Məhkəmə qərarları › İş №1(006)-219/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-219/2024

28.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-219/2024 28.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2vanında yaşamış, hazırki cinayət işi üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, barəsində olan digər cinayət işi üzrə «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə 1,067 qram çəkidə narkotik vasitə heroini və 0,765 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, xx.xx.2023-cü il tarixdə saat 17.45-də ünvan 3 ünvanının qarşısında saxlanılaraq ünvan 4ləşən Nəsimi RPİ-nin 21-ci polis bölməsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,067 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin, 02 bükümdə ayrıayrılıqda təmiz çəkiləri 0.378 və 0.387 qram olmaqla ümumi təmiz çəkisi 0,765 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və narkotik vasitə psixotrop maddələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı üzərində psixotrop maddə metamfetamin izləri olan 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən (satış məqsədinin olmadığı yalnız şəxs istifadə üçün əldə etdiyini) təqsirli bilərək ifadəsində qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, İslam Səfərli küçəsi, ev 48 ünvanında qeydiyyatda olmaqla, ünvan 6a yaşayır. Özü sənətkardır, rəssamlıqla məşğul olur. Təxminən 3-4 ildir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. Son zamanlar isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadə edir. İstifadə etdiyi narkotik vasitə və psixotrop maddələri tanımadığı şəxslərdən alıb, falqada yandıraraq tüstüsünü qəbul edir. Bu iş üzrə tutulmamışdan təxminən 15 gün bundan əvvəl, "İnstaqram" sosial şəbəkəsindən istifadə edən zaman xatırlamadığı profil istifadəçisi ona mesaj yazaraq, narkotik vasitə istifadə edib-etmədiyini, narkotik vasitə lazım olub-olmadığını soruşdu. O, əvvəlcə həmin şəxsə güvənməyərək onun təklifi ilə razılaşmadı. Həmin şəxs isə onunla qarşılaşmayacağını, pulu onun bank hesabına vurduqdan sonra ona narkotik vasitənin olduğu yerin şəkilini və konumunu atacağını bildirikdən sonra həmin şəxs ilə razılaşmışdır. O, həmin şəxsə 300 manat dəyərində psixotrop maddə olan metamfetamin və narkotik vasitə heroin istədiyini bildirdikdə, həmin şəxs onunla razılaşaraq "İnstaqram" sosial şəbəkəsi vasitəsi ilə bank hesab nömrəsi göndərmişdir. Onunla razılaşdığı kimi Bakı şəhəri, Nizami metrostansiyasının yaxınlığında yerləşən “Milliön” ödəmə terminalı vasitəsi ilə onun göndərdiyi bank hesabına 300 manat pul köçürtmüşdür. Təxminən 5-10 dəqiqə sonra həmin şəxs ona narkotik vasitəsinin olduğu yerin şəkilini və konumunu "İnstaqram" sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Daha sonra isə həmin şəxs, aralarında olan bütun yazışmaları silərək istifadə etdiyi profili bağlamışdır. Həmin gün yəni, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində onun göndərdiyi konuma yəni, Abşeron rayonu, Masazır qəsəbəsinə getmiş və şəkildə göstərilən binanın qarşısında yerləşən ağaca yaxınlaşmış, ağacın dibinə basdırılmış sellofan torbanın içərisində olan narkotik vasitə və psixotrop maddələri də götürərək yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova ev 121, mənzil 5 ünvanına qayıtmışdır. Həmin narkotik vasitənin çəkisi təxminən 4-5 qram olarmış, narkotik vasitəni mütəmadi olaraq istifadə etməyə başlamışdır. O, saxlanılan gün evində olmuş, yanında qonaqları da olubdur. Həmin narkotik və tərəzi də stolun üstündə olubdur. O və qonağı evdə olarkən 3-4 nəfər polis əməkdaşı evə daxil olubdur. Onu stolun üstündə olan tərəzi və mal ilə birlikdə götürüb Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə aparıblar. Bölmədə üstünə baxış keçirilməmişdən qabaq veriblər, çəkilişlə olan baxışda cibindən çıxardaraq özü təqdim etmişdir. O, bir daha bildirir ki, yalnız istifadəçi olmuş, satışla məşğul olmamışdır. Sonda Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, yəni satışla məşğul olmadığını üzərindən çıxan narkotik vasitənin şəxsi istifadəsi üçün olduğunu qeyd edərək, məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə bölməyə ünvan 7 ünvanında yaşayan "Nazim" adlı şəxsin narkotik vasitələrin saxlanılmasında və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyyat məlumatı bölmənin digər əməliyyat müvəkkili Şahid1 məxsus olmuşdur. Məlumat rəhbərliyə məruzə edilmiş, rəhbərlik tərəfindən həmin məlumatın doğruluğu və düzgünlüyünün yoxlanılması üçün Şahid1 və məndən ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra isə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün qərar qəbul edilmişdir. Bundan sonra ərazidə müşahidələr aparmışıq. Həmin tarixdə, saat 17:45-də ünvan 8 ünvanın yaxınlığında olan zaman Nazim adlı şəxsin zahiri görünüşlərinə oxşar adamı müəyyən edərək o və Şahid1 ona yaxınlaşıb özlərinə təqdim etmişlər və həmin şəxsin şəxsiyyətini müəyyənləşdirmişlər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu 21-cı PB-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etməyərək bizimlə birlikdə bölməyə gəlmişdir. Bölmədə olarkən bölmənin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun, vəkilin və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmiş. Təqsirləndirilən şəxs əynindəki şalvarının sol yan cibindən 1 (bir) ədəd elektron tərəzini, 1 (bir) ədəd elektron qəlyanı və 1 (bir) ədəd “Redmi" markalı mobil telefonu çıxardaraq masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Nicat Sadıqov tərəfindən elektron qəlyanın içərisinə baxış keçirilən zaman əvvəlcədən qəlyanın içərisinə yerləşdirilmiş 2 (iki) büküm metamfetamin və 1 (bir) büküm heroin aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində Nicat Sadıqov tərəfindən şəxsi axtarış həyata keçirilmiş, sonuncunun üzərindən heç bir əşya və yaxud predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şəffal rəngli sellofan bükümlərin 2(iki) ədədinin içərisində olan ağ rəngli maddənin psixotrop maddə metamfetamin, 1 (bir) ədədinin içərisində olan qəhvəyi rəngli maddənin isə narkotik vasitə heroin olduğunu, uzun müddətdir ki, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, bükümləri xx.xx.2023-cu il tarixdə Bakı şəhəri, Masazır qəsəbəsi adlanan ərazidə “zakladka" vasitəsilə İran İslam Respublikasının vətəndaşından aldığını, işləmədiyi üçün özünü dolandırmaq üçün satmağı planlaşdırdığını, lakin sata bilmədiyini bildirmişdir. Daha sonra isə həmin bükümlər və elektron tərəzi iştirakçıların qarşısında 1 (bir) ədəd zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 25-26-cı vərəqində olan “Şübhəli olan şəxsin tutulması haqqında” 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 dekabr 2023-cü il tarixdən saat 18:45-dən tutulmuş hesab edilmişdir. Cinayət işinin 48-50-ci vərəqlərində olan “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” 22 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının cibindən içərisində 03 ədəd şəffaf sellofana bükülmüş büküm olan 01 ədəd üzərində “lost mary BM5000 STRAWBERRY İCE CREAM” yazısı olan çəhrayı rəngli qutunu və 01 ədəd boz rəngli “capacity: 200gX0.01g” yazısı olan elektron tərəzini, 01 ədəd ekranı qara arxası ağ rəngdə olan “Redmi” markalı mobil telefonunu masanın üzərinə qoydu. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirdi. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi göy rəngli cins şalvarının yan ciblərinə, şalvarının ətəyinə baxıldı, hər hansı bir əşya aşkar edilmədi. Bundan sonra əynində olan qara rəngli koftasının boynuna, qollarına və boz rəngli gödəkcəsinin boynuna, qollarına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olundu. O, 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “heroin” olduğunu, 02 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli maddənin metamfetamin olduğunu bildirdi, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixində “Masazır” adlanan ərazidə “zakladka” vasitəsilə İran İslam Respublikasının vətəndaşından aldığını, işləmədiyi üçün özünü dolandırmaq məqsədilə satacağını, lakin sata bilmədiyini bildirdi. Bundan sonra iştirakçılara hemin 01 eded şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin, 02 ədəd şəffaf sellofana bükülmüş İçərisində ağ rəngli kristal şəkilli narkotik maddənin və 01 ədəd boz rəngli üzərində "capacity: 200gX0.01g" yazıları olan elektron tərəzinin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi Əvvəlcə zərflərin içərisi iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra 01 ədəd şəffaf sellofana bükülmüş içərisində tünd qəhvəyi rəngli spesifik iyə malik narkotik maddə, 02 ədəd şəffaf sellofana bükülmüş içərisində ağ rəngli kristal şəkilli narkotik vasitəyə bənzər maddə və 01 ədəd boz rəngli üzərində ’’capacity: 200gX0.01g" yazıları olan elektron tərəzi zərflərə qoyularaq zərflərin ağzı Nəsimi RPl-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş "189" nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalandı. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırıldı. Videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirildi. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edildi. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmadı və vəsatət qaldırılmadı. Cinayət işinin 57-58-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6-6529 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "Azərbaycan Respublikası DİN Zərflər üçün № 189" dairəvi möhür əksləri olan iki ədəd zərfdə qablaşdırılmış: - üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlər..." yazılan, soyad və imzalar olan zərfdə bir ədəd çəhrayı rəngli plastik qabın içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 2 (iki) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,378 qram, 0,387 qram ümumi təmiz çəkisi 0,765 qram olan ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş elektron tərəzi yazıları, soyad və imzalar olan zərfin içərisində bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və bükümlərdə olan metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 97-98-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin barəsində “həbs” növündə qətimkan tədbirinin seçilməsindən vəsatətin rədd edilməsi haqqında” 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair xx.xx.2023-cü il tarixli vəsatətin rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsi və onun X2 azad olunması qərara alınmışdır. Cinayət işinin 99-100-ci vərəqlərində olan “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçmə barədə” 24 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 112-113-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 04 (dörd) ay 03 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Cinayət işinin 114-115-ci vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 29 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 118-121-ci vərəqlərində olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxsinun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəlinin 12 aprel 2022ci il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 124-128-ci vərəqlərində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-487/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarından görünür ki, ərizənin təmin edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 04 (dörd) ay 03 (üç) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi qərara alınmışdır. Cinayət işinin 162-163-cü vərəqlərində olan “Maddi sübut kimi tanınma haqqında” 14 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 1,067 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin, 02 (iki) ədəd bükümdə təmiz çəkiləri 0,378 qram, 0,387 qram ümumi təmiz çəkisi 0,765 qram olan psixotrop maddə metamfetaminin və 01 (bir) ədəd gümüşü rəngli elektron tərəzi maddi sübut kimi tanınması, qalıq qalmış 1,017 qram narkotik vasitə heroin, 0,665 qram psixotrop maddə metamfetamin və bir ədəd elektron tərəzinin Nəsimi RPl-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman video kamera vasitəsi ilə qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd diskə baxış keçirilərkən, onun əynindəki şalvarın cibindən 01 bükümdə narkotik vasitə heroinin, 02 bükümdə psixotrop maddə metamfetaminin, 01 ədəd elektron tərəzinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində residivin (sadə residiv) yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 6 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası CM-in 18-ci maddəsində və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 18 mart 2013-cü il tarixli qərarında da qeyd olunur ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Göstərilən xüsusatlardan irəli gələrək qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayəti törətdiyi müddətdə məhkumluğu ödənilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayət cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi kimi qiymətləndirilməlidir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs məhkumluğu (Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-291/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü) hazırki cinayət əməlini törədərkən ödənilməmiş və götürülməmişdir. Beləliklə Azərbaycan Respublikası CM-nın 83.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 2 il müddətinin axımı onun Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-487/2023 saylı, 09 iyun 2023-cü il tarixli qərarına əsasən azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanır. Məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini 22 dekabr 2023-cü il tarixdə törədərkən o, məhkumluğu ödənilməmiş şəxs hesab edilməlidir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), Təqsirləndirilən şəxs hazırda istintaq təcridxanasında saxlanılması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Ekol” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 03 (üç) il, 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 28 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nəsimi RPİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,067 qram narkotik vasitə heroin, 0,765 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Ekol” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar