Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-22/2023 30.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun X26 üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X26 üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X27 iştirakları ilə xx.xx.1964-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi qaydada jurnalistika sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi qeyrisinin təhriki ilə şəxsi niyyətlə bilə-bilə yalan məlumatları informasiya resursuna daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq əsas fəaliyyət istiqaməti jurnalistika olaraq müxtəlif mövzuda olan jurnalların hazırlanması və dərc olunması kimi fəaliyyət göstərərək “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunun 7-ci maddəsinə əsasən, qüvvədə olan qanunvericilikdən və bağladığı müqavilələrdən irəli gələn bütün vəzifələri yerinə yetirmək, işə qəbul edilən vətəndaşlarla müqavilələr (bağlaşmalar), habelə lazım gəldikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə əmək kollektivlərinin adından çıxış edən həmkarlar ittifaqları ilə kollektiv müqavilələr bağlamaq, işçilərin əmək haqqını Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş minimum məbləğindən az olmayan səviyyədə ödəmək, müvafiq icra hakimiyyəti orqanına, habelə işçilərin sosial müdafiəsi məqsədilə yaradılan digər fondlara müəyyən edilmiş qaydada və həcmdə ayırmalar vermək, qanunvericilikdə müəyyən edilmiş vergilər ödəmək, işçilərə qüvvədə olan qanunvericiliyə və müqavilələrə (bağlaşmalara) müvafiq əmək şəraiti yaratmaq, qüvvədə olan qanunvericiliyə müvafiq surətdə lisenziyalaşdırılmalı olan sahələrdə fəaliyyət üçün xüsusi razılıq (lisenziya) almaq, öz fəaliyyəti haqqında dövlət, statistika və maliyyə orqanlarına müəyyən edilmiş formada hesabatlar vermək və digər funksiyaları həyata keçirən təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi tanışı Şahid1 təhriki ilə xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş Şahid1 yanında saxta nüfuz qazanmaq, eləcə də sonuncunun tanışı olan şəxslərin ünvanlı dövlət sosial yardım almasına kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4-cü və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Şahid1 təhriki ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün tanışı Şahid1 yaxın münasibətdə olduğu Şahid4 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2017-ci ilin oktyabr ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid4 guya 20 sentyabr 2017-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 25 oktyabr 2017-ci il tarixində “Arama" jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım X55 və Təyinat Altsistemində (VEMTAS) 30 mart 2020-ci il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid4 həyat yoldaşı X28 01 mart 2020-ci il tarixindən hesablanan ayda 340,32 manat olmaqla, 10 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.403,2 manat (üç min dörd yüz üç manat iyirmi qəpik) məbləğində ünvanlı sosial yardımın Aytac Rzayevanın adına "xxxx" ASC-də olan 416974******3267 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu Şahid12 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin fevral ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid12 guya 06 yanvar 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 14 fevral 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişin əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 26 fevral 2020-ci il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid12 01 fevral 2020-ci il tarixindən hesablanan ayda 272,55 manat olmaqla, 11 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 2.998,05 manat (iki min doqquz yüz doxsan səkkiz manat beş qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid12 adına "xxxx" ASC-də olan 416974******7276 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu Şahid10 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin fevral ayında Şahid1 özünə Şahid10 həyat yoldaşı X29 etdiyi müraciətlə əlaqədar bildirməsindən sonra onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş Bəhruz Bağırovun arvadı Şahid10 guya 30 yanvar 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 28 fevral 2019-cu il tarixində “Arama" jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 18 avqust 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid10 1 avqust 2019-cu il tarixindən hesablanan ayda 148,92 manat olmaqla, 7 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 2.531,64 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 2.631,64 manat (iki min altı yüz otuz bir manat altmış dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid10 adına “Kapital Bank" ASC-də olan 416974******4391 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu Şahid11 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin mart ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid11 guya 11 fevral 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 31 mart 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, 5CLPZHR000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 18 aprel 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid11 1 aprel 2019-cu il tarixindən hesablanan ayda 225,34 manat olmaqla, 21 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 4.732,14 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.832,14 manat (dörd min səkkiz yüz otuz iki manat on dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid11 adına "Kapital Bank” ASC-də olan 416974******8308 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu Şahid9 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin iyul ayında Şahid1 özünə Şahid9 həyat yoldaşı Şahid17 etdiyi müraciətlə əlaqədar bildirməsindən sonra onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid9 guya 15 fevral 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 iyul 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 8 sentyabr 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid9 1 sentyabr 2019-cu il tarixindən hesablanan ayda 219,34 manat olmaqla, 16 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.509,44 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.609,44 manat (üç min altı yüz doqquz manat qırx dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid9 adına "xxxx" ASC-də olan 416-974******3355 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu X19 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin iyul ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş X19 guya 8 fevral 2019- cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 iyul 2019cu il tarixində “Arama" jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, 3V3W69T000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 23 avqust 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X30 1 avqust 2019-cu il tarixindən hesablanan ayda 275,68 manat olmaqla, 17 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 4.686,56 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4 786,56 manat (dörd min yeddi yüz səksən altı manat əlli altı qəpik) məbləğində ünvanlı sosial yardımın Təhminə Abasovanın adına “Kapital Bank" ASC-də olan 416974******8414 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu Şahid8 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin və arvadı X16 işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin avqust ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş Şahid8 və arvadı X16 guya 15 iyul 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 5 avqust 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli və 1UNVTH9000100 nömrəli əmək müqaviləsi bildirişlərini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 17 fevral 2020-ci il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X20 1 fevral 2020-ci il tarixindən hesablanan ayda 263,39 manat olmaqla, 11 ay müddətinə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 2.897,29 manat (iki min səkkiz yüz doxsan yeddi manat iyirmi doqquz qəpik) məbləğində ünvanlı sosial yardımın Elladə Qasımovanın adına “Kapital Bank" ASC-də olan 416974******5378 nömrəli hesaba köçürülməsinə nail olmaqla, təkrarən, tanışı Şahid1 yaxın münasibətdə olduğu X9 maddi vəziyyətinin yaxşı olmaması ilə əlaqədar ona ünvanlı dövlət sosial yardımı almasında köməklik etmək məqsədilə həmin şəxsin işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsinə dair 2019-cu ilin sentyabr ayında özünə etdiyi müraciətlə əlaqədar onunla razılaşmaqla sövdələşib, Şahid1 təhriki əsasında sonuncuya müraciət etmiş X9 guya 26 avqust 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama" jurnalı redaksiyasında jurnalist vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 19 sentyabr 2019-cu il tarixində "Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, 10SYZA6000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 26 sentyabr 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X11 1 sentyabr 2019-cu il tarixindən hesablanan ayda 225,42 manat olmaqla, 16 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.606,72 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.706,72 manat (üç min yeddi yüz altı manat yetmiş iki qəpik) məbləğində ünvanlı sosial yardımın Raminə Mehdiyevanın adına "xxxx" ASC-də olan 416974******8047 nömrəli hesaba köçürülməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada cəmi 8 nəfərə münasibətdə 28.865,04 manat (iyirmi səkkiz min səkkiz yüz altmış beş manat dörd qəpik) məbləğində ünvanlı dövlət sosial yardımın ayrılmasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla Şahid1 təhriki ilə vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyətlərindən sui- istifadə etmiş, sonuncunun təhriki ilə vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən, təkrarən, qeyd edilən təşkilatisərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxslər yanında saxta nüfuz qazanmaq, eləcə də tanışı olan şəxsin ünvanlı dövlət sosial yardım almasına kömək etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” haqqında Qaydaların 1.2.4-cü və 5.5-ci bəndlərinin tələblərinə əsasən, faktiki iş yeri olmayan şəxslərdən yalnız dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işsiz kimi qeydə alınmış vətəndaşların ünvanlı dövlət sosial yardım almaq hüququna malik olmasına baxmayaraq, həmin tələblərə zidd olaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3cü maddəsinin 5-1-ci hissəsi və 7-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozub işçi ilə yazılı əmək müqaviləsini fərdi qaydada bağlamadan faktiki əmək münasibətlərində olmayan və ünvanlı dövlət sosial yardım almasından ötrü işləməsinə dair məlumatların rəsmi dövlət qurumlarının elektron informasiya resurslarına daxil edilməsində köməklik göstərilməsi üçün 2019-cu ilin fevral ayında özünə müraciət etmiş Şahid3 guya 29 yanvar 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən "Arama" jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 27 fevral 2019-cu il tarixində “Arama" jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 11 mart 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid3 1 mart 2019-cu il tarixindən hesablanan ayda 384,09 manat olmaqla, 22 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 8.449,98 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 8.549,98 manat (səkkiz min beş yüz qırx doqquz manat doxsan səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid3 adına "xxxx" ASC-də olan 416974******0333 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin fevral ayında özünə müraciət etmiş Şahid14 guya 30 yanvar 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 28 fevral 2019-cu il tarixində “Arama" jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 15 may 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid14 1 may 2019-cu il tarixindən hesablanan ayda 224,09 manat olmaqla, 20 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 4.481,8 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.581,8 manat (dörd min beş yüz səksən bir manat səksən qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid14 adına “Kapital Bank" ASC-də olan 416974******4485 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin aprel ayında özünə müraciət etmiş Şahid6 guya 01 fevral 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 aprel 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 25 sentyabr 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid6 həyat yoldaşı X10 1 sentyabr 2019-cu il tarixindən hesablanan ayda 272,68 manat olmaqla, 16 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixədək olan müddətdə 4.362,88 manat, həmçinin xx.xx.2019-cu il tarixdə yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.462,88 manat (dörd min dörd yüz altmış iki manat səksən səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Güldanə İsmayılovanın adına "xxxx" ASC-də olan 416974******4589 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin aprel ayında özünə müraciət etmiş Şahid2 guya 01 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən "Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 aprel 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 20 iyun 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid2 1 iyun 2019-cu il tarixindən hesablanan ayda 216,76 manat olmaqla, 19 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 4.118,44 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.218,44 manat (dörd min iki yüz on səkkiz manat qırx dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid2 adına “Kapital Bank" ASC-də olan 416974******8356 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin aprel ayında özünə müraciət etmiş Şahid7 Vahid oğlu və arvadı X12 guya 5 fevral 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında jurnalist vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 25 aprel 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli və 4BKJ002000100 nömrəli əmək müqaviləsi bildirişlərini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 26 avqust 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X17 1 avqust 2019-cu il tarixindən hesablanan ayda 205,32 manat olmaqla, 17 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.490,44 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.590,44 manat (üç min beş yüz doxsan manat qırx dörd qəpik) məbləğində ünvanlı sosial yardımın Afət Məmmədovanın adına "xxxx" ASC-də olan 416974******4086 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla,təkrarən, 2019-cu ilin iyul ayında özünə müraciət etmiş Şahid13 guya 18 fevral 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 16 iyul 2019cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterdə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 2 avqust 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid13 həyat yoldaşı X6 1 avqust 2019-cu il tarixindən hesablanan ayda 221,76 manat olmaqla, 17 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.769,92 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.869,92 manat (üç min səkkiz yüz altmış doqquz manat doxsan iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid13 həyat yoldaşı X5 adına "xxxx" ASC-də olan 416974******7181 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin iyul ayında özünə müraciət etmiş Şahid5 guya 19 fevral 2019cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülməsinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 21 iyul 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterd daxil edib, həmin tarixli, xxxxxxx000200 nömrəli əmək müqaviləsi bildirişini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 11 avqust 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid5 1 avqust 2019-cu il tarixindən hesablanan ayda 225,34 manat olmaqla, 17 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dexabr 2020-ci il tarixinədək olan müddətdə 3.830,78 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.930,78 manat (ııç min doqquz yüz otuz manat yetmiş səkkiz qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid5 adına “Kapital Bank" ASC-də olan 416974******0238 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin avqust ayında özünə müraciət etmiş X13 və arvadı X38 guya 26 avqust 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən “Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülmələrirə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə 19 sentyabr 2019-cu il tarixində “Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, 4UXZXG5000100 nömrəli və 4UXZWF2000100 nömrəli əmək müqaviləsi bildirişlərini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” X55 və Təyinat Altsistemində (VEMTAS) 13 noyabr 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən X43 1 noyabr 2019-cu il tarixindən hesablanan ayda 280,63 manat olmaqla, 14 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.928,82 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 4.028,82 manat (dörd min iyirmi səkkiz manat səksən iki qəpik) məbləğində ünvanlı sosial yardımın Nailə Ağayevanın adına "Kapital Bank” ASC-də olan 416974******0074 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, təkrarən, 2019-cu ilin sentyabr ayında özünə müraciət etmiş Şahid15 və arvadı Şahid16 guya 05 avqust 2019-cu il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən "Arama” jurnalı redaksiyasında müxbir vəzifəsinə işə götürülmələrinə dair bilə-bilə yalan məlumatları şəxsi niyyətlə ***-***-**-** nömrəli asan imza ilə rəsmi informasiya resursu hesab edilən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemnə 6 sentyabr 2019-cu il tarixində "Arama” jurnalı redaksiyasının Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yerləşən ofisində istifadəsində olan kompüterə daxil edib, həmin tarixli, xxxxxxx000100 nömrəli və xxxxxxx000100 nömrəli əmək müqaviləsi bildirişlərini əldə etdikdən sonra müvafiq elektron müraciətə baxılması nəticəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım" X55 və Təyinat Altsistemində (VEMTAS) 27 noyabr 2019-cu il tarixində aparılmış qiymətləndirmə ilə ailəni təmsil edən Şahid16 1 noyabr 2019-cu il tarixindən hesablanan ayda 258,38 manat olmaqla, 14 ay müddətə ünvanlı dövlət sosial yardımı təyin edilərək, həmin tarixdən 31 dekabr 2020-ci il tarixinədək olan müddətdə 3.617,32 manat, həmçinin xx.xx.2019-cu il tarixində yardım pulu qismində 100 manat olmaqla, ümumilikdə 3.717,32 manat (üç min yeddi yüz on yeddi manat otuz iki qəpik) məbləğində ünvanlı sosial yardımın Şahid16 adına "Kapital Bank” ASC-də olan 416974******5410 nömrəli hesaba köçürülməsinə və həmin pul vəsaitinin sonuncu tərəfindən Bakı şəhəri ərazisində bankomatlardan qeyd edilən hesab üzrə plastik bank kartı vasitəsilə çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, ümumilikdə qeyd edilən qaydada cəmi 9 nəfərin 40.950,38 manat (qırx min doqquz yüz əlli manat otuz səkkiz qəpik) məbləğində ünvanlı dövlət sosial yardım almasına şərait yaratmaqla, dövlətin insanların sosial tələbatlarının ən optimal şəraitdə ödənilməsi, əhalinin həyat standartlarının yüksəldilməsi, sosial rifahın əldə edilməsi kimi perspektivləri nəzərdə tutan sosial-təminat siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salaraq qeyd olunan siyasəti həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qanunla qorunan mənafeyinə mühüm zərər vurmaqla vəzifəli şəxs kimi təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ona qarşı elan olunmuş ittihamla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, 24 noyabr 2010-cu il tarixində “Arama Jurnalı” redaksiyasını yaratmışdır. Həmin redaksiyanın baş redaktoru özü olmuşdur. “Arama Jurnalı” redaksiyası və ofisi 3-cü mikrorayon dairəsində yerləşmişdir. “Arama Jurnalı” redaksiyasının fəaliyyəti kütləvi informasiyadan ibarətdir və əsas fəaliyyət istiqaməti məlumatların əldə olunması və dərc olunmasından ibarət olmuşdur. “Arama Jurnalı” redaksiyasına işə qəbul etdiyi şəxslər barədə məlumatları Əmək müqaviləsi bildirişi alt sisteminə özünə məxsus hal-hazırda nömrəsini xatırlamadığı Asan imza vasitəsi ilə daxil etmişdir. “Arama Jurnalı” redaksiyasında müxtəlif işlərə qəbul etdiyi şəxslərdən Şahid6, Şahid7 və Şahid2 onun qohumudur, aradan uzun müddət keçdiyi və həmçinin dəfələrlə infarkt və insult keçirdiyindən yaddaşı zəiflədiyi üçün Şahid11, Şahid14, Şahid3, Şahid10, Şahid5, Şahid9, Şahid13, X44, Şahid6, X13, X54, Şahid15, Şahid16, X21, Şahid2, Şahid7 Vahid oğlu, X31, X39, Şahid8, Şahid12, Şahid4 xatırlamır. 2010-cu il tarixində “Arama Jurnalı” redaksiyasını yaratdıqdan sonra jurnalın fəaliyyəti ilə əlaqədar işə qəbul barədə elan vermişdir. İş üçün müraciət edən şəxslərlə əmək haqqı verməyəcəyi və jurnallar dərc olunduqdan sonra onların satışından sonra həmin şəxslərə müəyyən məvacib verəcəyi barədə razılaşmışdır. Bu minvalla “Arama Jurnalı” redaksiyası fəaliyyət göstərmişdir. Təxminən 2 il əvvələ qədər səhhəti pisləşdiyi üçün jurnalın fəaliyyəti ilə məşğu ola bilməmişdir. Ola bilsin ki, adları yuxarıda qeyd olunan şəxslər iş üçün ona müraciət etmiş və o, həmin şəxslərlə əmək müqaviləsi bağlayaraq əmək müqaviləsi bildirişini özünə məxsus Asan imza vasitəsilə elektron sistemə daxil etmişdir. O, həmin şəxslərlə əmək müqaviləsi bağlayaraq işə qəbul etdiyi zaman onlara əmək haqqı verməyəcəyini və redaksiyada jurnal çap olunduqdan sonra həmin jurnalları dövlət, idarə və müəssisələrə satacağını və jurnalın satışından əldə olunan gəlirdən onlara müəyyən məbləğdə pul verəcəyi barədə razılığa gəlmişlər. Lakin iş üçün müraciət edən şəxslər bir neçə müddət işə gəlmədiklərindən onlarla əmək müqaviləsinə xitam vermişdir. O, heç bir şəxslə ünvanlı sosial yardım təyin edilməsi məqsədilə əmək müqaviləsi bağlamamış və işə qəbul etməmişdir. Əmək müqaviləsi bağlayaraq işə qəbul etdiyi şəxslərə satış üçün jurnallar təqdim edərək işə cəlb etmişdir. Lakin satış çox zəif olduğu üçün onlar jurnalları sata bilməmiş və qazancları olmadıqları üçün işə gəlməkdən imtina etmişlər. Bundan sonra mütəmadi olaraq işə gəlməyən şəxsləri işdən azad etmişdir. Adları yuxarıda qeyd olunan şəxslərlə əmək müqaviləsi bağlamaq üçün heç kimdən pul və maddi nemət almamış və heç kimə ünvanlı sosial yardım almasına şərait yaratmaq üçün işə qəbul etməmişdir. O, həmin şəxsləri ünvanlı sosial yardım almaq üçün işə götürməmiş və həmin şəxslərin ünvanlı sosial yardım alması üçün heç bir köməklik etməmişdir. Onların ünvanlı sosial yardım almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmələri barədə və həmçinin ünvanlı sosial yardım almalarından xəbəri olmamışdır. Adları yuxarıda qeyd olunan şəxslərdən işə qəbul etməyi üçün birbaşa və dolayı yolla pul almamış və onlar işə qəbul edilmək üçün ona pul verməmişlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ilə 2015-ci il tarixə qədər bir yerdə işləmişdir. Şahid4, Şahid12, Şahid10, Şahid9, X44, Şahid8, X22, Şahid11 adları yadına gəlmir. Lakin Şahid1 ondan hansısa şəxsi işə qəbul etməsi barədə xahiş etməmişdir. Ola bilsin ki, o, işə qəbul barədə elan verdiyi zaman Xəlil kiməsə məsləhət görmüşdür ki, işə qəbul edilmələri barədə ona müraciət etsinlər və müraciətdən sonra o həmin şəxsləri işə qəbul etmişdir. Lakin Xəlil birbaşa olaraq kiminsə işə qəbul edilməsi barədə ona müraciət etməmiş və ondan bu barədə xahiş etməmişdir. Həmçinin Xəlilin işə qəbul etmək adı ilə kimdənsə pul alması barədə məlumatı yoxdur. Xəlil ondan hansısa şəxsi işə qəbul etməyi barədə xahiş etməmiş və ona pul verməmişdir. İfadəsinin sonunda barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi (mülki iddiaçı) Nümayəndə bildirdi ki, Təqsirləndirilən şəxs həmin qanunsuz əməllərlə bir sıra vətəndaşlarla formal əmək müqavilələrinin bağlanması nəticəsində çoxlu sayda ailəyə əsassız ünvanlı dövlət sosial yardımının təyin edilməsi nəticəsində külli miqdarda dövlət vəsaitinin təyinatından kənar xərclənməsinə şərait yaradılmasına nail olmuşdur. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, şahid ifadələri, “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və xitam edilməsi barədə məlumatları özündə əks etdirən sənəd, sosial arayışlar, ödəniş kartı üzrə hesabdan çıxarışlar, istintaq hərəkətinin protokolları və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Sonda mülki iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirdi ki, maddi imkanı zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, buna baxmayaraq ona imtina cavabı gəlmişdir. Bundan sonra qohumu X46 ona tanışı Mahir adlı şəxsin olduğunu və onun köməklik edə biləcəyini demiş və Mahirin telefon nömrəsini ona vermişdir. Bundan sonra o, Mahirlə bir dəfə telefonla danışmış və sonuncu da ona ünvanlı sosial yardım alması üçün tələb olunan sənədləri təqdim etməsini bildirmişdir. O da həmin sənədləri hazırladıqdan sonra əmisi oğluna vermiş, əmisioğlu da Mahirə göndərmişdir. Mahir telefonla ona bildirmişdir ki, ünvanlı sosial yardım alınmasına dair plastik kart hazır olduqdan sonra onunla əlaqə saxlanılacaqdır. Sonradan həmin kart hazır olmuş, o da Mahirlə görüşərək kartı sonuncuya vermişdir. Həmin hadisənin üstündən 8 ay keçdikdən sonra Mahir kartı ona qaytarmış və o da hər ay 225.34 manat olmaqla təxminən 8-9 ay kartıdan qeyd olunan vəsaiti nağdlaşdırmışdır. Sonradan həmin karta daha pul vəsaiti köçürülməmiş və üzərindən bir müddət keçdikdən sonra polis orqanından ona zəng gəlmiş və baş vermiş hadisə barədə izahat vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2011-ci il tarixində “Arama" jurnalı redaksiyasında müxbir kimi işə başlamış və bir il həmin redaksiyada işlədikdən sonra müqavilə müddəti bitdiyi üçün işdən azad olunmuşdur. Daha sonra 2017-ci il tarixində “Arama” jurnalına yenidən işə qəbul edilmiş və təxminən bir il yarım orada işlədikdən sonra işdən azad olunmuşdur. “Arama” jurnalının redaksiyası və ofisi 3-cü MKR dairəsində yerləşir. Təqsirləndirilən şəxs ilə Binə qəsəbəsində tanış olmuşdur. Təqsirləndirilən şəxs onunla eyni qəsəbədə yaşadığı üçün münasibəti yaranmış həmin vaxtdan sonra Təqsirləndirilən şəxs onu “Arama" jurnalı redaksiyasında işə qəbul etmişdir. “Arama” jurnalı redaksiyasında işdən azad olunduqdan sonra “Kainat TV” xəbər saytında redaktor kimi işə başlamış və hal-hazırda həmin işdə işləyir. Fiziki şəxs kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs fəaliyyəti “X66 və Hüquq” jurnalının dərc olunması və satışından ibarətdir. Şahid4, Şahid10, X14 tanımır. O, heç kimə ünvanlı sosial yardım təyin edilməsində köməklik etməmiş, ünvanlı sosial yardım təyin edilməsi üçün kimdənsə bankomat kartı və pul almamış və bu barədə hər hansı bir şəxslə danışıq aparmamışdır. O, heç kimin adını Təqsirləndirilən şəxs yanına işçi kimi yazdırmamış və kiminsə adının Təqsirləndirilən şəxs yanına və onun baş redaktor olduğu redaksiyaya yazdırılması üçün heç kimdən xahiş etməmişdir. Təqsirləndirilən şəxs hansısa şəxsi ünvanlı sosial yardım almaqdan ötrü işə götürməsindən məlumatı yoxdur və bu barədə eşitməmişdir. Şahid4, Şahid10, X15 ünvanlı sosial yardım təyin edilməsində onun hər hansı bir rolu və köməkliyi olmamışdır. Şahid8 və X23 tanımır. O, həmin şəxslərin, eləcə də digər hər hansı bir şəxsin işə qəbul edilməsi və işdən azad edilməsi üçün Təqsirləndirilən şəxs və hər hansı digər şəxsdən xahiş etməmiş və hansısa şəxsə ünvanlı sosial yardım təyin edilməsində köməklik etməmişdir. Şahid11 tanımır. Ünvanlı sosial yardım təyin edilməsində müvafiq məlumatlara malik olduğu üçün çox adam ona zəng edərək məsləhət almışdır. Ola bilər ki, Şahid11 onun istifadəsində olan ***-***-**-** mobil nömrəyə zəng etmiş və ünvanlı sosial yardım düzəldilməsində ondan məsləhət almışdır. O, Adilə ünvanlı sosial yardım təyin edilməsi üçün daimi iş yeri tələb olunduğunu və işə qəbul olunduqdan sonra ünvanlı sosial yardım üçün müraciət etməsini məsləhət görmüşdür. Lakin Şahid11 adını Təqsirləndirilən şəxs iş yerinə yazdırmasını deməmiş və bu barədə onlar arasında söhbət olmamışdır. Şahid11 ona bankomat kartı verməmiş və o, Şahid11 məxsus bankomat kartından pul çıxartmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, maddi imkanı zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəlmiş, ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. Bir müddət sonra ona ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra "Kapital Bank” ASCnin Neftçilər filialından özünün adına olan bankomat kartını götürmüş və onun ailəsinə 2019-cu ilin iyun ayından 2020-ci ilin dekabr ayına qədər ayda 216,76 manat ünvanlı sosial yardım verilmişdir. 2020-ci ilin dekabr ayında ona hər ay verilən ünvanlı sosial yardım dayandırılmışdır. Ünvanlı sosial yardımın təyin olunması ilə bağlı ona verilən "xxxx" ASC-yə məxsus bankomat kartından pul vəsaitini özü, həyat yoldaşı nağdlaşdırmış və həmin pul vəsaitini ailəsinin ehtiyacları üçün sərf etmişlər. Həmçinin o və həyat yoldaşı evdə olmadığı zaman qohumları vasitəsilə həmin karta köçürülən pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf etmişdir. Rəsmi qaydada heç yerdə işləməmiş və heç kimlə əmək müqaviləsi bağlamamışdır. Təqsirləndirilən şəxs onun qohumudur. Ünvanlı sosial yardım almaq üçün iş yeri tələb olunduğundan Təqsirləndirilən şəxs müraciət etmiş və Mahir onun adını işə yazmışdır. O, Təqsirləndirilən şəxs yanında qəzet satışını həyata keçirməli olacaqmış, lakin Təqsirləndirilən şəxs onun adını işə yazsa da onun yanında, tabeliyində və göstərişi ilə hər hansı bir iş yerinə yetirməmişdir. O, heç vaxt müxbir işləməmiş və jurnalist fəaliyyəti ilə məşğul olmamışdır. O, həmin vaxt günəmuzd fəhləçilik etmişdir. Ona ünvanlı sosial yardım təyin olunmasında köməklik edilməsi məqsədi ilə formal olaraq fiziki şəxs Təqsirləndirilən şəxs yanına işçi kimi qəbul edilməsi, həmçinin ünvanlı sosial yardım təyin edilməsi üçün heç kimə, o cümlədən Təqsirləndirilən şəxs heç bir miqdarda pul vəsaiti verməmişdir. Təqsirləndirilən şəxs qohumu olduğu üçün iş yerinə onun adını təmənnasız olaraq qeyd etdirmişdir. Lakin o, Təqsirləndirilən şəxs yanında işləməmiş və hər hansı əmək funksiyasını yerinə yetirməmişdir. Ona ünvanlı sosial yardım təyin edildikdən sonra hər ay aldığı ünvanlı sosial yardımdan Təqsirləndirilən şəxs və ya hər hansı digər şəxsə pul vəsaiti verməmiş, bankomatdan nağdlaşdırdığı pul vəsaitini şəxsi ehtiyacları üçün sərf etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirdi ki, maddi imkanı zəif olduğu üçün 2019-cu ildə ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardım təyin edilməsi üçün həyat yoldaşı Bəhruz zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqləmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinə göndərmiş və bir müddət sonra ona ünvanlı sosial yardım təyin edilmişdir. Həyat yoldaşı X47 "xxxx" ASC-nin Neftçilər filialından özünün adına olan bankomat kartını götürmüş və həmin bankomat kartından ayda 148,92 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini nağdlaşdıraraq ailəsinin ehtiyacları üçün sərf etmişlər. Təxminən 7-8 ay həmin kartdan istifadə etmişlər 2020-ci ilin dekabr ayında onlara hər ay verilən ünvanlı sosial yardım dayandırılmışdır. Təqsirləndirilən şəxs tanımır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş, buna baxmayaraq ona imtina cavabı gəlmişdir. Həmkəndlilərindən eşitmişdir ki, həmkəndlisi Şahid1 ünvanlı sosial yardım təyin edilməsindən anlayışı var. Ona ünvanlı sosial yardım təyin edilməsində köməklik edilməsi üçün həmkəndlisi Şahid1 müraciət etmişdir. Xatırlamadığı tarixdə Xəlillə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Məscidin yaxınlığında görüşmüşdür. Xəlil ona ünvanlı sosial yardım təyin edilməsinə köməklik edəcəyini, lakin bankomat kartını əldə etdikdən sonra ona təqdim etməyini və 9 ay müddətində həmin plastik bank kartına köçürülən ünvanlı sosial yardımı özü nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf edəcəyini və daha sonra plastik bank kartını ona qaytaracağını bildirmişdir. Maddi imkanı zəif olduğu və pula ehtiyacı olduğu üçün Xəlillə razılaşmışdır. Xəlil ona ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətməyini və ona təqdim etməyini bildirmişdir. O, yenidən yuxarıda qeyd etdiyi sənədləri toplamış və daha sonra xatırlamadığı tarixdə Şahid1 təqdim etmişdir. Bundan bir qədər sonra ona ünvanlı sosial yardım təyin edilmişdir. Daha sonra həyat yoldaşı X3 Bank ASC-nin Qara Qarayev filialından özünün adına olan bankomat kartını götürmüş və ona təqdim etmişdir. O, ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı onlara verilən plastik bank kartını əvvəlcədən razılaşdığı qaydada 2020-ci ilin fevral-mart aylarında Xəzər rayonu, Binə qəsəbəsində Xəlilə təqdim etmişdir. Xəlil həmin plastik bank kartından əvvəlcədən razılaşdıqları kimi 2020-ci ilin fevral ayından, ayda 263,39 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra Xəlil təxminən 2020-ci ilin noyabr-dekabr ayında pastik kartı ona təqdim etmişdir. Bundan sonra o, həmin plastik bank kartını bankomata daxil edərək 2 ay karta köçürülən ünvanlı sosial yardımı nağdlaşdıraraq ailəsinin ehtiyacları üçün sərf etmişdir. 2 ay karta köçürülən pul vəsaitini nağdlaşdırdıqdan sonra həmin plastik bank kartından pul vəsaiti nağdlaşdırmaq istəsə də plastik bank kartına pul vəsaitinin köçürülmədiyini müəyyən etmişdir. Daha sonra karta pul köçürülmədiyinin səbəbini öyrənmək üçün DSMF-yə müraciət etmiş, oradan uyğunsuzluq aşkar edildiyi üçün ona təyin edilən ünvanlı sosial yardımın dayandırıldığını bildirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid12 verdiyi ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdir. Buna baxmayaraq ona imtina gəlmişdir. Qohumlarından eşitmişdir ki, həmkəndlisi Şahid1 ünvanlı sosial yardım təyin edilməsi işindən anlayışı vardır. Bununla bağlı həmkəndlisi Həsrət Xəlilova müraciət etmişdir. Xatırlamadığı tarixdə Xəlil ilə Koroğlu metrostansiyasının yaxınlığında görüşmüşdür. Xəlil ona ünvanlı sosial yardım edilməsinə köməklik edəcəyini, lakin bankomat kartını əldə etdikdən sonra ona təqdim etməyini və 1 il müddətində həmin plastik bank kartına köçürülən ünvanlı sosial yardımı özü nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf edəcəyini və daha sonra plastik bank kartını ona qaytaracağını bildirmişdir. Maddi imkanı zəif olduğu və pula ehtiyacı olduğu üçün Xəlillə razılaşmışdır. Xəlil ona ünvanlı sosial yardım təyin edilməsi üçün olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətməyini və ona təqdim etməyini bildirmişdir. O, yenidən qeyd etdiyi sənədləri toplamış və daha sonra xatırlamadığı tarixdə Şahid1 təqdim etmişdir. Bundan bir qədər sonra ona ünvanlı sosial yardım təyin edilmiş, sonra həyat yoldaşı X4 Bank ASC-nin Qara Qarayev filialından özünün adına olan bankomat kartını götürmüş və ona təqdim etmişdir. O, ünvanlı sosial yardım təyin edilməsi ilə bağlı onlara verilən plastik bank kartını əvvəlcədən razılaşdıqları qaydada 2020-ci ilin fevral-mart aylarında Xəzər rayonunun ərazisində Xəlilə təqdim etmişdir. Xəlil həmin plastik bank kartından əvvəlcədən razılaşdıqları kimi 2020-ci ilin fevral ayından ayda 272.55 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini nağdlaşdıraraq şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra Xəlil 2020-ci ilin dekabr ayında plastik kartı ona qaytarmışdır. Bundan sonra həmin plastik bank kartını bankomata daxil edərək pul nağdlaşdırmaq istəsə də bank kartına pul vəsaitinin köçürülmədiyini müəyyən etmişdir. Daha sonra karta pul köçürülmədiyinin səbəbini öyrənmək üçün DSMF-yə müraciət etmişdir. Oradan ona uyğunsuzluq aşkar edildiyi üçün təyin edilən ünvanlı sosial yardımın dayandırıldığını bildirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərmişdir ki, maddi imkanı zəif olduğu üçün 2019-cu ildə ünvanlı sosial yardım almaq qərarına gəlmişdir. Ünvanlı sosial yardımın alınmasında Təqsirləndirilən şəxs ona köməklik etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona ünvanlı sosial yardım təyin edilməsinə köməklik edəcəyini və ünvanlı sosial yardım təyin edildikdən sonra yardımın ilk 8 ayını təşkil edən pul vəsaitini bankomatdan nağdlaşdıraraq ona verməyini təklif etmişdir. Maddi imkanı aşağı olduğundan və pula ehtiyacın olduğu üçün o, Mahirin təklifi ilə razılaşmışdır. Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətmiş və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmiş və bir müddət sonra ona ünvanlı yardım təyin edilmişdir. Həyat yoldaşı X1 Bank ASC-nin Neftçilər filialından özünün adına olan bankomat kartını götürmüş və ayda 272.68 manat ünvanlı sosial yardım təşkil edən pul vəsaitini özü nağdlaşdırmış və pul vəsaitini ailəsinin ehtiyacları üçün sərf etmişdir. 2020-ci ilin dekabr ayında ona verilən ünvanlı sosial yardım dayandırılmışdır. Şahidlər Şahid3 xx.xx.2023-cü il tarixdə, X32 xx.xx.2022-ci il tarixdə, Şahid9 xx.xx.2022-ci il tarixdə və Şahid7 xx.xx.2022-ci il tarixlərində məhkəməyə teleqram ünvanlayaraq məhkəmədə iştirak edə bilməyəcəklərini, ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiklərini bildirmişlər. Şahidlər Şahid15 və Şahid16 xx.xx.2023-cü il tarixində, Şahid5 xx.xx.2023-cü il tarixində, Şahid14 xx.xx.2023-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs heç bir şikayət və tələblərinin olmadığını və sonuncuya heç bir pul və rüşvət vermədiklərini bildirərək istintaqda verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən şahidlər Şahid3, X32, Şahid9, Şahid7, Şahid15, Şahid16, Şahid5 və Şahid14 iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid4 ifadəsində göstərmişdir ki, maddi imkanım zəif olduğu üçün ünvanlı sosial yardım almaq qərarına gəldim. Ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətdim və həmin sənədləri Binə qəsəbəsində yaşayan Xəlil adlı şəxsə təqdim etdim. Xəlil mənimlə eyni qəsəbədə yaşayır və qəsəbədə onunla təsadüfən tanış olmuşam. Xəlil mənim sənədlərimi VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdi və bir müddət sonra mənə ünvanlı sosial yardım təyin edildi. Həyat yoldaşım X33 "xxxx" ASC-nin Neftçilər filialından özünün adına olan bankomat kartını götürərək Xəlilə təqdim etdim və Xəlil ilk 10 ay həmin bankomat kartından pul vəsaitini nağdlaşdırıb şəxsi ehtiyaclarına sərf etdi. Mənə ünvanlı sosial yardım təyin edilməmişdən öncə mən Xəlillə razılaşmışdım ki, Xəlil mənə ünvanlı sosial yardım düzəldəcək və həmin yardımın ilk 10 ayını Xəlil alacaq və daha sonra bankomat kartını mənə geri qaytaracaq və geridə qalan digər aylarda aylıq hesaba köçəcək pul vəsaitini nağdlaşdırıb şəxsi ehtiyaclarıma sərf edəcəyəm. Xəlillə razılaşdığımız kimi mənə ünvanlı sosial yardım təyin edildikdən sonra bankomat kartını Xəlilə verdim və Xəlil 10 ay ünvanlı sosial yardımı aldıqdan sonra bankomat kartını mənə geri qaytardı. Qeyd edim ki, Xəlil mənə bankomat kartını geri qaytardıqdan sonra 2020-ci ilin sonunda mənə ayrılan ünvanlı yardım dayandırıldı və mən hər hansı bir vəsait nağdlaşdıra bilmədim. Xəlil mənə kartı geri qaytardıqdan sonra karta heç bir məbləğdə pul köçürülmədi. İş üzrə Şahid13 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində Şahid13 ifadəsində göstərmişdir ki, ailə üzvlərim Ruhullazadə Zaur, Ruhullazadə Kamil, Ruhullazadə Güloğlan və həyat yoldaşım X2 ibarətdir. Maddi imkanım zəif olduğu üçün 2019-cu ilin avqust ayında ünvanlı sosial yardım almaq qərarına gəldim. X8 ünvanlı sosial yardım təyin edilməsində mənə köməklik etdi. Anam mənə ünvanlı sosial yardım təyin edilməsi üçün zəruri olan sənədləri, yaşayış yerindən arayış, qaz, su, işığın sənədlərini və digər zəruri sənədləri toplayıb notariusda təsdiqlətdi və həmin sənədləri VEMTAS vasitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdi və bir müddət sonra mənə ünvanlı sosial yardım təyin edildi. Daha sonra həyat yoldaşım Kapital Bank ASC-nin Xəzər rayon filialından özünün adına olan bankomat kartını götürdü və bizim ailəyə 2019-cu ilin avqust ayından 2020-ci ilin dekabr ayına qədər ayda 221.76 manat ünvanlı sosial yardım verildi. Bankomat kartından pul vəsaitini həyat yoldaşım nağdlaşdırıb və həmin pul vəsaitini ailəmin ehtiyacları üçün sərf etmişik. 2020-ci ilin dekabr ayında mənə hər ay verilən ünvanlı sosial yardım dayandırıldı. İş materiallarında olan Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi elektron saytı olan taxes.gov.az saytından istintaq materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsində ********** saylı VÖEN-lə qeydiyyata alınaraq sahibkarlıq fəlaiyyətini həyata keçirən vəzifəli şəxsdir. Təqsirləndirilən şəxs elektron əməliyyatları özünə məxsus +**********13 nömrəli ASAN imza vasitəsilə aparmışdır. (cild 2 i/v 49-55) İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinə daxil olmuş sosial arayışlardan görünür ki, Şahid4 25 oktyabr 2017-ci il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 01 mart 2020-ci il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid12 14 fevral 2019-cu il tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 01 fevral 2020-ci il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid10 28 fevral 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 avqust 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid11 31 mart 2019-cu il tarixdə 5CLPZHR000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 aprel 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid9 16 iyul 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 sentyabr 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. X44 16 iyul 2019-cu il tarixdə 3V3W69T000200 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 avqust 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid8 5 avqust 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında, X39 5 avqust 2019-cu il tarixdə 1UNVTH9000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmişlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 fevral 2020-ci il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. X24 19 sentyabr 2019-cu il tarixdə 10SYZA6000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən jurnalist işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 sentyabr 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid3 27 fevral 2019-cu il tarixdə 3‘7CFUW7000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 mart 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid14 28 fevral 2019-cu il tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 may 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid6 16 aprel 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 sentyabr 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid2 16 aprel 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 iyun 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid7 Vahid oğlu 25 aprel 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında, X31 25 aprel 2019-cu il tarixdə 4BKJ002000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən jurnalist işinə qəbul edilmişlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 avqust 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid13 oğlu 16 iyul 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 avqust 2019cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid5 21 iyul 2019-cu il tarixdə xxxxxxx000200 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən müxbir işinə qəbul edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 avqust 2019cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. X13 19 sentyabr 2019-cu il tarixdə 4UXZXG5000100 nömrəli əmək müqaviləsi əsasında, X54 19 sentyabr 2019-cu il tarixdə 4UXZWF2000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən jurnalist işinə qəbul edilmişlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 noyabr 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. Şahid15 6 sentyabr 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında, Şahid16 6 sentyabr 2019-cu il tarixdə xxxxxxx000100 nömrəli əmək müqaviləsi əsasında Təqsirləndirilən şəxs tərəfindən jurnalist işinə qəbul edilmişlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılmış qiymətləndirmə ilə 1 noyabr 2019-cu il tarixdən təyinat verilərək 31 dekabr 2020-ci il tarixə qədər ünvanlı dövlət sosial yardım verilmişdir. (cild 1 i/v 104-153) İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X53 Xidmətindən daxil olan «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, işəgötürən Təqsirləndirilən şəxs məxsus +**********13 nömrəli ASAN imza vasitəsilə Şahid11, Şahid14, Şahid3, Şahid10, Şahid5, Şahid9, Şahid13, X44, Şahid6, X13, X54, Şahid15, Şahid16, X21, Şahid2, Şahid7 Vahid oğlu, X31, X39, Şahid8, Şahid12, Şahid4 ilə əmək müqaviləsi bağlanması barədə məlumatlar 2019-cu il ərzində «Əmək müqaviləsi bildirişi» altsisteminə əlavə edilərək müddətsiz əmək müqaviləsi bağlanmış, 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2.a bəndi ilə «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilərək əmək müqavilələrinə xitam verilmişdir. (cild 1 i/v 213-216) İş materiallarına əlavə edilmiş “Kapital Bank" ASC-yə məxsus ödəniş kartı üzrə çıxarışlardan görünür ki, ünvanlı sosial yardım ödənişləri üzrə Şahid4 həyat yoldaşı X25 bank kartından 3.403,2 manat, Şahid12 bank kartından 2.998,05 manat, Şahid10 bank kartından 2.631,64 manat, Şahid11 bank kartından 4.832,14 manat, Şahid9 bank kartından 3.609,44 manat, X19 bank kartından 4.786,56 manat, X16 bank kartından 2.897,29 manat, X9 bank kartından 3.706,72 manat, Şahid3 bank kartından 8.549,98 manat, Şahid14 bank kartından 4.581,8 manat, Şahid6 həyat yoldaşı X7 bank kartından 4.462,88 manat, Şahid2 bank kartından 4.218,44 manat, X12 bank kartından 3.590,44 manat, Şahid13 həyat yoldaşı X5 bank kartından 3.869,92 manat, Şahid5 bank kartından 3.930,78 manat, X38 bank kartından 4.028,82 manat, Şahid16 bank kartından 3.717,32 manat məbləğdə ÜDSY qismində verilmiş pul vəsaiti məxaric olunmuşdur. (cild 1 i/v 164- 178, 307- 325, cild 2 i.v. 143-176) İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinin materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olan «Əmək müqaviləsi bildirişi» altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və xitam edilməsi barədə məlumatları özündə əks etdirən sənəd, sosial arayışlar, ödəniş kartı üzrə hesabdan çıxarışlar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1 i/v 243-268) İş materiallarında olan 27 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, i/v 70-81). İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,308.1, 312-1.1 və 32.4,313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (cild 2, i/v 224-235). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya Baş İdarəsindən əldə edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında məlumat yoxdur. (cild 1, i/v 163-164). İş materiallarına əlavə edilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında 26 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, i/v 125-126). Məhkəmənin şifahi sorğusuna əsasən əldə edilmiş Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Şahid1 məhkəmə istintaqı zamanı dəymiş ziyandan 7000 manat ödədiyindən zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Şahid1 qarşı verilmiş mülki iddia qismən təmin edilmiş ondan 13763,06 (on üç min yeddi yüz altmış üç manat altı qəpik) məbləğində pul vəsaiti tutularaq Dövlət Sosial Müdafiə Fonduna ödənilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, üzləşdirmə protokolları və işin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 308.1 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, insult və nitqin pozulması xəstəliyindən əziyyət çəkməsini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən “Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Məcəllənin 313-cü maddəsinə əsasən “Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə bağlı əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinin tələbinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs həmçinin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatı baxımından böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir və həmin əməllər Təqsirləndirilən şəxs tərəfindən 2017-2019-cu il tarixlərində törədilmişdir. Bununla belə, cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə baxmayaraq müdafiə tərəfi bəraətverici əsaslar olmadan cinayət təqibinə xitam verilməsinə razılıq verməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmalı, lakin təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 39.1.3-cü maddəsinə görə cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Qeyd olunan Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Bundan başqa, həmin Məcəllənin 44.2.1-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə, ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, lakin həmin Məcəllənin 313-cü maddəsinə görə isə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin hissədə onun barəsində cəza təyin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzanın icrasına nəzarət Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X53 Xidmətinin 26 noyabr 2021-ci il tarixli **********4 saylı məktubuna əlavə edilmiş “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bağlanması və xitam edilməsi barədə məlumatları özündə əks etdirən sənəd, sosial arayışlar, ödəniş kartı üzrə hesabdan çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Fondun xeyrinə ümumilikdə 69815.42 manat pulun tutularaq dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır, lakin Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Şahid1 tərəfindən zərərçəkmiş hüquqi şəxs (mülki iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 20763,06 manat ziyan vurulması təsdiq edildiyindən və həmin iş üzrə mülki iddia təmin edildiyindən hazırki iş üzrə mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Qeyd olunan Məcəllənin 183.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs baş vermiş hadisədə təqsirli olması və həmin cinayət əməli nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna 69815.42 manat maddi zərər dəyməsi müəyyən edildiyindən və qeyd olunan məbləğin 20763,06 manat hissəsi Bakı şəhəri Xəzər rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Şahid1 tərəfindən mülki cavabdeh kimi tutulduğundan məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 49,052.36 (qırx doqquz min əlli iki manat otuz altı qəqik) manat məbləğində pul vəsaiti zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X27 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-482/2023 saylı, 03 noyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 05 noyabr 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili X48 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmədə Təqsirləndirilən şəxs göstərilmiş 56 (əlli altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X27 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinsin, AR Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmasın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinsin, həmin Məcəllənin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma və jurnalistika fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 49,052.36 (qırx doqquz min əlli iki manat otuz altı qəpik) manat məbləğində pul vəsaiti tutularaq zərərçəkmiş hüquqi şəxs – mülki iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X53 Xidmətinin 26 noyabr 2021-ci il tarixli **********4 saylı məktubuna əlavə edilmiş “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqavləsi bağlanması və xitam edilməsi barədə məlumatları özündə əks etdirən sənəd, sosial arayışlar, ödəniş kartı üzrə hesabdan çıxarışların cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X27 vəkil işlədiyi “Xəzər Konsaltinq” Vəkil Bürosunun hesabına 336 (üç yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-22/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-22/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver