Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-226/2021 26.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Həmid oğlunun, müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1968-ci il tarixdə Zaqatala rayonu, Çobankol kəndində şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Balakən rayonu, Katex kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, ev 106, mənzil 48 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratmışdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının və onun törədə biləcəyi fəsadların, infeksiyaya yoluxma hallarının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında'' Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində havadamcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir" kimi tələblərini pozaraq yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda xx xxxxxx 2020-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvan 1 ünvanı tərk edib fərdi olaraq taksi fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi “Saipa” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 31 ünvanında yerləşən “X2” klinikasına gedib geri yaşadığı ünvana qayıdan zaman həmin gün saat 22:35-də Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva və 28 may küçələrinin kəsişməsində yerləşən stasionar postda polis əməkdaşları tərəfindən saxlanılmış, bununla da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena rejimlərini pozaraq xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Səbail rayonu, Bayıl qəsəbəsi, bina 106, ev 48 invanında tək yaşayır. Lakin qızı X5 Federasiyasında yaşayır. X6 görmək üçün onun yanına getmək qərarı almışdır. Ona görə də Rusiya Federasiyasına getməsi üçün Covid 19-la bağlı analiz verməli olduğunu bildirmişlər. xx.xx.2020-ci il tarixdə X1 gedərək orada yaxmadan analiz vermiş, analizin cavabı isə pozitiv çıxmışdır. Bununla bağlı onun mobil telefonuna sms gəlmişdir ki, Covid 19 xəstəsidir və yaşadığı yeri tərk etməməlidir, həmçinin analizinin cavabı verilən zaman qeyd edilmişdir ki, analizinin nəticəsi dəyişə bilər və buna görə də o digər müayinə üsulları ilə də yoxlanıla bilər. xx.xx.2020-ci il tarixdə sonuncu yenidən Covid-19 virusu ilə bağlı analiz vermək üçün “X2”a gedərək qandan analiz vermişdir. Analizin cavabı neqativ çıxmışdır. Həmin vaxtdan sonra yenidən analiz vermək üçün xx.xx.2020-ci il tarixdə “X2”a gedərək yaxmadan analiz vermişdir. xx.xx.2020-ci il tarixdə saat 21 radələrində qonşuluqda yaşayan Şahid1 “Saipa” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə əyləşərək “X2”a analizin cavabını götürmək üçün getmişdir. Orada məlum olmuşdur ki, o, Covid 19 xəstəsidir. Həmin vaxt üzərində milli pul vahidi olmadığı üçün üzərində olan pulu milli pula dəyişmək üçün qonşusu Şahid1 xahiş etmişdir ki, pullarını dəyişsin. Şahid1 onunla razılaşaraq öz idarə etdiyi “Saipa” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu Nobel prospekti 15 ünvanında yerləşən “Azure” ticarət mərkəzinin içərisində olan valyuta mübadiləsi terminalına aparmışdır. Orada o, Şahid1 50 ABŞ dolları vermişdir. Şahid1 isə öz növbəsində Nobel prospekti 15 ünvanında yerləşən “Azure” ticarət mərkəzinin içərisində olan valyuta mübadiləsi terminalında xarici pulu milli pula dəyişərək 85 AZN məbləği ona vermişdir. xx.xx.2020-ci il tarixdə Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən stasionar karantin postunda avtomobildə yoxlanış zamanı müəyyən unmuşdur ki, o, Covid 19 xəstəsidir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, oğlunun Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və ilk dəfə məhkum olduğunu məhkəmədən nəzərə almasını xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadəsi, ekspertiza rəyi, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Əhalinin həyat və sağlamlığının qorunmasını təmin etmək məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü, 25-ci maddələrinə və “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinertinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin x xxx 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın 4.5.5-ci maddəsinin, yəni “Yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir” tədbirlərinə əsasən iş yoldaşı Şahid3la birgə Kövkəb Səfərəliyeva və 28 may küçəsinin kəsişməsində yerləşən stasionar karantin postunda xidmət etdiyini bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə koronavirus infeksiyasına yoluxduğu barədə portala məlumat daxil olmuşdur. Odur ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 22:35 radələrində Şahid3la birgə Kövkəb Səfərəliyeva ilə 28 May küçələrinin kəsişməsində yerləşən stasionar postda xidmət aparan zaman avtomobilləri portal vasitəsilə yoxlayanda 1 nəfər şəxsin koronavirus xəstəsi olduğu onlar tərəfindən aşkarlanmışdır. Polis əməkdaşları dərhal həmin əraziyə əməliyyat qrupu çağıraraq həmin şəxsi Nəsimi RPİ-nin müstəntiqi, polis kapitanı Elşən Mustafayevə təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin Post Patrul Xidməti bölüyünün polis nəfəri Şahid3 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında təxminən 13 ildir ki, ailə üzvləri ilə birgə yaşayır, təxminən dekabr ayının əvvəlindən Təqsirləndirilən şəxs ilə qonşuluq münasibətləri əsnasında tanış olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə, axşam saat 21 ıdələrində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Valikov heykəlinin yanında ona yaxınlaşaraq onu “X2”a aparmasını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus məxsus “Saipa” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə turmuş və o, onu “X2”a aparmışdır. Oradan çıxdıqdan sonra Təqsirləndirilən şəxs özündə olan xarici pul vəsaitini yerli pula harada dəyişə biləcəyini soruşmuş, o, da öz övbəsində ona pulu Nobel prospekti 15 ünvanında yerləşən “Azure” ticarət mərkəzinin girişində olan valyuta dəyişmə məntəqəsində dəyişə biləcəyini məsləhət görmüşdür. Təqsirləndirilən şəxs xahişi ilə maşını Nobel prospekti 15 ünvanına sürmüşdür. Təqsirləndirilən şəxs ona 50 ABŞ dolları uzadaraq həmin pulu milli valyutaya çevirməyini xahiş etmişdir. O, “Azure” Ticarət Mərkəzinin girişində yerləşən valyuta mübadiləsi məntəqəsinə yaxınlaşıb Təqsirləndirilən şəxs məxsus 50 ABŞ dollarını 1,7009 kurs ilə milli valyuta olan manata çevirərək 85 AZN götürüb özünə məxsus idarə etdiyi “Saipa” narkalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxımlaşıb pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs dərman almaq üçün ondan avtomobili yaxında olan aptekə sürməyini xahiş etmişdir. Aptekə gedən zaman Bakı şəhəri, Nəsimi rayonu, Kövkəb Səfərəliyeva küçəsi ilə 28 May küçəsinin kəsişməsində yerləşən karantin postunda polis əməkdaşları ona məxsus olan idarə etdiyi **-SE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yoxlamaq məqsədi ilə saxlamışlar. Bundan sonra onun və avtomobilində sərnişin qismində əyləşən Təqsirləndirilən şəxs anket məlumatlarını soruşub özlərinə məxsus portalda yoxlamışdırlar. Yoxlanış zamanı ona “Saipa” markalı **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs koronavirus xəstəsi olması aşkar olunmuşdur. Onun Təqsirləndirilən şəxs koronavirus xəstəsi olması barədə heç bir məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs sərnişin qismində ona nəxsus avtomobilə əyləşdikdən sonra, ümumiyyətlə yaxın 2 ay ərzində koronavirus pandemiyaına yoluxmamışdır. Cinayət işinin 69-70-ci vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 9-cu vərəqəsində olan Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il traixdə (Covid-19) virusu ilə bağlı vermiş olduğu analizin nəticəsi pozitiv çıxmışdır. Cinayət işinin 75-79-cu vərəqələrində olan xx xxxxxx 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, hadisənin görüntülərini əks etdirən 1 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanmışdır. Cinayət işinin 19-21-ci vərəqələrində olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X4 komisyon ekspertizalar şöbəsinin xx xxxxxx 2021-ci il tarixli, 83/KEŞ saylı rəyindən görünür ki, xx.xx.2020-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Covid-19 virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Covid-19 virus infeksiyasının inkubasiya dövrü 1-14 gün arası davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx xxxxxx 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskdə olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə onun epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və ya karantin rejimlərini pozub xəstəliyin yayılması üçün real təhlükə yaratması cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nın 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, oğlunun Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və ilk dəfə məhkum olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nın 61-ci maddəsində əsasən R.E.Xəlilovanın əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-226/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-226/2021
26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver