Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-220/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1969-cu ildə Füzuli rayonu, Xatınbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Füzuli rayonu, Xatınbulaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs binaya qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 21 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanının giriş qapısının açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olub yataq otağındakı şkafın içərisindən Zərərçəkmiş şəxs məxsus 9000 manat nağd pulu, həmin dövrün məzənnəsi ilə 255 manat təşkil edən 150 ABŞ dollarını, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 450 manat dəyərində qızıl üzüyü və 50 manat dəyərində qol saatını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs ümumilikdə 9755 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq, quldurluq və başqa bu cür cinayətlər görə bir neçə dəfə məhkum olunmuşdur. 23 oktyabr 2024-cü il tarixdə o, oğlu və həyat yoldaşı oğlunun idarə etdiyi avtomobillə Bakı şəhərindən axşam saat 21 radələrində çıxaraq Sumqayıt şəhərində yaşayan qohumlarının evinə gedərkən yolda polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu oğluna məxsus avtomobildən düşürüb Nəsimi rayonu ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı polis bölməsinə getməli olduğunu bildirmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişdir. Bölmədə onu oğurluq barədə sorğu-sual etmişlər. Polis əməkdaşlarına bildirmişdir ki, heç bir oğurluq etməmişdir. Daha sonra onu rəisin otağına aparmışlar və orada rəis oğurluq edən şəxsin o, olub-olmadığını soruşmuşdur. O, isə heç bir oğurluq etmədiyini bildirmişdir. Daha sonra ona şəkil göstərərək həmin şəxsin o, olub-olmadığını soruşmuş, o, isə şəkildəki şəxsin o, olduğunu lakin, onun həmin ərazidən keçərək dərman almağa getdiyini bildirmişdir. Bundan sonra rəis polis əməkdaşlarına bildirmişdir ki, hadisə ətraflı araşıdırılmalıdır. Daha sonra polis əməkdaşları onu yenidən sorğu-sual etdilər. Ona videogörüntü göstərilərək, həmin videogörüntülərdə olan şəxsin o, olduğunu, 21 oktyabr 2024-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanından oğurluü etdiyini bildirmişlər. O, isə bildirmişdir ki, həmin ərazidən saat 11:30 radələrindən keçərək aptekə getmişdir. O, hər hansı evdən oğurluq etməmişdir. O, polis əməkdaşlarından xahiş etmişdir ki, onu şikayət edən xanımla üzləşdirmə etsinlər. Belə ki, həmin xanım ifadəsində saat 02 radələrində yuxudan oyandıqda qapının çıxışında gənc oğlan olduğunu gördüyünü bildirmişdir. Lakin, o, həmin ərazidən saat 11:30 radələrində keçmişdir. O, ifadəsinin hadisə yerində yoxlanılmasını və orada olan kameragörüntülərinin tam versiyasına onun iştirakı ilə baxış keçirilməsini tələb etsə də, polis əməkdaşları onun sözlərinə məhəl qoymamışdır. O, dəfələrlə bildirmişdir ki, həmin ərazidən keçib getmişdir. Onun geriyə qayıtmasını və qeyd olunan ünvana daxil olmasını videogörüntülər vasitəsi ilə sübut edilməsini xahiş etmişdir. Bundan sonra onu polis bölməsinə aparan polis əməkdaşları onu döymüşlər və vəziyyəti ağır olduğu üçün 3 gün xəstəxanada yatmışdır. Daha sonra isə o, Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə yerləşdirilmişdir. İbtidai istintaqı aparan müstəntiqə dəfələrlə onun təqsirinin olmamasını, ekspertizalar təyin edilməsini, əməlin onun tərəfindən törədilməsini təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməsini xahiş etsə də, müstəntiq onun sözlərinə məhəl qoymamışdır. Müstəntiq ilk əvvəl bildirmişdir ki, iş hər tərəfli araşdırılmışdır, hadisə yerindən tapılmış pul qabında onun baş barmağının izi çıxmışdır. O, isə buna etiraz etmiş, belə bir halın olmadığını və tək baş barmağı ilə pul qabını götürülməsinin qeyri-mümkün olduğunu bildirmişdir. Bundan sonra müstəntiq ittihamı dəyişərək torbada onun barmaq izinin çıxdığını bildirmişdir. O, ibtidai istintaq zamanı təzyiqlərə məruz qalmışdır. O, Zərərçəkmiş şəxs tanımır və heçkimin evindən oğurluq etməmişdir. Ona görüntülər təqdim olunmuşdur. Videoda olan və həyətə daxil olan şəxs o, deyil. 21 oktyabr 2024-cü il tarixdə oğurluq baş verən tarixdə Bakı şəhəri, Nəsimi rayonu ərazisində olmuşdur. Həmin günü əynində qara rəngli gödəkçə, qara şalvar olmuşdur. O, Nəsimi rayonu, Azadlıq prospektində Nəsimi rayon polis idarəsinin yaxınında olan apteklərdən birindən dərman almışdır. Həmin aptekin ünvanı dəqiq yadında qalmamışdır. DİN-in KTİ-dən daxil hadisə yerindən ona məxsus əl-barmaq izlərinin aşkar olunması ilə razı deyil, oğurluq etməmiş və əl-barmaq izləri orada ola bilməz. Əgər o, həmin evdən oğurluq etmiş olsaydı, onun tək baş barmağının deyil, bütün barmaqlarının izi hadisə yerindən çıxardı. Sonda Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, pensiya alır. Özü şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Eşitmə qabiliyyəti zəifdir. Tək olduğu üçün qonşular ona ev işlərində bəzən kömək edirlər. Yaşadığı ev bir mətbəx və bir yataq otağından ibarətdir. Demək olar ki, o, heç yana getmir, bütün gün evdə olur. 21 oktyabr 2024-cü il tarixdə, saat 13:15 radələrində yaşadığı evdə yataq otağında yatmışdır. Evdə həmişəki kimi tək olmuşdur. Yatdığı vaxt qapı açıq olmuşdur. Saat 14:15 radələrində evdən kiminsə çıxmasını görmüşdür. Həmin şəxsi səsləyərək çağırmış, lakin naməlum adam ona cavab vermədən qapıdan çıxmışdır. Evə başqa şəxsin daxil olmasına görə narahat olaraq şkafa baxanda şkafda olan özünə məxsus parçadan olan pul qabısımn içərisindən 9000 manat pulun, 150 ABŞ dollarının və bir ədəd qızıl üzüyünün, həmçinin qızıl olmayan saatın oğurlandığını aşkar etmişdir. Bu barədə ev telefonu ilə qohumu X2 məlumat vermişdir. Onlar da DİN-in 102 xidmətinə telefonla məlumat vermişlər. Bir qədər sonra ögey oğlu Şahid1 da onun yaşadığı evə gəlmişdir. O, Rubikə evdən oğurluq olmasını bildirmişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirilmiş və şəkillər çəkilmişdir. O, polis əməkdaşlarına pulun və qızılın oğurlandığı yeri göstərmişdir. Evinə daxil olan şəxs evdən iti addımlarla çıxdığına görə həmin şəxsin üzünü görə bilməmişdir. Həmin vaxt yuxulu olmuşdur. O, ayaq səslərinə oyanmışdır. O, yatanda evinin giriş qapısını bağlamamışdır. Həmin şəxs ancaq qapıdan içəri daxil ola bilərdi. Oğurlanmış qızıl üzük 450 manat, saat isə sarı qızılı rəngdə olmuş, lakin qızıl olmamışdır. Saatın qiyməti 50 manatdır. Həmçinin, evindən 9000 manat pul və 150 ABŞ dolları oğurlanmışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərin ödənilmədiyini, Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş zərərin tam ödənilməsini tələb etdiyini, Təqsirləndirilən şəxs tutulmasını istəmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Şaxuar qızı onun ögey anasıdır. Atası mərhum Balaca Səfərovun ikinci həyat yoldaşıdır. Onun atası X3 Sahibə ilə Bakı şəhəri, Nəsimi rayonu M.Rəfili küçəsində yaşamışlar. Atasının sağlığında onların evinə gedib gəlmişdir. 2004-cü ildə atası öldükdən sonra o, həmin evə az-az getməyə başlamışdır. Buna baxmayaraq Sahibə müəyyən ev işləri ilə bağlı ona zəng edəndə onun yaşadığı evə gedib müəyyən məişət problemləri ilə bağlı kömək etmişdir. Sahibə özü pensiya alır, həm də onun öz qohumları, yəni qardaşları və bacıları ona maddi yardım edirlər. Maddi cəhətdən çətinlik çəkmir. 21 oktyabr 2024-cü il tarixdə təxminən saat 15 radədərində o, yaşadığı evdə olarkən Sahibə onun ev telefonuna zəng edərək evindən oğurluq olduğunu bildirmişdir. O da buna görə evdən çıxıb Sahibənin yaşadığı evə getmişdir. Evə çatdıqdan bir qədər sonra polis əməkdaşları gəlmişlər. Sahibə bildirmişdir ki, həmin günü, yəni 21 oktyabr 2024-cü il tarixdə günorta saatlarında yataq otağında çarpayıda yatarkən bir nəfər şəxsin mənzilin giriş qapısından həyətə çıxmasını görmüşdür. Lakin həmin şəxsin üzünü və evdən oğurluq etməsini görməmişdir. Polis əməkdaşları hadisə yerinə baxış keçirtmişlər. Foto şəkillər çəkilmişdir. Sahibə yataq otağındakı şkafın içərisindən 9000 manat pul, 150 ABŞ dolları, bir ədəd qızıl üzük və bir ədəd saatın oğurlandığını demişdir. Bu barədə həm ona, həm də polis əməkdaşlarına danışıb və şifahi məlumat vermişdir. Sahibə bildirmişdir ki, oğurlanan pul həm pensiyasından özünün topladığı, həm də qohumlarının ona verdiyi pullar olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əmirxan oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Atası Rafiq əvvələr bir neçə dəfə məhkum olunmuşdur. Onlar ünvan 3 ünvanda yaşayırlar. O, iki-üç ay əvvəl **-BY-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə taksi kimi işləmişdir. 23 oktyabr 2024-cü il tarixdə onun idarə etdiyi “Toyota Prius” mt.rkalı avtomobillə Sumqayıt şəhərinə bibisigilə gedərkən yolda polis əməkdaşları onun maşınını saxlatmışlar. Atasını maşından düşürüb Nəsimi rayonu ərazisində baş vermiş oğurluq faktı ilə əlaqədar polis bölməsinə aparmışlar. Bundan sonra o, atasının polisə aparılmasına görə yoldan qayıtmışdır. Polis əməkdaşlarından onun haraya aparılmasını öyrənmişdir. Məlum olmuşdur ki, atasını Nəsimi RPİ-nin 21-ci PB-nə aparmışlar. O, da 23 oktyabr 2024-cü il tarixdə axşam saatlarında 21-ci Polis Bölməsinə getmişdir. Orada maraqlananda bilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu ərazisində Zərərçəkmiş şəxs evindən 9000 manat pul oğurlanmışdır. Atasını da bu hadisə ilə bağlı bölməyə aparmışlar. Lakin onun oğurluq hadisəsindən xəbəri olmamışdır. Polis bölməsində hadisə yerinin yaxınlığında qeydə alınmış video görüntüləri ona göstərmişlər. O, həmin görüntülərdə olan şəxsin atası olmasını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubikası CM-in 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1); “baxış aparılması haqqında” 21 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanıdır və Zərərçəkmiş şəxs məxsus pul və qızıl-zinət əşyaları oğurlanmış şkafın kənar hissəsindən əl-barmaq izləri götürülmüşdür (i.v. 5-10); “cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanıma haqqında” 27 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 20); “şübhəli şəxsin tutulması haqqında” 23 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2024-cü il tarixdə, saat 23:15-də Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Tutma 23 oktyabr 2024-cü il tarixdə, saat 23:10-da başlandı, saat 23:15-də qurtardı (i.v. 36); “hadisə yerinə baxış keçirilməsi barədə” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına baxış keçirilərək Zərərçəkmiş şəxs məxsus pul və qızıl-zinət əşyaları oğurlanmış şkafın kənar hissəsindən əl-barmaq izləri götürülmüşdür (i.v. 57-61); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyini Kriminalistik Tədqiqatlar İdarəsinin 25 oktyabr 2024-cü il tarixli məktubunsan görünür ki, ünvan 4 ünvanında yerləşən, Zərərçəkmiş şəxs məxsus mənzil 5-də baş vermiş oğurluq faktı ilə əlaqədar olaraq, hadisə yerinin xx.xx.2024-cü il tarixdə təkrar müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2024-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına BƏSİİ-dən daxil olmuş) xx.xx.1969-cu il tarixdə Füzuli şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. Digər eynilik aşkar edilməmişdir (i.v. 73); “şübhəli şəxsin azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, tutulmuş şəxs Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 75-76); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 20/2-18244 nömrəli məktubdan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Üztanıma” sistemi vasitəsilə aparılan araşdırmalar nəticəsində naməlum şəxsin xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur (i.v. 79-81); “şübhəli şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarın ləğv edilməsi barədə” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində istintaq olunan ********* nömrəli cinayət işi üzrə şübhəli şəxsin azad edilməsi və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərarı ləğv edilmişdir (i.v. 82); “əməlin tövsif edilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir (i.v. 83); “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 26 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. Qərar Təqsirləndirilən şəxs 26 oktyabr 2024-cü il tarixdə, saat 14:15-də elan edilmişdir (i.v. 85-86); “diskə baxış keçirilməsi haqqında” 26 oktyabr2024-cü il tarixli protokoldan görünür ki, DİN-nin X1 Xidmətinin Təhlükəsiz Şəhər Kameralarında xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsi ilə Azadlıq prospekti və S.Rüstəm küçələrinin kəsişməsindəki videogörüntüləri özündə əks etdirən 01 ədəd “DVD” diskə baxış keçirilmişdir. Video görüntülərə baxış zamanı müəyyən olundu ki, bir nəfər əynində qara gödəkçə və qara şalvar olan kişi cinsli şəxs ünvan 5 ünvanda yerləşən həyətə daxil olur və bir neçə dəqiqə keçdikdən sonra həmin ünvandan çıxır. Baxış zamanı həmin görüntüdəki kişi cinsli şəxsin əlamətlərinin hazırda iş üzrə Təqsirləndirilən şəxs ilə üst-üstə düşməsi aydın olur. Video görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərdə olan, xx.xx.2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən həyətə daxil olan və yenidən həmin həyətdən çıxaraq S.Rüstəm küçəsi istiqamətində hərəkət edən şəxsin ona heç bir aidiyyətinin olmadığını, heç bir həyətə və evə daxil olmadığını oğurluq etmədiyini bildirdi (i.v. 92); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 oktyabr 2024-cü il tarixli, 4(006)- 602/2024 nömrəli qərarından görünür ki, vəsatətin təmin olunması, Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, həbsdə saxlanılma müddətinin 2 (iki) həddində müəyyən edilməsi, həbsdə saxlanılma müddətinin əvvəlinin 26 oktyabr 2024-cü il tarixdən, saat 14:00-dan hesablanması qərara alınmışdır (i.v. 103-108); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış 13 noyab 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 181.3.2 və 181.3.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Qanunun Tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 181.3.2 və 181.3.4-cü maddələri xaric edilmiş, əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilərək cəzası 12 ilə endirilmişdir. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasından 02 ay 07 gün vaxtından əvvəl şərti azad olurmuşdur. xx.xx.2024-cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılmışdır (i.v. 126-129); Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2024-cü il tarixli, 4(006)- 721/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddətinin sonunadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i.v. 171-174); Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (i.v. 194-201); Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007))-447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v. 202-205); “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri və hadisənin görüntülərini özündə əks etdirən bir ədəd diskin, Azərbaycan Respublikası DİNnin baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş oğurluq hadisəsi baş vermiş Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsində və yaxın ərazilərdə TŞ kamerası vasitəsi ilə qeydə alınmış görüntülərin və Təqsirləndirilən şəxs fotoşəkilləri “Üztanıma” sisteminə əsasən maddi sübut kimi tanınması qərara alınmışdır (i.v. 207-212); “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 14 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 216-217); Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli, 25/48 nömrəli rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 7 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mənzil 5-də baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zaman götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əlbarmaq izi xx.xx.1969-cu il tarixdə Füzuli şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir (i.v. 231-235); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd olunur ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxsin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında birbirini tamamlayan sübutlar, o cümlədən zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs hadisə yerindən ona məxsus əlbarmaq izlərinin aşkar olunması ilə razı olmamasına, həmin evdən oğurluq etmiş olsaydı, onun tək baş barmağının izi deyil, bütün barmaqlarının izlərinin hadisə yerindən çıxmalı olduğuna dair bildirdiklərinə münasibətdə xüsusilə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əvvəllər eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunduğu Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü nəzərdən keçirilən zaman, sonuncunun 1(060)- 92/2022 saylı cinayət işinin məhkəmə istintaqı dövründə də hazırkı məhkəmə istintaqında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verməsi müəyyən olunmuşdur. Bununla da, aparılmış araşdırmalar zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs eyni taktika ilə oğurluq edərək, eyni senarini əzbərləyərək israrla qanunu yanıltmağa əzm göstərməklə törətmiş olduğu cinayət əməlini ört-basdır etməyə çalışmışdır ki, bu məqamda məhkəmə istintaq hərəkətlərinin tam, obyektiv və hər tərəfli aparıldığını, iş üzrə kriminalistik araşdırmaların nəticəsi ilə cinayətin mexanizminin açılmasını, bununla da qanunun aliliyini Təqsirləndirilən şəxs diqqətinə çatdırır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25 may 2009-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. İş materiallarından görünür ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.3.2 və 181.3.4-cü maddələri ilə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2017-ci il tarixli Qanunun Tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 181.3.2 və 181.3.4-cü maddələri xaric edilmiş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrinə tövsif edilərək cəzası 12 ilə endirilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007))-447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən qalan 02 ay 07 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə cəzası bitmiş və qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü (Qaradağ Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı nəzərə alınmaqla) ilə təyin edilmiş qəti cəzasının sonu ilə azad (xx.xx.2020-ci il tarixdə) edildiyi vaxtdan 6 (altı) il keçmədən, yəni ağır cinayət törətməyə görə məhkumluğu ödənilmədən 28 aprel 2021-ci il tarixdə yenidən qəsdən cinayət törətmiş və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007))-447/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Əmirxa oğlu Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasından şərti olaraq vaxtından əvvəl azad edildiyi vaxtdan 2 (iki) il keçmədən, az cinayət törətməyə görə məhkumluğu ödənilmədən 21 oktyabr 2024-cü il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Beləliklə də, məhkəmə istintaqı zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə 21 oktyabr 2024-cü il tarixdə cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, qəsdən ağır (Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2009cu il tarixli hökmü) və az ağır (Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-92/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü) cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs Əmirxa oğlu yenidən qəsdən az ağır cinayətlər kateqoriyasına aid cinayət törətdiyindən, onun əməlində cinayətlərin residivi vardır və bu residiv təhlükəli residiv sayılır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilir: «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Yəni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur.». Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran hallar, əvvəllər eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmaması və cəzanı ağırlaşdıran halların olması, əvvəllər eyni kateqoriyalı cinayət əməlinə görə məhkum olunması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq zamanı 23 oktyabr 2024-cü il tarixdən – 25 oktyabr 2024-cü il tarixədək tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində cəza müəyyən edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.3), cəza çəkməsinin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri və hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk, Azərbaycan Respublikası DİNnin baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş oğurluq hadisəsi baş vermiş Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsində və yaxın ərazilərdə TŞ kamerası vasitəsi ilə qeydə alınmış görüntülər və Təqsirləndirilən şəxs fotoşəkilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, Müdafiəçi 07 fevral 2025-ci il – 25 aprel 2025-ci il tarixlərdə keçirilmiş 06 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 18 saat vaxt sərf etmişdir. Həmçinin, Müdafiəçi 16 may 2025-ci il – 24 sentyabr 2025-ci il tarixlərdə keçirilmiş 08 məhkəmə iclasında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 24 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 18 saata görə 106 (bir yüz altı) manat, 28 aprel 2025-ci il tarixdən sonra Təqsirləndirilən şəxs müdafiəsi üçün sərf etdiyi 24 saata görə 264 (iki yüz altmış dörd) manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 23 oktyabr 2024-cü il tarixdən – 25 oktyabr 2024-cü il tarixədək tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 26 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – hadisə yerinə baxış zamanı götürülmüş əl-barmaq izləri və hadisənin görüntülərini özündə əks etdirən bir ədəd disk, Azərbaycan Respublikası DİNnin baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş oğurluq hadisəsi baş vermiş Bakı şəhəri, Nəsimi rayonu, M.Rəfili küçəsində və yaxın ərazilərdə TŞ kamerası vasitəsi ilə qeydə alınmış görüntülər və Təqsirləndirilən şəxs fotoşəkilləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 18 saata görə 106 (bir yüz altı) manat, 24 saata görə 264 (iki yüz altmış dörd) manat olmaqla, cəmi 370 (üç yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-220/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-220/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver