəvət olunmuşlar, onlar da atası ilə birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində bilmişdir ki, hadisə vaxtı Cavid bir nəfəri bıçaqla vurmuşdur. Cavid özü isə bununla bağlı bildirmişdir ki, sərxoş olduğu üçün kimisə bıçaqla vurduğunu xatırlamır. O, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurmamış, eyni zamanda digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 də kimisə vurmasını görməmişdir. Davanın baş verməsinə səbəb ilkin olaraq zərər çəkmiş şəxslərin onu və Cavidi vurması olmuş və yalnız bundan sonra onlar zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 vurmuşlar. Daha sonra zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 3-cü mikrorayon dairəsində “Zirvə” adlanan kafedə əmisi və həmin kafedə müğənni işləyən Şəhanə xanımla oturub yemək yeyən zaman bir nəfər şəxs demişdir ki, çöldə dava düşüb, o əvvəl “nə işim var” deyib tərpənməmiş, lakin sonra ona “bəlkə dava edən sizin uşaqlardır” dedikləri üçün çölə çıxmış və yanacaqdoldurma məntəqəsinin həyətində adının sonradan Tapdıq olduğunu bildiyi bir nəfər şəxsin vəziyyətinin yaxşı olmadığını görmüş, lakin həmin şəxsi tanımadığı üçün kafeyə qayıtmış, sonra ona həmin şəxsin onun tanışı Cavidin yanında olduğu bildirildiyi üçün o, Şəhanə xanımla çölə çıxaraq Tapdıq adlı şəxsin üzünə su vurub ayıltmış və sonra yenidən kafeyə qayıtmışlar. Oturub yemək yeməyə davam etmək istəyəndə yenə dava çıxdığı deyilmiş və o, çölə çıxanda Tapdıq adlı şəxsin avtomobilinin yolun ortasında qalaraq yolu kəsdiyini görmüş və avtomobili kənara çəkmiş, davanın baş verdiyi tərəfə gedən zaman Tapdıqla Şəhanənin ona tərəf gəldiyini görmüş, bir qədər də qabağa getdikdə isə Cavidi görmüşdür. O, kimlərin dalaşdığını və ümumiyyətlə heç bir davanı görməmişdir. Hadisə yerinə gələndə yerdə qan olduğunu görmüş və eşitmişdir ki, Cavid kimisə bıçaqla vurmuşdur. Polis bölməsində olarkən isə eşitmişdir ki, Şəhanə xanım deyib ki, onu söydükləri üçün zərər çəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 təpiklə vurmuşdur. İbtidai istintaq zamanı ifadəsini təzyiq altında vermiş, döyüldüyü üçün ifadəsini imzalamışdır. O, heç kimi vurmamış və eyni zamanda kiminsə kimisə vurduğunu da görməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri ərazisində yerləşən kafelərdə müğənni işləyir. Təqsirləndirilən şəxs1 “Çinar” kafesinin müştərisi olduğuna görə 7-8 aydır ki, tanıyır. 08 yanvar 2024-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Zirvə” adlı kafedə Təqsirləndirilən şəxs3 adlı tanışı ilə yemək yemişlər. Bir müddət sonra bayırda dava olmasını eşitmişdir. O, həmin vaxt bayıra çıxdıqda Təqsirləndirilən şəxs1 və tanışı qiyabi tanıdığı Tapdıq adlı şəxsi 3 nəfər şəxsin döyməsini görmüşdür. O, həmin 3 nəfər şəxsə, yəni ki, ikisinin istintaq zamanı adını öyrəndiyi Kənan və Vüsal adlı şəxslərə öz iradlarını bildirdikdə həmin şəxslər onu da təhqir etməyə başlamışlar. Bundan sonra Tapdıq adlı şəxsin yerə yıxıldığını görmüş, Cavid isə oradan avtomobil ilə uzaqlaşmış, onları döyən şəxslər isə yavaş-yavaş kənarlaşmışlar. O, həmin vaxt kafeyə geri qayıtmışdır. Təxminən 5-10 dəqiqədən sonra yenidən kafedən bayıra çıxdıqda yaxınlıqda olan “Özbəkistan ticarət mərkəzi”nin qarşısında kütləvi dava olmasını görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs3 da “Zirvə” adlı kafedə görmədiyi üçün Təqsirləndirilən şəxs3, eləcə də, Təqsirləndirilən şəxs1 bir qədər əvvəl olan mübahisəni davam etdirmələrini fikirləşmiş və onların yanına getmişdir. “Özbəkistan Ticarət mərkəzinin” qarşısına çatdıqda bir qədər əvvəl Cavid və Tapdığı döyən şəxslərdən Kənan adlı şəxsi tanışı Təqsirləndirilən şəxs3, qiyabi tanıdığı Şahin adlı şəxs və Təqsirləndirilən şəxs1 döydüyünü görmüş, eləcə də, Kənan adlı şəxsi tanımadığı şəxslərin də döydüyünü görmüşdür. Həmçinin, Kənan adlı şəxsin bədənindən qan axdığını da görmüşdür. O, həmin vaxt əsəbləşdiyi üçün bir qədər əvvəl onu təhqir edən Kənan adlı şəxsi təpiklə bir neçə dəfə baş və bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmçinin, orada eşitmişdir ki, bir qədər aralıda Kənan adlı şəxsdən başqa digər şəxs Vüsal adlı şəxsi də Cavidin tanışları döymüşdür. Lakin, o, Vüsal adlı şəxsin döyülməsini görməmiş, eləcə də, həmin şəxsə yaxınlaşaraq hər hansı fiziki təsir göstərməmişdir. Təqsirləndirilən şəxs4 ifadəsində həmçinin göstərmişdir ki, ondan başqa tanışı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, qiyabi tanıdığı Şahin və Tapdıq adlı şəxslər, eləcə də, Şahid1 və tanımadığı bir neçə nəfər şəxs də olmuşdur. O, Vüsal adlı şəxsi vurmamış, lakin Kənan adlı şəxsin baş və bədən nahiyəsindən bir neçə dəfə təpiklə vurmuşdur. O, Vüsal adlı şəxsin hansı formada döyülməsinin şahidi olmamış, lakin Kənan adlı şəxsi Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Tapdıq adlı şəxsin yumruq və təpiklə vurduqlarını görmüş, eləcə də, orada olan tanımadığı şəxslərin də Kənan adlı şəxsi döyməsini görmüş, lakin Şahid1 kimisə vurmasını görməmişdir. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını və yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Kənanı uşaqlıqdan tanıyır. Kənan rayondan gəldiyi üçün onu götürməyə gəlmişdir. Maşını divarın kənarında saxlamış, aşağıdan bir maşın gəlmiş, bir maşın da aşağıya düşmüş, yol da dar olduğu üçün Kənan maşına minə bilməmişdir. Yol bağlanmış, yolu kəsən maşınlardan biri təqsirləndirilən şəxslərin olduğu maşın idi, digər maşın da başqa şəxsin idi. Kənan telefonla ailəsi ilə danışan vaxt orada söyüş işlətmişlər, söyüş söyənin kim olduğunu bilməmiş, nalayiq söyüş olduğuna görə Kənan demişdir ki, evlə danışır, söyüş söyməyin. Lakin söyüş söyməyi dayandırmadıqları üçün Kənan gödəkçəsini çıxardıb telefonu ilə birlikdə maşınının üstünə qoymuş və dalaşmağa başlamışdır. Təqsirləndirilən şəxslərdən Tapdıq və Cavid Kənanın üstünə hücum çəkmiş, lakin Kənanla bacara bilməmişlər, Kənan onları üstələmiş, o isə maşından düşüb onları aralamışdır. X9 avtomobillərinə minib getmişlər, digər maşın da çıxıb getmişdir. Onlar da maşına minib getmişlər. 50-70 metr getdikdən sonra yadlarına düşmüşdür ki, Kənanın gödəkçəsi ilə telefonu onun maşınının üstündə qalmışdır. Geri qayıdanda görmüşlər ki, aralarında təqsirləndirilən şəxslərin də olduğu bir neçə şəxs onların üstünə gəlir. Həmin şəxslərin bir qismi maşınla, bir qismi də piyada gəlmişdir. Kənan yolu keçmiş, o da maşından aralanmaq istədiyi üçün onun arxasınca yolu keçmiş, lakin fikirləşməmişdir ki, ona da hücum eləyərlər, çünki onunla təqsirləndirilən şəxslərin arasında heç bir şey baş verməmişdir. Təqsirləndirilən şəxslər Kənana yaxınlaşmışlar, orada dəmir hasar olduğu üçün o, hasardan tullanmış, Kənan da tullananda ayağı ilişərək yerə yıxılmış, başındakı xəsarəti də yerə yıxılanda almışdır. Sonra dava olmuş, Kənanla o, ayrı-ayrı dalaşmışlar. Davadan sonra Kənanın yanına gəlib görmüşdür ki, Kənan yerdədir. Kənanı yerdən qaldıran zaman yerdə az bir halda qan olduğunu görmüş, avtomobilə əyləşəndə isə görmüşdür ki, Kənanın vəziyyəti yaxşı deyil. Sonra evə getmişlər və Kənan maşından düşəndə görmüşdür ki, oturacaq qan olmuşdur. Daha sonra onu gəlib polis idarəsinə aparmışlar və demişlər ki, guya Kənanı o özü bıçaqlamış, izi itirmək üçün də xəstəxanaya yox, evə aparmışdır. Kamera görüntülərini çıxardandan sonra onu buraxmışlar. Ondan sonra xəstəxanaya Kənanın yanına gedib-gəlmiş, sağalandan sonra xəstəxanadan çıxartmış, müstəntiqin yanına aparmışdır ki, izahatını alsınlar. Sonra da Kənan rayonda yaşadığı üçün onu rayona yola salmışdır. Təqsirləndirilən şəxslərin heç biri onu vurmamış, onun dalaşdığı şəxslər başqaları olmuş, həmçinin Tapdıq və Cavidin əlində hər hansı bir əşya görməmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, sonunculardan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 23:50-də tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev 10k ünvanında yerləşən “Dəli Kür” restoranına gəlmişlər. Burada yemək yeyib, spirtli içki qəbul etdikdən sonra çıxıb evə gedərkən yol kənarında markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı iki avtomobilin sürücülərinin mübahisə etdiyini görmüşdür. Həmin vaxt o, mobil telefonla ailə üzvləri ilə danışmış, bu zaman avtomobildən düşən əvvəllər tanımadığı, araşdırma zamanı adını öyrəndiyi Cavid adlı şəxs ucadan nalayiq ifadə işlətmiş, bundan sonra o, mobil telefonla danışdığını göstərib nalayiq ifadə işlətməyinə görə irad bildirmiş, bundan sonra Cavid adlı şəxs onun da ünvanına nalayiq ifadə işlətmişdir. Bu zaman o, Cavid adlı şəxsi itələmiş və aralarında mübahisə olmuşdur. Həmin vaxt Vüsal onları aralaşdırmışdır. Bundan sonra isə o və Vüsal yollarına davam etmişlər. Müəyyən məsafə qət etdikdən sonra bir qədər əvvəl dalaşdıqları şəxslər başqa şəxslərlə birlikdə onların qarşılarını kəsərək onlara hücum etmiş, bu zaman o, Zərərçəkmiş şəxs1la birlikdə qaçarkən “Özbəkistan” ticarət mərkəzinin həyətində ayağı dəmir zəncirə ilişərək yıxılmış və hasara dəyərək belindən xəsarət almışdır. Bu zaman Cavid və Tapdıq ona hücum edərək onu yumruq və təpiklə vurmuşlar, lakin o, onların əlində hər hansı bir kəsici alət görməmişdir. Digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə onu vurmadıqlarını bildirmişdir. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, sonunculardan şikayət və tələblərinin olmadığını bildirərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi yaxınlığında “Çinar”adlı kafedə ofisiant işləyir. hadisə baş verən gün Cavid adlı şəxsin kafeyə gəldiyini və əlinin qanlı olduğunu görmüş, o, Caviddən nə baş verdiyini soruşduqda sonuncu ona heç nə deməmiş, lakin əsəbi olmuşdur. O da fikirləşmişdir ki, yəqin əlini harasa vurub deyə qanamışdır. Ondan 3-4 gün sonra eşitmişdir ki, dava baş vermiş, lakin kimlərin dalaşmağı ilə maraqlanmamışdır. Həmçinin davanın olduğu gün Şəhanəni kafedə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, davada olmamış, davadan xəbəri də yoxdur. Onun Heydər adlı şəxslə tanışlığı olmuşdur. O, hadisənin səhər günü zəng edib maşınını çıxardıb-çıxartmayacağı barədə soruşduqda Heydər ona axşam dava-dalaş olduğunu və davada olan hamının tutulduğunu demiş, o, Heydərdən kimlərin dalaşdığını soruşduqda sonuncu ona davanın axırına çatdığı üçün kimlərin dalaşdığını bilmədiyini, eyni zamanda davada iştirak etmədiyini bildirmişdir. O, Heydərlə İnqilab 17 ünvanında görüşmüş və Heydər ona Şəhanənin artıq polis bölməsindən buraxıldığını, davada kimlərin olduğunu Şəhanə xanımın bildiyini bildirərək ona zəng etməyini xahiş etmiş, o da Şəhanə xanıma zəng edib harada olduğunu soruşmuş, sonuncu isə bölmədən çıxdığını bildirərək gəlib onu götürməsini xahiş etmişdir. O da bölməyə Şəhanə xanımı götürməyə getmiş, bu zaman polislər onu tutub Heydərin harada olduğunu soruşmuşlar, o da harada olduğunu bilmədiyini demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, “Çinar” kafesində ofisiant işləmiş, hazırda isə işləmir. Təqsirləndirilən şəxs Şəhanə xanım “Çinar” adlı kafedə müğənni kimi işləmiş, digər təqsirləndirilən şəxslər Vüsal və Cavidi isə işlədiyi kafedə müştəri kimi görmüşdür. Hansı tarixdə olduğu yadında deyil, işə gələndən 10-15 dəqiqə sonra polis əməkdaşları kafeyə gəlmiş, o, müdirindən nə baş verdiyini soruşduqda sonuncu ona kafenin yaxınlığında dava olduğunu və polis əməkdaşlarının ondan izahat alacaqlarını bildirmiş, o isə sonuncuya davanı görmədiyini və görmədiyi halda necə izahat verəcəyini bildirdikdə müdiri ona izahat verməli olduğunu bildirmişdir. O da izahat vermiş, lakin izahatını oxumadan imzalamışdır. Hadisənin baş verdiyi gün o, saat 23:00-dan 03:00-a kimi arxa kabinetlərə xidmət etdiyi üçün zalda olmamış, davanı görməmiş, səhəri gün işə gəldikdən sonra da heç kim dava haqqında heç nə danışmamışdır. Yalnız polis əməkdaşları gəldikdən sonra əvvəlki gün axşam Cavid və Vüsal adlı şəxslərin dava etdiklərini bilmiş, lakin həmin şəxslərin adını bilmədiyi, sadəcə üzdən tanıdığı üçün kim olduqlarını bilməmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, göstərmişdir ki, Zərərçəkmiş şəxs1 müraciəti ilə tanış olmuş, həmin şəxsi əvvəllər tanımamış, eləcə də Zərərçəkmiş şəxs2 da əvvəllər tanımamışdır. 08 yanvar 2024-cü il tarixdə saat 02 radələrində Çinar adlı kafedə pivə içmək üçün oturmuşdur. Həmin vaxtlarda kafedə kimsə demişdir ki, bir qrup şəxs yaxınlıqdakı “Özbəkistan ticarət mərkəzi”nin qarşısında dava dalaş edirlər. O, həmin yerə getdikdə bir nəfər şəxsin yerə yıxıldığını, üst başının qan olduğunu, eləcə də, həmin şəxsi döyən şəxslərin qaçdığını görmüşdür. O, orada olan mühafizəçiyə DİN-in 102 xidmətinə məlumat verməsini bildirmişdir. Daha sonra isə oranı tərk etmişdir. Həmin yerdə bəzi vaxtlarda Çinar kafesində gördüyü, lakin, adlarını bilmədiyi şəxslərin qaçdığını, eləcə də, bir nəfər tanımadığı şəxsin yerdə üst-başı qanlı vəziyyətdə uzandığını görmüşdür. O, heç kimi vurmamış və ya hər hansı formada xəsarət yetirməmişdir. O, hadisə yerinə gəldikdə davadalaş bitmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (İ cild, i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.145- 146); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.171- 172); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.118- 119); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild, i.v.90-91); - xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, həmin Məcəllənin 180.2.1-ci maddəsinə tövsif edilmişdir (cild İ, i.v.111); - “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.222-223); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-14/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.1-5); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-13/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.6-10); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-15/2024 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v.11-15); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs4 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (İ cild, i.v.344-346); - “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs4 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.347-348); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 8 ünvanda yerləşən “Özbəkistan Ticarət Mərkəzi”nin həyətidir (İ cild, i.v.10-11); - “Üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.229-231); - “Üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.232-233); - “Üzləşdirmə aparmaq haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs3 üzünə qarşı tam təsdiq etmişdir (İ cild, i.v.234-235); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus hadisə vaxtı əynində olmuş köynək - uzunqoldur, qara rəngli, öndə yuxarı hissəsi göy rəngdədir, boyun hissəsində daxildə “Nematoğlu” yazılı etiket var, uzunluğu 65 sm, çiyin hissədə eni 43 sm, qollarının uzunluğu 58 sm-dir. Köynəyin ön hissəsində yuxarıda boyunluğun sərbəst kənarından başlayaraq 9 sm uzunluqda zədə var. Zədənin kənarları sapların qeyri-bərabər bölünmüş sap ilgəklərindən ibarətdir, onların ucları müxtəlif səthlər üzrə yerləşirlər, saçaqlanmış vəziyyətdədirlər. Bu zədənin forma, xarakter və morfolojı əlamətlərinə əsasən demək olar ki, bu zədə cırılmış zədədir, köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma nəticəsində əmələ gələ bilərdi. Şalvar - qara rəngli cins materialdandır, düymə və zəncirbəndlə bağlanır, bel hissədə 5 ədəd ilgək var, onlara qara rəngli dəriyəbənər kəmər keçirilmişdir, arxada beldə “Jacob Cohem” yazılı etiket var, uzunluğu 91 sm, eni 45 sm-dir. Şalvar üzərində hər hansı bir zədə aşkar edilməmişdir. Mayka - qolsuzdur, ağ rəngdədir, daxildə “Garant” yazısı var, uzunluğu 53 sm, eni 41 sm-dir, sol yandan boylama və hər iki çiyinlikdən tam kəsilmişdir, bu da çox güman ki, maykanı zərərçəkmişin əynindən çıxarmaq məqsədilə kəsilmişdir. Mayka üzərində hər hansı bir zədə aşkar edilməmişdir (İİ cild, i.v.38); - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 01 ədəd videofayl vardır ki, həmin videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya iloişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 videogörüntünü izləyib, görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin dostu Zərərçəkmiş şəxs2 olduğunu, ilk öncə qaçan şəxsin isə özünün olduğunu, orada onu və dostu Zərərçəkmiş şəxs2 döyən şəxslərdən adlarını sonradan bildiyi Cavid, Tapdıq, Vüsal və Şəhanə adlı şəxsləri tanıdığını, həmin şəxslərlə istintaq zamanı üzləşdiyini, lakin onları vuran digər naməlum şəxsləri tanımadığını bildirmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 videogörüntünü izləyib, görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin özünün olduğunu, ilk öncə qaçan şəxsin isə dostu Zərərçəkmiş şəxs1 olduğunu, orada onu və dostu Zərərçəkmiş şəxs1 döyən şəxslərdən adlarını sonradan bildiyi Cavid, Tapdıq, Vüsal və Şəhanə adlı şəxsləri tanıdığını, həmin şəxslərin adını istintaq zamanı öyrəndiyini, lakin onları vuran digər naməlum şəxsləri tanımadığını, onu vuran şəxslərdən Cavid və Tapdıq adlı şəxslərin əllərində bıçağa bənzər əşya olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn şəxslərdən birinin özü olduğunu, digərlərindən bildiyi tanışları Tapdıq, Vüsal və Şəhanə adlı şəxslərin olduğunu, digər şəxsləri tanımadığını, Kənan adlı şəxsi vuran zaman əlində vintaçanın olduğunu, orada özünün Kənan və Vüsal adlı şəxsləri vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn şəxslərdən birinin özü olduğunu, digərlərindən bildiyi tanışları Cavid, Vüsal və Şəhanə adlı şəxslərin olduğunu, digər şəxsləri tanımadığını, Kənan və Vüsal adlı şəxsləri vuran zaman əlində heç bir əşya olmadığını, həmin şəxsləri yumruq və təpiklə vurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn şəxslərdən birinin özü olduğunu, digərlərindən bildiyi tanışları Cavid, Tapdıq və Şəhanə adlı şəxslərin olduğunu, özünün Vüsal adlı şəxsin arxası ilə qaçaraq başqa şəxslərlə Vüsal adlı şəxsi yumruq və təpiklə vurub döydüyünü bildirmişdir. Təqsirləndirilən şəxs4 videogörüntünü izləyib, görüntüdəki taxta əşyaya dəyib yerə yıxılan şəxsin istintaq zamanı adını öyrəndiyi Kənan adlı şəxsin, ilk öncə qaçan şəxsin isə adını sonradan bildiyi Vüsal adlı şəxsin olduğunu, Kənan adlı şəxs yerə yıxılan zaman arxası ilə gələn qırmızı paltarda olan şəxsin özü olduğunu, digərlərindən bildiyi tanışları Cavid, Vüsal və Tapdıq adlı şəxslərin olduğunu, digər şəxsləri tanımadığını, Kənan adlı şəxsi vuran zaman əlində heç bir əşya olmadığını, həmin şəxsi yumruq və təpiklə vurduğunu bildirmişdir (İ cild, i.v. 12, 236-240, İİ cild, i.v.29);. - “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokollardan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdəki videofaylа zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakı ilə təkrar baxış keçirilən zaman Zərərçəkmiş şəxs1 görüntüdə taxta əşyaya dəyib yerə yıxılan şəxsin dostu Zərərçəkmiş şəxs2 olduğunu, ilk öncə qaçan şəxsin isə özünün olduğunu, orada onları döyən şəxslərdən əllərində kəsici əşya olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, əynində qırmızı rəngli gödəkcə olan Təqsirləndirilən şəxs4 olduğunu, həmçinin onu təklikdə döyən şəxsin Təqsirləndirilən şəxs3, sonradan Zərərçəkmiş şəxs2 təpiklə vuran şəxslərdən birinin Şahin adlı şəxs olduğunu, digər şəxsləri tanımadığını bildirmişdir (İİ cild, i.v.140); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X10 xx.xx.2024-cü il tarixli, 21 nömrəli rəyindən görünür ki, V.A. Dəmirovun bədənində aşkar olunmuş xəsarətlər - sağ gözün ağlı qışasına qansızma ilə müşayiət olunan sağ üst göz qapağının qançır-şişkinliyi, üst dodağın əzilmiş yarası, burun nahiyəsinin və sol diz oynağı nahiyəsinin qançırları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır (İİ cild, i.v.164-167); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X10 xx.xx.2024-cü il tarixli, 617 nömrəli rəyindən görünür ki, K.C. Kamallının bədənində aşkar edilmiş xəsarətlər - bel nahiyəsinin sağ yarısının daxilə nüfuz etməyən 2 (iki) ədəd və sol sağrı nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər, onun tibbi yardım üçün X6 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənə bilərdilər, dərəcəsinə görə ümumilikdə və ayrı-ayırlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər iti kənara və iti uca malik deşici-kəsici əşyanın (alətin) təsirindən törənmişdirlər, bıçağın tiyəsinin təsirindən törənə bilmələri inkar edilmir. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş digər xarakterli xəsarətlər - boyun nahiyəsinin sağ yan səthinin və sağ dirsək nahiyəsinin sıyrılmış yaraları bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, müxtəlif şəraitlərdə törənə bildiklərindən, dəqiq olaraq hansı şəraitdə törənmələri hüquqi müstəvidə aydınlaşa bilərdi, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilmələri inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (İİ cild, i.v.168-172); - Məhkəmə-Bioloji Ekspertizasının 24 aprel 2024-cü il tarixli, 232/2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qrup göstəricisi: O(İ) /axtarış vərəqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus qolsuz mayka, uzunqol kofta, şalvar ona keçirilmiş kəmər üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı “H” antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta(İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər (İİ cild, i.v.154-158); - Məhkəmə-X1 30 aprel 2024-cü il tarixli, 163/2024-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus köynəyin ön hissəsində yuxarıda boyunluğun sərbəst kənarında cırılmış zədə aşkar edildi. Bu zədə köynəyin müvafiq nahiyəsinə fiziki güc tətbiq etməklə gərilib dartılma naticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus şalvar və mayka üzərində hər hansı bir zədə aşkar edilmədi. Zərərçəkmiş şəxs2 sağ bel və sol sağrı nahiyəsinin kəsilib-deşilmiş yaraları ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus paltarlarda öz əkslərin tapmamışdır (İİ cild, i.v.159-162); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə hadisəni özündə əks etdirən videogörüntü olan 01 ədəd disk, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd mayka maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd mayka saxlanması üçün Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağına verilmiş, 01 ədəd CD disk cinayət işi materiallarına əlavə edilmişdir (İİ cild, i.v.223-238); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v. 60); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v. 58); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, 1000 manat məbləğində cəreimə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir (İİ cild, i.v. 55-56); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (İİ cild, i.v. 74-86); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v. 52); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2008-ci il təvəllüdlü və xx.xx.2009-cu il təvəllüdlü yetkinlik yaşına çatmamış iki övladı var; - İş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 oğlu tərəfindən məhkəməyə ünvanlanan ərizədən görünür ki, ona dəymiş zərər tam ödənilmiş, təqsirləndirilən şəxslərlə barışıq əldə edilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videofayl açıldıqda videogörüntünün 06 dəqiqə 27 saniyə müddətində olması müəyyən edilir. Videogörüntünün 01:00 dəqiqəsində bir nəfər şəxsin qaçaraq müşahidə kamerasına tərəf gəlməsi və müşahidə kamerasının altından keçib getməsi, həmin şəxsin ardınca isə başqa şəxsin qaçaraq orada olan taxtadan olan əşyaya ilişib yıxılması və bu zaman çoxlu sayda şəxslərin gələrək, həmin yerdə olan şəxsi yumruq və təpiklə vurması, o cümlədən həmin şəxslərin arasında bir nəfər qadının da olması, həmçinin ilk öncə qaçan şəxsin də arxasında başqa şəxslərin qaçaraq sonradan həmin şəxsi də yumruq və təpiklə vurub döyməsi müşahidə olunur, həmçinin orada başqa şəxslərin yumruq və təpik zərbələri endirən şəxsləri aralamağa çalışması müşahidə olunur. Videogörüntüdə taxta əşyaya yıxılaraq yerə düşən şəxsi döyən şəxslərdən ikisinin əlində hansısa əşya olması müşahidə edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərə, həmin Məcəllənin 221.2.1-ci maddəsi bir qrup şəxs tərəfindən və ya təkrar törədilməsinə görə, həmin Məcəllənin 221.3-cü maddəsi bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda məsuliyyət yaradır. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında qeyd olunur ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür (2-ci bənd); Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilir ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq 128-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac qalmır (4-cü bənd); xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı onlara elan olunmuş ittiham üzrə özlərini təqsirli bilməmələri ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların bu məzmunda ifadə vermələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxslərin bu ifadələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən əməlini etiraf etməsini və peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını və ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs3 cəza təyin edərkən zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3nın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək, 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Təqsirləndirilən şəxs3 hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-nin 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplama qaydasında birləşdirib qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, onun ibtidai istintaq zamanı tutulduğu xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, yəni 02 (iki) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs4 cəza təyin edərkən əməlini etiraf etməsini və peşman olmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan iki övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini və himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə cəzaya məhkum edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 08 (səkkiz) gün islah işləri cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin, maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs4 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 85 saata görə 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 hazırkı hökmlə təyin edilmiş cəza Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-23/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və onun üzərində 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 09 yanvar 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti 08 (səkkiz) gün islah işləri cəzasına bərabər tutularaq, 08 (səkkiz) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 təyin edilmiş islah işləri cəzasının əvvəli qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs2 hadisə vaxtı əynində olmuş 01 ədəd köynək, 01 ədəd şalvar və 01 ədəd mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 məhkəmədə iştirak etdiyi 85 (səksən beş) saata görə 510 (beş yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxslərə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar