Məhkəmə qərarları › İş №1(006)-219/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-219/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-219/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1974-cü il tarixdə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 105 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 15:00 radələrində yol vərəqəsi əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «İsuzu» markalı **-TH-*** dövlət nömrə nişanlı avtobusu Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti istiqamətindən Bakı şəhəri Nəsimi rayonu, A.Mustafayev küçəsi istiqamətində saatda 10 kilometr sürətlə hərəkət etdirərkən, Bakı şəhər Nəsimi rayonu, A.Mustafayev küçəsində yerləşən “Park 20” ticarət mərkəzinin yanında olan işıqforun qarşısında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilən, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, dayandığı yerdən hərəkət etməzdən əvvəl bu manevrin təhlükəsiz başa çatdırılmasına əmin olmalı, piyadanın ayrıca zolaqdan hərəkət hissəsinə daxil olaraq yolun sağma doğru keçməsini nəzərə alaraq avtomobili dayandırdığı yerdən hərəkət etdirməməli, piyadanın onun hərəkət zolağını boşaltmasını gözləməli və piyada onun hərəkət zolağını boşaltdıqdan sonra avtobus dayandırdığı yerdən hərəkət etdirməli kimi tələblərinə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, qanunun həmin tələblərinə əməl etməyib yol hərəkəti qaydalarını pozaraq, yolun sağ hissəsində yerləşən dəmir məhəccərin qarşısında dayanmış piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan avtobusun ön sağ tərəfi ilə vurub sağ arxa hissəsinə qədər dəmir məhəccərin arasında sıxışdırmaqla sonuncuya sol körpücük-akromeal oynağının tam çıxığı kimi sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə olan zaman o, “xxxx” MMC-də M-1 saylı marşrut xəttində avtobus sürücüsü işləmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 15 radələrində yol vərəqəsi əsasında idarə etdiyi «İsuzu» markalı, **-TH-*** dövlət nömrə nişanlı avtobus ilə müəyyən olunmuş marşrut xətti üzrə Tbilisi prospekti ilə üzü “Velotrek” ticarət mərkəzinə doğru hərəkət etmiş, “Velotrek” ticarət mərkəzinin qarşısında olan svetaforda səkiyə yaxın yolun sağ tərəfində gözləmiş və həmin vaxt bir nəfər 20-25 yaşı olan kişi hərbi geyimli şəxsin avtobus qarşısından yolun sol istiqamətindən sağ istiqamətinə keçdiyini görüb ona yol vermiş və həmin hərbçi avtobusun qarşısından sağ tərəfə keçmişdir. O, avtobusu sağ istiqamətdə hərəkətə başladığı andan yolun sol tərəfinə yan güzgüdən baxsa da, diqqətsizlik edib sağ tərəfə baxmadan hərəkətini davam etdirmişdir. Elə bu anda arxa sağ tərəfdən qışqırmaq səsi eşidib dərhal avtobusu saxlamışdır. Avtobusu saxladıqda görmüşdür ki, yol verdiyi şəxsi sağa doğru hərəkətdə olarkən avtobusun sağ arxa qapı hissəsi ilə yol kənarında quraşdırılan dəmir səki (hasarlanmış hissə) maneəsinin arasında sıxılması nəticəsində xəsarət yetirmişdir. Bu hadisə onun ehtiyatsızlığı nəticəsində baş vermişdir. O, zənn etmişdir ki, hərbçi artıq yolu keçib, lakin dəmir hasardan ticarət mərkəzinin qarşısına keçid olmadığı üçün tam olaraq keçməyibmiş və hasarla avtobusun ara məsafəsi yaxın olduğundan avtobusla hasarın arasında sıxılaraq əzilmişdir. Baş vermiş hadisədən sonra dərhal hadisə yerinə təcili yardım çağırmış və hərbçiyə öz köməkliyini etmiş, onu təcili yardım avtomaşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanaya aparmışdır. Zərər çəkmiş şəxsə müalicəsi ilə bağlı xərcləri ödəmiş, onunla barışmışdır. Cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx xxxxxx 2020-ci il tarixdə, saat 13 radələrində xidməti işlə bağlı N saylı hərbi hissədən çıxmış və Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən Daxili Qoşuna aid hərbi hissəyə gəlmişdir. O, həmin zaman xidməti geyim formasında olmuşdur. İşlərini qurtardıqdan sonra iş yerinə qayıtmaq üçün taksi avtomobili ilə metronun 20 Yanvar stansiyasına yaxınlığına, əvvəllər “Velotrek”, hazırda isə “Park 20” kimi adlanan ticarət mərkəzinin qarşısında Tbilisi prospektindəki avtomobil yolunun üzərində taksidən düşmüşdür. Düşdüyü yerdən daimi olaraq Sumqayıt şəhərinə “1 manatlıq” deyilən taksi avtomobilləri gedibmiş. Ticarət mərkəzinin qarşısı ilə Tbilisi prospektindəki avtomobil yolunu ayıran səkinin üzərinə bərkidilmiş dəmir məhəccərin yanı, eləcə də asfalt örtüyünün kənarına çəkilmiş sarı xəttin üzəri ilə piyada hərəkət edib yol kənarında dayanmış 1-2 taksiyə yaxınlaşmışdır və yerləri olmadığından növbəti taksini gözləməyə başlamışdır. Həmin zaman məhəccərlə sarı xətt arasında dayandığı vaxt anidən Nəqliyyat Nazirliyi tərəfdən Tbilisi prospekti ilə hərəkət edib üzü Biləcəri istiqamətində hərəkətdə olan qırmızı rəngli sərnişin avtobusu sağ hissəsi ilə onu dəmir məhəccərin arasında sıxmağa başlamışdır. Həmin avtobus onun məhəccərin qarşısında dayanmağını görməmiş və məhəccərə sıxdığı zaman qışqırığını belə eşitməmişdir. Yol kənarında olan şəxslərin qışqırıq və əl işarələrindən sonra sürücü avtobusu dayandırmışdır. Avtobus dayananda o, avtobusun arxa qapısını yanında avtobusla məhəccərin arasında düzünə olaraq sıxışıb qalmışdır. Sürücü onu avtobusun qabaq qapısından arxa qapısına kimi məhəccərin arasında sıxışdırmışdır. Həmin zaman sol çiynindən sınıq səsi eşitmişdir. Sonradan sürücü avtobusu məhəccərdən bir qədər aralamışdır və onu oradan tanımadığı şəxslərlə birlikdə çıxarmışdır. Onun bədənində, eləcə də sol çiynində olan şiddətli ağrılardan özündən getmişdir və gözünü açdıqda 3 saylı şəhər klinik xəstəxanada olduğunu və ona sistem qoşulduğunu görmüşdür. Həmin zaman öyrənmişdir ki, sol körpücük sümüyü sınmışdır. Atası da ona demişdir ki, onu təcili yardım avtomobili ilə xəstəxanaya gətirmişlər. Onu vuran avtobus sürücüsü də xəstəxanada olmuşdur. Xəstəxanada olarkən avtobusun sürücüsü ondan üzr istəmiş, onu bağışlamağını xahiş etmişdir. Hazırda ona vurulmuş zərər ödənilmiş, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2020-ci il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, «İsuzu» markalı, **-TH-*** dövlət nömrə nişanlı sərnişin avtobusu Tbilisi prospektində, yolun sağ istiqamətində hərəkətə başlayarkən yolun kənarı ilə hərəkətdə olan piyadanı sağ arxa qapı hissəsi ilə yolun kənarında quraşdırılmış dəmir məhəccər arasında sıxmış və nəticədə piyada xəsarət almışdır. Baxış aydın günəşli havada aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru olmuş, işlək hissəyə sağdan və soldan səki birləşir. Hərəkət işıqforla nizamlanır. (i.v.04-12); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2020-ci il tarixli, 8/1804 saylı rəyinə əsasən «İsuzu» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin İİİ bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 manatdır (i.v.75- 77); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1” X2 xx.xx.2020-ci il tarixli, N 134 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs adına təqdim olunmuş tibbi sənədə əsasən onun almış olduğu xəsarət – sol körpücük-akromeal oynağının tam çıxığı küt əşya (alət) təsirindən törənmişdir, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı törənməsi mümkündir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. (i.v.57-58); - AD 518018 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və xx.xx.2020-ci il tarixli, 007360 saylı yol vərəqəsinin təsdiq olunmuş surətindən görünür ki, «İsuzu» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus “xxxx” MMC-yə məxsusdur. Həmin avtobusu idarə etmək səlahiyyəti yol vərəqəsi əsasında Təqsirləndirilən şəxs verilmişdir (i.v.15-16); - “Sübutların qiymətləndirilməsi” barədə xx.xx.2021-ci il tarixli qərara əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs idarə etdiyi «İsuzu» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus maddi sübut kimi tanınaraq, “xxxx” MMC-yə geri qaytarılmışdır. (i.v.194- 198); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.171); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.64). Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 731.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hadisə nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 100 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli və iş üzrə maddi sübut kimi tanınmış «İsuzu» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus “xxxx” MMC-nin istifadəsinə verilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu, 43-cü, 320-321-ci, 346-347-ci, 356-cı, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxsnın əməlində inzibati xəta tərkibinin olub-olmamasını müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan «İsuzu» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobus “xxxx” MMC-nin istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya protesti və ya şikayəti verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar