Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-224/2022 27.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Yasamal rayonu, X4 küçəsi, ev 79, mənzil 67 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs təkrar etibardan sui-istifadə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib özünü işgüzar şəxs kimi təqdim edərək sonuncudan topdan mühərrik yağları alaraq daha baha qiymətə satıb özünün və Zərərçəkmiş şəxs1 qazanc əldə edəcəyinə dair yalan vədlər verib aldadaraq 06 yanvar 2021-ci il tarixdə saat 14 radələrində ünvan 2 ünvanında yerləşən “Olimp” avtomobil ehtiyyat hissələri mağazasından ümumi dəyəri zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1625 manat təşkil edən 125 litr 5/30 sintetikli və ümumi dəyəri 1625 manat təşkil edən 125 litr 5/40 sintetikli olmaqla ümumilikdə 250 litr “Petronans” və ümumi dəyəri 1300 manat təşkil edən 205 litr 10/40 sintetikli, ümumi dəyəri 1550 manat təşkil edən 205 litr 5/30 sintetikli və ümumi dəyəri 1500 manat təşkil edən 205 litr 5/40 sintetikli olmaqla ümumilikdə 615 litr “Totachi” markalı avtomobil mühərriki yağlarını götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdarda 7600 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib sonuncuya lombardda girov qoyulmuş özünə məxsus qızıl-zinət əşyalarını 5100 manat pul müqabilində girovdan çıxararaq həmin əşyaları daha baha qiymətə satmaqla özünün və Zərərçəkmiş şəxs2 qazanc əldə edəcəyinə dair yalan vəd verib aldadaraq 27 iyul 2021-ci il tarixdə ünvan 3 ünvanının qarşısında Nigar Calilovadan 5100 manat pulu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, iş üzrə Zərərçəkmiş şəxs1 hadisədən təxminən bir il əvvəl tanımış və onunla heç bir düşmənçiliyi və şəxsi ədavəti olmamışdır. Zərərçəkmiş şəxs1 “Olimp” avtomobil ehtiyyat hissələri mağazasında işləmiş və oradan alış-veriş edən zaman onu tanımışdır. 2021-ci ilin yanvar ayında tanışı Şahid2 təxminən 4000 manat borcu olmuşdur və sonuncu gündəlik əlaqə saxlayaraq borcunun ödənilməsini tələb etmişdir. Həmin vaxt çıxılmaz vəziyyətdə qalaraq Şahid2 ödəməli olduğu pulun əvəzində tanışı Zərərçəkmiş şəxs1 aldadaraq ondan avtomobil mühərriki yağları alıb həmin yağları Şahid2 pul olaraq verməyi, beləliklə ona olan borcunu bağlamağı düşünmüşdür. Şahid2 tanışı Zərərçəkmiş şəxs1 qohumu kimi qələmə vermiş və Anardan avtomobil yağları alaraq ona borc əvəzinə təqdim edə biləcəyini və daha sonra qohumuna olan borcunu özünün ödəyəcəyini bildirmiş və Şahid2 onunla razılaşmışdır. Buna görə də, tanışı Zərərçəkmiş şəxs1 işlədiyi mağazaya gedərək onunla söhbət etmiş və uzun müddətli ticarət əlaqələri qurmaq barədə təklif etmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 daima çoxlu miqdarda topdan avtomobil mühərriki yağları verməyi və həmin yağları daha baha qiymətə digər mağazalara sataraq həm özünün qazanc əldə edəcəyini, həm də onun mallarının satılmasına səbəb olacağına dair təklif etmişdir. Zərərçəkmiş şəxs1 razılaşmış və buna görə də, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində tanışı Şahid2 ilə birlikdə ünvan 2 ünvanında yerləşən “Olimp” avtomobil ehtiyyat hissələri mağazasına gəlmişdir. Orada Zərərçəkmiş şəxs1la razılaşdığı 125 litr 5/30 sintetikli və 125 litr 5/40 sintetikli olmaqla ümumilikdə 250 litr “Petronas” və 205 litr 10/40 sintetikli, 205 litr 5/30 sintetikli və 205 litr 5/40 sintetikli olmaqla 615 litr "Totachi” markalı avtomobil mühərrik yağlarını xüsusi çənlərdə olmaqla sonuncudan almışdır. Ümumilikdə həmin yağların qiyməti 7600 manat təşkil etmişdir və Zərərçəkmiş şəxs1 bu barədə qəbz yazaraq imzalatmışdır. Razılaşmaya əsasən 10 gün ərzində həmin yağları sataraq pulunu Zərərçəkmiş şəxs1 ödəməli olmuşdur. Yağların alınmasına dair qəbzi imzaladıqdan sonra həmin mühərrik yağlarını götürərək, Nicatla bərabər oradan uzaqlaşmışdır. Yolda olan zaman Şahid2 həmin yağları pul əvəzi onun götürməsinin ona sərf etmədiyini bildirmişdir. Şahid2 həmin yağları borc əvəzində götürmədiyindən Zərərçəkmiş şəxs1 aldığı avtomobil mühərriki yağlarını digər tanımadığı şəxslərə təxminən iki həftə ərzində satmışdır və yağların satılması nəticəsində əldə etdiyi pullarla Şahid2 olan borcunu ödəmişdir. Pulların qalığını isə şəxsi tələbatlarına xərcləmişdir. Zərərçəkmiş şəxs1 əlaqə saxlayan zaman ilkin mərhələlərdə pulu ödəyəcəyinə söz versə də, daha sonra onun zənglərinə cavab verməmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə Mərdəkan istiqamətində avtomobillə hərəkətdə olarkən Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur və aralarında münasibət yaranmışdır. Söhbət zamanı ona lombardda qızılı olduğunu, həmin qızılları lombarddan götürüb qazanc əldə etməyi təklif etmişdir. Bunun müqabilində Nigara 02 (iki) min manat əlavə pul verəcəyini deyib onda maraq yaratmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs2 ona inanmışdır və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 ilə “Qış Parkı” deyilən yerin yaxınlığında lombarda getmişlər. Orada Zərərçəkmiş şəxs2 özünə məxsus qızıl-zinət əşylarını lombarda girov qoyub oradan 5100 manat pul götürmüşdür. Həmin gün birgə Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyasının yaxınlığında adını xatırlamadığı lombarda gedərək orada olan qızıl-zinət əşyalarını götürmək ücün 5000 manat pul ödəmişdir. Bundan sonra, lombarddan həmin qızılların orada olmadığını və saxlanca qoyulduğunu bildirmişlər. Buna görə növbəti gün yaxınlaşmağı təklif etmişlər. xx.xx.2021-ci il tarixdə həmin lombarda Zərərçəkmiş şəxs2 ilə birgə getmişdir. Lombarddan qızıİ-zinət əşyalarını götürüb satmaq üçün “Moskva” adlı univermağa getmişlər. Orada həmin qızıl-zinət əşyalarını 7500 manata satmışlar. Avtomobildə olarkən Nigara 15000 manat pul lazım olduğunu və həmin pulun müqabilində lombarddan daha baha qızılları götürüb satıb qazanc əldə edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 həmin 5000 manatı götürməməyə razılaşmış, bunu deməkdə məqsədi Nigara pulu geri qaytarmamaq olmuşdur. Daha sonra pulu şəxsi ehtiyacı üçün xərcləmişdir və Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmamışdır. Hal-hazırda zərərçəkmiş şəxslərə vurulmuş ziyanı tam ödəməklə onlarla barışıq əldə etdiyini və həmin şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirib, barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs hadisədən təxminən 6-7 ay əvvəl işlədiyi avtomobil ehtiyyat hissələri mağazasından tanımışdır. Belə ki, Xəyyam mağazanın yerləşdiyi yerin yaxınlığında avtomobilini təmir etdirmiş və həmin vaxtlar işlətdiyi mağazadan ehtiyyat hissələri almışdır. Həmin vaxtdan onunla tanışlıq və münasibəti yaranmışdır. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxslə söhbət edən zaman o, birlikdə iş görməyi təklif etmişdir. Belə ki, işlətdiyi mağazada avtomobil yağları satılmış və Xəyyam daima ondan çox miqdarda avtomobil yağları alıb, başqa müştərilərə daha baha qiymətə sata biləcəyini və həmin vaxt yağı satmaqla həm özünün qazanc əldə edəcəyini, həm də onun qazanc edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs avtomobillərin mühərrik yağını ilkin ödəniş etmədən götürüb, on gün ərzində həmin yağları satıb pulunu ödəyərək, yenidən satış üçün yağ götürəcəyini təklif etmişdir. Təqsirləndirilən şəxs sözlərinə inanaraq onunla razılaşmış və xx.xx.2021-ci il tarixdə saat 14 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən “Olimp” avtomobil servisində olan “Olimp” avtomobil ehtiyyat hissələri mağazasında Xəyyama 125 litr 5/30 sintetikli və 125 litr 5/40 sintetikli olmaqla ümumilikdə 250 litr “Petronas” və 205 litr 10/40 sintetikli, 205 litr 5/30 sintetikli və 205 litr 5/40 sintetikli olmaqla 615 litr “Totachi” markalı avtomobil mühərrik yağlarını xüsusi çənlərdə olmaqla vermişdir. Ümumilikdə həmin yağların qiyməti 7600 manat təşkil etmişdir. Buna görə də, Təqsirləndirilən şəxslə həmin gündən on gün müddətinə 7600 manat pulun ödənilməsinə və ona yenidən satış üçün avtomobil mühərrik yağı verməyə razılaşmışlar. Həmin gündən təxminən 10 gün sonra Təqsirləndirilən şəxslə pulun ödənilməsi üçün əlaqə saxlasa da, o, mobil telefonlarına cavab verməkdən yayınmışdır və həmin pulu ödəməmişdir. Xəyyam onun mobil telefon zənglərinə cavab vermədikdən sonra barəsində araşdırma edən zaman Xəyyamın dələduzduq etdiyinə görə daha əvvəllər məhkum olunduğunu və ona qarşı da dələduzluq edildiyini başa düşmüşdür. Bundan sonra, hadisə barədə polisə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxslə aralarında olan razılaşma barədə və avtomobil mühərrik yağlarını ona verməsinin şahidləri iş yoldaşları Saleh və Qiyas adlı şəxslər olmuşdur. Təqsirləndirilən şəxs həmin yağları yağların verilməsinin şahidi olan Nicat adlı şəxsin “Mercedes” markalı modelini və qeydiyyat nişanını xatırlamadığı avtomobilə yükləyərək aparmışdır. Təqsirləndirilən şəxs tərəfindən maddi ziyanın ona ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət məsuliyyətindən azad olunması ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 07 iyul 2021-ci il tarixdə Mərdəkan qəsəbəsi istiqamətində avtomobil ilə hərəkət edən zaman yolda Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxslə təxminən 3-4 ay münasibətləri olmuşdur və sonuncu danışıq zamanı ondan 15000 manat borca pul istəmişdir. Lakin pulu olmadığını dedikdən sonra Xəyyam qızıl-zinət əşyaları varsa girov qoyaraq pul götürməyi təklif etmişdir. Razılaşdıqdan sonra 26 iyul 2021-ci il tarixdə özünə məxsus təxminən 88 qram 750 əyarlı 1 ədəd üzük, 1 ədəd qolbaq və 1 ədəd boyunbağını Bakı səhəri, Yasamal rayonu ərazisində yerləşən “Dram” teatrının yaxınlığında yerləşən “Altun-2010” adlı lombarda girov qoyub müqabilində 5100 manat pul götürmüşdür. Həmin gün Xəyyam ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən lombarda ona məxsus qızılları götürmək üçün getmişlər. Belə ki, Xəyyam 5100 manat ona pul verib lombardda girov qoyduğu qızıl-zinət əşyalarını oradan götürüb satacağını, əldə olunan puldan 3000 manat pulu özünə götürüb ona verdiyi puldan əlavə olaraq 2000 manat pulu qazanc kimi verəcəyini söz vermişdir. Xəyyam ilə həmin lombarda gedərək 5123 manat pul ödəmişlər. Bundan sonra, lombardın işçisi çek tərtib edib versə də, girov- qoyulan qızılzinət əşyalarının növbəti gün veriləcəyini demiş və buna görə də, Xəyyam ilə oradan uzaqlaşmışlar. Növbəti gün Xəyyam zəng edərək qızıl-zinət əşyalarını lombarddan götürdüyünü, qızıl əşyalarını satmaq üçün getdiyini deyib onu da evdən götürmək istədiyini demişdir. Bundan sonra, Bayıl qəsəbəsindən onu evdən götürmüş və birgə “Moskva Univermağı” adlanan əraziyə getmişlər. Xəyyam ilə həmin qızıl-zinət əşyalarını mağazada 7500 manata satmışlar. Lakin Xəyyam qabaqcadan həmin qızıl-zinət əşyalarının 10000 manata satılacağını demiş və avtomobilə oturduqdan sonra Xəyyam pulu qabaq ön sərnişin oturacaqlarının arasında olan yerə qoyaraq getməsini demişdir. Hətta ona hazırda 15000 manat dəyərində başqa bir lombardda qızıl-zinət əşyaları olduğunu, həmin əşyaları da lombarddan götürüb satıb daha çox qazanc əldə edəcəklərini bildirmişdir. Qeyd olunan təkliflər cəlbedici olduğundan razılaşmışdır. Daha sonra Xəyyamdan pulunu geri istəsə də, o, müxtəlif bəhanələr ilə onu aldadaraq pulunu qaytarmamışdır. Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanın ona ödənildiyini və bu səbəbdən də Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, cinayət məsuliyyətindən azad olunması ilə bağlı qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs hadisədən təxminən bir il əvvəl tanımış və yoldaşlıq münasibəti olmuşdur. 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs ona 4000 manat borcu olmuşdur və həmin pulun qaytarılmasını ondan tələb etmişdir. Təqsirləndirilən şəxs borcu pul şəkilində qaytara bilməsə də, qohumu Anar adlı şəxsdən avtomobil mühərrik yağı alacağını və həmin yağları ona borcu əvəzində verəcəyini bildirmişdir. Xəyyamdan borcunu almaq üçün onunla razılaşmış və həmin avtomobil mühərrik yağlarını pul əvəzi götürərək, digər şəxslərə sataraq borcunu Xəyyamdan geri alacağını düşünmüşdür. Buna görə də, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Xəyyam ilə birlikdə onun qohumu kimi ona təqdim etdiyi Anar adlı şəxsin ünvan 2 ünvanında yerləşən “Olimp” avtomobil ehtiyyat hissələri mağazasına getmişlər. Orada söhbət zamanı Xəyyam ilə Anarın qohum olmadıqlarını başa düşmüşdür. Xəyyam ilə Anar aralarında razılaşmışlar və razılaşmaya əsasən Anar Xəyyama miqdarını və qiymətini xatırlamadığı avtomobil mühərrik yağlarını xüsusi çənlərdə olmaqla vermişdir. Xəyyam Anara həmin yağları sataraq bir-neçə günə pulunu ona verəcəyinə dair söz vermişdir. Daha sonra Xəyyam həmin yağları avtomobilə yükləmiş və yola düşmüşlər. Yolda olan zaman həmin yağları tanışları ilə maraqlanmış və çəndə olan mühərrik yağların satmağın çətin olması məlum olmuşdur. Həmin vaxt Xəyyama onun Anardan götürdüyü yağları borc əvəzi götürməyin ona sərf etmədiyini bildirmiş, buna görə də, Xəyyam həmin yağları özü naməlum istiqamətdə aparmışdır. Həmin hadisədən 15-20 gün sonra Xəyyam ona olan borcunu qaytarmışdır. Təqsirləndirilən şəxs “Anar" adlı şəxsdən götürdüyü yağları hara aparması, kimlərə satması və ümumilikdə onun törətdiyi əməl barədə heç bir məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 usta işlədiyi yerdə avtonobil ehtiyyat hissələri mağazası işlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində işlədiyi ünvan 2 ünvanında yerləşən tanışı Zərərçəkmiş şəxs1 işlətdiyi “Olimp’' avtomobil ehtiyyat hissələri mağazasında Xəyyam adlı şəxsə 125 litr 5/30 sintetikli və 125 litr 5/40 sintetikli olmaqla ümumilikdə 250 litr “Petronas” və 205 litr 10/40 sintetikli, 205 litr 5/30 sintetikli və 205 litr 5/40 sintetikli olmaqla 615 litr “Totachi” markalı avtomobil mühərrik yağlarını xüsusi çənlərdə olmaqla satmışdır. Aralarında olan danışıq zamanı Xəyyam Zərərçəkmiş şəxs1 aldığı yağlara görə pulu 10 gün ərzində ödəyəcəyini demişdir. Söhbət əsasında Xəyyamın həmin yağları daha baha qiymətə sataraq həm özünün qazanc edəcəyini, həm də Zərərçəkmiş şəxs1 yağların pulunu ödəməklə onun qazanc əldə edəcəyini düşünsə də, daha sonra Xəyyamın Anarı aldadaraq aldığı yağların pullarını ödəmədiyini bilmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Onlar barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir iddia, şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Zərərçəkmiş şəxs2 tərəfindən Nəsimi rayon məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, gələcəkdə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, maddi iddiası və tələbi olmayacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” X6 ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 2160 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilmişdir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilmişdir (cild 2, i.v 34-35). İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli “Axtarışda olan şəxsin yaxalanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov 3 ünvanının qarşısında tutularaq Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə gətirilmişdir (cild 1, i.v. 173); İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli “Tuma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i.v. 188-189); İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru vəzifəsini icra edən Kənan Əliyevin 10 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs qətimkan tədbirinin” seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (cild 1, i.v 222- 224). İş materiallarında olan 06 avqust 2021-ci il tarixli “CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə baş verən tarixdə, yəni 06 yanvar 2021-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs həqiqətən Nəsimi rayonu, Salamzadə küçəsində olması öz təsdiqini tapmışdır (cild 1, i.v 114). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 01 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 11 yanvar 2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və həbsdə saxlanılma müddətinin əvvəli 01 noyabr 2021ci il tarixdən hesablanmışdır (cild 2, i.v 61-64). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 11 mart 2022-ci il tarixədək uzadılmışdır (cild 2, i.v 186-187). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin müddəti 01 aprel 2022-ci il tarixədək uzadılmışdır (cild 3, i.v 77-81). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 31 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin uzadılmasından imtina olunmuş və o, dərhal məhkəmə iclas zalından azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə 01 may 2021-ci il tarixli cavabdan və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-151/2017 saylı, 23 fevral 2017-ci il tarixli hökmündən görünür ki, sonuncu dəfə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.4, 178.3.2, 221.1, 315.1 və 326.1-ci maddələri ilə xx.xx.2017-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 10 il müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunub, 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzası saxlanılmışdır (cild 1, i.v 39-41, 90-98). İş materiallarında olan 16 mart 2022-ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən istintaqa təqdim edilmiş, Təqsirləndirilən şəxs ilə aralarında olan, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanı özündə əks etdirən ödəniş qəbzi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 3, i.v. 130- 149); İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2699 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2021-ci ilin yanvar ayına olan “Petronas” markalı 5/30 sintetikli avtomobil mühərriki yağının 1 litrinin orta bazar qiyməti 13 manat, “Petronas” markalı 5/40 sintetikli avtomobil mühərriki yağının 1 litrinin orta bazar qiyməti 13 manat, “Totachi” markalı 10/40 sintetikli avtomobil mühərriki yağının 1 litrinin orta bazar qiyməti 11 manat, “Totachi” markalı 5/30 sintetikli avtomobil mühərrik yağının 1 litrinin orta bazar qiyməti 13 manat, “Totachi” markalı 5/40 sintetikli avtomobil mühərriki yağının 1 litrinin orta bazar qiyməti 13 manat müəyyən edilmişdir (cild 1, i.v. 43-44); İş materiallarına əlavə edilmiş Bakı şəhər Probasiya İdarəsinin icra məmuru Vəsilə Əliyeva tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış 31 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 178.1-ci maddələrinə əssaən təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-151/17 saylı, 27 mart 2017-ci il tarixli icra vərəqi üzrə 3000 (üç min) manat cərimə cəzasına mhkum edilmiş məhkum Təqsirləndirilən şəxs 31 avqust 2022-ci il tarixdə cəriməni tam ödədiyi üçün müvafiq olaraq qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 24810 nömrəli Qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi cinayət işi üzrə dəymiş ziyanın 25 %-dən az olmamaqla, yəni 3229 (üç min iki yüz iyirmi doqquz) manat dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən xitam verilməsinə razı olduğunu bildirmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın ümumi məbləği 12700 manat olmuş, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı 3175 (üç min yüz yetmiş beş) manat təşkil etmiş, Təqsirləndirilən şəxs tərəfindən 3229 (üç min iki yüz iyirmi doqquz) manat dövlət büdcəsinə ödəniş edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut 1 ədəd qəbzin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, məhkəmə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-224/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərara əsasən 25 aprel 2022-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 348, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilsin. İş üzrə maddi sübut 1 ədəd qəbzin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Məhkəmə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-224/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-224/2022
27.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver