Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-213/2025 05.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nəsimi rayonu, X20 küçəsi, ev 159 ünvanında yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,296 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 26 oktyabr 2024-cü il tarixdə, saat 23:30-da ünvan 2 ünvanın qarşısında saxlanılaraq 22-ci polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtanş keçirilən zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,296 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun oğurluqla bağlı cinayət işi olmuş, həmin cinayət əməlinə görə məhkum olunmuş və cəzasını çəkərək azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməkdaşları ona zəng vuraraq, onu polis şöbəsinə dəvət etmişlər. O, işlədiyi üçün polis şöbəsinə gedə bilməmişdir. Polis əməkdaşları ona dəfələrlə zəng vurmasına baxmayaraq, o, polis şöbəsinə getməmiş, hətta buna görə Nicat adlı polis əməkdaşı ilə mübahisə etmişdir. 26 oktyabr 2024-cü il tarixdə Əhməd Rəcəbli küçəsində yerləşən “Continental” oteldə olan zaman dörd nəfər polis əməkdaşı onun qaldığı otağa daxil olaraq onu döymüşlər. Daha sonra polis əməkdaşları onu məcburi formada oteldən çıxararaq avtomobilə əyləşdirərək polis şöbəsinə aparmışlar. Yolda və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən döyülmüşdür. Polis Şöbəsində olan zaman polis əməkdaşı ona psixotrop maddə metamfetamin verərək bildirmişdir ki, videoçəkiliş olacaq və həmin videoçəkilişdə cibində olan metamfetamin çıxararaq ona məxsus olması barədə etirafedici ifadə verməlidir. O, dəfələrlə döyüldüyü üçün məcbur qalaraq polis əməkdaşlarının təqdim etdikləri metamfetaminin ona məxsus olması barədə etirafedici ifadələr vermişdir. Lakin, həmin psixotrop maddə metamfetamin ona məxsus olmamışdır. O, əvvəllər narkotik vasitə istifadə etsə də, lakin tutulan zaman narkotik vasitə istifadə etməmiş, üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Ona verilmiş ittihamda 26 oktyabr 2024-cü il tarixdə saat 23:30-da “Kubinka” adlanan ərazidə tutulması qeyd olunsa da, o, 26 oktyabr 2024-cü il tarixdə Əhməd Rəcəbli küçəsində yerləşən “Continental” oteldə tutulmuşdur. O, tutulduqdan sonra saat 21 radələrində polis şöbəsindən onun bacısına zəng vururlaraq tutulması barədə məlumat verilmişdir. Onu dörd nəfər polis əməkdaşı tutmuş və həmin polis əməkdaşları onu döymüşlər. O, döyülməsi barədə prokurorluğa müraciət etsə də, onu 19 gün sonra ekspertizaya aparmışlar. Həmin vaxt isə onun yaraları sağalmış, hər hansı xəsarəti olmamışdır. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Belə ki, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə inspektoru X11 ifadəsində göstərdi ki, xx xxxxx 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri özü, digər üzvü isə Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X11 olmuşdur. Bununla əlaqədar 26 oktyabr 2024-cü il tarixdə saat 23:30-da ünvan 2 ünvanın yanında onu görüb saxlamışdırlar. Xidməti vəsiqələrini göstərərək ölərini ona təqdim etmiş və onu Nəsimi rayon polis idarəsinin 22-ci Polis şöbəsinin inzibati binasına dəvət etmişdirlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər kollegiyasının “Xəzər Konsaltinq” vəkil bürosundan müdafiəçi dəvət olunmuşdur. Onun, Nəsimi RPİ-nin 22-ci PŞ-nin sahə inspektoru, polis baş leytenantı X5, müdafiəç nin iştirakı ilə Nəsimi RPİ-nin KTQ-nun ekspert-kriminalisti, polis kapitanı X4 videoçəkiliş aparması ilə Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X12 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şübhəli şəxsə Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edildikdən sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs əlini əynində olan boz rəngli cins şalvarın sağ yan cibinə salaraq oradan 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu haradan və necə əldə etməsi barədə suallar vermiş, şübhəli şəxs isə şəffaf sellofan kəsiyinə bükülmüş maddənin metamfetamin adlanan maddə olduğunu, “Kubinka” adlanan ərazidən tanımadığı şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını, həmçinin o saxlanılarkən və ya polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən axtarış keçirilmiş və üzərində hər hansı əşya və ya predmet aşkarlanmamışdır. Bundan sonra şübhəli şəxs tərəfindən təqdim edilmiş bükümün içərisi açılmaqla ağ rəngli, kristallik maddə olduğu dəqiqləşdirilmiş, həmin bükümü içərisi boş olan zərfə qoyaraq qablaşdırmış və 190 nömrəli möhürlə möhürləmişdir. Özü də daxil olmaqla iştirakçıların hər biri zərflərin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq özü və digər iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən, idarəyə gətirilərkən və barəsində şəxsi axtarış və götürmə keçirilərkən ona hər hansı pisixi və fiziki təsir edilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirində o və Şahid iştirak etmişdir. Nicat Məmmədov isə əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Belə ki, Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdə, saat 23:30 radələrində ünvan 2 ünvanın qarşısında saxlanılmışdır və həmin vaxt Təqsirləndirilən şəxs qarşı hər hansı hər hansı pisixi və fiziki təsir edilməmişdir. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs bacısı şöbəyə gəlmiş və onlar görüşmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sabiq əməliyyat müvəkkili Şahid X11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin əməliyyat müvəkkili X6 ifadəsində göstərdi ki, işin mahiyyəti üzrə hər hansı bir məlumatı yoxdur. Belə ki, o, Təqsirləndirilən şəxs saxlanılması üçün keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməmişdir. O, Təqsirləndirilən şəxs tanımır, sonuncunun tutulmasında o, iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); “şübhəli şəxsin tutulması haqqında” 27 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 oktyabr 2024-cü il tarixdə, saat 00:45-də CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 26 oktyabr 2024-cü il tarixdən, saat 23:30-dan tutulmuş hesab edilmişdir (i.v. 23-24); “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 27 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildikdə o, əynində olan şalvarının sağ yan cibindən 1 ədəd bükümü könüllü olaraq təqdim etmişdir. Həmin bükümü bir gün öncə “Kubinka" adlanan yerdən tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata əldə etdiyini bildirmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara baxış keçirilmiş, hər hansı qeyri-qanuni əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra boş zərf götürülərək, həmin zərfin içərisi iştirakçılara göstərilmiş, həmin bir ədəd bükülü boş zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmin zərf DİN-in “190" saylı möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Baxış otaqda süni işıqlardırma şəraitində aparılmış, baxış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə edilmiş, tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxslər qismində saxlanılmış Təqsirləndirilən şəxs ucadan oxunduqdan sonra, tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatət olmamışdır (i.v. 40-41); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 oktyabr 2024-cü il tarixli, 6/5023 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün № 190” dairəvi möhür əksi, “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,296 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir (i.v. 46-49); “diskə baxış keçirilməsi haqqında” 27 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, diskin içərisində 01 ədəd videogörüntü faylı mövcuddur. Həmin fayla baxış keçirdikdə videogörüntü faylının adının “00000" olması, faylın 09 dəqiqə 24 saniyədən ibarət olduğu müəyyən olunur. Belə ki, videogörüntünün birinci saniyəsindən etibarən Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X12 özünü təqdim etməklə 27 oktyabr 2024-cü il tarixdə Nəsimi RPİ-nin 22-ci PŞ-nin inzibati binasında şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirildiyini elan edir. Daha sonra müvafiq qaydada Nəsimi RPİ-nin 22-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid, Nəsimi RPİ-nin 22-ci PŞnin sahə inspektoru, polis baş leytenantı X11, Nəsimi RPİ-nin KTQ-nun ekspertkriminalisti, polis kapitanı X7, eləcə də saxlanılaraq polis idarəsinə şübhəli şəxs qismində dəvət edilmiş xx xxxxx 1997-ci ildə Mingəçevir şəhərində anadan olmuş, AR vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, Füzuli rayonu, Horadiz kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X9 təqdim edir. X13 26 oktyabr 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri ilə saxlanılmış şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə olunmaqla müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirdiyini elan edir. Şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu, onu saxlamış şəxsləri əvvəldən tanımadığını, ona qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilmədiyini, çəkilişə etiraz etmədiyini bildirir. Daha sonra təhqiqatçı şübhəli şəxsə üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub olmamasını, əgər varsa, könüllü təqdim etməsini təklif edir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb metamfetamin adlanan maddə olduğunu bildirməklə masanın üzərinə qoyaraq təqdim etdi. Təhqiqatçı şübhəli şəxsdən təqdim etdiyi bükümün nə olması, onu harada və necə əldə etməsi barədə suallar verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin bükümün içərisində metamfetamin adlandırılan maddə olduğunu, həmin maddəni “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 15 manat ödəməklə şəxsi istfadəsi məqsədi ilə aldığını bildirir. Bundan sonra təhqiqatçı X12 şübhəli şəxs tərəfindən təqdim edilmiş şəffaf bükümün içərisində ağ rənli metamfetaminə bənzər maddə olduğunu müəyyən edir. Bundan sonra şəxsin üzərində təhqiqatçı tərəfindən axtarış keçirilir və üzərində hər hansı əşya və ya predmet aşkarlanmır. Müdafiəçinin ünvanladığı sualdan sonra Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra psixotrop maddə istifadə etməyə başladığını, həmin vaxtdan istifadəçisi olduğunu bildirir. Aşkar edilmiş bükümlərin hər biri ayrı-ayrılıqda təhqiqatçı tərəfindən müvafiq ekspertizaya göndərilməsi üçün boş zərfə qoyularaq qablaşdırıldı. Ardınca isə zərf möhürlə möhürlənir. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş bitir (i.v. 62-63); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 okyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin qərar ona 28 oktyabr 2024-cü i tarixdə, saat 10:40da elan edilmişdir (i.v. 64-65); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-607/2024 nömrəli qərardan görünür ki, vəsatətin təmin olunması, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi, həbsdə saxlama müddətinin əvvəlinin 26 oktyabr 2024-cü il tarixdən, saat 23:30-dan hesablanması qərara alınmışdır (i.v. 86-89); “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” 01 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,296 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyindən cinayət işi üzrə maddi sübut hesab edilən və tədqiqqatdan sonrakı qalıq çəkisi 0,246 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 93-94); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, sonuncu dəfə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 66.2-ci maddəsinə əsasən 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay 15 gün vaxtından əvvəl şərti azad olunmuşdur (i.v. 97-98); Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur (i.v. 100-115); Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1094/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır (i.v. 116-121); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-785/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 03 ay 15 gün müddətini çəkməkdən şərti olaraq vaxtında əvvəl azad edilmişdir (i.v. 122-125); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 29 oktyabr 2024-cü il tarixli, 7045 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 126-127); “diskə baxış keçirilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə ünvan 3 ünvanda yerləşən Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin X10 xidməti otaqda 17 yanvar 2025-ci il tarixində saat 17:10 dəqiqədə tərtib etməyə başladım həmin protokolu ondan ötrü ki, qeyd edilən cinayət işi üçün sübut əhəmiyyəti kəsb edən, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli, AZF/LGL-04/25 nömrəli məktuba əlavə edilmiş bir ədəd CD-R diskə baxış keçirdim. Baxış zamanı aşağıdakılar müəyyən edildi. «CD-R» formatlı, «BİNGO 20x CMC» adlı disk kompüterin disk oxuducusu vasitəsilə açıldıqda içərisində 3 (üç) ədəd «Microsoft Edge PDF Document» formatlı fayl olduğu müşahidə edilildi. Belə ki, bunlar: 1-ci fayl - Mushteri zenglerinin detallashmasi_MSİSDN_709435949, 2-ci fayl - SMS detallashması_MSİSDN_709435949, 3-cü fayl -Zenglerin_Mexsusluq_Tarixceleri_**********0030_____709435949_NAR_4 fayllardır. Yuxarıda göstərilən fayllarda Təqsirləndirilən şəxs adına olan ********** saylı telefon nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək daxil olmuş, çıxan zənglər, habelə SMS-lərin olmasına baxmayaraq baxılan iş üçün əhəmiyyət kəsb edə biləcək məlumatların olması müəyyən edilmədi. Protokol 17 yanvar 2024-cü il tarixində saat 17:30 dəqiqədə ünvan 3 ünvanda yerləşən X10 xidməti otaqda tərtib edilib başa çatdı (i.v. 155); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 0,296 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin maddi sübut əhəmiyyəti nəzərə alınmaqla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 01 noyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilməsi və müvafiq qaydada tədqiqatdan sonrakı qalıq çəkisi 0,246 qram psixotrop maddə metamfetaminin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə onun təyinatı məsələsi həll edilənədək Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Maddi Sübutların Saxlama Kamerasına təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır (i.v. 156-165). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-213/2025 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarix saat 12:00-dan xx.xx.2024- cü il tarix saat 00:00-dək olan müddət ərzində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin anten dairəsi haqqında məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, BKC/LGL-5140/25 nömrəli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli, AZF/LGL-1853/25 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların olması müəyyən edilmədi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-213/2025 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarix, saat 00:00-dan xx.xx.2024- cü il tarix, saat 23:00-dək Təqsirləndirilən şəxs istifadəsində olmuş 070-943- 59- 49 saylı mobil telefon nömrəsinin, şahidlər Şahid istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin, X5 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi haqqında məlumatlar müvafiq olaraq "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların olması müəyyən edilmədi. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların olması müəyyən edilmədi. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(006)-213/2025 saylı qərarı ilə ********* saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarix, saat 00:00-dan xx.xx.2024- cü il tarix, saat 23:00-dək X2 istifadəsində olmuş 055-639- 44-54 saylı mobil telefon nömrəsinin anten dairəsi haqqında məlumatlar "xxxx" MMC-dən götürülməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarına əsasən təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMCnin xx.xx.2025-ci il tarixli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan məlumatlara baxış keçirildi. Həmin məlumatlarda iş üzrə əhəmiyyət kəsb edə biləcək məlumatların olması müəyyən edilmədi. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş X15 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, hoteldə olan qeydiyyat sisteminin 3 aydan bir yenilənməsi səbəbi ilə qeydiyyatdan keçən şəxs barədə məlumat təqdim edilməmiş, həmçinin, kameragörüntülərinin 22 gün saxlanmasına görə otelə aid kamera görüntüləri təqdim edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd CD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər maddələrin aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 2-ci siyahının 67-ci bəndinə əsasən psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən metamfetaminin təmiz çəkisi 0,296 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Belə ki, məhkəmə istintiqının aparıldığı müddətdə Təqsirləndirilən şəxs və onun müdafiəçisinin sübutların yığılmasına dair təqdim etdikləri bütün vəsatətlər işin tam, obyektiv araşdırılmasını təmin etmək və cinayət işi üzrə əhəmiyyətli olan halları araşdırmaq məqsədi ilə təmin edilərək, təqsirləndirilən şəxsin, həmçinin iş üzrə adıçəkilən şahidlərin hər birinin istifadəsində olan mobil telefon nömrələrinin anten dairəsi haqqında məlumatların götürülməsi üçün müvafiq qərarlar qəbul edilmiş, həmin qərarlara əsasən təqdim edilmiş məlumatlar tədqiq edilmiş və təqsirləndirilən şəxsin məhkəmə iclasında bildirdikləri ilə uyğunluq təşkil edə bilələcək hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, iş üzrə adı çəkilən bütün şahidlər məhkəmə iclasına dəvət edilərək ifadələri alınmış, təqsirləndirilən şəxslə birlikdə carpaz sorğu edilmiş, lakin Təqsirləndirilən şəxs məhkəm iclasında qeyd etdikləri öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi kimi, 26 oktyabr 2024-cü il tarixdə Əhməd Rəcəbli küçəsində yerləşən “Continental” oteldə tutulmasına dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Bununla da, aparılmış araşdırmalar zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında törətmiş olduğu cinayət əməlini ört-basdır etməyə çalışmışdır ki, bu məqamda məhkəmə istintaq hərəkətlərinin tam, obyektiv və hər tərəfli aparıldığını, iş üzrə araşdırmaların nəticəsi ilə cinayətin açılmasını, bununla da qanunun aliliyini Təqsirləndirilən şəxs diqqətinə çatdırır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilibödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.2-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qəti olaraq 04 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-785/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 3 (üç) ay 15 (on beş) gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli 26 oktyabr 2024-cü il tarixdə törətmiş və əməli törədən vaxt Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının 3 (üç) ay 15 (on beş) gün hissəsini çəkməmişdir. Beləliklə Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-785/2024 nömrəli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli və Azərbaycan Respublikasının CMnin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü təyin olunmuş cəzanın çəkilməmiş qalan hissəsi qismən birləşdirilərək ona qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-785/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilməli (CM-nin 76.6.3.), Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilərək ona qəti cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 11 fevral 2025-ci il – 23 aprel 2025-ci il tarixlərdə keçirilmiş 05 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 30 aprel 2025-ci il – 05 dekabr 2025-ci il tarixlərdə keçirilmiş 15 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 45 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 45 saata görə 495 (dörd yüz doxsan beş) manat olmaqla, cəmi 585 (beş yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)- 785/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması ləğv edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 1(009)-39/2021 saylı, 19 aprel 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 (üç) ay 15 (on beş) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 oktyabr 2024-cü il tarixdən, saat 23:30-dan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,246 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi oğluna ödənilmək üçün cəmi 60 (altmış) iş saatına görə 585 (beş yüz səksən beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-213/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-213/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver