Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-216/2021 23.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ali təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi, ev 38 A, mənzil 4-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, K.Kazımov küçəsi ev 71-də yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə elektron və kompüter avadanlıqlarının satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs “report.az”, “salam news” və “oxu.az” xəbər saytlarının kurator nəzarətçisi olduğunu deyib həmin saytların əməkdaşları üçün noutbuk tipli kompüterlər lazım olduğunu bildirib pulunu 15 noyabr 2017-ci il tarixədək ödəyəcəyinə dair yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs 14 sentyabr 2017-ci il tarixdə saat 15 radələrində ünvan 2 ünvanda yerləşən kompüter və aksessuarlarının satışı mağazasında 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 1350 manat dəyərində 03 ədəd “Acer” markalı noutbuk tipli kompüteri, 01 ədəd 240 manat dəyərində “DOOGEE BL12000” markalı mobil telefonu, 18 sentyabr 2017-ci il tarixdə saat 14 radələrində həmin ünvanda 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 3600 manat dəyərində 08 ədəd “Acer” markalı noutbuk tipli kompüteri, 19 sentyabr 2017-ci il tarixdə saat 15 radələrində həmin ünvanda 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 9000 manat dəyərində 20 ədəd “Acer” markalı noutbuk tipli kompüteri, 21 sentyabr 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 9000 manat dəyərində 20 ədəd “Acer” markalı noutbuk tipli kompüteri götürüb ələ keçirməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs ümumilikdə 23.190 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək elektron və kompüter avadanlıqlarının satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs eyni məqsədlə yalan vəd verib aldadaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs 23 sentyabr 2017-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 3 ünvanda yerləşən kompüter və aksessuarlarının satışı mağazasında 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 9000 manat dəyərində 20 ədəd “Acer” markalı noutbuk tipli kompüteri və 25 sentyabr 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 9000 manat dəyərində 20 ədəd “Acer” markalı noutbuk tipli kompüteri götürüb ələ keçirməklə verdiyi vədə əməl etməyərək qeyd olunan kompüterləri Təqsirləndirilən şəxs2 ilə birlikdə müxtəlif vaxtlarda, müxtəlif şəxslərə satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, sonuncu elektron və kompüter avadanlıqlarının satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs “report.az”, “salam news” və “oxu.az” xəbər saytlarının kurator nəzarətçisi olduğunu deyib həmin saytların əməkdaşları üçün noutbuk tipli kompüterlər lazım olduğunu bildirərək pulunu 15 noyabr 2017-ci il tarixədək ödəyəcəyinə dair yalan vəd verib aldatdıqdan sonra o, Təqsirləndirilən şəxs1 ilə birlikdə vahid niyyətlə əhatə olunmuş qəsdlə 23 sentyabr 2017-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən kompüter və aksessuarlarnın satışı mağazasında 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 9000 manat dəyərində 20 ədəd “Acer” markalı noutbuk tipli kompüteri və 25 sentyabr 2017-ci il tarixdə saat 12 radələrində həmin ünvanda 01 ədədinin qiyməti 450 manat təşkil edən, ümumilikdə 9000 manat dəyərində 20 ədəd “Acer” markalı noutbuk tipli kompüteri götürüb ələ keçirməklə verdiyi vədə əməl etməyərək qeyd olunan kompüterləri Təqsirləndirilən şəxs1 ilə birlikdə müxtəlif vaxtlarda, müxtəlif şəxslərə satmaqla Zərərçəkmiş şəxs ümumilikdə 18.000 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs 2004-cü ildən tanıyır. Aralarında heç zaman mübahisəli məsələlər olmamışdır. Əvvəllər də, Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda kompüterlər almışdır. Belə ki, Anar onun keçmiş həyat yoldaşı Fazilin dostu olmuşdur. 2013-cü il tarixdə o, həyat yoldaşı Fazildən boşanmış və Fazil hazırda Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. 2017-ci ilin may ayında o, bibisi nəvəsi Şahid2 ilə birlikdə «Global news» saytını təsis etmişlər. Şahid2 həmin saytın baş direktoru, o, isə baş redaktoru olmuşdur. O, Qocaya təklif etmişdir ki, saytı ona satsın. Qoca da onunla razılaşmışdır. O, həmin saytı işlətmək üçün kompüterlər almalı olmuşdur. Həmçinin bu işlə məşğul olmaq üçün ona işçi heyəti və ofislər lazım olmuşdur. Beləliklə o, kompüter almaq üçün tanışı Anara müraciət etmişdir və ilkin olaraq o, Anardan 250 manat dəyərində «Doodgee» markalı mobil telefonu almış və pulunu da dərhal vermişdir. Sonra isə Anardan nisyə noutbuk tipli kompüter alacağını bildirmiş və pullarını isə hissə-hissə olmaqla 15 noyabr 2017-ci il tarixədək tam şəkildə ödəyəcəyini demişdir. Anar tanışlıqlarını nəzərə alıb ona razılıq vermişdir. Dəfələrlə Anara alqı-satqı müqaviləsi bağlamasını bildirsə də, sonuncu hər dəfəsində mövzudan uzaqlaşaraq, müqavilə imzalamaqdan imtina etmişdir. Beləliklə o, Anarın ünvan 2 ünvanda yerləşən kompüter mağazasına gedərək ilkin olaraq 350 (üç yüz əlli) manat təşkil edən 3 ədəd kompüteri nisyə almışdır. Bundan sonra iyul ayında hər birinin dəyəri 350 (üç yüz əlli) manat təşkil edən 10 (on) ədəd kompüteri nisyə almış, avqust ayında da hər birinin dəyəri 350 (üç yüz əlli) manat təşkil edən, 10 (on) ədəd kompüteri nisyə almış və sonda hər birinin dəyəri 350 (üç yüz əlli) manat təşkil edən 4 ədəd kompüteri nisyə almışdır. Həmin 27 ədəd kompüterlərdən 20 ədədini isə çoxdan tanıdığı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürmüşdür. Sonradan Qoca ilə onun işi almmadığı üçün o, məcbur olub, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən kompüter satışı mağazasına gedərək Rafiq adlı şəxsə hissə-hissə olmaqla ümumilikdə 27 ədəd kompüterin hər birini 350 manat pulun müqabilində satmışdır. Kompüterləri satan zaman onun şəxsiyyət vəsiqəsi mülki işlə bağlı məhkəmədə olduğu üçün Təqsirləndirilən şəxs2 şəxsiyyət vəsiqəsi ilə satmışdır. Belə ki, 15 oktyabr 2017-ci il tarixdə o, Anarın mağazasında Anara əlbə-əl 5.000 (beş min) manat pul vermişdir. 07 noyabr 2017-ci il tarixdə isə o, Anarın mağazasında Anara əlbə-əl 3.000 (üç min) manat pul vermişdir. Həmin pulları Anara verən zaman Təqsirləndirilən şəxs2 da onun yanında olmuşdur. Beləliklə o, Anardan aldığı 1 ədəd «Doodgee» markalı mobil telefon və 27 ədəd «Acer» markalı kompüterə görə verməli olduğu 8300 manat puldan Anara ümumilikdə 8250 manat pul vermiş və hazırda Anara 50 manat verəcəyi qalmışdır. O, Anardan 91 ədəd kompüter götürməmişdir, cəmi 27 ədəd kompüter götürmüş və onların da pulunu qaytarmış, cəmi 50 manat borcu qalmışdır. Zərərçəkmiş şəxs tərəfindən irəli sürülən ittiham şər, böhtandır və reallığı əks etdirmir. Təqsirləndirilən şəxs2 onun tanışı olsa da, Natiqlə Zərərçəkmiş şəxs arasında olan kompüter alqı-satqısından xəbəri olmamışdır. İfadəsinin sonunda himayəsində yetkinlik yaşına çatmayan xəstə uşağının olduğunu bildirərək məhkəmədən mərhəmətli qərar verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində bildirdi ki, o, əvvəllər kommersiya fəaliyyəti ilə məşğul olmuş, hazırda isə heç bir yerdə işləmir. O, Təqsirləndirilən şəxs1 təxminən 2009-cu il tarixdən tanımışdır. Nigar ilə aralarında dostluq münasibətləri olmuşdur. Təxminən 2017-ci ilin sentyabr ayının əvvəllərində o, İçərişəhər metrostansiyasının yanında təsadüfən Nigar ilə rastlaşmışdır. Söhbət zamanı Nigar ona tədris mərkəzlərinə kompüter satmaqla məşğul olduğunu və bu işdə kömək lazım olduğunu bildirmişdir. Bundan sonra o, 23 sentyabr 2017-ci il tarixdə Nigar ilə birlikdə Nigarın tanışı olan Anarın işlədiyi ünvan 3 ünvanda yerləşən kompüter satışı mağazasına və həmin yerdə yerləşən ofisə gəlmişlər. O, əvvəllər Anarı tanımamış, sadəcə Nigara köməklik göstərmək üçün həmin yerə getmişdir. Belə ki, onlar həmin vaxt ora getməmiş, əvvəl Nigar özü Anar ilə danışıb kompüterin qiymətini və işin şərtlərini özü danışmışdır. Həmçinin o, bildiyinə görə Nigar ondan da əvvəl Anardan sayını bilmədiyi kompüterləri alaraq satmış və Anara noutbukların bir hissəsinin pulunu vermişdir. Belə ki, Nigar onu Anar ilə tanış etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs1 Anara tədris mərkəzinə kompüterin satışının təşkil edəcəyini bildirərək, 20 ədəd “Acer” markalı noutbukun lazım olduğunu bildirmişdir. Anar isə həmin noutbukları Nigara satmış və o da, Nigara məxsus Chevrolet Aveo **-GC-*** dövlət nömrə nişanlı maşına həmin noutbukların yerləşdirilməsində köməklik göstərmişdir. Onlar Nigar ilə birlikdə həmin noutbukları yadında qalmayan tanımadığı Nigarın müştərisi olan şəxsə Nigar aparıb satmış və həmin müştəri noutbukların pulunu Nigara vermişdir. Lakin nə qədər pul verməsini görməmiş və bilməmişdir. Həmin söhbətdən təxminən 2 gün sonra yəni 25.09.2017-ci il tarixdə o, yenidən Təqsirləndirilən şəxs1 ilə birlikdə Anarın işlədiyi mağazaya getmişlər. İkinci dəfə isə orada Nigar Anardan təxminən 10-12 ədəd “Acer” markalı noutbukları almış və onlar həmin noutbukları Nigarın maşınına yerləşdirmişlər. Bundan sonra yenə də, Nigarın müştərisi olan şəxsin yəni, Rafiqin yanına gəlmişlər və həmin noutbukları Rafiq adlı şəxsə 50 manat qazancla satmışlar və Rafiq də noutbukların pulunu ona vermiş, o, da pulu Nigara vermişdir. Lakin pulun sayı yadında qalmamışdır. Nigarın şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün hətta o, orada olan zaman özünə məxsus şəxsiyyət vəsiqəsini Rafiqə vermiş və Rafiq də şəxsiyyət vəsiqənin şəkilini çəkmişdir. Bundan sonra Nigar ilə söhbət zamanı hətta Nigar ona bildirmişdir ki, Anardan aldığı noutbukların pulundan təxminən 22000 manat Anara ödəmişdir. Bundan sonra, Anar ona bu söhbətlərə görə zəng etmişdir. O, da Anarla telefon ilə danışmışdır. Danışan zaman kompüterlərin pulunu qaytarmaq barədə söhbət etmişlər. Anar ona bildirmişdir ki, Nigar ondan kompüterləri 300 dollara alıb 350 manata satıb, indi isə pulları qaytarmır. O, da Nigarın çətin vəziyyətdə olduğunu görüb Anara ondan götürdükləri kompüterlərin pulunu ödəyəcəyini, narahat olmamağını, ona Moskva şəhərindən pul gəlməli olduğunu demiş və həmin pulu götürdükdən sonra Anardan aldıqları kompüterlərin pulunu qaytaracağını bildirmişdir. O, Anar ilə kompüterlərin satışı və alışı ilə bağlı heç bir söhbətlər aparmasa da, sonradan Anarla telefon ilə danışmışdır. O, hətta Anarın mağazasında olarakən Nigarın onu Anara necə təqdim etdiyini də bilməmişdir. İfadəsinin sonunda tərəfindən heç bir cinayət əməlinin törədilmədiyini və təqsirsiz olduğunu bildiərərk məhkəmədən bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, kompüter avadanlıqlarının alqı- satqısı və təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs1 təxminən 12 il olar ki, tanımış və yaxşı münasibətləri olmuşdur. Belə ki, 2017-ci ilin sentyabr ayının əvvəlində Nigar onun işlətdiyi ünvan 2 ünvanda yerləşən mağazaya gəlmişdir. Söhbət əsnasında Nigar özünü DTX-nın əməkdaşı kimi təqdim etmiş və həmin Xidmətə kurator təyin olunduğunu və işçilərə kompüter lazım olduğunu demişdir. Bundan başqa, «reportaz», «salamnevs» və «oxu.az» saytlarının da kurator nəzarətçisi olmasını ona bildirmişdir. Nigar həmin saytın əməkdaşları üçün kompüter (notebook) lazım olduğunu ona demişdir. O, neçə ədəd kompüter lazım olduğunu Nigardan soruşduqda Nigar 23 nəfərdən çox işçisinin olduğunu demişdir. Belə ki, Nigar ziyalı ailəsindən olduğu üçün və uzun müddət Nigarı tanıdığı üçün onun sözlərinə inanmışdır. O, Nigara «Acer» marklı noutbukları təklif etmiş və Nigar ilə şifahi razılaşmışlar. 14 sentyabr 2017-ci il tarixdə, təxminən saat 15 radələrində Nigar özü idarə etdiyi qırmızı rəngli «Chevrolet Aveo» markalı, Az **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə mağazaya onun yanına gəlmişdir. Həmin vaxtı o, hər birinin dəyəri 300 ABŞ dollar olan 3 ədəd «Acer» markalı noutbuku və 01 ədəd 250 manat dəyərində «Doodgee» markalı mobil telefonu Nigara nisyə satmışdır. Lakin heç bir müqavilə və ya təsdiqedici sənəd imzalanmamışdır. Belə razılaşmışlar ki, kompüterlərin pulunu ödədikdən sonra alqısatqını rəsmiləşdirsinlər. Beləliklə, 18 sentyabr 2017-ci il tarixdə hər birinin dəyəri 300 ABŞ dollar olan 8 ədəd «Acer» markalı noutbuku, 19 sentyabr 2017-ci il tarixdə hər birinin dəyəri 300 ABŞ dollar olan 20 ədəd «Acer» markalı noutbuku, 21 sentyabr 2017-ci il tarixdə hər birinin dəyəri 300 ABŞ dollar olan 20 ədəd «Acer» markalı noutbuku, 23 sentyabr 2017-ci il tarixdə hər birinin dəyəri 300 ABŞ dollar olan 20 ədəd «Acer» markalı noutbuku, 25 sentyabr 2017-ci il tarixdə hər birinin dəyəri 300 ABŞ dollar olan 20 ədəd «Acer» markalı noutbuku o, Nigara nisyə satmışdır. Beləliklə, Nigar ümumi dəyəri 27.300 (iyirmi yeddi min üç yüz) ABŞ dollar olan 91 ədəd «Acer» markalı noutbuk və qiyməti 250 manat olan 01 ədəd «Doodgee» markalı mobil telefonu ondan nisyə almış, 15 noyabr 2017-ci il tarixədək hissə-hissə olmaqla, pulunu tam şəkildə ona ödəyəcəyinə söz vermişdir. O, Nigara inandığı üçün Nigara kompüter və mobil telefonu nisyə satmağına dair heç bir rəsmiləşdirmə aparmamışdır. 23 sentyabr və 25 sentyabr 2017-ci il tarixlərdə Nigar ondan kompüterləri alarkən yanında gəldiyi Təqsirləndirilən şəxs2 ona saytların təchizat işlərinin nümayəndəsi kimi təqdim etmişdir. 26 sentyabr 2017-ci il tarixdə Nigar həmin mağazada ona 5.000 (beş min) manat pul vermişdir. Həmçinin 15 noyabr 2017-ci il tarixədək pulun qalan hissəsini tam şəkildə ona ödəyəcəyini demişdir. 2017-ci ilin sentyabr ayının sonlarında və oktyabr ayının əvvəlində kompüterləri ona satan Leyla Nuriyeva ona zəng edərək bildirmişdir ki, onların kompüterləri Bakı şəhərində müxtəlif mağazalarda dəyərindən ucuz qiymətə, yəni hər biri 220 ABŞ dollarına satılır. O, Nigarla isə həmin kompüterlərin hər birinə görə 300 ABŞ dollarına razılaşmışdır. O, bu barədə eşidəndə dərhal Nigara zəng etmişdir. Nigar telefonda ona bildirmişdir ki, «o, axmaq deyildir ki, 300 ABŞ dollara aldığı kompüteri 220 ABŞ dollarına satsın». Daha sonra dəfələrlə Nigarın kompüterləri Bakı şəhərində kompüter satışı mağazalarına dəyərindən ucuz qiymətə satması barədə eşitmişdir. Bundan sonra o, Nigardan pulunu tələb etməyə başlamışdır. 2017-ci ilin oktyabr ayının əvvəlində o, Nigardan kompüterin pullarını tələb etməyə başlamışdır. Həmin ərəfədə özünə məxsus «Mercedes» markalı avtomobilin içərisində Nigarla əyləşib söhbət etmişdir. Söhbət əsnasında Nigar pula ehtiyacı olduğu üçün ondan aldığı kompüterləri dəyərindən ucuz qiymətə satmasını və əldə etdiyi pulları xərclədiyni səmimi olaraq etiraf etmişdir. Nigar heç bir əsas gətirmədən ona borclu olduğu pulu Təqsirləndirilən şəxs2 özünün ona verəcəyini demişdir. X14 istifadəsində olan mobil nömrəni ona söyləmişdir. O, öz mobil telefonu ilə Natiqə zəng etmişdir. Natiq telefonda pulu tam şəkildə ona verəcəyini demişdir. Lakin Nigar və ya Natiq ona hər-hansı bir məbləğdə ödəniş etməmişlər. Hətta o, bir dəfə «tap.az» saytında Nigara satmış olduğu kompüterin 370 manata satılması barədə elan görmüşdür. Həmin elanı Rəşat adlı şəxs ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə yerləşdirmişdir. Həmin elanın şəklini çəkmiş və həmin elanı təqdim etmişdir. Bundan sonra, Leyla xanım ona satmış olduğu kompüterlərin pulunu tələb etməyə başlamış və onun həmin şəxslərlə əlbir olduğunu düşünmüşdür. O, isə 22.400 ABŞ dollar borc pul taparaq kompüterlərin qalıq borcunu tam şəkildə Leylaya ödəmişdir. Sonradan o, Nigarın ondan aldığı kompüterləri satdığı bəzi mağazaları özü müəyyən etmişdir. Bundan başqa, Nigar ondan noutbukları alan zaman özünə məxsus xarici pasportu ona təqdim edərək ona daha da inanmağı üçün xarici pasportu onda qalmağını istədiyini bildirmişdir. Noutbukların pulunu tam ödədikdən sonra ondan götürəcəyini bildirmişdir. Nigar təkid etdiyi üçün o, da Nigardan xarici pasportunu götürmüş və istintaqa təqdim etmişdir. Belə ki, o, Nigara 91 ədəd Acer markalı noutbukları və 01 ədəd “Doodgee” markalı mobil telefonu nisyə satmışdır. Nigar ondan götürdüyü noutbukların pulundan cəmi 5.000 manatını ödəmiş və o, heç bir kompüterin qiymətini qaldırmamışdır. O, Nigara noutbukları verən zaman bir neçə dəfə özü tək gəlmiş, lakin 23 sentyabr və 25 sentyabr 2017-ci il tarixlərdə Nigar ondan kompüterləri alarkən yanında gəldiyi Təqsirləndirilən şəxs2 ona saytların təchizat işlərinin nümayəndəsi kimi təqdim edərək onunla birlikdə gəlmişdir. Hal-hazırki günə ona dəymiş ziyanın ümumi məbləği 41684 manat təşkil edir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən onlara qarşı şikayətçidir, məhkəmədən həmin şəxslərin barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, təxminən 2019-cu il tarixdən Nizami rayonu, H.Əliyev prospektində yerləşən “X15 Azerbaijan” şirkətində mühasib işləyir. Təxminən 2017-ci il tarixdə o, facebook sosial şəbəkəsində Təqsirləndirilən şəxs1 ilə tanış olmuş və həmin tarixdə Nigar ilə bir dəfə görüşərək kafelərin birində çay içmişlər. Görüş əsnasında Nigar ərindən boşandığını, xəstə uşağının olduğunu və maddi çətinliklərinin olduğunu ona bildirmişdir. 2017-ci ilin payız aylarında, yəni ayını və gününü xatırlamadığı vaxtda Nigar ona yazıb özünə məxsus ofisdə istifadə olunmayan 8 ədəd “Acer” markalı kompüterlər qaldığını və bu səbəbdən satmaq istədiyini bildirmişdir. O, həmin kompüterləri internetdə elan saytlarında yerləşdirməyi təklif etmişdir. Nigar isə həmin kompüterləri onun elan saytlarında yerləşdirməyi xahiş etmişdir. O, Nigara razılıq vermiş və kompüterlərin şəklini ona göndərməsini bildirmişdir. Elanda isə Nigarın nömrəsini qoyacağını demişdir. Nigar kompüterlərdən anlayışının olmadığını, bunun üçün də elanda öz nömrəsini qoymağını ona demişdir. Nigar kompüterlərin satışından əldə olunan gəlirdən ona müəyyən məbləğdə pul çatacağını bildirmişdir. O, isə Nigara ona pul lazım olmadığını, satmaqda ona təmənnasız kömək edəcəyini bildirmişdir. Belə ki, Nigara məxsus kompüterləri internetdə elan saytına yerləşdirməkdə onun heç bir maddi marağı olmamışdır. Nigarın maddi durmunun çətin olması, tək qadın olması və uşağının xəstəliyinin müalicəsinə pul tələb olunduğu üçün o, Nigara köməklik etmişdir. Belə ki, Nigar kompüterlərin şəklini çəkib ona göndərmiş və o, həmin kompüterləri “tap.az” saytının elanlar bölməsində yerləşdirmiş və 8 ədəd “Acer” markalı hər bir kompüterin qiymətinin 400 manata yazılmasını yazmışdır. Onun mobil nömrəsinə zəng edən müştərilərlə danışıb Nigarın nömrəsini müştərilərə söyləmişdir ki, Nigar ilə özləri danışıq aparsınlar. Nigar hər kompüterin satışından ona 30 manat pul mükafat şəklində təklif etsə də, o, Nigardan pul qəbul etməmiş və bunu Nigara köməklik məqsədi ilə etdiyini bir daha vurğulamışdır. Təxminən adları yadında qalmayan 2-3 müştəriyə Nigarın nömrəsini verdikdən sonra yəni, təxminən 1 ay sonra Nigar kompüterlərin satılması barədə elan saytından həmin elanı silməyini xahiş etmişdir. Bu səbəbdən o, həmin elanı silmişdir. Bir müddət sonra həmin kompüterlərin dələduzluq yolu əldə edilərək satılması barədə ona məlum olmuşdur. Bundan sonra o, Nigara əsəsbləşib zəng edərək öz narazılığını bildirmişdir. Bundan sonra o, Nigar ilə əlaqəni kəsmişdir. Nigar ona öz tanışı Təqsirləndirilən şəxs2 barəsində də məlumat vermiş və Natiqin bu işləri təşkil etdiyini demişdir. Sonradan isə həmin kompüterlərin oğurluq olduğunu bilmiş, onu istintaqa çağıraraq şahid kimi ifadəsi alınmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun anasının dayısı qızıdır. 2017-ci ilin may ayında o, “Global nevvs” saytını təsis etmişdir. O, həmin saytın baş direktoru, Nigar isə baş redaktoru olmuşdur. İlkin olaraq ofis götürmək istəsələr də, sonradan maddi baxımdan ofis götürə bilməmişlər və o, öz evində Nigar isə öz evində işləyərək müxtəlif xəbər saytlarından məlumatlar əldə edib sayta yerləşdirməklə təxminən 1 ay müddətində onunla işləmişdir. Lakin 1 aydan sonra Nigar ilə onun işi alınmadığı üçün o, Nigarı işdən kənarlaşdırmış və özü tək fəaliyyətini təxminən 1 il müddətində davam etdirmişdir. Nigar ilə işlədiyi müddətdə Gəncə şəhərində icarəyə ofis götürmək istəsələr də, işin alınmayacağını düşünüb icarəyə ofis götürməkdən imtina etmişdir. Belə ki, Nigar ilə o, heç bir yerdə icarəyə ofis götürməmişdir. Həmçinin o, Nigarla hər-hansı bir şəxsdən kompüter götürməmişdir. Nigarın da kimdənsə kompüter götürməsi barədə onda heç bir məlumat olmamışdır. O, Zərərçəkmiş şəxs tanımır və Nigarın Zərərçəkmiş şəxs 91 ədəd “Acer” markalı noutbuku götürməsi barədə onda heç bir məlumatı yoxdur. Nigar onunla işləyib işdən ayrıldıqdan sonra təxminən 2017-ci ildən onunla əlaqəsi kəsilmişdir. O, Təqsirləndirilən şəxs2 tanımır və onun barəsində heç bir məlumat yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən Şahid3 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid3 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki o, hazırda Nəsimi rayonu, S.Rüstəm 15D ünvanında kompüter avadanlıqlarının alışı-satışını həyata keçirir. O, kompüterləri distrubuterlər olan “Bestcom”, “Caytano”, “Divi” şirkətlərdən alır. “Divi” şirkətinin nümayəndəsi olan Leyla Nuriyevadan o, mütəmadi olaraq “Acer” markalı noutbuk və printer almışdır. 2017-ci ilin sentyab-oktyabr aylarında o, Leyladan aldığı “Acer” markalı noutbukları 240 ABŞ dollara yəni, 408 manata almışdır. Bu vaxt müştəriləri ona narazılıq edərək bildirmişlər ki, tap.az internet saytında onun satdığı həmin “Acer” markalı noutbuklar 218 ABŞ dollara yəni, 370 manata satılır. O, da Leyla Nuriyevaya öz şikayətini bildirmişdir ki, ona satdığı noutbukları baha satmış, internet saytında yerləşdirilmiş elanın sahibinə isə ucuz qiymətə satılmışdır. Leyla Nuriyeva isə bu işin mümkün olmadığını bildirmişdir. Bundan sonra o, araşdırmış və müəyyən olunmuşdur ki, tap.az saytında “Acer” markalı noutbukları satan şəxslər Nigar və Natiq adlı şəxslərdir. O, hətta Nigarın idarə etdiyi Chevrolet Aveo markalı **-GC-*** dövlət nömrə nişanlı avtomobili ilə mağazalara “Acer” markalı noutbukları satan zaman onun foto şəkilini çəkmiş, mağazalara verdikləri mobil nömrələri isə götürüb Leyla Nuriyevaya göndərmişdir. Leyla Nuriyeva da ona bu məsələni araşdırıb nəticəsi barədə ona məlumat verəcəyini bildirmişdir. Daha sonra olanlardan məlumatı olmamışdır. Əlavə olaraq bildirmişdir ki, o, həmin şəxsləri şəxsən tanımır. O, sadəcə onların adlarını bilmiş və həmin şəxslər mağazalara “Acer” markalı noutbukları ucuz qiymətə satan zaman mobil nömrələrini götürmüş, avtomobilin şəkilini çəkib Leyla Nuriyevaya araşdırması üçün göndərmişdir (i/v 228-230). İş materiallarında olan 06.11.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (i/v 150-153). İş materiallarında olan 29.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, tərəflər vermiş olduqları ifadələri bir-birinin üzünə qarşı deməklə bir daha təsdiq etmişlər (i/v 193-196). İş materiallarında olan 29.12.2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (i/v 197- 200). İş materiallarında olan 23.10.2020-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsi əyani şəkildə yerində yoxlanılmış və hadisə yerinin ünvan 2 ünvanda yerləşən kompüterlərin alışı-satışı mağazasının olması müəyyən edilmişdir (i/v 132-133). İş materiallarında olan axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 29.12.2020-ci il tarixdə saat 16:00 radələrində könüllü olaraq Nəsimi RPİ-nə gələrək təslim olmuşdur (i/v 167). İş materiallarında olan 30.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur (i/v 220-222). İş materiallarında olan 30.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur (i/v 223-224). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 13.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (i/v 240-241). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 06.11.2020-ci il tarixli tələbnamədən və Nizami rayon məhkəməsinin 28.08.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Bakı şəhəri Nizami rayon məhkəməsinin 28.08.2018-ci il tarixli, 1(007)-227/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs1 14.05.2010-cu il təvəllüdlü oğlu X9 14 yaşına çatana qədər cəzasının çəkilməsi təxirə salınmışdır (i/v 154-155, 285-297). İş materiallarında olan 06.102.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 279-280). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2021-ci il tarixli, 9/87 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2017-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 41190,00 manat müəyyən olunur. O cümlədən 91 ədəd 2017-ci il Çin Xalq Respublikasında istehsal olunmuş, “Notebook Acer”- AX2519 NX.EFAER.051 modelli, Acer Extensa 15 EX2519-C298 (NX.EFAER.051) (İntel R İnside N3060/DDR3L 4GB/HDD 500 GB/HD LED 15.6/ Wİ-Fİ) göstəriciləri olan notbuklar- 40950,00 (91ədx450) manat, 01 ədəd Çin Xalq Respublikasının istehsalı olan “DOOGEE BL 12000” markalı mobil telefon - 240 manat təşkil edir (i/v 243-246). İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 14.05.2010-cu il təvəllüdlü X9 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır (i/v 283). Məhkəməyə təqdim olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 14 may 2010-cu il təvəllüdlü X9 adlı bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmənin şifahi sorğusu əsasında əldə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-294/2021 saylı, 24.07.2021-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs2 barəsində 22 iyul 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməlləri törətməmələri barədə verdikləri ifadələrinə tənqidi yanaşır və qeyd edir ki, onların bu ifadələri özünü müdafiə xarakterlidir və cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsüf edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li qərarına əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın qismən ödənildiyini və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə törətdiyi cinayət əməlini barəsində çıxarılmış hökmdən əvvəl törətdiyindən məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilir. Məhkəmədə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu 01 gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 14 may 2010-cu il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan uşağının olmasını və uşağı təkbaşına böyütməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 uşağı on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, onun üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.4-cü maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə ehtiyatsızlıqdan cinayət törətdikdə və ya qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətdikdə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi və ya saxlanması barədə məsələ məhkəmə tərəfindən həll edilir. Məhkəmə cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi qənaətinə gəldikdə, şəxsə bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 79.5-ci maddəsinə əsasən şəxs cəzaçəkmənin təxirə salındığı müddətdə qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzaçəkmənin təxirə salınmasını ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs1 hazırki iş üzrə törətdiyi cinayət əməli Bakı şəhəri Nizami rayon məhkəməsinin 28.08.2018-ci il tarixli, 1(007)- 227/2018 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salındığı dövrdə deyil, həmin hökmdən əvvəl törədildiyindən, yəni, cəzaçəkmənin təxirə salındığı müddətdə törətmədiyindən Cinayət Məcəlləsinin 79-cu maddəsinin müddəaları baxımından hökmün icrasının təxirə salınmasının ləğv edilməsi üçün əsaslar yoxdur. Məhkəmə nəzərə alır ki, cəzaçəkmənin təxirə salınmasının ləğv edilməsi mümkün olmadığından, hazırda təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzaların tam və ya qismən toplanılması da mümkün olmamaqla məhkumun vəziyyətini ağırlaşdırır ki, bu da yol verilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və həmin Məcəllənin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 uşağı – 14.05.2010-cu il təvəllüdlü X9 on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınmasına dair Bakı şəhəri Nizami rayon məhkəməsinin 28.08.2018-ci il tarixli, 1(007)-227/2018 saylı hökmü müstəqil icra olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə tutulduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 və X6 vəkil işlədikləri Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına, həmçinin X7 və X1 vəkil işlədikləri Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, 29 dekabr 2020-ci il tarixli və 06 fevral 2021-ci il tarixli “müdafiəçi dəvət edilməsi barədə” qərarlardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatlardan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs2 Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs1 isə X10 tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlar, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-216/2021 saylı, 01 mart 2021-ci il tarixli qərara əsasən 03 mart 2021-ci il tarixdən təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkilləri X7 və X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 və X6 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 72 manat olmaqla ümumilikdə 144 (yüz qırx dörd) manat pul kömürülməlidir. Bundan başqa, məhkəmə istintaqı dövründə göstərilmiş Təqsirləndirilən şəxs2 göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki qırx) manat, Təqsirləndirilən şəxs1 göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul köçürülməlidir İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 uşağı – 14.05.2010-cu il təvəllüdlü X9 on dörd yaşına çatanadək cəzasının çəkilməsi təxirə salınsın. Təqsirləndirilən şəxs1 üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və həmin Məcəllənin 79.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 uşağı – 14.05.2010-cu il təvəllüdlü X9 on dörd yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınmasına dair Bakı şəhəri Nizami rayon məhkəməsinin 28.08.2018-ci il tarixli, 1(007)-227/2018 saylı hökmü müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 29 dekabr 2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkməsinin əvvəli 23 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxslərə ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 və X6 vəkil işlədikləri Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına hər biri üçün ayrı-ayrılıqda 72 manat olmaqla ümumilikdə 144 (yüz qırx dörd) manat məbləğində pul kömürülsün. Təqsirləndirilən şəxslərə məhkəmə istintaqı dövründə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat və X4 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 360 (üç yüz altmış) manat olmaqla, ümumilikdə 600 (altı yüz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-216/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-216/2021
23.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver