Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-220/2021 22.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X11 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X9 Zərər çəkmiş şəxs: “xxxx” Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, məhkumluğu ödənilməyən, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 02-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə üzərinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin “AZ1108. Bakı şəh., Z.Bünyadov 43, №128, “07” iyun 2019 il” ştampı vurulmuş, eləcə də “Verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o həqiqətən də 1.126,42 (bir min yüz iyirmi altı) manat məbləğində pensiya alır. Pensiyanı 30.05.2014 ömürlük 2-ci qrup (əlil) görə alır” sözləri yazılmış, habelə rəis müavini Mail Məmmədovun, baş mühasib Zenfira Abdullayevanın və icraçı Gülsuğra Pənahovanın ad və soyadlarının qarşısında başqa şəxs tərəfindən icra olunmuş imzalar olan arayışı 11.06.2019-cu il tarixdə istintaqa X8 adlı kimi məlum olan şəxsdən əldə edib həmin günü saat 10 radələrində ünvan 1 ünvanda yerləşən “xxxx” BOKT MMC-yə təqdim edərək bu sənəd əsasında onunla bağlanılmış 1-39212-16647 nömrəli, 11.06.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn pul qəbzini 11 iyun 2019-cu tarixdə, saat 10 radələrində ünvan 2 ünvanda yerləşən “xxxx” ASC-nin “Nəsimi” filialına verib texniki qurğu (skan fotoaparatı) vasitəsilə kompyuterə köçürülmüş, qrafik proqramı təminatından istifadə edilməklə birbaşa axınlı printerdə çap edilmiş, idarənin möhür və ştampının eksperimental əks nümünələri ilə eynilik təşkil edən, bilə-bilə hüquq verən rəsmi sənəd hesab olunan saxta arayışdan istifadə etməklə “xxxx” BOKT MMC-nin “xxxx” ASC-də olan hesabından 7.300 manat pulu nağd şəkildə ələ keçirərək zərər çəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2019-cu ilin iyun ayında bir nəfər şəxs ona tanımadığı X8 adlı şəxsin yüksək pensiya almağa dair saxta arayış düzəldib iki-üç min manata satdığını demiş, o da bundan istifadə edib bankların birindən kredit götürüb həmin məbləği ödəməməklə vəsaiti ələ keçirmək qərarına gəlmişdir. Əyyubun yerini öyrənib Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən çayxanaların birində onunla görüşmüşdür. Orada o, Əyyuba saxta pensiya arayışı ilə kredit götürmək istədiyini bildirmişdir. Əyyub da belə arayışla və özünə bir zamin göstərməklə “xxxx” BOKT MMC-dən ən çox 10.000 manat götürə biləcəyini və bu arayışı 3.000 manata verə biləcəyini söyləmişdir. Onunla razılığa gəldikdən sonra şəxsiyyət vəsiqəsini ona vermiş, tanışı Şahid1 isə kredit götürdüyü təqdirdə həmin vəsait hesabına birgə taxta sexi açacağını vəd verib ondan zamin olmasını xahiş etmiş, sonuncu da buna etiraz etməmişdir. 11.06.2019-cu il tarixdə, saat 10 radələrində Əyyub onu zamini Salmanla bərabər ünvan 1 ünvanda yerləşən “xxxx” BOKT MMC-yə çağırmışdır. Orada Əyyub ona guya 30.05.2014-cü il tarixdən ömürlük 2-ci qrup əlil olduğu üçün 1.126,42 manat pensiya aldığına dair arayışı verərək kredit mütəxəsisi tərəfindən verilən sualların cavablarını ona xatırlatmışdır. Daha sonra zamini Salmanla bərabər banka daxil olub növbə götürməklə bank işçisinə yaxınlaşıb sənədləri təqdim etdikdən sonra sonuncunun suallarına Əyyubun öyrətdiyi cavabları vermişdir. Bankda ona zamini Salmanın rəsmi iş yeri olmadığından ancaq 7.000-7.300 manat kredit ala biləcəyi deyilmişdir. 11.06.2019-cu il tarixdə, saat 11 radələrində bankdan ona zəng olunub ünvan 2 ünvanda yerləşən “xxxx” ASC-nin “Nəsimi” filialına dəvət edilmişdir. Orada 7.300 manat pulu kredit götürdükdən sonra aralarında razılaşdıqları kimi o, arayışa görə Əyyuba 2.000 manat pul vermiş, Salmana isə heç nə verməyərək qalan vəsaiti öz ehtiyaclarına xərcləmiş, kredit üzrə ödəniş etməmişdir. Məhkəmədə zərər çəkmiş şəxs xxxxBOKT MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, cəmiyyət tərəfindən kredit verildikdə müştəri “xxxx”, “Rabitəbank” və “xxxx” ASC-lərdə öz adına hesab açdırdıqdan sonra pul vəsaiti bu hesablara köçürülür. Təqsirləndirilən şəxs 11.06.2019-cu il tarixdə, saat 10 radələrində 7.300 manat məbləğində pulu kredit götürmək üçün şirkətdə kredit mütəxəsisi kimi olan, hazırda isə “Əcəmi” fililalının müdiri işləyən Şahid2 yüksək məbləğdə pensiya almasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin gerb şəkilli möhürü, eyni zamanda həmin idarənin “Az1108. Bakı şəh., Z.Bünyadov 43 ünvan, nömrə 128, 07 iyun 2019-cu il tarixli” ştampı vurulmuş, eləcə də “verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o 30.05.2014-cü il tarixdən ömürlük 2-ci qrup əlilliyə görə həqiqətən də 1.126,42 (bir min yüz iyirmi altı) manat məbləğində pensiya alır” sözləri yazılmış saxta arayışı və digər zəruri sənədləri təqdim etmiş, souncu bu arayışın saxta olduğunu bilməmişdir. Beləliklə təqdim olunan sənədlərin saxta olduğunu bilmədən Təqsirləndirilən şəxs 7.300 manat məbləğində kredit ayrılmışdır. Təqsirləndirilən şəxs 11 iyun 2019-cu tarixdə “xxxx” ASC-nin Nəsimi filialında öz adına cari hesab açdırmış, cəmiyyət tərəfindən onun üçün ayrılmış 7.300 manat kredit bu hesaba ödənilmişdir. Təqsirləndirilən şəxs krediti götürdükdən sonra ödəniş etməmiş, bununla bağlı Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılmış və məhkəmənin 25.02.2020-ci il tarixli qətnaməsi ilə 8.532,50 manat məbləğində pulun ondan tutularaq “xxxx” BOKT MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Vurulmuş zərər ödənilmədiyindən şirkət təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 zərər çəkmiş şəxs xxxx BOKT MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: “xxxx” BOKT MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 11 iyun 2019-cu il tarixli, BAKU1-39212-16647 saylı kredit müqaviləsinə görə Təqsirləndirilən şəxs 7.300 manat məbləğində illik 25 faiz ödəmək şərtilə 24 ay müddətinə kredit verilir, borc alan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə edir və bu müqavilənin tərkib hissəsi olan razılaşmaya əlavə edilmiş ödəniş cədvəlində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə annuitet ödənişləri və bu müqavilədə nəzərdə tutulduğu halda həm də dəbbə pulunu kredit verənə ödəməyi öhdəsinə götürür (İ cild, i.v.09-11, 13); 11 iyun 2019-cu il tarixli, BAKU1-39212-16647+BAKU1-39231 saylı zaminlik müqaviləsinə əsasən Şahid1 11 iyun 2019-cu il tarixli, BAKU1-39212-16647 saylı kredit müqaviləsinə əsasən “xxxx” BOKT MMC-dən kredit götürmüş borcalan Təqsirləndirilən şəxs kreditor qarşısında götürdüyü öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə pulu və ya sığorta borcu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda məsuliyyəti borclu ilə birgə öz üzərinə götürür (İ cild, i.v.12); Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Sənədlərlə iş sektoruna məxsus “Arayışların qeydiyyatı kitabı”ndan olan çıxarışdan aydın olur ki, həmin kitaba imza etməklə Təqsirləndirilən şəxs 07.06.2019-cu il tarixli, 128 nömrəli arayışın alması barədə heç bir məlumat mövcud deyil (İ cild, i.v.41-51); Üzərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, AZ 1108. Bakı şəh., Z.Bünyadov 43 ünvan, №128, “07” iyun 2019-cu il” ştampı vurulmuş arayışda qeyd olunur ki, “Verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o həqiqətən də 1.126,42 (bir min yüz iyirmi altı) manat məbləğində pensiya alır. Pensiyanı 30.05.2014 - ömürlük 2-ci qrup (əlil) görə alır. Rəis müavini: Mail Məmmədov, Baş mühasib: Zenfira Abdullayeva, İcraçı: Gülsuğra Pənahova” (İ cild, i.v.05); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin: 14.02.2020-ci il tarixli, 2984 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs adına olan 07 iyun 2019-cu il tarixli, 128 nömrəli “Arayış”ın üzərindəki möhür və ştamp əksləri hər hansı bir texniki qurğu (skaner, fotoaparat və s.) vasitəsilə kompyuterə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə bir başa axınlı printerdə çap edilmişdir. Təqsirləndirilən şəxs adına olan 07 iyun 2019-cu il tarixli, 128 nömrəli arayışın üzərindəki “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi” məzmunlu möhür və ştamp əksləri ekspertizaya təqdim edilmiş eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 61,52 manat təşkil edir (İ cild, i.v.63-67); 29.03.2020-ci il tarixli, 2985 saylı rəyinə əsasən ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs adına olan arayışda “Rəis müavini:, Baş mühasib:”, “İcraçı:” qrafalarındakı imzalar müvafiq olaraq X15, X3, X5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 112 manat təşkil edir (İ cild, i.v.69-72); “Maddi sübut kimi tanınmaq haqqında” 08.02.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs adına tərtib edilmiş, üzərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, AZ 1108. Bakı şəh., Z.Bünyadov 43 ünvan, №128, “07” iyun 2019-cu il” ştampı vurulmuş, “Verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o həqiqətən də 1.126,42 (bir min yüz iyirmi altı) manat məbləğində pensiya alır. Pensiyanı 30.05.2014 - ömürlük 2-ci qrup (əlil) görə alır” sözləri yazılmış arayış cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün iş materiallarına əlavə edilmişdir (İ cild, i.v.186); “Cinayət işinin materiallarından şəxs barəsində ayrıca cinayət işi ayrılması haqqında” 14.11.2020-ci il tarixli qərara əsasən istintaqdan gizləndiyi üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 05.07.2020-ci il tarixli qərarla Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən cinayət işinin icraatı dayandırılmışdır (İ cild, i.v.01-02); 08.02.2021-ci il tarixli “Şahidin dindirilməsi” protokolunun surətinə əsasən X1 Məzahir Asim oğluna və digər şəxslərə kredit almaq üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin saxta arayışlarının satdığını bildirir (İ cild, i.v.192-196); “Sübutların qiymətləndirilməsi haqqında” və ”Cinayət işi materiallarından ayrıca şəxs barəsində ayrıca cinayət işi ayrılması haqqında” 09 fevral 2021-ci il tarixli qərarlarla ********* nömrəli cinayət işinin materiallarından X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (İ cild, i.v.197-204; 206-208); Sumqayıt Şəhər Məhkəməsinin 25.02.2020-ci il tarixli, 2(060)-815/2020 saylı qətnaməsi ilə “xxxx” BOKT MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanılmış 11 iyun 2019-cu il tarixli, BAKU1-39212-16647 saylı kredit müqaviləsi və 12 iyun 2019-cu il tarixli, BAKU1-39212-16647 saylı razılaşma ləğv edilmiş, əsas borc üzrə 7.300 manat, faiz borcu üzrə 912,50 manat, cərimə üzrə 300 manat olmaqla, cəmi 8.512,50 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumundan 20 manatın Təqsirləndirilən şəxs və Şahid1 müştərək qaydada tutularaq “xxxx” BOKT MMC-yə ödənilməsi qət edilmişdir (İ cild, i.v.155-157, İİ cild ); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16.01.2021-ci il tarixli, 4(006)-32/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.176- 180); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.01.2020-ci il tarixli arayışı və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə dələduzluğa görə məhkum olunmuş, o cümlədən Xaçmaz Rayon Məhkəməsinin 15.10.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07.07.2010-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 66.3 və 66.5-ci maddələri tətbiq edilməklə 08 il 01 ay 01 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cinayət qanunvericiliyinə edilmiş dəyişikliyə uyğun olaraq Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 27.01.2017-ci il tarixli qərarı ilə sonuncu hökmdən “Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərər çəkmiş şəxs X2 2.600 manat ziyan vurmasına dair” epizoddan “xeyli miqdarda” ifadəsi xaric edilmiş, həmin məhkəmənin 07.09.2017-ci il tarixli qərarı ilə o, ona təyin edilmiş cəzanın çəkilməmiş 10 ay 10 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad olunmuş, cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 31.05.2021-ci il tarixli qərarı ilə Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07.07.2010-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (İ cild, i.v.73-75,77-92, İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir (5-ci bənd). Etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə Cinayət Məcəlləsinin 178 və 320.2-ci maddələri ilə tövsif edilir (6-cı bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən 11.06.2019-cu il tarixdə əməl törədildikdən sonra 05.07.2020-ci il tarixdə iş üzrə icraat onun istintaqdan qaçıb gizləndiyi üçün dayandırıldığından Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş böyük ictimai təhlük törətməyən əmələ münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdir. Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.3-cü maddəsinə görə cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əvvəllər də anoloji cinayətlərə görə məhkum olunduğunu və hazırda da məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayətlərin törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə görə cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 14 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda ekspertiza tədqiqatlarının dəyəri 173,52 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış, üzərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, AZ 1108. Bakı şəh., Z.Bünyadov 43 ünvan, №128, “07” iyun 2019-cu il” ştampı vurulmuş, “Verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o həqiqətən də 1.126,42 (bir min yüz iyirmi altı) manat məbləğində pensiya alır. Pensiyanı 30.05.2014 - ömürlük 2-ci qrup (əlil) görə alır” sözləri yazılmış arayış cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cümaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə(vəkilə)ödənilən haqq hər iş saatı üçün6manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil bürosunun vəkili X12 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə, həmin Məcəllənin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, üzərində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi, AZ 1108. Bakı şəh., Z.Bünyadov 43 ünvan, №128, “07” iyun 2019-cu il” ştampı vurulmuş, “Verilir Təqsirləndirilən şəxs ondan ötrü ki, o həqiqətən də 1.126,42 (bir min yüz iyirmi altı) manat məbləğində pensiya alır. Pensiyanı 30.05.2014 ömürlük 2-ci qrup (əlil) görə alır” sözləri yazılmış arayış cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatlarının dəyəri 173 (yüz yetmiş üç) manat 52 (əlli iki) qəpik pul tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili X12 dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-220/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-220/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver