Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-22/2022 13.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X14 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs3 Zərər çəkmiş şəxslərin Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili nümayəndələri: X3 Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1968-ci ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), ali təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, 2-ci Salyan döngəsi, ev 26B-da qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1968-ci ildə Neftçala rayonu, Qaçaqkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, Neftçala rayonu, Qaçaqkənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şim.Dres yaşayış massivi, 6 saylı yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanışları Şahid7 ilə aralarında rol bölgüsü aparıb Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı çıxarış əsasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən, Zərərçəkmiş şəxs1 adına qeydiyyata alınmış 0,06 ha ölçüdə 05/3156 saylı bağ sahəsinə mülkiyyət hüququnu aldatma yolu ilə əldə etmək məqsədi ilə həmin hüququn qeyd edilən dövlət qurumunda onların qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırladıqları saxta rəsmi sənəd əsasında Təqsirləndirilən şəxs1 adına rəsmiləşdirilməsi barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib aralarındakı ümumi niyyətə uyğun olaraq, 2017-ci ilin iyul ayından avqust ayının əvvəllərinədək olan müddətdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə Bakı şəhəri 22 saylı notariat kontorunun cinayətdən xəbərsiz olan xüsusi notariusu X2 adından və mətnində “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, X1, Şəhadətnamə №107” yazısı olan möhürü qanunsuz olaraq istifadə etmək məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hazırladıqdan sonra həmin şəxslərlə birlikdə Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə etdikləri qeyd olunan bağ sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını əks etdirən çıxarış əsasında qanunsuz olaraq istifadə etmək üçün hüquq verən rəsmi sənəd olan 5 avqust 2017-ci il tarixdə reyestrdə 4Ə-210 nömrə ilə qeydiyyata alınması 22 saylı notariat kontorunun cinayətdən xəbərsiz olan xüsusi notariusu X5 tərəfindən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri, X1, Şəhadətnamə № 107” yazısı olan həmin relyef klişedən istifadə edib sənədin üzərinə birbaşa vurmaqla möhür və imza ilə təsdiq edilməklə surət çıxaran aparat vasitəsi ilə vərəqin arxa tərəfinə köçürülmüş, guya Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən, Zərərçəkmiş şəxs1 adına dövlət reyestrində qeydiyyata alınmış 0,06 ha ölçüdə torpaq sahəsinin sonuncu tərəfindən Təqsirləndirilən şəxs1 satılması görüntüsü yaradan daşınmaz əmlakın 5 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsini tərtib edib müqavilədə olan Zərərçəkmiş şəxs1 adının qarşısında olan qrafadakı “oxudum razıyam, Kocayeva” sözlərini və imzanı istintaqa məlum olmayan şəraitdə qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə qəsdən fərqli formada, Təqsirləndirilən şəxs1 adının qarşısında olan qrafadakı “oxudum razıyam, Təqsirləndirilən şəxs1” sözlərini sonuncu şəxsən yazıb imzalayaraq saxtalaşdırmaqla hazırladıqları həmin saxta müqaviləni 9 avqust 2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs1, Şahid7 və Təqsirləndirilən şəxs2 görüşərək saxta olduğunu bilə-bilə birlikdə istifadə edərək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı ərazi idarəsinə Təqsirləndirilən şəxs1 şəxsən təqdim edib Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla həmin tarixdə bazar dəyəri 40.284 manat olan qeyd edilən torpaq sahəsinə dair mülkiyyət hüququnun Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində Təqsirləndirilən şəxs1 öz adına keçməklə, torpaq sahəsinin sonuncunun xüsusi mülkiyyətinə verilməsi ilə bağlı həmin reyestrdə 15 avqust 2017-ci il tarixdə qeydiyyata alınmaqla çıxarışın alınmasına nail olub Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus 40.284 manat dəyərində torpaq sahəsinə mülkiyyət hüququnu əldə edib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, habelə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi və möhürü qanunsuz olaraq istifadə etmək məqsədilə saxtalaşdırmaqla hazırlamış və biləbilə həmin saxta sənəddən istifadə etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanışları Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə dələduzluq yolu ilə ələ keçirdikləri Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsini müştəri taparaq satmalarına dair ümumi cinayətkar niyyətlərinə uyğun olaraq 2017-ci ilin avqust ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində torpaq sahəsinin alınmasında köməklik göstərilməsi ilə bağlı cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə sonuncunun tanışı Zərərçəkmiş şəxs2 Şahid7 müraciəti ilə əlaqədar Şahid1 və Zərərçəkmiş şəxs2 Şahid7 qeyd edilən qəsəbədə sonuncuya məxsus olmaqla tanışının adına rəsmiləşdirilmiş 0,06 ha boş torpaq sahəsinin olmasını Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 05/3156 saylı bağ sahəsinin yanında görüşləri zamanı yalandan deyib, özünə olan inam və etibardan sui-istifadə edərək həmin torpaq sahəsinin 0,01 hektarını 3.500 manata ona sata biləcəyini aldatmaqla bildirib, Zərərçəkmiş şəxs2 torpaq sahəsini cəmi 21.000 manata satmaqla pulunun hissə-hissə verilməsi şərti ilə sonuncu ilə razılaşmasından sonra 26 avqust 2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 Şahid7la birlikdə Bakı şəhərində yerləşən 14 saylı notariat ofisinin qarşısında həmin niyyətlə Zərərçəkmiş şəxs2 5.000 manat məbləğində pul vəsaitini alıb, prosedur qaydalara əsasən depozit hesaba qoyulmalı olan 15.000 manat məbləğində pulu öz vəsaitləri hesabına Təqsirləndirilən şəxs1, Şahid7 və Təqsirləndirilən şəxs2 birlikdə "xxxx" ASC-nin 5 saylı şöbəsində qeyd edilən notariat ofisinin depozit hesabına 26 avqust 2017-ci il tarixdə köçürməklə, Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsinin 15.000 manata alqı-satqısına dair 28 avqust 2017-ci il tarixli müqavilə bağladıqdan sonra həmin tarixdə 14 saylı notariat ofisi ilə eyni inzibati binada yerləşən "xxxx" ASC-nin 5 saylı şöbəsindən Təqsirləndirilən şəxs1 14.640 manat pul vəsaitini götürdükdən sonra pul vəsaitini Şahid7 verib əldə etdikləri 5.000 manat məbləğində, həmçinin, Şahid7 da qalan 14.000 manat məbləğində pul vəsaitini isə həmin tarixdən 2018-ci ilin aprel ayına qədər olan müddətdə Zərərçəkmiş şəxs2 cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə “X24” ticarət mərkəzinin inzibati binasının qarşısında, eyni niyyətlə, Şahid7 qalan 2.000 manat pul vəsaitini isə eyni müddətdə Zərərçəkmiş şəxs2 Şahid1 vasitəsi ilə sonuncunun yaşadığı evinin qarşısında alıb, həmin pul vəsaitlərini aralarında bölməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs2 məxsus 21.000 manat məbləğində, habelə cinayətdən xəbərsiz Zərərçəkmiş şəxs2 qeyd edilən alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeyd edilən torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi ilə bağlı 8 sentyabr 2017-ci il tarixli çıxarış əldə etməsinə nail olduqdan sonra həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs2 tərəfindən 15 avqust 2018-ci il tarixdə Zərərçəkmiş şəxs3 aralarında Bakı şəhəri 14 saylı Notariat kontorunda 15 avqust 2018-ci il tarixli daşınmaz əmlakın 30.000 manata alqı-satqısına dair bağlanmış müqavilə üzrə "xxxx" ASC-nin 5 saylı şöbəsində qeyd edilən notariat ofisinin depozit hesabına Zərərçəkmiş şəxs3 tərəfindən köçürülmüş 30.000 manat məbləğində pul vəsaitinin 360 manatının vergi öhdəliklərinə yönəldilməsi nəzərə alınmaqla qalan 29.640 manat pul vəsaitinin Zərərçəkmiş şəxs2 tərəfindən həmin tarixdə qeyd edilən filialdan götürülməsinə nail olmaqla, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs3 30.000 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər qeyri-rəsmi şəkildə ev və torpaq alqısatqı işləri ilə məşğul olmuş, hər hansı bir ofisi olmamışdır. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Şahid1 tanımır, onlarla heç bir münasibəti olmamışdır. Şahid7 Şüvəlan qəsəbə sakini kimi tanıyır, onunla münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, onu bir neçə dəfə Şahid7 yanında görmüşdür. Təxminən 2017-ci ilin avqust ayının əvvəllərində Niyaz onunla əlaqə saxlayaraq Şüvəlan qəsəbəsində 6 sot torpaq sahəsi olduğunu bildirib bu torpaq sahəsinin alqı-satqısında ona köməklik etməsini istəmiş, o da Niyaza torpaq sənədlərinin qanuni olub-olmamasına baxacağını demişdir. Həmin hadisənin üzərindən uzun müddət keçdiyinə görə, həmçinin iki dəfə əməliyyat olduğundan yaddaşının zəifləməsi səbəbindən hadisələri tam olaraq xatırlaya bilmir. Bir tək yadında qaldığı odur ki, ona hal-hazırda adını və harda görüşdüyünü xatırlamadığı şəxs müqavilə vermiş və o, həmin müqaviləni Niyazın yanında gələn, adını sonradan bildiyi Etibar adlı şəxsə verərək çıxıb getmişdir. Şahid7 ona 5.000 manat pul verməmişdir. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış ******* nömrəli, 05 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi ona təqdim edilmiş, həmin müqaviləni ifadəsində qeyd etdiyi kimi Niyaz dediyi adamdan götürmüş və Niyazla Etibara təqdim etmişdir, müqavilənin qanunsuz olduğu barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Şahid7 Şüvəlan qəsəbə sakini kimi tanıyır, 2 sot torpaq sahəsi almaq üçün ona müraciət etmiş, bununla bağlı razılaşdırılmış 3.700 manat puldan ona 1.700 manat vermişdir. Lakin sonradan Niyaz işin alınmadığını deyib pulu geri qaytarmışdır. Eyni zamanda Niyaz 2017-ci ilin yay aylarında ona demişdir ki, bir nəfərin torpaq sahəsi var, bu sahəni sənədləşdirib satmaq istəyir, sadəcə həmin şəxs burada olmadığı üçün başqa şəxsin adı ilə sənədləşdirmək lazım və bu işdə heç bir qanunsuzluq yoxdur. Həmin ilin avqust ayında o, Niyazla görüşüb sonuncuya məxsus “Niva” markalı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə getmiş, orada özünü notariat kontorunun əməkdaşı kimi təqdim edən Çingiz adlı şəxs avtomobildə ona hansısa sənədlərə imza atdırmış, daha sonra o, bu şəxslərin sözlərinə əsasən bu sənədlərlə birlikdə Xidmətin binasına daxil olub onları tanımadığı bir əməkdaşa təqdim etmişdir. Bundan bir neçə gün sonra Niyaz onun evinə gələrək onu götürmüş və birlikdə həmin Xidmətə gedib torpağa dair çıxarışı götürüb Niyaza vermiş və onunla 14 saylı notariat kontoruna gedib əvvəllər tanımadığı Eynur adlı şəxslə məzmunu bilmədiyi alqı-satqı müqaviləsi bağlanmışdır. Onun satılan torpaq sahəsi barədə heç bir məlumatı olmamış, sadəcə olaraq Niyaz ona əvvəlcə demişdir ki, bu məsələdən sonra onun da 2 sot torpaq sahəsini verəcək. O, Eynur adlı şəxsdən hər-hansı vəsait almamış, Zərərçəkmiş şəxs1 da tanımır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 1979-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasında işləyir və işdən ona 1989-cu il tarixdə keçmiş Əzizbəyov Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən Bakı şəhəri, Şüvəlan qəsəbəsi ərazisində 6 sot bağ sahəsi verilmişdir. 03.10.2006-cı ildə qeyd olunan torpaq sahəsini özəlləşdirərək çıxarış almışdır. 2019-cu ilin mart ayında mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq qərarına gəlmişdir. Bu məqsədlə həmin ərəfələrdə Şüvəlan qəsəbəsinə getmiş və torpaq sahəsinə baxış keçirərkən qonşuluqda yaşayan, soyadını bilmədiyi Laçın adlı şəxsin arvadından eşitmişdir ki, onun torpaq sahəsi satılıb. O isə ona heç kəsə torpağını satmadığını söyləmişdir. Bundan sonra əri Rüstəm Kocayev mobil telefon vasitəsi ilə Laçınla əlaqə saxlamış və torpaq sahəsinin kimə və necə satılması barədə maraqlanmışdır. Sonuncu isə adını bilmədiyi şəxslərin torpaq sahəsinə gəlib baxış keçirmələrinin görməsi barədə danışmışdır. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etmiş və ona məlum olmuşdur ki, torpaq sahəsinə çıxarışının olmasına baxmayaraq, həmin yerə Zərərçəkmiş şəxs3 adlı şəxsə də çıxarış verilmişdir. Daha sonra əri məsələyə aydınlıq gətirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 adlı şəxslə görüşmüş və sonuncu notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında təxminən 40.000 manat pula bu torpağı Eynur Hüseynov adlı şəxsdən aldığını bildirmişdir. Mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq başqa şəxslərə satılması barədə məlumatı aldıqdan sonra istintaq və prokurorluq orqanlarına müraciətlər etsə də, heç bir nəticə əldə olunmamış və o, Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmənin 10.09.2020-ci il tarixli qətnaməsi ilə onun adından bağlanılmış saxta alqı-satqı müqaviləsi ləğv edilsə də, Zərərçəkmiş şəxs3 adına verilmiş çıxarış ləğv olunmamışdır. Eyni zamanda onun torpağının ələ keçirilməsi ilə bağlı məhkəmə xüsusi qərar çıxardaraq Baş prokurorluğa göndərmişdir. Rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsi də Eynur Hüseynovu vicdanlı alıcı kimi tanımışdır. Sonra ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsinin qanunsuz olaraq satılmış, alqı-satqı müqaviləsi və imzası saxtalaşdırılmış, bu işdə Şahid7, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və digər şəxslər olmuş, torpaq adddan-ada keçərək yekun olaraq Zərərçəkmiş şəxs3 adına rəsmiləşmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2017-ci ilin avqust ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində özünə torpaq sahəsi almaq istəmiş və bunu ətrafında olan tanışlarına bildirmişdir. 2017-ci ilin avqust ayının ortalarında 7-8 il tanıdığı Şahid1 ona bildirmişdir ki, Şüvəlan qəsəbəsində 6 sot torpaq sahəsi satılır. O da Fuada həmin torpaq sahəsinə baxdıqdan sonra qərar verəcəyini bildirmiş və həmin ərəfədə onunla birlikdə bu torpağa baxmağa getmişlər. Torpaq sahəsini bəyənmiş və Fuada onu almaq istədiyini bildirmişdir. Fuad isə ona torpaq sahəsinin bir sotunun 3.500 manata satıldığını deyəndə o, ümumilikdə olan 21.000 manat pulu hissə-hissə ödəyəcəyini bildirmişdir. Fuad isə kiminləsə danışıb cavab verəcəyini bildirmişdir. Bundan sonra Fuad tanımadığı Niyaz adlı şəxsin telefon nömrəsini verərək bildirmişdir ki, torpaqla bağlı bu nömrəyə zəng edib həmin şəxslə əlaqə saxlasın. O da Niyazla əlaqə saxlamış və sonuncu ona bildirmişdir ki, 28 avqust 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat kontorunda görüşüb torpağa dair alqı-satqı edə bilərlər. O da həmin vaxtı notariat kontoruna gəlmiş, orada ilk dəfə gördüyü Niyaz və Etibar adlı şəxslərlə görüşüb qeyd edilən torpaq sahəsinə dair Etibarla alqı-satqı müqaviləsi bağlamışdır. Niyaz Etibarı ona torpağın sahibi kimi təqdim etmiş, pulu isə ona verəcəyini bildirmişdir. Bundan sonra o, Niyaza çatdırılması üçün hissə-hissə olmaqla Şahid1 müxtəlif vaxtlarda 21.000 manat pul ödəmişdir. Həmin gün pulun 5.000 manatını Etibarın razılığı ilə 14 saylı notariat konturunun depozit hesabına ödəniş etmiş, 16.000 manat pulu isə təxminən 2018-ci ilin mart-aprel ayına qədər hissə-hissə, yəni 500, 1.000, 1.500 manat olmaqla Şahid1 onun iş yeri olan “Port Baku” ticarət mərkəzində və ya Yasamal rayon ərazisində işlədiyi mağazanın qarşısında görüşüb vermişdir. Etibar adlı şəxslə alqı-satqı müqaviləsi bağladıqdan sonra çıxarış almaq üçün torpağa dair sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim etmiş və 2017-ci ilin sentyabr ayında çıxarışı almışdır. Bundan təxminən bir il sonra şəxsi ehtiyacları üçün pul lazım olduğuna görə həmin torpaq sahəsini 30.000 manata Fərhad adlı şəxsə satmışdır. Bu torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını bilməmiş, ümumiyyətlə həmin şəxsi tanımamışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2006-cı il tarixdən “Neftçi” İdman klubunda məşqçi müəllim vəzifəsində işləyir. 2018-ci ildə Şüvəlan qəsəbəsində bağ sahəsi almaq qərarına gəlmişdir. Tanışlarından eşitmişdir ki, orada 6 sot bağ sahəsi satılır və bununla əlaqədar olaraq həmin torpaq sahəsinin sahibi, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2la görüşüb torpağı 30.000 manata almağı razılaşmış və 15 avqust 2018-ci il tarixdə onunla 14 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlamış, pulu bank vasitəsilə Zərərçəkmiş şəxs2 hesabına ödəmişdir. Bundan sonra həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən 27 avqust 2018-ci il tarixdə çıxarış alınmışdır. Təxminən 5-6 ay müddət keçdikdən sonra Zərərçəkmiş şəxs1 onunla əlaqə saxlayaraq bildirmişdir ki, o, bu torpaq sahəsinin əsl sahibidir. O da ona sənədləri göstərərək torpağı qanuni şəkildə aldığını demişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 məhkəməyə müraciət etmiş və o, vicdanlı alıcı kimi tanınmışdır. Torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olmasını bilməmiş, ümumiyyətlə onu tanımamışdır. Şahid7, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da tanımır. İş üzrə təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə Şahid1 ifadəsində göstərmişdir ki, Şahid7 2011-ci ildən Şüvəlan qəsəbəsində yaşamağa başladıqdan sonra tanımışdır. Niyaz onun bağ qonşusu olmuş, onunla münasibətləri normal olmuşdur. Niyaz torpaq sahələrinin alqı-satqısı ilə məşğul olurdu, o da bəzən tanışlardan kimsə torpaq istəyəndə vasitəçilik edirmiş və bunun qarşılığında ona da hörmət olunurdu. 2017-ci ilin avqust ayının ortalarında tanışı Zərərçəkmiş şəxs2 ona Şüvəlan qəsəbəsində torpaq sahəsi almaq istədiyini bildirmişdir. O da Eynura “makler” kimi tanıdığı Niyaz adlı şəxsin olduğunu, sonuncudan bu barədə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bu barədə Niyaza bildirmiş, Niyaz da Eynura və ona Şüvəlan qəsəbəsində bir neçə torpaq sahəsi göstərmiş, Eynur da onlardan birini bəyənib onu Niyazla 21.000 manata razılaşmışlar. Eyni zamanda Eynur pulun nağd olaraq ödəmək imkanının olmadığını, onu hissə-hissə ödəyəcəyini bildirmiş, Niyaz da bu təklifi qəbul etmişdir. Onların hər ikisi onu tanıdığına görə pulun onun vasitəsi ilə alınıb verilməsində razılaşmışlar. İlk dəfə olaraq Eynur 5.000 manat pulu 2017-ci ilin avqust ayının sonlarında Niyaza vermiş, Niyaz da müştəri tapdığı üçün bu puldan ona 900 manat vermişdir. Bundan sonra Eynurla Niyaz görüşüb sənədləşmə işləri aparmış, o isə bu proseslərdə iştirak etməmişdir. Həmin vaxtdan etibarən Eynur hər ay 1.000, 1.500, 2.000 manat olmaqla, təxminən 2018-ci ilin aprel ayına qədər bütün pulları ona işlədiyi “X24”da və ya özünün Yasamal rayonunda yerləşən iş yerinin qarşısında vermiş, o da öz növbəsində həmin pulları iş yerində Niyaza çatdırmışdır. 2018-ci ilin ortalarında eşitmişdir ki, Niyaz başqa şəxslərə saxta sənədlər düzəldərək torpaq sahələri satdığı üçün həbs edilib. 2019-cu ilin sonlarında Eynur ona bildirmişdir ki, onun aldığı torpaq sahəsi də saxta sənədlər əsasında satılıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 19 oktyabr 2016-cı il tarixdən 18 aprel 2018-ci il tarixədək Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti yanında 1 saylı Ərazi İdarəsinin Qeydiyyat, sənədlərin qəbulu, verilməsi və vətəndaşlara xidmətin təşkili şöbəsində qeydiyyatçı vəzifəsində işləmiş, 18 aprel 2018-ci il tarixdən halhazıradək isə həmin şöbənin Çıxarışların verilməsi sektorunun müdiri vəzifəsində işləyir. 2016-2018-ci illərdə qeydiyyatçı vəzifəsində işləyərkən vəzifəsi vətəndaşlar tərəfindən çıxarış alınması məqsədi ilə təqdim edilən sənədləri yoxlamaq, ilkin ekspertizasını aparmaq və arxiv şöbəsinə verməkdən ibarət olmuşdur. İlkin ekspertiza dedikdə, vətəndaşlar tərəfindən təqdim edilən, yəni çıxarış alınması üçün lazım olan sənədlərin yerində olub-olmamasını, əgər təqdim edilən sənədlər arasında alqı-satqı müqaviləsi varsa, həmin müqavilədə imzaların və notariat kontorunun möhürünün olub-olmamasını yoxlamaqdır. Bunlar yoxlandıqdan sonra, əgər hər hansı çatışmamazlıq yoxdursa, həmin sənədlər arxiv şöbəsinə təhvil verilir. 2018-ci ilə qədər alqı-satqı müqavilələri onlar tərəfindən vizual olaraq yoxlanılırdı. Çünki, notariat kontorlarında bağlanan müqavilələr işlədiyi quruma 5-6 ay sonradan daxil olurdu, bu səbəbdən də vətəndaşların narazılığının qarşısının alınması məqsədi ilə verilən ümumi tapşırıq belə olmuşdur ki, sənədlər vizual olaraq yoxlanılsın. Lakin 2018-ci ildən Ədliyyə Nazirliyi tərəfindən elektron bazadan istifadə edilməsi üçün yeni sistem yaradıldıqdan sonra vətəndaş tərəfindən təqdim edilən alqı-satqı müqaviləsinin əsli yoxlanıla bilinir. ******* nömrəli, 15 avqust 2017-ci il tarixli, Təqsirləndirilən şəxs1 adına olan çıxarış onun işlədiyi qurum tərəfindən verilmiş, lakin qeyd etdiyi səbəblərə görə bununla bağlı təqdim edilmiş alqı-satqı müqaviləsini elektron bazada yoxlamaq imkanları olmamışdır. Şahid7, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanımır, sonuncunun təqdim etdiyi müqavilənin də saxta olub-olmaması barədə məlumatı olmamışdır. Məhkəmədə Şahid6 ifadəsində göstərmişdir ki, 2010-cu ilin aprel ayından 2015-ci ilin fevral ayına qədər İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində müxtəlif vəzifələrdə, 2015-ci ilin fevral ayından hazıradək isə həmin idarədə Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı şöbəsinin müdiri vəzifəsində işləyir. Vəzifə səlahiyyətləri daşınmaz əmlaka dair hüquqların qeyidiyyatının təşkil olunması, məhdudiyyət və yüklülüklərlə bağlı arayışların hazırlanması, daşınmaz əmlaklara dair çıxarışların hazırlanması və sairdən ibarətdir. Mahiyyəti üzrə qeyd edir ki, torpaq sahələrinin təkrar qeydiyyatı zamanı vətəndaş tərəfindən təqdim olunmuş sənədlər idarənin qəbul şöbəsinə qəbul edilir, qəbul şöbəsi sənədləri təqdim edən şəxsin sənəd verənin özünün olub-olmamasını yoxlayır, daha sonra sənədləri ilkin ekspertiza edərək arxiv şöbəsinə təqdim edir. Arxivdə əmlakın qeydiyyatdan keçibkeçməməsi yoxlanılır, bundan sonra əgər vətəndaş ərizəsində yeni texniki pasport istəyirsə, həmin sənədlər texniki inventarlaşdırma şöbəsinə yönləndirilir. İdarənin texniki inventarlaşdırıcı mütəxəssisi tərəfindən yerində müayinə işləri aparır, “trinbl” və “distomat” GPS aparatlarından çöl ölçmə işləri görülür, mərz nişanları varsa vətəndaş tərəfindən təyin edilən koordinatlar müəyyən edilir, mühəndis müayinə aktı tərtib edir, akt tərtib etdikdən sonra inventarlaşdırma sektor müdiri də həmin akta imza etdikdən sonra sənədlər idarənin rəis müavininə təqdim edilir, rəis müavini də onları icra üçün kadastr şöbəsinə göndərir. Əlavə olaraq qeyd edir ki, təkrar müraciətlərdə alqı-satqı müqavilələri olduqda müayinə aktı bəzən tərtib edilmir. Bundan sonra kadastr plan ölçüsü hazırlanır və onun rəhbərlik etdiyi şöbəyə göndərilir. İşçilər həmin sənədlərə baxdıqdan sonra çıxarış hazırlanır və o da çıxarışa imza edib rəisə təqdim edir. Çıxarışa imza edərkən vizual baxışla sənədləri birdə yoxlayır, əgər hər hansı şübhə çəkəcək məqam yoxdursa onu imzalayır. Bu prosedur 2018-ci ilə qədər belə olmuşdur. 2018-ci ildən sonra isə vətəndaş tərəfindən təqdim edilən müqavilənin qanuni olub-olmamasını yoxlamaq üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin elektron bazasında yoxlamaq imkanı əldə etmişlər. Bəzən də elə olurdu ki, elektron bazaya müqavilələr gec yüklənirdi, 2017-ci ilə qədər isə notariat kontorları bağlanılmış müqavilələri idarəyə gec göndərirdilər, bəzən isə heç göndərilmirdi. Bu səbəbdən də vətəndaşın təqdim etdiyi müqavilələrdə notariusun imzası və möhürünə əsasən diqqət edilirdi. Bunlar olduğu təqdirdə vətəndaşın müracəti təsdiq edilir, yəni çıxarış verilirdi. ******* nömrəli, 15 avqust 2017-ci il tarixli Təqsirləndirilən şəxs1 adına olan çıxarışda olan imza ona məxsusdur. Lakin o, ümumiyyətlə vətəndaşı görmür və həmin şəxsi də tanımır. Nə Təqsirləndirilən şəxs1, nə də Zərərçəkmiş şəxs1, habelə Şahid7 və Təqsirləndirilən şəxs2 tanımır, həmin müqavilənin saxta olub-olmaması barədə məlumatı olmamışdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, əvvəllər müxtəlif banklarda mütəxəssis işləmiş, daha sonra isə yaşadığı ərazidə özlərinə aid olan torpaq sahələrinin satışı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 tanımır, onunla heç bir münasibəti olmamış, Zərərçəkmiş şəxs1 Şüvəlan qəsəbəsində torpaq sahəsinin olmasından da məlumatı olmamışdır. Təxminən 2017-ci ilin avqust ayında qonşu kimi tanıdığı Şahid1lə məhəllədə rastlaşdıqda sonuncu ona bildirmişdir ki, bir tanışı var, Şüvəlan bağ massivində torpaq sahəsi almaq istəyir və bu işdə ona köməklik etməyi xahiş edir. O da daha öncə Şüvəlan bağ massivi ərazisində hasarsız boş sahələr olduğunu gördüyü üçün bununla maraqlanmış, lakin bələdiyyədən belə torpaq sahəsi olmadığını bildirmişlər. O da zənn etmişdir ki, həmin torpaq sahəsi sahibsizdir. Bu səbəbdən də Fuada bildirmişdir ki, torpaq sahəsi var, 6 sotdur, sotunu 3.500 manata satmaq olar. Fuad isə ona cavab vermişdir ki, bu barədə tanışına məlumat verəcək. O da həmin torpaq sahəsini özünü notariat kontorunun işçisi kimi təqdim edən, adını xatırlamadığı tanışları vasitəsi ilə tanıdığı Çingiz adlı şəxs vasitəsi ilə qanuni şəkildə rəsmiləşdirmək istəyirdi. Ona görə də əvvəlcədən Çingizlə bu barədə danışmış və sonuncu ona bildirmişdir ki, qanuni şəkildə həmin torpaq sahəsini sənədləşdirəcək. Daha sonra ona özünü Zərərçəkmiş şəxs2 kimi təqdim edən, Şahid1 tanışı olduğunu bildirən şəxs zəng edərək torpaq sahəsinə baxmaq istədiyini demişdir. O da Zərərçəkmiş şəxs2 Şüvəlana dəvət etmiş, Zərərçəkmiş şəxs2 Fuadla birlikdə onun yanına gəlib qeyd edilən torpaq sahəsinə baxmışlar. Zərərçəkmiş şəxs2 onun göstərdiyi torpaq sahəsini bəyənib almaq istəmiş, lakin pulu öncədən vermək imkanı olmadığını, hissə-hissə ödəyəcəyini, ilkin ödəniş kimi də 5.000 manat verə biləcəyini bildirmişdir. O da bununla razılaşmış və Eynur ona 5.000 manatı Nərimanov rayon ərazisində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin inzibati binasının qarşısında təklikdə vermişdir. Bundan öncə isə Şüvəlan qəsəbə sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 demişdir ki, ona 2 sot torpaq almaqda köməklik edəcək, lakin bir məsələdə torpaq sahəsini sənədləşdirib satmaq lazımdır, onun isə işləri çox olduğundan bu torpağı bir nəfərin adına sənədləşdirmək lazımdır. Etibar da buna etiraz etməmişdir. O, Etibarla birlikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə getmiş, orada onları Çingiz qarşılamışdır. Əlavə olaraq qeyd edir ki, Çingiz ondan əvvəlcədən yalnız konkret olaraq torpaq sahəsinin harada olmasını və kimin adına rəsmiləşdiriləcəyini soruşmuş, qalan məsələləri özü həll edəcəyini demişdir. Çingiz həmin yerdə Təqsirləndirilən şəxs1 hansısa sənədləri imza etdirmiş, daha sonra Çingizlə Etibar ondan kənarlaşmışlar. Bir müddət sonra Etibar gələrək bildirmişdir ki, sənədləri idarəyə verib. Həmin günü Eynurdan aldığı 5.000 manat pulu o, Çingizə sənədləşməni hazırladığına görə xidmət haqqı kimi vermişdir. Bu vaxtdan bir neçə gün sonra Çingiz ona zəng edərək bildirmişdir ki, sənədlər hazırdır. O da Təqsirləndirilən şəxs1 sənədləri götürmək üçün göndərmişdir. Etibar da çıxarışı götürdükdən sonra onunla əlaqə saxlamış, o da ona bildirmişdir ki, Fuad və Eynurun nömrəsini alıb görüşsün, Çingiz bu barədə onlara məlumat verəcəkdir. Daha sonra öyrənmişdir ki, Etibarla Eynur arasında alqı-satqı müqaviləsi bağlanmışdır. O, Eynura torpaq sahəsini satarkən Fuada bildirmişdir ki, Eynuru ona görə tanıyıb, pulun qalan hissəsini də ondan alacaq. Bir müddət keçdikdən sonra Fuaddan ümumilikdə 16.000 manat pulu almışdır. Bu torpaq sahəsinin Zərərçəkmiş şəxs1 məxsus olduğunu bilməmişdir. 22 saylı notariat kontorunun xüsusi notariusu X5 tərəfindən təsdiq edildiyi alqı-satqı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1la 05 avqust 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 arasında alqı-satqı müqaviləsi bağlanaraq sonuncunun Şüvəlan bağ massivində, 0,06 ha 05/3156 saylı bağ sahəsini 40.000 manata alınması iə bağlı sənədləşmənin heç birindən xəbəri olmamışdır. Nə Zərərçəkmiş şəxs2, nə onun özünün, nə Təqsirləndirilən şəxs1, nə də ki, Şahid1 həmin torpaq sahəsinin sənədləşməsinin saxta olmasından məlumatları olmamışdır. İş materiallarında olan: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2(004)- 1333/2020 saylı qərardadından görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış alqı-satqı müqaviləsinin saxtalaşdırılması, mülki iş üzrə iddiaçı Zərərçəkmiş şəxs1 əmlakının qanunsuz olaraq ələ keçirilməsi və digər ehtimal olunan cinayət əməlləri barədə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə məlumat verilmişdir (İ cild, i.v.13-14); - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətindən daxil olmuş 03.10.2019-cu il tarixli, **********79 nömrəli məktuba görə X6 (sənəddə olduğu kimi) qızına “Tarixçi” bağçılıq-yoldaşlıq birliyi nəzdində Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 05/3156 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağçılıq-yoldaşlıq birliyi tərəfindən tərtib edilmiş üzvlük kitabçasına və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş 13.06.2013-cü il tarixli torpaq sahəsinin kadastr planı sənədinə əsasən Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 05/3156 saylı bağ sahəsi 03.10.2006-cı il tarixində Zərərçəkmiş şəxs1 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra 05.08.2017-ci il tarixdə Bakı şəhəri 32 saylı notariat kontorunda 4Ə-210 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Təqsirləndirilən şəxs1 adına keçmiş və 15.08.2017-ci il tarixində dövlət reyestrində qeydiyyata alınmışdır. Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 05/3156 saylı bağ sahəsi 14 saylı notariat kontorunda 28.08.2017-ci il tarixində 4Ə-619 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs2 adına keçmiş və 08.09.2017ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin sözügedən bağ sahəsi 14 saylı notariat kontorunda 15.08.2018-ci il tarixdə 4Ə-737 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən Zərərçəkmiş şəxs3 adına 27.08.2018-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyətindədir (İ cild, i.v.125-126); - 1363154 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 05/3156 saylı, 0,06 ha bağ sahəsi Zərərçəkmiş şəxs3 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2596 nömrəli vərəqində 27.08.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (cild İ, i.v.127); - 15.08.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs2 ünvan 1 sahəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə 30.000 manat qiymətinə Zərərçəkmiş şəxs3 satmışdır (cild İ, i.v.128); - 1125747 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 05/3156 saylı, 0,06 ha bağ sahəsi Zərərçəkmiş şəxs2 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2596 nömrəli vərəqində 08.09.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (cild İ, i.v.129); - Bakı şəhəri 22 saylı notariat ofisinin 26.11.2019-cu il tarixli, X-342 nömrəli məktubuna əsasən Bakı şəhəri 22 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 arasında 05.08.2017-ci il tarixli 4Ə-210 reyestr saylı bağ massivinə dair alqı-satqı müqaviləsi rəsmiləşdirilməmiş və ümumiyyətlə Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs1 tərəfindən heç bir əməliyyat aparılmamışdır (İ cild, i.v.165); - Bakı şəhəri 32 saylı notariat ofisinin 13.04.2021-ci il tarixli, X-502 nömrəli məktubuna əsasən Bakı şəhəri 32 saylı notariat ofisində Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında hər hansı notariat hərəkəti rəsmiləşdirilməmişdir (İİ cild, i.v.247); - "xxxx" ASC-nin 26 avqust 2017-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 15.000 manat pul vəsaiti Zərərçəkmiş şəxs2 tərəfindən 14 saylı notariat ofisinin xüsusi notariusu Şahid3 oğlunun depozit hesabına köçürülmüşdür (İİ cild, i.v.41); - ünvan 3 ünvanladığı 26.08.2017-ci il tarixli, 1075 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs2 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 15.000 (on beş min) manat məbləğində pulu alqı-satqı müqaviləsi təsdiq edildikdən sonra yaranmış 360 (üç yüz altmış) manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalıq məbləğ 14.640 (on dörd min altı yüz qırx) manat pulu Təqsirləndirilən şəxs1 verilməsi bankda olan **********00001AZM38 nömrəli depozit hesabına qəbul olunması xahiş edilir (İİ cild, i.v.42); - "xxxx" ASC-nin 28 avqust 2017-ci il tarixli, 337800 nömrəli çekindən görünür ki, 14.640 manat Təqsirləndirilən şəxs1 tərəfindən təhvil alınmışdır (İİ cild, i.v.43); - ünvan 3 ünvanladığı 14 avqust 2018-ci il tarixli, 1169 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs3 notariat qaydasında təsdiq olunacaq alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 30.000 (otuz min) manat məbləğində pulu alqısatqı müqaviləsi təsdiq edildikdən sonra yaranmış 360 (üç yüz altmış) manat vergi öhdəliklərini (borcu) əmlakın satış dəyərindən çıxaraq AZ74MUGA**********00001AZM38 hesab vasitəsi ilə dövlət xəzinədarlığına ödənilməsi, 29640 manatını Zərərçəkmiş şəxs2 verilməsi bankda olan **********00001AZM38 nömrəli depozit hesabına qəbul olunması xahiş edilir (cild İİ, i.v.61); - "xxxx" ASC-nin 14 avqust 2018-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 30.000 manat pul vəsaiti Zərərçəkmiş şəxs3 tərəfindən 14 saylı notariat ofisinin xüsusi notariusu Şahid3 oğlunun depozit hesabına köçürülmüşdür (cild İİ, i.v.62); - Bakı şəhəri 14 saylı notariat ofisində saxlanılan 2017-ci ilin avqust-noyabr aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri “Daşınmaz əmlakın özgəninkiləşdirilməsi” jurnalına və 2018-ci ilin iyun-sentyabr aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri “Daşınmaz əmlakın özgəninkiləşdirilməsi” jurnalına baxış keçirilməsi haqqında 12 mart 2021ci il tarixli protokola əsasən 2017-ci ilin avqust-noyabr aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri” jurnalının üz qabığı göy rəngdə olmaqla üzərində nömrə 01113, “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri (daşınmaz əmlakın özgəninkiləşdirilməsi), başlanılıb 08.08.2017-nömrə 553, qurtarıb 04.11.2017- nömrə 821 sözləri yazılmışdır. Həmin jurnalın 27-ci səhifəsində 619 nömrəli notariat hərəkəti nömrəsi altında Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında torpaq sahəsinin alqısatqısı haqqında müqavilə bağlandığı görünür. 2018-ci ilin iyun-sentyabr aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri” jurnalının üz qabığı göy rəngdə olmaqla üzərində nömrə 01988, “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri (daşınmaz əmlakın özgəninkiləşdirilməsi), başlanılıb 22.06.2018-nömrə 537, qurtarıb 01.09.2018- nömrə 797 sözləri yazılmışdır. Həmin jurnalın 76 və 77-ci səhifələrində 737 nömrəli notariat hərəkəti nömrəsi altında Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs3 arasında torpaq sahəsinin alqısatqısı haqqında müqavilə bağlandığı görünür (İİ cild, 67-78); - "xxxx" ASC-nin 15 avqust 2018-ci il tarixli, 390145 nömrəli çekindən görünür ki, 29.640 manat Zərərçəkmiş şəxs2 tərəfindən təhvil alınmışdır. c.2.i.v.63 - Azərbaycan Respulikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsindən daxil olan 15 aprel 2021-ci il tarixli, 05/2845-11 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında sözügedən daşınmaz əmlakın satılması ilə bağlı müqavilənin və ya etibarnamənin rəsmiləşdirilmədiyi müəyyən edilmişdir (cild İİ, i.v.226-227); - Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutundan daxil olmuş 19 aprel 2021-ci il tarixli, 35-1-80 nömrəli məktubdan görünür ki, 1989-cu ildə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan bağ massivində yerləşən 05/3156 saylı 6 sot bağ sahəsi Tarix institutu nəzdində yaradılmış “Tarixçi” bağçılıq birliyinin 22 yanvar 1989-cu il tarixli qərarı ilə institutun “Əliyevşünaslıq” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Zərərçəkmiş şəxs1 verilmişdir (cild İİ, i.v.254-255); - 09.08.2017-ci il tarixli Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilən ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş edir (cild İİİ, i.v.61); - 05.08.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın saxta alqı-satqı müqaviləsindən görünür ki, Zərərçəkmiş şəxs1 ünvan 1 sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə 40.000 manat qiymətinə Təqsirləndirilən şəxs1 satmışdır (cild İİİ, i.v.62-63); - 28.08.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 1 sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsini tam mülkiyyət üzrə 15.000 manat qiymətinə Zərərçəkmiş şəxs2 satmışdır (cild İİİ, i.v.64); - 1122061 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 05/3156 saylı, 0,06 ha bağ sahəsi Təqsirləndirilən şəxs1 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2596 nömrəli vərəqində 15.08.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır (cild İİİ, i.v.65); - 0031193 nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin çıxarışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivi, 05/3156 saylı, 0,06 ha bağ sahəsi Zərərçəkmiş şəxs1 mülkiyyəti kimi Daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 2596 nömrəli vərəqində 03.10.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmışdır (cild İİİ, i.v.67); - Bakı şəhəri 32 saylı notariat ofisində saxlanılan 2017-ci ilin yanvar-iyul aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri “Daşınmaz əmlakın özgəninkiləşdirilməsi” jurnalına və 2017-ci ilin iyul-dekabr aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri “Daşınmaz əmlakın özgəninkiləşdirilməsi” jurnalına baxış keçirilməsi haqqında 06 may 2021-ci il tarixli protokola görə 2017-ci ilin yanvar-iyul aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri” jurnalının üz qabığı göy rəngdə olmaqla üzərində nömrə 02019, “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri (daşınmaz əmlakın özgəninkiləşdirilməsi), başlanılıb 06.01.2017-nömrə 01, qurtarıb 12.07.2017 nömrə 227 sözləri yazılmışdır. Jurnalın 94-cü səhifəsində 210 nömrəli notariat hərəkəti nömrəsi altında 05.08.2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış torpaq sahəsinin alqı-satqısı haqqında müqavilənin qeydiyyatı deyil, həmin qeydiyyat nömrəsi altında 30.06.2017-ci il tarixdə X17 ilə X18 arasında müqavilə bağlandığı görünür. 2017-ci ilin iyul-dekabr aylarını əhatə edən “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri” jurnalın üz qabığı göy rəngdə olmaqla üzərində nömrə 02174, “Notariat hərəkətlərinin qeyd edilməsi üçün 4Ə reyestri (daşınmaz əmlakın özgəninkiləşdirilməsi), başlanılıb 12.07.2017 nömrə 228, qurtarıb 28.12.2017 nömrə 442 sözləri yazılmışdır. Həmin jurnalın 13 və 14-cü səhifələrində 253 və 256 nömrəli notariat hərəkəti altında 05.08.2017-ci il tarixdə ümumiyyətlə hər hansı müqavilə bağlanmadığı, həmçinin Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında müqavilə bağlanmadığı görünür. 253 və 254 qeydiyyat nömrəsi altında 04.08.2017-ci il tarixdə, 255 və 256 qeydiyyat nömrəsi altında isə 08.08.2017-ci il tarixdə müxtəlif şəxslər arasında müqavilələr bağlandığı görünür (İİİ cild, 115-124); - "xxxx" MMC-dən daxil olmuş CD diskə 17 may 2021-ci il tarixli baxış protokoluna görə diskdə 1 ədəd qovluq var, həmin qovluğun ad hissəsində “8005.zip” yazılmışdır. Qovluq açıldıqda sms mətnləri olan 21 ədəd faylın və ad hissəsində “abuneciler.xlsx”, “antenna2017.xlsx” və “antenna2018.xlsx” yazısı olan fayllar vardır. Sms mətnlərinə aid ad hissəsində “502299989 sms.txt” olan fayla daxil olduqda Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında yazışmalar olduğu görünür. 25.08.2017-ci il tarixdə, saat 11:39:49 dəqiqədə Şahid1 Şahid7 “zəng vur təcili. Gəlirlər torpaq alanlar” yazdığı müəyyən edildi. Ad hissəsində “abuneciler.xlsx” yazısı olan fayla daxil olduqda mobil nömrələr və həmin nömrələrin kimlərə məxsus olması barədə məlumatlar var. Ad hissəsində “antenna2017.xlsx” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə 28.08.2017-ci il tarixdə, saat 15:31:48-də zəng gələrək 35 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 28.08.2017-ci il tarixdə saat 23:10:04-də 51 saniyə, 02.09.2017-ci il tarixdə saat 23:08:43-də 48 saniyə, həmçinin eyni qaydada 03.09.2017, 06.09.2017, 07.09.2017, 08.09.2017, 02.10.2017, 03.10.2017, 04.10.2017, 05.10.2017, 07.10.2017, 08.10.2017, 16.10.2017, 17.10.2017, 19.10.2017, 20.10.2017, 21.10.2017, 23.10.2017, 30.10.2017, 01.11.2017, 02.11.2017, 03.11.2017, 06.11.2017, 07.11.2017, 08.11.2017, 09.11.2017, 17.11.2017 və 24.11.2017 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngə əsasən ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 25.08.2017-ci il tarixdə, saat 13:29:50-də zəng gələrək 9 saniyə danışıq olmuşdur. Bu nömrələr arasında 25.08.2017-ci il tarixdə saat 15:41:43-də 38 saniyə, 25.08.2017-ci il tarixdə saat 18:18:16-də 110 saniyə, həmin tarixdə 18:22:57-də 92 saniyə, həmçinin eyni qaydada 26.08.2017, 26.08.2017, 28.08.2017, 29.08.2017 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Zəngdən görünür ki, ***-***- **-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 16.07.2017-ci il tarixdə, saat 18:03:37-də zəng gələrək 26 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 17.07.2017-ci il tarixdə saat 19:22:09-da 23 saniyə, 18.07.2017-ci il tarixdə saat 00:15:50-də 14 saniyə, həmin tarixdə 17:12:56-da 16 saniyə, həmçinin eyni qaydada 19.07.2017, 20.07.2017, 22.07.2017, 27.07.2017, 28.07.2017, 30.07.2017, 31.07.2017, 01.08.2017, 02.08.2017, 03.08.2017, 04.08.2017, 05.08.2017, 06.08.2017, 07.08.2017, 08.08.2017, 09.08.2017, 10.08.2017, 11.08.2017, 12.08.2017, 13.08.2017, 14.08.2017, 15.08.2017, 16.08.2017, 17.08.2017, 18.08.2017, 19.08.2017, 20.08.2017, 21.08.2017, 23.08.2017, 24.08.2017, 25.08.2017, 26.08.2017, 27.08.2017, 28.08.2017, 29.08.2017, 31.08.2017, 01.09.2017, 02.09.2017, 03.09.2017, 04.09.2017, 06.09.2017, 07.09.2017, 08.09.2017, 09.09.2017, 10.09.2017, 14.09.2017, 16.09.2017, 17.09.2017, 19.09.2017, 29.09.2017, 30.09.2017, 04.10.2017, 07.10.2017, 13.10.2017, 18.10.2017, 19.10.2017, 21.10.2017, 22.10.2017, 29.10.2017, 01.11.2017, 03.11.2017, 07.11.2017, 08.11.2017, 07.12.2017, 09.12.2017, tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 28.08.2017-ci il tarixdə, saat 13:24:39-da zəng gələrək 52 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 28.08.2017-ci il tarixdə saat 14:35:29-də 51 saniyə, həmin tarixdə saat 14:40:09-da 25 saniyə danışıqlar olmuşdur. Ad hissəsində “antenna2018.xlsx” yazısı olan fayla daxil olduqda Təqsirləndirilən şəxs1 adına olan ***-***-**-** mobil nömrəsi ilə Şahid7 istifadəsində olan ***-***- **-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 20.02.2018-ci il tarixdə, saat 15:33:02-də zəng gələrək 15 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 20.02.2018-ci il tarixdə saat 16:02:45-də 16 saniyə, 21.02.2018-ci il tarixdə saat 16:52:49-da 19 saniyə, həmçinin eyni qaydada 24.06.2018 tarixdə danışıqlar olmuşdur. Şahid7 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə 23.02.2018-ci il tarixdə, saat 16:07:24də zəng gələrək 340 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 23.02.2018-ci il tarixdə saat 16:20:53-də 13 saniyə, həmin tarixdə saat 16:20:43də 27 saniyə, həmin tarixdə 16:29:24-də 78 saniyə, həmçinin eyni qaydada 24.02.2018, 05.03.2018, 16.03.2018, 17.03.2018, 18.03.2018, 19.03.2018, 21.03.2018, 25.03.2018, 28.03.2018, 29.03.2018, 30.03.2018, 31.03.2018, 03.04.2018, 04.04.2018, 06.04.2018, 07.04.2018, 09.04.2018, 10.04.2018, 13.04.2018, 14.04.2018, 19.04.2018, 27.04.2018, 02.05.2018, 03.05.2018, 04.05.2018, 09.05.2018, 11.05.2018, 12.05.2018, 14.05.2018, 21.05.2018, 23.05.2018, 24.05.2018, 25.05.2018, 26.05.2018, 30.05.2018, 12.06.2018, 13.06.2018, 26.06.2018, 28.06.2018, 01.07.2018, 04.07.2018, 29.07.2018, 31.07.2018, 01.08.2018, 02.08.2018 və 05.08.2018 tarixlərdə müxtəlif vaxtlarda danışıqlar olmuşdur. Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında danışıq olduğu görünür. Həmin zəngdən görünür ki, ***-***-**-** mobil nömrəsindən ***- ***-**-** mobil nömrəsinə 11.08.2018-ci il tarixdə, saat 14:53:50-də zəng gələrək 79 saniyə danışıq olmuşdur. Həmin nömrələr arasında 12.08.2018-ci il tarixdə də saat 10:53:56-də 43 saniyə danışıqlar olmuşdur. Bundan başqa baxış zamanı cinayət işi üzrə əhəmiyyət kəsb edəcək hər hansı zəng aşkar edilmədi (cild İV, i.v.7-10); - 08 iyun 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən torpaq sahələrinin texniki xüsusiyyətləri, üzərində yaşıllığın olub-olmaması, su, elektrik, qaz təchizatının vəziyyəti, əsas yola çıxışı və sair hallardan aslı olaraq qiymətin dəyişdiyi nəzərə almaqla, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şüvəlan bağ massivində yerləşən 0,06 ha bağ sahələrinin 2017-2018-ci illərin avqust ayına olan bazar dəyəri təxminən 40.284 manat, likvid dəyəri isə 33.637,10 manat təşkil edir (cild İV, i.v.123-128); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 04.06.2021-ci il tarixli, 5/477-5/490 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş:
1. 05.08.2017-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur;
2. 05.08.2017-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsində olan “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi* Bakı şəhəri* X1* Şəhadətnamə №107” məzmunlu möhür əksi, eksperimental nümunə qismində təqdim edilmiş “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi* Bakı şəhəri* X1* İYİRMİ İKİ SAYLİ NOTARİAT OFİSİ” məzmunlu möhür əksi ilə eynilik təşkil etmir;
3. 05.08.2017-ci il tarixli AN-İ№ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsində olan möhür əksinin boyasının rəngləyici maddəsi kimyəvi tərkibinə görə ştempel boyalarına aiddir. Aparılmış tədqiqatın dəyəri 120 manatdır (İV cild, i.v.157-159); 08.06.2021-ci il tarixli, 4/595 nömrəli rəyinə əsasən ekspertizaya təqdim edilmiş: 1.1. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış olan 05.08.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsində “Alan” qrafasındakı “Oхудум разыjaм” əlyazmaları, “Təqsirləndirilən şəxs1” qrafasındakı “həcəнов” əlyazması və qarşısındakı imza; Təqsirləndirilən şəxs1 adından 09.08.2017-ci il tarixli daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizədə “ərizəçinin imzası” qrafasındakı imza; Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış olan 28.08.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin kserosurətində “Alıcı” qrafasından aşağıda yerləşən “Qeyd” qrafasında əks olunmuş “разыjaм *** *** ** **” əlyazmaları və imza, “Zərərçəkmiş şəxs2” qrafasında əks olunmuş imza və “həcəнов” əlyazması – Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur; 1.2. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış olan 28.08.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin kserosurətində “Satıcı” qrafasından aşağıda yerləşən “Qeyd” qrafasında əks olunmuş “Razıyam ***-***-**-**” əlyazmaları və imza, “Təqsirləndirilən şəxs1” qrafasında əks olunmuş imza və “Həsənov E” əlyazmaları – Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur; 2.1. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış olan 05.08.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsində “Satan” qrafasındakı “Oxudum razıyam” əlyazmaları, “Zərərçəkmiş şəxs1” qrafasındakı “Kocayeva” əlyazması və qarşısındakı imza – Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur; 2.2. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış olan 05.08.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsində “Satan” qrafasındakı “Oxudum razıyam” əlyazmaları, “Zərərçəkmiş şəxs1” qrafasındakı “Kocayeva” əlyazması – Təqsirləndirilən şəxs1, Şahid7, X13, Təqsirləndirilən şəxs2, X8 tərəfindən yox, Şahid1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.3. Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında bağlanmış olan 05.08.2017-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinin arxa hissəsində “Notariat hərəkətini aparmağa müvəkkil edilmiş şəxs” qrafasındakı imza – X4 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 132 manat təşkil edir (İV cild, i.v.162-167); “Sübutların qiymətləndirilməsi haqqında” 12.06.2021-ci il tarixli qərara əsasən Şahid7, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələri ilə ittiham elan edilmiş, "xxxx" ASC-nin 28 avqust 2017-ci il tarixli, 337800 nömrəli çekinin surəti, "xxxx" ASC-nin 15 avqust 2018-ci il tarixli, 390145 nömrəli çekinin surəti, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilən 09.08.2017-ci il tarixli ərizənin surəti, Zərərçəkmiş şəxs1 adına 03.10.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 05.08.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Təqsirləndirilən şəxs1 adına 15.08.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 28.08.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Zərərçəkmiş şəxs2 adına 08.09.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 15.08.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Zərərçəkmiş şəxs3 adına 27.08.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, “Azercell” mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, "xxxx" mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və "xxxx" mobil operatorundan daxil olmuş, telefon məlumatlarının əks olunduğu 1 ədəd disk maddi sübut kimi tanınmışdır (İV cild, i.v.176-215); 14.06.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İV cild, i.v.249-250, 289-290); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Həsənov X7 Rayon Məhkəməsinin 09.08.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29.05.2007-ci il tarixdə cəzasının sonu ilə azad olunub (İ cild, i.v.272, cild İİ, i.v.231-233); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına əsasən Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1.200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (İV cild, i.v.52, 54-63); Bakı şəhər Probasiya İdarəsinin 03.06.2021-ci il tarixli, 21-1/3-2436 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs2 həmin cəriməni 26.07.2019-cu il tarixdə tam ödəmişdir (cild İV, i.v.120); Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış, notariat qaydasında təsdiq edilmiş ərizəsinə görə ona vurulmuş təqsirləndirilən şəxs Şahid7 tərəfindən ödənildiyindən, onun Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur (V cild); “Şəxsin ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi barədə” 16.06.2021-ci il tarixli qərarla Şahid7 barəsində axtarış elan olunmuş, 23.06.2021-ci il tarixli qərarla isə onun və digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmışdır (İV cild, i.v.300-303, 311-314); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.03.2022-ci il tarixli hökmü ilə Şahid7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 14 gün müddətinə azadlığın məhdudlaşıdırılması cəzasına məhkum edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən məhkəmənin həmin tarixli qərarı ilə o, Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilmişdir (V cild).
Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayət təqsirkarın özgə əmlakına öz əmlakı kimi rəsmən (hüquqi əhəmiyyətli sənəd əsasında) sahib olmaq və onun üzərində sərəncam vermək imkanı əldə etdiyi andan, məsələn daşınmaz əmlaka mülkiyyət hüququ və yaxud qanuna görə qeydiyyat tələb olunduğu halda digər əmlaka hüquqlar qeydiyyata alındığı, müqavilənin bağlandığı, veksel üzərində köçürmə qeydinin (indossamentin) icra edildiyi andan, şəxsin əmlaka hüququnun tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi gündən və yaxud digər səlahiyyətli orqan tərəfindən hüquq müəyyən edən aktın qəbul edildiyi vaxtdan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir (5ci bənd); şəxsin saxta sənəd hazırlaması və həmin sənəddən istifadə etməklə özgənin əmlakını (əmlaka olan hüququnu) ələ keçirmək məqsədi güdməsi, lakin ondan asılı olmayaraq bu niyyətini həyata keçirmək imkanında olmaması müəyən edildikdə, onun əməli rəsmi sənədləri saxtalaşdırma (Cinayət Məcəlləsinin 320.1-ci maddəsi) və işin hallarından asılı olaraq, habelə Cinayət Məcəlləsinin 28.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla dələduzluğa hazırlıq və ya dələduzluğa cəhd etmə kimi (müvafiq olaraq Cinayət Məcəlləsinin 28, 178.3-cü və ya 29, 178-ci maddələri ilə) qiymətləndirilməlidir. Belə halda, bilə-bilə həmin məqsəd üçün təqsirləndirilən şəxsə saxta sənədlər verən şəxs dələduzluğa köməkçiliyə (Cinayət Məcəlləsinin 32.5, 178-ci maddələri ilə) və sənədləri saxtalaşdırmaya (Cinayət Məcəlləsinin 320-ci maddəsi ilə, vəzifəsi şəxs olduqda isə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə) görə cinayətlərin məcmusu qaydasında məsuliyyət daşımalıdır (6-cı bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi) hesab edilir (34-cü bənd); dələduzluğun təkrar törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2,. 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs1 onun Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsinin onun adına rəsmiləşdirilməsinin qanunsuz olması barədə məlumatının olmadığını, Çingizin ona imza etdirdiyi sənədlərin hansı məzmunda olmasının bilmədiyini, alqı-satqı müqaviləsi barədə məlumatının olmadığını, buna görə hər hansı şəxsdən pul almadığını bildirməsi, Təqsirləndirilən şəxs2 isə Şahid7 ondan xahişi əsasında köməklik məqsədi ilə adını və harda görüşdüyünü xatırlamadığı şəxsdən müqavilə götürdüyünü və bu müqaviləni Niyazın yanında gələn, adını sonradan bildiyi Etibar adlı şəxsə verib və çıxıb getdiyini, həmin müqavilənin qanunsuz olmasından məlumatının olmadığını, Şahid7 5.000 manat pul almadığını, alqı-satqı müqaviləsində Zərərçəkmiş şəxs1 adının qarşısında olan imza və yazıların kimə məxsus olması, həmçinin müqavilədə olan möhür barədə məlumatının olmadığını bildirməsi ilə bağlı məhkəmə qeyd edir ki, bu cür ifadələr verməklə təqsirləndirilən şəxslər məsuliyyətdən boyun qaçırmaq məqsədi güdür və onların ittiham üzrə verilmiş əməlləri məhkəmədə tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməlidirlər. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə müvafiq olaraq böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxslərə ittiham olunan Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin sanksiyasından da aydın olur ki, həmin əməllər cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətə aiddirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bu Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan əlavə həmin Məcəllənin 44.2-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 iyul 2008-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət və cinayət prosessual qanunvericiliyi məhkəmə tərəfindən ittiham hökmünə əsasən cəzadan azad etmənin iki şərtsiz halını nəzərdə tutur cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin keçməsi və amnistiya aktının mövcud olması. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq, müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq vermədikləri üçün məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək iş üzrə ittiham hökmü çıxarılmalı, lakin bu maddə ilə onlara cəza təyin edilməməlidir. Məhkəmə Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən həmin Məcəllənin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onların cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Eyni zamanda hər iki təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin 28 avqust 2017-ci il tarixli, 337800 nömrəli çekinin surəti, "xxxx" ASC-nin 15 avqust 2018-ci il tarixli, 390145 nömrəli çekinin surəti, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilən 09.08.2017-ci il tarixli ərizənin surəti, Zərərçəkmiş şəxs1 adına 03.10.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 05.08.2017ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Təqsirləndirilən şəxs1 adına 15.08.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 28.08.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Zərərçəkmiş şəxs2 adına 08.09.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 15.08.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Zərərçəkmiş şəxs3 adına 27.08.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 252 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 70 saat üçün nəzərdə tutulan 420 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə o, 5.000 (beş) min manat məbləğində cərimə cəzasına məhkum edilsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri üzrə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinsin, həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə o, 5.000 (beş) min manat məbləğində cərimə cəzasına məhkum edilsin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri üzrə cəza təyin olunmasın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 252 (iki yüz əlli iki) manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" ASC-nin 28 avqust 2017-ci il tarixli, 337800 nömrəli çekinin surəti, "xxxx" ASC-nin 15 avqust 2018-ci il tarixli, 390145 nömrəli çekinin surəti, Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilən 09.08.2017-ci il tarixli ərizənin surəti, Zərərçəkmiş şəxs1 adına 03.10.2006-cı il tarixdə ********* nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 05.08.2017ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Təqsirləndirilən şəxs1 adına 15.08.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 28.08.2017-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Zərərçəkmiş şəxs2 adına 08.09.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, 15.08.2018-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti, Zərərçəkmiş şəxs3 adına 27.08.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın surəti, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk, "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş telefon məlumatlarının əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 70 saat üçün nəzərdə tutulan 420 (dörd yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən,
Hakim Babək Pənahov