Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-224/2021 20.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və təkrarən oğurluğa cəhd etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 dekabr 2020-ci il tarixdə saat 20 edələrində ünvan 3 ünvanında yerləşən, kənar şəxslərin giriş-çıxışı üçün sərbəst olan «Bolmart Supermarket» mağazasına daxil olub satış üçün mağazanın vitrininə qoyulmuş 01 ədəd 280 manat dəyərində 0.7 litr həcmdə «Martell XO» markalı spirtli içki konyakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 4 ünvanında yerləşən, kənar şəxslərin giriş-çıxışı üçün sərbəst olan «Grandmart Supermarket» mağazasına daxil olub satış üçün mağazanın vitrininə qoyulmuş 01 ədəd 270 manat dəyərində 0.7 litr həcmdə «Gognac Croizet XO» markalı spirtli içki konyakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 30 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 5 ünvanında yerləşən, kənar şəxslərin giriş-çıxışı üçün sərbəst olan «Grandmart Supermarket» mağazasına daxil olub satış üçün mağazanın vitrininə qoyulmuş 01 ədəd 150 manat dəyərində 1 litr həcmdə «Chivas Regal 18» markalı spirtli içki viskini gizli olaraq talayıb mağazadan çölə çıxmaq istəyərkən özünü şübhəli apardığından mağazanın mühafizəçisi Şahid1 tərəfindən saxlanılması nəticəsində iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdırmayaraq oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 25 dekabr 2020-ci il tarixdə onun pulu olmadığına görə qərara gəlmişdir ki, şəhər ərazisində olan iri super marketlərin birinə girərək spirtli içki oğurlayıb içsin. 25 dekabr 2020-ci il tarixdə hava qaralan zaman saat 20 radələrində o, ünvan 6 ünvanında yerləşən «Bolmart» marketinə daxil olmuş, özünü şübhələndirməmək üçün əlinə zənbil götürmüş və marketdə olan vitrinləri gəzməyə başlamışdır. Əlində olan zənbilə marketdə olan ərzaqlar yığmağa başlamışdır. Bundan sonra spirtli içkilərin satıldığı vitrinin qarşısına gəlmiş, orada bir neçə dəqiqə ərzində spirtli içkilərə baxmış, gözünə 0.700 litr həcmdə «Martell XO» markalı konyak sataşmış, qiymətinə baxdıqda içkinin 320 manat təşkil etdiyini görmüşdür. Həmin içkini götürərək zənbildə olan digər ərzaqların üzərinə qoymuşdur. Bir neçə dəqiqə marketin daxilində gəzdikdən sonra içərisində ərzaq məhsulları olan zənbili marketdə buraxmış, lakin oğurladığı 0.700 litr həcmdə «Martell XO» markalı konyak əynində olan gödəkçənin altına qoyaraq kassa aparatına yaxınlaşmış, alış-veriş etməmiş adam kimi marketi tərk edərək oradan uzaqlaşmışdır. Bundan sonra tanımadığı taksiyə əyləşərək yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsinə getmiş, yaşadığı məhəlləyə çatıb bloka daxil olaraq oğurladığı 0.700 litr həcmdə «Martell XO» markalı konyakı başına çəkərək içmişdir. Bundan başqa 27 dekabr 2020-ci il tarixdə yenə də onun pulu olmadığına görə qərara gəlmişdir ki, şəhər ərazisində olan başqa bir iri supermarketlərin birinə girərək spirtli içki oğurlayıb içsin. Lakin tutulmağından şübhələnərək o, 25.12.2020-ci il tarixdə oğurluq etdiyi marketə daxil olmaq fikri olmamışdır. 27 dekabr 2020-ci il tarixdə hava qaralan zaman saat 20 radələrində ünvan 7 ünvanında yerləşən "xxxx" marketinə daxil olmuşdur. Özünü şübhələndirməmək üçün eyni qayda ilə əlinə zənbil götürmüş və marketdə olan vitrinləri gəzməyə başlamışdır. Əlində olan zənbilə marketdə olan ərzaq məhsulları yığmağa başlamışdır. Bundan sonra spirtli içkilərin satıldığı vitrinin qarşısına gəlmiş, orada bir neçə dəqiqə ərzində spirtli içkilərə baxmışdır. Gözünə bu dəfə 0.700 litr həcmdə «Gognac Croizet XO» markalı spirtli içki hesab edilən konyak dəymiş, qiymətinə baxdıqda içkinin 529 manat təşkil etdiyini görmüşdür. Həmin içkini götürərək zənbildə olan digər ərzaqların üzərinə qoymuşdur. Bir neçə dəqiqə marketin daxilində gəzdikdən sonra içərisində ərzaq məhsulları olan zənbili marketdə bir kənara buraxmış, lakin oğurladığı 0.700 litr həcmdə «Gognac Croizet XO» markalı spirtli içki hesab edilən konyakı əynində olan gödəkçənin altına qoyaraq kassa aparatına yaxınlaşmış, alış-veriş etməmiş adam kimi marketi tərk edərək oradan uzaqlaşmışdır. Bundan sonra tanımadığı taksiyə əyləşərək yaşadığı Suraxanı rayonu Qaraçuxur qəsəbəsinə getmiş, yaşadığı məhəlləyə çatıb bloka daxil olaraq oğurladığı 0.700 litr həcmdə «Gognac Croizet XO» markalı konyakı başına çəkərək içmişdir. Həmçinin 30 dekabr 2020-ci il tarixdə yenə də onun pulu olmadığına görə qərara gəlmişdir ki, şəhər ərazisində olan başqa iri super marketlərin birinə girərək spirtli içki oğurlayıb içsin. Lakin tutulmağından şübhələnərək o, əvvəlki tarixlərdə oğurluq etdiyi marketlərə daxil olmaq fikri olmamışdır. 30 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 8 ünvanında küçəsində yerləşən "xxxx" marketinə daxil olmuş, özünü şübhələndirməmək üçün eyni qayda ilə əlinə zənbil götürmüş və marketin daxilində olan vitrinləri gəzməyə başlamışdır. Əlində olan zənbilə marketdə olan ərzaq məhsulları yığmağa başlamışdır. Bundan sonra spirtli içkilərin satıldığı vitrinin qarşısına gəlmiş, orada bir neçə dəqiqə ərzində spirtli içkilərə baxmışdır. Gözünə bu dəfə 1 litr həcmdə «Chivas Regal 18» markalı spirtli içki hesab edilən viski dəymiş, qiymətinə baxdıqda içkinin 199 manat təşkil etdiyini görmüşdür. Həmin içkini götürərək zənbildə olan digər ərzaqların üzərinə qoymuşdur. Bundan sonra hiss etmişdir ki, marketdə olan mühafizəçi diqqətlə ona fikir verir, artıq düşünmüşdür ki, həmin şəxs ondan şübhələnmişdir. O, düşünmüşdür ki, əvvəlki qayda ilə oğurluq etsə onu tutacaqlar. Ona görə də zənbilin içərisində olan ərzaqları və oğurladığı «Chivas Regal 18» markalı viskini marketin içrərisində bir kənara buraxıb kassa aparatına yaxınlaşmışdır ki, marketi tərk etsin. Bu zaman marketin mühafizəçisi özünü Mətin kimi təqdim edən şəxs onu saxlamış və bildirmişdir ki, o, 25.12.2020-ci il tarixdə və 27.12.2020-ci il tarixdə marketlərdən oğurluq etmişdir. Daha sonra da polis əməkdaşları marketə gələrək onu Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. 22-ci PŞ-də o, 25.12.2020-ci və 27.12.2020-ci il tarixlərdə göstərdiyi marketlərdən oğurluq etməyini etiraf etməmiş, ona polis şöbəsində izahat yazmağı təklif olunsa da o, izahat verməkdən imtina etmişdir. Həmin günü gecə saatlarında polis şöbəsindən çıxaraq yaşadığı evə getmişdir. Səhərisi günü, yəni 31.12.2020-ci il tarixdə onu yenidən Nəsimi RPİ-nin İŞ-nə dəvət etmişlər. O, gələrək Nəsimi RPİ-nin İstintaq Şöbəsində törətdiyi əməlləri səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməllərdən peşman olduğunu bildirmiş, əvvəlki ifadələri ilə oğurluq etdiyi marketlərin yerləşdiyi ünvanları səhv olaraq göstərmiş, çünki həmin vaxt marketlərin yerləşdiyi ünvanları tam dəqiqliklə bilməmişdir. Lakin onun iştirakı ilə ifadəsi yerində yoxlanılan zaman o, marketlərin yerləşdiyi ünvanları dəqiqliklə bilmişdir. Əlavə olaraq bildirmişdir ki, 25.12.2020-ci il tarixdə ünvan 6 ünvanında yerləşən «Bolmart» marketindən oğurladığı «Martell XO» markalı konyakın həcmi 0.750 litr deyil, 0.700 litr olmuş, həmçinin 27.12.2020-ci il tarixdə Nəsimi rayonu, Nizami küçəsi 129 ünvanında yerləşən "xxxx" marketində oğurladığı «Gognac Croizet XO» markalı konyakın həcmi 0.750 litr deyil, 0.700 litr olmuş, əvvəlki ifadələrində həyəcanlı olduğundan onların həcmini səhvən düzgün göstərməmişdir. Oğurluq edən zaman marketlərin daxilində çoxlu sayda alış-veriş edən adamlar olsa da, o, oğurluq edən zaman onu hər hansı bir şəxs və ya şəxslər görməmişdir. O, göstərdiyi faktlardan əlavə hər hansı bir marketlərdən və yaxud da digər obyektlərdən oğurluq etməmişdir. O, saxlanılan zaman ona fiziki zor tətbiq edilməmişdir. O, oğurluq cinayətini tək törətmiş, oğurluq törədən zaman ona hər hansı bir şəxs kömək etməmiş və yaxud da törətdiyi cinayət barəsində heç kimin məlumatı olmamışdır. Özünü təqsirli bilərək, zərərçəkmiş hüquqi şəxsə dəymiş zərərin ödənilməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyi, DVD diskdə əks olunmuş videogörüntülər və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, 21 avqust 2019-cu tarixdən Zərərçəkmiş şəxs MMC-nin məşğulluq təsnifatı üzrə rəis müavini, təhlükəsizlik üzrə, əmək müqaviləsi üzrə, mühafizə rəisi vəzifəsində işləyir. 2020-ci il tarixdə «Bolmart» marketlər şəbəkəsi "xxxx" marketlər şəbəkəsinin nəzdinə keçmiş və onların yerdə adı "xxxx" MMC adlanır. 25 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 9 ünvanında yerləşən «Bolmart» marketindən spirtli içkilər satılan vitrindən 0.700 litr həcmində "xxxx" markalı konyak müştəri tərəfindən oğurlanmışdır. Bununla bağlı "xxxx" MMC-nin nəzarət şöbəsi tərəfindən hərəkətə keçərək marketin daxilində olan müşahidə kameralarına baxdıqda həqiqətən də bir nəfər kişi cinsli şəxsin qeyd olunan konyakı oğurlayaraq əynində olan paltarın altına yerləşdirməklə oğurladığını görmüşlər. Lakin bu barədə polis orqanlarına şikayət etməmişlər, bundan əlavə 27 dekabr 2020-ci il tarixdə yenə də saat 20 radələrində ünvan 10 ünvanında yerləşən "xxxx" marketindən spirtli içkilər satılan vitrindən 0.700 litr həcmində "xxxx" markalı konyak müştəri tərəfindən oğurlandığını aşkar etmişlər. Bununla bağlı yenə də nəzarət şöbəsi tərəfindən hərəkətə keçərək, marketin daxilində olan müşahidə kameralarına baxdıqda həqiqətən də bir nəfər kişi cinsli şəxsin qeyd olunan konyakı oğurlayaraq əynində olan paltarın altına yerləşdirməklə oğurladığını görmüşlər. Kameralara baxan zaman müəyyən olunmuşdur ki, hər iki oğurluq faktını eyni adam etmiş, belə ki, həmin şəxs hər iki marketə girən zaman əynində eyni paltarlar olmuş, həmçinin xarici görkəmindən də görünmüşdür ki, oğurluq edən şəxs eyni adamdır. Lakin həmin oğurluqla bağlı da polis orqanlarına müraciət edilməmişdir. 30.12.2020-ci il tarixdə saat radələrində "xxxx" MMC-də nəzarət şöbəsinin müdir müavini işləyən Şahid1 marketə nəzarət etmək üçün ünvan 11 ünvanında yerləşən "xxxx" marketinə getmiş, marketə daxil olaraq vəzifəsi üzrə marketin daxilini gəzərək nəzarət etmiş, saat təxminən 20 radələrində həmin marketdə nəzarətçi işləyən Şahid2 müdir müavini Şahid1 yaxınlaşaraq, bir nəfər şəxs marketin spirtli içkilər satılan yerdə yerləşən vitrindən 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini götürdüyünü, həmin şəxsin də xarici görkəmindən əvvəllər oğurluqlar etmiş şəxsə oxşadığını bildirmişdir. Bundan sonra nəzarətçilər tərəfindən marketin daxilində gəzib həmin şəxsi izlənilmiş, həmin şəxsin marketin daxilində gəzərək ərzaqlara baxdığını görəndə nəzarətçilər Mətin və Tunar bu səbəbdən marketin çıxış yerində dayanaraq həmin şəxsi izləmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra həmin şəxs kassanın qarşısından keçərkən nəzarətçilərin onu gözlədiklərini görüb bədən səthindən vitrindən oğurladığı 199 manat əyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini kassa ətrafında yerləşən masanın üzərinə qoyaraq, kassa aparatından keçərkən nəzarətçilər həmin şəxsi saxlayıb DİN-nin 102 zəng xidmətinə məlumat vermişlər. Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları marketə gələrək həmin şəxsi polis əməkdaşları 22-ci PŞ-nə aparmışlar. Şahid1 da PŞ-nə gedərək bu barədə ərizə yazmışdır. Məlum olmuşdur ki, marketlərdən oğurluq etmiş şəxsin adı Təqsirləndirilən şəxsdur. Əlavə olaraq bildirmişdir ki, 25 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 12 ünvanında yerləşən «Bolmart» marketinə daxil olaraq orada yerləşən vitrindən 320 manat dəyərində 0.700 litr həcmdə «Martell XO» markalı konyak və 27.12.2020-ci il tarixdə saat 20 radələrində ünvan 7 ünvanında yerləşən "xxxx" marketindəki vitrindən 529 manat dəyərində 0.700 litr həcmdə «Gognac Croizet XO» markalı spirtli içki hesab edilən konyakın oğurlanması nəticəsində ümumilikdə 849 manat ziyan dəymişdir. Daha sonra zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək dəymiş zərərin ödənildiyini, hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmamasını, təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 25 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 13 ünvanında yerləşən «Bolmart» marketindən spirtli içkilər satılan vitrindən 0.700 litr həcmində "xxxx" markalı konyak müştəri tərəfindən oğurlanmışdır. Bununla bağlı onlar hərəkətə keçərək, marketin daxilində olan müşahidə kameralarına baxdıqda həqiqətən də bir nəfər kişi cinsli şəxsin qeyd olunan konyakı oğurlayaraq əynində olan paltarın altına yerləşdirməklə oğurladığım görmüşlər. Lakin bu barədə polis orqanlarına şikayət etməmişlər. Bundan əlavə 27 dekabr 2020-ci il tarixdə yenə də saat 20 radələrində ünvan 14 ünvanında yerləşən "xxxx" marketindən spirtli içkilər satılan vitrindən 0.700 litr həcmində "xxxx" markalı konyak müştəri tərəfindən oğurlanmışdır. Bununla bağlı yenə də onlar hərəkətə keçmişlər, marketin daxilində olan müşahidə kameralarına baxdıqda həqiqətən də bir nəfər kişi cinsli şəxsin qeyd olunan konyakı oğurlayaraq əynində olan paltarın altına yerləşdirməklə oğurladığını görmüşlər. Kameralara baxan zaman müəyyən etmişlər ki, hər iki oğurluq faktını eyni adam etmiş, belə ki, həmin şəxs hər iki marketə girən zaman əynində eyni paltarlar olmuş, həmçinin xarici görkəmindən də bilinmişdir ki, oğurluq edən şəxs eyni adamdır. Lakin həmin oğurluqla bağlı da polis orqanlarına müraciət etməmişlər. 30.12.2020-ci il tarixdə saat 19 radələrində o, marketə nəzarət etmək üçün ünvan 11 ünvanında yerləşən "xxxx" marketinə gəlmişdir. Marketə daxil olaraq vəzifəsi üzrə marketin daxilini gəzərək nəzarət etmişdir. Saat təxminən 20 radələrində həmin marketdə nəzarətçi işləyən Şahid2 ona yaxınlaşaraq bildirmişdir ki, bir nəfər şəxs marketin spirtli içkilər satılan yerdə yerləşən vitrindən 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini götürdüyünü, həmin şəxsin də xarici görkəmindən əvvəllər oğurluqlar etmiş şəxsə oxşadığını bildirmişdir. O, Tunarla birlikdə marketin daxilində gəzib onu izləmişlər. Həmin şəxs marketin daxilində gəzərək ərzaqlara baxmışdır. O və Tunar bu səbəbdən marketin çıxış yerində dayanaraq həmin şəxsi gözləmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra həmin şəxs kassanın qarşısından keçərkən onların onu gözlədiklərini görüb bədən səthindən oğurladığı vitrindən 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» maykalı viskini kassa ətrafında yerləşən masanın üzərinə qoymuş, kassa aparatından keçdikdən sonra onlar həmin şəxsi saxlayıb ona bildirmişlər ki, 25 dekabr və 27 dekabr 2020-ci il tarixlənrdə marketlərdən spirtli içki oğurladığını, hazırda da 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini oğurlamaq istədiyini demişlər. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bununla bağlı o, istifadəsində olan mobil telefonla DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları marketə gəlmiş, o, oğurluqla bağlı ərizə yazmış, bundan sonra həmin şəxsi polis əməkdaşları 22-ci PŞ-nə aparmışlar. Baş vermiş oğurluq hadisələri ilə əlaqədar olaraq ona heç bir maddi ziyan dəyməmişdir. O, oğurluq hadisəsi ilə əlaqədar olaraq ilkin olaraq ərizə yazsa da maddi ziyan "xxxx" MMCyə dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 25 dekabr 2020-ci il tarixdə saat 20 radələrində ünvan 13 ünvanında yerləşən «Bolmart» marketindən spirtli içkilər satılan vitrindən 0.700 litr həcmində "xxxx" markalı konyak müştəri tərəfindən oğurlanmışdır. Bununla bağlı MMC-nin bütün işçiləri hərəkətə keçmiş, marketin daxilində olan müşahidə kameralarından rəhbərlik tərəfindən çıxarış edilərək marketlər şəbəkələrində işləyən bütün nəzarətçilərə göndərilmişdir ki, hansı marketdən həmin şəxs aşkar olunsa dərhal bu barədə məlumat versinlər. Bundan əlavə 27 dekabr 2020-ci il tarixdə yenə də saat 20 radələrində ünvan 7 ünvanında yerləşən "xxxx" marketindən spirtli içkilər satılan vitrindən 0.700 litr həcmində "xxxx" markalı konyak müştəri tərəfindən oğurlanmışdır. Eyni qayda ilə MMC-nin bütün işçiləri hərəkətə keçmiş, marketin daxilində olan müşahidə kameralarından rəhbərlik tərəfindən çıxarış edilərək marketlər şəbəkələrində işləyən bütün nəzarətçilərə göndərilmişdir ki, hansı marketdən həmin şəxs aşkar olunsa dərhal bu barədə məlumat versinlər. Marketin daxilində olan müşahidə kameralarına baxdıqda həqiqətən də bir nəfər kişi cinsli şəxsin qeyd olunan konyakı oğurlayaraq əynində olan paltarın altına yerləşdirməklə oğurladığı görülmüşdür. Kameralara baxan zaman müəyyən etmişlər ki, hər iki oğurluq faktını eyni adam etmiş, belə ki, həmin şəxs hər iki marketə girən zaman əynində eyni paltarlar olmuş, həmçinin xarici görkəmindən də bilinmişdir ki, oğurluq edən şəxs eyni adamdır. 30.12.2020-ci il tarixdə saat 19 radələrində nəzarət şöbəsinin müdir müavini Şahid1 o, işlədiyi marketə gəlmişdir. Saat təxminən 20 radələrində o, marketdə gəzərək ətrafdakı müştəriləri nəzərdən keçirmişdir. Bu zaman görmüşdür ki, bir nəfər şəxs marketin daxilində yerləşən spirtli içkilər satılan vitrindən 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini götürmüşdür. Həmin şəxsə diqqətlə baxdıqda bilmişdir ki, o, əvvəlki günlərdə marketlərdən oğurluq edən şəxsdir. Bu səbəbdən də o, Şahid1 yaxınlaşaraq bu barədə məlumat vermişdir. Bundan sonra Mətinlə birlikdə marketin daxilində gəzib həmin şəxsi izləmişlər. Həmin şəxs özünü şübhələndirməmək üçün marketin daxilində gəzərək ərzaqlara baxmışdır. Daha dəqiq desək artıq onlardan şübhələnmişdir ki, onlar onu izləyirlər. O və Mətin marketin çıxış yerində dayanaraq həmin şəxsi gözləmişlər. Təxminən 30 dəqiqə keçdikdən sonra həmin şəxs kassanın qarşısından keçərkən onların onu gözlədiklərini görüb bədən səthindən vitrindən oğurladığı 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini kassa ətrafında yerləşən masanın üzərinə qoymuşdur. Kassa aparatından keçdikdən sonra Mətin həmin şəxsi saxlayıb bildirmişdir ki, 25 dekabr və 27 dekabr 2020-ci il tarixlərində marketlərdən spirtli içki oğurlamış, hazırda da 199 manat dəyərində 1 litr həcmində «Chivas Regal 18» markalı viskini oğurlamaq istəmişdir. Həmin şəxs özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bununla bağlı Mətin istifadəsində olan mobil telefonla DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş Nəsimi RPİ-nin 22-ci PŞ-nin əməkdaşları marketə gəlmiş, Mətin oğurluqla bağlı ərizə yazmış, bundan sonra həmin şəxsi polis əməkdaşları 22-ci PŞnə aparmışlar. Cinayət işinin 1-ci cild 48-49-cu vərəqələrində olan 31 dekabr 2020-ci il tarixli şübhəli şəxsin tutma haqqında protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 1-ci cild 81-85-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 02 yanvar 2021-ci il tarixli qərarından görünür ki, vəsatət rədd edilmiş və Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 1-ci cild 86-87-ci vərəqələrində olan 02 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs məcburi gətirilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli məhkəmənin iclasının qərarından görünür ki, iş üzrə icraat təzələnmiş, məhkəmə hazırlıq iclası həmin tarixə, saat 12-15-ə təyin edilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxışı təyin edilmiş və Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvəsində saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli məhkəmənin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və iş üzrə icraat dayandırılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli məhkəmənin qərarından görünür ki, iş üzrə icraat təzələnmişdir. Cinayət işinin 1-ci cild 138-142-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 fevral 2021-ci il tarixli, 9/206 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 3 adda içkilərin 2020-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 700,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. 1) 0,7 litr həcmdə «Martell XO» markalı konyak -1 ədəd 280 manat; 2) 0.7 litr həcmdə «Gognac Croizet XO» markalı konyak-1 ədəd 270 manat; 3) 1 litr həcmdə «Chivas Regal 18» markalı viski-1 ədəd 150 manat. Cinayət işinin 1-ci cild 138 A-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cild 94-cü vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 06 yanvar 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Cinayət işinin 1-ci cild 141-142-ci vərəqələrində olan maddi sübut kimi tanımaq haqqında 09 fevral 2021-ci il tarixli qərardan görünür ki, 150 (bir yüz əlli) manat dəyərində 01 ədəd 01 litr həcmdə “Chivas Regal 18” markalı spirtli içki hesab edilən viski maddi sübut kimi tanınmış və zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarılması nəzərə alınmışdır. Cinayət işinin 1-ci cild 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 13 yanvar 2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Ə.E.X5 Aksaysk Rayon Məhkəməsinin 24 may 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 111-ci maddənin 2-ci hissəsinin Z bəndi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 1-ci cild 127-128-ci vərəqələrində olan 07 fevral 2021-ci il tarixli qərardan görünür ki, Nümayəndə zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, 01 ədəd CD diskdə 07 ədəd əks olunmuş kamera görüntüləri vardır. Məlum olur ki, həmin görüntülərin 03 müvafiq olaraq 25.12.2020-ci il, 27.12.2020-ci il və 30.12020-ci il tarixlərdə baş vermiş oğurluq faktlarını özündə əks etdirir. Digər 4 ədəd görüntü isə həmin oğurluq hadisələrinin hissə olaraq özündə əks etdirən görüntüləridir. 25.12.2020-ci il tarixli görüntüdən görünür Təqsirləndirilən şəxs «Bolmart» marketindən daxilində yerləşən spirtli içkilərin satıldığı vitrinə yaxınlaşaraq oradan 0.700 litr həcmində "xxxx" markalı konyakı götürür, daha sonra özünü şübhələndirməmək üçün bir qədər dayanıb vitrində yerləşən digər içkilərə baxır. Daha sonra Təqsirləndirilən şəxs marketin daxilində olan araba götürərək müxtəlif ərzaq məhsullarını alıcı kimi arabaya yığdıqdan sonra, onu marketin daxilində bir yerdə buraxır və heç nə almamış kimi marketdən çıxaraq oranı tərk edir. 25.12.2020-ci il tarixdə olan oğurluq görünülərində müəyyən olundu ki, Təqsirləndirilən şəxs marketin daxilində yerləşən ərzaq məhsulları satılan vitrinlərin arxasına keçərək oğurladığı spirtli içkini əynində olan paltarın altına qoymaqla gizlədir. Daha sonra 27.12.2020-ci il tarixdə olan görüntüdən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" marketindən daxilində yerləşən spirtli içkilərin satıldığı vitrinə yaxınlaşaraq oradan 0.700 litr həcmində "xxxx" markalı konyakı götürür, daha sonra özünü şübhləndirməmək üçün bir qədər dayanıb vitrində yerləşən digər içkilərə baxır. Daha sonra Təqsirləndirilən şəxs marketin daxilində olan araba götürərək müxtəlif ərzaq məhsullarım alıcı kimi arabaya yığdıqdan sonra, onu marketin daxilində bir yerdə buraxır və heç nə almamış kimi marketdən çıxaraq oranı tərk edir. 27.12.2020-ci il tarixdə olan oğurluq görüntülərində müəyyən olundu ki, Təqsirləndirilən şəxs marketin daxilində yerləşən ərzaq məhsulları satılan vitrinlərin arxasına keçərək oğurladığı spirtli içkini əynində olan paltarın altına qoymaqla gizlədir. Həmçinin 30.12.2020-ci tarixli görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlinə qırmızı zənbil alaraq spirtli içkilərin satıldığı vitrinə yaxınlaşaraq oradan 1 litr həcmində «Chivas Regal 18» markalı konyak götürərək zənbilə qoyur. Daha sonra kameradan yayınmaq üçün marketin daxilində olan vitrinin arxasına keçərək oğurladığı spirtli içkini əynində olan kurtkanın altına qoyur. O, marketın çıxışından çıxan zaman 02 nəfər şəxs ona yaxınlaşaraq onu marketin daxilində yerləşən otağa dəvət edir. Bundan əlavə iş üçün mühüm əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, MMC-yə dəymiş zərər Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir, sonuncuya qarşı heç bir tələb və şikayətləri yoxdur, təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxırlar. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, DVD diskdə olan videogörüntülər, ekspert rəyi və digər iş materialları ilə onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq və təkrarən oğurluğa cəhd etmə cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq təkrar talamaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, dəymiş zərəri ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, özünü təqsirli bilməsini, dəymiş zərəri ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və 31 dekabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, 01 ədəd 01 litr həcmdə “Chivas Regal 18” markalı spirtli içki hesab edilən viski zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili S.D.Səfərova məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 29, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 31 dekabr 2020-ci il tarixdən 02 yanvar 2021-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd 01 litr həcmdə “Chivas Regal 18” markalı spirtli içki hesab edilən viski zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə qaytarıldığından sonuncunun istifadəsinə verilmiş hesab edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – cəmi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No **********1100204111, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-224/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-224/2021
20.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver