Məhkəmə qərarları › İş №1(006)-210/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-210/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-210/2025 05.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi – Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsi, ev 149 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,434 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 yanvar 2024-cü il tarixdə, saat 15:00-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,434 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,483 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 22 yanvar 2024-cü il tarixdə saat 13:05-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nu Poqadı" mağazasının qarşısında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,483 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,208 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində 29 fevral 2024-cü il tarixdə, saat 13:40-da Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində yerləşən “Abşeron” mağazasının yaxınlığında saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,208 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,379 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 25 iyul 2024-cü il tarixdə, saat 19.00-da ünvan 4 ünvanın qarşısında saxlanılıb Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükülmdə təmiz çəkisi 1,379 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 1,847 qram olan narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin cinayət- axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 22 avqust 2024-cü il tarixdə, saat 10:30-da Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 29 ünvanının qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,847 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir Ruhi-Əsəb dispanserdə qeydiyyatda deyil. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Narkotik vasitəni istifadə etməyə başlayanda Bakı şəhəri, Nəsimi rayonu Papanin adlanan ərazisində adını bilmədiyi, lakin üzdən tanıdığı bir şəxslə tanış olmuş və həmin şəxs ona bildirmişdir ki, narkotik vasitə və ya psixotrop maddə lazım olanda ondan ala bilər. O da narkotik vasitə lazım olanda Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan əraziyə gedərək həmin şəxsi tapıb sonuncudan almışdır. Narkotik vasitəni aldıqdan sonra münasib yer taparaq orada istifadə etmişdir. 14 yanvar 2024-cü il tarixdə axşam satlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedərək həmin şəxsi taparaq görüşmüşdür. Orada həmin şəxsə 10 manat pul verib ona narkotik vasitə heroin gətirməsini istəmişdir. Təxminən 10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd şəffaf rəngli sellofan bükümdə narkotik vasitə heroin gətirib vermişdir. O, da narkotik vasitə heroini əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur ki, lazım olan zaman istifadə edər. 15 yanvar 2024-cü il tarixdə saat 15:00 radələrində yaşadığı ünvan 7 ünvanın qarşısında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkilişlə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 10 manata aldığını bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. Bundan başqa o, 22 yanvar 2024-cü il tarixdə gündüz saatlarında işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsinə getmişdir. Orada olan zaman tanıdığı şəxsdən özü istifadə etmək üçün 01 ədəd bükümdə şüşə kimi bildiyi psixotrop maddə metamfetamini 10 manat pul verməklə almış və üzərində saxlamışdır ki, sonra istifadə edər. 22 yanvar 2024cü il tarixdə təxminən saat 13:05 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “Nu Poqadi” adı ilə fəaliyyət göstərən mağazanın yaxınlığında olan zaman ona iki nəfər polis əməkdaşı yaxınlaşmış və özlərini ona təqdim edərək şübhəli olduğunu ona deyib Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Həmin vaxt o, hər şeyin polis əməkdaşlarına aydın olduğunu bilmiş və polis əməkdaşlarının dəvət ilə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getmişdir. Orada olan zaman ona polis əməkdaşları bildirmişlər ki, üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış, baxış keçiriləcəklər. O, polis əməkdaşları ilə razılaşmış və ona hüquqlarının müdafiəsi üçün Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkillərdən birini dəvət etmişlər. Onun üzərinə şəxsi axtarış, baxış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri izah edilmiş və ona təklif olunmuşdur ki, üzərində qanuna zid əşya və ya predmet varsa təqdim etsin. Bundan sonra o, əynində olan boz rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd bükümdə olan maddəni təqdim etmişdir. Sorğu-sual zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin maddə şüşə kimi bildiyi psixotrop maddə metamfetamindir, özü istifadə etmək məqsədi ilə əldə etmişdir. Bundan sonra onun təqdim etdiyi maddə qablaşdırılmış və müvafiq sənədləşmə aparılmışdır. Tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa o, 28 fevral 2024-cü il tarixdə axşam satlarında Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerə gedərək həmin şəxsi taparaq görüşmüşdür. Orada həmin şəxsə 20 manat pul verib ona psixotrop maddə metamfetamin gətirməsini istəmişdir. Təxminən 5-10 dəqiqə sonra həmin şəxs ona 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə psixotrop maddə metamfetamini gətirib vermişdir. O, da psixotrop maddə metamfetamini əynində olan boz rəngli şalvarın sağ yan cibinə qoymuşdur ki, lazım olan zaman istifadə edər. 29 fevral 2024-cü il tarixdə saat 13:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsində yerləşən “Abşeron” marketin yaxınlığında olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib onu Binəqədi Rayon Polis İdarəsinin 4cü Polis Şöbəsinə dəvət etmişlər. O, da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində öz razılığı ilə müdafiəçinin iştirakı olmadan video çəkilişlə polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərimdə qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, da gizlətməyin heç bir əhəmiyyəti olmadığını başa düşüb əynində olan boz rəngli klassik şalvarın sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli bükümü və sol yan cibindən 10 manat pul əsginasını çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Polis əməkdaşları üzərindən aşkar olunaraq götürülmüş maddənin haradan aldığını soruşanda, o, həmin maddəni öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlanan yerdə adını bilmədiyi, lakin üzdən tanıdığı şəxsdən 20 manata aldığımı bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilsə də, üzərindən başqa heç bir şey aşkar olunmamışdır. Təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 0,29 qram olması müəyyən edilmişdir. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun və iştirakçıların iştirakı ilə həmin maddə zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa o, 25 iyul 2024 cü il tarixdə səhər saatlarında «Sovetski» adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata 1 ədəd bükümdə psixotrop maddə olan «patı» alıb üzərində saxlamışdır ki, istifadə etsin. Həmin tarixdə axşam saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi 45 ünvanında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu qanunsuz olaraq üzərində psixotrop maddə saxlamaqda şübhəli bilindiyi üçün Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparmışlar. Bölmədə xidməti otaqda ona hüquq və vəzifələri izah olunduqdan sonra onun istəyilə dövlət hesabına müdafiəçi təqdim edilmiş və o təqdim edilən müdafiəçiyə etiraz etməmişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasında xidməti otaqlardan birində üzərinə onun öz razılığı ilə müdafiəçinin iştirakı ilə videoçəkiliş ilə baxış keçirilərkən əynində olan boz rəngli şalvarının cibindən bir ədəd sellofana bükülmüş halda olan bükümdə psixotrop maddə hesab edilən metamfetamini çıxardıb masanın üzərinə qoymuşdur. Üzərindən aşkar olunmuş metamfetamin adlanan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmişdir. Bu barədə tərtib olunmuş protokolun doğruluğunu və zərfi imzası ilə təsdiq etmişdir. Bundan başqa o, 22 avqust 2024-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, Sovetski adlı ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 30 manat müqabilində şəxsi istifadəsi üçün 01 büküm narkotik vasitə olan kakos almışdır. Həmin gün saat 10:30 radələrində ünvan 8 ünvanın qarşısında olarkən iki nəfər özlərini polis əməkdaşı kimi təqdim edən mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərmişlər, daha sonra isə üzərində narkotik vasitə olmasına dair məlumatlarının olmasını bildirərək və üzərində narkotik vasitə və ya qanunsuz əşya olub-olmamasım soruşmuşlar. Həmin vaxt o artıq hər şeyin gec olduğunu görərək polis əməkdaşlarına üzərində kakos yəni ki, heroin olduğunu bildirmişdir. Bundan sonra onu Nəsimi Rayon Polis İdarəsinə getməyi təklif etmişdirlər və birlikdə Nəsimi Rayon Polis İdarəsinə gəlmişlər. Polis İdarəsinə çatdıqda əvvəlcə ondan ad soyad soruşmuşlar, daha sonra isə onu xidməti otaqların birinə aparmışlar, bundan sonra isə hüquqlarının müdafiəsi üçün, öz xahişi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Polis İdarəsinə olduğu zaman üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış aparılacağı bildirilmişdir. Mütəxəssisin və iştirakçıların, eləcə də, hüquqlarını müdafiə edən müdafiəçinin iştirakları ilə üzərinə baxış keçirilən zaman ona üzərində hər hansı bir əşya olub-olmaması, olduğu halda təqdim elməyi təklif olunduqda, bir qədər əvvəl Sovetski adlı ərazidə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 30 (otuz) manata aldığını və üzərində gəzdirdiyi 01 (bir) ədəd bükümü əynində olan şalvarının cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində heç nəyin olmadığını bildirmiş və onun əyində olan paltarlarına baxış keçirilmiş, lakin heç nə aşkar edilməmişdir. Baxış zamanı təqdim etdiyi büküm açılaraq baxılmış və nə olması sual edildikdə, həmin bükümdəki toz şəkilli maddənin kakos yəni ki, narkotik vasitə heroin olduğunu, haradan və nə məqsədlə əldə etdiyini yuxarıda göstərdiyi qaydada bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş bir bükümdə narkotik vasitə heroin ekspertiza tədqiqatına göndərilməsi üçün qablaşdırılaraq götürüləcəyi bildirilmişdir. Aşkar edilmiş narkotik vasitə heroin boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərildikdən sonra içərisinə qoyularaq qablaşdırılmış və möhürlənmiş, eləcə də, zərfin üzəri hər bir iştirakçı tərəfindən imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmışdır. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildikdən sonra isə protokol tərtib edilmiş və hər bir iştirakçı tərəfindən imzalanmışdır. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 28 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də, ondan və Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin sahə inspektoru Fuad Kərimovdan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra 29 fevral 2024-cü il tarixdə o və Fuad birlikdə məlumat əsasında həmin gün saat 13:40 radələrində Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədov küçəsində yerləşən “Abşeron” marketin yaxınlığına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Eminin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasınını, həmin şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1983-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib saxlayaraq Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməmiş, sonuncunu Polis Şöbəsinə apararaq barəsində araşdırma aparılması üçün təhqiqatçı Ramil Əliyevə təhvil vermişlər. Ramil Əliyev də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında müdafiəçinin iştirakı olmadan onların iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli klassik şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü və sol yan cibindən 10 manat pul əskinasını çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində olan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 28 fevral 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhər, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 20 manata əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə 0,29 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Eminin üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Emin tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Binəqədi rayonu ərazisində narkotik vasitələri qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Buna görə də ondan və Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Hüseyn İbişlidən ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O və Hüseyn birlikdə məlumat əsasında həmin gün saat 15:00 radələrində ünvan 7 ünvanının qarşısına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasınını, həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim ecdərək həmin şəxsdən də özünü təqdim etmələrini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1983-cü ildə ünvan 9 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib saxlayaraq Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs isə buna etiraz etmədikdən sonra Polis Bölməsinə apararaq barəsində araşdırma aparılması üçün X6a təhvil vermişlər. X6 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs razılığı əsasında müdafiəçinin iştirakı olmadan onların iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişir. Emin də əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq, həmin bükümün içərisində olan maddənin narkotik vasitə heroin olduğunu, həmin maddəni 14 yanvar 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhər, Nəsimi rayonu, Papanin adlanan yerdə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmvş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərdi ki, qərəzsiz məndəbən «Emin» adlı şəxsin yaşadığı ünvan 11 ünvanında qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində « Emin» adlı şəxsin ünvan 12 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cinayət başında yaxalanması üçün tərəfindən Polis Bölməsinin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul olunmuş qərar bölmə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı X12 ilə birlikdə 25 iyul 2024-cü il tarixdə, saat 19.00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 13 ünvanın qarşısında olduğunu müşahidə etmişlər. Həmin şəxsə yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək birlikdə polis bölməsinə getməyinin vacibliyini bildirmişdirlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs saxlanılma səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək birlikdə polis bölməsinə getmişdirlər. Polis bölməsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafiq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, Polis Bölməsinin inzibati binasındakı otaqların birində Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 ədəd şəffafa sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs üzərində basqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir qeyriqanuni əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmışdır, lakin üzərindən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükülü açılmış və bükülünün içərisində olan ağ rəngli kristallik maddə barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin bükülünün içindəki maddənin el arasında “şüşə” kimi tanınan psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin psixotrop maddəni 25 iyul 2024-cü il tarixdə səhər saatlarında Sovetski adlanan ərazidə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almışdır. Bundan sonra iştirakçılara psixotrop maddəyə bənzər kütlələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümlər zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid3 və Şahid5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid3 və Şahid5 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 01); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:30-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 10:30-dan tutulmuş hesab edilmişdir (Cild İ, i.v. 25); “şəxsi axtarış və götürmə aparılması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd ağ şəffaf sellofan bükümün içərisində olan 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İ, i.v. 34-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4286 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs aşkar edilmiş..” sözləri olan bir ədəd bükümdə təmiz çəkisi 1,847 qram olan açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild İ, i.v. 51); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (Cild İ, i.v. 64); “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair baş müstəntiq Sənan Qurbanovun 24 avqust 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Nəsimi RPİ-in MSYdən dərhal azad edilmişdir (Cild İ, i.v. 81-82); “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 83); “narkotik vasitənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 01 ədəd bükümdə təmiz çəkisi 1,847 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq hissə 1,797 qram narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (Cild İ, i.v. 89-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5796 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild İ, i.v. 107-108); “qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan olunması və tutulduğu halda Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (Cild İ, i.v. 115-116); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs istintaqa təqdim edilənədək dayandırılmışdır (Cild İ, i.v. 118-119); “cinayət işinin icraata qəbul edilməsi və cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrə altında davam etdirilmişdir (Cild İ, i.v. 120-121); “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış fakt üzrə Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (Cild İ, i.v. 124); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:00-da saxlanılmış və saat 19:40-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (Cild İ, i.v. 151-152); “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli idman şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində olan ağ rəngli, kristalşəkilli narkotik maddəyə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İ, i.v. 174-176); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/3820 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən çıxan maddə Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 1,379 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metametamindir (Cild İ, i.v. 183); “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir (Cild İ, i.v. 197-198); “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Ağayarovun vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən həbsdən azad edilmişdir (Cild İ, i.v. 210-211); “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İ, i.v. 212-213); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 5089 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild İ, i.v. 219-220); “psixotrop maddənin maddi sübut kimi tanınması və saxlanılması üçün verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfin içərisindəki 01 bükümdə təmiz çəkisi 1,379 qram olan psixotrop maddə metametamin maddi sübut kimi tanınmış və metamfetaminin 1,329 qram qalıq hissəsi saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (Cild İ, i.v. 226-227); “cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmiş, istintaq ********* nömrə altında davam etdirilmiş və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən, həmin Məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (Cild İ, i.v. 239-245); “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (Cild İİ, i.v. 1); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:30-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 13:40-dan tutulmuş hesab edilmişdir (Cild İİ, i.v. 22); “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli klassik şalvarının sağ yan cibindən isə 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə kristal halında psixotrop maddəyə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İİ, i.v. 35-36); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/1242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №173” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs (imza)” 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metametamindir (Cild İİ, i.v. 46); “cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair istintaq edilən ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir və cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılmışdır (Cild İİ, i.v. 59-61); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (Cild İİ, i.v. 165-166); “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi İsaq Həsənovun 02 mart 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin MSY-dən dərhal azad edilmişdir (Cild İİ, i.v. 185-186); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İİ, i.v. 187-190); “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (Cild İİ, i.v. 64); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:45-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 15:00-dan tutulmuş hesab edilmişdir (Cild İİ, i.v. 84); “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının ön sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində olan narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İİ, i.v. 97-99); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/233 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №176” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,434 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Cild İİ, i.v. 106); “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-dən daxil olmuş üzərində ağ rəngli DVD-R formatmdakı disk məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, həmin “00064.MTS və 00065.MTS” adlı fayla əks edilmiş görüntülər 15 yanvar 2024-cü il tarixdə qeydə almır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-də xidməti otaqlardan biridir. Video görüntüdən müəyyən edilir ki, X6un qarşı sağ hissəsində masa arxasında əyləşmiş şəxs, əynində qara rəngli idman şalvarı və qara rəngli gödəkcə olan şəxs Təqsirləndirilən şəxs, adları təhqiqatçı tərəfindən sadalanan Binəqədi Rayon Polis İdarəsinin 7-ci PB-nin əməliyyat müvəkkilləri Şahid2 və Hüseyn İbişlidir. Video çəkilişin davamında X6 Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Təqsirləndirilən şəxs da, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində narkotik vasitə heroin olmasını, həmin maddəni şəxsi istifadə məqsədi ilə Papanin adlanan yerdə tanımadığı şəxsən 10 manata əldə etdiyini bildirməsi və həmin bükümün zərfə qoyularaq möhürlənməsi video görüntü zamanı qeydə almır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini şəxsi istifadə üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Papanin” adlanan yerdə tanımadığı şəxsdən 10 manata şəxsi istifadə məqsədi ilə əldə etdiyini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirdi (Cild İİ, i.v. 119-120); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan edilmişdir (Cild İİ, i.v. 121-122); “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi İsaq Həsənovun 17 yanvar 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs Binəqədi Rayon Polis İdarəsinin MSY-dən dərhal azad edilmişdir (Cild İİ, i.v. 138-139); “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (Cild İİ, i.v. 140-141); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təsirli bilinərək 1 (bir) il müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir (Cild İİ, i.v. 155-161); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2024-cü il tarixli, 305 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild İİ, i.v. 162-163); “cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılmış ********* nömrəli ciayət işi ibtidai istintaqın davam etdirilməsi üçün icraat qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi olan ********* nömrəli cinayət işinə birləşirilmiş, eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir (Cild İİ, i.v. 208-211); “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır (Cild İİ, i.v. 218); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 12:30-da CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən, saat 11:30-dan tutulmuş hesab edilmişdir (Cild İİ, i.v. 240); “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli idman şalvarının qabaq sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümlərin içərisində olan narkotik vasitə heroinə bənzər kütllər aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İİ, i.v. 249-250); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №194” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; “imza” Təqsirləndirilən şəxs” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 02 (iki) ədəd bükümdən: 01 (bir) ədəd bükümdə təmiz çəkisi 12.521 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 (bir) ədəd bükümdə təmiz çəkisi 9.801 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild İİİ, i.v. 7-8); “cinayət əməlinin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (Cild İİİ, i.v. 20); “təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona yenidən ittiham elan olunmuşdur (Cild İİİ, i.v. 22); “vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir (Cild İİİ, i.v. 45-46); “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (Cild İİİ, i.v. 47-48); “baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun üzərinə 19 noyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqtaçısı, polis kapitanı X4 tərəfindən aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatmı özündə əks etdirən videogörüntülər olan 01 ədəd “DVD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə baxış aparılmış, baxış zamanı məlum olmuşdur ki, aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatmı özündə əks etdirən “DVD” diskdə Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış “şəxsi axtarış və götürmə” istintaq hərəkətinin gedişatmı özündə əks etdirən videogörüııtülər 01 ədəd qovluqda yerləşdirilmişdir. Müəyyən edildi ki, 19 noyabr 2023-cü il tarixdə Suraxanı RPİnin 30-cu PŞ-nin təhqiqtaçısı, polis kapitanı X4 oğlu tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış- aparıl mazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edildi, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim edir.Şəffaf sellofanların ikisi də açıldıqda hər birinin içərisində ağ rəngli kristal formasında maddələrin və ikinci bükümdə isə qəhvəyi rəngli maddənin olduğu görünür. Daha sonra şalvarının sağ yan cibindən 01 ədəd “X15 12” markalı mobil telefonu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin və heroin olduğunu və onları bir gün bundan əvvəl Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində tanımadığı şəxsdən 400 manata özünün şəxsi istifadəsi üçün aldığını bildirdi.Bükümlər təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırıldı və möhürləndi. Təqsirləndirilən şəxs bildirdi ki, videogörüntüdə olan şəxs onun özüdür, “DVD” disklərdə olan görüntülər reallığı əks etdirir və “DVD” disklərdə hər hansı bir montaj və əlavələr edilməmişdir (Cild İİİ, i.v. 50-51); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 xx.xx.2023-cü il tarixli, 7842 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (Cild İİİ, i.v. 61-62); “şəxsin təqsirləndirilən şəxs qismində tutulması və tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan elan edilməsi və tutulan zaman Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nə təqdim edilməsi qərara alınmışdır (Cild İİİ, i.v. 92-93); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır (Cild İİİ, i.v. 99-100); “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (Cild İİİ, i.v. 113- 114); “baxış aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan 077 *** ** ** mobil telefon nömrəsinə aid əhatə dairəsi ilə bağlı texniki məlumatları özündə əks etdirən “CD” diskə “HP” markalı kompyuterdən istifadə etməklə baxış aparılmışdır. Baxış zamanı CD diskdə 077 *** ** ** mobil teıefon nömrəsinin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə əhatə dairəsinin olduğu müəyyən edildi. Baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 00:00:03-dən xx.xx.2023-cü il saat 23:34:44-dək olan müddət ərzində (LBBK4191O3/LBBK4191 Varovski Ofis/"Bakı şəhəri, Binəqədi rayonu, M. Ə.Rəsulzadə qəsəbəsi, Q.Qarayev küçəsi ev 42B”7Binagadi/ (40.42293/49. 83087) Bakı şəhəri, Binəqədi rayonunda qeyd edilən əhatə dairəsində olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 11:07:07 LABS0777O2/LABS0777 Hovsan_Medeniyyet_Evi/"Bakı şəhəri, Suraxanı rayonu, Hovsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi”Surakhany/ (40.356xx/xx.07365), xx.xx.2023cü il tarixdə saat 11:21:40-da LABS5715O5/LABS5715 ZEYTUN_SOVXOZ/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun savxozu N-1 ev 7”/Surakhany/ (40.3924 /50.07967) və xx.xx.2023-cü il tarixdə saat 12:10:18-də isə son olaraq LABS0777O5/LABS0777 Hovsan_Medeniyyet_Evi/"Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi, Aysel kafesi”Surakhany/ (40.356xx/xx.07365) əhatə dairəsində olmuşdur. Bununla Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tərəfimdən cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən zaman ifadəsində qeyd etmiş olduğu, yəni xx.xx.2023-cü il tarixdə saat 23:00-da PPX əməkdaşları tərəfindən saxlanılması barədə bildirdikləri CD diskdə həmin gün üçün qeyd edilən əhatə dairəsi barədə uyğunluq təşkil etmir və ümumiyyətlə Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonun xx.xx.2023-cü il tarixdə Hövsan qəsəbəsi əhatəsində olmadığı müəyyən edildi (Cild İİİ, i.v. 116); “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi ibitidai istintaqın davam etdirilməsi üçün icraata qəbul edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmiş, eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılmışdır (Cild İİİ, i.v. 139-142); “cinayət işi başlama və aidiyyatı üzrə göndərmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqın davam etdirilməsi Xəzər RPİ-nin İŞ-nə verilmişdir (Cild İİİ, i.v. 149); “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:20-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən, saat 13:05-dən tutulmuş hesab edilmişdir (Cild İİİ, i.v. 173-174); “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman onun əynində olan tünd boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün içərisində olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunaraq sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür (Cild İİİ, i.v. 185- 187); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/6071 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №193” dairəvi möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,483 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (Cild İİİ, i.v. 194); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur və ona həmin maddədə nəzərdə tutulan ittihamın mahiyyəti izah edilmişdir (Cild İİİ, i.v. 207); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-32/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azad olunmuşdur (Cild İV, i.v. 6-10); “təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir (Cild İV, i.v. 11); “diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işinin istintaqı ilə əlaqədar Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən təqdim edilmiş 01 ədəd CD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edildi ki, diskin içərisində 03 dəqiqə 09 saniyədən ibarət videogörüntü mövcuddur. Belə ki, videogörüntünün birinci sianiyəsindən etibarən Xəzər RPİ-nin 2-ci PŞnin təhqiqatçısı özünü və çəkilişdə iştirak edən şəxsləri təqdim edir. Video görüntünün 00:30-cu saniyəsindən etibarən təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs onun barəsində suallar verir. Videonun 00:45-ci saniyəsində Təqsirləndirilən şəxs üzərində hərhansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs video görüntünün 00:55-ci saniyəsindən etibarən əynindəki tünd boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoyur. Video görüntünün 01:05-ci saniyəsindən etibarən bükümə təhqiqatçı tərəfindən əyani baxış keçirilir və psixotrop maddə olan metanfetaminə bənzər kütlə aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi büküm ilə bağlı təhqiqatçı tərəfindən sual verilərkən sonuncu həmin bükümün içərisində “metanfetamin” olduğunu, həmin maddəni Maştağa qəsəbəsindən ərazisində tanımadığı şəxsdən 10 manata öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirir. Videogörüntünün 01:25-ci saniyəsindən etibarən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilir, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir (Cild İV, i.v. 22-23); “təqsirləndirilən şəxsin qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilməsi və eyni zamanda cinayət işinin icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozduğuna görə barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı dayandırılmışdır (Cild İV, i.v. 30-31); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (Cild İV, i.v. 33-35); “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmişdir (Cild İV, i.v. 36); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (Cild İV, i.v. 37); “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində seçilmiş başqa yerə getməmək barədə qətimkan tədbirinin dəyişdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad olunmuş və barəsində xx.xx.2024-cü il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz olunmuşdur (Cild İV, i.v. 39-40); “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (Cild İV, i.v. 49- 52); “cinayət işi üzrə icraatının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır (Cild İV, i.v. 54-56); “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (Cild İV, i.v. 58-60); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 9,801 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 12,521 qram olan narkotik vasitə olan heroinin maddi sübut kimi tanınması, qalıq qalmış 12,471 qram çəkidə narkotik vasitə heroin, 9,751 qaram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,434 qram olan narkotik vasitə heroinin maddi sübut kimi tanınması, və qalıq qalmış 0,384 qram çəkidə narkotik vasitə heroin saxlanış üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,483 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 0,433 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,208 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və qalıq qalmış 0,158 qram çəkidə psixotrop maddə metamfetamin saxlanış üçün Binəqədi Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilməsi, iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 04 ədəd DVD farmatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi, iş üzrə "xxxx" MMC-dən götürülmüş 02 ədəd CD formatlı disk disk sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınması və istintaq materiallarına əlavə edilməsi qərara alınmışdır (Cild İV, i.v. 91-118); “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni “müəyyən edilməsi üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işinin ayrılması, icraatına qəbul edilərək istintaqının aparılması, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətlərini tərtib edilmiş siyahı üzrə çıxarılmaqla, ayrılmış ********* nömrəli cinayət işinə əlavə olunması qərara alınmışdır (Cild İV, i.v. 120-123); “təqsirləndirilən şəxs qismində cəlb olunması haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild İV, i.v. 158); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 12 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir (Cild İV, i.v. 129-130); “cinayət işinin ibtidai istintaqının dayandırılması haqqında” 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xəstə olduğundan və onun istintaq hərəkətləri aparmaq mümkün olmadığından cinayət işinin icraatı dayandırılmışdır (Cild İV, i.v. 151-152); “cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” xx.xx.2024cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (Cild İV, i.v. 155); “qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün axtarış elan olunması və tutulduğu halda Nəsimi RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır (Cild İV, i.v. 174-175); “axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:45 radələrində ünvan 14 ünvanının qarşısında saxlanılaraq Nəsimi RPİ-nə gətirilmişdir (Cild İV, i.v. 166; “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (Cild İV, i.v. 167-172); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir (Cild İV, i.v. 185-186); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-639/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 13 noyabr 2024-cü il tarixdən, saat 19:45-dən hesablanmaqla 2 (iki) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (Cild İV, i.v. 218-229); “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin antenn məlumatları əks olunan Azerfon MMC-dən daxil olmuş AZF/LGL-296/24 nömrəli məktubun qoşmasında olan 01 ədəd CD diskin içərisindəki məlumatlara baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs mobil nömrəsi xx.xx.2023-cü il tarixdə saat 01:39-dan başlayaraq Hövsan_TM “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan kəndi” ünvanında əhatə dairəsində olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 02:09-da Zeytun Sovxoz “ünvan 17 ünvanının əhatə dairəsində olmuşdur, baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxt PPXB əməkdaşları tərəfindən saxlanılmış və əvvəlcə Suraxanı RPİ-yə daha sonra isə Suraxanı RPİ-nin 30-cu PB-yə aparılmışdır. xx.xx.2023-cü il tarixdə saat 02:26 və saat 03.00-da Qarabağ Stadium “ünvan 18 ünvanının əhatə dairəsində, yəni Suraxanı RPİ-nin inzibati binasının əhatə dairəsində olmuşdur, Təqsirləndirilən şəxs həmin vaxt Suraxanı RPİ-nin inzibati binasında olduğunu bildirdi. xx.xx.2023-cü il tarixdə saat 03:33, 04:31, 10:37, 10:55, 11:07 və 12:10-da isə Hövsan Mədəniyyət evi “Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 11-ci sahil döngəsi Aysel kafesi” ünvanının əhatə dairəsində yəni ki, Suraxanı RPİ-nin 30-cu PB-ənin əhatə dairəsində olmuşdur, baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirdi ki, həmin vaxtlarda Suraxanı RPİ-nin 30-cu PB-də saxlanılmışdır (Cild İV, i.v. 245); “sübutların qiymətləndirilməsi haqqında” 06 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda ümumi təmiz çəkisi 12.521 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin və 9,807 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin aşkar edilməsi faktı sübuta yetmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi və cinayət işi materiallarından ********* nömrəli cinayət işi ayrılaraq ərazi aidiyyəti üzrə Suraxanı RPİ-yə göndərilməsi, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkib əlamətlərinin olması sübuta yetmədiyindən barəsində həmin maddələrlə cinayət təqibinin başlanmasının rədd edilməsi və iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi olmasının iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs hər beş fakt üzrə əməllərində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət işinin başlanılmasının rədd edilməsi və Təqsirləndirilən şəxs həmin hissədə təqsirsizliyini təsdiq edən sənədlərin surəti çıxarılaraq ibtida araşadırmaya prosessual rəhbərliyi həyata keçirən Nəsimi rayon prokurorluğuna göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanılmasının rədd edilməsi və əməlində Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi müəyyən edildiyindən məsuliyyətini ağırlaşdıran hal hesab edilməsi, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminləri və narkotik vasitə heroinləri könüllü olaraq təqdim etməsinə görə ona CM-nin 234-cü maddəsinin qeydinin 1-ci bəndi tətbiq edilməməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,434 qram çəkidə narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və 0,384 qram qalıq hissəsinin Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə saxlanılması üçün verilməsi haqqında qəbul edilmiş qərarın iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,483 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və 0,433 qram qalıq hissəsinin Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə saxlanılması üçün verilməsi haqqında qəbul edilmiş qərarın iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,208 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və 0,158 qram qalıq hissəsinin Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə saxlanılması üçün verilməsi haqqında qəbul edilmiş qərarın iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,379 qram çəkidə psixotrop maddə metamfetaminin iş üzrə maddi sübut kimi tanınması və 1,329 qram qalıq hissəsinin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə saxlanılması üçün verilməsi haqqında qəbul edilmiş qərarın iş üzrə nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,847 qram çəkidə narkotik vasitə heroinin iş üzrə maddi sübut kimi tanınması və 1,797 qram qalıq hissəsinin Nəsimi RPİ-nin Növbətçi Hissəsinə saxlanılması üçün verilməsi haqqında qəbul edilmiş qərarın iş üzrə nəzərə alınması, 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınması, 22 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınması, 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınması, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınması, 22 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınması qərara alınmışdır (Cild İV, i.v. 256-278); “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (Cild İV, i.v. 281- 282); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir.Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən heroinin ümumi təmiz çəkiləri 0,434 qram və 1,847 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminin təmiz çəkiləri 0,483 qram, 0,208 qram və 1,379 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdarlar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməllərindən səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-376/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü) hazırkı cinayət əməllərini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə də, Azərbaycan Respublikası CM-nın 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun cəzasının sonu ilə azad edilməsindən, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlinin ilk epizodunu 15 yanvar 2024-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 11 (on bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk, 22 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk, 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk və 22 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 31 yanvar 2025-ci il – 25 aprel 2025-ci il tarixlərdə keçirilmiş 07 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 21 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 16 may 2025-ci il – 05 avqust 2025-ci il tarixlərdə keçirilmiş 05 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat olmaqla, cəmi 291 (iki yüz doxsan bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu ümumi 11 (on bir) gün müddət ona təyin edilmiş 2 (iki) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 13 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Binəqədi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalığı 0,384 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalığı qalığı 0,433 qram və 0,158 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalığı 1,329 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalığı 1,797 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 15 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk, 22 yanvar 2024cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk, 29 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk və 22 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD formatlı disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 463 (dörd yüz altmış üç) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilmək üçün 27 (iyirmi yeddi) iş saatına görə 291 (iki yüz doxsan bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 2 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar