Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-225/2024 01.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs3 Elbrus qızının, müdafiəçi – Bakı şəhəri “FEMİDA” vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1993-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Cəbrayıl rayonu, Soltanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin dekabr ayının ortalarından 2022-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində Sumqayıt şəhəri, mik-16, 7/110A ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq onu müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə iki dəfə həmin kişi müştərilərlə müvafiq olaraq 200 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 2022-ci ilin fevral ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində ünvan 3 ünvanında yaşayan, xx.xx.2006-cı il tarixdə anadan olmuş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün onu istintaqa məlum olmayan müxtəlif ünvanlara göndərib həmin kişi müştərilərlə 400-600 manat məbləğlərində pul vəsaitinin müqabilində cinsi əlaqədə olmasını təşkil etməklə həmin müştərilərdən buna müvafiq qaydada hər dəfə 100-200 manat məbləğlərində pul vasətini özünə qazanc pul götürüb dəfələrlə gəlir əldə etmək məqsədi ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 təkrarən tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, maddi ehtiyaclarını ödəmək üçün təxminən 3-4 ildir ki, pul müqabilində müxtəlif kişi müştərilərlə görüşüb cinsi əlaqədə olur. O, öz tanışları ilə pul müqabilində görüşüb cinsi əlaqədə olmuş və bu yolla maddi ehtiyaclarını ödəmişdir. Gəlir əldə etmək məqsədi ilə bəzi tanışı olan qadınları fahişəliyə cəlb etmiş, belə ki, Zərərçəkmiş şəxs3 təxminən 2022-ci ilin payız aylarından etibarən tanıyır. Lalə ilə Bakı şəhərində ad günü məclislərinin birində tanış olmuş, bir neçə dəfə də görüşmüşlər. Lalənin maddi ehtiyacları olduğunu və buna görə fahişəliklə məşğul olduğunu bilmiş, o, 2023-cü ilin fevral ayının sonlarında Laləyə təklif etmişdir ki, ətrafında kişi tanışları var, əgər istəsə həmin şəxslərlə görüşüb cinsi əlaqədə olmasına şərait yaradar. Aralarında olan danışıq zamanı Lalənin müştərilərlə 250 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacağı və həmin pulun 50 manatının ona çatacağı barədə razılaşmışlar. Bundan sonra 2023-cü ilin fevral ayının sonlarından 2023-cü ilin avqust ayının əvvəllərinədək Laləni kişi müştərilərlə görüşdürüb cinsi əlaqədə olmasını təşkil etmişdir. Bunun müqabilində müştərilər Laləyə 250 manat pul vermişlər. Lalə də həmin pulun 50 manatını müxtəlif yollarla müştəri tapdığı üçün ona vermişdir. 2023-cü ilin avqust ayından etibarən Lalə ilə əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs2 təxminən 2021-ci ilin oktyabr ayında Bakı şəhərində olan restoranların birində tanımış, Zöhrə ilə ortaq rəfiqələri olduğu üçün bir birilərinin mobil nömrələrini götürmüşlər. Təxminən 2021-ci ilin dekabr ayının ortalarında Zöhrə ilə əlaqə saxlayıb sevgilisinin dostu olan Seymur adlı şəxslə görüşüb cinsi əlaqədə olması müqabilində 200 manat pul təklif etmiş və bildirmişdir ki, həmin pulun 50 manatını müştəri tapdığı üçün ona verməlidir. Zöhrə də onunla razılaşmış, Zöhrə Seymurla görüşüb cinsi əlaqədə olduqdan sonra Seymur Zöhrəyə 200 manat pul vermiş, daha sonra Zöhrə həmin pulun 50 manatını ona göndərmişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının sonlarında da Zöhrənin Seymurla görüşüb cinsi əlaqədə olmasını təşkil etmiş, buna görə də Seymur Zöhrəyə 200 manat pul vermişdir ki, həmin pulun 50 manatını müştəri tapdığı üçün ona versin. Təxminən həmin vaxtlardan Zöhrə ilə əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1 təxminən 2022-ci ilin yay aylarından tanıyır. Şərafətlə ortaq tanışları vasitəsilə tanış olmuş. Şərafətin 20 yaşı olmasını bilmiş, onun Şərafətlə yaxın münasibəti olmamışdır. Şərafətlə tanış olan zamanlar Şərafətin 20 yaşının olmasını bilmiş, Şərafəti də bir neçə dəfə tanışı olan kişi müştərilərlə görüşüb cinsi əlaqədə olmasını təşkil etmiş, Şərafət ona 20 yaşının olduğunu və bakirə olmadığını bildirmişdir. O da 2022-ci ilin fevrala ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək Şərafəti tanışı olan kişi müştərilərlə 400-600 manat pul müqabilində görüşüb cinsi əlaqədə olmasını təşkil etmişdir. Bunun müqabilində müştəri tapdığı üçün özünə müvafiq olaraq 100-200 manat qazanc götürmüş, 2023-cü ilin yanvar ayının sonlarında Şərafətin 18 yaşının olmamasını öyrənmiş və buna görə Şərafətlə mübahisə edib əlaqəsini kəsmişdir. O, adları qeyd olunan qadınlardan başqa gəlir əldə etmək məqsədilə heç kimi fahişəliyə cəlb etməmişdir. Fahişəliyə cəlb etdiyi qadınları pul qarşılığında cinsi əlaqədə olmaq üçün görüşdürdüyü müştərilərin şəxsiyyətləri barədə dəqiq məlumatı yoxdur, o həmin şəxslərlə telefon vasitəsilə əlaqə saxlamış və hazırda həmin şəxslərin mobil nömrələrini dəqiq xatırlamır. Sonda Təqsirləndirilən şəxs özünü qismən təqsirli bildiyini, CM-nin 171.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyini, digər maddə ilə isə törətdiyi əməli səmimi etiraf etdiyini, ehtiyaca görə bu əməli törətdiyini, himayəsində xəstə onkoloji anasının olduğunu, ona ondan başqa baxan şəxsin olmadığını nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin oktyabr ayından tanıyır. Svetlananı Bakı şəhərində yerləşən restoranların birində tanımış, Svetlana ilə tanış olduqda bir-birilərinin mobil nömrələrini götürmüşlər. Hərdən bir əlaqə saxlayıb danışsa da Svetlana ilə heç vaxt görüşməmişdir. O öz istifadəsində olan 050 *** ** ** rəqəmli mobil nömrə ilə Svetlananın istifadəsində olan 051 *** ** ** rəqəmli mobil nömrə ilə Whatsapp proqramı vasitəsilə əlaqə saxlamış, təxminən 2021-cü ilin dekabr ayının ortalarında o, hazırda yaşadığı Sumqayıt şəhəri, mik-16, 7/110A ünvanında olduğu zaman Svetlana ona sms yazmış, Svetlana ona bildirmişdir ki, sevgilisinin dostu ilə birlikdə evdə əyləşiblər. Svetlana ona təklif etmişdir ki, əgər sevgilisinin dostu olan Seymur adlı şəxslə gəlib cinsi əlaqədə olsa ona 200 manat veriləcəkdir, həmin pulun 50 manatını özü götürər, qalan 150 manatını isə o götürər. Onun maddi sıxıntıları olduğu üçün Svetlana ilə razılaşmış, bundan sonra Svetlana ona evin yerini göndərmiş və taksi vasitəsilə həmin ünvana getmişdir. Evin tam olaraq harada yerləşməsini xatırlamasa da 20 Yanvar metrostansiyası yaxınlığında olmuş, evin kimə məxsus olmasını bilməmiş, o həmin evdə Svetlananın dediyi Seymur adlı şəxslə görüşüb cinsi əlaqədə olmuş, lakin ona pul verilməmişdir. Svetlana bildirmişdir ki, həmin şəxs sabah onun kart hesabına 200 manat pul göndərəcəkdir. O da Svetlananın dedikləri ilə razılaşıb oranı tərk etmiş, səhəri gün onun kartına 200 manat pul göndərilmişdir. O həmin pulun 50 manatını Svetlanın kart hesabına göndərmiş, bundan bir qədər sonra təxminən 2022-ci ilin yanvar ayının sonlarında hazırda yaşadığı evdə olan zaman Sevtlana onunla yenə də əlaqə saxlayıb həmin şəxsin onunla görüşüb cinsi əlaqədə olmaq istədiyini, bu dəfə də ona 200 manat veriləcəyini, həmin pulun 50 manatını ona verməli olduğunu bildirmişdir. O da Svetlana ilə razılaşmış, Svetlana ona haraya getməli olduğunu bildirmiş, o da Svetlananın dediyi hazırda adını xatırlamadığı Bakı şəhərində yerləşən hotellərdən birinə getmiş, orada Seymur adlı şəxs onu qarşlamış, o Seymurla cinsi əlaqədə olduqdan sonra ona 200 manat pul vermiş, o daha sonra həmin pulun 50 manatını müştəri tapdığı üçün Svetlananın kart hesabına göndərmiş, bundan sonra isə Svetlana ilə bütün əlaqəsini kəsmiş və bir daha Svetlana ilə əlaqə saxlamamışdır. Sonda Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Elbrus qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən bir il yarımdır ki, tanıyır. Svetlana ilə Bakı şəhəri ərazisində yerləşən restoranların birində ad günü məclisində olarkən tanış olmuş, Svetlana ilə münasibəti normal olmuşdur. Hərdən bir əlaqə saxlayıb danışmışdır. Bir neçə dəfədə görüşüb Bakı şəhərində yerləşən restoranlarda oturmuşlar. O, öz istifadəsində olan 055 *** ** ** rəqəmli mobil nömrə ilə Svetlananın istifadəsində olan 051 *** ** ** rəqəmli mobil telefon vasitəsilə əlaqə saxlamışdır. Təxminən 2023-cü ilin fevral ayının ayının sonlarında o hazırda yaşadığı ünvan 4 ünvanında olduğu zaman Svetlana ona zəng etmiş, aralarında olan danışıq zamanı o Svetlanaya maddi sıxıntıları olduğunu bildirmiş, bu zaman Svetlana ona bildirmişdir ki, ətrafında çoxlu kişi tanışları var əgər istəsə həmin şəxslərlə görüşüb cinsi əlaqədə ola bilər və bu yol ilə yaxşı qazanc əldə edib maddi sıxıntılarını aradan qaldırar. Svetlana bildirmişdir ki, müştərilərlə 250 manat pul müqabilində görüşüb cinsi əlaqədə olacaqdır. Həmin pulun 50 manatını müştəri tapdığı üçün özünə çatmalı, qalan 200 manat isə ona çatmalıdır. Maddi sıxıntıları olduğu üçün o Svetlana ilə razılaşmış, bundan sonra Svetlana ondan fotoşəkillərini istəmişdir. O öz fotoşəkillərini müştərilərə göndərməsi üçün Svetlanaya göndərmiş, bundan sonra Svetlana onu qazanc əldə etmək üçün fahişəliyə cəlb etməyə başlamış, belə ki, Svetlana ona haraya getməli olduğunu bildirmiş, o da Svetlananın dediyi yerə gedib müştərilərlə cinsi əlaqədə olduqdan sonra müştəri ona 250 manat pul vermişlər. O həmin pulun 50 manatını ya görüşüb Svetlanaya vermiş, ya da “Milli Ön” vasitəsilə Svetlananın hazırda xatırlamadığı kart hesabına göndərmişdir. Qalan 200 manat isə ona çatmışdır. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamış, sonuncu dəfə isə Svetlana onu 2023-cü ilin avqust ayının əvvəllərində fahişəliyə cəlb etmişdir. 2023-cü ilin fevral ayının sonlarından 2023-cü ilin avqust ayının əvvəllərinə kimi olan müddət ərzində Svetlana onu müxtəlif kişi müştərilərə təqdim edib qazanc əldə etmişdir. Svetlana təxminən bu müddət ərzində eyni qaydada onu 9-10 dəfə kişi müştərilərlə görüşdürmüşdür. Hər dəfəsində o yaşadığı ünvanda olan zaman Svetlana onunla əsasən Whatsapp ani mesajlaşma mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb müştəri olduğunu bildirmişdir. O da Svetlananın dediyi yerə getmiş, müştəri ilə Svetlana özü əlaqə saxlamışdır. O, müştəri ilə əlaqə saxlamamış, Svetlana ona müştəri ilə əlaqə saxlamağa icazə verməmiş, 2023-cü ilin avqust ayının əvvəllərindən sonra Svetlana ilə əlaqəsi kəsilmişdir. Sonda Zərərçəkmiş şəxs3 Elbrus qızı məhkəməyə ərizə təqdim edərək, onun təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını və gələcəkdə də olmayacağını, onunla barışdığını və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin əvvəllərində Elvin adlı şəxslə yaxın münasibətdə olan zaman bakirəliyi pozulmuşdur. Daha sonra isə Elvinlə əlaqəsini kəsib bir daha əlaqə saxlamamışdır. Nuranə Zeynalovam təxminən 2022-ci ilin noyabr ayında tanımış, Nuranə ilə Bakı şəhərində olan restoranların birində tanış olmuş və yaxşı münasibəti yaranmışdır. Nuranə onu fahişəliyə cəlb ctməmişd və müştəriyə təqdim etməmişdir, Sisi ləqəbli Svetlana adlı qadın fahişəliyə cəlb etmişdir. Belə ki, Sisi ləqəbli Təqsirləndirilən şəxs təxminən 2020-ci ildən etibarən tanımış, Svetlana ilə ortaq rəfiqələri Səfiyə adlı qadın vasitəsilə tanış olmuş, həmin zamanlar onun 13 yaşı olmuş, Svetlanagilin yaş fərqi ondan çox olsa da o onlarla birlikdə hərdənbir görüşmüş, Səfıyənin həmin vaxtı təxminən 17 yaşı olmuşdur. O, onlarla hərdənbir görüşsə də mobil telefon vasitəsilə əlaqə saxlamiş, Svetlana ilə hərdənbir görüşüb birlikdə restorana getmişlər. 2021-ci ilin dekabr ayında onun 15 yaşı tamam olmuş, Svetlana da bu barədə bilmiş, Sisi onunla tanış olduqda da onun yaşı və digər məlumatlarını bilmişdir. 2022-ci ilin əvvəllərində Elvin adlı şəxslə münasibətdə olan zaman bakirəliyinin pozulması barədə Svetlanaya bildirmiş, çünki Sevtlana ilə rəfiqə kimi münasibəti olmuşdur. Svetlana onların evində də bir müddət qalmış, Svetlana bu barədə bildikdən sonra 2022-ci ilin fevral ayının əvvəllərində ona təklif etmişdir ki, ətrafında olan kişi müştərilərlə cinsi əlaqədə olub yaxşı qazanc əldə edə bilər. O, Svetlanaya bu işlə məşğul olmaq istəmədiyini bildirsə də Svetlana ətrafında çox sayda kişi tanışlarının olduğunu, onlarla görüşüb cinsi əlaqədə olsa yaxşı pul qazanacağını, özünə bahalı telefon və geyim əşyaları ala biləcəyini bildirmişdir. O da bir qədər fikirləşdikdən sonra Svetlana ilə razılaşmış, lakin Svetlana ona bildirdi ki, cinsi əlaqədə olduğu şəxslərə yaşının 18-dən yuxarı olduğunu desin, əks halda müştərilər onunla görüşüb cinsi əlaqədə olmazlar. O da Svetlana ilə razılaşmış, bundan sonra Svetlana mütəmadi olaraq onu tanışı olan kişi müştərilərlə görüşdürməyə başlamış, belə ki, o Svetlanaya fotoşəkillərini göndərmişdir ki, Svetlana onun fotoşəkillərini kişi müştərilərinə göndərsin. Daha sonra müştərilər onu bəyəndikdə Svetlana ona haraya getməli olduğunu və hansı miqdarda pul almalı olduğunu bildirmişdir. Svetlana onu müştərilərlə 400-600 manat arası pul müqabilində görüşdürmüş, həmin pul vəsaitlərindən Svetlana 100-200 manat özünə qazne olaraq götürmüş, müştəri ilə cinsi əlaqədə olmaq üçün tək görüşdükdə pulu o almış və həmin puldan 100-200 manatını Svetlanaya vermişdir. Əksər hallarda Svetlana da onunla birlikdə gəlmiş, Svetlana da başqa şəxslə görüşüb cinsi əlaqədə olmuş, o isə Svetlananm tapdığı başqa kişi müştəri ilə görüşüb cinsi əlaqədə olmuşdur. Belə olan hallarda Svetlana pulu müştəridən özü almış, həmin puldan 100-200 manat özünə qazne götürüb qalan hissəsini isə ona vermişdir. Bəzi hallarda bir müştəri ilə ikisi birlikdə görüşüb cinsi əlaqədə olmuş, bu hallarda da Svetlana pulu alıb bir hissəsini qazanc olaraq götürdükdən sonra ona çatan hissəsini vermiş, bu qaydada 2022ci ilin fevral ayının əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində Svetlana onu fahişəliyə cəlb etmişdir. Svetlana onunla 2020-ci ildə tanış olduqda 13 yaşının olmasını bilmiş, Svetlana onu 14 və 15 yaşı tamam olduqda təbrik də etmişdir. O, cinsi əlaqdə olduğu müştərilərə yaşını 18-dən yuxarı demiş, bu barədə təlimatı ona Svetlana vermişdi ki, əgər belə deməsə müştərilər onunla görüşməzlər və pul qazana bilməz. Svetlanadan başqa onu fahişəliyə cəlb edən şəxs olmamışdır. Təqsirləndirilən şəxs onu cinsi əlaqədə olmaq üçün görüşdürdüyü müştərilər Elxan, Fərid, Valeh adlı şəxslorin adlarını xatırlamış, lakin onlarla Svetlana danışıb əlaqə saxladığı üçün başqa anket məlumatlarını və mobil nömrələrini bilməmişdir. Sonda Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını, onunla barışdığını və ona qarşı heç bir tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, adının hazırda Svetlana olduğunu öyrəndiyi Sveta adlı qadını təxminən 2022-ci ilin may ayında tanıyır. Svetlana ilə Bakı şəhərində olan gecə klublarının birində tanış olmuş, belə ki, həmin gecə Svetlana ilə görüşüb cinsi əlaqədə olmuş və bunun müqabilində Svetlanaya 150 manat pul vermişdir. Daha sonra Svetlana ilə təxminən 2022ci ilin sentyabr-oktyabr aylarında görüşüb 150 manat pul müqabilində cinsi əlaqədə olmuş, həmin zaman Sveta ona bildirmişdir ki, onun yaxın rəfiqəsi var, əgər istəsə həmin qadınla da pul müqabilində görüşüb cinsi əlaqədə ola bilər. Svetlana ona Whatsapp ani mesajlaşma sistemi vasitəsilə həmin qızın fotoşəklini atmış və qadının adını Sabina demişdir. Adının hazırda Şərafət olduğunu öyrəndiyi qadınla 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında Sveta vasitəsilə görüşüb 150 manat pul müqabilində cinsi əlaqədə olmuş. Bundan sonra həmin qadınlarla bir daha əlaqəsi olmamışdır. Zərərçəkmiş şəxs1 onunla görüşüb cinsi əlaqədə olan zaman o, Şərafətə 150 manat pul vermiş, pulun miqdarını da ona Sveta bildirmişdir. Ümumiyyətlə o Şərafət adlı qadınla əlaqə saxlamamış, Şərafəti ona Sveta təşkil etmişdir. Xatırladığı qədəri ilə Şərafət özü ona 26 yaşının olmasını bildirmişdir. Lakin o, Şərafətin dəqiq yaşının neçə olması barədə məlumatlı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahid ifadəsindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. CM-nin 171.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanı fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətlərə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti qismən etiraf etməsini, əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, onunla barışmasını, təqsirləndirilən şəxsin qadın olmasını, əvvəllər məhkum olunmamasını, ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cinayəti təkrar və tamah məqsədilə törədilməsini iş üzrə cəzanı ağırlaşdıran hallar qismində nəzərə alır. Məhkəmə cinayət qanununun zamana görə qüvvəsinə dair müddəaları rəhbər tutaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” əlavə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən 171.1-ci maddəsinin dizpozisiyasında göstərilən əməl 2022-ci ilin əvvəllərindən 2023-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində törədilmiş, “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” əlavə cəzası isə cinayət qanunvericiliyinə 27 dekabr 2022-ci il tarixli Qanunla əlavə edilmiş, 02 fevral 2023-cü il tarixdə isə “Azərbaycan” qəzetində dərc olunmaqla qanuni qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” əlavə cəzasının təyin edilməsi onun vəziyyətini ağırlaşdırdığına görə 27 dekabr 2022-ci il tarixli Qanunu ilə edilmiş dəyişiklik geriyə şamil oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 10.1. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. 10.3. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. 10.4. Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 85.1.-ci maddəsinə əsasən, qanunlar, fərmanlar və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda onların rəsmi dərc edildiyi gündən qüvvəyə minir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın çəkilməli olub-olmaması haqqında məsələnin həlli zamanı qeyd olunan cəzanı yüngülləşdirən halların olmasını, cinayətin baş vermə şəraitini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin aşağıdakıları nəzərə alır və belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür, ona görə də onun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq ona təyin edilən cəzanın sınaq müddəti tətbiq edilməklə şərti hesab edilməsi cəzanın məqsədlərinə nail olunması üçün daha məqsədəmüvafiqdir. Çünki cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas - məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib (CM, maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzalarm İcrası Məcəlləsi, maddə 8.1). Təqsirləndirilən şəxs qadındır, təqsirini qismən səmimi etiraf edir, əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslərlə barışıb, zərər çəkmiş şəxslərin onun barəsində şikayəti və ya tələbi yoxdur. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsdə qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, bir sözlə islah olunması üçün o, mütləq ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməli və həmin müəssisədə çəza çəkən məhkumların əhatəsində olmalıdır. Bu cür təqsirləndirilən şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi, xüsusi müsadirə olunası əmlak, mülki iddia, maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “FEMİDA” vəkil bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 28 (iyirmi səkkiz) iş saatına görə 168 (yüz altmış səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FEMİDA” vəkil bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1 və 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 171.1-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilən 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 01 (bir) il, 06 (altı) ay sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “FEMİDA” vəkil bürosunun vəkili X2 ödənilmək üçün 168 (yüz altmış səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “FEMİDA” vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan (Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-225/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-225/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver