Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-221/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Abdurəhmanlı Pinar Zakir qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir uşağı olan, orta təhsilli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşamış, Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(008)-38/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsəddə Zərərçəkmiş şəxs qəyyumu olduğu Gülsüm Dadaşovanın "uşaq serebral iflicinə” tutulduğuna görə insanlardan əməliyyat olunması üçün maddi yardım göstərilməsi məqsədilə “Azad Azərbaycan” televiziya kanalında yayımlanan “Həyat Gözəldir” verlişində çıxaraq mobil telefon nömrəsinin həmin kanalda qeyd olunmasından istifadə edərək Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng vurub özünü adının bilinməsini istəməyən xeyirxah insan kimi təqdim edərək Türkiyə Respublikasında Gülsüm Dadaşovanın əməliyyatının təşkili üçün 50.000 manat pul lazım olduğunu, özünün 40.000 manat yardım edəcəyini, əlavə olaraq tələb olunan 10.000 manat pulun sonuncu tərəfindən verildiyi təqdirdə əməliyyatın icra ediləcəyinə dair yalan verib aldadaraq, bu adla 25 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs tərəfindən “xxxx” ASC-nin Masallı filialından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə tanışı Şahid2 adına göndərilmiş 301 manat, vahid niyyətlə əhatə olunmuş qəsdlə 26 noyabr 2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsilə göndərdiyi, həmin dövrün məzənnəsi ilə 1.064 manat təşkil edən 40.000 rus rublunu, 29 noyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs “xxxx” ASC-nin Masallı filialından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə onun bacısı Şahid3 adına göndərdiyi 651 manat 95 qəpik məbləğində pulu, 30 noyabr 2019-cu il tarixdə Bakı şəhəri, Nəsimi rayonu 3-cü mikrorayon dairəsinin yaxınlığında Zərərçəkmiş şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsilə göndərdiyi, həmin dövrün məzənnəsi ilə 397 manat 50 qəpik təşkil edən 15.000 rus rublunu və 1.000 manat pulu, 02 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs “xxxx” ASC-nin Masallı filialından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəilə Şahid3 adına göndərdiyi 702 manat 10 qəpik məbləğində pulu, 04 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs “xxxx” ASC-nin Masallı filialından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə Şahid3 adına göndərdiyi 1003 manat pulu, 09 dekabr 2019-cu il tarixdə 23 dekabr 2019-cu il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs müxtəlif fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, istintaqa məlum olmayan taksi sürücüləri vasitəsilə göndərdiyi 3.100 manat pulu, 24 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs “xxxx” ASC-nin Masallı filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə tanışı X1 adına göndərdiyi 200 manat pulu, 27 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs “xxxx” ASC-nin Masallı filialından “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə N.İ.Məmmədovun adına göndərdiyi 401 manat 20 qəpik məbləğində pulu, 30 dekabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs “xxxx” ASC-nin Masallı filialından “Xəzri” pul köçürmə sistemi vasitəsilə N.İ.Məmmədovun adına göndərdiyi 230 manat pulu və 2020-ci ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 3007-ci məhəllədə yerləşən “Bravo” hipermarket mağazasının qarşısında Zərərçəkmiş şəxs fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan Şahid1 vasitəsilə göndərdiyi 800 manat pulu ələ keçirib verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 9850 manat 75 qəpik məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2019-cu ildə Azad Azərbaycan televiziyasına baxarkən Zərərçəkmiş şəxs adlı xanımın “Həyat gözəldir” verlişində müsahibə verdiyini və müsahibə zamanı qızının “serebral iflic” xəstəsi olmasını bildirməsini görmüşdür. Belə ki, həmin xanım qızına yardım etmək üçün imkanlı şəxslərdən kömək istəyirdi. Bu zaman düşünmüşdür ki, imkanlı şəxslər ona yardım edəcək və o da həmin pulu götürüb öz maddi xərclərinə ödəmiş olacaqdır. Bu an onların kəskin pula ehtiyacları olduğunu görmüşdür. Çıxılmaz və ağır vəziyyətdə olmalarını dərk edib hər cür yardım təklifini qəbul edəcəklərini və inanacaqlarını düşünərək Zərərçəkmiş şəxs verliş zamanı paylaşılan mobil telefon nömrəsinə zəng edərək yardım etmək niyyətində olduğunu bildirmişdir. Özünü ilk öncə xeyirxah insan, daha sonra isə X2 təqdim edərək ona qardaşı qızı Dadaşova Gülsüm haqqında müxtəlif suallar verərək onunla həqiqətən marağlandığına inandırmışdır. Gülsümün müayinəsi və təminatı üçün zərruri olan bütün xərcləri öz üzərinə götürdüyünü qeyd etmiş və bildirmişdir ki, müayinə Türkiyə Respublikası ərazisində keçiriləcəkdir. Zərərçəkmiş şəxs tələb olunan tək bir şey sadəcə viza olduğunu bildirmiş və 1300 manat xərc lazım olduğunu qeyd etmişdir. Lakin Zərərçəkmiş şəxs ona bu qədər vəsaitinin olmadığını söyləmişdir. O, maaş aldığı zaman 1000 manatı öz cibincən qoycağını söyləyib 300 manatı ondan yollamasını istəmişdir. Bundan sonra tanışı Şahid2 şəxsiyyət vəsiqəsinin surətini istəyib onun adına çatası pul göndəriləcəyini bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs Şahid2 məlumatların söyləyərək pulu onun adına köçürməsini söyləmişdir. 25.11.2019-cu il tarixində pul köçürüldükdən sonra pulun çatdığını bildirmişdir. Sonralar mütəmadi telefonla əlaqə saxlayırmış və danışıqların birində Gülsümün Bakı şəhərində daimi yaşaması üçün yaşayış yerinin olub-olmamasını soruşmuşdur. Xeyr cavabını aldıqdan sonra Tohidəyə, əlillər üçün yeni inşa edilən binada mənzillərin olduğunu və bunun üçün ilkin ödərniş olaraq 650 manata ehtiyac olduğunu bildirmişdir. Bacısı Şahid3 şəxsiyyət vəsiqəsi məlumatlarını alıb Tohidəyə yollayaraq bu şəxsin adına pulu köçürməsini söyləmişdir və 29.11.2019-cu il tarixdə 650 manat pulu Şahid3 adına göndərtmişdir. Daha sonra telefon danışığı zamanı X4 əməliyyat edilməsi üçün 50 000 (olli min) manat pula ehtiyac olduğunu qeyd edib, özünün 40 000 (qırx min) manat ayırdığını bildirmişdir. Qalan 10 000 manatın isə Tohidə tərəfindən ödənilməli olduğunu qeyd etmişdir. Tohidə vəsaiti olmadığı bildirmiş və qohumlarından, qonşularından borc alaraq, özünə və Gülsüm Dadaşovaya məxsus olan qızıl-zinət əşyalarını satıb nəğdləşdirərək 02.12.2019-cu il tarixdə Şahid3 adına 700 manat, 04.12.2019-cu il tarixdə isə 1000 manat göndərmişdir. Bundan sonra Tohidə ondan qohumlardan və qonşulardan götürdüyü pulu necə qaytaracağını bilmədiyini qeyd etdikdə ona bunun üçün köməklik edəcəyini qeyd edib və məşğulluq mərkəzində tanışlarının olduğunu bildirərək qohum və qonşuların verdiyi pul müqabilində həmin şəxslərə iribuynuzlu heyvan verəcəyini demişdir. Borc verən qonşulardan isə hər hansı birinin iribuynuzlu heyvana ehtiyacı olmadığı təqdirdə 50 yaşdan yuxarı şəxslərə xəstəliklə təqaüdə çıxara biləcəyini söyləmişdir. Eyni zamanda qohum və qonşular arasında təqaüdə çıxmaq istəyən şəxslərə də yardım edə biləcəyini qeyd etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs yaxşılıq etmək üçün pul yardımında kömək edən şəxslərə də hətta təqaüd düzəltdirmək üçün bəhanə edərək müxtəlif tarixlərdə 300 manat, 700 manat, 450 manat, 900 manat və 800 manat pul almışdır. Daha sonra o, 24.12.2019-cu il tarixdə və 30.12.2019-cu il tarixdə əvvəlcə 200 manat, daha sonra isə 230 manat pulu da Tohidədən vahid niyyətlə almışdır. 27.12.2019-cu il tarixdə mənim ona verdiyi N.İ.Məmmədovun şəxsiyyət vəsiqəsinin məlumatları əsasında onun adma Tohidə 400 manat pul yollamışdır. Həmçinin bir neçə dəfə yol maşınları ilə pul və ərzaq məhsulları göndərmişdilər. Belə ki, 26.11.2019-cu il tarixdə Mahir adlı sürücü vasitəsilə 40 000 (qırx min) rubl pulu Bakı şəhərində almışdır. 30.11.2019-cu il tarixdə yenidən Mahir vasitəsilə 15 000 rubl, 1000 AZN pul və 1 kq balı Bakı şəhərində almışdır. Təxminən 2020-ci ilin yanvar ayının əvvəllərində yenidən Şahid1 vasitəsilə 800 manat pulu almışdır. Qeyd olunan pulların hər birini Tohidənin qızı Gülsümün Türkiyədə müalicə edəcəyi adı altında almışdır. Bu gedişlə Tohidədən təxminən 10000 manat yaxın pul əldə edərək öz maddi xərclərimə ödəmişdir. Daha sonra özünü təqsirli bilərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ilin noyabr ayında istifadəsində olan mobil telefona zəng edərək özünü X2 təqdim edən şəxs ayrı-ayrı vaxtlarda Şahid3, Şahid2 və N.İ.Məmmədovun adına ona pul göndərimiş, ümumilikdə 10 min manat pulumu dələduzluq yolu ilə ələ keçirmişdir. Belə ki, ailə həyatı qurmadığından qardaşı Ramin Dadaşovun 2008-ci il təvəllüdlü Gülsün Dadaşovanı övladlığa götürmüş, qəyyumu olduğu 2008-ci il təvəllüdlü qardaşı qızı olan X5 “uşaq serebral iflici” xəstəliyindən anadan gəlmə əziyyət çəkmişdir. Gülsümün müalicə olunmasından ötrü külli miqdarda pul lazım olduğundan 2019-cu ilin əvvəllərində Azad Azərbaycan televiziyasında yayımlanan “Həyat Gözəldir” verilişinin rəhbərliyinə ərizə ilə müraciət etmiş, ərizəsi qeydə alındıqdan sonra onu azyaşlı qardaşı qızı Gülsüm Dadaşova ilə birlikdə Bakı şəhərinə dəvət etmişlər. Bakı şəhərində olduğu zaman “Həyat Gözəldir” televiziya verilişinin heyəti Bakı şəhərində bacısının yaşadığı evə gələrək çəkiliş aparmışlar. 2019-cu ilin oktyabr ayında çəkilmiş süjet formasında Azad Azərbaycan telekanalında efirə getmiş və həmin süjetin təkrarı 2 həftə sonra yenidən efirə verilmişdir. Bu zaman qardaşı qızı Gülsüm Dadaşovaya maddi yardım göstərilməsindən ötrü onun əlaqə nömrəsi efirdə göstərilmişdir. Qardaşı qızı barəsində çəkilmiuş süjet efirə verildikdən sonra istifadəsində olan mobil nömrəyə tanımadığı şəxslər zəng etmiş, maddi yardım göstərmək üçün təkliflər etmişlər, Həmin ərəfədə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə hazırda xatırlamadığı müxtəlif nömrələrdən zəng edən şəxs əvvəlcə özünü təqdim diməyərək ona qəyyumu olduğu azyaşlı qardaşı qızı Gülsümə görə zəng etdiyini bildirmişdir. Həmin vaxt ondan Gülsümün xəstəliyi ilə bağlı məlumatlar almağa başlamış, daha sonra qardaşı qızı Gülsümün müalicə olunmasından ötrü hansısa dövlət qurumunun himayəsinda olub-olmamasını öyrənilmiş, Gülsümün müailəcəsini və digər təminat tələblərini öz üzərinə götürəcəyi ilə bağlı ona vədlər vermiş, lakin Gülsümün müayinə və müalicəsinin Türkiyə Respublikasında aparılacağını qeyd edərək həmin şəxs bunun müqabilində viza xərclərini özüniin çəkəcəyini bildirmişdir. "Türkiyə Respublikasına viza hazırlanması üçün ondan 1300 manat pul istəmiş, həmin zamana kimi nə qədər soruşsa da, telefonla danışan şəxs özünü təqdim etməmiş, xeyirxah biri olduğunu qeyd edərək adını hallanmasının istəmədiyini bildirmişdir. Həmin zaman xəstə olan qardaşı qızı Gülsümü fikirləşdiyindən həmin şəxsin dediklərinə inanmış, özünü təqdim etməyən şəxsə əvvəlcə 1300 manat pulunun olmadığını və elə bu səbəbdən də televiziyaya çıxaraq maddi yardım üçün müraciət etdiyini bildirmişdir. Həmin şəxs isə özü maaş aldıqdan sonra həmin pulun 1000 manatı özünün ödəyəcəyini, qalan 300 manat pulu isə yollamağı demişdir. Bu səbəbdən də həmin şəxsdən pulu necə göndərəcəyi barədə məlumat almış, özünü sonradan X2 təqdim edən şəxs ünvan və ad göndərəcəyini, bankdan həmin şəxsin adına pul yollamasını demişdir. Bu səbəbdən də 25.11.2019-cü il tarixdə Masallı şəhəri ərazisində yerləşən xxxxa getmiş və Elşən Paşayevin qeyd etdiyi Şahid2 adına 300 (üç yüz) manat pulu “Zalatoy Karona” pul köçürmələri üzrə əməliyyat sistemi vasitəsilə göndərmişdir. Həmin tarixdə təxminən 15 dəqiqə sonra Elşən Paşayev xatırlamadığı mobil nömrə ilə zəng edərək pulu götürdüyünü qeyd etmiş, bundan sonra X9 kimi təqdim edən şəxs mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamış, qardaşı qızı Gülsüm barədə maraqlanmışdır. Aralarında baş tutan telefon danışığı zamanı Elşən Paşayev qardaşı qızı Gülsümün Bakı şəhərində daimi yaşaması üçün yaşayış yerinin olub-olmamasını soruşmuş, xeyr cavabını verdikdən sonra ona əlillər üçün yeni inşa edilən binada mənzillərin olduğunu və bunun üçün ilkin ödəniş olaraq 650 manata ehtiyac olduğunu bildirmişdir. Yerdə qalan pulun isə hissə-hisssə ödəniləcəyini demiş, qardaşı qızı Gülsümün rahatlığını fikirləşdiyindən Elşən Paşayevlə razılaşmış, bu səbəbdən də 29.11.2019-cu il tarixdə 650 manat pulu Masalli rayonu ərazisində yerləşən xxxxa gedərək Elşən Paşayevin dediyi Şahid3 adina “Zalatoy Karona” pul köçürmələri üzrə əməliyyat sistemi vasitəsilə yollamışdır. Elşən Paşayev isə pulu götürdükdən sonra ona hər hansı problemin olması barədə məlumat verməmiş. Elşən Paşayev ilə tez-tez telefon danışıqları olmuş, telelon danışığı zaman Eİşən Paşayev qardaşı qızı Gülsüm Dadaşovanın əməliyyat edilməsi üçün 50 000 (əlli min) manat pula ehtiyacı olduğunu qeyd etmiş, özünün 40 000 (qırx min) manat ayırdığını bildirmişdir. Qalan 10000 manatın isə onun tərəfindən ödənilməli olduğunu qeyd etmiş, bu səbəbdən yenidən ondan pul istəmişdir. Məcburiyyət qarşısında qohumlardan, qonşulardan borc almış, özünə və Gülstim Dadaşovaya məxsus olan qızıl-zinət əşyalarını satmış, 02.12.2019-çu il tarixdə “Zalatoy Karona” pul köçürmələri üzrə əməliyyat sistemi vasitəsilə Şahid3 adına 700 manat, 04.12.2019-cu il tarixdə isə 1000 manat Zalatoy Karona” pul köçürmələri üzrə əməliyyat sistemi vasitəsi ilə göndərmişdir. Bundan sonra Elşən Paşayevə qohumlardan və qonşulardan götürdüyü pulu necə qaytaracağını bilmədiyini demiş, Elşən Paşayev isə bunun üçün ona köməklik edəcəyini bildirmiş və məşğulluq mərkəzində tanışlarının olduğunu bildirərək qohum və qonşuların verdiyi pul müqabilində həmin şəxsləri işlə təmin edib, iribuynuzlu heyvan verəcəyini demişdir. Borc verən qonşulardan isə hər hansı birinin iribuynuzlu heyvana ehtiyacı olmadığı təqdirdə 50 yaşdan yuxarı şəxslərə xəstəliklə təqaüdə çıxara biləcəyini qeyd etmiş, eyni zamanda qohum və qonşular arasında təqaüdə çıxmaq istəyən şəxslərə də yardım edə biləcəyini bildirmişdir. Bu səbəbdən də yaşadığı kənd ərazisində təqaüdə çıxmaq istəyən tanıdığı şəxslərə bu barədə məlumat vermiş, əvvəlcə qohumu Qasım Məmmədovdan 300 manat pul almış, daha sonra bacısı Baxçagül Rüstəmovdan da eyni qaydada 700 manat pul almışdır. Davamı olaraq qonşusu Şahid5 də 800 manat pul almış Elşən Paşayevə yollamışdır. Bundan sonra qonşusu Şahid6 da 400 manat, qohumu Şahid7 da 900 manat pul almış və Elşən Paşayevə göndərmişdir. Sonuncuya 24.12.2019-cu il tarixdə və 30.12.2019-cu il tarixdə xxxxa aid olan “XƏZRİ” pul köçürmə əməliyyat sistemi vasitəsi ilə əvvəlcə 200 manat, daha sonra isə 230 manat pııl yollamışdır. 27.12.2019-cu il tarixdə özünü Eİşən Paşayev kimi təqdim edən şəxsin dediyi N.İ.Məmmədovun adına “Zalatoy Karona” pul köçürmələri üzrə əməliyyat sistemi vasitəsilə 400 manat pul göndərmişdir. X9 kimi təqdim edən şəxsə bir neçə dəfə Bakı şəhərinə gedən yol maşınları ilə pul və arzaq məhsulları göndərmiş, 26.11.2019-cu il tarixdə yaşadığı evdə qohumu Şahid1 15 kq qoz və 40 000 (qırx min) rubl pul verərək Elşən Paşayevə Bakı şəhərində çatdırmasını bildirmişdir. Elşən Paşayev həmin zaman özünün gömrükdə işlədiyi səbəbindən pulu başqa şəxsin götürəcəyini bildirmiş, 30.11.2019-cu il tarixdə yenidən qohumu Şahid1 15 000 rubl, 1000 AZN pul və 1 kq bal verərək Bakı şəhərində Elşən Paşayevin adı ilə ona yaxınlaşacaq şəxsə verməsini bildirmişdir. Bundan təxminən 3-4 gün sonra yenidən yaşadığı evdə Şahid1 800 manat pul vermiş və yenidən həmin şəxsin Bakı şəhərində görüşərək pulu götürəcəyini bildirmişdir. Sonuncu dəfə 2020cı ilin yanvar ayının əvvəllində tanışı Şahid1 idarə etdiyi avtomobil ilə Bakı şəhərinə Elşənə 800 manat pul yollamışdır. 08.01.2020-ci il tarixdə Elşən Paşayevin ***-***-**-** saylı mobil nömrəsindən mcsa) daxil olmuş, daxil olmuş mesajda Elşənin yol nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət aldığı və müalicə almasından ötrü Rusiya Federasiyasına aparılması qeyd edilmişdir. Daha sonra Elşən adlı şəxslə heç bir zaman əlaqə saxlaya bilməmişdir. X9 kimi təqdim edən şəxsi heç vaxt canlı görmədiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ən ağır cəzanın verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Səftəli qızı və Şahid6 onlardan əvvəl zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid5 və Şahid7 ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs həmkəndlisidir. Gündəlik olaraq Bakı şəhərinə taksi fəaliyyətlə məşğul olmuş, 2019-cu ilin dekabr ayının əvvəlində Zərərçəkmiş şəxs istifadə etdiyi mobil telefona zəng etmiş, Bakı şəhərinə gedib-getməməsi barədə soruşmuşdur. Həmin vaxt Tohidəyə səhəri gün Bakı şəhərinə gedəcəyini demiş, bundan sonra həmin günü kənddə Tohidənin yaşadığı evin yaxınlığında görüşmüşdür. Ona Bakı şəhərinə zərfin içərisində pul göndərəcəyini və həmin pulu zərfin üzərinə yazdığı ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlayıb Baki şəhərində onunla görüşən şəxsə verməsini xahiş etmiş, bunun müqabilində Zərərçəkmiş şəxs ona 5 manat xidmət haqqı vermiş, həmin zərfi Tohidədən götürmüşdür. Tohidə həmin zərfdə pul olduğunu dediyi üçün zərfi avtomobildə saxlanc yerində saxlamış, Zərfin içini açmamış və orada nə qədər pul olduğunu bilməmişdir. Lakin ağ şəffaf kağız olan zərfdə pul olması görünmüş, bundan sonra səhəri gün, yəni 2019-cu ilin dekabr ayının əvvəllində Bakı şəhərinə müştəri aparmışdır. Həmin vaxt Bakı şəhəri, Nəsimi rayonu 3-cü Mikrorayon dairəsi adlanan ərazinin yaxınlığında Tohidə ona vermiş olduğu zərfin üzərindəki ***-***-**-** nömrəli mobil telefon ilə əlaqə saxlamış, Masallı rayonu Babaser kənd sakini Zərərçəkmiş şəxs pul zərfi göndərdiyini demişdir. Həmin şəxs 3-cü Mikrorayon dairəsinin yaxınlığına 10 dəqiqəyə çatacağını demiş, bundan sonra dövlət qeydiyyat nişanını xatırlamadığı “Opel” markalı taksi avtomobilindən sərnişin qismində düşən ilk dəfə gördüyü arıq, cavan yaşlarında oğlan yanına yaxınlaşmışdır. Həmin şəxs telefonda danışan şəxs olduğunu demiş və Zərərçəkmiş şəxs vermiş olduğu zərli vermişdir. Həmin şəxs sağollaşaraq getmiş, daha sonra bu barədə Tohidəyə zəng etmiş, həmin şəxsin pulu götürdüyünü demiş və öz işinin dalıyca getmişdir. Bundan bir müddət sonra 2020-ci ilin yanvar ayının əvvəlində Zərərçəkmiş şəxs yenidən istifadə etdiyi mobil telefona zəng etmiş. Bakı şəhərinə gedib-getməməsi barədə soruşmuşdur. “Tohidəyə gedəcəyini demiş, daha sonra həmin günü Tohidə ilə yenidən yaşadığı kənddə görüşmüş, sonuncu bu dəfə də zərf vermişdir. Tohidə zərfin içərisində pul olduğunu demiş, zərfin üzərinə Tohidə ilk dəfə apardığı nömrəni, yəni ***-***-**-** mobil telefon nömrəsini yazmışdır. Yenidən 2020-ci ilin yanvar ayının əvvəlində Bakı şəhərinə getmiş, həmin vaxt yenidən Bakı şəhəri Nəsimi rayonu 20 yanvar dairəsi adlanan əraziyə çatdıqda həmin mobil telefon nörməsinə zəng etmiş, etdiyi zəng başqa nömrəyə yönəlmiş və onunla danışan şəxsin səsi ilk dəfə danışan həmin oğlanın səsi olmuşdur. Həmin şəxsə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon ərazisi, Tbilisi prospektində yerləşən “Bravo” surpermarketin qarşısında olduğunu demiş, həmin şəxs xalırlamadığı taksi avtomobili ilə oraya gəlmiş, “Bravo” supermarketin qarşısında həmin şəxslə görüşmüşdür. Həmin oğlan cavan yaşlarında arıq ortaboylu və ilk dəfə pulu verdiyi oğlan olmuş, onunla görüşüb zərfi almış, Tohidə ilə əlaqə saxlayacağını demişdir. Bundan sonra həmin şəxslə sağollaşmış, Tohidəyə pulu dediyi nömrəni işlədən şəxsə verdiyini demiş, Tohidə həmin nömrəyə zəng etdiyini və zəng çatmadığını bildirmişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs pul göndərdiyi şəxsin Tohidəni aldatdığını, ayır-ayrı vaxtlarda Tohidənin himayəsində olan azyaşlı qardaşı qızının xəstəliyi ilə əlaqədar sonuncunun müalicəsi üçün pulu dələduzluq yolu ilə ələ keçirdiyini bilmiş, “Tohidə onunla sonuncu dələ 2020-ci ilin yanvar ayının əvvəlində pul zərfi Bakı şəhərinə həmin şəxs üçün göndərdikdən sonra həmin şəxsin Tohidənin zənglərinə cavab vermədiyini və sonuncu dəfə onunla göndərdiyi 800 manat pul olmaqla ümumilikdə 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış, əvvəllər heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 2019-cu ilin avqust ayında özünə məxsus Niva **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı rayonda satmış, daha sonra əlində olan əlavə pul ilə “turbo.az” internet səhifəsində tanıdığı əslən Lerik rayonunda olan Fərid adlı şəxin “Suzuki” markalı avtomobil satması barədə elan yerləşdirdiyini görmüşdür. Həmin şəxsin istifadə etdiyi 050775-50-04 mobil telefon nömrəsi ilə əlaqə saxlamış, həmin vaxt özünü Fərid adı ilə təqdim edən şəxsin mobil telefon nömrəsi ilə əlaqə saxladıqda sonuncu həmin avtomobilin qayınatasına məxsus olduğunu, avtomobilin hal- hazırda Lerik rayonunda olduğunu demişdir. Bundan sonra Fərid adlı şəxsin verdiyi mobil telefon ilə əlaqə saxladıqda yaşlı bir nəfər şəxsə Fərid, adlı şəxsin avtomobili satdığını dediyini söyləmiş, həmin şəxs ilə Lerik rayonunda görüşərək avtomobilə baxmışdır. Həmin Sultan adlı şəxsdən 2019-cu ilin noyabr ayının əvvəllərində “Suzuki” markalı avtombili 3500 manat pul qarşılığında satın almış və rəsmi sənədləşmə işləri olmuşdur. Bundan təqribən 1 həftə sonra həmin avtomobilin motorunda problemlər yaranmış və bankdan kredit götürüb avtomobili təmir elətdirmişdir. Həmin vaxt Soltan və Fəridin istifadə etdiyi mobil telefon nömrələrinə zəng etmiş, bu barədə həmin şəxslərə demişdir. Lakin sonda özü avtomobili düzəltmək məcburiyyətində qalmış, bundan sonra Fərid adlı şəxs ilə heç bir münasibətləri olmamışdır. Daha sonra təqribən 2019-cu ili 24 noyabr tarixində Fərid adlı şəxs istifadə etdiyi mobil telefon nömrəsi ilə ona zəng etmiş, özünə məxsus şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, ad, familiya və ata adını mobil telefona “Watsap” internet vasitəsilə göndərməsini demiş, Fəriddən nə səbəbə vəsiqəsini istədiyini soruşduqda Fərid 1 nəfər şəxsin ona pul borclu olduğunu, həmin pulu onun adına göndərəcəyini, pulu Lənkəran şəhərində çıxardıb Bakı şəhərində verməsini ondan xahiş etmişdir. Bundan sonra 26 noyabr 2019-cu il tarixdə Fərid adlı şəxsin adına göndrətdiyi pulu Lənkəran şəhərində yerləşən Rabitə bankın filialından çıxartmış, daha sonra həmin günü 300 manat pulu götürüb tanışlarının maşını ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi adlanan əraziyə getmişdir. Həmin vaxt Fəridin istifadə etdiyi mobil telefon ilə əlaqə saxlamış, Binə qəsəbəsinin mərkəzində görüşmüş, həmin vaxtı Fərid adlı şəxsi ilk dəfə görmüş, Fəridin adına göndərtdiyi 300 manat pulu sonuncuya vermiş, başqa heçnə soruşmamış, yaşadığı Lerik rayonuna qayıtmışdır. Həmin vaxt Fəridin hər hansı bir qeyri-qanuni iş ilə məşğul olması ağlına belə gəlməmiş, Masallı RPŞ-yə çağrıldıqdan sonra baş vermiş hadisə barədə məlumatı olmuşdur. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 məhkəməyə teleqram unvanlayaraq istintaqda verdiyi ifadəsini təsdiq etmiş və məhkəmə iclasını onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmə iclasında sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımır, onunla arasında heç bir münasibəti olmamışdır. Qardaşı Təqsirləndirilən şəxs əvvəllər dələduzluq cinayəti törətdiyinə görə dəqiq bilmədiyi məhkəmə tərəfindən məhkum olunmuşdur və barəsində çıxarılmış məhkəmə hökmünə əsasən hazırda azadlıqda şərti cəzasını çəkir. Qardaşı Fəridlə yaxşı münasibətdə olduğu üçün əvvəllər arabir yaşadığı evə gəlib ona baş çəkirdi, lakin son zamanlar onunla heç bir əlaqəsi yoxdur, harada olması barədə də heç bir məlumatı yoxdur. Bildirir ki, 2019-cu ilin dekabr ayının ortaları dəqiq xatırlamadığı tarixdə Fərid yaşadığı evə gəlmişdir. Söhbət zamanı o, dedi ki, onun arvadı Leylanın xalası Aynurə onların ailəsinə köməklik elmək məqsədilə pul göndərir və xahiş etdi ki, pulu onun adına göndərsinlər və onunla birliklə banka gedib həmin pulu götürməkdə köməklik etsin. Qardaşı Fəridin sözlərinə şübhə etmədiyindən və ona inandığı üçün onun təklifinə imtina etməmişdir. Həmin vaxt Fərid ona dedi ki, pulu adına göndərilməsi üçün şəxsiyyət vəsiqəsini ona versin və o, vəsiqənin məlumatını pulu göndərən şəxsə desin. O şəxsiyyət vəsiqəsini verdi və Fərid bir nəfər qadınla danışıb onun adına olan şəxsiyyət vəsiqəsinin məlumatlarını danışdığı dəqiq bilmədiyi qadına dedi. Sonra o qardaşı Fəridlə birlikdə 2019-cu ilin dekabr ayının ortaları dəqiq xatırlmadığı tarixdə Əhmədli qəsəbəsində yerləşən adını dəqiq xatırlamadığı banka getdilər. Həmin bankda Fərid ondan şəxsiyyət vəsiqəsini alıb bank işçisinə təqdim etdi və sonra danışdığı qadın tərəfindən onun adına göndərilmiş 650 manat məbləğində pulu bankın əməkdaşından aldı və sonra onlar bankdan çıxdılar. Həmin vaxt o sənədlərə imza etsədə, pulu göndərən şəxsin adına diqqət yetirməmişdi. Bankdan pulu alıb çıxdıqdan sonra o Fəriddən aralaşıb yaşadığı evə getdi və Fərid ona həmin puldan nəsə verməmişdir, onun ondan pul almaq məqsədi olmamışdır. Bundan sonra qardaşı Fərid enyi qaydada guya arvadının xalasının onun ailəsinə köməklik etmək məqsədilə göndərdiyi 700 manat məbləğində pulu dəqiq xatırlmadığı tarixdə və 1000 manat məbləğində pulu dəqiq xatırlamadığı tarixdə ondan xahiş edib birlikdə banka gedərək çıxarıb cibinə qoymuşdur. Qardaşı Fərid onun adına banka göndərilmiş pulu götürüb ələ keçirmişdir. Sonra o Fəriddən aralaşıb yaşadığı evə gedirdi və heç bir halda Fərild onun adına gəlmiş götürdüyü həmin pullardan ona nəsə verməmişdir, onun həmin pulların çıxarılmasında məqsədi qardaşı Fəridə arvadının qohumu tərəfindən göndərilmiş pulu götürməkdə köməklik etmək olmuşdur. Son vaxtlar onun qardaşı Fəridlə əlaqəsi olmamışdır və sonra polis şöbəsinə dəvət olunduqda orada olan sorğudan ona məlum oldu ki, onun adına göndərilmiş pulları Tohidə adlı qadın göndərmişdir. Fərid həmin qadına hansısa işini düzəldəcəyi barədə vəd verib aldadaraq həmin qadın tərəfindən göndərilmiş pulaları ələ keçirmək üçün onu aldadıb isifadə etmişdir. Cinayət işinin 161-ci vərəqəsində olan 15 yanvar 2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 194-199-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 15 yanvar 2021-ci tarixdən hesablanmaqla 01 ay 25 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 12 mart 2021-ci il tarixli Məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 157-159-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 13 yanvar 2021ci tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs: 1) Gəncə Hərbi Məhkəməsinin 19 oktyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4, 333.1, 62, 335.1, 62, 66.3 və 69.4 - cü maddələri ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzanı tam ödəmişdir, 2) Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(008)-38/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 201-212-ci vərəqələrində olan Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(008)-38/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı şəhər probasiya idarəsinin 08 aprel 2021-ci il tarixli,21-1/38/20-4 saylı məktubundan görünür ki, Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(008)-38/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş qəti olaraq 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 9 (doqquz) ay 27 (iyirmi yeddi) gününü çəkmiş, 1 (bir) il 03 (üç) ay 11 (on bir) gün çəkilməmiş cəzası qalmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi minmanatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(008)-38/2020 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir və cəzasının 9 (doqquz) ay 27 (iyirmi yeddi) gününü çəkmiş, 1 (bir) il 03 (üç) ay 11 (on bir) gün çəkilməmiş cəzası qalmışdır . “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020ci il tarixli, 1(008)-38/2020 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 03 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 03 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddət nəzərə alınmaqla, ona cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanıazadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq hazırki cinayət işi üzrə 15 yanvar 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxsun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Sabunçu Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 1(008)-38/2020 saylı hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 03 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq və həmin Məcəllənin 68.1.1- 1-ci maddəsinə əsasən çəkilməmiş 01 (bir) il 03 (üç) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 07 (yeddi) ay 21 (iyirmi bir) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 15 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-221/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-221/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver