Məhkəmə qərarları › İş №1(006)-224/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-224/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-224/2020 07.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X8 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3 hüquqi varisi X4, müdafiəçi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X5 iştirakları ilə, xx xxxxxx 1956-cı il tarixdə Türkiyə Respublikası, Elbistan rayonu, Elmalı kəndində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz,əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Musa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Y.M.Tebernus ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, Y.M.TebernusBakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında “X9” üzrə aparılan tikintidə idarə etdiyi “XCMG QUY80H” markalı, 10-0- 927 dövlət qeydiyyat nişanlı tırtıllı oxlu (qollu) kranın kabinasından kənarda-portalda MMC-də fəhlə işləyən X3 olmamasına əmin olmadan, rəhbərliyin verdiyi təlimatlara, həmçinin iş yerlərində əməyin mühafizəsi və peşə təhlükəsizliyi ilə əlaqədar alınmış bütün tədbirlərə tam olaraq əməl etmədən, qüllə vinçi işə salınmadan əvvəl ümumi olaraq gözdən keçirmədən, işçilərə xəbərdaredici siqnal vermədən kran mexanizmlərini hərəkətə gətirərək “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydalarının 9.5.19-cu bəndinin, “Əməyin mühafizəsi və peşə təlimatın ƏMTT ilə əlaqədar 2,3, Qüllə vinç istifadəsi ilə əlaqədar 1,7 bəndlərinin və kran operatorunun “Vəzifə təlimatının 2-ci bəndinin tələblərini pozmuş, nəticədə onun ehtiyatsızlığından xx.xx.2020-ci il tarixdə, saat 09.40 radələrində Nurəli Kərimov tərəfindən kranın portalında dizel doldurduqdan sonra əlini qıraxdan tutub ayağını barabanın üstünə qoyub digər tərəfə keçmək istəyərkən fırlanan barabanla kran ağırlıqlarının arasına düşərək ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almış, aldığı sağ bud arteriyasının və venasının zədələnməsi, çanaq sümüklərinin, sağ bazı və bud, sol baldır sümüklərinin sınıqları nəticəsində inkişaf edən travma şoku və çoxlu qanitirmədən xx.xx.2020-ci il tarixdə, saat 14.40-da “X17” Xəstəxanasında ölmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş təqsirləndirilən şəxs Y.M.Tebernusona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci ildən “xxxxxxxxx-də kran operatoru işləyir. Sürücülük kursunu Mersində bitirmişdir. Sürücülük vəsiqəsi vardır. XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu kranı etibarnamə ilə idarə edir. Kranla tikinti sahəsindəki armaturların qaldırılması, beton tökülərkən beton turbaların qaldırması, pompaların qaldırılması və sair işləri görür. “xxxxxxxxx* MMC 2009cu ilin may ayından fəaliyyət göstərir. “xxxxxxxxx” MMC tikinti şirkətidir, torpaqda qazma, doldurma və sair işlər görülür. İşldikləri yer Nəsimi rayonu, Neftçilər prospekti 64-dəki “Aypara” lahiyəsi üzrə tikilən tikinti kompleksinin yerləşdiyi tikinti meydançasıdır. İş saatı hər gün 08.00-dan saat 17.00-dəkdir. Saat 12.00-dan 13.00-dək arası nahar fasiləsidir. Hərgün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Hər gün Sətəm mühəndisi Şahid4 tərəfindən bütün işçilərə təhlükəsizlik qaydası izah edilir, bütün təhlükəsizlik sənədlərinə imza edirlər. N.F.Kərimovnu işə daxil olarkən tanımışdır. O, “xxxxxxxxx” MMC-də fəhlə işləmişdir. Nurəli ilə münasibəti yaxşı olmuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. sonuncu fəhlə kimi tikinti sahəsində olan zibilləri təmizləmiş, həmçinin tikinti sahəsində olan kranlara yanacaq tökərkən yanacaq doldurma şlankını tutmuşdur. xx.xx.2020-ci il tarixdə, səhər saat 08.00-da işə gəlib tabelə qol çəkdikdən sonra Sətəm mühəndisi Şahid4 tərəfindən işçilərə təhlükəsizlik qaydaları izah olunmuş, onlar jurnallara qol çəkdikdən sonra hərə öz işinə başlamışdır. Saat 09.40 radələrində tikinti meydançasında sürücüsü-operatoru olduğu “XCGMQ 80'’ markalı, 10 O 927 d.q.n oxlu krana yanacaq doldurmaq üçün N.F.Kərimovn kranın üstünə qalxıb, kranın üzərində sol tərəfdə çənə yanacaq doldurmuşdur. Yanacağı kranın yanında dayanmış yanacaq maşınından şlankla doldurmuşdur ki, kran işə başlasın. Nurəli təxminən 5 dəqiqə yanacağı doldurduqdan sonra şlankı yanacaq dolduran maşının sürücüsünə qaytarmış, maşın oradan uzaqlaşmışdır. N.F.Kərimov əlinin kranın üzərində olmasını bir anlıq unutmuş, fikirləşmişdir ki, yanacaq dolduran maşın getdikdən sonra Nurəli oradan uzaqlaşmış və kranın oxunun qarmağındakı armatur yerə dəydiyi üçün kranı işlək vəziyyətə gətirib barabanı işə salıb yükü yuxarı qaldıraraq kranı sağ tərəfə çevirmişdir. Bu vaxt fəhlə Şahid6 qışqırıq səsini eşitdiyindən kranı saxlayıb söndürmüşdür. Aftandil ona demişdir ki, N.F.Kərimov "XCGMQ 80" markalı, 10 O 927 d.q.n oxlu kranın kabinasının arxasında portalın üzərində ayağını barabanın üstünə qoyub bir tərəfdən digər tərəfə keçərkən kran işə salınıb sağ tərəfə çevrilib, ən sonuncu baraban fırlanan zaman N.F.Kərimov barabanın üçndan tutduğu və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasına düşüb xəsarət almışdır. Təxminən 30-40 metr aralıda olan sahə rəisi Şahid3 çağırdıqdan sonra digər kranla bu kranın arxasındakı kran ağırlıqlarını götürüb kənara qoymuşlar. 10 O 927 d.q.n oxlu kranın oxunu digər kranla bir qədər yuxarı qaldırıb burazı laqonda ilə kəsib N.F.Kərimovnu oradan çıxarmışlar. Nurəlinin çənəsi və ayağı zədələnmişdi, ağzından qan gəlmişdir. N.F.Kərimovu oradan çıxaran kimi TTY maşını ilə City Hospitala aparmışlar. xx.xx.2020-ci il tarixdə iş yoldaşlarından eşitmişdir ki, sonuncu işləyərkən aldığı xəsarətlərdən "City Hospital" xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında verilən suallara Y.M.Tebernus cavab olaraq bildirmişdir ki, yanacaq dolduran maşın aralandığı üçün elə bilmişdir ki, Nurəli artıq kranın üzərindən yerə enmişdir. Lakin onun yerə endiyini görməmişdir. Kranın kabinasından yan güzgülərdən kranın üstünü görmək olmur. O, kranı işlək vəziyyətə gətirərkən Şahid7 yaşıl bayrağı qaldırmamış, heç bir işarə verməmişdir. O, kranın üzərində adam olmasını fikirləşmədiyi üçün kranı işə salarkən xəbərdaredici siqnal verməmişdir. O, Nurəlinin kranın üzərində olduğunu unutmuş, onun yerə endiyini fikirləşdiyi üçün Elvinin bayraqla işarə verməsini gözləməmiş və kranın oxunun qarmağındakı yük, yəni armatur yerə dəydiyi üçün kranı işlək vəziyyətə gətirib barabanı işə salıb yükü yuxarı qaldıraraq kranı sağ tərəfə döndərmiş və hadisə baş vermişdir. Bundan başqa Y.M.Tebernus hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, özünü təqsirli bilməsini, ilk dəfə məhkum olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini və yaşını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Y.M.Tebernusun səmimi etiraf ediçi ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, eksperiza rəyləri və işdə olan digər mötəbər sübutlarla onun törətdiyi cinayət əməli tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəməiclasında zərərçəkmiş şəxsN.F.Kərimovunhüquqi varisi qismindədindirilmişX15 oğlu ifadəsində göstərmişdirki, N.F.Kərimov onun doğma oğludur. Sonuncu təxminən 2014-cü ildən Bakı şəhərində fəaliyyət göstərən “xxxxxxxxx” MMC-də fəhlə işləmişdir. İş olmayanda kəndə qayıdır, iş olanda yenidən Bakıya gedirdi. Sonuncu dəfə 2020-ci ilin mart ayında həmin şirkətdə işləməyə getmişdir. “xxxxxxxxx” MMC tikinti şirkətdir. Nurəligilin işlədiyi yer Nəsimi rayonu. Neftçilər prospekti 64 ünvanında yerləşir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 12 radələrində Nurəlinin iş yoldaşlarından kimsə ona zəng edərək bildirmişdir ki. Nurəli işlədiyi tikinti meydançasında kranın kabinasının arxasında krana yanacaq doldurduqdan sonra ayağını kranın barabanının üstünə qoyub bir tərəfdən digər tərəfə keçərkən kran işə salınıb, baraban fırlanan zaman oğlu aşağı barabanla kran ağırlıqlarının arasına düşüb xəsarət almış, onu City Hospital xəstəxanasına yerləşdirmişlər. xx.xx.2020-ci il tarixdə Nurəlinin iş yoldaşları yenidən zəng edərək N.F.Kərimovun aldığı xəsarətlərdən “City Hospital” xəstəxanasında öldüyünü bildirmişlər. Bundan sonra meyit daxil müayinə olunmuş və xx.xx.2020-ci il tarixdə Nurəlinin meyitini TTY maşını ilə Tovuz rayonu, Qaraxanlı kəndində gətirilib ona təhvil verilmiş, həmin gün Nurəlinin meyiti Qaraxanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Bundan əlavəzərərçəkmiş şəxsin hüquqi varisi F.M.Kərimov məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs Y.M.Tebernus və şirkət tərəfindən ailəsinə maddi yardım göstərildiyini, dəfn xərclərinin üzərlərinə götürdüklərini, hazırda Y.M.Tebernusa qarşı hər hansı şikayət, tələb və mülki iddiasının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3li oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdən “xxxxxxxxx” MMC-də briqadir işləyir. Tikinti meydançasında işləyən işçilərin işləri düzgün yerinə yetirmələrinə nəzarət edir. Hər gün səhərlər işə başlamamışdan əvvəl Sətəm mühəndisi tərəfindən bütün işçilərə ərazi haqqında məlumat verilir, təhlükəsizlik qaydaları izah olunur, müvafiq texniki təhlükəsizlik jurnallarına imza atılır. xxxxxxxxx-nin rəhbəri X7. “xxxxxxxxx’' MMC tikinti şirkətdir, torpaqda qazma, doldurma və sair işlər görülür. İşlədikləri yer Nəsimi rayonu, Neftçilər prospekti 64-dəki "Aypara" lahiyəsi üzrə tikilən tikinti kompleksinin yerləşdiyi tikinti meydançasıdır. O, işə qəbul olarkən "xxxxxxxxx" MMC ilə əmək müqaviləsi bağlanmışdır, İş saatı hər gün 08.00dan saat 17.00-dəkdir. Saat 12.00 və 13.00 arası nahar fasiləsidir. Hər gün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Hər gün bütün işçilərə Şahid4 tərəfindən təhlükəsizlik qaydaları izah edilir, bütün təhlükəsizlik sənədlərinə imza edirlər. N.F.Kərimovu 5-6 il əvvəl “xxxxxxxxx”-də işləyən vaxtlardan tanımışdır. O, "xxxxxxxxx" MMC-də fəhlə işləmişdir. Nurəli ilə münasibəti yaxşı olmuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. N.F.Kərimovfəhlə kimi tikinti sahəsində olan zibilləri təmizləyir, həmçinin tikinti sahəsində olan kranlara yanacaq tökərkən yanacaq doldurma şlankını tutmuşdur. xx.xx.2020-ci il tarixdə, səhər saat 08.00-da işə gəlib tabelə qol çəkmişlər. Bundan sonra SƏTƏM mühəndisi tərəfindən işçilərə təhlükəsizlik qaydaları izah olunmuş, jurnallara qol çəkdikdən sonra hərə öz işinə başlamışdır. Saat 09.40 radələrində o, tikinti meydançasında olarkən xxxxxxxxx-ə məxsus yanacaq dolduran kamaz tikinti meydançasında XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu krana yaxınlaşmış, bundan təxminən 5 dəq sonra yanacaq dolduran maşın oradan uzaqlaşmış və birdən qışqırıq səsi gəlmişdir. Fəhlələr onu çağırmış, o, dərhal krana yaxınlaşmışdır. Orada Aftandildən eşitmişdir ki, N.F.Kərimov XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu kranın kabinasının arxasında portalın üzərində barabanın burazından tutub ayağını barabanın üstünə qoyub bir tərəfdən digər tərəfə keçərkən kran işə salınıb sağ tərəfə çevrilmiş, ən sonuncu baraban fırlanan zaman N.F.Kərimovu barabanın burazından tutduğu və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasın düşüb xəsarət almışdır. Onlar digər kranla bu kranın arxasındakı kran ağırlıqlarını götürüb kənara qoymuş, 10 O 927 d.q.n oxlu kranın oxunu digər kranla bir qədər yuxarı qaldırmış, burazı laqonda ilə kəsib N.F.Kərimovu oradan çıxarmışlar. Nurəlinin çənəsi və ayağı zədələnmiş, ağzından qan gəlmişdir. Əvvəlcədən TTY-a zəng etmiş. N.F.Kərimovu oradan çıxaran kimi TTY maşını ilə City Hospitala aparmışlar. xx.xx.2020-ci il tarixdə iş yoldaşlarından N.F.Kərimovun işləyərkən aldığı xəsarətlərdən "City Hospital” xəstəxanasında öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 vəQurbanovAsim Arif oğluonlardan əvvəl şahid qismində dindirilmiş Şahid3 ifadəsinə oxşar eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki,xx.xx.2019-cu ildən xxxxxxxxx-də fəhlə işləyir. xxxxxxxxx-nin rəhbəri X10. Sahə rəisi Şahid3dır. “xxxxxxxxx' MMC 2009-cu ilin may ayından fəaliyyət göstərir. “xxxxxxxxx” MMC tikinti şirkətdir, torpaqda qazma, doldurma və sair işlər görülür. Onun vəzifəsi tikinti sahəsində olan pompalara nəzarət etməkdən ibarətdir. İşlədikləri yer Nəsimi rayonu, Neftçilər prospekti 64-dəki “Aypara" lahiyəsi üzrə tikilən tikinti kompleksinin yerləşdiyi tikinti meydançasıdır. “xxxxxxxxx” MMC-nin təxminən 50 işçisi vardır, hər biri ilə əmək müqaviləsi bağlanmışdır. İş saatı hər gün 08.00-dan saat 17.00-dəkdir. Saat 12.00 və 13.00 arası nahar fasiləsidir. Hər gün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Əmək haqqını kart vasitəsi ilə alırlar. Hər gün Sətəm mühəndisi Şahid4 tərəfindən bütün işçilərə təhlükəsizlik qaydarı izah edilir, bütün təhlükəsizlik sənədlərinə imza edirlər. N.F.Kərimov təxminən 5 ildir ki, ‘‘xxxxxxxxx" MMC-də fəhlə işləyir. Onunla münasibəti yaxşı olmuş, heç kimlə Nurəlinin ədavəti və düşmənçiliyi olmamışdır. N.F.Kərimov fəhlə kimi tikinti sahəsində olan zibilləri təmizləmiş, həmçinin tikinti sahəsində olan kranlara yanacaq tökərkən yanacaq doldurma şlankını tutmuşdur. xx.xx.2020-ci il tarixdə, səhər saat 08.00da işə gəlib, tabelə qol çəkmişlər. Bundan sonra Sətərn mühəndisi Şahid4 tərəfindən işçilərə təhlükəsizlik qaydaları izah olunmuş, jurnallara qol çəkdikdən sonra hərə öz işinə başlamışdır. Tikinti meydançasında olan XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu kranın sürücüsü Tebenüs Yildırımdır. Saat 09.40 radələrində o, krandan təxminən 15-20 metr arxada dayanıb pompalara nəzarət edərkən N.F.Kərimovu XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu kranın üstünə qalxıb, kranın üzərində sol tərəfdə çənə yanacaq doldurmuşdur. Təxminən 5 dəqiqə yanacağı doldurduqdan sonra Nurəli şlankı yanacaq dolduran avtomaşının sürücüsünə qaytarmış, maşın oradan uzaqlaşmışdır. N.F.Kərimov XCGMQ 80 markalı. 10 O 927 d.q.n oxlu kranın kabinasının arxasında portalın üzərində barabanın burazından tutub ayağını barabanın üstünə qoyub bir tərəfdən digər tərəfə keçərkən kran sürücü Tebernüs Yıldırım tərəfindən işə salınmış, həmin vaxt kran sağ tərəfə çevrilmiş, ən sonuncu baraban fırlanan zaman N.F.Kərimov barabanın burazından tutduğu üçün və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasın düşüb xəsarət almışdır. N.F.Kərimov oraya yıxılarkən o, dərhal qışqırıb sürücüyə kranı saxlamasını bildirmiş, sürücü kranı saxlamış və söndürmüşdür. O, kranın üzərinə qalxıb görmüşdür ki, N.Kərimov barabanla kran ağırlıqlarının arasında sıxışıb qalmış, sol ayağı barabanın altına girmişdir. Sahə rəisi Şahid3 təxminən 30-40 metr aralıdan gəlmiş, onlar digər kranla bu kranın arxasındakı kran ağırlıqlarını götürüb kənara qoymuşlar. 10 O 927 d.q.n oxlu kranın oxunu digər kranla bir qədər yuxarı qaldırıb, burazı laqonda ilə kəsib N.Kərimovu oradan çıxarmışlar. Nurəlinin çənəsi və ayağı zədələnmiş, ağzından qan gəlmişdir. Nurəli Kərimovu oradan çıxaran kimi TTY maşını ilə City Hospitala aparmışlar. xx.xx.2020-ci il tarixdə iş yoldaşların N.Kərimovun işləyərkən aldığı xəsarətlərdən “City Hospital” xəstəxanasında öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2020-ci ilin əvvəlindən “xxxxxxxxx”-də fəhlə işləyir. Onun işi tiktinti meydançasında olan dəmir-dümürü daşımaqdan, həmçinin tikinti sahəsində olan hər iki kranın işlək vəziyyətə gətirilməsi və söndürülməsi zamanı operatorlara qırmızı və yaşıl bayraqlarla işarələr verməkdən ibarətdir. Belə ki, kranları işlək vəziyyətə gətirmək lazım olduqda o, həmin kranın qarşısında dayanaraq yaşıl bayrağı yuxarı qaldırır, operator da kranı işlək vəziyyətə gətirir. Kranın söndürülməsi zamanı kranın qarşısında dayanaraq qırmızı bayrağı yuxarı qaldırır. Lakin o, ixtisassız fəhlədir, ona əmrlə təlimatla konkret iş təhkim edilməmişdir. Kranla tikinti sahəsindəki armaturların qaldırılması, beton tökülərkən beton turbaların qaldırması, pompaların qaldınması və sair işlər görülür. “xxxxxxxxx” MMC tikinti şirkətdir, torpaqda qazma, doldurma və sair işlər görülür. İşlədikləri yer Nəsimi rayonu, Neftçilər prospekti 64-dəki “Aypara" lahiyəsi üzrə tikilən tikinti kompleksinin yerləşdiyi tikinti meydançasıdır. İş saatı hər gün 08.00-dan saat 17.00-dəkdir. Saat 12.00 və 13.00 arası nahar fasiləsidir. Hər gün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Əmək haqqını kart vasitəsi ilə alırlar. Hər gün Sətəm mühəndisi Şahid4 tərəfindən bütün işçilərə təhlükəsizlik qaydanı izah edilir, onlar bütün təhlükəsizlik sənədlərinə imza edirlər. N.F.Kərimovu 2016cı ildə əvvəllər “xxxxxxxxx" MMC-də işləyən vaxtdan tanımış, münasibətləri yaxşı olmuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. N.Kərimov fəhlə kimi tikinti sahəsində olan zibilləri təmizləyir, həmçinin tikinti sahəsində olan kranlara yanacaq tökərkən yanacaq doldurma şlankını tutur. xx.xx.2020-ci il tarixdə, səhər saat 08.00-da işə gəlib tabelə qol çəkmişlər. Bundan sonra Sətəm mühəndisi Şahid4 tərəfindən işçilərə təhlükəsizlik qaydaları izah olunmuş, jurnallara qol çəkdikdən sonra hərə öz işinə başlamışdır. Saat 09.40 radələrində xxxxxxxxx-ə məxsus yanacaq dolduran kamaz tikinti meydançasında XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu krana yaxınlaşmış. N.Kərimov yanacaq doldurmaq üçün kranın üstünə qalxmış, kranın üzərində sol tərəfdə çənə yanacaq doldurmuşdur. Təxminən 5 dəqiqə yanacağı doldurduqdan sonra şlankı kamazın sürücüsünə qaytarmış, kamaz oradan uzaqlaşmışdır. O, həmin vaxt kranın qarşısında dayanmış, ətrafa baxmaqla kranın qarmağına növbəti yükün, armaturların bağlanmasına nəzarət etmişdir Bu vaxt onun yaşıl bayraq qaldırmağını gözləmədən XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu kranın operatoru Təqsirləndirilən şəxs kranı işə salıb sağ tərəfə döndərmiş və oxun qarmağında armatur yerə dəydiyi üçün barabanı işə salıb yükü yuxarı qaldırmış, bu vaxt fəhlə Altandil Əkbərovun qışqırıq səsini eşitdiklərindən operator kranı saxlayıb söndürmüşdür. 0, dayandığı yerdən N.Kərimov görünməmişdir. sonuncunun yerə endiyini görmədiyi üçün yaşıl rəngli bayrağı qaldırmamışdır. Aftandildən eşitmişdir ki, N.Kərimov XCGMQ 80 markalı. 10 O 927 d.q.n oxlu kranın kabinəsinin arxasında portalın üzərində barabanın burazından tutub ayağını barabanın üstünə qovub bir tərəfdən digər tərəfə keçərkən kran işə salınıb sağ tərdə çevrilib, ən sonuncu baraban fırlanan zaman N.Kərimov barabanın burazmdan tutduğu üçün və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasına düşüb xəsarət almışdır. Sahə rəisi Z.Camallmı dərhal oraya gəlmiş, digər kranla bu kranın arxasındakı kran ağırlıqlarını götürüb kənara qoyaraq 10 O 927 d.q.n oxlu kranın oxunu digər kranla bir qədər yuxarı qaldırıb burazı laqonda ilə kəsib N.Kərimovu oradan çıxarmışlar. Nurəlinin çənəsi və ayağı zədələnmiş, ağzından qan gəlmişdir. Sonuncunu oradan çıxaran kimi TTY maşını ilə City Hospitala aparmışlar. xx.xx.2020-ci il tarixdə iş yoldaşlarından eşitmişdirki, N.Kərimov işləyərkən aldığı xəsarətlərdən “City Hospital" xəstəxanasında ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin mart ayından “xxxxxxxxx” MMC-də ilməkçi işləyir. Onun işi yükqaldırmadan ibarətdir. Belə ki, o, zəncir və trosu kranın blokuna bağlayıb sonra isə həmin zəncir və trosun bir ucunu yükə bağlayır və operatora əllə işarə verir ki, yükü qaldırsın. Bundan başqa idarə etdiyi ** Bİ *** d.q.n. “QAZ 53” markalı avtomaşınla yanacaq doldurma məntəqəsindən çənə dizel doldurub, kranların dizeli qurtardıqda həmin kranlara nasos vasitəsi ilə dizel doldurur. Kranların dizeli qurtarnda operatorlar ona məlumat verir, o da avtomaşını kranların yanına sürüb oradan dizeli kranlara tökür. Nasosu özü işlədir, şlankı isə orada işləyən N.Kərimov tutur. Kranla tikinti sahəsindəki armaturların qaldırılması, beton tökülərkən beton turbaların qaldırması, pompaların qaldınması və sair işlər görülür. “xxxxxxxxx" MMC tikinti şirkətdir, torpaqda qazma, doldurma və sair işlər görülür. Ö, işə qəbul olarkən “xxxxxxxxx” MMC ilə əmək müqaviləsi bağlanmışdır. İş saatı hər gün 08.00dan saat 17.00-dəkdir. Saat 12.00 və 13.00 arası nahar fasiləsidir. Hər gün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Hər gün Sətəm mühəndisi Şahid4 tərəfindən bütün işçilərə təhlükəsizlik qaydaları izah edilir, bütün təhlükəsizlik sənədlərinə imza edirlər. Nurəli ilə münasibəti yaxşı olmuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. 31.03 2020-ci il tarixdə, səhər saat 08.00-da hamısı işə gəlib tabelə qol çəkmişlər. Bundan sonra saat 09.40 radələrində o, idarə etdiyi ** BD *** d.q.n. “QAZ 53" markalı avtomaşınla tikinti meydançasında XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu krana yaxınlaşmış, N.Kərimov yanacaq doldurmaq üçün kranın üstünə qalxmış, o, şlankı Nurəliyə verib nasosu işə salmış, Nurəli kranın üzərində sol tərəfdə çənə yanacaq doldurmuşdur.Təxminən 5 dəqiqə yanacağı doldurduqdan sonra şlankı ona qaytarmış, o da oradan uzaqlaşanda fəhlə Şahid6 qışqırıq səsini eşitmişdir. İşçilər hamısı oraya yığışmış, o da oraya getmişdir. Aftandildən eşitmişdir ki, N.Kərimov XCGMQ 80 markalı, 10 O 927 d.q.n oxlu kranın kabinasının arxasında portalın üzərində barabanın burazından tutub ayağını barabanın üstünə qoyub bir tərəfdən digər tərəfə keçərkən kran işə salınıb sağ tərəfə çevrilib, ən sonuncu baraban fırlanan zaman N.Kərimov barabanın burazından tutduğu üçün və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasın düşüb xəsarət almışdır. xx.xx.2020-ci il tarixdə iş yoldaşlarından eşitmişdir ki, N.Kərimov işləyərkən aldığı xəsarətlərdən "’City Hospital” xəstəxanasında ölmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən və məhkəməyə ərizə ünvanlamış Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, “xxxxxxxxx” MMC 2009-cu il tarixdən Azərbaycan Respublikasında fəaliyyət göstərir. O, xx.xx.2018-ci il tarixdən xxxxxxxxx-nin rəhbəri X11 səlahiyyətlərini icra edir. Hər gün səhərlər işə başlamamışdan əvvəl SƏTƏM mühəndisi tərəfindən bütün işçilərə ərazi haqqında məlumat verilir, təhlükəsizlik qaydaları izah olunur, müvafiq texniki təhlükəsizlik jurnallarına işçilər tərəfindən imza atılır. "xxxxxxxxx” MMC tikinti şirkətdir, torpaqda qazma, doldurma və sair işlər görülür. İşlədikləri ərazi Nəsimi rayonu, Neftçilər prospekti 64-dəki “Aypara" lahiyəsi üzrə tikilən tikinti kompleksinin yerləşdiyi tikinti meydançasıdır. Bütün işçilərlə əmək müqaviləsi bağlanmışdır. İş saatı hər gün 08.00-dan saat 17.00-dəkdir. Saat 12.00 və 13.00 arası nahar fasiləsidir. Hər gün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Hər gün bütün işçilərə Şahid4 tərəfindən təhlükəsizlik qaydarı izah edilir, işçilər bütün təhlükəsizlik sənədlərinə imza edirlər. N.F.Kərimovu5-6 il əvvəl "xxxxxxxxx”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxx* MMC-də fəhlə işləmişdir. N.Kərimovla münasibəti yaxşı olnuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. Sonuncu fəhlə kimi tikinti sahəsində olan zibilləri təmizləyir, həmçinin tikinti sahəsində olan kranlara yanacaqtökərkən yanacaq doldurma şlankını tuturdu. xx.xx.2020ci il tarixdə, səhər saat 08.00-da işçilər işə gəlib tabelə qol çəkmişlər. Bundan sonra SƏTƏM mühəndisi tərəfindən işçilərə təhlükəsizlik qaydaları izah olunmuş, onlar jurnallara qol çəkdikdən sonra hərə öz işinə başlamışdır. Həmin gün şirkətin işçilərindən eşitmişdir ki, N.F.Kərimov xx.xx.2020-ci il tarixdəsaat 09.40 radolərində “XCGMQ 80" markalı, 10 O 927 d.q.n oxlu kranın üzərində sol tərəfdə çənə yanacaq doldurduqdan sonra portalın üzərindən barabanın burazından tutub bir tərəfdən digər tərəfə keçərkən kran işə salınıb sağ tərəfə çevrilmiş, ən sonuncu baraban fırlanan zaman N.Kərimov barabanın burazından tutduğu və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasın düşüb xəsarət almışdır. Bundan sonra işçilər digər kranla həmin kranın arxasındakı kran ağırlıqlarını götürüb kənara qoymuşlar. 10 - 927 d.q.n oxlu kranın oxunu digər kranla bir qədər yuxarı qaldırmış, burazı laqonda ilə kəsib N.Kərimovu oradan çıxarmışlar. xx.xx.2020-ci il tarixdə N.F.Kərimov işləyərkən aldığı xəsarətlərdən “City Hospital” xəstəxanasında ölmüşdür. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən və məhkəməyə ərizə ünvanlamış Şahid2ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Türkiyə vətəndaşı olsa da azərbaycan dilində sərbəst yazıb oxuya bilir, tərcüməçiyə ehtiyacı yoxdur. xx.xx.2012-ci ildən “xxxxxxxxx”-də mühəndis işləyir. xxxxxxxxx-nin rəhbəri X10. O, 1 ildən artıqdır ki, Serbiyadadır. O. öz səlahiyyətlərini etibarnamə ilə Tayfun Başarıra etibar etmişdir. M.VİC-də sahə rəisi, briqadir Şahid3dır. “xxxxxxxxx' MMC 2009-cıı ilin may ayından Azərbaycan Respublikasında fəaliyyət göstərir. “xxxxxxxxx" MMC tikinti şirkətdir, torpaqda qazma, doldurma və sair işlər görülür. İşlədikləri ərazi Nəsimi rayonu. Neftçilər prospekti 64-dəki “Aypara” lahiyəsi üzrə tikilən tikinti kompleksinin yerləşdiyi tikinti meydançasıdır. “xxxxxxxxx” MMC-nin hər bir işçisi ilə əmək müqaviləsi bağlanmışdır. İş saatı hər gün 08.00-dan saat 17.00-dəkdir. Saat 12.00 və 13.00 arası nahar fasiləsidir. Hər gün işə gəldikdə işçilər tabel jurnalına qol çəkirlər. Əmək haqqını kart vasitəsi ilə alırlar. Hər gün SƏTƏM(Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Əməyin mühafizəsi) mühəndisi E.Hümbotov tərəfindən bütün işçilərə təhlükəsizlik qaydanı izah edilir, bütün təhlükəsizlik sənədlərinə imza edirlər. N.F.Kərimovu işə daxil olarkən tanımışdır. N.Kərimov “xxxxxxxxx” MMC-də fəhlə işləmişdir. Onunla münasibətləri yaxşı olmuş, heç vaxt aralarında ədavət və düşmənçilik olmamışdır. N.Kərimov fəhlə kimi tikinti sahəsində olan zibilləri təmizləmiş, həmçinin tikinti sahəsində olan kranlara yanacaq tökərkən yanacaq doldurma şlankını tutmuşdur. N.Kərimovun əmək müqaviləsinə əsasən məğulluq fəaliyyəti ixtisassız fəhlə olmuşdur. xx.xx.2020-ci il tarixdə, səhər saat 08.00-da işə gəlib tabelə qol çəkmişlər. Bundan sonra Sətəm mühəndisi EHümbətov tərəfindən işçilərə təhlükəsizlik qaydaları izah olunmuş, jurnallara qol çəkdikdən sonra hərə öz işinə başlamışdır. Saat 09.40 radələrində xidməti otağında olarkən birdən qışqırıq səsi eşitmiş, tikinti meydançasında “XCGMQ 80" markalı, 10 O 927 d.q.n oxlu kranın yanına çoxlu sayda adam toplaşmışdır. Sonradan Aftandildən öyrənmişdir ki, yanacaq doldurmaq üçün Nurəli kranın üstünə qalxmış, kranın üzərində sol tərəfdə çənə yanacaq doldururduqdan sonra şlankı kamazın sürücüsünə qaytarmış, kamaz oradan uzaqlaşmış, N.Kərimov “XCG.VİQ 80" markalı, 10- 0-927 d.q.n oxlu kranın kabinasının arxasında portalın üzərində barabanın burazından tutub ayağını barabanın üstünə qoyub bir tərəfdən digər tərəfə keçərkən kran sürücü Təqsirləndirilən şəxs tərəfindən işə salınmış, həmin vaxt kran sağ tərəfə çevrilmiş, ən sonuncu baraban fırlanan zaman N.Kərimov barabanın burazından tutduğu və ayağını barabanın üstünə qoyduğu üçün aşağı barabanla kran ağırlıqlarının arasına düşüb xəsarət almışdır. Sahə rəisi Şahid3 ondan əvvəl gəlmiş, digər kranla bu kranın arxasındakı kran ağırlıqlarını götürüb kənara qoymuşlar. 10 O 927 d.q.n oxlu kranın oxunu digər kranla bir qədər yuxarı qaldırıb, burazı laqonda ilə kəsərək N.Kərimovu oradan çıxarmışlar. Nurəlinin çənəsi və ayağı zədələnmiş, ağzından qan gəlmişdir. Əvvəlcədən TTY-a zəng etmiş, N.Kərimovu oradan çıxaran kimi TTY maşını ilə City Hospitala aparmışlar.xx.xx.2020-ci il tarixdə iş yoldaşlarından eşitmişdir ki, N.Kərimov işləyərkən aldığı xəsarətlərdən “City Hospital” xəstəxanasında ölmüşdür. Cinayət işinin 3-cü cild 51-52-ci vərəqələrində olan xx xxxx 2020-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Y.M.Tebernusbarəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 3-cü cild 129-130-cu vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-cu il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Y.M.Tebernusunbarəsində seçilmiş olanbaşqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 2-cild 235-241-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 35 saylı xx xxx 2020-cü il tarixli meyitin ekspertiza rəyindən görünür ki: mərhum N.F.Kərimovun meyitində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sağ qasıq və bud-çanaq oynağı nahiyəsinin iriölçülü əzilmiş-cırılmış yarası, sağ bud arteriyasının və venasının hemorragik şokla müşayət olunan zədələnməsi, sağ bud və çanaq sümüklərinin çoxsaylı sınıqları, travmatik şok: sağ bazu, sol baldır sümüklərinin sınıqları; çənəaltı nahiyənin əzilmiş-cırılmış yarası, çənə və əng sümüklərinin sınıqları; dilin səthi əzilmiş-cırılmış yarası: sağ sağrı nahiyəsinin iri ölçülü qançırı; çanaq nahiyəsinin, sağ ayaq pəncəsinin sıyrıqları. Vət. N.F.Kərimovun meyitində aşkar olunmuş xəsarətlər bərk küt əşyanin (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı City Hospital Xəstəxanasına gətirildiyi və qərarın təsviri hissəsində göstərilənxx xxxx 2020-ci il tarixdə əmələ gəlmişdirlər, həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. N.F.Kərimovun ölümünə sağ bud arteriyasının və venasının zədələnməsi, çanaq sümüklərinin, sağ bazu və bud, sol baldır sümüklərinin sınıqları nəticəsində inkşaf edən travma şoku və çoxlu qan itirmə olmuşdur. N.F.Kərimovun ölümü xx.xx.2020-ci il tarixdə saat 14:40-da Bakı City Hospital Xəstəxanasında baş vermişdir. N.F.Krimovun meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin 2-cild 269-273-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/1010 saylı məhkəmə təhlükəsizlik texnikası ekspertizası rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında ‘X12" üzrə aparılan tikintisində istifadə olunan “XCMG QUY80E” markalı 10-0-927 dövlət qeydiyyat nişanlı tırtıllı oxlu (qollu) kranın kabinasından kənarda (portalda) adamların (konkret olaraq fəhlə X3) olmamasına əmin olunmadan və işiçlərə xəbərdaredici siqnal verilmədən kranın mexanizmlərini hərəkətə getirdiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.19 bəndinin, “Əməyin mühafizəsi və peşə təlimatf’nın ƏMTT ilə əlaqədar 2. 3. Qüllə vinç istifadəsi ilə əlaqədar 1, 7 bəndlərinin və kran operatorun “Vəzifə təlimatının 2-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbidir. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında göstərilmiş hadisənin baş vermə şəraitini nəzərə aldıqda, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64 ünvanında “X12” üzrə aparlan tikintisində istifadə olunan “XCMG QUY80E” markalı 10-0-927 dövlət qeydiyyat nişanlı tırtıllı oxlu (qollu) kranın kabinasından kənarda (portalda) adamların (konkret olaraq fəhlə X3) olmamasına emin olunmadan və işiçlərə xəbərdaredici siqnal verilmədən kranın mexanizmlərini hərəkətə getirdiyinə görə «Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları»nın 9.5.19 bəndinin, “Əməyin mühafizəsi və peşə təlimatfmn ƏMTT ilə əlaqədar 2. 3. Qüllə vinç istifadəsi ilə əlaqədar 1. 7 bəndlərinin və kran operatorun “Vəzifə təlimatının 2-ci bəndinin tələbləri “xxxxxxxxx" MMC-nin kran operatoru X6 tərəfindən pozulmuşdur. Cinayət işinin 2-cild 270-ci vərəqəsindəki olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin 3-cü cild 17-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Y.M.Tebernusməhkum olunmamışdır. Cinayət işinin 3-cü cild 141-ci vərəqəsində olan zərərçəkmiş N.F.Kərimovun hüquqi varisi X4 ərizəsindən görünür ki onun hazırda təqsirləndirilən şəxs Y.M.Tebernusqarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Y.M.Tebernusuntörətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəylərivə digər iş materialları ilə onun ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olancinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan adam öldürmə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Məhkəmə təqsirləndirilən şəxs Y.M.Tebernusacəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Y.M.Tebernusacəza təyin edərkən özünü təqsirli bilməsini, ilk dəfə məhkum olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşını,hadisənin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsin ailəsinə köməklik etməsini, dəfn xərclərini çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayətinin, tələbinin və mülki iddiasının olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Y.M.Tebernusunəməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Y.M.Tebernus təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Y.M.Tebernusbarəsində əlavə cəza olaraq Azərbaycan Respublikası hüdudlarından kənara məcburi çıxarılma təyin edilməli və əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Y.M.Tebernusatətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 150 (bir yüz əlli) manat Y.M.Tebernusdantutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Musa oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Musa oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Musa oğlunun barəsində əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma təyin edilsin. Təqsirləndirilən şəxs Musa oğlunun barəsində təyin edilmiş əlavə cəza o, əsas cəzanı çəkdikdən sonra icra edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs Musa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Musa oğlunun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar