Məhkəmə qərarları › İş №1(006)-218/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-218/2025

04.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-218/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Sirac oğlunun Zərər çəkmiş şəxsin: 15 saylı Vəkil Bürosunun vəkili nümayəndəsi: X1 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, Şəki rayonu, Turan qəsəbəsində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonu, M.Kazımovski küçəsində yerləşən nömrəsiz evdə yaşayan, əvvəllər məhkum olunmamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:48-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə 5-10 km/saat sürətlə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinin (sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə əməl etməmiş, həmin vaxt idarə etdiyi avtomobilin ön hissəsi ilə piyada Zərərçəkmiş şəxs Sirac oğlunu vurması nəticəsində ehtiyatsızlıqdan sonuncuya sağ bud sümüyü boynunun subkapital yerdəyişmiş sınığı, sağ mil sümüyü başının az yerdəyişmiş oynaqdaxili sınığı ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almasına səbəb olmaqla yol-nəqliyyat hadisəsini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, təxminən 02 ildən artıq müddətdir taksi fəaliyyəti ilə məşğul olur və “CHEVROLET COBALT LTZ” markalı, **-YB- *** dövlət qeydiyyat nişanlı avtomobili “AZƏRMAŞ LİZİNG” şirkətindən lizinq şərtləri ilə götürərək yol vərəqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə, saat 13:48-də Nəsimi rayonu, Cavadxan küçəsində sıxlıq zamanı 5-10 km/saat sürətlə avtomobillə hərəkət edən zaman iki nəfər şəxsin yolun hərəkət hissəsində dayanmasını görmüş, lakin həmin şəxslərin orada piyada keçidi olmadığı üçün yolu keçəcəyini düşünməmiş və hərəkətini eyni sürətlə davam etdirmişdir. Lakin gözlənilmədən hər iki şəxs birdən yola çıxmışlar. Həmin şəxslər onun avtomobilinin qarşısında olduqları üçün hər ikisi əllərini avtomobilin ön hissəsinə qoymuş, onlardan biri yerə yıxılmış, digəri isə ayaq üstə qalmışdır. Daha sonra o, avtomobildən düşərək yerə yıxılan şəxsin ağrıdan qışqırmasını görmüş, bu səbəbdən onu avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sirac oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə, saat 13:48-də Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində olan zaman tanışı Əhmədlə birlikdə yolun sağ hissəsində sol hissəsinə tərəf keçmək istəmiş, bir qədər gözlədikdən sonra avtomobillərin sıxlıqla bağlı yavaş hərəkət etdiklərini müşayiət edib yolu keçməyə qərar vermişlər. Bir qədər yolun hərəkət hissəsinə çıxdıqda “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanmasını, avtomobili idarə edən şəxsin əli ilə onlara yolu keçə biləcəklərinə dair işarə verməsini görüb Əhmədlə birlikdə hərəkətə başlamış, lakin həmin avtomobil gözlənilmədən hərəkətə başlamış və onu sağ ayağından və sağ qolundan vurmuşdur. O, zərbədən yerə yıxılmış və ağrıları olduğundan qışqırmağa başlamışdır. Bu zaman həmin avtomobili idarə edən şəxs ona yaxınlaşmış, Əhməd və polis əməkdaşlarının köməkliyi ilə onu avtomobilə əyləşdirərək xəstəxanaya aparmışlar. Orada aldığı xəsarətlə bağlı əməliyyat olmuşdur. Hazırda ona vurulmuş zərər ödənildiyindən onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Sirac oğlunun izahatına uyğun ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, fotoşəkillər və sxemə əsasən hadisə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində baş vermişdir. Baxış aydın hava şəraitində aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru, yol örtüyünün eni 14 metr, hərəkət zolağının sayı 04-dür, işlək hissəsinin eni 14-dür, işlək hissəyə sağdan və soldan səki birləşir. Həmin sahədə hərəkətin nizamlanma üsulu nizamlanmayandır (İ cild, i.v.05- 11); • “Nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokola və əlavə edilmiş fotoşəkillərə görə “Chevrolet Cobalt” markalı, **- YB-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı zədə aşkar olunmur (İ cild, i.v.12-13); • “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokollara əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Təhlükəsiz Şəhər” kameralarının qeydə aldığı görüntüləri əks etdirən diskə baxış keçirilmişdir. Görüntüyə görə xx.xx.2024-cü il tarixdə, saat 13:48-də Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi ilə üzü “Əcəmi dairəsi” adlanan əraziyə hərəkətdə olan zaman Zərərçəkmiş şəxs Sirac oğlu və onun yanında olan tanışı Şahid ilə Cavadxan küçəsində yolun hərəkət hissəsində dayanaraq yolu əks istiqamətə keçmək istəyir, bu zaman Zərərçəkmiş şəxs və Şahid eyni anda əllərini yuxarı doğru qaldıraraq hansısa işarə verərək hərəkətə başlayırlar. Bu zaman anidən “Chevrolet Cobalt” markalı avtomobil hərəkətə başlayır və nəticədə Zərərçəkmiş şəxs vuraraq yerə yıxır, Şahid isə özünü bir qədər önə doğru atdığı üçün xəsarət almır (İ cild, i.v.18, 31, disklər); • 07.06.2018-ci il tarixli, AE seriyalı, 728978 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (İ cild, i.v.89); • "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, POA********** saylı etibarnamənin surətinə əsasən “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün xx.xx.2024-cü il tarixədək Təqsirləndirilən şəxs verilmişdir (İ cild, i.v.90); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/2628 saylı rəyinə əsasən “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manat təşkil edir (İ cild, i.v.47-49); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 1290 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs Sirac oğlunun bədənində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyü boynunun subkapital yerdəyişmiş sınığı, sağ mil sümüyü başının az yerdəyişmiş oynaqdaxili sınığı bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərlə əlaqədar ağırlaşma və ya ümumi əmək qabiliyyətinin pozulması halları baş verərsə, əlavə məhkəmə-tibbi ekspertizanın keçirilməsi məsləhətdir. Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri mümkündür (İ cild, i.v.36-38); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” Publik Hüquqi şəxsin Nəsimi rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 36 saylı əlavə rəyə əsasən Zərərçəkmiş şəxs Sirac oğlunun bədənində aşkar edilmiş xəsarətlər – sağ bud sümüyünün boynunun qapalı, subkapital yerdəyişmiş sınığı, sağ mil sümüyünün başının qapalı, oynaqdaxili az yerdəyişmiş sınığı bərk kül əşyanın (əşyaların) təsirindən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan Zərərçəkmiş şəxs vurması nəticəsində əmələ gələ bilmələri (İ cild, i.v.111-114); • “Tutma haqqında” xx.xx.2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə isə müstəntiqin qərarı ilə saxlanıldığı Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.74, 106); • “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarla “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, həmin avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmışdır (İ cild, i.v.121-129); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında məlumat yoxdur (İ cild, i.v.109). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. Eyni zamanda həmin Məcəllənin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalı ,iş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsində saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar