Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-210/2022 22.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, dövlət ittihamçısı Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 13 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(006)–210/2022 saylı məhkəməyədək sadələşdirilmiş icraat materialı Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Həmin material üzrə yekun protokol 08 aprel 2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Elan edilmiş ittihama əsasən, 01 aprel 2022-ci il tarixdə saat 21:55 radələrində ünvan 3 ünvanda Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs arasında həmin ünvanda şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı sonuncu qəsdən qəsdən Zərərçəkmiş şəxs dodaq nahiyyəsinə əlinin içi ilə vuraraq, boğazından əli ilə tutub sıxaraq və sağ əlinin ikinci barmağını bərk burarkən – sağ əlin İİ barmağının distal flanqasının yerdəyişmiş sınığı, boyun nahiyyəsinin qançırı, alt dodağın səthi əzilmiş yarası ilə müşayiət olunana ümumilikdə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. İş üzrə məhkəmə hazırlıq iclası zamanı müdafiəçi vəsatətlə çıxış edərək Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinin tələblərini rəhbər tutmaqla, material üzrə ibtidai araşdırma zamanı məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyindən, cinayət işinin baxılmasına xitam verilməsini və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X3 barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi vəsatətində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PB-nin baş təhqiqatçısı, polis mayoru T.M.Mehtiyev tərəfindən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasının nəticələrinə dair yekun protokol tərtib edilmiş və həmin tarixdə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq material ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Material ilə hazırlıq iclasından əvvəl tanış olduqda müəyyən olunmuşur ki, iş materiallarında olan 07 aprel 2022-ci il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərarda Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətlərinin olması, vəkilin orderində “AR CM-nin 128-ci maddəsinə dair” ifadəsi qeyd olunması, “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında”protokolda, dindirilmə protokolda, sübutların qiymətləndirilməsi haqqında qərarda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə ittiham elan edilməsi sair göstərilmişdir. Həmçinin material ümumiyyətlə nömrələnməmiş və müəyyən edilmişdir ki, böyük ictimai təhlükə törətməyən məhkəməyədək sadələşdirilmiş icraat materialı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və müdafiəçiyə materialın elan edilməsi zamanı tərtib edilmiş protokolundan əvvəl 68 vərəqə, müvafiq olaraq şikayət vermiş şəxsə elan materialın elan edilməsi zamanı tərtib edilmiş protokolundan əvvəl isə 69 vərəqə olmuşdur. Bu isə təhqiqatçı tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, müdafiəçi və şikayət vermiş şəxsə iş materiallarının tanış olmaları üçün hansı həcmdə (neçə vərəqə və sair) onlara təqdim edilməsinin qeyri-müəyyən olmasını, bununla da, onların iş materialları ilə tam həcmdə tanış olmaları hüququnun pozulmasını göstərir. Göründüyü kimi, cinayətprosessual qanunvericiliyinin qeyd olunan tələblərinə əməl edilməməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin müdafiə hüququnu pozur. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs vəsatəti müdafiə edərək materialın yenidən istintaq orqanına qaytarılmasıni məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı Dövlət ittihamçısı vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Zərərçəkmiş şəxs vəsatətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, vəsatəti, ekspert rəyini və sadələşdirilmiş icraat üzrə materialını araşdıraraq hesab edir ki, müdafiəçinin vəsatəti təmin edilməli, sadələşdirilmiş icraat materialının baxılmasına xitam verilməli və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmalıdır. Belə ki, sadələşdirilmiş icraat materialında olan 07 aprel 2022-ci il tarixli 390 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ əlin İİ barmağının distal flanqasının yerdəyişmiş sınınğı, boyun nahiyyəsinin qançırı, alt dodağın səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 01.04.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Sadələşdirilmiş icraat materialında olan 07 aprel 2022-ci il tarixli müdafiəçi dəvət edilməsi haqqında qərarın 4-cü abzasında göstərilmişdir ki, “Nəzərə alaraq ki, vət. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri var və onun barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı məhkəməyə göndərilir, ona görə də onun hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmalıdır”. Sadələşdirilmiş icraat materialında olan vəkil X1 005266 saylı vəkil orderində tapşırığın məzmunu və işin mərhələsi qrafasında “AR CM-nin 128-ci maddəsinə dair” ifadəsi qeyd edilmişdir. Sadələşdirilmiş icraat materialında olan 07 aprel 2022-ci il tarixli “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə hüquq və vəzifələrinin izah edilməsi haqqında”protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli olması və AR CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin ona izah edilməsi göstəril və həmin protokola Təqsirləndirilən şəxs və müdafiəçi Yasin Məmmədov imzalamışlar. Sadələşdirilmiş icraat materialında olan 07 aprel 2022-ci il tarixli cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dindirilmə protokolunun 21-ci abzasında göstərilmişdir ki, ona məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ittiham elan edilmiş və sonuncu özünü təqsirli bilmişdir. Sadələşdirilmiş icraat materialında olan sübutların qiymətləndirilməsi haqqında 07 aprel 2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri əsaslandırıcı və nəticə hissəsində “.1 Vət. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törətməsinə dair açılmış məhkəməyədək sadələşdirilmiş icraat materialının araşdırılması davam etdirilsin” göstərilmiş, həmin qərarın ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçirən prokurora göndərilmiş və müşayiət məktubunda da “Vətəndaş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət əməli törətməsinə dair qəbul olunmuş sübutların qiymətləndirilməsi haqqında qərarın surəti məlumat üçün Sizə göndərilir.” qeyd edilmişdir. Həmçinin sadələşdirilmiş icraat materialının yekun protokolundan görünür ki, protokolla zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və onun müdafiəçisi məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tanış olmuşlar və həmin şəxslər tərəfindən imzalanmışdır. Lakin 08 aprel 2022-ci il tarixli “Məhkəməyədək sadələşdirilmiş icraat materialının qurtarmasının müdafiəçiyə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə elan etmək və materialı təqdim etmək haqqında” protokoldan görünür ki, 62 vərəqədən ibarət olan material onlara təqdim edilmiş və onlar həmin materiallarla tanış olaraq protokolu imzalamışlar. Eyni zamanda 08 aprel 2022-ci il tarixli “Məhkəməyədək sadələşdirilmiş icraat materialının qurtarmasının şikayət vermiş şəxsə elan etmək və materialı təqdim etmək haqqında” protokoldan görünür ki, 63 vərəqədən ibarət olan material ona təqdim edilmiş və o, həmin materiallarla tanış olaraq protokolu imzalamışdır. Halbuki, məhkəmə iclasında müəyyən edilmişdir ki, sadələşdirilmiş icraat materialı ümumiyyətlə nömrələnməmiş və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və müdafiəçiyə materialın elan edilməsi zamanı tərtib edilmiş protokolundan əvvəl 68 vərəqə, müvafiq olaraq şikayət vermiş şəxsə elan materialın elan edilməsi zamanı tərtib edilmiş protokolundan əvvəl isə 69 vərəqə olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqlər üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqlərin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması, onun nədə ittiham olunmasını, hüquqlarını bilməməsi və müdafiə hüququnun formal təmin edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı, ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. Azərbaycan Respublikası CPM-in 91.5.1-ci maddəsinə əsasən, “nədə təqsirləndiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)təqsirləndirilən şəxsin hüququdur. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan hüquqları üzrə Avropa Məhkəməsi “X4 Federasiyasına qarşı” iş üzrə 18 fevral 2010-cu il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 6-cı maddəsi, xüsusən də həmin maddənin 3-cü bəndi işlər birinci instansiya məhkəməsinə göndərilməzdən əvvəl o vaxt əhəmiyyət kəsb edə bilər ki, onun tələblərinin ilkin pozuntusu məhkəmə araşdırmasının ədalətliliyinə toxuna bilər. Həmin qərarda Avropa Məhkəməsi, həmçinin, qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsi şəxslərə cinayət işləri üzrə ittiham elan edildiyi andan tətbiq edilməyə başlayır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Adolf Avstriyaya qarşı” iş üzrə 26 mart 1982-ci il tarixli qərarında göstərmişdir ki, “cinayət ittihamı”nın anlayışının üzv dövlətlərin milli hüquq sistemlərindəki təsnifatlardan asılı olmayan müstəqil mənası var. Ümumiyyətlə, Avropa Məhkəməsinin mövqeyinə görə “ittiham” anlayışına Konvensiyanın mənasında baxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 296.3-cü maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunu imzalandıqdan sonra təhqiqatçı aşağıdakı hərəkətləri yerinə yetirməlidir: 296.3.1. cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarla tanış olmaq üçün imkan yaradılmasını təmin etmək; 296.3.2. məhkəməyədək sadələşdirilmiş icraat üzrə bütün materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək. Azərbaycan Respublikası CPM-nin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikası CPM-nin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) və 303.3.8-ci maddəsinə əsasən, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286, 288-ci və 296.3.1-ci maddələrinin tələblərinin pozulması kobud qanun pozuntalarıdır və bu qanun pozuntularına yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, vəsatət əsaslıdır və təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, fəaliyyətində kobud qanun pozuntularına yol vermiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin baş təhqiqatçısı polis mayoru X3 barəsində təsir tədbirlərinin görülməsi üçün xüsusi qərar çıxarımalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1-ci, 300.1.5-ci, 303.1-ci, 303.3.1-ci, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Müdafiəçinin vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən materialın baxılmasına xitam verilsin və material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirmiş Bakı Şəhəri Nəsimi Rayon Prokuroruna qaytarılsın. Qərarın surəti dövlət ittihamçısına, zərərçəkən şəxsə, təqsirləndirilən şəxsə və onun müdafiəçisinə təqdim edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti və protesti verilə bilməz. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-210/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-210/2022
22.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver