Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-226/2022 20.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ikinci qrup əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, İ.Təqsirləndirilən şəxs qəsdən və tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 noyabr 2021-ci il tarixdə saat 11 radələrində yaşayaiş sahəsi olan ünvan 2 ünvanın qarşısına gəlib giriş qapısının açıq olmasından istifadə edərək evə qanunsuz daxil olub dəhlizdə olar şkafın üzərindən Zərərçəkmiş şəxs məxsus içərisində 850 manat dəyərində“HP” markalı, ’’EliteBook 840 G4” modelli noutbuk tipli kompüter, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 15 manat dəyərində “Samsung” markalı mobil telefonlara aid adaptoru vo 01 ədəd 18 manat dəyərində kişi köynəyi olan 25 manat dəyərində noutbuk çantasını gizli olaraq talamaqla sonuncuya ümumilikdə 908 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində Fəvvarələr meydanı yaxınlığında avtomobil duracağında avomaşınlara nəzarət edir, həmin ərazidə olan Buta marketdə işləyən Çoşqun Muradov ilə münasibətləri yaranmış, 2022-ci ilin noyabr ayının əvvəllərində ailə üzvləri ilə mübahisəsi yarandığından, o, evə getməyərək, tanışı Coşquna demişdir ki, “ona gecələməyə yer təşkil etsin,” Coşqun isə ona tələbə qohumu olan Mirzənin Nəsimi rayonu, Kurinka adlanan ərazidə kirayə yaşadığı evdə gecələyə biləcəyini demişdir. Təqsirləndirilən şəxs bu təklifə etiraz etməyərək, Nəsimi rayonu, Naxçıvani küçəsi dalan 1, ev 2 saylı ünvanda yerləşən mənzildə Coşqunun qohumu olan Mirzə və orada kirayə yaşayan tələbələrlə təxminən 2 gün qaldıqdan sonra valideynləri ilə barışdığından qeydiyyatda olduğu ünvana qayıtmışdır. Qayıtdıqdan təxminən 4 gün sonra yəni, xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, avtomobil dayanacağında nəzarətçi işlədiyi Fəvvarələr Meydanının yaxınlığına gəlmiş, orada Buta maketdə işləyən Şahid1 və onun tanışı Şahid2 ilə rastlaşmış o, Şahid1 demişdir ki, Nəsimi rayonu, Naxçıvani küçəsi dalan 1, ev 2 saylı ünvanda qonaq kimi qaldığı evdə mobil telefonunun adaptoru qaldığından onunla birlikdə həmin ünvana gedərək, adaptoru götürməyi demiş, sonuncu Neftçilər metrostansiyasına gedərək tanışı Turala paltar almaq istədiklərini demiş, Təqsirləndirilən şəxs özünə məxsus adaptoru götürdükdən sonra birlikdə Neftçilər metro stansiyasına gedərək Turala paltar almağını demiş, Coşqun və Tural bu təklifə etiraz etməyərək Təqsirləndirilən şəxs ilə birlikdə ünvan 3 ünvanına birlikdə piyada gedərək, ünvana çatdıqda sonuncular küçədə dayanmış o, isə mənzilin örtülü olan, lakin kilidlənməyən qapısını açaraq həm özünə məxsus adaptorunu götürmək, həm də mümkün şərait yarandığı halda maddi cəhətdən çətinlik çəkdiyi üçün mənzildən hər hansı qiymətli əşyanı oğurlanmaq niyyəti ilə mənzilə daxil olmuş, mənzilə daxil olduqdan sonra o, yalnız 1 otağa baxaraq, orada Mirzə və Uğurun yatdığını görmüş, sakitcə adaptorunu axtararkən qapının dəhlizdə şkafın üzərində içərisində noutbuk olan çiyin çantasını görmüş, həmin noutbukun Uğura aid olduğunu xatırlamış, sonra o, noutbuk olan çiyin çantasını götürərək mənzildən çıxmış, birlikdə Turala paltar almaq üçün Neftçilər metro stansiyasına getmişlər. Yolda Coşqun ondan çiynində oİan çantanın nə olduğunu soruşmuş, o, isə çantanın ona məxsus olduğınu və içərisində paltarlarının olduğunu demişdir. Neftçilər metrostansiyasina çatdıqda o, Lombarda keçərək orada işi olduğunu demiş, Coşqunda onunla lombarda getmişdir. Tural isə paltar almaq üçün mağazalara baxmaq üçün onlardan aralanmışdır. O, Elman ilə Lombarda daxıl olmuş, orada o, çantadan noutbuku çıxaranda Coşqun sonuncudan bunun nə olduğunu soruşmüş, o, isə noutbukun özünə məxsus olduğunu, 2 gün qonaq qaldığı ünvan 3 ünvanında paltarları ilə birlikdə qaldığını demişdir. O, öz şəxsiyyət vəsiqəsi ilə noutbuku Lombarda girov qoymuş Coşqun Lombarddan çıxmış, notbuku lombardda girov qoyaraq 600 manat pul almış, əldə etdiyi puldan 250 manatını “Baku Elektronic” sə olan telefon kreditinə vermiş, sonra isə kreditə aldığı telefonu Lombarda girov- qoyduğuna görə 120 manat Lombarda ödəyərək “Samsung” markalı mobil telefonunu götürmüş, qalan pulu isə şəkər və qara ciyər serrozundan əziyyət çəkən anasına dərman almaq üçün xərcləmişdir. Coşqun və Tural onun noutbuk oğurlayacağını bilmədiklərini, noutbuk oğurlamağı onlarla planlaşdırmadığını, noutbuku Lombardda girov qoyaraq əldə etdiyi 600 manat puldan sonuculara pul vermədiyini içərisində noutbuk olan çantanı noutbuk qarışıq Lombarda verdiyini, çantanın içərisində olan 01 ədəd kişi köynəyini isə Lombardda çantadan çıxararaq əlində saxlayaraq Neftçilər metro stansiyası yaxınlığında ünvanını xatırlamadığı yerdə zibil qutusuna tullamışdır. Daha sonra özünü təqsirli bilməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, özünün 2-ci qrup atasının da Hərbi Xidmət üzrə 2-ci qrup əlil olmasını, anasının şəkər və qara ciyər serroz xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəvi dostu Ceyhun adlı şəxs özünə məxsus “HP” markalı noutbukunu müvəqqəti olaraq istifadə etmək üçün ona verdiyini, 08 noyabr 2021-ci il tarixdə qeyri iş gülü olduğundan evdən çıxan zaman noutbuku da özü ilə götürərək, Bakı şəhərində keçirilən parad bitdikdən sonra dostu kirayə yaşadığı mənzildə gecələyərək, səhər isə oradan praktikaya gedəcəyini planlaşdırmışdır. Bununla da o, xx.xx.2021-ci il tarixdə bütün gününü tələbə yoldaşı Vüqar ilə, Vüqarla bir mənzildə kirayə yaşayan Mirzə adlı şəxslə və universitetdən tanıdığı Sənan adlı şəxslərlə birlikdə keçirmişdir. xx.xx.2021ci il tarixdə gecə saat 02 radələrində Vüqar və Mirzə ilə kirayə yaşadıqları ünvan 5 ünvana gəlmişdir. Həmin mənzilə onunla birlikdə Sənan adlı şəxsdə qonaq kimi gəlmişdir. Evə gəldikdən sonra domino oynayaraq, çay içib təxminən saat 05 radələrində o, yatmaq üçün yataq otağına getmiş, Vüqar isə həmin zaman mənzildən köçməyə hazırlaşdığı üçün əşyalarını toplamaq ilə məşğul olmuş, Sanan və Mirzə isə marketə yemək almaq üçün getmişdir. O, içərisində noutbuk olan çantanı dəhlizdə şkafın üzərinə qoyaraq yatmış, səhər saat 11 radələrində mənzildə səs eşidərək yuxudan oyanmış və mənzilin sahibi milliyyətcə azərbaycanlı olan İran İslam Respublikası vətəndaşı, hamının Kamran kimi çağırdığı Jodeiri X2 görmüşdür. Oyandıqdan sonra isə özü ilə gətirdiyi içərisində noutbuk olan çantanın qoyduğu yerdə olmadığını aşkar etmiş, o, çantanı aşkar etmədikdə onunla bir mənzildə olan şəxslərdən içərisində noutbuk olan çantanın harada olduğunu soruşmuş, lakin buna cavab ala bilməmişdir. O, noutbukunun qaytarılmadığını gördükdə oğurluq olması barədə polisə müraciət etdiyini, sonra tanışı Ceyhun “HP'’ markalı noutbukun oğurlandığını öyrəndikdə noutbuku təkidlə geri istəmiş, o, Ceyhun ilə noutbukun qiymətini razılaşaraq valideynlərindən pul götürüb Ceyhuna noutbukun pulunu ödəmiş və HP markalı noutbuku 3500 manat məbləğində dəyərləndirərək hadisə nəticəsində ona ziyan dəydiyini bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhərində Fəvvarələr meydanı yaxınlığında “Buta” marketdə fəhlə işləyir. Həmin ərazidə dayanacaqda nəzarətçi işləyən Təqsirləndirilən şəxs ilə aralarında münasibətləri yaranmış, 2021-ci ilin noyabr ayının əvvəllərində Elman ailə üzvləri ilə mübahisə etdiyinə görə gecələməyə yer təşkil etməyini ondan xahiş etmiş, Coşqun isə xalası oğlu Şahid5 ünvan 3 ünvanında qalmağı təklif etmiş, Elman buna etiraz etməyərək həmin ünvanda 2 gün qaldıqdan sonra valideynləri ilə barışdığından ailəsinin yaşadığı ünvana qayıtmışdır. xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, tanışı Şahid2 ilə işdən çıxanda Elman ilə rastlaşmış, sonuncu ona və Turala qonaq kimi qaldığı ünvanda yadından çıxıb qalan telefonunun adaptorunu götürmək üçün onunla birlikdə getməyi təklif etmişdir. Coşqun Neftçilər metro stansiyasına Tural ilə gedərək, oradan Turala paltar almaq istədiklərini demiş, Elman ona məxsus adaptoru götürdükdən sonra birlikdə Neftçilər metro stansiyasına gedərək Turala paltar almağı demiş, Coşqun və Tural bu təklifə etiraz etməyərək həmin ünvanına birlikdə piyada getmişlər. Ünvana çatdıqda o, Şahid2 ilə küçədə dayanmış, Elman həyətə keçərək, 15-20 dəq sonra həmin həyətdən çiynində çanta ilə çıxdıqdan sonra birlikdə Turala paltar almaq üçün Neftçilər metro stansiyasına getmişlər. X13 çiynində olan çantanın nə olduğunu soruşmuş, Elman isə cavabında çantanın ona məxsus olduğunu və içərisində paltarlarının oldığunu demişdir. Neftçilər Metro stansiyasına çatdıqda Elman Lombarda keçərək orada işi o duğunu demiş, o,da onunla getmişdir. Tural isə paltar almaq üçün mağazalara baxmaq adı ilə onlardan aralanmışdır. O, Elman ilə Lombarda daxıl olanda əvvəlki çantadan noutbuku çıxarmış və o, Elmandan bunun nə olduğunu soruşmuşdur. Sonuncu isə noutbukun özünə məxsus olduğunu, 2 gün qonaq qaldığı ünvanda paltarları ilə birlikdə qaldığını demişdir. Elman öz şəxsiyyət vəsiqəsi ilə noutbuku Lombarda girov qoymuşdur. Sonradan Neftçilər metrosunun üstündə Tural ilə dayanaraq Elman ilə sağollaşmaq üçün onu gözlədiklərini, Elmanı isə noutbuku Lombarda girov qoyaraq 600 manat pul aldığını onlara demiş, bundan sonra o, və Tural Elmanla sağollaşaraq oradan uzaqlaşmışlar. Elmanın noutbuku oğurlladığından xəbəri olmadığınını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Mais oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayında Bakı şəhərində Fəvvarələr meydanı yaxınlığında “Buta’' marketdə fəhlə işlədiyini, Elmanın da həmin marketdə işləyən həmyerlisi Coşqun vasitəsi ilə tanıdığını, 2021-ilin dekabr ayında “Buta” marketdən işdən ayrıldığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Coşqun o, işdən çıxarkən Elman ilə rastlaşmış, sonuncu Coşquna 2 gün qonaq qaldığı ünvan 6 ünvanında ona məxsus telefonunun adaptorunu götürmək üçün birlikdə həmin invana getməyi xahiş etmişdir. Coşqun Tural ilə Neftçilər metro stansiyası yaxınlığına gedərək sonuncuya paltar alacaqlarını planlaşdırdıqlarından, Elman Neftçilər metrostansiyasına gedəcəklərini demişlər, sonuncu isə adaptoru götürdükdən sonra onlarla ora gedəcəyini bildirmişdir. Onlar həmin ünvana piyada gedərək, o, Coşqun ilə küçədə dayanmış, Elman isə evə gedərək çiynində çanta ilə çıxmiş sonra isə onlar Neftçilər metro stansiyasına getmişlər. X16 ciynirdə olan çantanın nə olduğunu soruşmuş, sonuncu isə cavabında çantanın ona məxsus olduğunu və içərisində paltarlarının olduğunu demişdir. Neftçilər metro stansiyasında o, Elman və Coşqundan aralanaraq özünə paltar almaq üçün mağazaları bir müddət dolaşdıqdan sonra özünə şalvar, köynək və ayaqqabı almış, sonra isə Coşqun ilə metronun üstündə görüşmüş, bir az sonra isə Elmanda gələrək onlarla vidalaşamışdır. Bundan sonra o, və Coşqun Nərimanov rayonunda sonuncu ilə kirayə qaldığı evə qayıtdığını, ünvan 7 ünvanından Elmanın noutbuku oğurladığını orada öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında Şahid5, Vüqar Səttarzadə, Şahid8 və o birlikdə 350 manat olmaqla kirayə qaldıqlarını, kirayə pulunu aralarında 4 hissəyə bölməklə, yəni, hərəsi ayda 88 manat pul verməklə ümumilikdə 350 manat kirayə pulunu toplayıb mənzilin sahibi İİR-sı vətəndaşı Jodeiri X3 verdiklərini, oxuduğu universitetdə tətil olduğundan xx.xx.2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı Tovuz rayonuna getdiyini, xx.xx.2021-ci il tarixdə ünvan 8 ünvanına qayıtdıqdan sonra xx.xx.2021-ci il tarixdə kirayə qaldıqları ünvandan Mirzənin dostu Zərərçəkmiş şəxs noutbukunun oğurlanmasından xəbəri olduğunu, həmin hadisədən sonra o, həmin ünvanda kirayə yaşamayaraq oradan uzaqlaşdığını, bir müddət sonra isə həmin oğurluğu Təqsirləndirilən şəxs törətdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ondan əvvəl ifadəsi elan edilmiş Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş X8 məhkəməyə ərizə ünvanlayaraq istintaq dövründə verdiyi ifadəni təsdiq etdiyini, dərslərinin çox olması səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasını davam etdirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid6 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə o, Mirzə ilə görüşüb yeyib içməyə getməyi planlaşdırdıqlarını və Uğur adlı tanışının gələcəyini də bildirmiş, Mirzə buna etiraz etməyərək, xx.xx.2021-ci il tarixdə 28 May metrostansiyasının yaxınlığında yerləşən kafelərin birində o, Mirzə, Uğur ilə görüşərək, yeyib içdikdən sonra birlikdə parada baxmağa getmişlər. Həmin tarixdə gecə saat 2-3 radələrində onlar “Bolt” taksi sifariş verərək Bakı şəhəri, Nəsimi rayonu, Naxçıvani küçəsi dalan 1, 2 saylı kirayə yaşadıqları mənzilə gələrək domino oynayaraq, söhbətləşmişlər. Sonra isə Sənan adlı tanışlarına zəng vurub, ona gitarasını götürüb gəlməsini xahiş etmişlər. Sənan gecə saat 3 radələrində həmin ünvana gəlmiş, gitarada ifa etmiş, birlikdə əyləndikdən sonra təxminən saat 05 radələrində Mirzə və Sənan ac olduqları içün mağazaya gedərək ərzaq alıb geri qayıtmışlar. Mirzə Sənan ilə mağazada olduqları müddətdə Vüqar evdə təmizlik işləri apararaq, qabları yumuş, kirayə yaşadığı evdən çıxacağına görə əşyalarını topladığını, Uğurun isə yataq otağında artıq yatdığını, Sənan və Mirzə mağazadan qayıtdıqdan sonra mənzilin giriş qapısının kilidini bağlayıb-bağlamadıqlarını görmədiyini, hənin vaxtı Uğura məxsus içərisində noutbuk olan çanta mənzilin dəhlizində olan şkafın üzərində olduğunu, onlar yemək yedikdən sonra yatdıqlarını, xx.xx.2021-ci il tarixdə saat 11 radələrində Uğur onu oyadaraq və noutbukunun yerində olmadığını bildirmişdir. Bundan sonra onlar birlikdə noutbuku axtarmışlar, noutbuku tapmadıqda kirayə yaşadıqları mənzilin sahibi milliyyətcə azərbaycanlı olan İran İslam Respublikası vətəndaşı, hamının Kamran kimi çağırdığı Jodeiri X5 ilə telefon əlaqəsi yaradaraq noutbukun itməsini bildirdikdə, o məsələni öz aralarında həll etməklərini, polisə müracət etməmələrini demişdir. Gecə onları evə gətirmiş “Bolt” taksiyə zəng vurub noutbuku avtomobildə unudub-unutmadıqlarını soruşmuşlar, taksi sürücüsü avtomobildə hər hansı bir əşyanın qalmadığını bildirmişdir. Bir neçə gün sonra X18 İdarəsinin 21-ci PB-nə ərizə ilə müraciət edərək ona məxsus noutbukun oğurlandığını göstəmiş, bir müddət keçdikdən sonra Uğurun noutbukunu Bakı şəhəri, Nəsimi rayonu, Naxçıvani küçəsi, dalan 1, mənzil 2-də 2021-ci ilin noyabr ayının əvvəllərində qonaq kimi qalan E.İ.Mizəyevin oğurladığını öyrənmiş, sonuncunun Bakı şəhəri, Nəsimi rayonu, Naxçıvani küçəsi, dalan 1, 2 saylı mənzildə kirayə qalmadığını, sonuncunun qonaq kimi 2 gün yaşadığı mənzil üçün kirayə pulu vermədiyini, kirayə pulunu Mirzə, Ruslan, Kənan və o, 350 manat olmaqla aralarında bölüşdürərək hərəsi ayda 88 manat ödəniş etdiklərini, həmçinin Təqsirləndirilən şəxs oğurluq baş verən mənzildə hadisədən bir neçə gün əvvəl mənzildə yaşayan şəxslərin icazəsi əsasında 2 gün yaşasa da, həmin şəxslərin Təqsirləndirilən şəxs istənilən vaxt mənizilə azad girib-çıxmas üçün icazə vermədiklərini bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid9 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid5 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid7 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Şahid3 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, Nizami rayonu, Q.Qarayev kəsişməsi 74 ünvanında yerləşən Lombardın rəhbəridir. xx.xx.2021-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs rəhbəri olduğu Lombarda yaxınlaşaraq 01 ədəd “HP” markalı noutbuku göstərərək əvvəlcə satmaq istədiyini, sonra isə satmaq fikrindən yayınararaq, noutbuku satmaq istəmədiyini bildirərək, girov qoyaraq pul götürərək, ödənişi etdikdən sonra isə noutbuku gəlib götürəcəyini bildirmiş, o, həmin noutbuka baxaraq, noutbukı girov götürəcəyi təqdirdə Təqsirləndirilən şəxs 600 manat pul təklif etmiş, sonuncu əvvəl həmin məbləqlə razılaşmadığını, sonradan isə onunla razılaşaraq noutbuku Lombarda girov qoyaraq 600 manat pulu alaraq oradan uzaqlaşmışdır. Alış verişin üzərindən l ay 10 gün keçdikdən sonra girov qoyulmuş noutbuk üçün heç bir ödəniş olmadığından, o, Təqsirləndirilən şəxs girov kimi götürərək əvəzində 600 manat pul verdiyi noutbuku aralarında bağlanmış müqavilə əsasında satışa çıxararaq, ucuz qiymətə yəni, 500 manata Tap.az elanlar saytı vasitəsi ilə tanımadığı şəxə satmışdır. O, Təqsirləndirilən şəxs “HP” markalı noutbuku alarkən onun oğurluq olduğunu bilmədiyini, Təqsirləndirilən şəxs hərəkətlərindən oğruya oxşamadığından, həmçinin “HP” markalı noutbuku öz şəxsiyyət vəsiqəsi ilə heç bir tərəddüt etmədən girov qoyduğundan həmin noutbukun sonuncuya aid olduğunu düşündüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Jodeiri X1 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, ifadəsində göstərmişdir ki, 1990-cı ildən Azərbaycan Respublikasında yaşayır, milliyətcə azərbaycanlıdır, İran İslam Respublikası vətəndaşıdır, hamının onu Kamran kimi tanıdığını və çağırdığını, ünvan 10 ünvanda yerləşən 2 mərtəbədən ibarət ev onun həyat yoldaşına məxsus olduğunu, həmin evin 2-ci mərtəbəsində olan mənzili Şahid5 kirayə vermişdir. Hadisənin də Şahid5 kirayə yaşadığı evdə baş vermişdir. Belə ki, xx.xx.2021-ci il tarixdə səhər saat 11 radələrində o, həmin mənzilə daxil olarkən mənzilin qapısının kilidinin açıq olduğunu, o, içəri daxil olduqda hər kəsin yatdığını gördüyünü, sonra o səs edərək Şahid5 çağırdığını, sonuncunun oyanaraq onun yanına gəldiyini, həmin mənzilə gəlməkdə məqsədi döşəkləri götürmək olduğunu, döşəyi Mirzə ozü gətirib ona verdiyini, sonra isə o, mənzildən çıxaraq oradan uzaqlaşdığını, bir neçə saat sonra isə Mirzə ona zəng vuraraq qonaq gəlmiş tanışının noutbukunun oğurlanması barədə məlumat verdiyini, o, isə oğurluq olmasından məlumatının olmadığını bildirmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, sonuncu törətmiş cinayət əməlində özünü təqsirli bilir, məhkəmə iclasında iştirak etməyən şahidlər Şahid3, Jodeiri X1, Şahid5, V.R.Səttrzadənin və Şahid9 ifadələri ilə razıdır, ifadələrin elan olunmasını və məhkəmə istintaqını bitirib çıxışlara keçməsini xahiş edir. Cinayət işinin İ cild 56-cı vərəqəsində olan 27 yanvar 2022-ci il tarixli tutma protokolundan görünür ki, İ.Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 92-93-cü vərəqələrində olan Nəsimi rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi, Ağabala Cəfərovun 29 yanvar 2022-ci il tarixli qərarından görünür ki, İ.Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, İ.Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin İ cild 142-144-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04 mart 2022-ci il tarixli, 9/720 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş texniki göstəricilərinə müvafiq olaraq elspertiza təyini haqqında qərarda göstərilən bir ədəd “HP” markalı, ’’EliteBook 840 G4” model, İntel (R), Corc (TM) İ7-7500 2/70GHz 2.9GHz xüsusiyyətli, Yaddaş: 6384 MB RAM nootbookun orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 850,00 manat müəyyən edilir. Cinayət işinin İ cild 143-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin İ cild 145-147-ci vərəqələrində olan Ambulator Məhkəmə Psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 556 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs yüngül kəmağılliq (YÜNGÜL DEBİLLİK DƏRƏCƏSİNDƏ OLİQOFRENİYA) (F70) aşkar olunur. Sonuncu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Sonuncu Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs yüngül komağıllıq (yüngül debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Sonuncunun hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin İ cild 113-114-cü vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 16 fevral 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, İ.Təqsirləndirilən şəxs 1) RF X4 Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə RF CM-nin 162.2, 73-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 3 il şərti sınaq müddəti verilmişdir, 2) RF Kaçkanar Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə RF CM-nin 30.3, 161.2-ci hissəsinin Q bəndi və 162.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin İİ cildinə əlavə edilmiş RF Ədliyyə Nazirliyinin 30 dekabr 2019-cu il tarixli 085228 nömrəli arayışdan görünür ki, İ.Təqsirləndirilən şəxs 19 iyul 2015-ci il tarixdən 27 dekabr 2019-cu il tarixədək azadlıqdan məhrum etmə yerində cəza çəkmiş və cəza müddəti bitdiyi üçün cəzadan azad edilmişdir. Cinayət işinin İ cild 109-cu vərəqəsində olan vəsiqələrin surətlərindən görünür ki, İ.Təqsirləndirilən şəxs müddətsiz İİ qrup, atası X7 isə Hərbi Xidmət üzrə 2-ci qrup ömürlük əlildir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, İ.Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 20ci bəndinin 3-cü abzasına əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla İ.Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, özünün 2-ci qrup atasının da Hərbi Xidmət üzrə 2-ci qrup əlil olmasını, anasının şəkər və qara ciyər serroz xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən İ.Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə İ.Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs İ.Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 50 (əlli) manat İ.Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İ.Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İ.Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Xəzər Konsaltinq” Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə maddi sübut və ya mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-226/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-226/2022
20.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver