Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-220/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 və onun müdafiəçisi “İsmayılbəyli və partnyorları” vəkil bürosunun vəkili X2 iştirakları ilə, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X7 Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X8 2015-ci ildən bu günə qədər Mehdi Mehdiyevin tapdağı altında mənəvi-psixoloji təzyiqləri altında əzilir. Mehdi Mehdiyevin və oğlunun onun ***-***-**-** nömrəli telefonuna zəngləri, mesajları, hədələri, təhqirləri, şərəf və ləyaqətini alçaldan əxlaqsız söyüşləri, yazıları dəlil-sübutlardır. Bir neçə dəfə Azercell müştəri xidmətlərinə müraciət etsə də, o sübutları əldə edə bilməmiş, məhkəmə sorğusu olmadan verə bilməyəcəklərini bildirmişlər. 2015-ci ilin 01 may tarixindən 2020-ci ilin fevral ayına qədər ***-***-**-** və ***-***-**-** nömrələrindən ona məxsus ***-***-**-** telefon nömrəsinə təhqir xarakterli səs yazıları, stenoqramları, yazılan mesajlar davam etmişdir. Bundan başqa, Mehdi Mehdiyevə məxsus (profilində öz şəkli olan) Facebook sosial şəbəkəsindəki hesabından ona məxsus, profilində öz şəkli olan Rəna Hacıyevə "Vətənimə canım qurban" səhifəsinə yazılan təhqiramiz sözləri, söyüşləri, qadın kim şəxsiyyətini alçaldan əxlaqsız seksual xarakterli şantajları mövcuddur.İşə sübut qismində əlavə olunması üçün həmin məlumatların İnformasiya və Yüksək Texnologiyalar Nazirliyindən tələb edilməsini xahiş edir. O, 2-ci qrup əlilliyi olan şəxsdir, (şəkərli diabet tip 2 insulindən asılı vəziyyətdədir). Onun sağlamlığına zidd olan yalan məlumatları “Rəna Hacıyeva şizofren-ruhi xəstədir” 5 min şəxs arasında paylaşaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə şəxsinə qarşı cinayət əməli törətmişdir. Yalan olduğunu bilə-bilə bu məlumatı sosial şəbəkədə paylaşaraq, ictimailəşdirmişdir. Mehdi Mehdiyev cəmiyyət üzvlərinə, ziyalılara, veteranlara şəhid ailələrinə, Qarabağ döyüşçülərinə, hər kəsə Rəna Hacıyeva əxlaqsızdır, ruhi xəstədir, şızofrendirdeyərək, 2015-ci ildən bəri iyrənc kompaniya aparır, yalan məlumat yayaraq əsassız olaraq ona qarşı təbliğat aparır.Yuxarıda qeyd etdiyi məlumatları özündə əks edən video səsli yazılı diski sübut qismində məhkəməyə təqdim edəcəkdir. “Tanıtım 1 X1” youtube kanalına yerləşdirilib və dünyaya yayınlanır. Diskdə (36-47-ci dəqiqə) şəhid ailəsi özü Mehdi Mehdiyevin onun barəsində ruhi xəstə, şizofren deyərək təbliğat aparması haqda ətraflı danışır. Bununla da, Mehdi Mehdiyev eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələblərini pozaraq sosial şəbəkədə şərəf və ləyaqətini qəsdən alçaltmışdır. O, bu illər ərzində şərəf və ləyaqəti alçaldılan rəftara məruz qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin İİİ bəndinə görə, heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. O, imicinə dəyən zərbədən bərk mənəvi sarsıntı və həyəcan keçirmiş, hələ də keçirməyə davam edir. 2015-ci ildən bəri dəfələrlə səhhəti pisləşib, ağır formada evinə təcili tibbi yardım çağırılmışdır.X10 müharibəsindən bəri gündəlik narkotik aludəçisi olduğunu gizətmir və hamıya bəyan edir. O, bununla əsəblərini sakitləşdirmək və özünün dediyi kimi 9 dəfə kontuziya aldığı silkələnmiş beynini, həmçinin kəsilmiş ayağının şiddətli dözülməz ağrılarını yüngülləşdirmək üçün istifadə edir. Bununla bağlı, Mehdi Mehdiyevin qan analizinə göndərilməsinə və psixi travmalı olduğunu müəyyənləşdirmək üçün həkim müayinəsindən keçməsinə göstəriş verməsini məhkəmədən xahiş edir.Mehdi Mehdiyevin 2-ci qrup əlil qadına qarşı bu cür iyrənc hərəkətləri yalnız 2 müharibədə aldığı psixoloji zərbələr, kontuziyalarla izah oluna bilər. Görünür 2 müharibədə iştirak etməsi onun psixikasını darmadağın etmişdir.2015-ci ildən bəri tərtib olunmuş həqiqətə uyğun olmayan protokolları və həmçinin də onun öz işçiləri, maddi cəhətdən ondan asılı olan şəxsləri, yaxın qonşularını, ailə üzvlərini ona qarşı yalançı şahid qismində məhkəməyə gətirmiş, ona qarşı xüsusi ittihamla saxta ittihamla saxta iddia qaldırmışdır. O isə Apelyasiya Məhkəməsinə müraciət etmişdir. Mehdi Mehdiyevi şəxsən tanıyanlar, əmisi oğlu Əlisafa Mehdiyev şəxsən onun əsəbi vəziyyətdə kimisə qətlə yetirdiyini təkidlə israr edir. X14 isə öz doğma atasını 90 yaşlı kişini vəhşicə qətlə yetirmiş və sonra izi itirmək məqsədi ilə yandırmışdır. Bu barədə 2018-ci ilin fevral ayında rəsmi informasiyalar Xəzər TV-də yayınlanmışdır. O, çox qorxur, təhlükəsizliyinin təminatı isə yoxdur, özü əlildir, köməksizdir. Göstərilənlərə əsasənAR Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrini rəhbər tutaraq Mehdi Mehdiyevin cinayət məsuliyyətə cəlb edilməsi barədə hokm çıxarmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş X8 xüsusi ittiham qaydasında verdiyi şikayəti müdafiə edərək barəsində şikayət verilmiş şəxs X7 təqsirləndirilən şəxs qismində məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X12 barəsində xüsusi ittiham qaydasında şikayət vermiş X5 qarşı cinayət törətmədiyini, onun dediklərinin şər və böhtan olduğunu bildirərək, xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X7 vəkili X4 hüquqlarını müdafiə etdiyi şəxsin Cəmiyyət sədri olduğunu, 2015-ci ildə bu günə qədər X8 tərəfindən nüfuzdan salındığını, xüsusi ittiham qaydasında şikayətin tələblərinə əməl olunmadığını, cinayətin harada baş verməsini, maddi ziyanın məbləğinin göstərilmədiyini bildirərək, cinayət və cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq xüsusi ittiham qaydasında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək, xüsusi ittiham qaydasında şikayəti araşdıraraq hesab edir ki, həmin şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293-3.1-293.3.7ci maddələrinin tələblərinə görə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası göstərilir. Həmin Məcəllənin 299.3.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olubolmaması barədə məsələlərə baxılır. Xüsusi ittiham qaydasında şikayətdən, xüsusi ittihamçı tərəfindən məhkəməyə təqdim olunan sənədlərdən və CD diskdəki görüntülərdən şikayətdə göstərilən cinayətin harada, nə vaxt və necə törədilməsi, törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər mötəbər sübutlarla təsdiq edildiyi əks olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 X12 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-220/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-220/2020
28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver