Məhkəmə qərarları › İş №1(006)-22/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-22/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-22/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs6 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs4 (mülki iddiaçı): Müdafiəçi: “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs (Mülki cavabdeh): iştirakları ilə xx.xx.1993-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, məhkumluğu olmayan, Cəlilabad rayonu, Məşədivəlli kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 28 mart 2023-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobildə sərnişin qismində olarkən sonuncunun cərimə ödənişlərinin və ballarının olduğunu öyrənib ona şəxsi əlaqələləri vasitəsilə bu cərimə və balları aşağı qiymətə həll edə biləcəyinə inandırıb aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 ünvan 1 ünvanda yerləşən bankomatdan nağdlaşdırdığı 225 manat pulunu götürüb guya məsələnin həlli üçün onunla Bakı şəhər X6 İdarəsinin qarşısına getmiş, orada avtomobildən düşərkən ona guya ödənişin həyata keçirilməsi üçün mobil telefonuna kod gələcəyini bildirməklə Zərərçəkmiş şəxs1 məxsus “Samsung A51” markalı mobil telefonu götürüb İdarənin inzibati binasına daxil olaraq orada Zərərçəkmiş şəxs1 mobil telefonunun “WhatsApp” mobil tətbiqindən istifadə etməklə sonuncunun dostu Şahid1 Zərərçəkmiş şəxs1 adından 250 manat borc pul verməsi ilə bağlı mesaj yazaraq həmin məbləği sonuncunun kart hesabına göndərməsini xahiş edib geri qayıtmış və avtomobilə əyləşərək Zərərçəkmiş şəxs1 guya cərimə ödənişlərini və ballarının sıfırlandığını bildirmiş, həmin günü saat 15 radələrindən sonra həmin İdarəyə gedib ödənişi təsdiq edən arayışı götürməyini bildirdikdən sonra sonuncunun idarə etdiyi avtomobillə bu ərazidən uzaqlaşarkən Zərərçəkmiş şəxs1 bank kartına göndərilmiş 250 manat pulu nağdlaşdırmaqla ələ keçirmək niyyəti ilə sonuncuya guya öz dostu tərəfindən göndəriləcək 250 manat pulun Zərərçəkmiş şəxs1 məxsus bank kartına köçürülməsini və daha sonra nağdlaşdıraraq ona verməsini xahiş edib Zərərçəkmiş şəxs1 şübhə yaratmaması üçün sonuncuya məxsus bank kartının üzərindəki nömrələri soruşub bir qədər gözlədikdən sonra guya dostu tərəfindən 250 manat pulun kart hesabına köçürüldüyünü bildirməklə Zərərçəkmiş şəxs1 inandırıb onun ünvan 1 ünvanda yerləşən bankomatdan nağdlaşdıraraq ona verdiyi 250 manat pulu, həmçinin Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Axundov” bağının yanında avtomobildən düşərkən əvvəlcədən özündə saxladığı, 05 manat dəyərində 050 ***-**-** saylı GSM nömrə ilə istifadə olunan və üzırində 05 manat dəyərində qabı olan 150 manat dəyərində “Samsung A51” markalı mobil telefonu danışıb qaytaracağı adı ilə ələ keçirib hadisə yerindən uzaqlaşaraq geri qayıtmayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 635 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, eyni məqsədlə: • “Lalafo.az” saytında “iPhone 12 Pro” markalı mobil telefonun satılması ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs2 zəng vuraraq yalandan mobil telefonu almaq istəməsini bildirməklə sonuncu ilə 31 mart 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində görüşərək mobil telefonu guya anasına aldığını və ona göstərmək istədiyini bildirib aldadaraq bu adla Zərərçəkmiş şəxs2lə şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünün idarə etdiyi avtomobillə ünvan 2 ünvanın qarşısına gəldikdən sonra Zərərçəkmiş şəxs2 anasına göstərib gələcəyi adı ilə 850 manat dəyərində “iPhone 12 Pro” markalı, 128 GB daxili yaddaşlı mobil telefonu götürüb ələ keçirərək hadisə yerindən uzaqlaşıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 850 manat; • “Tap.az” saytında “iPhone 13 Pro” markalı mobil telefonun satılması ilə bağlı elan yerləşdirmiş Şahid2 zəng vuraraq yalandan mobil telefonu almaq istəməsini bildirməklə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyası yaxınlığına görüş təyin edib cinayətdən məlumatsız olan tanışları, şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsü və X2 ilə birlikdə 08 sentyabr 2023-cü il tarixdə həmin ərazidə Şahid2 ilə görüşərək sonuncuya avtomobili ilə gəldiyi, şəxsiyyəti istintaqa məlum olmayan taksi sürücüsünü və T.Dadaşovanı valideynləri kimi təqdim edib mobil telefonu guya anası üçün aldığını və ona göstərəcəyini bildirməklə aldadaraq ünvan 3 ünvanın qarşısında avtomobildə Z.Mahmudovdan onun atası Zərərçəkmiş şəxs4 məxsus 1.650 manat dəyərində “iPhone 13 Pro” markalı, 128 GB daxili yaddaşlı mobil telefonu götürüb pul xırdalamaq adı ilə avtomobili tərk edib hadisə yerindən uzaqlaşmaqla ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 1.650 manat; • “Tap.az” saytında “iPhone 14 Pro” markalı mobil telefonun satılması ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs5 zəng vurub yalandan mobil telefonu almaq istəməsini bildirməklə, sonuncu ilə 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, “Nargilə dairəsi” adlanan ərazidə yerləşən “Bravo” hipermarketin həyətində görüşmüş, həmin ünvana birlikdə gəldiyi, cinayətdən məlumatsız olan taksi sürücüsü Şahid4 Saybala oğlunu Zərərçəkmiş şəxs5 atası kimi təqdim edib aldatmaqla mobil telefonu yoxlatdırmaq bəhanəsi ilə Zərərçəkmiş şəxs5 ilə birlikdə Şahid4 idarə etdiyi “Mercedes-Benz” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyasının yaxınlığına gəlmiş, orada Zərərçəkmiş şəxs5 məxsus 1.700 manat dəyərində “iPhone 14 Pro” markalı, 128 GB daxili yaddaşlı mobil telefonu mağazada yoxlatdırmaq adı ilə götürüb həmin yerdə yerləşən telefon mağazasına daxil olub geri qayıdaraq sonuncuya pulunun guya bank kartında olmasını bildirərək Şahid4 idarə etdiyi avtomobillə ünvan 4 ünvanın qarşısına gəlib mobil telefonu sonuncudan götürmüş, bankomatdan pul çıxardıb geri qayıdacağı adı ilə hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs5 məxsus həmin telefonu ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 1.700 manat; • “Tap.az” saytında “iPhone 13 Pro Max” markalı mobil telefonun satılması ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs7 zəng vuraraq yalandan mobil telefonu almaq istəməsini bildirməklə sonuncu ilə 23 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “28 May” stansiyası yaxınlığında görüşmüş, həmin ünvana birlikdə gəldiyi və cinayətdən məlumatsız olan taksi sürücüsü Şahid3 dostu kimi təqdim edərək edib aldatmaqla mobil telefonu mağazada yoxlatdırmaq bəhanəsi ilə Zərərçəkmiş şəxs7la birlikdə Şahid3 idarə etdiyi “Kia Cerato” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Ş.Bədəlbəyli küçəsinin kəsişməsinə gəldikdən sonra həmin ünvanda sıxlıq olmasından istifadə edərək Zərərçəkmiş şəxs7 ona məxsus 1.300 manat dəyərində “iPhone 13 Pro Max” markalı, 128 GB daxili yaddaşlı mobil telefonu mağazada yoxlatdırmaq adı ilə götürüb uzaqlaşmaqla ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 1.300 manat; • “Lalafo.az” saytında “iPhone 14 Pro Max” markalı mobil telefonun satılması ilə bağlı elan yerləşdirmiş Zərərçəkmiş şəxs6 zəng vuraraq yalandan mobil telefonu almaq istəməsini bildirməklə 30 noyabr 2023-cü il tarixdə cinayətdən məlumatsız olan taksi sürücüsü Şahid5 idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, metronun “28 May” stansiyasının yaxınlığına gəlib orada Zərərçəkmiş şəxs6 ilə görüşərək sonuncuya mobil telefonu mağazada yoxlatdırmaq bəhanəsi ilə aldadaraq Zərərçəkmiş şəxs6lə birlikdə Şahid5 idarə etdiyi “Opel Astra” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 5 ünvanın qarşısında gedib Zərərçəkmiş şəxs6lə birlikdə həmin yerdə yerləşən telefon mağazasına daxil olaraq orada “iPhone 14 Pro Max” markalı mobil telefonu ustaya verdikdən sonra Zərərçəkmiş şəxs6 guya pul kisəsinin avtomobildə qaldığını və gedib avtomobildən pul kisəsini götürməsini xahiş edərək sonuncunun mağazadan çıxmasından istifadə edib 1.900 manat dəyərində “iPhone 14 Pro Max” markalı, 256 GB daxili yaddaşlı mobil telefonu şəxsiyyəti istintaqa məlum olmayan ustadan götürüb mağazanı tərk edərək hadisə yerindən uzaqlaşıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 1.900 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Daxili İşlər Nazirliyinin Hospitalının qarşısında Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Rio” markalı avtomobildə sərnişin qismində olarkən sonuncunun təbii ehtiyacını ödəmək üçün avtomobildən düşüb oradan uzaqlaşmasından istifadə edib avtomobilin salonunda qoyulmuş və Zərərçəkmiş şəxs3 məxsus əl çantasının içərisindən "xxxx" ASC-yə aid 903131******2973 nömrəli bank kartını gizli götürmüş, daha sonra N.Hüseynovla birlikdə Bakı şəhəri, Nizami rayonunda yerləşən “Laçın” Univermağının qarşısına gedib orada avtomobildən düşərək 23 avqust 2023-cü il tarixdə, saat 10:53-də bu kartı "xxxx" ASC-nin “Nizami” filialının qarşısındakı bankomata daxil etməklə təsadüfi bildiyi identifikasiya nömrəsindən istifadə edərək həmin bank kartının hesabına qanunsuz daxil olub kart hesabından 200 manat pulu nağdlaşdıraraq talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 200 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, maddi vəziyyəti yaxşı olmadığı üçün müxtəlif şəxsləri aldadaraq mobil telefonları ələ keçirmək qərarına gəlmişdir. 28 mart 2023-cü il tarixdə, təxminən saat 11 radələrində “Ağ şəhər” deyilən yerdə taksi kimi olan “Toyota Prius” markalı maşına əyləşib sürücüyə onu Badamdar qəsəbəsində olan Bakı şəhər X6 İdarəsinə aparmasını xahiş etmişdir. O, avtomobildə olan zaman istifadəsində olan telefona zəng gəlmiş, telefonda cərimə ilə bağlı problemlər barədə danışdıqda taksi sürücüsü, sonradan adını bildiyi Hüseyn də yol hərəkət qaydalarının pozulmasına görə 200 manat cərimə və 18 balının olmasını bildirib bu işdə köməkliklik istəmişdir. O da Hüseynə özünü Məzahir kimi təqdim edərək Qarabağ müharibəsi qazisi olduğunu deyərək bu işdə ona köməklik göstərəcəyini söyləyib pul istəmişdir. Hüseyn də Mərkəzi Unvermağın yanında olan bankomatdan pul çıxardıb ona 225 manat pul vermişdir. Sonra onlar Bakı şəhəri X7 İdarəsinə getmiş və o, Hüseyndən sürücülük və şəxsiyyət vəsiqələrini, həm də istifadəsində olan “Samsung A51” markalı mobil telefonu alıb avtomobildən düşmüş, az müddətdən sonra isə qayıdaraq nahar vaxtı olduğu üçün heç kimin olmadığını deyib “Axundov” bağının yanında maşından düşərək bu işi həll edəcəyinə vəd verib ayrılmışdır. O, mobil telefonu Hüseyndən alan zaman Hüseynin adına olan cərimələrin siyahısının kodu mobil telefonuna gələcəyini deyib inandırmış, lakin əslində Hüseynin mobil telefonun almışdır ki, kənarda olan zaman dostuna mesaj yazaraq Hüseynin əlavə cəriməsi olmağı barədə adından məlumat verib əlavə pul alsın. Belə ki, Hüseynin istifadəsində olan mobil telefonla kənarda olan zaman əvvəl Hüseynə 200 manat pul göndərdiyi dostunun mobil telefon nömrəsinə mesaj yazaraq əlavə cəriməsi olduğunu bildirib borc kimi əlavə olaraq 250 manat da pulu Hüseynin kartına köçürmə yolu ilə alıb çıxarmaqla nağdlaşdırmışdır. Bundan sonra Hüseynə tanış qızlarının olmasını deyərək “Axundov” bağının yanına aparmasını bildirmiş, həmin yerə çatdıqda oradan uzaqlaşaraq evə getmiş və maddi cəhətdən pula ehtiyacı olduğundan Hüseyndən aldığı 475 manat pulu xərcləmişdir. O, Hüseynə məxsus telefonu götürməmişdir. Bundan başqa, 31 mart 2023-cü il tarixdə “Lalafo.az” saytında elanlara baxan zaman bir nəfər şəxsin “iPhone 12 Pro” markalı telefonu satışa qoyduğunu görmüş və həmin günü sifariş etdiyi “Toyota Prius” markalı avtomobillə metronun “Həzi Aslanov” stansiyasına tərəf gedən zaman yolda sürücünün mobil telefonu ilə həmin “iPhone 12 pro” markalı telefonu satan şəxsə zəng edib onunla metronun “Həzi Aslanov” stansiyasının yanında görüşmüşdür. Adı Abdulla kimi məlum olan şəxs satdığı həmin mobil telefonu sənədləri ilə birlikdə, yəni qutusu da olmaqla ona göstərmək üçün gətirmişdir. Daha sonra o, guya telefonu anasına göstərmək üçün birlikdə həmin taksi ilə “Axundov” bağının yanına gəlmişlər. Orada o, Abdulladan telefonu alıb anasına göstərib gələcəyini deyərək maşından düşüb binaya daxil olmuş və digər tərəfdən çıxaxaraq uzaqlaşmışdır. Bu telefonu bir neçə gün sonra Sumqayıt şəhərində tanımadığı şəxsə 600 manata satmışdır. Bundan əlavə, 08 sentyabr 2023-cü il tarixdə “Tap.az” saytında “iPhone 13 Pro” markalı mobil telefonun 1.650 manata satılmasının əks olunduğu elan onun diqqətini cəlb etmişdir. Bu zaman əvvəlcədən tanıdığı Töhfə də yanında olmuş və o, ona mobil telefon almaq istədiyini bildirib onunla getməsini xahiş etmişdir. O, Töhfədən mobil telefonunu istifadə etmək üçün istəmiş, ilkin olaraq elanda göstərilən 050 ***-**-** saylı mobil nömrəsinə zəng edərək həmin şəxsə satılan mobil telefonu almaq istədiyini bildirmişdir. Mobil telefonu satan, adı ona sonradan məlum olan Zeynal adlı şəxs metronun “28 May” stansiyasının yaxınlığında yaşadığını, mobil telefonu həmin ərazidə göstərə biləcəyini bildirmişdir. Daha sonra Töhfənin mobil telefonundan istifadə edərək “Bolt” mobil tətbiqi vasitəsi ilə taksi sifariş vermişdir. Taksi gəldikdən sonra Töhfə ilə birlikdə taksiyə əyləşərək metronun “28 May” stansiyasına doğru hərəkət etməyə başlamışlar. Yolda olan zaman o, Töhfə və taksi sürücüsündən özlərini onun valideynləri kimi təqdim etmələrini xahiş etmişdir. O, telefon alacağı şəxsin telefonu anasına alacağını bildirdiyi təqdirdə mobil telefonu ona ucuz satacağını deyərək hər ikisini özünə inandırmışdır. Həmin günü təxminən saat 22 radələrində Zeynalın qeyd etdiyi ünvana gəlib onunla görüşmüşdür. Zeynal avtomobilə əyləşmiş və mobil telefonu ona təqdim etmişdir. O, Töhfəni göstərərək mobil telefonu anasına aldığını bildirmiş və telefonu Töhfəyə təqdim etmişdir. Töhfə mobil telefonu bəyəndiyini bildirdikdə mobil telefonu geri götürmüşdür. O, həmin ərazidə bir-iki telefon mağazasına daxil olaraq telefonu yoxlatdırmaq bəhanəsi ilə Zeynaldan uzaqlaşmağa cəhd etmişdir. Zeynal da onunla gəldiyindən niyyətini həyata keçirə bilməmiş və onlar yenidən avtomobilə qayıtmışlar. O, Zeynaldan mobil telefonu anasına verməsini istəmiş, Zeynal da telefonu Töhfəyə verdikdən sonra o, üzərində olan pulun ABŞ dolları olduğunu və onu xırdalamalı olduğunu bildirmişdir. O, taksi sürücüsündən avtomobili yol kənarında saxlamasını xahiş etmişdir. Bu zaman mobil telefon Töhfədə olduğunu bildiyindən sonuncudan mobil telefonu götürmüş və pul xırdalamaq adı ilə oradan uzaqlaşmışdır. Həmin günü Sumqayıt şəhərinə gedərək orada olan telefon mağazasına bu telefonu 600 manata satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Habelə, o, 20 sentyabr 2023-cü il tarixdə yenə də “Tap.az” saytında axtarış aparan zaman bir nəfər şəxsin “iPhone 14 Pro” markalı mobil telefon satdığını görüb həmin şəxsin nömrəsinə zəng vurub telefonun vəziyyəti ilə maraqlanmışdır. Anar adlı şəxs mobil telefonu haqqında ona məlumat verdikdən sonra o, mobil telefonu bacısı üçün almaq istədiyini, bu səbəbdən də telefonu ucuz satmasını xahiş etmişdir. Anar da telefonu son olaraq 1.950 manata satacağını demişdir. O, Anarla Bakı şəhəri, Xətai rayonu, “Nargilə dairəsi” adlanan ərazidə yerləşən “Bravo” hipermarketin həyətyanı sahəsində görüşmüşdür. Həmin yerə o, Vidadi adlı şəxsin idarə etdiyi “Mercedes-Benz” markalı taksi avtomobili ilə getmiş və Vidadiyə mobil telefon almağa getdiyini, alacağı mobil telefonun oğurluq olduğundan qorxduğunu, bu səbəbdən də telefon alacağı şəxsə onu atası kimi təqdim edəcəyini bildirmiş və buna etiraz etməməyini xahiş etmişdir. Vidadi də onunla razılaşmışdır. O, Anar adlı şəxslə görüşdükdən sonra sonuncuya mobil telefonu yoxlamaq lazım olduğunu deyib onunla metronun “28 May” stansiyası yaxınlığına getməyi təklif etmişdir. Anar da onunla razılaşdıqdan sonra birlikdə həmin əraziyə gəlib telefonu yoxlatmışdır. O, Anara yalandan demişdir ki, 1.600 manat pul atası Vidadidədir, qalan pul isə kartdadır və onu çıxarmalıdır. Bundan sonra onlar avtomobillə Mərkəzi Banka çatmışlar. Vidadi avtomobili dayandırdıqdan sonra o, avtomobildən enərək bank tərəfə getmiş və oradan qaçaraq uzaqlaşmışdır. Sonradan Anardan ələ keçirdiyi mobil telefonu tanımadığı şəxsə satmış və əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 23 noyabr 2023-cü tarixdə “Tap.az” saytında “iPhone 13 Pro Max” markalı mobil telefonun 1.600 manata satılması onun diqqətini cəlb etmişdir. Bu zaman o, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında olan zaman yol kənarında **-CB-*** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” markalı avtomobilin dayandığını və sürücünün avtomobilinin təkərini dəyişmək istədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb kömək etmiş və sürücü Samirdən mobil telefonu alaraq elanda göstərilən telefon nömrəsinə zəng edərək satılan telefonu almaq istədiyini bildirmişdir. Mobil telefonu satan, adı ona sonradan məlum olan Cavid adlı şəxs metronun “28 May” stansiyasının yaxınlığında olduğunu bildirmişdir. Telefon danışığı zamanı o, Cavid ilə mobil telefonun qiymətini 1.500 manat olaraq razılaşmışlar. Daha sonra o, Samirdən onu həmin yerə aparmağı xahiş etmişdir. Hətta yolda Samirdən avtomobili idarə etmək üçün ona verməsini istəmiş və telefon satan şəxsə onu öz dostu kimi təqdim edəcəyini, avtomobilin isə onun olduğunu bildirəcəyini demişdir. Təxminən saat 15 radələrində o, Cavid ilə metronun “28 May” stansiyasının yanında görüşmüş, Cavid də onun gəldiyi avtomobilə əyləşərək mobil telefonun evdə olduğunu bildirmişdir. Samirin avtomobili ilə Cavidin yaşadığı ünvana getmişlər. Cavid evdən telefonu götürüb geri qayıtmış, o da ona telefonu yoxlatmaq istədiyini bildirərək yenidən metronun “28 May” stansiyasının yaxınlığına qayıtmışlar. Daha sonra Samirdən avtomobili idarə etməsini istəmiş və yolun tıxac olduğunu, avtomobildən enərək mobil telefonu tanış ustaya yoxladıqdan sonra qayıdacağını bildirib onu təxminən 100 metr irəlidə olan işıqforda gözləməsini istəmişdir. Nə Samir, nə də ki Cavidin etiraz etmədiyini görüb avtomobildən enmiş və oradan uzaqlaşmışdır. Bu üsul ilə əldə etdiyi mobil telefonu həmin günü Sumqayıt şəhərinə gedərək orada olan mobil telefon mağazasına 600 manata satmış və pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan əlavə, o, 30 noyabr 2023-cü il tarixdə “Lalafo.az” saytında “iPhone 14 Pro Max” markalı mobil telefonun satıldığını görüb orada qeyd olunan nömrəyə zəng etmiş, adı ona sonradan məlum olan Hidayət adlı şəxsdən telefonun vəziyyəti ilə maraqlanmış və sonuncu telefonu son olaraq 2.100 manata satacağını demişdir. Bundan sonra onlar saat 14 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “28 Mall” ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. O, oraya taksi ilə getmiş, orada olarkən Hidayətdən şəxsiyyət vəsiqəsinin surətini çıxarmasını xahiş etmiş və onlar birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında yerləşən, adını xatırlamadığı telefon mağazasına daxil olmuşlar. Həmin mağazada olan zaman o, Hidayətə yalandan demişdir ki, guya pul qabı avtomobildə qalmış və ondan xahiş etmişdir ki, onu gətirsin. Hidayət də etiraz etməyib çölə çıxaraq avtomobil tərəfə getdikdə, o, mağazadan çıxıb əks istiqamətə qaçaraq oradan uzaqlaşmışdır. Sonradan Hidayətdən ələ keçirdiyi mobil telefonu tanımadığı şəxsə satmışdır. Bununla belə, o, Zərərçəkmiş şəxs3 qarşı oğurluq etməmiş, onun əl çantasının içərisindən "xxxx" ASC-yə aid bank kartını götürüb pulu gizli olaraq çıxarmamışdır. Belə ki, o, 23 avqust 2023-cü il tarixdə Nazimin idarə etdiyi “Kia Rio” markalı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "xxxx" ASC-nin “Nizami” filialının qarşısında olan zaman Nazim avtomobili park etməyə yerin olmadığını, eyni zamanda təhlükəsiz şəhər kameralarının həmin yeri çəkdiyini deyərək həmin bank kartını ona verib şifrəsini bildirməklə hesabından pulun çıxarılmasını xahiş etmişdir. O da bu kartı götürüb bankomatdan Nazimin bildirdiyi şifrəni daxil edib iki dəfəyə 200 manat pulu çıxartmış, lakin sonra Nazimin yanına qayıtmayaraq ələ keçirmişdir. Göründüyü kimi bu əməldə oğurluq deyil, xırda talamanın tərkib əlamətləri var. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, icarə götürdüyü “Toyota Prius” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 28 mart 2023-cü il tarixdə, saat 11 radələrində bu avtomobillə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində olarkən müştəri kimi bir nəfər şəxs yaxınlaşıb Bayıl qəsəbəsinə aparmağını xahiş etmişdir. Həmin şəxsi apararkən aralarına gedən söhbət zamanı o bu şəxsə cərimələrinin və 18 balının olmasını bildirmişdir. Həmin şəxs özünü müharibə “qazisi” kimi təqdim edərək cərimə ballarının bir hissəsini sildirə biləcəyini deyib ona Bakı şəhəri Yol Polisi İdarəsinə sürməsini demişdir. Eyni zamanda bu ondan 200 manat pul istəmiş və əlavə cəriməsinin olduğu təqdirdə onu da sildirəcəyini söyləmişdir. O isə üzərində 200 manat olmadığından, həmin şəxsin yanında mobil telefonu ilə dostu Şahid1la danışaraq kartına borc kimi 200 manat göndərməsini xahiş etmiş, Fuad da onun kartına həmin məbləği göndərmişdir. Yolüstü Səbail rayonu, B.Sərdarov küçəsində yerləşən "xxxx" ASC-yə məxsus filialdakı bankomatdan o bu pulu çıxarmış və üzərində olan 25 manatla birlikdə həmin şəxsə 225 manat pul vermişdir. Bu şəxs özünü Məzahir kimi təqdim etsə də, sonrdan onun Təqsirləndirilən şəxs olmasını bilmişdir. O, Ərşadı Bakı şəhər X6 İdarəsinə gətirmiş, Ərşad da onun sürücülük və şəxsiyyət vəsiqələrini, habelə avtomobilin qeydiyyat şəhadətnaməsini və 050 ***-**-** saylı GSM nömrə ilə istifadə etdiyi “Samsung A51” markalı mobil telefonunu götürüb İdarəyə gedib təxminən 10-15 dəqiqədən sonra qayıtmışdır. Ərşad geri döndükdə məsələni həll etdiyini və həmin günü saat 15-dən sonra gəlib cərimə olmaması barədə arayışı götürməsini demişdir. Sonra Ərşad ona tanış qızların olmasını, onlarla otelə gedəcəyini bildirərək avtomobillə onu Səbail rayonu, “Axundov” bağı yaxınlığına aparmasını istəmiş, o da həmin istiqamətdə gedərkən Ərşad ondan kart nömrəsini istəyib bir tanışının ora pul göndərəcəyini demişdir. O da bank kart nömrəsini Ərşada demiş, 10-15 dəqiqədən sonra Ərşad kartına 250 manat pulun köçürüldüyünü bildirdiyi üçün o yenə Səbail rayonu, B.Sərdarov küçəsindəki bankomatdan bu pulu çıxarıb ona vermişdir. Eyni zamanda Ərşad ona məxsus telefonla guya yaxınlıqda yaşayan tanış qızları gətirməyə getdiyini bildirərək telefonla kiminləsə danışaraq uzalqşmışdır. O, avtomobildə 30-40 dəqiqə gözləmiş, Ərşadın gəlmədiyini görüb yolda tanımadığı şəxsdən öz telefonuna zəng etməsini xahiş etmiş, bu zaman zaman telefonun bağlı olmasını müəyyən etmişdir. Ərşadın onu aldatdığını başa düşüb polisə müraciət etmişdir. Bundan sonra həmin günü axşam dostu Fuadla danışaraq başına gələnləri danışmış, sonuncu da ona 200 manatdan başqa əlavə olaraq onun xahişi ilə 250 manat pulun göndərdiyini də söyləmişdir. O isə ondan ancaq 200 manat istədiyini bildirdikdə, Fuad mobil telefonla aparılmış mesajları ona göstərmiş və görmüşdür ki, Ərşad polis idarəsində olarkən onun adından Fuadla yazışaraq əlavə 250 manat pul istəmiş, Fuad da bu vəsaiti onun kartına yollamışdır. Təqsirləndirilən şəxs ondan 475 manat nağd pulu və bir ədəd 05 manat dəyərində 050 ***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi, 05 manat dəyərində qaba qoyulmuş “Samsung A51” markalı mobil telefonu ələ keçirmişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun sinif yoldaşı və dostudur. Ucar rayonunda iş olmadığından dostu Hüseyn Bakı şəhərinə gedib orada kirayədə yaşayaraq icarəyə götürdüyü “Toyota Prius” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, Hüseynlə gündəlik olaraq “WhatsApp” mobil tətbiqi vasitəsi ilə yazışıb əlaqə saxlayır. 28 mart 2023-cü il tarixdə, saat 11 radələrində Ucar rayonunda olarkən Hüseyn ona zəng edərək idarə etdiyi taksi avtomobilinin cərimələrini sildirmək üçün 200 manat lazım olduğunu bildirmiş və həmin məbləği ondan borc istəmişdir. O da Hüseyinin onda olan bank kartına 200 manat pulu göndərmişdir. Bundan bir saat keçdikdən sonra Hüseyn yenə mobil telefonun “WhatsApp” mobil tətbiqindən ona mesaj yazaraq avtomobilini sənədləşdirmək üçün 300 manat pul lazım olduğunu və həmin məbləği də göndərməsini xahiş etmişdir. O, Hüseynə zəng edib nə məsələ olmasını soruşmaq istəyərkən Hüseyn telefonuna cavab verməmiş, yalnız mesajla yazaraq polis idarəsində olduğunu və zənginə cavab verə bilmədiyini yazmışdır. O da Hüseynə kartında olan 250 manat pulu göndərə biləcəyini yazmışdır. Hüseyn də təcili həmin pulu göndərməsini, təxminən 15 dəqiqə sonra avtomobilinin sənədləşdirməsi bitirdikdən sonra ona pulu qaytaracağını yazmışdır. O da Hüseynin deməsinə əsasən bank kartına 250 manat pul göndərmişdir. Bundan təxminən bir saat sonra Hüseynə dəfələrlə zəng etsə də, mobil telefonuna zəng çatmamışdır. Axşamüstü Hüseyn ona zəng edərək həmin günü ondan guya cərimələrini ödəmək üçün aldığı 200 manat pulu və mobil telefonunu təsadüfən tanış olduğu, özünü “qazi” kimi təqdim edən şəxsin aldadıb ələ keçirdiyini bildirmişdir. O da Hüseynə kartına 200 manatdan əlavə 250 manat da pul göndərdiyini bildirmiş və həmin yazışmaları ona göstərmişdir. Bundan sonra Hüseyn başa düşmüşdür ki, onu aldadan şəxs telefonunu götürüb polis idarəsinə getdikdə onun adından yazaraq kartına əlavə 250 manat da göndərtmiş, sonra da Hüseynin özünə həmin 250 manatın guya tanışının göndərdiyi pul olmasını bildirərək kartından çıxartdırıb almışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, özünə məxsus olan “iPhone 13 Pro” markalı mobil telefonu istifadə etmək uçün oğlu Zeynala vermişdir. X5 Universitetinə qəbul olunduğundan Gəncə şəhərində ona kirayə ev tutmaq zərurəti yaranmışdır. Bu səbəbdən də pul lazım olduğu üçün Zeynala ona verdiyi mobil telefonu satmağı bildirmişdir. Zeynal da xx.xx.2023-cü il tarixdə bununla bağlı “Tap.az” saytında elan yerləşdirmiş və qiyməti 1.650 manat qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadıqları evdə olan zaman Zeynala tanımadığı nömrədən zəng gəlmiş və o, Zeynal həmin nömrə ilə danışan zaman zəng edən şəxsin mobil telefonu almaq istədiyi ona məlum olmuşdur. Daha sonra həmin şəxs Zeynalla mobil telefonun qiyməti barədə və harada görüşəcəkləri barədə danışmağa başlamışlar. Zeynal bu şəxsə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində olduğunu bildirmişdir. Həmin günü saat 17:05-də həmin şəxs Zeynala yenidən zəng edərək qeyd olunan ünvanda olduğunu bildirmiş və Zeynal onunla görüşmək üçün “iPhone 13 Pro” markalı mobil telefonu götürərək evdən çıxmışdır. Daha sonra Zeynal ona zəng edərək həmin şəxsin pul xırdalamaq adı ilə mobil telefonu da götürərək avtomobildən endiyini, onu aldadaraq geri qayıtmadığını və hal-hazıda polis şöbəsində olduğunu bildirmişdir. O, dərhal şöbəyə getmiş və orada ona məlum olmuşdur ki, həmin şəxs avtomobil ilə gəlmiş və avtomobildə onda başqa iki nəfər şəxs də olmuşdur. İki nəfər şəxsi özünün valideynləri kimi təqdim etmiş, sürücü həmin şəxsin atası olduğunu, qadın isə anası olduğunu təsdiq etmişdir. Mobil telefonu almaq istəyən şəxs onu yoxlatdırmaq istədiyini bildirmiş və Zeynal da həmin şəxsin təklifi ilə razılaşmışdır. Daha sonra metronun “28 May” stansiyasının yaxınlığında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin binasının qarşısında yerləşən mobil telefon mağazalarına daxil olmuşlar. Telefon mağazasının birindən mobil telefonu yoxlatdırdıqdan sonra mobil telefonda heç bir problem olmadığına əmin olmuş, digər mağazada isə həmin şəxs Zeynala mobil telefonun üzərində olan nömrəni çıxarmağını və öz nömrəsini qoymaq istədiyini bildirmişdir. Daha sonra isə həmin şəxs nömrənin avtomobildə olduğunu bildirib geri qayıtmışdır. Avtomobildə isə zəng etdiyi 050 ***-**-** saylı mobil nömrənin anasına, 077 ***-**-** saylı nömrənin isə atasına məxsus olduğunu bildirmiş və həmin şəxslərdə bunu təsdiq etmişdir. Daha sonra avtomobil ilə hərəkətdə olan zaman həmin şəxs atasının Bakı şəhərini yaxşı tanımadığı üçün avtomobili düzgün idarə edə bilmədiyini səbəb gətirərək başqa avtomobil ilə yollarına davam edəcəklərini bildirmişdir. Həmin şəxs anası ilə birlikdə avtomobildən enərək anasının mobil telefonu vasitəsi ilə taksi sifariş etmişlər. Onlar taksiyə əyləşərək mobil telefonun qutusunu götürmək üçün Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan zaman həmin şəxs mobil telefonu anasına ad günü hədiyyəsi kimi aldığı üçün mobil telefonu anasına baxmaq üçün verməsini Zeynaldan xahiş etmişdir. Bu zaman Zeynal mobil telefonu baxmaq üçün həmin şəxsin anasına vermiş, daha sonra isə “Koala” parkı yaxınlığında həmin şəxs avtomobili saxlanılmasını və pul xırdalamaq istədiyini bildirmişdir. Həmin şəxs avtomobildən enərək avtomobilin arxa sərnişin oturacağında əyləşmiş anasının yanına keçmiş, pulu götürüb xırdalayaraq tez bir zamanda geri qayıdacağını bildirmişdir. Təxminən 5-10 dəqiqə keçdikdən sonra həmin şəxsin anası Zeynala avtomobildən düşərək hara getdiyini və çağırmasını bildirmişdir. Bu zaman Zeynal mobil telefonun həmin şəxsin anasında olduğunu zənn etmiş, anası isə Zeynala mobil telefonun onda olmadığını, həmin şəxsin özü ilə apardığını bildirmişdir. Daha sonra Zeynal taksi sürücüsünə onların mobil telefonu oğurladığını bildirmiş və ondan anasının heç bir yerə getməyə qoymamasını xahiş etmişdir. Bu zaman Zeynal isə həmin şəxsin arxasınca gedərək bir neçə yerə baxmış, lakin onu tapa bilməmişdir. Daha sonra taksiyə qayıdaraq taksi sürücüsündən polis şöbəsinə sürməsini xahiş etmişdir. Ona vurulmuş 1.650 manat dəyərində zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddiasının da təmin olunmasını xahiş edir. Məhkəmədə Şahid2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 söylədiklərinə uyğun ifadə verərək “iPhone 13 Pro” markalı mobil telefonun ələ keçirdiyi şəxsin Təqsirləndirilən şəxs olduğunu bildirdi. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, maddi vəziyyəti yaxşı olmadığı üçün özünə məxsus olan “iPhone 14 pro” markalı, **********12840 İMEİ kodlu mobil telefonu satmağa qərar vermiş və həmin mobil telefonu satdığının əks olunduğu elanı xx.xx.2023-cü il tarixdə “Tap.az” saytında paylaşmışdır. xx.xx.2023-cü il tarixdə 051 ***-**-** saylı mobil nömrədən istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə zəng gəlmişdir. Zəng edən şəxs elanda göstərilən mobil telefonu almaq istədiyini bildirmiş və mobil telefonun göstəriciləri barədə ondan məlumat istəmişdir. O, mobil telefon barədə məlumat verdikdən sonra həmin şəxs mobil telefonu bacısına aldığını bildirmiş və ondan mobil telefonu ucuz satmağını istəmişdir. O, mobil telefonunun son qiymətinin 1.950 manat olduğunu bildirmişdir. Həmin şəxs onunla razılaşmış və onunla harada görüşə biləcəyini soruşmuşdur. Onlar Bakı şəhəri, Xətai rayonu, “Nargilə dairəsi” adlanan ərazidə yerləşən “Bravo” hipermarketin həyətyanı sahəsində görüşmüşlər. Bu zaman həmin şəxs adının Ərşad olduğunu, yanında olan şəxsin adının Vidadi olduğunu və onun atası olduğunu söyləmişdir. O, Vidadinin idarə etdiyi “Mercedes- Benz” markalı avtomobilə əyləşmiş, Ərşad mobil telefonu yoxlatmaq istədiyini, metronun “28 May” stansiyasının yaxınlığında tanış ustalarının olduğunu bildirmişdir. Onlar birlikdə həmin ünvana getmiş, Ərşad ilə birlikdə yaxınlıqda yerləşən telefon mağazasına daxil olmuş, Ərşad mobil telefonu yoxlatmış və onlar yenidən avtomobilə qayıtmışlar. Ərşad 1.600 manat pulun atası Vidadidə olduğunu, qalan 350 manat pulu isə kartdan çıxardacağını bildirmişdir. Onlar avtomobillə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən Azərbaycan Respublikası Mərkəzi Bankının yanına gəlmiş, Vidadi avtomobili dayandırdıqdan sonra Ərşad avtomobildən enərək bank tərəfə getmiş, təxminən 2-3 dəqiqə sonra Vidadi də avtomobildən enmiş və yenidən avtomobilə qayıdaraq Ərşadın qayıtmadığını bildirmişdir. O, Ərşadın oğlu olduğunu bildirən zaman Vidadi Ərşadın onun oğlu olmadığını demişdir. Vidadidən hansı səbəbə ona özünü Ərşadın atası kimi təqdim etdiyini soruşan zaman Vidadi Ərşadın ona pul verməyi vəd etdiyini bildirmişdir. O, dərhal “102” xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermiş və daha sonra Vidadi ilə birlikdə 22-ci polis şöbəsinə yaxınlaşmışlar. İş üzrə ekspert rəyi ilə razıdır, mobil telefonun 1.700 manat qiymətləndirilməsinə etiraz etmir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə Şahid4 ifadəsində bildirdi ki, “Mercedes-Benz C-klass” markalı, **-KM- *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Taksi kimi mütəmadi müştəri gözlədiyi yer Bakı şəhəri, Səbail rayonu, 20-ci sahədə yerləşən “Bravo” marketin qarşısıdır. Ərşadı uzun müddətdir tanıyır. Belə ki, Ərşad da onunla birlikdə əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş və 20-ci sahədə yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində həmin marketin qarşısında olan zaman Ərşad ona yaxınlaşmış və bacısına telefon almaq üçün onunla getmək istədiyini bildirmişdir. Ərşad avtomobildə olan zaman telefonla söhbət etmiş və ondan avtomobili Lökbatan qəsəbəsinə sürməyini istəmişdir. Ərşad telefonun enerjisinin qurtardığını bildirib ondan mobil telefonunu istəmişdir. Daha sonra bir neçə şəxsə zəng edərək mobil telefon barədə suallar vermişdir. Onlar Lökbatan qəsəbəsinə çatmış, Ərşad avtomobildən enərək telefon mağazasına daxil olmuş, 5-6 dəqiqə sonra qayıdaraq mobil telefonu bəyənmədiyini bildirib avtomobili Bakı şəhəri, Xətai rayonu, “Nargilə dairəsi” adlanan ərazidə yerləşən “Bravo” market tərəfə sürməyini istəmişdir. Yolda olan zaman ona alacağı mobil telefonun oğurluq olduğundan qorxduğunu, bu səbəbdən də telefon alacağı şəxsə onu atası kimi təqdim edəcəyini bildirmişdir. O, Ərşadın təklifi ilə razılaşmış və həmin günü təxminən saat 16 radələrində qeyd olunan ünvana çatmışlar. 5-10 dəqiqə sonra adı sonradan ona məlum olan Anar adlı şəxs də olduqları yerə yaxınlaşmışdır. Ərşad həmin şəxsi avtomobilə dəvət etmiş və Anar avtomobilin arxa sərnişin oturacağına əyləşmişdir. Avtomobildə olan zaman Ərşad onu Anara atası kimi təqdim etmiş, mobil telefonu bacısına alacağını bildirmişdir. Anar ilə Ərşad mobil telefonun qiyməti barədə razılaşmış və Ərşad mobil telefonu yoxlatmaq istədiyini demişdir. Ərşad metronun “28 May” stansiyasının yaxınlığında yerləşən telefon mağazalarının birində tanış ustasının olduğunu bildirmiş və ondan avtomobili qeyd olunan ünvana sürməyini istəmişdir. Onlar həmin ünvana çatmış, Ərşad ilə Anar birlikdə avtomobildən enmiş, yaxınlıqda yerləşən telefon mağazasına daxil olmuş və sonra avtomobilə qayıtmışlar. Ərşad pulu kartdan çıxardacağını bildirib avtomobillə Mərkəzi Bankın yanıan gəlmişlər. Ərşad avtomobildən enərək bank tərəfə getmişdir. Təxminən 2-3 dəqiqə sonra Ərşadın gəlmədiyini görüb avtomobildən enmiş, daha sonra isə Anara hər şeyi etiraf edərək Ərşadın onun oğlu olmadığını bildirmişdir. Anar da dərhal “102” xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermiş və birlikdə polis şöbəsinə getmişlər. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2023-cü ilin noyabr ayının ortalarında özünə məxsus olan “iPhone 13 Pro Max” markalı, **********38938 və **********37555 İMEİ kodlu mobil telefonu satmağa qərar vermiş və bu barədə “Lalafo.az” saytına elan yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə 055 ***-**-** saylı mobil nömrədən zəng vuran şəxs adının Ərşad olduğunu deyərək telefonu almaq istədiyi demişdir. Ərşadla telefonun qiymətini 1.500 manat olaraq razılaşmış və metronun “28 May” stansiyasının yaxınlığında görüş təyin etmişlər. Həmin günü təxminən saat 15 radələrində Ərşad ilə orada görüşmüş, sonra onun idarə etdiyi “Kia Cerato” markalı avtomobilə əyləşərək mobil telefonunun evdə olduğunu bildirmişdir. Bu zaman avtomobildə Ərşaddan başqa adını sonradan bildiyi Samir adlı şəxs də olmuşdur. Ərşadın idarə etdiyi avtomobil ilə yaşadığı ünvan 6 ünvana getmişlər. O, evdən mobil telefonu götürüb geri qayıtmış, Ərşad da telefonu ustaya yoxlatmaq istədiyini bildirmişdir. O, Ərşadın təklifi ilə razılaşmış və onlar yenidən metronun “28 May” stansiyasının yaxınlığına gəlmişlər. Əvvəlcə Füzuli küçəsində yerləşən telefon mağazasına daxil olmuş, Ərşad mobil telefonun qiyməti ilə maraqlanmış, daha sonra oradan çıxaraq “28 Mall” ticarət mərkəzinin aşağı ikinci çıxışına getmişlər. Bu zaman həmin istiqamətdə tıxac olmuş, Ərşad yanında olan Samir adlı şəxsdən avtomobili idarə etməsini istəmiş, yolun tıxac olduğunu avtomobildən enərək mobil telefonu tanış ustaya yoxladıqdan sonra qayıdacağını bildirmiş və onu təxminən 100 metr irəlidə olan işıqforda gözləməklərini istəmişdir. O, Ərşada inanaraq onunla getməmiş, buna səbəb əyləşdiyi avtomobilin Ərşadın olduğunu və Samirin onun dostu olduğunu güman etməyi olmuşdur. Onlar təxminən 2-3 dəqiqə sonra işıqfora çatmış, Samir avtomobili işıqforun yanında dayandırmış və onlar Ərşadı gözləməyə başlamışlar. Təxminən 05 dəqiqə sonra o, Samirdən Ərşada zəng etməsini istəmiş, bu zaman Samir Ərşadı tanımadığını, özünün isə taksi sürücüsü olduğunu bildirmişdir. O, Samirə Ərşadın onu aldadaraq mobil telefonunu ələ keçirdiyini bildirmiş və onunla birlikdə polis bölməsinə yaxınlaşmasını tələb etmiş və dərhal “102” xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Ona 1.300 manat maddi ziyan dəymişdir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə “Lalafo.az” saytında özünə məxsus “iPhone 14 Pro Max” markalı, **********43383 və **********61015 İMEİ kodlu, 256 GB daxili yaddaşlı mobil telefonun 2.200 manata satılması barədə elan yerləşdirmişdir. xx.xx.2023-cü il tarixdə 050 ***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Zəng edən şəxs elanda göstərilən mobil telefonu almaq istədiyini bildirmiş və onun göstəriciləri barədə məlumat istəmişdir. O, mobil telefonun texniki göstəricilərini həmin şəxsə söyləmişdir. Sonlar onlar görüş yeri barədə razılaşmış və həmin günü saat 14 radələrində “28 Mall” ticarət mərkəzinin yaxınlığında görüşmüşlər. Bu şəxs ondan şəxsiyyət vəsiqəsinin surətini çıxarmağını istəmiş və onlar birlikdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında yerləşən telefon mağazasına daxil olmuşlar. Həmin mağazada olan zaman bu şəxs pul qabının avtomobildə qaldığını bildirərək onun gətirməsini istəmişdir. O da avtomobil tərəfə getmiş və avtomobili idarə edən şəxsdən pul qabını istəmişdir. Avtomobili idarə edən şəxs isə pul qabının avtomobildə olmadığını bildirmişdir. O, geri telefon mağazasına qayıdan zaman telefonu almaq istəyən şəxsin orada olmadığını görüb telefonun ələ keçirildiyini başa düşmüş və bu barədə polisə məlumat vermişdir. Şöbədə olan zaman ona qarşı dələduzluq edən şəxsin adının Ərşad olduğu məlum olmuşdur. Telefonun qiymətini ekspert rəyində göstərilən 1.900 manat olmasına etiraz etmir. Vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 23 avqust 2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı evdə olan zaman "xxxx" ASC-yə aid 9031317***2973 nömrəli kartın balansını istifadə etdiyi “Samsung A12” markalı mobil telefonunda olan mobil tətbiq vasitəsi ilə yoxlayan zaman kartın balansında olan 200 manat pulun 22 avqust 2023-cü il tarixdə, saat 19:10 dəqiqədə çıxarıldığını aşkar etmişdir. O, dərhal "xxxx" ASC-nin qaynar xəttinə zəng etdikdən sonra bankın əməkdaşı kartının balansında olan 200 manat pulun 22 avqust 2022-ci il tarixdə Nizami rayonu, metronun “Neftçilər” stansiyasının yaxınlığına yerləşən ATM-032 nömrəli aparatdan çıxarıldığını bildirmişdir. O, həmin kartı 09 avqust 2023-cü il tarixdə almış və alan zaman kartın balansında 200 manat pul olmuşdur. O, adətən bank kartlarını əl çantasında saxlayır. Ona görə də çantasını və yaşadığı evi axtarmış, lakin kartı tapa bilməmişdir. Başa düşmüşdür ki, kartını oğurlayan, yaxud tapan şəxs kartda olan pulu bankomatdan çıxarmışdır. Onun kartını oğurlayaraq kartdan 200 manat pulunu ələ keçirən şəxs 22 avqust 2023-cü il tarixdə Babək prospektində yerləşən avtomobil bazarında təsadüfən tanış olduğu şəxs olmuşdur. Belə ki, o, 22 avqust 2023-cü il tarixdə, saat 15 radələrində “Kia Rio” markalı avtomobilinə fara almaq üçün Babək prospektində yerləşən avtomobil bazarına getmişdir. Orada əvvəllər tanımadığı 25-30 yaşlarında bir oğlan ona yaxınlaşıb avtomobilinin farasına vinil çəkdirməkdə ona köməklik edə biləcəyini demişdir. Həmin şəxs adının guya Emil olduğunu bildirmişdir. Emil Babək prospektində bir neçə tanışının fara satdığını, vinil çəkdiyini deyərək ona həmin dükanlara gedib baxmağı təklif etmişdir. Bazardan çıxan zaman həmin şəxs ona avtomobili sürmək istədiyini bildirmişdir. O da buna etiraz etməmiş, bir qədər getdikdən sonra həmin şəxs avtomobilin nasaz olduğunu və avtomobilini satıb-satmamaq barədə fikrinin olub-olmadığını soruşmuşdur. O, avtomobili satıb başqa bir avtomobil almaq fikrinin olduğunu demişdir. Həmin şəxs avtomobil alveri ilə məşğul olduğunu ona bildirərək avtomobilini satıb yeni avtomobil almaqda ona köməklik edəcəyini demiş və Badamdarda yerləşən avtomobil bazarına getmişlər. Lakin orada avtomobilini münasib qiymətə sata bilmədiyi üçün geri qayıtmışlar. Ziya Bünyadov prospektində Daxili İşlər Nazirliyinin hospitalının yaxınlığında yolun kənarında həmin şəxs avtomobili saxlayıb orada mübahisə edən insanlara yaxınlaşmışdır. O, həmin vaxt avtomobildən düşüb yaxınlıqda olan restoranın tualetinə getmiş, bank kartları olan əl çantası da maşında olmuşdur. Geri qayıdarkən həmin şəxsin avtomobildə sükan arxasında oturduğunu görmüşdür. Onlar “Laçın” univermağının yaxınlığına gəldikdən sonra ayrılmışlar. Həmin şəxs yolda söhbət zamanı ondan təvəllüdünü soruşmuş və o, həmin şəxsə 1990-cı ildə anadan olduğunu bildirmişdir. Həmin şəxs də kartının şifrəsinin “1990” olduğunu zənn edərək asanlıqla kartdan 200 manat pulu nağdlaşdırmışdır. "xxxx" ASC-nin Neftçilər filialının ATM-032-də 22 avqust 2023-cü il tarixdə qeydə alınmış fotoşəkillər olan diskə baxış keçirən zaman müəyyən etmişdir ki, fotoşəkillərdə olan şəxs məhz həmin şəxs, yəni Təqsirləndirilən şəxsdur. Ona dəymiş ziyan ödənilməsə də, təqsirləndirilən şəxsdən şikayətçi deyil. Zərər çəkmiş şəxs Yüzbaşıyev Abdullah Qahir oğlu hərbi xidmətdə olduğu üçün məhkəmədə iştirak etməmiş, tərəflərin razılığı ilə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. A.Yüzbaşıyevin həmin ifadəsinə əsasən o, hadisə baş verməmişdən bir müddət əvvəl Sumqayıt şəhərində olan mağazadan özü üçün işlənmiş vəziyyətdə olan “iPhone 12 Pro” markalı mobil telefon almışdır. Həmin mobil telefonunun üzərində 070 ***-**-** saylı GSM nömrə olmuşdur. Pula ehtiyacı olduğundan aldığı həmin telefonu 1.230 manata satmaq qərarına gəlmiş və bununla bağlı 31 mart 2023-cü il tarixdə “Lalafo.az” saytında elan yerləşdirmişdir. Elə həmin günü saat 16 radələrində bir nəfər şəxs ona zəng edərək bu telefonla maraqlanmış, sonradan adı ona məlum olan Ərşad taksi ilə gələrək onunla metronun “Həzi Aslanov” stansiyasının yanında görüşmüşdür. O, telefonunu Ərşada göstərmiş, sonuncu da telefona baxaraq bəyənmiş və onu evdə göstərmək üçün birlikdə taksi ilə “Axundov” bağının yanına gəlmişlər. Orada Ərşad telefonu ondan alaraq evdə göstərib qayıdacağını deyib çıxıb getmişdir. O da Ərşada inandığı üçün gəldikləri maşında dayanıb gözləmiş, lakin Ərşadın gəlmədiyini görüb sürücüdən Ərşası soruşmuş, sonuncu da onu tanımadığını demişdir. Bu zaman o, üzərində olan digər mobil telefonu ilə “102” xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Ekspert tərəfindən telefonuna qoyulan 850 manat qiymətlə razıdır (İİ cild, i.v.112-113, İV cild, i.v.40-41). Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 11 iyun 2024-cü il tarixli protokolda Təqsirləndirilən şəxs əks olunmuş ifadəsinə əsasən o, özünü təqsirli bildiyini qeyd etmişdir. Belə ki, ...........o, Hüseynin istifadəsində olan mobil telefonla kənarda olan zaman əvvəl Hüseynə 200 manat pul göndərdiyi dostunun mobil telefon nömrəsinə mesaj yazaraq əlavə cəriməsi olduğunu bildirib borc kimi əlavə olaraq 250 manat da pulu Hüseynin kartına köçürmə yolu ilə alıb çıxarmaqla nağdlaşdırmışdır. Bundan sonra Hüseynə tanış qızlarının olmasını deyərək “Axundov” bağının yanına aparmasını bildirmiş və həmin yerə çatdıqda qızlarla danışmaq üçün Hüseynin mobil telefonun alaraq guya danışır kimi telefonu qulağına tutub oradan uzaqlaşaraq getmişdir. Bundan sonra oradan ayrılıb evə getmiş və maddi cəhətdən pula ehtiyacı olduğundan Hüseyndən aldığı 475 manat pulu xərcləmişdir...Bundan başqa, o, 22 avqust 2023-cü il tarixdə, saat 15 radələrində sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Kia Rio” markalı avtomobili üçün bazarda fara almaq istədiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşıb özünü Emil adı ilə təqdim edərək guya Babək prospektində bir neçə tanışının ucuz qiymətə fara satdığını və faranın üstünə vinil çəkdiyini deyərək həmin dükanlara gedib baxmağı təklif etmişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşmış, söhbət əsasında Nazimdən xahiş etmişdir ki, gedərkən onun avtomobilini özü sürsün. O, sükan arxasına Nazim isə qabaq oturacağa əyləşmişdir. O, avtomobili sürüb bir qədər getdikdən sonra Zərərçəkmiş şəxs3 avtomobilinin nasaz olduğunu və avtomobili satıb-satmamaq barədə fikrinin olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs3 avtomobili satıb başqa bir avtomobil almaq fikrinin olduğunu bildirmişdir. O, Nazimə avtomobil alveri ilə məşğul olduğunu deyərək avtomobilini satıb yeni avtomobil almaqda köməklik edə biləcəyini demiş və Badamdar qəsəbəsində yerləşən avtomobil bazarına getmişlər. Lakin orada avtomobili münasib qiymətə sata bilmədikləri üçün geri qayıtmışlar. Geri qayıdarkən yolda Ziya Bünyadov prospektində Daxili İşlər Nazirliyinin hospitalının yaxınlığında yolun kənarında Zərərçəkmiş şəxs3 avtomobili saxlayıb harasa getmiş və bir qədər sonra geri qayıtmışdır. O, Nazimin avtomobildə olmadığı müddətdə gizli şəkildə avtomobilin salonunda olan Nazimə məxsus əl çantasını açıb içərisinə baxmış və nağd pul tapmadığı üçün çantada olan "xxxx" ASC-yə aid hesab kartını götürüb cibinə qoymuşdur. Həmin çantada Zərərçəkmiş şəxs3 aid şəxsiyyət vəsiqəsinə baxıb sonuncunun 1990-cı il təvəllüdlü olduğunu, ad, soyad ata adını müəyyən etmişdir. Adətən insanlar kart hesablarına anadan olduğu ilin rəqəmlərini kod qoyduqları üçün zənn etmişdir ki, Nazim də elə etmişdir. Nazimlə birlikdə metronun “Xalqlar dostluğu” stansiyası yaxınlığında yerləşən “Laçın” univermağının yaxınlığına qədər gəlmişlər və orada avtomobildən düşüb getmişdir. Həmin gün, yəni 22 avqust 2023-cü il tarixdə, təxminən saat 19:10 radələrində Nizami rayonu, Qara Qarayev prospektində metronun “Neftçilər” stansiyasının yaxınlığına yerləşən bankomata yaxınlaşaraq Zərərçəkmiş şəxs3 əl çantasından götürdüyü "xxxx" ASC-yə aid kartı bankomata daxil edib kartın şifrəsi olaraq “1990” rəqəmlərini yazmış, kartın balansında olan 200 manat pulu çıxarıb oradan uzaqlaşmış, kartı isə zibil qutusuna atmışdır (İV cild, i.v.107-115); • “Tutma haqqında” xx.xx.2023-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq həmin günü, saat 00:45-dən məhdudlaşdırılmış, o, xx.xx.2023-cü il tarixdə, saat 11:25-də təqsirləndirilən şəxs qismində dindirilmiş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərarla imtina edilmişdir (İİ cild, i.v.71,132-134, 138-141); • “İttiham elan edilməsi üçün təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında” Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin baş müstəntiqi Anar Bağırovun 04 iyul 2023-cü il tarixli qərarına əsasən istintaqdan gizləndiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 12 sentyabr 2023-cü il tarixdə isə icraat təzələnmişdir (İİ cild, i.v.144-145, 147-149); • “İttiham elan etmək üçün şübhəli şəxsin tutulması məqsədilə barəsində axtarış elan edilməsi haqqında” Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Yalçın Məmmədovun 01 iyul 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq istintaq təhvil verildiyindən 14 iyul 2023-cü il tarixli qərarla cinayət təqibi üzrə icraat təzələnmişdir (İİ cild, i.v.202-203, 207); • “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyul 2023-cü il tarixli qərara əsasən 14 iyul 2023-cü il tarixdə tutularaq istintaqa təhvil verilmiş Təqsirləndirilən şəxs 16 iyul 2023-cü il tarixdə Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İİ cild, i.v. 230); • Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqinin “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında” 01 iyul 2023-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs1 qarşı 28 mart 2023-cü il tarixdə dələduzluq cinayətini törətmiş Təqsirləndirilən şəxs istintaqdan gizləndiyindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə görə iş üzrə icraat dayandırılmış, 14 iyul 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verildiyindən iş üzrə icraat təzələnmişdir (İİ cild, i.v.203, 207); • “Təqsirləndirilən şəxs barəsində axtarış elan etmə haqqında” Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Yalçın Məmmədovun 25 iyul 2023-cü il tarixli qərarına əsasən istintaqdan gizləndiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 12 sentyabr 2023-cü il tarixli qərarla cinayət təqibi üzrə icraat təzələnmişdir (İİ cild, i.v.245, 247, İİİ cild, i.v. 01); • “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin müstəntiqi Nabil Abdullayevin 20 oktyabr 2023-cü il tarixli qərarına əsasən istintaqdan gizləndiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmış, 05 dekabr 2023-cü il tarixli qərarla cinayət təqibi üzrə icraat təzələnmişdir (İİİ cild, i.v.37-40); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli, 4(006)- 589/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablanmışdır (İİ cild, i.v.06-10); • "xxxx" ASC-yə məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, Zərərçəkmiş şəxs3 istifadəsində olan 903131******2973 saylı hesabdan 23 avqust 2023-cü il tarixdə, saat 10:53-də 50 manat və 150 manat olmaqla ümumilikdə 200 manat pul ATM-032-dən nağdlaşdırılmışdır (İİİ cild, i.v.82); • “Diskə baxış keçirilməsi haqqında” 21 oktyabr və 26 dekabr 2024-cü il tarixli protokollardan görünür ki, "xxxx" ASC-nin “Neftçilər” filialının ATM-032-də 22 avqust 2023-cü il tarixdə qeydə alınmış fotoşəkillər olan diskə baxış zamanı Təqsirləndirilən şəxs fotoşəkillərdə olan şəxsin özü olduğunu və həmin şəkillərin 22 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə aid kartını oğurladıqdan sonra Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən bankomatdan kartın balasında olan 200 manat pulu çıxararkən qeydə alındığını bildirmişdir (İİİ cild, i.v.92-93, 99, 140, disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 04 iyun 2024-cü il tarixli, 9/3930 saylı rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti - 2022-ci ildə alınmış, Zərərçəkmiş şəxs1 məxsus “Samsung A51” markalı, 56 GB daxili yaddaşlı mobil telefon - 150,00 manat, 2023-cü ildə alınmış, Yüzbaşıyev Abdulla Qahir oğluna məxsus “iPhone 12 Pro” markalı, 128 GB daxili yaddaşlı mobil telefon - 850,00 manat, 2022-ci ildə alınmış, Zərərçəkmiş şəxs4 məxsus “iPhone 13 Pro” markalı, 128 GB daxili yaddaşlı mobil telefon - 1.150,00 manat, 2023-cü ildə alınmış, Zərərçəkmiş şəxs5 məxsus “iPhone 14 Pro” markalı, 128 GB daxili yaddaşlı mobil telefon - 1.700,00 manat, 2023-cü ildə alınmış, Zərərçəkmiş şəxs7 məxsus “iPhone 13 Pro max” markalı, 128 GB daxili yaddaşlı mobil telefon - 1.300,00 manat, 2023-cü ildə alınmış, Zərərçəkmiş şəxs6 məxsus “iPhone 14 Pro Max” markalı, 256 GB daxili yaddaşlı mobil telefon - 1.900,00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİİ cild, i.v.233-235); • “Baxış keçirilməsi haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi “WhatsApp” mobil tətbiqinə dair yazışmalardan çıxarışlara baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid1 istifadəsində olan “WhatsApp” mobil tətbiqi ilə “X8” adlı istifadəçi ilə aralarında pul göndərməklə bağlı yazışmalar var, yazışmalar 28 mart 2023-cü il tarixi əhatə edir. Yazışmalarda saat 12:49-dan saat 15:54-ə kimi olan müddət ərzində “X8” adlı istifadəçinin Şahid1 pul istəməsi, sonuncunun da həmin pulu “X8” adlı istifadəçinin təqdim etdiyi 4098 5844 9121 5644 nömrəli bank kartına göndərməsi müşahidə olunur. Yazışmalarda saat 13:54-dən saat 14:00-a kimi olan müddət ərzində “X8” adlı istifadəçinin Şahid1 “qaqa eşidirsən mq yoxdur qaqa masını satmısam sen mene 250 manat atmısdın 300 manat da at qaqa aformut ediliyem atıram qaqa vacibdir basuva donum 15 daqiqaya qaytariram otaqdayam danışa bilmirem” yazması, Şahid1 isə “Yox Allahhaqqı o qeder toybee, 250 olmalıdı atım” yazması, “X8” adlı istifadəçinin də Şahid1 “Hee tez at qaqa xeber ele” yazması, Şahid1 isə “atdım qaqa” yazması müşahidə olunur. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 yazışmaların onunla dostu Şahid1 arasında olduğunu, lakin saat 13:54dən saat 14:00-a kimi olan müddət ərzində aparılan yazışmaları onun mobil telefonundan Təqsirləndirilən şəxs dostu Şahid1 yazdığını, bundan özünün xəbərinin olmadığını bildirmişdir (İV cild, i.v.25); • “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 10 iyun 2024-cü il tarixli qərara əsasən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs1 və Yüzbaşıyev Abdulla Qahir oğluna məxsus talanmış əmlakların dəyəri məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 məxsus əmlakın dəyəri isə onun ifadəsində göstərdiyi qiymətə istinad edilməklə ittihama daxil edilmiş, Zərərçəkmiş şəxs1 təqdim etdiyi “WhatsApp” mobil tətbiqinə dair yazışmalar olan çıxarışlar, hadisəni özündə əks etdirən videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (İV cild, i.v.47-86); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışdan aydın olur ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.4-cü maddəsi üzrə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İİİ cild, i.v.124-126); • Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs4 cinayət nəticəsində ona vurulmuş 1.650 manat ziyanın cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə örədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun təkrarən törədilməsi (Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi) məsələsi Cinayət Məcəlləsinin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir (35-ci bənd). “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 180, 181-ci maddələri ilə, habelə 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd). Cinayət-Prosessual Məcəlləsinin 141.2-ci maddəsinə görə cinayət prosesinin tərəfləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hər hansı halı tədqiq etmədən onun mövcudluğu və ya müəyyən qiymət verilməsi barədə razılığa gələ bilərlər. Cinayət təqibi üzrə icraatın materiallarında olan sübutlara əsasən məhkəmə bu halların mövcudluğu və ona verilmiş qiymətin qanunla ziddiyyət yaratmadığını qəbul etdikdə, belə razılıq hökmün və ya digər qərarın əsası kimi qəbul edilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 telefonunun ələ keçirilməsi, habelə digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 bank kartını götürərək bankomatdan 200 manat pulun oğurlanmasını məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş zərər çəkmiş şəxslərin ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə bu əməllərin də onun tərəfindən törədilməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə bu halı onun özünümüdafiə xarakterli, eyni zamanda oğurluq cinayətinə görə məsuliyyətdən yayınmağa yönələn cəhdlər kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qarşı müvafiq olaraq 2023-cü ilin mart ayının 28 və 31-də cinayət əməlləri törədildikdən sonra iş üzrə icraat onun istintaqdan qaçıb gizləndiyi üçün bir neçə dəfə dayandırıldığından (ümumilikdə 4 aydan artıq müddətə), böyük ictimai təhlük törətməyən bu cinayətlərə münasibətdə hazırki andan hökm qanuni qüvvəyə minənədək cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Beləliklə, törədilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58.3-cü maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və onu xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün (xx.xx.2023-cü il tarixdən, saat 00:45-dən xx.xx.2023-cü il tarix, saat 00:45-dək olan müddət və bundan sonrakı vaxt) və 02 gün (xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək), ümumilikdə 04 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 03 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış “WhatsApp” proqramında olan yazışmalardan çıxarışlar və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi 100 saat üçün nəzərdə tutulan 600 manat pul ödənilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddia təmin edilməli, vurulmuş maddi zərərə görə 1.650 manat pul Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs4 ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə, həmin Məcəllənin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 dekabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi 100 saat üçün nəzərdə tutulan 600 (altı yüz) manat pul ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “WhatsApp” proqramında olan yazışmalardan çıxarışlar və 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 1.650 (bir min altı yüz əlli) manat pul alınaraq Zərərçəkmiş şəxs4 verilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar