Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-211/2022 22.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittihamçı X4 E.R.Nağıyevanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətçi T.Ə.Novruzova şikayətini onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda əvvəllər qonşuluqda yaşayan E.R.Nağıyeva daha sonra yaşadığı mənzili kirayə verərək ünvandan köçmüşdür. Kirayə verdiyi şəxs həmin mənzildə repititor fəaliyyəti göstərir. Hazırlığa gələn tələbələr ümumi istitadəli olan liftdən istifadə etdikdə düzgün istifadə etmədiklərinə görə, yəni liftin içərisini dağıdıqları üçün müəlliməyə yaxınlşaraq bu barədə iradımı bildirdim ki, tələbərə nəzarət etsin. Mənim bildirdiyim iradı həmin müəllimə ev sahibi olan E.R.Nağıyevaya bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə təxminən saat 11-12 radələrində yaşadığım evdə olarkən mənzilin giriş qapısının möhkəm döyüldüyünü, hətta sındırılma həddinə çatdığını eşitdim. Dərhal mənizilin giriş qapısını açan zaman E.R.Nağıyevanın qapını döydüyünü gördüm. Qapını açan kimi sonuncu mənim üzərimə hücüm edərək hansı haqqla kirayə verdiyi mənzildə repititorluqla məşğul olan şəxsə irad bildirdiyini deyərək nalayiq formada onu təhqir etməyə başladı. O, E.R.Nağıyevanı sakitləşdirmək istəsə də sonuncu nalayiq formada onu təhqir etməyə başladı. Həmin zaman E.R.Nağıyeva onu nalayiq formada təhqir edərək şəxsiyyətini alçaltmasını qonşusu hadisənin şahidi olan, ünvan 1 ünvanda yaşan X5 görmüşdür. Lakin E.R.Nağıyeva xanım olması səbəbindən qonşusu heç bir müdaxilə etməmişdir ki, yeni mübnahisə başlamasın. Bütün bunlara baxmayaraq E.R.Nağıyeva öz çirkin əməlinə bir neçə dəqiqə ərzində davam etmiş və daha sonra sonuncu həmin ünvandan uzaqlaşmışdır. E.R.Nağıyevanın törətdiyi əməl ilə bağlı Nəsimi RPİ-nin 19-cu PŞ- nə ərizə ilə müraciət etmiş və aparılmış araşdırma zamanı polis şöbəsində qeyd etdiyim halların araşdırılmasının məhkəmə orqanları səlahiyyətinə aid olması bildirildi. Yuxarıda göstərilənlərə əsasən X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi P.Ş.Hümbətov E.R.Nağıyevanın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ilə cinayət təqibinin başlanılmasına dair xüsusi ittiham qaydasında verilmiş şikayətin Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib edilmədiyindən və şikayətçinin məhkəmənin hazırlıq iclasına üzürlü səbəblər olmadan təkrarən gəlməməsi səbəbindən şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı bunun səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclasına təkrarən gəlməmişdir. Belə ki, məhkəmənin 15 iyul 2022-ci il tarixli iclasının vaxtı və yeri haqqında 10 iyul 2022-ci il tarixdə, 15 iyul 2022-ci il tarixli iclasının vaxtı və yeri haqqında 15 iyul 2022-ci il tarixdə xüsusi ittihamçı T.Ə.Novruzova məlumatlandırılsa da sonuncu səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclaslarına gəlməmişdir. Məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisini dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittihamçının ittiham səciyyəli dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı səbəblərdən şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzürlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə isə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzürlü səbəblər olmadan təkrarən gəlməməsi hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya əsas verir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına üzürlü səbəblər olmadan təkrarən gəlməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayəti vermiş T.Ə.Novruzova məhkəmənin hazırlıq iclasına üzürlü səbəblər olmadan təkrarən gəlməməsi səbəbindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.8, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-211/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-211/2022
22.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver