Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-222/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1973-cü ildə Abşeron rayonu, Qobu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Abşeron rayon Qaz şöbəsinin işçisi kimi təqdim edərək Zərərçəkmiş şəxs Abşeron rayonu Qobu qəsəbəsində yerləşən evinə qaz xətti çəkilməsini həyata keçirəcəyini Zərərçəkmiş şəxs yalan vəd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2021-ci ilin mayın 7-də saat 15-də Abşeron rayonu, Qobu qəsəbəsində Zərərçəkmiş şəxs 300 manat pulu və 2021-ci ilin mayın 15-də saat 15 radələrində Nəsimi rayonu, Moskva prospekti 52-də yerləşən “Kontak home" mağazasının qarşısında Zərərçəkmiş şəxs qardaşı RZərərçəkmiş şəxs 300 manat pulu almaqla ələ keçirərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluğu, tanışlığı və ədavəti olmamışdır. O, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayır. Əvvəllər Abşeron rayon qaz şöbəsində işləmişdir. Müqavilə müddəti bitdiyi üçün işdən çıxmışdır. 2021-ci ilin aprel ayında heç bir yerdə işləmədiyi üçün Qobu qəsəbəsində yaşayan və onu tanıyan şəxslərə özünü qaz idarəsinin işçisi olaraq təqdim edərək qaz xətti çəkmək adı ilə pul əldə etmək qərarına gəlmişdir. xx.xx.2021-ci il tarixdə Qobu qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Akif evinə qaz xətti çəkmək istədiyini bildirdikdə o, qaz xətti çəkilməsində materiallar alacağını və bu materialların 600 manat təşkil edəcəyini ona bildirmişdir. Akif isə həmin vaxt 300 manatının olduğunu və qalan 300 manatı da bir neçə gün sonra verəcəyini bildirmişdir. O, Akifin təklifi ilə razılaşaraq 300 manatı ondan almışdır. Qalan 300 manatı isə xx.xx.2021-ci il tarixdə Nəsimi rayonu, Moskva prospekti 52-də yerləşən “Kontakt home” mağazasının qarşısında Akifin qardaşı Şahid ilə görüşüb Akifin ona göndərdiyi 300 manatı da almışdır. Akifdən əldə etdiyi pulları öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs dəymiş zərərin 500 manatını ödəmişdir. Qalan 100 manatı da ödəməyə hazırdır. Lakin zərərçəkmiş şəxs qalan məbləği ondan almaq istəmir. Hal-hazırda törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanın böyük hissəsini ödədiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, Abşeron rayonu Qobu qəsəbəsində yaşayır. 2021-ci ilin may ayında Qobu qəsəbəsində yaşayış evlərinə qaz xətti çəkilməsi ilə bağlı qonşulardan məlumat aldıqda yaşadığı evə qaz xətti çəkdirmək qərarına gəlmişdir. Özünü Abşeron rayon Qaz şöbəsinin işçisi kimi təqdim edən Təqsirləndirilən şəxs qaz xətti çəkmək adı ilə qonşulardan müəyyən miqdarda ödənişlər də almışdır. 07 may 2021-ci ildə saat 11 radələrində o, Qobu qəsəbəsində yaşadığı evin qarşısında olan zaman qonşusu Yavərlə görüşmüşdür. Yavər Təqsirləndirilən şəxs zəng edərək onların olduğu yerə gəlməsini istəmiş, bir neçə dəqiqə sonra Şahin ora gəlmişdir. Söhbət zamanı Şahin evə qaz xəttinin çəkilməsinə material xərci və zəhmət haqqı olaraq 600 manat pul lazım olduğunu bildirmiş, o, da Şahinə inanaraq onun təklifi ilə razılaşmışdır. Ona inanmasının səbəbi isə qonşuları Teymur İbrahimov, Yavər Vəliyev və Bahar Muradovanın da evlərinə qaz xəttinin çəkilməsi üçün Şahinə pul verdikləri barədə məlumatının olması idi. O, həmin vaxt Şahinə 300 manat vermiş və qalan 300 manatı da bir neçə gün ərzində verəcəyini bildirmiş, bir neçə gün keçdikdən sonra Şahin ona zəng etmiş, işə başlaması üçün qalan 300 manatı da ondan istəmiş, həmin vaxtı qardaşı Şahid yanında olduğu üçün o, Rakifə 300 manat verərək Şahinlə görüşüb ona verməsini istəmişdir. Həmin gün, yəni xx.xx.2021ci ildə qardaşı X4 rayonu, Moskva prospekti 52-də yerləşən “Kontak home” mağazasının yanında görüşüb ona 300 manat pulu vermişdir. Lakin xeyli müddət keçsə də, Şahin qaz xəttinin çəkilməsi ilə məşğul olmamış və hər dəfə də müxtəlif bəhanələr gətirərək onları aldatmış və onların ödədikləri pulu qaytarmamışdır. O, uzun müddətdir ki, müəllim işləyir. 1 ildən çoxdur ki, polis və məhkəmə orqanlarına gedib-gəlir. Bu səbəbdən də onun əsəbləri pozulmuş və ona mənəvi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyandan təqsirləndirilən şəxs tərəfindən 500 manat ödənilmişdir. Ona dəymiş ziyandan qalan 100 manatın ödənilməsini isə qəbul etmir. Təqsirləndirilən şəxsdən şikayətçidir və onun cəzalanmasını istəyir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1-ci maddələrinə əsasən Şahid iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, qardaşı Zərərçəkmiş şəxs Abşeron rayonu, Qobu qəsəbəsində olan evinə qaz xətti çəkilməsi üçün Təqsirləndirilən şəxs 600 manat pul vermişdir. Akifin səhhətində problem yarandığı üçün Şahinə çatdırmaq üçün ona 300 manat pul vermişdir. O, qardaşından pulu alıb, “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən “Kontakt home” mağazasının qarşısında Şahinlə görüşmüş və ona 300 manat pulu vermişdir. Sonradan isə Şahinin qardaşını aldatdığını öyrənmişdir. İş materiallarına əlavə edilmiş “axtarışda olan şəxsin tutulması barədə” və şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 13:50 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində saxlanılaraq 19-cu PŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulmuşdur (i/v 49, 66-67). İş materiallarına əlavə olunmuş “vəsatətin müdafiə edilməsindən imtina olunması” haqqında 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən Nəsimi rayon prokuroru tərəfindən imtina olunmuşdur (i/v 84-85). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 86). İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən imzalanmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyandan 500 (beş yüz) manat ödənilmiş, 100 (yüz) manat isə ödənilməmişdir (i/v 128). Abşeron Rayon Məhkəmənin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i/v 98-102). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə dörd gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək islah işləri cəzasından çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs hazırda rəsmi qeydə alınmaqla iş yerinin olmaması, onun barəsində Azərbaycan Respublikası CM-nin 49.1-ci maddəsi ilə islah işləri növündə cəzanın təyin edilməsinə maneə deyildir. Belə ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 43.3-cü maddəsinə görə işsiz məhkum özü işə düzəlməli və ya icra məmurunun iştirakı ilə məşğulluq xidməti orqanında qeydiyyata durmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-222/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2022-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qazancının 20 (iyirmi) faizi dövlət nəfinə pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət bir günə dörd gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin olunmuş islah işləri cəzasından çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay, 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun işlədiyi və qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-222/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-222/2022
07.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver