Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-219/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X8, zərərçəmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx.xx.1962-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, “xxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tikinti obyektində yenidənqurmanın aparılmasına rəhbərlik edən zaman işlərin aparılmasının təhlükəsizliyi qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, «xxxxxxxxxxxxxxxx» MMC tərəfindən ünvan 2 ünvanında yerləşən qeyriyaşayış obyekti olan tibb mərkəzinin yenidənqurma işlərində MMC-nin xx xxxxxx 2019-cu il tarixli 04-K №-li əmək müqaviləsi ilə vəzifəli şəxs olaraq əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində işləyərkən, xx xxxxxx 2020-ci il tarixli K- 11/20 nömrəli əmrlə iş icraçısı Şahid5 xx.xx.2020-ci il tarixdən 7 (yeddi) təqvim günü ailə vəziyyətinə görə öz hesabına məzuniyyət verilməsi səbəbindən onun, yəni iş icraçısının vəzifələrini icra edərkən “Bakı şəhəri, Nəsimi rayonu, Məhəmmədcəfər Cəfərov küçəsi 12də yerləşən mövcud qeyri-yaşayış obyektində yenidənqurma işləri. İşçi. Layihə. X10. Bakı- 2019” adlı sənədin “Texniki təhlükəsizlik göstəriciləri” 9 saylı başlığının SSRİ Tikinti işləri üzrə Dövlət Komitəsinin xx xxxx 1980-ci il tarixli 82 saylı Qərarı ilə təsdiq edilmiş “İİİ-4-80 TNvəQ-rı”-nın 2.1., 2.30, 12.23 bəndlərinin, “İİİ-4-80 TNvəQ-rı”-nın 1 saylı Əlavəsinin 12 bəndinin və Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin Kollegiyasının 24-2 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X6”-nda olan “İş icraçısı”-nın əmək funskiyasının tələblərini pozmuş, yəni lift şaxtasının daxilində hörgü işini aparmış günəmuzd işləyən Zərərçəkmiş şəxs tərəfindən taxta materiallarından quraşdırılmış ayaqaltının üzərinə yolverilməz olaraq mişar daşları yığılmaqla ayaqaltı təyinatına uyğun istifadə edilməsini hadisədən az əvvəl aşkar etməsinə baxmayaraq, bu qüsurun aradan qaldırılması üçün hər hansı tədbir görməmiş, ayaqaltı quraşdırıldıqdan sonra, onun müvafiq texniki şərtlərə və mövcud iş şəraitinə uyğunluğunu öyrənməmiş, ümumilikdə həmin quraşdırma işinin icrasında iş yerinin təhlükəsiz təşkili və Zərərçəkmiş şəxs tərəfindən əməyin mühafizəsi təlimatına riayət etməsini təmin etməmiş, nəticədə həmin yenidənqurma işlərində hörgü işləri həyata keçirən Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə, saat 11 radələrində tibb mərkəzinin 3-cü mərtəbəsinin lift şaxtasının daxilində yerdən 11 metr hündürlükdə taxta materiallarından quraşdırılmış ayaqaltı üzərində işləyən zaman ayaqaltının yük daşıyan taxta elementlərinin sınması nəticəsində şaxtanın dib hissəsinə yıxılaraq baş beyinin əzilibdağılması və evakuasiyası, yumşaq qişalara qansımazalar, kəllə tağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları, sol alın-təpə-ənsə nahiyələrində yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızmalar, başın sol alın-təpə-ənsə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol ağciyərin cırılması və toxumasına qansızmalar, sağdan İV, V, Vİ, Vİİ, Vİİİ, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə sınıqları və qabırğaarası əzələlərdə qansızmalar, qaraciyərin və dalağın cırılması, sağ almacıq, alt çənə, burun və sağ said sümüklərinin sınıqları, alt çənədə soldan İ, İİ, sağdan İ, İİ, İİİ, İV, V dişlərin tac hissəsinin sınıqları, çənə sümüyünün sınığı, burun nahiyəsinin, sol kürək nahiyəsinin, sağ bazunun, bel nahiyəsinin, sol əlin, sağ diz oynağı nahiyəsinin, hər iki budun və hər iki baldırın sıyrıqları kimi ölümlə birbaşa səbəbli əlaqədə olan dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər almış, almış olduğu kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin toxumasının əzilib-dağılması və evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) xəsarəti səbəbindən hadisə yerində ölmüş, yəni onun tikinti obyektində yenidənqurmanın aparılması zamanı işlərin aparılmasının təhülkəsizliyi qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2016-cı ildən “xxxxxxxxxxxxxxxx” MMC-də təchizatçı kimi işləmişdir. 2016-cı ildə əmək təhlükəsizliyi üzrə kurs keçdikdən sonra əməyin mühafizəsi və təhlükəsizliyi üzrə sertifikat almışdır. “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Şahid6 1979-cu ildən 1998-ci ilədək kondisoner zavodunda işlədiyi zaman tanımışdır. Şahid6 onu 2019-cu ilin sentyabr ayında MMC-də işə dəvət etmiş, o da Şahid6 təklifini qəbul etmişdir. Şirkət onunla əmək müqaviləsi bağlayaraq onu əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis vəzifəsinə işə götürmüşdür. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndisi kimi işçilərin əməyin mühafizə və təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmiş, təhlükəsizlik qaydaları ilə bağlı lazımi ləvazimatların alınması üçün müdiriyyətə müraciət etmiş və digər işlər görmüşdür. Texniki təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı hər sahənin təhlükəsizlik qaydaları üzrə hörgüçüyə fərqli, qəlibçiyə fərqli təlimatlar keçmişdir. Hörgüçüyə yuxarıda işləyirsə ayaqaltının etibarlı olmasını tapşırmış, ayaqaltının üzərinə daş yığmamasını demişdir. Amma ümumi kaskadan, geyim formasından əlcəkdən istifadə edilməsini, hündürlükdə işləyənlərə, həmçinin, kəmərdən istifadə edilməsini tapşırmışdır. İşçilərə kaska, əlcək və geyim forması, yüksəklikdə işləyənlərə kəndir və perimetr verməsi üçün qırılmayan kəndir verilmişdir. İş icraçısı isə Şahid5dur. Şahid5 rəsmi olaraq işdə olmadığı və ya məzuniyyətdə olduğu vaxtlarda onun vəzifələrini də o, icra etmişdir. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanındakı köhnə “Nurvin” şadlıq sarayının 2019-cu ilin sentyabr ayından yenidən qurma və tikinti işləri aparılmağa başlanmışdır. Layihə üzrə şadlıq sarayının tibb mərkəzinə çevrilməsi nəzərdə tutulmuşdur. Bina ümumilikdə 4 mərtəbəlidir. Yenidən qurmada 6 nəfər hörgüçü, 7-8 nəfər dəmirçi-qəlibçi, iki nəfər isə fəhlə işləmişdir. Binanın 3-cü mərtəbəsinin tavanının beton örtüyü 3-4 gün əvvəl vurulduğu üçün dəmirçi-qəlibçilər artıq işləməmişlər. Bina layihə üzrə 3 mərtəbə, zirzəminin tikilməsi və yenidən qurulması nəzərdə tutulmuşdur. Binanın ortasında lift nəzərdə tutulduğu üçün şaxtasının tikintisinə başlanmışdır. Bina əvvəl iki mərtəbə olsa da yenidən qurma işlərinə başladıqdan sonra ikinci mərtəbə hündür olduğu üçün ortadan bölünmüşdür. Binanın dayaqları dəmir beton konstruksiyası ilə gücləndirilmiş, daha sonra yarı bölünən etaja ortadan beton tavan tökülmüşdür. Bölünən etajın üzərindən əlavə bir mərtəbə də tikilmişdir. Əvvəldən binanın zirzəmisi olsa da orada hörgü işləri görülmüşdür. Şaxtanın tikintisinə təxminən hörgü başlandıqdan bir ay sonra, monalit işləri isə 2019-cu ilin sentyabr ayından başlanmışdır. Monalit işləri mövcud kalonların gücləndirilməsindən ibarətdir. Şaxtanın tikintisində bir neçə hörgü ustası işləmişdir. Şaxtanı Şöhrət, İzafət, Tərxan və Anar hörmüşlər. Şaxtanın hündürlüyü bir mərtəbədən digər mərtəbəyə 4 metrdir. Şaxtanın hündürlüyünün 16 metr olması nəzərdə tutulmuşdur. Eni 2, uzunluğu isə 2.7 metrdir. Mişar daşlarından hörülmüşdür. Şaxtanın son mərtəbəsinin tikintisi tamamlanmamışdır. Həmin işin görülməsi zamanı hörgü ustası Şahid4 Phaliadin Mansurovu da işə cəlb etmişdir. Phaliadinə öz aralarında Vəli adı ilə müraciət etmişlər. O, Anar və Phaliadinlə ailəvi dost olmuş və bir çox tikinti işlərində birlikdə işləmişlər. Phaliadin əvvəlki dövrdə də ayrı-ayrı vaxtlarda tikintiyə gəlib gündəlik hörgü işləri görmüş və ona gördüyü işlərə görə günlük pul ödənilmişdir. Şaxtanın son mərtəbəsinin tamamlanması işini Phaliadin həyata keçirmişdir. Phaliadin xx xxxxxx 2020ci ildə tikintidə liftin arxa hissəsində qapı yerlərinin hörgüsünü aparmışdır. İş icraçısı Şahid5 xx xxxxxx 2020-ci il tarixdən rəsmi olaraq öz hesabına məzuniyyətdə olduğundan vəzifələrinin icrası əmrlə ona həvalə edilmiş və bu barədə direktor Şahid6 tərəfindən ona məlumat verilmişdir. İş bölgüsünü iş icraçısı Şahid5, onun rəsmi olaraq işdə olmadığı dövrlərdə isə şəxsən özü həyata keçirmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində işə gəlmişdir. Phaliadinin iş yerinə nə vaxt gəlməsini isə bilməmişdir. O, işə gəldikdə dərhal işdə olan işçilərə - Anar, Tərxan, Şöhrət və Samirə havanın küləkli olması səbəbindən işləməmələrini tapşırmış, onlar da bu səbəbdən işləməmişlər. Hadisənin baş verdiyi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə direktor Şahid6 tikintidə olmasa da o, hava şəraiti ilə bağlı olaraq iş olmayacağının işçilərə bildirilməsi barədə Şahid6 telefonla əlaqə saxlayaraq məlumat vermişdir. Bundan sonra işçilər ona Phaliadinin pula ehtiyacı olduğundan şaxtanın son mərtəbəsinin tamamlanması üçün hörgü işi görməyə başladığını bildirmişlər. O, dərhal yuxarı, yəni ən son mərtəbəyə qalxmış və Phaliadinin oarada işlədiyini görmüşdür. Phaliadin artıq dörd daş üst-üstə hörmüş və ayağının altında dörd ədəd bir-birinə paralel 4,5 sm qalınlığında taxta və taxtanın üzərinə də təxminən 1,8 sm qalınlığında 1.52 m x 1.52 m ölçüsündə dikt taxta atılmışdır. Həmin vaxt Phaliadinə fəhlə Süphan palçıq qarışdırmaqla kömək etmişdir. Phaliadinin istifadə etdiyi ayaqaltını da özü hazırlamış və həmin ayaqaltı taxtalarını divara keçirtmişdir. Həmin taxtalar təzə və keyfiyyətli olmuşdur. Phaliadin mişar daşlarını ayaqaltının üzərinə qoyaraq oradan götürüb hörgü aparmışdır. O, Phaliadinə havanın küləkli olduğunu və bu səbəbdən işi dayandırmasını tələb etmiş, Phaliadin isə ona bir qədər palçıq qaldığını və iki daş da hörüb çıxacağını bildirmişdir. Bundan sonra o, Phaliadinin işləməyinə razı olub aşağı düşmüşdür. Bir qədər sonra Sübhan da aşağı düşmüşdür. Təxminən 15-20 dəqiqə sonra tikintinin içərisndən yüksək səs gəlmişdir. Həyətdə olan hörgü ustası Şöhrət ona yaxınlaşaraq səsin şaxtadan gəldiyini, Phaliadinin isə tikinti apardığı yerdə olmadığını bildirmiş və o, Sübhan, Şöhrət və Samirlə birlikdə dərhal şaxtaya getmişlər. Şaxtaya çaatdıqda Phaliadinin aşmış diktlərin və daşların altında qaldığını görmüşlər. Phaliadin hörgü zamanı daşları özünün hazırladığı ayaqaltının üzərinə yığdığından ayaqaltının konstruksiyası mişar daşlarının ağırlığına dözməmiş və taxtalar sındığından Phaliadin təxminən 11 metr hündürlükdən aşağı düşərək ölmüşdür. Onlar diktlərin və daşların altından Phaliadini çıxarmışlar. Daşların çoxu Phaliadinin baş nahiyəsinin üzərində olmuşdur. Diktlərlə bərabər təxminən 20-dən çox mişar daşı da aşmış, həmin mişar daşlarının ağırlığı təxminən 32-35 kq olmuşdur. Bundan sonra o, dərhal hadisə barədə təcili tibbi yardıma məlumat vermişdir. Təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etmək onun və iş icraçısı Şahid5 üzərinə düşmüşdür. Hörgü işi üçün kəmər nəzərdə tutulmadığından Phaliadin də işləyən zaman kəmərdən istifadə etməmişdir. X2 qeydiyyatı jurnalına gündəlik deyil, 20-25 gündənbir qeydiyyat aparılmışdır. Əməlindən səmimi peşmandır. Tərəfindən zərərçəkmiş şəxsin ailəsinə maddi və mənəvi yardım göstərilmiş, barışıq əldə olunmuş, ondan şikayətləri yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Mərhum Zərərçəkmiş şəxs isə onun əridir. O, Zərərçəkmiş şəxs ilə 2004-cü ildə Gürcüstan Respublikasında ailə həyatı qursa da, onunla 2005-ci ildə rəsmi olaraq nikaha daxil olmuşdur. Phaliadinə dostları və qohumları Vəli adı ilə müraciət etmişlər. Belə ki əsl adı Vəliyəddin olsa da, Gürcüstan Respublikası vətəndaşı olduğundan adı vətəndaşlıq pasportunda Phaliadin kimi qeyd edilmişdir. Phaliadin əsasən ayrı-ayrı tikintilərdə, ya da şəxsi evlərdə hörgü-suvaq ustası kimi işləmişdir. Şahid4 Phaliadinlə yaxın dostluq münasibətləri olmuş və bir-birilərinə iş tapmaqda da köməklik etmişlər. Şahid4 özü də ustadır. Phaliadinin Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsi 12 ünvanında yerləşən “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən həyata keçirilən tikintidə işləməsi barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə, saat 08-09 radələrində işə getmək məqsədilə evdən çıxmışdır. Həmin gün saat 13 radələrində Şahid4 onun telefonuna zəng edərək Phaliadinin işlədiyi tikintidə yıxıldığını demişdir. Həmin vaxt Anar ağlamağa başladıqda o, xoşagəlməz bir halın baş verdiyini anlamışdır. O, dərhal evdən çıxaraq taksiyə əyləşmiş və Anarın bildirdiyi ünvana getmişdir. Anar isə özünün rayonda olduğunu və 2 saat sonra özünün də tikinti aparılan yerə gələcəyini demişdir. Tikiniti aparılan əraziyə çatdıqda tikintidə işləyən işçilər Phaliadinin yıxılaraq öldüyünü ona bildirmişlər. İşçilər hava küləkli olduğundan Phaliadinə həmin gün işləməməsini bildirsələr də Phaliadin pula ehtiyacı olduğu üçün işləyəcəyini demişdir. Bundan sonra polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlmiş və Phaliadinin meyiti müayinə olunması üçün morqa göndərilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Göstərilənlərə əsasən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, əsas işi bənnalıq olsa da müxtəlif tikintilərdə dəmirçi kimi də işləmişdir. xx.xx.2020-ci il tarixdə “xxxxxxxxxxxxxxxx” MMC onunla rəsmi olaraq əmək müqaviləsi bağlamış və o, şirkətdə bənna kimi işləməyə başlamışdır. Həmin şirkət ünvan 2 ünvanında yerləşən əvvəllər şadlıq evi kimi faəliyyət göstərmiş tikilini klinikaya çevirmək istiqamətində işlər həyata keçirmişdir. “xxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Şahid6dur. Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mühəndis Təqsirləndirilən şəxs, iş icraçısı isə Şahid5dur. Texniki təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimat Təqsirləndirilən şəxs tərəfindən keçirilmiş və jurnallara qol çəkilmişdir. Həmçinin işçilərə kaska, əlcək və geyim forması, yüksəlikdə işləyənlərə kəndir və perimetr verməsi üçün qırılmayan kəndir verilmişdir. Təhlükəsizlik qaydalarına əməl edilməsini təmin etmək Təqsirləndirilən şəxs və iş icraçısı Şahid5 üzərinə düşmüşdür. Ancaq xx.xx.2020-ci il tarixdən Şahid5 1 həftəlik öz hesabına məzuniyyətə buraxıldığından onun vəzifələrinin icrası da texniki-təhlükəsizlik eskperti Təqsirləndirilən şəxs həvalə edilmiş və onların hər birinə bu haqda məlumat da verilmişdir. O, xx.xx.2020-ci il tarixdə, saat 08 radələrində işə gəlmişdir. Bir müddət sonra isə Phaliadin işə gəlmişdir. Onlar Phaliadinə öz aralarında Vəli demişlər. Həmin vaxt Sübhan da işə gəlmişdir. İş icraçısı Şahid5 məzuniyyətdə olduğundan vəzifələrini icra edən Təqsirləndirilən şəxs isə işə gəlmədiyindən onu gözləməyə başlamışlar. Çünki iş bölgüsü Təqsirləndirilən şəxs tərəfindən aparılırdı. Phaliadin işə başlamaq üçün hazırlaşdıqda o, Phaliadinə havanın çox küləkli olduğunu və Təqsirləndirilən şəxs gözləməsini demişdir. Phaliadin isə pulu olmadığından işləmək məcburiyyətində olduğunu, Təqsirləndirilən şəxs gəldikdən sonra ona işləməyə icazə verməyə biləcəyini, bu səbəbdən işləmək istədiyini bildirmişdir. Phaliadin hazırlaşıb yuxarı qalxdıqda tikintidə fəhlə işləyən Sübhan da ona kömək etməyə getmişdir. Saat 10 radələrində Təqsirləndirilən şəxs işə gəlmiş, havanın çox küləkli olduğunu və buna görə də həmin gün işləməyəcəklərini bildirmişdir. O, bu səbəbdən pul almaq üçün Şahid6 gözləməyə başlamış, daha sonra isə Təqsirləndirilən şəxs Phaliadinin onu gözləməyərək yuxarıda işə başladığını demişdir. Təqsirləndirilən şəxs dərhal yuxarı qalxmış və bir müddət sonra isə aşağı düşmüşdür. Onun arxasınca Sübhan da aşağı gəlmiş, Phaliadin yuxarıda qalmışdır. Bir müddət keçdikdən sonra tikintidə gurultulu bir səs eşitmiş və dərhal həmin yerə getmişdir. O, Təqsirləndirilən şəxs, Sübhan və Samirlə birlikdə şaxtaya doğru getmiş və Phaliadinin dikt və daşların altında qaldığını görmüşdür. Bundan sonra onlar Phaliadinin meyitini diktlərin və daşların altından çıxararaq kənara qoymuşlar. Daşların çoxu Phaliadinin baş nahiyəsinin üzərində olmuş, bədəni üzərində isə daş olmamışdır. Diktlərlə bərabər təxminən 20-dən çox mişar daşı da aşmışdır. Mişar daşlarının ağırlığı təxminən 32-35 kq olur. Bundan sonra təcili tibbi yardıma və polisə məlumat verilmişdir. Hadisə yerinə gələn tibb işçiləri Phaliadinin öldüyünü təsdiqlədikdən sonra meyit müyainə olunması üçün morqa aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Ağaibrahim oğlu da Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Şahid6la təxminən 20 il əvvəl “Moskva” univermağının yaxınlığında 16 mərtəbəli binanın tikintisi zamanı tanış olmuşdur. O, əvvəlcə tikintilərdə fəhlə kimi işə başlasa da sonradan usta kimi işləməyə başlamışdır. Əvvəl qəlibçi kimi, sonra isə hörgü işləri ilə məşğul olmuşdur. Şahid6 iş olduqda onu işləmək üçün dəvət etmişdir. Şahid6 hazırda “xxxxxxxxxxxxxxxx” MMC-nin dirketorudur. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2019-cu ilin sentaybr ayından Nəsimi rayonu, Məmmədcəfər Cəfərov 12 ünvanındakı köhnə “Nurvin” şadlıq sarayının layihə üzrə tibb mərkəzinə çevrilməsi nəzərdə tutulmuşdur. Şahid6 da onu orada hörgü, söküntü və s. işlərin görülməsinə cəlb etmiş və onunla xidməti müqavilə bağlanılmışdır. 25-30 gün işlədikdən sonra isə başqa yerlərdə işləməyə başladığından həmin yerdə işini dayandırmışdır. xx.xx.2020-ci ildən hörgü ustası kimi şirkətdə işə başlamışdır. Bina aşağı mərtəbə ilə birlikdə 4 mərtəbəlidir. Binanın tikintisində və yenidən qurmasında 6 nəfər hörgüçü, 7-8 nəfər dəmirçi-qəlibçi, iki nəfər isə fəhlə işləmişdir. İşçilərdən qəlibçi-dəmirçilərdən usta kimi Asif, Siyafər, Fəxrəddin, fəhlə kimi Rahib, Eldəniz, Samir, Sübhan və Mansuru, hörgüçülərdən o, Şöhrət və Tərxanı tanımışdır. İş icraçısı Valeh Mamedovdur. Binanın 3-cü mərtəbəsinin tavanının beton örtüyü o, işə başlayanda vurulmuşdur. Bina layihəsindən isə xəbəri olmamışdır. Binanın ortasında lift nəzərdə tutulduğu üçün şaxtasının tikintisinə başlanılmışdır. Ondan əvvəl də binanın lift şaxtasını Şöhrət və Tərxan hörmüşdür. Şaxtanın mərtəbələrarası hündürlüyü təxminən 4 metrdir. Ümumi şaxtanın hündürlüyünün tam hörüldükdən sonra 16 metr olması nəzərdə tutularaq mişar daşlarından hörülmüş və şaxtanın son mərtəbəsinin tikintisi tamamlanmamışdır. O, aşağı mərtəbə də nəzərə alınmaqla 3-cü mərtəbənin lift şaxtasının hörgüsünü aparmışdır. Həmin yerin hörgüsünün bir hissəsini Şöhrət və Tərxanla birlikdə işləmişdir. xx.xx.2020-ci ildə təxminən, saat 14-15 radələrində öz aralarında Vəli kimi adlandırdıqları, əsl adı isə Phaliadin olan dostu iş yerinə gəlmişdir. Phaliadini 4-5 ildir ki, tanıyır. Phaliadin tikintdə gündəlik işlədiyi vaxtlarda pulunu iş icraçısı Şahid5 almışdır. İş bitdikdən sonra Phaliadinlə birlikdə xx.xx.2020-ci ildə saat 18 radələrində işdən çıxmışlar. Həmin vaxt Phaliadin ondan iş olub-olmadığını, pula ehtiyacı olduğunu və səhər gəlib işləmək istədiyini demişdir. O, şaxtanın lift şaxtasının son mərtəbəsinin tikintisində işləyə biləcəyini bildirmiş, lakin sabahı gün, yəni xx.xx.2020-ci ildə Bərdə rayonuna gedəcəyini demişdir. O, sabahı gün Bərdə rayonuna getmiş və həmin gün 12 radələrində Təqsirləndirilən şəxs ona zəng edib Phaliadinin işləyən zaman lift şaxtasından yıxılaraq öldüyünü demişdir. O, dərhal Phaliadinin həyat yoldaşı Natavana zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, özü də taksiyə əyləşərək Bakı şəhərinə qayıtmışdır. O, yolda olan zaman Phaliadinin morqa aparıldığı ona bildirildiyindən o, birbaşa morqa getmiş, Şahid6 da orada olmuşdur. Şahid6 nə baş verdiyini soruşduqda, ona Phaliadinin işləyərkən ayaqaltıların qırıldığını və şaxtanın boşluğuna düşərək öldüyünü bildirmişdir. Daha sonra o, meyiti morqdan təhvil almış, ailəsi ilə birlikdə Gürcüstan-Azərbaycan sərhəddinə kimi aparmışdır. Phaliadin Gürcüstanda dəfn edilmişdir. Sonradan Təqsirləndirilən şəxs ona xx.xx.2020-ci ildə hava küləkli olduğu üçün işi dayandırsa da Phaliadinin pula ehtiyacı olduğundan şaxtanın 4-cü mərtəbəsində işlədiyini bildirmişdir. İş icraçısı Şahid5 xx.xx.2020-ci il tarixdən etibarən 1 həftəlik məzuniyyətə çıxdığından onun vəzifələrini texniki təhlükəsizlik üzrə mühəndis Təqsirləndirilən şəxs icra etmişdir. Bu barədə direktor Şahid6 onlara da məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 verdiyi ifadəsində göstərmişdir ki, 2009-cu ildən tikinti sahəsində işləyir. Əvvəllər topoqraf kimi fəaliyyət göstərsə də, sonradan iş icraçısı kimi işləmişdir. Şahid6 təxminən 7-8 ildir ki, tanıyır. Ayrıayrı vaxtlarda onunla bir neçə dəfə birlikdə də işləmişdir. İş olmadığı dövrlərdə də Şahid6la tez-tez əlaqə saxlamışdır. Şahid6 hazırda “xxxxxxxxxxxxxxxx” MMC-nin dirketorudur. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2019-cu ilin sentaybr ayından Nəsimi rayonu, Məmmədcəfər Cəfərov 12 ünvanındakı köhnə “Nurvin” şadlıq sarayının layihə üzrə tibb mərkəzinə çevrilməsi nəzərdə tutulmuşdur. Şahid6 onu xx.xx.2019-cu ildə işə dəvət etmiş və iş icraçısı vəizfəsinə qəbul edilməklə onunla əmək müaviləsi bağlanmışdır. Bina aşağı mərtəbə ilə birlikdə 4 mərtəbəlidir. Yenidən qurmada 6 nəfər hörgüçü, 7-8 nəfər dəmirçi-qəlibçi, iki nəfər isə fəhlə işləmişdir. İşçilərdən qəlibçi-dəmirçilərdən usta kimi Arzu, Asif, Siyafər, Fəxrəddin, fəhlə kimi Rahib, Eldəniz, Samir, Süphan və Mansur, hörgüçülərdən Şöhrət və Sərxan olmuşdur. Binanın 3-cü mərtəbəsinin tavanının beton örtüyü 3-4 gün əvvəl vurulduğundan dəmirçi-qəlibçilər işləməmişlər. Binanın ortasında lift nəzərdə tutulduğu üçün şaxtasının tikintisinə başlanmışdır. Bina əvvəl iki mərtəbə olmuş, lakin yenidən qurma işlərinə başladıqdan sonra ikinci mərtəbə hündür olduğu üçün ortadan bölünmüşdür. Şaxtanın tikintisində müxtəlif hörgü ustaları işləmişdir. Ustalardan Şöhrət, İzafət, Tərxan və Anar şaxtanı hörmüşlər. Şaxtanın hündürlüyü mərtəbədən mərtəbəyə 4 metr olmuşdur. Ümumi şaxtanın hündürlüyünün tam hörüldükdən sonra 16 metr olması nəzərdə tutulmuş, eni 2 metr, uzunluğu isə 2,7 metr olmuş və mişar daşlarından hörülmüşdür. Şaxtanın son mərtəbəsi tamamlanmamışdır. Zərərçəkmiş şəxs onun işlədiyi müddət ərzində bir neçə dəfə gündəlik olaraq tikintidə hörgü işləri həyata keçirmiş və gündəlik pulunu alıb getmişdir. Onun şəxsi və ailə problemləri olduğundan xx xxxxxx 2020-ci il tarixdə direktor Şahid6 icazə almaq üçün müraciət etmişdir. Şahid6 da onu xx.xx.2020-ci il tarixdən etibarən 1 həftə müddətinə öz hesabına məzuniyyətə buraxmışdır. Həmin tarixdən etibarən o, işə getməmişdir. Məzuniyyətə çıxması barədə əmrdə onun vəzifələrinin icrasının texniki təhlükəsizlik üzrə mühəndis Təqsirləndirilən şəxs həvalə edilməsi də qeyd edilmişdir. xx.xx.2020-ci il tarixdə Şahid6 ona zəng edərək Zərərçəkmiş şəxs iş zamanı hündürlükdən yıxılaraq öldüyü barədə məlumat vermişdir. Sonradan o, Təqsirləndirilən şəxs hadisənin necə baş verməsi barədə maraqlandıqda o, xx.xx.2020-ci ildə hava küləkli olduğu üçün işi dayandırdığını, daha sonra isə 4-cü mərtəbədə Phaliadinin işlədiyini bilib ondan işi dayandırmağı istəsə də Phaliadin işləmək istədiyini demiş və işinə davam etmişdir. Phaliadin hörgü zamanı daşları özünün hazırladığı ayaqaltının üzərinə yığaraq oradan götürüb işləmişdir. Hadisənin baş verməsinə səbəb də elə ayaqaltının konstruksiyasının mişar daşlarının ağırlığına dözməməsi nəticəsində sınması olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, “xxxxxxxxxxxxxxxx” MMC onun tərəfindən təsis edilmiş və təsis edilən gündən MMC-nin dirketoru olmuşdur. “xxxxxxxxxxxxxxxx” MMC-nin fəaliyyəti inşaat işləri ilə məşğul olmaqdan ibarətdir. Tikinti işləri ilə məşğul olmaq üçün lisenziyası vardır. MMCdə təxminən 20 nəfərə yaxın işçi çalışır. MMC–nin texniki təhlükəsizlik mühəndisi Təqsirləndirilən şəxs, iş icraçısı ilə Şahid5dur. “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən Nəsimi rayonu, Məmmədcəfər Cəfərov 12 ünvanındakı köhnə “Nurvin” şadlıq sarayının binasında 2019-cu ilin sentyabr ayından yenidənqurma və tikinti işləri aparmağa başlamışdır. Layihə üzrə şadlıq sarayının tibb mərkəzinə çevrilməsi nəzərdə tutulmuşdur. Bina aşağı mərtəbə ilə birlikdə 4 mərtəbəlidir. Yenidən qurmada 6 nəfər hörgüçü, 7-8 nəfər dəmirçi-qəlibçi, iki nəfər isə fəhlə işləmişdir. Binanın orta hissəsində lift nəzərdə tutulduğu üçün şaxtanın tikintisinə başlanmışdır. Bina əvvəl iki mərtəbə olsa da yenidən qurma işlərinə başladıqdan sonra ikinci mərtəbə hündür olduğu üçün ortadan bölünmüşdür. Binanın dayaqları dəmir beton konstruksiyası ilə gücləndirilmiş, sonra yarı bölünən etaja ortadan beton tavan tökülmüşdür. Bölünən etajın üzərindən əlavə bir mərtəbə də tikilmişdir. Əvvəldən binanın zirzəmisi olsa da orada hörgü işləri görülmüşdür. Şaxtanın tikintisinə təxminən hörgü başlandıqdan bir ay, monalit işləri isə 2019-cu ilin sentyabr ayından başlanmışdır. Şaxtanın tikintisində Şöhrət, İzafət, Tərxan və Anar çalışmışlar. Şaxtanın hündürlüyü mərtəbədən mərtəbəyə 4 metrdir. Şaxtanın hündürlüyünün 16 metr olması nəzərdə tutulmuşdur. Şaxtanın son mərtbəsi tamamlanmamışdır. Həmin işin görülməsi zamanı hörgüçü usta Şahid4 Mansirov Phaladini də işə cəlb etmişdir. Phaliadinə onlar öz aralarında Vəli kimi müraciət etmişlər. Phaliadin əvvəllərdə tikintiyə gəlib gündəlik hörgü işləri görmüşdür. Phaliadinə gündəlik gördüyü işə görə pulu iş icraçısı vermişdir. xx.xx.2020-ci ildə saat 10 radələrində şəxsi işləri ilə bağlı Azadlıq prospektinə, oradan da Sulutəpə qəsəbəsinə getmişdir. Geri qayıdıb işə gələn zaman yolda xx.xx.2020-ci ildə, saat 11-12 radələrində texniki təhlükəsizlik üzrə mühəndis Təqsirləndirilən şəxs ona zəng edib şaxtadan bir nəfərin yıxıldığını demişdir. O, ondan dərhal təcili tibbi yardım çağırmasını istəmiş və ondan həmin şəxsin necə yıxılmasını soruşmuş, Təqsirləndirilən şəxs də ayaqaltının sınması nəticəsində həmin şəxsin yıxıldığını demişdir. O, hadisə yerinə gəldikdə yıxılan şəxsin Phaliadin olduğunu və onun öldüyünü görmüşdür. Phaliadinin həmin gün işə gəlməsi barədə onun məlumatı olmamışdır. Gündəlik işləyən şəxslərlə bağlı iş icraçısı onların işinə nəzarət etmiş və günün sonunda gördüyü işə görə pul vermişdir. Phaliadin şaxtanın içərisində baş nahiyəsi əzilmiş vəziyyətdə olmuşdur. Phaliadini şaxtanın içərisindən işçilər çıxarmışdır. Təcili tibbi yardım gəlib müayinə etdikdə Phaliadinin öldüyünü təsdiqləmişdir. Eyni zamanda polisə məlumat verilmiş və meyit müayinə olunması üçün morqa aparılmışdır. Daha sonra, o, Təqsirləndirilən şəxs səhər saatlarında telefonda danışdıqlarını və ona havanın küləkli olduğundan işçilərin işləmədiyini dediyini və həmin şəxsin necə işi davam etdirdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs isə bütün işçilərə, o cümlədən Phaliadinə də havanın çox küləkli olması səbəbindən işləməmələri barədə məlumat verdiyini demişdir. Ancaq Phaliadin az miqdarda palçıq qaldığını, yekunlaşdırıb aşağı düşəcəyini demiş, Təqsirləndirilən şəxs də səhlənkarlıq edərək onunla razılaşmışdır. Təqsirləndirilən şəxs dediyinə görə Phaliadin hörgü zamanı daşları özünün hazırladığı ayaqaltının üzərinə yığmış və oradan götürərək işləmişdir. Hadisənin baş verməsinə səbəb də elə ayaqaltının konstruksiyasının mişar daşlarının ağırlığına dözməməsi nəticəsində sınması olmuşdur. Ümumi iş bölgüsü iş icraçısı Şahid5 tərəfindən, o, olmadıqda isə onu əvəz edən texniki təhlükəsizlik üzrə mühəndis Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Texniki təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatı Təqsirləndirilən şəxs keçirmiş və jurnallara qol çəkilmiş, işçilərə təhlükəsizlik ləvazimatları - kaska, əlcək və geyim forması, yüksəlikdə işləyənlərə kəndir və perimetr verməsi üçün qırılmayan kəndir verilmişdir. xx.xx.2020-ci il tarixdən Şahid5 1 həftəlik öz hesabına məzuniyyətə buraxıldığından işlərin icrası texniki təhlükəsizlik eskperti Təqsirləndirilən şəxs həvalə edilmiş, işçilər tərəfindən həyata keçirilən bütün işlər zamanı təhlükəsiz şərait yaratmaq və onların işlərinə nəzarət etmək vəzifəsi birbaşa onun üzərində olmuşdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X16-Təcrübi və Tədris Birliyi” Publik Hüquqi şəxsinin xx.xx.2020-ci il tarixli, 18 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: baş beyinin əzilib-dağılması və evakuasiyası, yumşaq qişalara qansımazalar, kəllə tağı və kəllə əsası sümüklərinin qəlpəli sınıqları, sol alın-təpə-ənsə nahiyələrində yumşaq toxumalar altına qansızma, sol gicgah əzələsinə qansızmalar, başın sol alın-təpə-ənsə nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, sol ağciyərin cırılması və toxumasına qansızmalar, sağdan İV, V, Vİ, Vİİ, Vİİİ, soldan İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə sınıqları və qabırğaarası əzələlərdə qansızmalar, qaraciyərin və dalağın cırılması, sağ almacıq, alt çənə, burun və sağ said sümüklərinin sınıqları, alt çənədə soldan İ, İİ, sağdan İ, İİ, İİİ, İV, V dişlərin tac hissəsinin sınıqları, çənə sümüyünün sınığı, burun nahiyəsinin, sol kürək nahiyəsinin, sağ bazunun, bel nahiyəsinin, sol əlin, sağ diz oynağı nahiyəsinin, hər iki budun və hər iki baldırın sıyrıqları. Qeyd olunan xəsarətlər onun ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2020-cil tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlər qərarda göstərilən şəraitdə, yəni Zərərçəkmiş şəxs hündürlükdən düşərək yerin bərk örtüyünə (asfalt, beton və s.) dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünə səbəb kəllə qapağı və əsası sümüklərinin çoxsaylı qəlpəli sınıqları, baş beyinin toxumasının əzilib-dağılması və evakuasiyası (kəllə boşluğundan xaricə çıxması) kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2020-ci il saat 15:30-dan) 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda HİV müayinəsinin nəticəsi mənfi olmuşdur (aşkar edilməmişdir) (i/v 156-158). İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru Şahid6 K-04/19 saylı, xx.xx.2019-cu il tarixli əmri ilə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsinə qəbul edilmişdir (i/v 71). İş materiallarında olan “xxxxxxxxxxxxxxx” MMC-nin direktoru Şahid6 K-11/20 saylı, xx.xx.2020-ci il tarixli əmri ilə Şahid5 ailə vəziyyətinə görə məzuniyyətdə olduğu müddətdə iş icraçısı vəzifəsi xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Təqsirləndirilən şəxs həvalə edilmişdir (i/v 110). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 10/19 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan “Bakı şəhəri, Nəsimi rayonu, Məhəmmədcəfər Cəfərov küçəsi 12-də yerləşən mövcud qeyri-yaşayış obyektində yenidənqurma işləri. İşçi. Layihə. X11. Bakı-2019” adlı sənədin “Texniki təhlükəsizlik göstəriciləri” 9 saylı başlığının “İİİ-4-80 TN və Q-rı”nın 2.1., 2.30, 12.23 bəndlərinin, “İİİ-4-80 TN və Q-rı”-nın 1 saylı Əlavəsinin 12 bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X6”nda olan “İş icraçısı”nın əmək funskiyasının tələbləri pozulmuşdur. Cinayət işi materiallarında olan “Bakı şəhəri, Nəsimi rayonu, Məhəmmədcəfər Cəfərov küçəsi 12-də yerləşən mövcud qeyri-yaşayış obyektində yenidənqurma işləri. İşçi. Layihə. X10. Bakı-2019” adlı sənədin “Texniki təhlükəsizlik göstəriciləri” 9 saylı başlığının “İİİ-4-80 TN və Q-rı”nın 2.1., 2.30, 12.23 bəndlərinin, “İİİ-4-80 TN və Q-rı”nın 1 saylı Əlavəsinin 12 bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X6”nda olan “İş icraçısı”nın əmək funskiyasının tələbləri “xxxxxxxxxxxxxxx” MMC-nin texniki təhlükəsizlik mühəndisi və eyni zamanda iş icraçısı vəzifələrini icra etmiş Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Əmək müqaviləsi bağlanılmadığı, eləcə də əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlim, təlimatlandırma keçirilmədiyi və rəsmi qaydada müstəqil olaraq tikintiquraşdırma işlərinin icrasına buraxılmadığı üçün, baş vermiş hadisədə Zərərçəkmiş şəxs, yəni zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması müəyyən edilməmişdir (i/v 181-186). İşdə olan xx.xx.2020-ci il tarixdən tərtib olunmuş X2 qeydiyyat jurnalından görünür ki, Zərərçəkmiş şəxs İspəndiyar oğlu texniki təhlükəsizlik qaydaları ilə tanış edilməmişdir (i/v 151-154). İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik X3-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 188). İş materiallarında olan Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi E.Q.Seyfullayev tərəfindən verilən xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (i/v 207). İş materiallarına əlavə olunmuş “qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir (i/v 252-254). İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X1 yaxınları olan Natavan Mansurova və İsbandiar Mansırovun “xxxxxxxxxxxxxxx” MMC-yə qarşı heç bir şikayət və iddiaları yoxdur, gələcəkdə də olmayacaqdır (i/v 177-178). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Göstərilənlərə əsasən təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsi ilə cinayət qanunu sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin törədilmə şəraitini və xarakterini, ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq əsas və əlavə cəza ilə cəzanın əsas məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli onun həmin müəssisədə qeydiyyata alındığı gündən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 150 (yüz əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-219/2020 saylı, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili X12 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 150 (yüz əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-219/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-219/2020
06.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver