Məhkəmə qərarları › İş №1(006)-217/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-217/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-217/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X4 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1990-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2019-cu ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək olan müddət ərzində mütəmadi olaraq mühafizəçi işlədiyi Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 37A ünvanında yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus “xxxxxx” marketdən ona verilmiş kassa əməliyyatları vaxtı edilmiş səhv ödənişlərin silinməsi üçün olan silmə kartından istifadə etməklə kassa aparatının arxasına keçib müştərilərdən ödənişləri qəbul etməklə müştəri tərəfindən edilmiş ödənişi sıfırlayaraq ödəniş üçün verilmiş nəğd pul vəsaitini gizli olaraq talayıb, vahid niyyətlə əhatə olunan qəsdlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs MMC-yə ümumilikdə xeyli miqdar təşkil edən 11382 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hal-hazırda “Araz” marketdə satıcı işləyir, təxminən 4 il “Qartal” mühafizə xidmətində mühafizəçi işləmiş, şirkətlərinin müqaviləsi əsasında 2019-cu ilin yanvar ayından 2019-cu ilin sentyabr ayına qədər Nəsimi rayonu, C.Hacıbəyli küçəsi 17 A ünvanda yerləşən “xxxxxx" ərzaq marketində mühafizəçi işləmişdir. Ondan başqa 2 nəfər mühafizəçi vardır, növbəli şəkildə işləmişlər. Market 24 saat fəaliyyət göstərmişdir. Təxminən 5 ay bir gün səhər saat 09:00-dan saat 21:00-dək, növbəti gün saat 21:00-dan səhər saat 09:00-dək işləməklə növbəti gün istirahət günü olmuşdur. Son 3 ay isə səhər saat 09:00-dan saat 21:00-dək işləmiş, hər gün işə getmiş, həftədə bir gün istirahət etmişdir. Mağazanın inzibatçısı Elza xanım ona elektron məlumat daşıyıcısı olan silmə kartını vermişdir. Həmin kartın funksiyası kassaya səhvən əlavə mal vurulduqda pulları silmək üçün istifadə olunmuşdur. Son 20-25 gün müddətində, yəni ona verilmiş silmə kartı ilə kassir yerində olmayanda müştərilərin aldığı malları kassaya vurduqdan sonra silmə əməliyyatı edərək müştərilərdən aldığı pulu kassaya qoymaq əvəzinə özünə götürmüşdür. 2019-cu ilin sentyabr ayının 23-dən 27-nə qədər olan müddət ərzində təxminən 300 manat, bundan başqa isə 2019-cu ilin iyul ayında müxtəlif vaxtlarda 900 manata qədər pulu kassaya qoymaq əvəzinə özünə götürmüş, ümumilikdə xxxxxx marketin kassasına 1200 manat məbləğində pul qoymaq əvəzinə özünə götürmüşdür. Ona mağazanın silmə kartı inzibatçı Elza xanım tərəfindən etibar olunmuş, ondanda başqa silmə kartı mühafizəçi işləyən Coşqun və Faiqə verilmişdir. Ondan başqa mağazanın silmə kartının kodu Elza xanım və səhv etmirsə Elza xanımın bacısı Pərvanə xanımda olmuşdur. Pərvanə xanım da həmin xxxxxx marketdə kassir işləyir, silmə kartının kodunu Elza xanım və sonuncunun bacısı bilirlər. xxxxxx marketin kassasından silmə kartı vasitəsilə 11.382 manat deyil ümumilikdə 1200 manat pul götürmüşdür. Müştəri çox zaman pulu kassaya ödəyəndə pulu ona vermiş, belə ki, kassirin yerində əyləşmiş, kassirdə ayaqyoluna və ya siqaret çəkmək üçün çölə çıxmış, müştərinin də ona verdiyi pulu kassaya ödəməmiş, pulu özünə götürmüş, kassanın F-9 düyməsini basandan sonra kassadan çek çıxmış, o, da pulu kassaya qoymaq əvəzinə özünə götürmüşdür. Müştərilərdə ona 20-30 manat pul vermişlər. Həmin pulu, yəni müştərilərin ona verdiyi ümumilikdə 1200 manat pulu hissə-hissə olaraq əldə edərək kassaya qoymaq əvəzinə özünə götürmüş, hər dəfə gün ərzində təxminən 40 manat pul götürmüş, ən çox gün ərzində 50 manat pul götürmüşdür ki, kassanın işçiləri ondan şübhələnməsin. O, kassadan birbaşa pul oğurlamamış, sadəcə olaraq marketin silmə kartında əməliyyat keçirmiş, heç kəs də, bilməmişdir ki, müştərilərdən pulu alandan sonra kassaya ödəniş etməmiş, etdiyi əməlinə nifrət etdiyindən oğurluq etdiyini izahatında bildirmişdir. Marketdə bir kassa fəaliyyət göstərmiş, həmin market 24 saat müddətində fəaliyyət göstərmiş, marketdə bir ədəd kassa vardır, mağazada üç kassir işləyir, kassirlərdən Pərvanə xanım gündüz növbəsində işləmiş, gecə növbəsində, yəni saat 24:00-dan saat 08-ə qədər Tural işləmiş, Rüfət isə gündüz növbəsində yəni, saat 11 radələrindən saat 20:00-a qədər işləmişlər. Kassirlərdən ayaqyoluna və yemək fasiləsinə gedən olanda ona etibar eldikləri üçün kassanı ona tapşırmışlar, o, da kassir yerində olmayanda kassir kimi işləmişdir. Təxminən 2019-cu ilin iyul ayında kassada gündüz növbəsində kassir işləyən hazırda mağazada işləməyən Fatimənin vaxtında, bundan sonra isə sentyabr ayında kassir Rüfətin növbəsində, yəni saat 11 radəsindən saat 20 radəsinə qədər olan müddətdə qeyd etdiyi kimi müştərilərin kassaya ödəməli olduqları pulları mənimsəmişdir. Onunda kassaya ödənilməli olan pulları ələ keçirməyindən heç kimin xəbəri olmamışdır. “xxxxxx” marketin təqdim etdiyi ayrı-ayrı vaxtlara aid videogörüntülərdəki mühafizəçi formasında olan, kassada əməliyyatlar aparan, müştəriləri qəbul edən şəxs odur. Silinmə kartının 2 funksiyası olmuş, birinci funksiyada əvvəl müştərilər mal alanda, malın vaxtı keçəndə həmin malı kartın vasitəsilə dəyişmək olmuş, sonradan isə həmin kartın funksiyası ondan ibarət olmuşdur ki, kassanın “delete” düyməsini basmaqla malın qiymətinin silinməsini həyata keçirmiş və kassanın yaddaşına müştərilərin aldığı mal düşmür və kassadan çek çıxmır. O, həqiqətən Fatiməyə 800 manat pul xərcləmişdir. Fatimə Əliquliyevanın kassadan pul oğurlamağını, silmə kartı ilə kassanın yaddaşını sıfırlayaraq kassadan pul götürməsini görməmiş, kassadan pul oğurlamasını dəqiq deyə bilməz. O, kiminsə kassadan pulu özünə götürüb oğurluq etməsini görməmişdir. O, yalnız 1200 manat kassadan pul oğurlamış, səhv etmiş, əməlindən peşmandır. 2019-cu ilin iyul və sentyabr ayında kassadan elektron məlumat daşıyıcısı olan silmə kartı vasitəsi ilə oğurluq eldiyini bildirmiş, 2019-cu ilin yanvar ayından “xxxxxx” marketdə işlədiyi halda və silmə kartının ilk gündən onda olduğu təqdirdə 7 ayda heç bir oğurluq etməməsi ilə bağlı konkret olaraq cavabı yoxdur, pula ehtiyacı olduğu üçün etmiş, əvvəllər də, oğurluq etmə şansı olsa da, etməmişdir. Məhkəmə iclasında verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, video görüntüdə olan, əynində mühafizə xidmətinə məxsus mavi rəngli qısaqol köynək, tünd rəngli şalvar, xüsusi forma geyinən, kassaya yaxınlaşan və kassanın arxasında əməliyyat aparan şəxs onun özüdür. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, atasının həyatda olmamasını, anasının ağır xəstə və onun evi dolandıran tək şəxs olmasını, zərərçəkmiş şəxsin nümayəndəsiNümayəndə ona qarşı şikayətinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, fləş kartda olan video görüntülərlə və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndəifadəsində göstərmişdir ki, “xxxxx” LTD MMC-nin təsisçisidir. MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən “xxxxxx” market onundur. Şirkətin mühasibatlıq işlərini özü aparır. Ona məxsus “xxxxx” LTD MMC ilə bağlı işlərində həyat yoldaşı Şahid1 ona köməklik göstərir. Həmin mağaza il yarımdır ki, yəni 2017-ci ilin avqust-sentyabr ayından fəaliyyət göstərir və təxminən 1 il əvvəl, yəni 2018-ci ilin avqust-sentyabr ayından mağazanın mühafizəsinin təşkil olunması üçün “Qartal” mühafizə şirkəti ilə tərəflərindən müqavilə imzalanmış və mağazanın mühafizəsi üçün 2 və ya 3 nəfər mühafizəçi təmin olunmuşdur ki, həmin mühafizəçilərin hər biri 12 saat xidmət aparmaqla günü 24 saatında mağazanın mühafizəsini təmin etmişlər. Mağaza müştərilərə 24 saat ərzində fasiləsiz xidmət göstərir. Beləliklə də, mağazaya təxminən 1 il əvvəl mühafizə şirkəti tərəfindən R.Ş.Səlimiov mühafizəçi olaraq təyin edilmişdir. Son 7-8 aydır ki, yəni təxminən 2019-cu ilin fevral-mart ayından mağazada olan malların əskik gəldiyini aşkar etməklərinə baxmayaraq, hansı şəraitdə oğurlandığını və ya nə səbəbdən əskik gəldiyini müəyyən edə bilməmişlər. Bir il ərzində mağazada apardıqları sayım zamanı əskik gələn malların ümumi dəyərini hal-hazırda qeyd edə bilməsə də, lakin son 3 ay ərzində aparılan daxili uçotun hesabatını təqdim edə bilər. Beləliklə də sonuncu dəfə 2019-cu ilin avqust ayının 24-də mağazada aparılan sayım zamanı 6.346 (altı min üç yüz qırx altı) manat əskik gəldiyini qeyd edə bilər. Hesablamalarına görə son 3 ay ərzində mağazadan ümumilikdə təxminən 11.382.80 (on bir min üç yüz səksən iki manat səksən qəpik) manat dəyərində müxtəlif ərzaq malların yerində olmadığını aşkar elmişlər. Bundan sonra mağazada quraşdırılmış müşahidə kameralarına baxış keçirdikdə mağazanın mühafizəçisi işləyən R.Ş.Səlimiov kassirin yerində olmamasından istifadə edərək kassa aparatının arxasına keçib müştərilərdən ödənişləri qəbul etdiyi məbləği kassaya vurduqdan sonra silmə əməliyyatını (satışın ləğv olunması) edərək pulları oğurlaması faktlarını aşkar etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdən təxminən bir həftə ərzində müşahidə kameralarının izlədikləri zaman yalnız R.Ş.Səlimiov tərəfindən kassa əməliyyatlarına müdaxilə faktı aşkar etmişdir. Mağazanın təlimatında mağazanın mühafizəsinin kassa əməliyyatlarının etməsi qadağandır, tərəflərindən Rəşadədinə növbə rəisinə səlahiyyətli kartı verilmişdir ki, həmin kartla satışın ləğv olunması üçün istifadə etsin, lakin Rəşadədin də, bu səlahiyyətdən öz mənafeyinə görə istifadə edərək mağazadan külli miqdarda oğurluq etmişdir. Mağazada quraşdırılmış müşahidə kameralarında qeydə alınmış video görüntülər, Rəşadədinin etiraf sms-ləri və mağaza daxili aparılan hesabatlar vardır ki, onlar da istintaqa təqdim edilmişdir. Rəşadədin yalan deyir, belə ki, 8 aydır ki, Rəşadədin mağazadan oğurluq edir, mağazadan oğurlanan 11.382 manat pulu Rəşadədindən başqa zənn edir ki, heç kim oğurlaya bilməz. Mağazanın silmə kartının kodunu mühafizə əməkdaşlarında da vardır, Elza xanımda mağazanın administatorudur, Elza xanım silmə kartının kodunu bilsə də, sonuncunun bacısı Pərvanə xanım mağazanın silmə kartının kodunu bilmir. Mağazanın kassasından 11.382 manat pulu Rəşadədindən başqa heç kim oğurlaya bilməz, belə ki, kassanın arxasına Rəşadədindən başqa heç kim keçə bilmir, kassanın əməkdaşları silmə əməliyyatını keçirə bilmirlər, bunu ancaq Rəşadədin edə bilər. Rəşadədin kassaya özbaşına keçmiş, sonuncunun elə bir səlahiyyəti olmamışdır, Rəşadədinə icazə verilməmiş, Rəşadədin kassiri aldadaraq siqaret çəkmək üçün və sair bəhanələrlə kənara göndərmiş və bundan istifadə etmişdir. Kassanın əməkdaşlarına kassanı kiməsə işlətmək üçün verməyə icazə verməmiş, yəni Rəşadədin kassanı işlətmək ixtiyarında olmamışdır. Hesab edir ki, həmin pul şirkətin, yəni mağazanın puludur, həmin pulu da Rəşadədin tərəfindən əldə edilməsi oğurluqdur. Heç bir kassir tərəfindən Rəşadədinə şərait yaradılmamış, sadəcə ola bilər ki, sonuncuya inandıqlarından onu kassanın arxasına keçəndən sonra belə bir çirkin əməlləri həyata keçirmişdir. Rəşadədin etdiyi oğurluğu boynuna alması yaxşı əlamətdir, kassada Fatimə işləsə də, hazırda işləmir, Rüfət də, əvvəllər işləsə də, hazırda kassir işləmir. Bundan başqa, Nümayəndə məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs qarşı heç bir şikayətinin olmadığını və sonuncuya yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, “xxxxx” LTD MMC-yə məxsus olan, ünvan 4 A ünvanında yerləşən “xxxxxx” market onun həyat yoldaşı Nümayəndə məxsusdur. Həmin mağaza il yarımdır ki, yəni 2017-ci ilin avqust-sentyabr ayından fəaliyyət göstərir və təxminən 1 il əvvəl, yəni 2018-ci ilin avqustsentyabr ayından mağazanın mühafizəsinin təşkil olunması üçün “Qartal” mühafizə şirkəti ilə tərəflərindən müqavilə imzalanmış və mağazanın mühafizəsi üçün 2 və ya 3 nəfər mühafizəçi təmin olunmuşdur ki, həmin mühafizəçilərin hər biri 12 saat xidmət aparmaqla günün 24 saatında mağazanın mühafizəsini təmin etmişlər. Mağaza müştərilərə 24 saat ərzində fasiləsiz xidmət göstərir. Beləliklə də, mağazaya təxminən 1 il əvvəl mühafizə şirkəti tərəfindən Təqsirləndirilən şəxs mühafizəçi olaraq təyin edilmişdir. Son 7-8 aydır ki, yəni təxminən 2019-cu ilin fevral-mart ayından mağazada olan malların əskik gəldiyini aşkar etməklərinə baxmayaraq, hansı şəraitdə oğurlandığını və ya nə səbəbdən əskik gəldiyini müəyyən edə bilməmişlər. Qeyd etsin ki, bir il ərzində mağazada apardıqları sayım zamanı əskik gələn malların ümumi dəyərini hal-hazırda qeyd edə bilməsə də, lakin son 3 ay ərzində aparılan daxili uçotun hesabatını təqdim edə bilər. Beləliklə də sonuncu dəfə 2019-cu ilin avqust ayının 24-də mağazada aparılan sayım zamanı 6.346 (altı min üç yüz qırx altı) manat əskik gəldiyini qeyd edə bilər. Hesablamalarına görə son 3 ay ərzində mağazadan ümumilikdə təxminən 11.382.80 (on bir min üç yüz səksən iki manat səksən qəpik) manat dəyərində müxtəlif ərzaq malların yerində olmadığını aşkar etmişlər. Bundan sonra mağazada quraşdırılmış müşahidə kameralarına baxış keçirdikdə mağazanın mühafizəçisi işləyən R.Ş.Səlimiov kassirin yerində olmamasından istifadə edərək kassa aparatının arxasına keçib müştərilərdən ödənişləri qəbul etdiyi məbləği kassaya vurduqdan sonra silmə əməliyyatını (satışın ləğv olunması) edərək pulları oğurlaması faktlarını aşkar etmişdir. xx xxxxxxxx 2019-cu il tarixdən təxminən bir həftə ərzində müşahidə kameralarının izlədikləri zaman yalnız Rəşadədin tərəfindən kassa əməliyyatlarına müdaxilə faktı aşkar etmişdir. Mağazanın təlimatında mağazanın mühafizəsinin kassa əməliyyatlarının etməsi qadağandır, tərəflərindən Rəşadədinə növbə rəisinə səlahiyyətli kartı verilmişdir ki, həmin kartla satışın ləğv olunması üçün istifadə etsin, lakin Rəşadədində bu səlahiyyətdən öz mənafeyinə görə istifadə edərək mağazadan külli miqdarda oğurluq etmişdir. Mağazada quraşdırılmış müşahidə kameralarında qeydə alınmış video görüntülər, Rəşadədinin etiraf sms-ləri və mağaza daxili aparılan hesabatlar vardır ki, onlar da istintaqa təqdim edilmişdir. Rəşadədin izahatında yalan deyir, belə ki, 8 aydır ki, Rəşadədin mağazadan oğurluq edir, mağazadan oğurlanan 11.382 manat pulu Rəşadədindən başqa zənn edir ki, heç kim oğurlaya bilməz. Mağazanın silmə kartının kodu mühafizə əməkdaşlarında vardır, Elza xanım da mağazanın administatorudur, Elza xanım silmə kartının kodunu bilsə də, sonuncunun bacısı Pərvanə xanım mağazanın silmə kartının kodunu bilmir. Kassanın arxasına Rəşadədindən başqa heç kim keçə bilmir, kassanın əməkdaşları silmə əməiyyatını keçirə bilmirlər, bunu ancaq Rəşadədin edə bilər. Rəşadədin kassaya özbaşına keçmiş, sonuncuya icazə verilməmiş, Rəşadədin kassiri aldadaraq siqaret çəkmək üçün kənara göndərmiş, Rəşadədin də bundan istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən '‘xxxxxx'’ marketdə 2017-ci ilin noyabr ayından 2020-ci il fevral ayınadək əmək müqaviləsi ilə inzibatçı vəzifəsində işləmişdir. Marketin sahibəsi Nümayəndə olsa da, onun işlərini həyat yoldaşı Şahid1 görmüşdür. Əməkhaqqı onu qane etmədiyi üçün və səhhəti ilə əlaqədar olaraq işdən çıxmışdır. Təqsirləndirilən şəxs da işlədiyi müddətdən, yəni 2019-cu ilin yanvar ayından tanıyır. Rəşadədin işlədiyi marketdə mühafizəçi vəzifəsində işləmişdir. Onun iş rejimi 8 saatlıqdır, yəni saat 09:00-dan saat 18:()()-a qədər olan müddət ərzindədir, işlədiyi market 24 saat müddətində müştərilərə xidmət edir. İnzibatçı vəzifəsində işləmişdir. Rəşadədindən başqa həmin marketdə Çoşqun işləmiş, digər mühafizəçinin isə adını bilmir. Mühafizə xidməti də marketdə 12 saat müddətində 1 ııəfəı olmaqla Aİdmət aparmışlar. Mühafizəçinin də vəzifəsi ancaq marketin mühafizəsini təmin etməkdən ibarətdir. Həmçinin hər üç mühafizəçiyə elektron məlumat daşıyıcısı olan silmə kartını vermişdir. Həmin kartın funksiyası kassaya səhvən əlavə mal vurulduqda pulları silmək üçün istifadə olunur, yəni kassir malı kassaya səhv vurduqda mühafizəçini dəvət edir və mühafizəçi özündə olan silmə kartı ilə silir, sıfırlandıqdan sonra kassir malları yenidən vurur. Həmin kartdan onda olmamışdır. 2019-cu ilin sentyabr ayında kassir Rüfətin növbəsində hər dəfə 100-150 manat əskik gəlmiş, bu məsələ Rüfəti də, narahat etmiş və sonuncu ona yaxınlaşaraq ad verməyə çəkinsə də, kassanı ayaq yoluna getmək üçün və ya yemək fasiləsinə getmək üçün tərk etdikdə, onun növbəsində kassadan pulun oğurlanmasından şübhələndiyini, konkret olaraq ad çəkməyəcəyini, kameralara baxdıqda hər şeyin aydın olacağını bildirmişdir. O, da bu barədə Şahid1 məlumat vermiş, kameralara baxmışlar və oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər, Şahid1 bu barədo polisə məlumat vermişdir. Rəşadədin marketin kassasından pul oğurlamasını bilsə də, həmin pulun miqdarı barədə dəqiq bir söz deyə bilməz. Rəşadədin izahatında yalan danışır, silmə kartının kodu, şifrəsi yoxdur, kart şifrəsiz istifadə olunur, onda da, həmin silmə kartından olmamışdır, ona məxsus iş üçün olan kompyuterin şifrəsini bilir, bacısı Pərvanənin ümumiyyətlə heç bir şifrədən xəbəri yoxdur, Rəşadədin yalan və qərəzli məlumat vermişdir. Rəşadədin marketin kasasından hansı miqdarda pul əldə edib oğurlaması barədə məlumatı yoxdur, kassir Rüfət 2019-cu ilin iyul ayında ona bu barədə bildirdikdən sonra, Rəşadədininin oğurluq etməsini bilmiş, bu barədə də, müdiriyyətə məlumat vermişdir. Mühafizəçilərin kassada oturmaq, müştəri qəbul etmək kimi səlahiyyətləri olmamışdır. Əvvəl Rəşadədinin kassadan pulu silmə kartı vasitəsilə əldə etdiyini bilməmiş, kassir Rüfət 2019-cu ilin iyul ayında ona bu barədə bildirdikdən sonra bilmişdir ki, Rəşadədin oğurluq edir. Rəşadədinə heç kim kassada əməliyyat aparılmasına icazə verməmişdir, Rəşadədin özbaşına olaraq müştərilərə xidmət etmişdir. Silinmə kartı müştərilərin səhvən etdiyi alışı ləğv etmək üçün mühafizə xidmətinə etibar edilmiş bir vasitə, yəni elektron kartdır. Həmin kartlara satışları ləğv etmək olur, belə ki, alıcı əgər hər hansısa malı səhvən alarsa və ya pulu çatmazsa həmin silnmə kartı vasitəsilə göstərilən alışı ləğv etmək olur və kassanın aparatından həmin məbləğ silinir. Təqsirləndirilən şəxs Fatimə Əliquliyeva ilə iş yoldaşı kimi münasibətlərinin olduğunu bilir, Rəşadədinin Fatiməyə 800 manat verməsi barədə heç bir məlumatı yoxdur, Fatimənin 2019-cu ilin mart ayında çənə nahiyəsindən əməliyyat olunduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən “xxxxxx’' marketdə xx xxxxxx 2018-ci ildən 2019-cu ilin mart ayının axırına qədər olan müddət ərzində kassir işləmişdir. Əmək müqaviləsi olmamışdır. İşlədiyi marketdə Elza xanım inzibatçı işləmişdir. R.Ş.Səlimiov isə işlədiyi həmin marketdə mühafizəçi işləmişdir. Rəşadədindən başqa həmin marketdə mühafizəçi Coşqun və digər adını unutduğu şəxs mühafizəçi işləmişlər, yəni həmin marketdə 3 nəfər mühafizəçi işləmişdir. Həmin mühafizəçilərdə marketdə növbə ilə işləmiş və8 saatlıq iş rejimi ilə xidmət aparmışlar. Onun isə iş rejimi saat 16:00-dan saat 24:00-a qədər olmuşdur. Həmin marketdə 2019-cu ilin mart ayının axırına kimi işləmiş, sonradan isə çənəsini əməliyyat etdirməli olduğundan həmin marketdən çıxaraq 1 ay müddətində müalicə olunmuş, sonradan isə yaşadığı Mingəçevir şəhərinə getmiş, hazırda da Mingəçevir şəhərində yaşayır. İşlədiyi müddətdə bütün işçilərlə həmçinin də Rəşadədinlə münasibəti yaxşı olmuş, lakin aralarında heç bir dostluq və yaxınlıq münasibətləri olmamışdır. Marketin kassasında işləyən zaman sözsüz ki, mağazanın kassası ona etibar olunmuş, növbədə olduğu zaman kassaya cavabdehlik daşımışdır. Kassada işlədiyi zaman ayaqyolunun yolu uzaq olduğundan ora gedərkən digər kassirlər kimi kassanı həmişə mühafizəçilərə tapşırıb gedirmiş. Kassada olmayan müddətdə kassada mühafizəçi müştərilərə xidmət göstərməsinə müdiriyyət narazı olmuşdur. Lakin kassanı bağlamağa icazə verilmədiyindən digər kassada işləyənlər kimi mühafizəçilərə kassanı müvəqqəti verib geri qayıtmışdır. Kassada olmadığı müddətlərdə Rəşadədinin onun kassada olmadığından istifadə edərək kassada müştərilərə xidmət etməsini görməmişdir. Belə ki, müştərilərə kassada xidmət göstərmək mühafizəçilərin işi deyil. Silmə kartının kodunu sözsüz ki, Elza xanım bilir, lakin Pərvanə xanımın silmə kartının kodunu bilməsi barədə məlumatı yoxdur, o, da silmə kartının kodunu bilmir. Rəşadədinə kassaya əyləşməyi icazə verməmiş, sadəcə olaraq özü olmayanda kassaya kənardan müşahidə etməsini xahiş etmişdir. Silinmə kartı müştərilərin səhvən etdiyi alışı ləğv etmək üçün mühafizə xidmətinə etibar edilmiş bir vasitə, yəni elektron kartdır. Həmin kartla satışları ləğv etmək olur, belə ki, alıcı əgər hər hansısa malı səhvən alarsa və ya pulu çatmazsa həmin silnmə kartı vasitəsilə göstərilən alışı ləğv etmək olur və kassanın aparatından həmin məbləğ silinir. Onun Rəşadədinin kassadan silmə kartı vasitəsilə pul əldə etməsindən xəbəri olmamışdır. O, silmə kartından istifadə etməmiş, silmə kartı ümumiyyətlə ona verilməmiş, onun Rəşadədinin kassadan pul çıxarmasından xəbəri olmamış, çənəsində olan əməliyyata görə Rəşadədin deyil, yaxınları, yəni ailə üzvləri ona köməklik etmişlər, çənəsini əməliyyat etdiyinə görə də marketdən işdən çıxmışdır. Onun əməliyyatı 2019-cu ilin mart ayında olmuş, 2019-cu ilin iyul ayında ona necə əməliyyata görə pul verə bilər, Rəşadədin yalan danışır, ona şər atır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4ifadəsində göstərmişdir ki, ‘"xxxxx” LTD MMC-yə məxsus olan, ünvan 3 ünvanında yerləşən “xxxxxx” marketdə 2019cu ildən kassir kimi işləmiş, 2020-ci ilin fevral ayında həm təhsili ilə bağlı, həm də, maaşı onu qane etmədiyi üçün işdən çıxmışdır. Bacısı Şahid2 da o, işlədiyi vaxt orada inzibatçı işləmişdir. Ondan əlavə Rüfət, Tural, Fatimə adlı kassirlər olmuşdur. Saat 08:00-dan saat 16:00-dək işdə olmuş, market 24 saat işləmişdir. Təqsirləndirilən şəxs da marketdə mühafizəçi işlədiyi üçün iş yoldaşı kimi tanımışdır. Rəşadədin marketin mühafizəsini təşkil etmiş və sonuncuya müdriyyət tərəfindən verilmiş silmə kartı ilə kassir səhv əməliyyat aparanda ona müraciət etdikdə, kassanı sıfırlayırmış. Həmin silmə kartı mühafizəçilərdə olmuşdur. 2019-cu ilin sentyabr ayının sonlarında iş yoldaşlarından R.Ş.Səlimiovun kassadan oğurluq etməsini eşitmişdir. Daha sonra da bu məsələ ilə bağlı heç bir şey eşitməmiş, sadəcə olaraq polisdə araşdırma getdiyini bilmişdir. R.Ş.X2 ilə iş yoldaşı kimi münasibətlərinin olduğunu bilir, Rəşadədiniıı Fatiməyə 800 manat verməsi barədə heç bir məlumatı yoxdur, Fatimənin 2019-cu ilin mart ayında çənə nahiyəsindən əməliyyat olunduğunu bilmişdir. Rəşadcdiııin kassadan oğurluq etməsini görməmiş, bu barədə yalnız müdiriyyətin polisə şikayət etməsindən sonra məlumatı olmuşdur. Cinayət işinin 1-ci cild 197-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 238-240-cı vərəqələrində olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cild 241-ci vərəqəsində olan xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 128-129-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “hoco 8GB” markalı fləş kartda olan görüntülərə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxxxxxx 2019-cu il tarixdə saat 13:00-da, 13:09-da, 13:13-də, xx xxxxxxxx 2019-cu il tarixdə saat 16:21-də, xx xxxxxxx 2019-cu il tarixdə saat 17:14-də, 17:28-də, 17:29-da və18:19-da marketin içərisində olan kassaya əynində mühafizə xidmətinə məxsus mavi rəngli qısaqol köynək və tünd rəngli şalvar olan xüsusi forma geyinən bir nəfər şəxs keçərək marketdə olan müştəriləri qəbul edir, kassada əməliyyatlar aparır, müştərilərdən aldığı pulları kassaya qoyur, daha sonra cibinə qoyur, daha sonra kassadan kənarlaşır. Cinayət işinin 1-ci cild 160-161-ci vərəqələrində olan xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Nümayəndə Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 2-ci cild 169-cu vərəqəsində olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti yoxdur və sonuncuya yüngül cəza verilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, fləş kartda olan görüntülərlə və digər iş materialları ilə onun zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla əmlakını gizli olaraq talama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən, oğurluq zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, atasının həyatda olmamasını, anasının ağır xəstə və onun evi dolandıran tək şəxs olmasını, zərərçəkmiş şəxsin nümayəndəsiNümayəndə ona qarşı şikayətinin olmamasını və yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü qismən təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum olunmamasını, atasının həyatda olmamasını, anasının ağır xəstə və onun evi dolandıran tək şəxs olmasını, zərərçəkmiş şəxsin nümayəndəsininona qarşı şikayətinin olmamasını və yüngül cəza verilməsini xahiş etməsini nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həminmaddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncununxx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmişşəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut vəmülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək barədə” iltizamqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək, yəni 02 (iki) günşübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 24:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakışəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut vəmülki iddiayoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş“başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar