Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-221/2023 05.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Cinayət qanunu ilə nəzərdə Təqsirləndirilən şəxs tutulmuş əməli törətmiş şəxs: iştirakları ilə xx.xx.1971-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), ali təhsilli, subay, məhkum olunmamış, “X6 Center” MMC-də həkim işləyən, Bakı şəhəri, Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsi, ev 30, mənzil 53-də qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:40-da idarə etdiyi “X8” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkətdə olarkən A.Bakıxanov küçəsinin kəsişməsində yerləşən işıqforun icazə siqnalı yanarkən hərəkətini davam etdirib sol istiqamətə A.Bakıxanov küçəsinə doğru dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin (sağa və sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir) tələbinə riayət etməklə baş verə biləcək hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, bu tələbə əməl etməmiş, həmin vaxt yolayırıcının A.ünvan 1 ünvanın qarşısında yolun sol tərəfindən sağ tərəfinə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin ön sol tərəfi ilə vuraraq ehtiyatsızlıqdan ona sağ bazu sümüyünün böyük qabarının yerdəyişməmiş sınığı, ənsə nahiyyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ budun qançırları kimi ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 15:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “X8” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkətdə olan zaman Bakıxanov küçəsinin kəsişməsində işıqforun qırmızı işığında gözləyib yaşıl işıq yandıqdan sonra sol istiqamətdə Bakıxanov küçəsinə doğru dönərkən, bir anlıq ehtiyatsızlıq edərək yol kəsişməsində piyada zolağı ilə yolun sol hissəsindən sağ hissəsinə keçməkdə olan bir nəfər qadını görmədiyi üçün avtomobilin ön sol və güzgü hissəsi ilə vurmuşdur. Zərbədən həmin qadın asfaltın üzərinə yıxılmışdır. O, dərhal maşından düşərək həmin qadına köməklik etmişdir. Hadisəni görən polis əməkdaşıları yaxınlaşaraq onun xahişiylə bu qadını xəstəxanaya aparmış, ona isə hadisə yerində gözləməyini bildirmişlər. Daha sonra o, xəsarət alan Zərərçəkmiş şəxs müayinə üçün aparıldığı Bakı Sağlamlıq Mərkəzinə gedərək onun müalicəsi üçün depozitə 1.000 manat pul köçürmüşdür. Hazırda zərər çəkmiş şəxslə barışmış, ona vurulmuş zərəri ödəmişdir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, təxminən saat 15:40 radələrində piyada olaraq Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospekti ilə üzü metronun “28 May” stansiyası istiqamətində gedən zaman Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində işıqforun yaşıl işığında piyada zolağı ilə yolun sol tərəfindən sağ tərəfinə keçdiyi zaman sağ tərəfdən hərəkətdə olan “X8” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil ön sol qanad hissəsi ilə onu sağ tərəfindən vurmuş, zərbənin təsirindən o sağ qolundan və bədəninin müxtəlif nahiyyələrindən xəsarət alaraq asfaltın üzərinə çırpılmışdır. Hadisəni törədən sürücü, sonradan adını bildiyi Təqsirləndirilən şəxs və ətrafda olan polis əməkdaşları ona yaxınlaşmış, öz razılığı ilə onu işlədiyi Bakı Sağlamlıq Mərkəzinə çatdırmışlar. Xəstəxanada həkim müayinələrindən keçdikdə məlum olmuşdur ki, sağ qolunun bazu sümüyündən sınıq xəsarəti və bədəninin müxtəlif nahiyyəsindən, eyni zamanda baş nahiyyəsindən xəsarətlər alıb. O, bir gün xəstəxanada stasionar müalicə aldıqdan sonra öz razılığı ilə evə buraxılmışdır. Hadisə nəticəsində Təqsirləndirilən şəxs Bakı Sağlamlıq Mərkəzində onun ilkin müayinə olunduğu zaman Mərkəzin hesabına depozitə 1.000 manat pul köçürmüşdür. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam ödənilmiş, onlar barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: • “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində baş vermişdir. Baxış gündüz vaxtı aparılmış, yolun işlək hissəsi düz, örtüyün növü asfalt-beton, örtüyün vəziyyəti quru olmuş, işlək hissəyə sağdan və soldan səki birləşir. Hərəkət işıqforla nizamlanır. Piyada yolun sol tərəfindən sağ tərəfinə piyada zolağı ilə vurulma yerinə qədər 3 m məsafə qət etmişdir (İ cild, i.v.05-13); • “Təhlükəsiz Şəhər kamerasından video görüntülərə baxış keçirilmə və götürülmə barədə” xx.xx.2023-cü il tarixli protokol və kompakt diskdəki görüntülərdən aydın olur ki, “X8” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə, saat 15:40-da Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə A.Bakıxanov küçəsinin kəsişməsində işıqforun icazə siqnalı verilərkən sol istiqamətdə Bakıxanov küçəsinə doğru dönməklə hərəkətini davam etdirən zaman yolun sol tərəfindən sağ tərəfinə piyada zolağı ilə yolu keçməkdə olan piyadaya yol verməyərək qadın piyadanı avtomobilin ön sol qanad və güzgü ətrafı hissəsi ilə vurur, qadın asfalt üzərinə çırpılır (İ cild, i.v.29 və kompakt disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/969 saylı rəyinə əsasən “X8” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 manatdır (İ cild, i.v.41- 43); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli, 364 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ bazu sümüyünün böyük qabarının yerdəyişməmiş sınığı, ənsə nahiyəsinin baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi, sağ budun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı Sağlamlıq Mərkəzinə müraciət etdiyi xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasıyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər (İ cild, i.v.48-49); • 06.05.2022-ci il tarixli, BB seriyalı, 420184 saylı sürücülük vəsiqəsinə əsasən Təqsirləndirilən şəxs “B1, B” kateqoriyası üzrə nəqliyyat vasitəsini idarə etmək hüququna malikdir (İ cild, i.v.21-22); • AB 995082 saylı, xx.xx.2013-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X8” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdır (İ cild, i.v.21-22); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.39). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından və ona dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 manat pul tutularaq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul tutularaq dövlət büdcəsinə keçirilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-221/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-221/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver