Məhkəmə qərarları › İş №1(006)-224/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-224/2023

25.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-224/2023 25.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X2, Müdafiəçi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs1 iştirakları ilə, 20 avqust 1959-cu il tarixdə Ermənistan, Basarkeçər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, "xxxx" MMC-nin direktoru, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla hazırlamışdır. Belə ki, Təqsirləndirilən şəxs1 31 iyul 2009-cu il tarixli qərarla özü tərəfindən təsis edilərək “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanına əsasən müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmiş Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmış və hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatda olan, hüquqi ünvanı ünvan 1 üzrə (VÖEN: **********) 07 iyul 2016-cı il tarixli, 01 nömrəli əmrə əsasən, həmin Cəmiyyətin direktoru təyin edilməklə həmin vəzifədə işləyərkən həmin Cəmiyyətin 31 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş nizamnaməsinə əsasən. Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil etmək, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, Cəmiyyətin adından əqdlər bağlamaq və rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa vəzifəyə keçirmək, vəzifədən azad etmək, onların maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək və digər səlahiyyətlərə malik təşkilati - sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və təsis etməklə direktoru olduğu Təqsirləndirilən şəxs2 MMC üçün qanunsuz üstünlük, yəni qanunsuz gəlir əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edib Azerbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin tərəfindən elan edilmiş və satınalma predmeti həmin Xidmətin Sabirabad, Zaqatala, Qəbələ, Qobustan rayonlarında yerləşən stansiyalarının inzibati binalarında qaz xəttinin çəkilməsi işləri olan 49928 müsabiqə nömrəli elektron kotirovka sorğusu üsulu ilə keçirilən satınalmada Təqsirləndirilən şəxs2 MMC-nin iştirakını təmin etmək və qazanc əldə etməkdə ifadə olunan tamah niyyətilə ilə 2022-ci ilin noyabr ayında istintaqla müəyyən edilməyən gündə Təqsirləndirilən şəxs2 MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3014-cü məhəllədə yerləşən ofısindəki xidməti otağında quraşdırılmış kompüter texnikasından istifadə edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanlandığı 05 iyul 2022-ci il tarixli müraciəti əsasında həmin Baş İdarə tərəfindən verilmiş hüquqi əhəmiyyətə malik olan, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.5-ci maddəsinə əsasən mal göndərənin Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmamasını müəyyən etməklə satınalmada iştirakını şərtləndirən, üzərində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəsmi blankı, dairəvi möhürü, rəhbər vəzifəli şəxsinin imzası və adı əks olunmuş rəsmi sənəd hesab edilən 08 iyul 2022-ci il tarixli, **********516100 qeydiyyat nömrəli “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktubu skayner vasitəsilə kompüterin yaddaşına köçürüb qrafik proqram təminatından istifadə etməklə, müvafiq qrafalara “Azərbaycan Respublikası Milli Hidrometeorologiya Xidmətinin elan etdiyi dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün vergi öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməsinin mövcud olub-olmaması haqqında arayışın verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********489521 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Cari tarixə cəmiyyətin icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin fəaliyyətində vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı risk müəyyən edilməmişdir” yazılarını kompüterdə daxil edib, habelə həqiqi qeydiyyat nömrəsini və tarixini silərək çap qurğusu (printer) vasitəsilə əksini kağız daşıyıcı üzərində çıxarmaqla cinayətdən xəbərsiz olan şəxsiyyəti istintaqla müəyyən edilməyən şəxsə cinayətkar niyyəti barədə məlumat vermədən öz yazı xətti ilə həmin sənədin tarix qrafasına “11 noyabr 2022“, qeydiyyat nömrəsi qrafasına “**********561120” yazılarını yazdırmaqla hüquq verən rəsmi sənədi istifadə etmək məqsədilə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış, habelə eyni niyyətlə 11 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 3014-cü məhəllədə yerləşən ofisindəki xidməti otağında quraşdırılmış internet şəbəkəsinə çıxışı olan kompüter texnikasından istifadə edərək Təqsirləndirilən şəxs2 MMC-yə məxsus gücləndirilmiş elektron imza vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “www.e-tender.gov.az” internet saytına daxil olaraq həmin tarixə Cəmiyyətin 5.938.07 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcu, 6.367,59 manat məcburi dövlət sosial sığorta üzrə borcu, 254 manat işsizlikdən sığorta haqları üzrə borcu və 992,67 manat icbari tibbi sığorta üzrə ödənilməmiş borcu olduğunu bildiyi halda qeyd edilən informasiya resursuna bilə-bilə yalan məlumatları, yəni saxtalaşdırmaqla hazırladığı borcunun olmamasına dair 11 noyabr 2022-ci il tarixli, **********561120 “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktubun skayner vasitəsilə kompüterin yaddaşına köçürülmüş rəqəmsal surətini tamah niyyətilə daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının şəffaflıq, aşkarlıq, bərabərlik və rəqabətlilik prinsipləri əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə mühüm zərər vurmuş, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırmaqla hazırlamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2009-cu ildə Təqsirləndirilən şəxs2 MMC-ni təsis etməklə özünü direktor təyin edib həmin Cəmiyyətin fəaliyyətinə rəhbərlik etmişdir. Həmin Cəmiyyətin fəaliyyəti Respublikanın müxtəlif rayonlarında yerləşən obyektlərin qaz xəttinin çəkilməsi işlərindən ibarətdir. Rəhbərlik etdiyi Cəmiyyət təxminən 2022-ci ildən son vaxtlara kimi müxtəlif dövlət qurumlarının elan etdiyi 3 tenderdə qalib olaraq orada işlər icra etmişdir. Son tender işlərindən biri isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin satınalınan xidmətlərin dəyərinin 17.634,98 manat olduğu Milli Hidrometeorologiya Xidmətinin Sabirabad, Zaqatala, Qəbələ, Qobustan rayonlarında yerləşən stansiyalarının inzibati binalarında qaz xəttinin çəkilməsi işlərinin satın alınması olmuşdur. O, həmin tenderdə iştirak edərək tələb olunan sənədləri təqdim etsə də, sonradan elektron formada ona iştirakının ləğv edilməsi barədə məlumat daxil olmuşdur. Daha sonra mətbuatda gedən yazılardan ona məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalma üçün “e-tender.gov.az” internet saytına yüklədiyi sənədlərin saxta olması aşkar edilərək araşdırılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak barədə arayış verilməsindən ötrü 05 iyul 2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etmiş və həmin Baş İdarə tərəfindən ona 8 iyul 2022-ci il tarixli, **********516100 nömrəli arayış verilmişdir. Həmin arayışa əsasən qeyd edilən tarixə rəhbərlik etdiyi Təqsirləndirilən şəxs2 MMC-nin dövlət büdcəsinə ödənilməmiş vergi borcu, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu, icbari tibbi sığorta üzrə borcu olmamış, fəaliyyətində vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı risk müəyyən edilməmişdir. Ona 8 iyul 2022-ci il tarixli, **********516100 nömrəli arayış verildikdən sonra 2022-ci ilin noyabr ayına kimi Təqsirləndirilən şəxs2 MMC-nin 5.938.07 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcu, 6.367,59 manat məcburi dövlət sosial sığorta üzrə borcu, 254 manat işsizlikdən sığorta haqları üzrə borcu və 992,67 manat icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yaranmışdır. 2022-ci ilin noyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin satınalınan xidmətlərin dəyərinin 17.634,98 manat olduğu satınalmaya malgöndərən kimi sənədləri təqdim edərkən vergi borcunun olduğunu bilmişdir. Lakin həmin vaxt, yəni 04 noyabr 2022-ci il tarixdə özündə olan 8 iyul 2022-ci il tarixli, **********516100 nömrəli arayış olduğundan həmin arayışı “e-tender.gov.az" informasiya resursuna əlavə etmişdir. Sistem tərəfindən həmin arayış qəbul edilmədiyinə görə ona yeni arayış təqdim etməsi üçün bir neçə gün vaxt verilmiş və o, 11 noyabr 2022ci il tarixdə vergi borcu olduğuna və yeni arayış ala bilmədiyinə görə 8 iyul 2022-ci il tarixli, **********516100 nömrəli arayışın tarixini və məzmununu kompyuter texnikasının köməkliyi ilə dəyişdirmək qərarına gəlmişdir. Həmin arayışı saxtalaşdırmaq üçün internetdə foto redaktə proqramları barədə maarifləndirici videomateriallardan istifadə etmiş, orada qeyd edilənləri növbəli şəkildə icra edərək arayışı saxtalaşdırmışdır. Arayışın tarix və qeydiyyat nömrəsi hissəsindəki rəqəmlərin bir hissəsini silməklə daha sonra xətləri birləşdirib başqa rəqəmlər yazmışdır. Bu səbəbdən qeyd edilən rəqəmlər tam özünün yazı xəttindən ibarət deyil. Lakin “Noyabr” sözünü kimin yazdığını xatırlaya bilmir. Həmin arayışı saxtalaşdırdığını məxfi saxlamış, bu barədə heç bir tanışına məlumat verməmişdir. Buna səbəb gələcəkdə bu halın aşkara çıxması və məsuliyyətə cəlb edilməsindən qorxması olmuşdur. Odur ki, həmin sözü yazan şəxsin də, həqiqi niyyəti və törətdiyi cinayət əməli barədə heç bir məlumatı olmamışdır. Daha sonra əməlini səmimi etiraf etməsini və törətdiyi əməldən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X3 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə dövlət qurumu müəssisə və təşkilatları və nəzarət səhm zərfinin 30 faizi və daha artığı dövlətə məxsus olan müəssisələr tərəfindən dövlət vəsaiti hesabına alınan malların “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq satın alınmasına nəzarəti həyata keçirir. Satınalma təşkilatları tərəfindən həyata keçirilən satınalma prosedurları zamanı istər satınalma təşkilatı, istərsə də mal göndərənlərin etdiyi müraciətlər qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərindən cavablandırılır və bu sahədə nəzarəti həyata keçirirlər. Təqsirləndirilən şəxsin törətmiş olduğu əməl nəticəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin qanunla qorunan mənafelərinə zərər dəydiyi və bu sahədə tərəflərindən qorunan şəffaflıq pozulduğu üçün aidiyyəti qurum tərəfindən zərər çəkmiş şəxs qismində tanınmışlar. Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamı müdafiə edir və barəsində qanunauyğun qərar qəbul edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin fevral ayından Təqsirləndirilən şəxs2 MMC-nin mühasibi kimi işə götürülmüşdür. Həmin Cəmiyyət 2009-cu ildə Təqsirləndirilən şəxs1 tərəfindən təsis edilmişdir. Cəmiyyətin fəaliyyətinə rəhbərliyi direktoru kimi Təqsirləndirilən şəxs1 həyata keçirir. Ondan başqa həmin Cəmiyyətdə iş icraçısı vəzifəsində Ziyafət Nağıyev, habelə çilingərlər və qaynaqçılar işləyir. Həmin Cəmiyyətin əsas fəaliyyəti qaz xətlərinin çəkilməsindən ibarətdir və 2016-cı ildə qeyd edilən işlərin görülməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Cəmiyyətə lisenziya, xüsusi icazə verilmişdir. Təqsirləndirilən şəxs2 MMC 2022-ci ildən son vaxtlara kimi müxtəlif dövlət qurumlarının elan etdiyi 3 tenderdə qalib olaraq orada işlər icra etmişdir. Son tender işlərindən biri isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin satınalınan xidmətlərin dəyərinin 17.634,98 manat olduğu Milli Hidrometeorologiya Xidmətinin Sabirabad, Zaqatala, Qəbələ, Qobustan rayonlarında yerləşən stansiyalarının inzibati binalarında qaz xəttinin çəkilməsi işlərinin satın alınması olmuşdur. Təqsirləndirilən şəxs2 MMC həmin tenderdə iştirak edərək tələb olunan sənədləri təqdim etsə də, sonradan elektron formada tenderin nəticələrinin ləğv edilməsi barədə məlumat daxil olmuşdur. Daha sonra mətbuatda gedən yazılardan məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən satınalma üçün “e-tender.gov.az” internet saytına yüklənilmiş sənədlərin saxta olması aşkar edilərək araşdırılması üçün Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Tenderlə bağlı tələb olunan sənədlər Cəmiyyətin direktoru Təqsirləndirilən şəxs1 tərəfindən həmin sistemə daxil edilmişdir, sonuncunun Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışı saxtalaşdırması barədə onun heç bir məlumatı olmamışdır. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən satınalmalarda iştirak etmək üçün Təqsirləndirilən şəxs2 MMC-yə sonuncu dəfə 8 iyul 2022- ci il tarixli, **********516100 nömrəli arayış verilmişdir. Bundan sonra həmin Cəmiyyətə heç bir arayış verilməmişdir. 2022-ci ilin noyabr ayında Cəmiyyətin 5.938.07 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcu, 6.367,59 manat məcburi dövlət sosial sığorta üzrə borcu, 254 manat işsizlikdən sığorta haqları üzrə borcu və 992,67 manat icbari tibbi sığorta üzrə ödənilməmiş borcu olmuşdur. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin dekabr ayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdir müavini vəzifəsinə təyin edilmişdir. Keçirilən elektron müsabiqələrlə əlaqədar satınalan təşkilatlar satınalma prosedurunun yekununa dair tender komissiyasının protokolunu işlədiyi şöbəyə təqdim etdikdə tərəfindən həmin satınalma üzrə tender və ya kotirovka təklifi vermiş müəssisələrin təqdim etdikləri sənədlər yoxlanılmışdır. Eyni qaydada Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin satınalınan xidmətlərin dəyərinin 17.634,98 manat olduğu satınalma üzrə kotirovka sorğusu təklifi vermiş malgöndərənlərin sənədləri təhlil edilərkən Təqsirləndirilən şəxs2 MMC tərəfindən “e-tender.gov.az” informasiya resursuna yüklənilmiş 11 noyabr 2022-ci il tarixli, **********561120 saylı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş arayışın həqiqiliyi şübhə doğurmuşdur. Belə ki, qeyd edilən arayışda sözlərin və rəqəmlərin yerləri standartlardan kənar olmuşdur. Bu məqsədlə qeyd edilən sənədin həqiqiliyi tərəfindən araşdırılmış, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müvafiq sorğu verilmişdir. Həmin sorğuya qeyd edilən Baş İdarə tərəfindən verilmiş cavab məktubu ilə müəyyən edilmişdir ki, 11 noyabr 2022-ci il tarixli, **********561120 saylı arayış Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilməmiş, Təqsirləndirilən şəxs2 MMC-nin vəzifəli şəxsləri tərəfindən saxtalaşdırılmaqla hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi informasiya resursu olan “e-tender.gov.az" saytının müvafiq alt bölməsinə yüklənmişdir. Bununla əlaqədar qeyd edilən materiallar araşdırılması üçün hüquq mühafizə orqanlarına göndərilmişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 02/2-30c-23 saylı material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır (İ cild, i.v.4-5); - “Cinayət işi üzrə törədilmiş əməlin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə törədilmiş əməl Azərbaycan espublikası CM-nin 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 308.1, 313 və 320.1-ci maddələrinə tövsif edilmişdir (İ cild, i.v.107-108); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.169-170); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 MMC-nin satınalma prosedurlarında iştirak etmək üçün 26 mart 2022-ci il tarixli **********262700 nömrəli və 21 iyun 2022-ci il tarixli **********57400 nömrəli müraciətləri daxil olsa da, cəmiyyətin dövlət büdcəsinə borcu olduğundan həmin müraciətlərə arayışın təqdim edilməsindən imtina ilə bağlı cavab verilmişdir. Cəmiyyətin 05 iyul 2022-ci il tarixli, **********475900 nömrəli satınalma prosedurlarında iştirak etmək üçün müraciəti daxil olmuş, müraciətinə 08 iyul 2022-ci il tarixli, **********516100 nömrəli müvafiq arayışın təqdim edilməsi ilə bağlı cavab məktubu göndərilmişdir. Vergi ödəyicisi “Şəhriyar Təmir Tikinti" MMC-nin (VÖEN: **********) satınalma prosedurlarında iştirak barədə sonuncu müraciəti 2022-ci ilin iyul ayında olmuş, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə cəmiyyət tərəfindən 04 noyabr 2022-ci il tarixli **********489521 nömrəli müraciət daxil olmamış və vergi orqanı tərəfindən cəmiyyətə hər hansı arayış, o cümlədən xx.xx.2022-ci il tarixli **********561120 nömrəli arayış təqdim edilməmişdir (İ cild, i.v.18-19); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, **********561120 saylı arayışın məzmunu aşağıdakı kimidir: “Azərbaycan Respublikası Milli Hidrometeorologiya Xidmətinin elan etdiyi dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak üçün vergi öhdəliklərinin və vəzifələrinin yerinə yetirilməsinin mövcud olubolmaması haqqında arayışın verilməsi barədə xx.xx.2022-ci il tarixli müraciətinizə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********439521 nömrəli) aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır. Bildirilir ki, şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda bildiririk ki, şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə borcu yoxdur. Cari tarixə cəmiyyətin icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin fəaliyyətində vergi öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlı risk müəyyən edilməmişdir.” (İ cild, i.v.20); - 31 iyul 2009-cu il tarixdə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təsdiq edilmiş “Şəhriyar Təmir Tikinti" MMC-nin nizamnaməsindən görünür ki, direktor Cəmiyyətin adından vəkalətnaməsiz fəaliyyət göstərmək, Cəmiyyətin operativ idarə edilməsini həyata keçirmək, üçüncü şəxslərlə münasibətdə, o cümlədən məhkəmədə Cəmiyyəti təmsil etmək, Ümumi yığıncağın təsdiqinə verilən sənədləri hazırlamaq, Cəmiyyətin adından əqdlər bağlamaq və rəsmi sənədləri imzalamaq, Cəmiyyətin işçilərini vəzifəyə təyin etmək, başqa vəzifəyə keçirmək, vəzifədən azad etmək, onların maaşlarını müəyyən etmək, onların barəsində həvəsləndirmə və tənbeh tədbirlərinin tətbiq edilməsi haqqında əmrlər vermək və digər təşkilati-sərəncamverici səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxsdir (İ cild, i.v.28-30); - 07 iyul 2016-cı il tarixli, 01 nömrəli əmrin çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 “Şəhriyar Təmir Tikinti" MMC-yə direktoru təyin etmişdir (İ cild, i.v.42); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 22 fevral 2023-cü il tarixli, **********79200 nömrəli məktubundan görünür ki, vergi ödəyicisi “Şəhriyar Təmir Tikinti" MMC-nin (VÖEN: **********) tərəfindən 2 saylı Ərazi Vergilər Baş İdarəsinə dövlət satınalma müsabiqələrində (tenderlərdə) iştirak barədə arayışın verilməsi ilə əlaqədar 04 noyabr 2022-ci il tarixli **********489521 nömrəli müraciət daxil olmamış və cavab olaraq vergi orqanı tərəfindən cəmiyyətə dövlət satınalma müsabiqələrində tender və kotirovka sorğusu üzrə tender komissiyasına təqdim edilmək üçün 11 noyabr 2022-ci il tarixli **********561120 nömrəli arayış verilməmişdir (İ cild, i.v.78); - Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 16 mart 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs2 MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən 13 mart 2023-cü il tarixli çıxarışdan görünür ki, həmin Cəmiyyətin 11 noyabr 2022-ci il tarixə 5.938.07 manat dövlət büdcəsinə ödənilməmiş vergi borcu, 6.367,59 manat məcburi dövlət sosial sığorta üzrə borcu. 254 manat işsizlikdən sığorta haqları üzrə borcu və 992,67 manat icbari tibbi sığorta üzrə ödənilməmiş borcu olmuşdur (İ cild, i.v.113-117); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, **********561120 saylı arayışın surəti, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 16 mart 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi “Şəhriyar Təmir Tikinti" MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən 13 mart 2023-cü il tarixli çıxarış və ilkin yoxlama dövründə verdiyi 6 yanvar 2023-cü il tarixli izahatına əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, **********516100 qeydiyyat nömrəli “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktub maddi sübut kimi tanınmışdır. (İ cild, i.v.200-218); - Azərbaycan Respublikası Daxili İşlər Naziliyi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (İ cild, i.v.121); - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş **********094400 saylı arayışdan görünür ki, “Şəhriyar Təmir Tikinti" MMC (VÖEN: **********) tərəfindən xx.xx.2023-cü ildə təqdim edilən 2022-ci ilin əmlakı vergisi bəyannaməsinə əsasən xx.xx.2023-cü il tarixə cəmiyyətin mülkiyyətində qalıq dəyəri 5064,00 manat məbləğində maşın və avadanlıqlar mövcuddur (İİ cild, i.v.86). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş şahid ifadələri və digər obyektiv sübutların məcmusu ilə Təqsirləndirilən şəxs1 vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və hüquqi şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, vəzifəli şəxs kimi tamah niyyətilə rəsmi informasiya resursuna bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsi, bilə-bilə hüquq verən rəsmi sənədləri qanunsuz olaraq istifadə etmək məqsədilə tamah niyyətilə saxtalaşdırma cinayətlərini törətməsi tamamilə sübuta yetirildi. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 320.1-ci maddəsinə əsasən hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxsə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını nəzərə alır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs1nın ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1nın barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cəzanı ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1nın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası, 313 və 320.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması və islah işləri cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs1 əlavə cəza təyin edilməklə o, “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı” fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulur. Qeyd olunanlarla əlaqədar, habelə cəzanın fərdiləşməsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və ona təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1nın yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-4.1-ci maddəsinə əsasən, hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və həmin vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. Həmin Məcəllənin 99-4.5-ci maddəsinə əsasən hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 144, 144-1, 144-2, 144-3, 167– 169, 169-1, 170–171-1, 192- 2, 193-1, 194, 200-1, 200-2, 214–220, 233, 242-244-1, 259- 261, 271–284, 303.2, 308, 311, 312, 312-1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Həmin Məcəllənin 99-5.1-ci maddəsinə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər kimi cərimə, xüsusi müsadirə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və hüquqi şəxsi ləğv etmə tətbiq edilə bilər. Həmin Məcəllənin 99-5.3-cü maddəsinə əsasən hüquqi şəxsi ləğv etmə cinayəthüquqi tədbiri yalnız əsas, cərimə həm əsas, həm də əlavə, hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və xüsusi müsadirə yalnız əlavə cinayət-hüquqi tədbir növü kimi tətbiq olunur. Həmin Məcəllənin 99-6.1. maddəsinə əsasən hüquqi şəxslərə tətbiq edilən cinayəthüquqi tədbir qismində cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən və dövlət nəfinə keçirilən məcburi pul tutulmasından ibarətdir. Həmin Məcəllənin 99-6.2-ci maddəsinə əsasən cərimə bu Məcəllənin 99-6.3, 99-6.4 və 99-8.3-cü maddələrində göstərilən hallar və hüquqi şəxsin maliyyə-iqtisadi vəziyyəti nəzərə alınmaqla əlli min manatdan iki yüz min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən beş mislinədək miqdarda müəyyən olunur. Həmin Məcəllənin 99-6.4-cü maddəsinə əsasən hüquqi şəxsə tətbiq edilən cərimə onun əmlakının dəyərinin yarıdan çox hissəsini təşkil edə bilməz. Həmin Məcəllənin 99-7.1-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə sahibkarlıq fəaliyyətinin müəyyən növünü həyata keçirməyə icazə verən xüsusi razılığın (lisenziyanın) və ya xüsusi icazənin ləğv edilməsindən, müəyyən əqdlərin bağlanılmasının, səhm və ya digər qiymətli kağızların buraxılmasının, dövlətdən subsidiyaların və ya başqa güzəştlərin əldə edilməsinin və ya digər fəaliyyətlə məşğul olmanın qadağan edilməsindən ibarətdir. Həmin Məcəllənin 99-7.2-ci maddəsinə əsasən hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə bu Məcəllənin 99-5.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla hüquqi şəxsin müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılması qeyri-mümkün hesab edildikdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə - bir ildən iki ilədək müddətə, az ağır cinayətlərə görə - iki ildən üç ilədək müddətə təyin edilir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1 maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin "xxxx" MMC adlı hüquqi şəxsi təmsil etmək, onun adından qərarlar qəbul etmək və onun fəaliyyətinə nəzarət etmək səlahiyyətlərinə malik olan vəzifəli şəxs Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi öz təsdiqini tapdığından Təqsirləndirilən şəxs2 2 (iki) il müddətinə “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı” fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, əmlakının dəyərinin yarisi məbləğində, yəni 2532 (iki min beş yüz otuz iki) manat məbləğində cərimə edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, **********561120 saylı arayışın surəti, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 16 mart 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs2 MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən 13 mart 2023-cü il tarixli çıxarış və ilkin yoxlama dövründə verdiyi 6 yanvar 2023-cü il tarixli izahatına əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, **********516100 qeydiyyat nömrəli “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktub cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1nın məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1nın barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.1, 313 və 320.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı” fəaliyyəti ilə məşğul olma hüququndan məhrum etmə cəzasına, CM-nin 308.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına, Azərbaycan Respublikasının CM-nin 320.1-ci maddəsi ilə aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən islah işləri cəzasının 02 (iki) günü azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 313-cü maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə təyin edilmiş aylıq qazancından dövlət nəfinə 20% məbləğdə pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı” fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Abşeron rayonun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatda olan, hüquqi ünvanı ünvan 2EN: **********) 2 (iki) il müddətinə “maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı” fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2532 (iki min beş yüz otuz iki) manat məbləğində cərimə edilsin. Hökm qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində 2 saylı Ərazi Vergilər Baş idarəsində qeydiyyatda olan, hüquqi ünvanı ünvan 2EN: **********) Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunması, yaxud təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə ləğv edilməsi qadağan edilsin. İş üzrə sübut kimi tanınmış saxtalaşdırılmaqla hazırlanmış və guya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 11 noyabr 2022-ci il tarixli, **********561120 saylı arayışın surəti, Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 16 mart 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs2 MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən 13 mart 2023-cü il tarixli çıxarış və ilkin yoxlama dövründə verdiyi 6 yanvar 2023-cü il tarixli izahatına əlavə etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 08 iyul 2022-ci il tarixli, **********516100 qeydiyyat nömrəli “Dövlət satınalma müsabiqələrində (tenderdə) iştirak barədə arayışın verilməsi haqqında” məktub cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar