Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-214/2020 23.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X2 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxsiştirakları ilə xx xxxxxxxx 2002-ci il tarixdə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkum olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxsxx xxxxxx 2019-cu il tarixdə saat 02:25 radələrində tanış olduğu Zərərçəkmiş şəxs ilə intim münasibət qurmaq məqsədi ilə Bakı şəhəri Nəsimi rayonu Moskva Prospekti 74 ünvanda yerləşən parkda olan çardağın altına gəlib,orada dayanaraq, sol əli ilə Zərərçəkmiş şəxs şalvarının üzərindən xarici kişi cinsiyyət orqanın sünnət üzvünü oynadıb onun ehtiraslanmasından istifadə edərək, sağ əlini Zərərçəkmiş şəxs şalvarının sol yan cibinə salıb, orada olan 235 (iki yüz otuz beş) manat pulu götürən zaman sonuncu onun sağ biləyindən tutub saxlamaq istəmiş, lakin Təqsirləndirilən şəxs əmlakın götürülməsindən ibarət hüquqa zidd hərəkətlərini davam etdirərək qaçıb uzaqlaşmaqla zərəçəkmiş şəxsin 235 manat məbləğində pulunu ələ keçirib açıq yolla talayaraq soyğunçuluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxsona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx xxxxxx 2019-cu il gecə saat təxminən 00:40 radələrində, o, Nəsimi rayonu Moskva prospektində yol qırağında cinsi azlıq kimi pul müqabilində kişilərlə görüşmək üçün müştəri gözləyirmiş. Bu zaman bir day-day onu çağırdığını və ondan cinsi azlıq olubolmadığını soruşmuşdur. O, da cavabında cinsi azlıq olduğunu narahat olmamasını demiş və həmin dayı da onunla cinsi əlaqəda olmaq istədiyini bildirmişdir. Həmin şəxs oradaca özünü ona Rasim kimi təqdim etmiş və neçə manata görüşəcəyini soruşmuş, Mehman da ona ayaq üstü olmaq üçün 15 manata, otelə isə gedəndə 50 manata görüşdüyünü bildirmişdir. Rasim adlı şəxs,onunla razılaşmış və onu otelə aparacağını bildirmişdir. Sonra o, ürəyinin pivə içmək istədiyinibildirmiş və Rasim də ona yaxınlıqda yerləşən Arzular adlı kafeyə aparmış və orada bir neçə bakal pivə içmişlər.Rasim hesabı verən zamn onun əynində olan şalvarının sol yan cibində çoxlu pulun olduğunu görmüş və piyan olduğunu və cibində olan pulu ələ keçirmək qərarına gəlmişdir.Sonradan onlar həmin kafedən birlikdə çıxmış və ora yaxın olan yerə meşəlik olan parkagetmiş və orada olan çardağın altına Rasimi salmışdır. Rasim ayaq üstə dayanmışdır. Bu zaman, sol əli ilə Rasimin şalvarın üzərindən cinsiyyət üzvünü sıxıb başlamış oynatmağa və Rasim almış olduğu həzzdən başı qarışmışdır. O, da bu vəziyyətdən istifadə edərək və sağ əlini Rasimin əynində olan şalvarın sol yan cibinə salmış, bu zaman Rasim başa düşmüş və onun sağ biləyini tutmuş, o, tutulmağından çox qorxub tez hərəkət edib pulu çıxarmış və qaçmağa başlamışdır.Bu zaman Rasimdə “pulumu geri qaytar, dayan” vəsair kimi sözlər deyib arxasınca qışqırıb qaçmışdır. Ancaq o, sürətlə qaçıb gözdən itib oradan uzaqlaşmışdır. Sonra o, qaranlıq bir yerdə dayanmış və ələ keçirmiş olduğu pulu çıxardıb saydıqda 50 (əlli) manat olduğunu bilmişdir. Həmin pulu özünə, ərzaq və digər istifadəsi üçün xərclədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini, cinayət törədərkən 17 yaşının olmasını, törətdiyi əməldən səmimi peşman olmasını, anası ilə tək yaşamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etməsini, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxstəqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o,xx xxxxxx 2019-cu il tarixdə yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra şəhəri gəzmək üçün təxminən axşam saat 23:40 radələrində Abşeron rayonundan çıxmışdır. Evdən çıxanda özü ilə 260 (iki yüz altmış manat) pul götürmüşdür və əynində olan şalvarının sol yan cibinə həmin pulları qoymuşdur. Tanımadığı taksiyə əyləşib Nəsimi rayonu, metrosunun 20 yanvar stansiyası tərəfinə gəlmiş və taksiyə5 manat pul vermişdir. Sonra üzü Şamaxinka adlanan yerə piyada tək getmişdir. Ürəyi cinsi azlıqla intim münasibəti qurmaq istəmişdir. Eşitmişdir ki, Şamaxinka adlanan həmin yerdə cinsi azlıqlar olur. Ona görədə həmin yeri bir xeyli gəzib dolaşdıqdan sonra artıq xx xxxxxx 2019-cu il tarixdə təxminən saat 01:40 radələrində bir cavan oğlanın qız kimi nazla yerişlə gəlidiyini görmüşdür. Ancaq o kişi paltarında idi və ona yaxınlşaşmağa ehtiyat etmişdir. Həmin cinsi azlıq onu görmüş və üzünə gülmüşdür, bir daha da nazlanmağa başlamış və bundan sonra Rasim daha dəqiq əmin olmuşdur ki, o, cinsi azlıqdır. Adını bilmədiyi həmin şəxs ayaq üstü onunla intim münasibət müqabilində 15 (on beş) manat, otelə gedib səhərə qədər olmağın əvəzində isə 50 (əlli) manat pul istəmişdir. O, cinsi azlıqla ayaqüstü olmağa razılaşmış və olub qurtardıqdan sonra 15 manatı ona verəcəyini demişdir. Sonra həmin cinsi azlıq ona pivə içmək istədiyini bildirmiş və Rasim onunla razılaşmışdır və yaxınlıqda yerləşən “Arzular” adlı kafeyə getdib birlikdə pivə içmişlər. Pivə içdikdən sonra o, şalvarın sol cibindən bir topa olan pulları çıxarmış və onun gözləri qarşsında yeyib içdikləri pivələrin haqqı olan 20 manat pulu vermişdir. Sonra həmin cinsi azlığın gözləri qarşısında pulları saymış və orada 235 manat pulun olmasını özü üçün aydınlaşdırdıqdan sonra həmin pulları şalvarının sol yan cibinə qoymuşdur. ‘'Arzular” kafesindən çıxmışlar və o, saata baxmış və saatın 02:10 olduğunu görmüşdür. Həmin cavan oğlana demişdir ki, gel dayını tez yola ver, artıq gecdi onun yolu uzaqdı və evə getməlidir. O da, rahat şəkildə “Rasim dayı narahat olma gedək çəkilək meşəliyə səni orda tez yola verəcəm” sözlərini demişdir. Orada olan parka getmişlər və həmin oğlan onun ağacların çox olduğu yerə aparmış və orada bir çardağın içərisinə girmişlər. Həmin oğlan sol əlini onun cinsiyət üzvünə aparıb sıxmış və şalvarın üstündə oynatmağa başlamışdır. O, onun bu hərəkətlərindən həzz almış və qəflətən cinsi azlıq sağ əlini onun əynində olan şalvarının sol yan cibinə salmış və o, bunu dərhal hiss etmiş və əlini tutmuşdur, lakin, həmin oğlan cəld hərəkət etmiş və orada olan bütün pullarını, yəni, 235 manatı götürüb onun əlindən çıxıb qaçmişdir. O, dərhal bu barədə DİN-nin 102 ZXM (Zəng Xidməti Mərkəzinə) zəng edib məlumat vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxsməhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxsilə barışdığını, ona vurulmuş zərərin tam həcmdə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını və yüngül cəza verilməsini bildirmişdir. Cinayət işinin 89-cu vərəqəsində olan xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində “yetkinlik yaşına çatmayanı nəzərət altına vermə” haqqında qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 221-222-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzərət altına vermə” haqqında qətimkan tədbiri dəyişdirilərək onunbarəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 125-128-ci vərəqələrində olan Azərbaycan Respublikası SN-nin Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 602 nömrəli kompleks ambulator mohkəmə-psixatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, məhkəmə-psixiatrik ekspertizası üzrə:Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir.Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxshəmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamə:ləri aşkar olunmayıb. Həmin dövürdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxsona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk elmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müaliocəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Təqsirləndirilən şəxsəqli və psixi inkişafı, intelektual imkanları yaş xüsusiyyətlərinə uyğundur, gerilik əlamətləri aşkar olunmur.Fərdipsixi xüsusiyyətlərinə görəekstravertə daha yaxındır (psixi fəaliyyətin xarici əlamə yönəlməsi). Məsuliyyətsizlik, eqosentrizim, başqalarının hiss və həyacanına qarşı biganəlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Yadda saxlama və yada salma funksiyalarında, təfəkkür, diqqət və qavrama proseslərində hər hansı bir çətinlik aşkar olunmadığından hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək qabiliyyətinə malikdir. Yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə almaqla Təqsirləndirilən şəxs etdiyi hərəkətlərin xarakterinə, mahiyyətini və mənasını anlaya bilərdi. O, hadisədən əvvəl, hadisə baş verən zaman hərəkət və davranışını şuurlu olaraq idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosianal sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxshadisə zamanı emasional halından asılı olaraq hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Hal- hazırda da, Təqsirləndirilən şəxs psixi-emosianal vəziyyətində hər hansı bir dəyişiklik müəyyən edilmir. Cinayət işinin 109-110-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsŞabran Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3, 62.1-ci maddələri ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx xxxxx 2019-cu il tarixdə həmin məhkəmənin qərarı ilə cərimə cəzası 160 saat içtimai işlər cəzası ilə əvəz edilmiş, xx xxxxxx 2019-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 142-ci vərəqəsində olan Şabran şəhər inzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx xxxxx 2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhəllə komitəsinə şifahi və yazılı formada şıkayətlər daxil olmamış, yaşadığı küçədə özünü normal aparır və sakinlərə qarşı hörmətsizlik etmir. Cinayət işinin 235-ci vərəqəsində olan zəzərçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxsilə barışmış, sonuncuya qarşı heç bir şikayət, tələb və mülki iddiaları yoxdur, ona yüngül cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin verdikləri ifadələri və digər iş materialları ilə onun özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama - üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxscəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxscəza təyin edərkən onun cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs, əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsəməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxscəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni cinayət törədərkən yetkinlik yaşına çatmayan şəxs, əməlindən səmimi peşman olmasını, özünü təqsirli bilməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmamasını, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etməsinihəmçinin, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsyaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə Şabran rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxstətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsməhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübüt və mülki iddia yoxdur. Təqsirləndirilən şəxsbarəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Şabran rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun“xxxxxxxxxxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübüt və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-214/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-214/2020
23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver