Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-211/2025 08.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittihamçı X8 və onun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs X3, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi İsgəndər oğlunun iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Salyan rayonu, Xalac kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, İlqar Abbasov küçəsində yerləşən nömrəsiz evdə yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X1 və X3 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibi mövcud olduğuna görə onların həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X8 vəsatətinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-211/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə X1 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair 1(006)-211/2025 saylı cinayət işi üzrə icraatın X2 aid hissəsi ayrıca icraata ayrılmışdır. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, vəfat etmiş qardaşı X7 qızı X5 xx.xx.2024-cü ildə Bakı İnzibati Məhkəməsində keçirilmiş açıq şifahi məhkəmə baxışı zamanı onu mülkiyyətində olan evin sənədlərini pulla almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etmişdir. Qeyd edilən sözləri X5 açıq məhkəmə iclasında, hakimin, katibin, iclas zalında olan 20-yə yaxın vətəndaşın yanında ucadan söyləmiş, bununla da ona bilərəkdən böhtan atmışdır. Vəfat etmiş qardaşı X7 arvadı X9 xx.xx.2024-cü ildə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək onu mülkiyyətində olan evin çıxarışını saxta yolla almaqda, yəni sənəd saxtalaşdırmaqda, çıxarışı 25000 manata almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etmişdir. Azərbaycan Respubikasının CMnin 312.1-ci maddəsinə əsasən rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə cəzalandırılan cinayət əməli hesab edilmişdir. Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan, 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə-min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət əməlləridir. Onu da bildirir ki, X1 və X3 ona böhtan atmasının, şərəf və ləyaqətini alçaltmasının, cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərməsinin səbəbi qisas almaq məqsədi güdür, belə ki, həmin şəxslər onun evində faktiki yaşamadığı üçün o, onların və yaxınlarının evindən qeydiyyatdan çıxarılması barədə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 147.1-ci maddəsinə əsasən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma böhtan sayılır. CM-nin 147.1-ci maddəsinin tələbləri baxımından onu qeyd edir ki, X5 tərəfindən yalan olduğunu bilə-bilə onun barəsində yuxarıda qeyd edilən məlumatların bildirilməsi onun şərəf və ləyaqətini ləkələmiş, onu həm iclasda iştirak edən vəkilinin, həyat yoldaşının, habelə ümumiyyətlə onu tanıyan və tanımayan şəxslərin yanında nüfuzdan salmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarına görə, yayma dedikdə, başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları bir şəxsə, bir neçə şəxsə yə yaxud qeyri-müəyən şəxslər dairəsinə bildirmə başa düşülür. Həmin plenum qərarında həmçinin o da göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmiş ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və İctimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə,və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə kütləvi informasiya vaşitpşində və ya kütləyi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləyi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin l hissəsinə görə hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İİ hissəiinə görə şəxsiyət ləyaqəti dövlət tərəfindən qorunur. Heç bır hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sorıra CPM) 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 74.2ci maddəsinə əsasən uzanan və yə davam edən cinayətlərin töıədılməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. X5 onun sənədləri pulla, yəni rüşvət verməklə almasını barədə məhkəmə iclasında 20 nəfərə yaxın şəxsin yanında ucadan bildirməsi Bakı İnzibati Məhkəməsinin ünvan 3 ünvan isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ünvanıdır. X3 onu saxta yolla çıxarış almaqda, 25000 manata çıxarış almaqda ittihamının əks olunduğu ərizə də Bakı İnzibati Məhkəməsinə təqdim edilmişdir, ünvan 5 ünvan isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ünvanıdır. Şikayətin faktiki hallarına və hüquqi əsaslarına görə hesab edir ki, ona qarşı törədilmiş böhtan xarakterli cinayətin törədilmə yeri Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov, ev 56 olduğuna görə, hazırki şikayətin məhkəmə aidiyyəti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsidir. X1 və X3 əməllərində CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcuddur və buna görə də o, həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalıdır. Daha sonra xüsusi ittihamçı X8 məhkəməyə ünvanlandığı ərizədə göstərilmişdir ki, hal-hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə icraatda təqsirləndirilən şəxslər qismində çıxış edən X5 xx.xx.2024-cü ildə Bakı İnzibati Məhkəməsində keçirilmiş açıq şifahi məhkəmə baxışı zamanı onu mülkiyyətində olan evin sənədlərini pulla almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etmişdir. Qeyd edilən sözləri X5 açıq məhkəmə iclasında, hakimin, katibin, iclas zalında olan 20-yə yaxın vətəndaşın yanında ucadan söyləmiş, bununla da ona bilərəkdən böhtan atmışdır. Təqsirləndirilən şəxs X9 isə xx.xx.2024-cü ildə Bakı İnzibati Məhkəməsinə ərizə təqdim edərək onu mülkiyyətində olan evin çıxarışını saxta yolla almaqda, yəni sənəd saxtalaşdırmaqda, çıxarışı 25000 manata almaqda, yəni dövlət orqanına rüşvət verməklə mənzili mülkiyyətinə rəsmiləşdirməkdə ittiham etmişdir. Hər iki şəxs onu ağır cinayətdə - AR CM-nin 312.2-ci maddəsində göstərilən əməldə ittiham etmişdir. AR CM-nin 312.2-ci maddəsinə əsasən vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə - səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. AR CM-nin 312.2-ci maddəsində göstərilən əməl ağır cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Odur ki, təqsirləndirilən şəxslər X1 və X3 əməllərinin AR CM-nin 147.1-ci maddəsindən 147.2-ci maddəsinə tövsif edilməsini və həmin şəxslərə AR CM-nin 147.2-ci maddəsinin sanksiyası hissəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X11 şikayət ərizəsində göstərilənləri müdafiə edərək, X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə cnayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X9 Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X11 onu əsassız olaraq ittiham edir. Mübahisə ondan başlayır ki, onlar hamısı ümumi həyətdə yaşayırlar. X11 onun qaynıdır, rəhmətlik yoldaşının kiçik qardaşıdır. O, 1984-cü ildə ailə qurandan bugünə qədər ünvan 1 ünvanında qeydiyyatdadır və hal-hazıra kimi həmin ünvanda yaşayır. Belə ki, əvvəllər o, yoldaşı və dörd qız övladı ilə qayınatasına məxsus orderli mənzil tipli köhnə tikilidə yaşayırdılar. Yoldaşının qardaşları da ailə qurduqdan sonra ailə tərkibinin böyüməsilə əlaqədar həmin mənzil ətrafında olan sənədsiz torpaq sahəsində yoldaşı və X4 hərə özünə ayrıca fərdi yaşayış evi inşa etdirmişdir. Hərə öz ailəsi ilə öz şəxsi evinə köçüb yaşasa da, evlərin sənədi olmadığına görə hamılıqla orderli köhnə tikilidə qeydiyyatda olmuşlar. Qayınatası və qayınanası rəhmətə getdikdən sonra mülk üstündə ara-sıra söz-söhbətlər olmuşdur. Yoldaşı 2022-ci ilin avqust ayında rəhmətə gedəndən sonra bu söz-söhbət daha da şiddətlənmişdir. Belə ki, onların xəbəri olmadan, onları vərəsə kimi məhkəmə işinə üçüncü şəxs qismində cəlb etmədən, X4 məhkəmə işi açdırmış və qayınatasına məxsus orderli evi xx.xx.2024 tarixində şəxsi mülkiyyətinə keçirmişdir və bu çıxarış əsasında məhkəmə işi açdırıb onu və ailəsini qeydiyyatdan çıxarmaq istəyir. Halbuki, onların qeydiyyata düşə biləcəkləri başqa yerləri yoxdur. Bakı İnzibati Məhkəməsində xx.xx.2024-cü il tarixli iclasda hakim Bəhlul Cəlalovun qərarı ilə onları qeydiyyatdan çıxarma iddiaları təmin olunmuşdur. Həmin tarixdə məhkəmə iclasından sonra Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalova ərizə ilə müraciət edib işin araşdırılmasını xahiş etmişdir. Ərizədə bildirmişdir ki, X4, o və ailə üzvləri qeydiyyatda olduqları halda, evi saxta yolla öz adına keçirmiş, onu və ailəsini qeydiyyatdan çıxarır. Bu ərizədə onun məqsədi hüquqlarının pozulması barədə müvafiq orqanların araşdırma aparması üçün müraciət etmək olmuş, bu halda heç bir cinayət tərkibi yaranmır. Onun ərizəsi böhtan xarakteri daşımır, çünki o, sadəcə faktlara əsaslanan şübhələrini və gördüyü hüquq pozuntularım qeyd etmişdir. Onun məqsədi qarşı tərəfə zərər vermək və ya onun nüfuzunu alçaltmaq deyil, yalnız hüquqlanını qorumaq olmuşdur. X4 isə bunu səhv başa düşüb ona qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etmişdir. Məhkəməyə verdiyi ərizə şəxsi müşahidə və eşitdiyi sözlərə əsaslanmış, heç bir yalan və böhtan məqsədi daşımamışdır. Belə ki, X4nun qızı - X13 bu hadisələr baş verməmişdən bir-neçə ay əvvəl şəxsən qızlarının yanında belə bir ifadə işlətmişdir: “Bir dənə tanış tapmışıq bu yaxınlarda, danışmışam da, prosto elə bir məbləğ oxudu ki, əslində başqa çıxış yolu olmayan adam məcbur razılaşmalı olarıq bəlkə. İyirmi beş min manata kupça verilir”. Onun bu ifadəsinə görə, qeyri-qanuni yolla evə sənəd almalarına dair onda şübhələr yaranmışdır. Məhz bu səbəbdən məhkəməyə ərizə ilə müraciət etmişdir. Həmin ifadənin səsləndirildiyi danışıq səsyazma şəklində onda mövcuddur və sübut kimi məhkəməyə təqdim edə bilər. Deməyi odur ki, məhkəməyə verdiyi ərizə yalnız hüquqi proseslərə dair şəxsi narahatlığını bildirmək məqsədi daşımışdır və heç bir şəkildə təhqir və ya böhtan xarakteri daşımamışdır. Onun ərizəsi böhtan xarakteri daşımır və ona qarşı irəli sürülən ittihamlar əsassızdır. Onun niyyəti yalnız hüquqlarını müdafiə etməkdir. Onun bu ərizəsi yalnız məkəmənin araşdırması üçün təqdim edilmiş hüquqi sənəddir və ictimaiyyətə yalan məlumat yaymaq məqsədi daşımır. O, ərizəni qanuni hüquqlarının qorunması məqsədi ilə məhkəməyə vermişdir. İctimaiyyət arasında yalan məlumat yaymaqla bağlı ittihamların əsassız olduğunu vurğulamaq istəyir, çünki o, ərizəni yalnız Məhkəməyə təqdim etmiş, heç bir formada geniş yaymamışdır. O, qanunlara hörmət edir və istənilən vaxt məhkəməyə əlavə sübut və izahat verməyə hazırdır. Ona qarşı qaldırılan ittiham əsassız olduğuna görə barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X3 Bakı İnzibati Məhkəməsinin hakimi Bəhlul Cəlalova ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizənun surətindən görünür ki, ərizənin məzmunu aşağıdakı kimidir: “Mən, X9 və ailə üzvlərim qeydiyyatda ola-ola, qaynım X12 öz adına saxta yolla çıxarış çıxarıb evə (ünvan: ünvan 8v bizi qeydiyyatdan çıxarmaq istəyir. Biz narazıyıq. Qeydiyyatdan çıxmaq istəmirik. Vüqarın saxta yolla çıxarışı çıxarması ilə bağlı əlimizdə sübut, dəlil var, qızı Lalə Quliyevanın səs yazması, 25000 manata çıxarış almaqla bağlı. Xahiş edirəm bu işə ciddi yanaşasınız. Bizim ailədə 3 məktəbli uşaq (kiçik yaşda), 2 kiçik körpə, biri boşanmış qızım uşaqlı, mən və dörd (4) qızım var. Bu işə xahiş edirəm düzgün araşdırılsın. X15 şəhid atasıdır. X9. Tarix: xx/xx/2024 imza”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma - min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 42.1.1-ci maddəsinə əsasən cinayət hadisəsi olmadıqda, 42.1.2-ci maddəsinə əsasən cinayət tərkibi olmadıqda, 42.1.3-cü maddəsinə əsasən cinayətin törədilməsinə aidiyyatı olmadıqda, 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Avropa insan Hüquqları Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Hoanq Fransaya qarşı” işində Avropa Məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “Azərbaycan Respublikası CPM-nin 397.1 -ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da, işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə araşdırması zamanı xüsusi ittihamçı X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, X9 tərəfindən X4nun 25000 manata öz adına saxta yolla çıxarış almasına dair məlumat yalnız məhkəməyə ünvanlanmış ərizədə göstərilmiş və həmin ərizə məhkəmənin elektron sisteminə əlavə edilmişdir. Bu isə həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və şəxsin hərəkətinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Beləliklə məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X6 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından X6 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.2, 42.2.2, 344-350, 352-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X3 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi olmadığından, ona həmin maddə ilə bəraət verilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-211/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-211/2025
08.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver