Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-226/2024 12.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X1, Zərər çəkmiş hüquqi şəxslər Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs2 və "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1, Müdafiəçi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Balakən rayonu, Qaysa kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 avqust 2022-ci il tarixdə saat 05 radələrində ünvan 8 binanın qarşısındakı açıq ərazidə yığılmış həmin binanın abadlaşdırılması üçün istifadə olunan Nəsimi rayon İcra Hakimiyyətinə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1 kvadrat metri 10 manat olmaqla ümumilikdə 384 kvadrat metr ölçüdə 98 ədəd dəmir dirək və 286 ədəd dəmir lesa və qolları (təmir olunan binaların qabağında metaldan düzəldilən müvəqqəti qurğu) oraya gəldiyi dövlət qeydiyyat nişanları istintaqa məlum olmayan “Qaz 3110” markalı avtomobilə yükləyib gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb zərərçəkmiş hüquqi şəxs Nəsimi rayon İcra Hakimiyyətinə ümumilikdə 3840 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 avqust 2022-ci il tarixdə saat 22 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus yenitikili binanın arxa hissəsində açıq əraziyə yığılmış "xxxx" MMC-yə məxsus zərərçəkmişin qiymətləndirməsinə görə ümumilikdə 3500 manat dəyərində 48 ədəd dəmir dirək, 34 ədəd 5x10 ölçüdə 4 metrlik və 38 ədəd 5x10 ölçüdə 6 metrlik taxtaları gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, gündəlik olaraq dəmir və plastik materialları zibil tullantılarının içərisindən yığıb sataraq ailəsini dolandırır. Bakı şəhəri, Binəqədi rayonunda yerləşən “Yeganə” şadlıq sarayının yaxınlığındakı ünvanda tanımadığı şəxsdən gündəlik 20 manata “Qaz 3110” markalı avtomobili icarəyə götürmüşdür. Həmin icarəyə götürdüyü maşından yığdığı dəmir plastik tullantıları daşıyıb satmaq üçün istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə icarəyə götürdüyü “Qaz 3110” markalı avtomobillə hərəkətdə olarkən “Əcəmi” parkının arxasında dəmir konstruksiyaların olduğunu görmüş və orada olan 25 ədəd dəmir lesanı götürüb maşının yuxarı yük hissəsinə yükləmişdir. Elə həmin gün günorta saatlarında o, qeyd olunan dəmir lesaları “Ulduz” metrostansiyasının yaxınlığında yerləşən, metal qəbuletmə məntəqəsində işləyən, əvvəllər də dəmir məmulatlarını ondan alan “İlkin” adlı tanışına xatırlamadığı qiymətə satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə axşam saat 22 radələrində Nəsimi rayonu, M.Cəfərov küçəsi 8 ünvanında yerləşən hündürmərtəbəli binanın arxa həyətində təmir tikinti işləri aparıldığını görmüş və bu zaman orada olan dəmir konstruksiyalar gözünə dəymişdir. Həmin dəmir kontruksiyaları oğurlamaq fikrinə düşmüşdür. Həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək orada olan 9 ədəd dəmir dirəyi və 90 ədəd dəmir qolları oğurlayaraq sonradan “Qaz 3110” markalı avtomobil ilə aparıb “İlkin” adlı tanışına xatırlamadığı qiymətə satmışdır. İlkin adlı tanışına həmin dəmirlərin oğurluq olması barədə məlumat verməmişdir. İttiham aktında göstərilən digər əşyaları oğurlamamış, ibtidai istintaq zamanı ifadəsini oxumamış imzalamışdır. Daha sonra oğurladığı əşyaları qaytardığını, törətdiyi əməldən peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını və zərər çəkmiş şəxslərin ondan şikayətinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi 42 ünvanında yerləşən beş mərtəbəli binanın abadlıq işlərinə nəzarət Şahid3 tərəfindən həyata keçirilir. 15 avqust 2022-ci il tarixdə gündüz saatlarında Şahid3 məlumat vermişdir ki, Mircəlal küçəsində abadlıq işlərinin aparılması üçün binanın yanına gətirilmiş dəmir əşyalardan 98 ədəd dəmir dirək və 286 ədəd dəmir qollar naməlum şəraitdə oğurlanmışdır. Bununla bağlı aidiyyəti üzrə rəhbərliyə və Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə məlumat verilmişdir. Oğurlanmış dəmir dirəklər və qollar hündürmərtəbəli binaların abadlaşdırılması zamanı həmin binaların çöl tərəfində işlərin görülməsi üçün nərdivanlar kimi istifadə olunmuşdur. Həmin dəmir dirəklərin bir ədədinin dəyəri 10 manat olmuşdur. Həmçinin, dəmir qollar kvadrat metrlə hesablanmış və çərçivə şəklində olmuş, onların bir kvadrat metrinin dəyəri 10 manat olmuş, ümumilikdə baş vermiş oğurluq nəticəsində İcra Hakimiyyətinə 3840 manat ziyan dəymişdir. Daha sonra 98 ədəd dəmir qolun və 06 ədəd dəmir dirəyin qaytarıldığını, təqsirləndirilən şəxsin himayəsində iki yetkinlik yaşına çatmayan övladının olmasını nəzərə alaraq ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin iş fəaliyyəti tikinti işlərinin aparılmasıdır və sonuncu dəfə MMC tərəfindən "xxxx" MMC-yə məxsus hündürmərtəbəli binanın tikinti işləri aparılmışdır. "xxxx" MMC-yə məxsus binada usta işləyən Şahid1 29 avqust 2022-ci il tarixdə ona zəng edərək binanın arxa tərəfində qoyduqları "xxxx" MMCyə məxsus olan dəmir konstruksiyaya aid dəmir əşyaların oğurlandığını bildirmişdir. O, Şahid1 xahiş etmişdir ki, bununla bağlı hüquq mühafizə orqanlarına məlumat versin. Sonradan həmin ərazidə olarkən ona məlum olmuşdur ki, "xxxx" MMC-yə məxsus 48 ədəd dəmir dirək, 5x10 ölçüdə 4 metrlik 34 ədəd taxta, eyni ölçüdə 6 metrlik 38 ədəd taxtalar oğurlanmışdır. Dirəklər hündürmərtəbəli binalarda təmir işləri aparılan zaman həmin binaların qarşısında hündürə qalxmaq üçün nərdivan kimi istifadə olunmuş, taxtalar isə tikintidə istifadə olunan taxtalar olmuşdur. Baş vermiş oğurluq nəticəsində ona 3500 manat ziyan dəymişdir. Daha sonra 09 ədəd dəmir dirəyin qaytarıldığını, təqsirləndirilən şəxslə barışdığını, sonuncudan şikayətinin olmadığını bildirmiş və ona ədalətli cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus binada usta işləyir. Həmin binanın tikintisi "xxxx" MMC tərəfindən aparılır. 20 avqust 2022-ci il tarixdə səhər saatlarında işlədiyi ünvana gəldikdə orada qoyduqları dəmir konstruksiyaların (lesa) və taxtaların yerində olmadığını görmüş, sonra bu barədə rəhbərliyə məlumat vermişdir. Rəhbərliyin göstərişi ilə sonradan polisə gedərək ərizə ilə müraciət etmişdir. Qeyd edir ki, hadisə nəticəsində 48 ədəd dəmir dirək, 5x10 ölçüdə 4 metrlik 34 ədəd taxta və eyni ölçüdə 6 metrlik 38 ədəd taxta oğurlanmışdır. İfadəsində göstərdiyi əşyalardan başqa hər hansı əşya oğurlanmayıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yaşayır. Təxminən 1 ilə yaxındır ki, Bakı şəhərində “Dərnəgül” adlanan ərazidə yerləşən metalların qəbulu yerində usta kimi işləyir. O, metal ləvazimatlarını alaraq onları təmir edib satmaqla məşğul olur. Avqust ayının ortalarında bir nəfər tanımadığı şəxs həmin işlədiyi ünvana gələrək ona özündə müxtəlif növ metal mallar olduğunu və onları satdığını bildirmişdir. Həmin şəxs ona dəmir dirəkləri və çərçivələri almağı təklif etmişdir. O, həmin şəxsdən 09 ədəd dəmir dirək, 8-9 ədəd isə dəmir lesa almışdır. O, dəmir dirəklərin hər birini 12 manatdan, dəmir lesaların isə hər birini 10 manatdan almışdır. Ümumilikdə aldığı mallara təxminən 250-300 manat pul vermişdir. Onun aldığı malların oğurluq olmasından məlumatı olmamışdır. Həmin şəxsin adı “İsmayıl” olmuş, həmin şəxslə onun hər hansı bir yaxın münasibəti və ya yaxın tanışlığı olmamışdır. Sonradan polis əməkdaşları tərəfindən İsmayıl adlı şəxsdən aldığı dəmirlərin oğurluq olduğu bildirilmiş və həmin mallar ondan götürülmüşdür. Lakin polis əməkdaşları tərəfindən götürülən dəmirlərin sayı onun aldığı dəmirlərin sayından çox olmuşdur. Belə ki, İsmayıl adlı şəxs ona həmin sayda dəmir satdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Mircəlal küçəsi 42 ünvanında yerləşən beş mərtəbəli binanın abadlıq işlərinə nəzarət Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən ona həvalə olunmuşdur. O, hər gün səhər saat 09 radələrində həmin ünvana gəlib orada axşam saatlarına kimi aparılan abadlıq işlərinə nəzarət edir. 15 avqust 2022-ci il tarixdə gündüz saatlarında Mircəlal küçəsində abadlıq işlərinin aparılması üçün binanın yanına gəldikdə həmin binanın abadlaşdırılmasında istifadə olunan dəmir əşyalardan 98 ədəd dəmir dirək və 286 ədəd dəmir qolların naməlum şəraitdə oğurlandığını aşkar etmişdir. O, ilk əvvəl dərhal bu barədə rəhbərliyə məlumat vermiş, daha sonra isə DİN “102” xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Oğurlanmış dəmir dirəklər və qollar hündürmərtəbəli binaların abadlaşdırılması zamanı həmin binaların çöl tərəfində işlərin görülməsi üçün nərdivanlar kimi istifadə olunmuşdur. Həmin dəmir dirəklərin bir ədədinin dəyəri təxminən 10 manat olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.47); - “Vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i.v.83-84); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.77); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 8 ünvanın arxa hissəsində yerləşən açıq ərazidir (i.v.7-10); - “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 3 ünvandakı binanın arxa hissəsində yerləşən açıq ərazidir (i.v.22-24); -“Təqdim etmə-götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 90 ədəd dirək, 16 ədəd dəmir gövdə və 9 ədəd dəmir dirək götürülmüşdür (i.v.15-17); - “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı bir ədəd disk xidməti istifadədə olan kompyuterin diskovoduna daxil edilmiş və müəyyən olunmuşdur ki, diskdə bir ədəd videofayl vardır. Həmin videofayl baxış iştirakçılarının iştirakı ilə açıldıqda videofaylm 02 dəqiqə 51 saniyə müddətində olduğu müşahidə olunur. Həmin videofayl izlənildikdə videofaylda ağ rəngli «Qaz-3110» markalı avtomobilin dəmir metallar yığılan yerə gəlməsi, həmin vaxt avtomobilin yuxan yük yerində dəmir dirəklər və çərçivələrin olması, avtomobildən qara köynəkdə olan anq bədən quruluşlu şəxsin düşərək dəmir dirəkləri və çərçivələri yerə düşürməsi müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videofaylı izləyib həmin videofaylda qara köynəkdə olan “Qaz-3110” markalı avtomobili idarə edən şəxsin özünün olduğunu, həmin videogörüntüdə xx.xx.2022-ci ildə dəmir dirək və çərçivələri oğurladığını bildirmişdir (i.v.100); - İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6402 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunə əsasında 4 adda malların istifadədə olması nəzərə alınmaqla hadisə baş verən tarixə, yəni 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd qırmızı rəngli 2,20 metr uzunluğunda dəmir dirək 20 manat; - 01 kvadrat metr qırmızı rəngli lesa və qolları 7 manat; - 34 ədəd 4 metr uzunluğunda 4x9,5 sm ölçülü şam taxtası 136 manat; - 38 ədəd 6 metr uzunluğunda 4x9,5 sm ölçülü şam taxtası 228 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.152-155); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şahid2 təqdim etdiyi 90 ədəd dəmir dirək, 16 ədəd dəmir gövdə və 9 ədəd dəmir dirəklər xüsusiyyətinə, əlamətinə, aşkar edildiyi vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinə təhvil verilmişdir (i.v.169-177); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-226/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və onun axtarışı elan edilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(006)-356/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə “həbs” qətimkan tədbiri seçilmişdir; - Məhkəməyə 29 iyul 2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs tutularaq 1 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(006)-226/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir; - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.156); - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-386/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmışdır. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-386/2024 saylı, 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanmış və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablanmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmünün nəticə hissəsinin üçüncü abzasında “Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2024-cü il tarixdən 07 avqust 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” və beşinci abzasında “Cəzasının əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablansın” əvəzinə müvafiq olaraq üçüncü abzasında “Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın” və beşinci abzasında “Cəzasının əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın” kimi oxunması qərara alınmışdır; - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2009-cu il və xx.xx.2011-ci il təvəllüdlü yetkinlik yaşına çatmamış iki uşağı var. - 01 ədəd DVD diskin məhkəmə iclasında nümayişi zamanı müəyyən edilmişdir ki, diskdə bir ədəd videofayl vardır. Həmin videofayl baxış iştirakçılarının iştirakı ilə açıldıqda videofaylın 02 dəqiqə 51 saniyə müddətində olduğu müşahidə olunur. Həmin videofayl izlənildikdə videofaylda ağ rəngli «Qaz-3110» markalı avtomobilin dəmir metallar yığılan yerə gəlməsi, həmin vaxt avtomobilin yuxarı yük yerində dəmir dirəklər və çərçivələrin olması, avtomobildən qara köynəkdə olan arıq bədən quruluşlu şəxsin düşərək dəmir dirəkləri və çərçivələri yerə düşürməsi müşahidə olunur. Təqsirləndirilən şəxs videofaylı izləyib həmin videofaylda qara köynəkdə olan “Qaz-3110” markalı avtomobili idarə edən şəxsin özünün olduğunu, həmin videogörüntüdə xx.xx.2022-ci ildə dəmir dirək və çərçivələri oğurladığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.2-ci maddəsi isə təkrar törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, yalnız 9 ədəd dəmir dirək, 25 ədəd dəmir lesa və 90 ədəd dəmir qol oğurlaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları, zərər şəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahidlərin ifadələri, həmçinin ekspert rəyləri və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-cü maddəsi tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini qismən etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmamış iki uşağının olmasını, zərər çəkmiş hüquqi şəxslərin nümayəndələri ilə barışıq əldə etməsini və zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinin ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Bununla yanaşı cinayət işinin materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-386/2024 saylı, 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə təyin olunan cəza ilə qismən toplanmış və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs hazırda ona qarşı irəli sürülən ittiham üzrə cinayət əməlini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə məhkum olunana qədər törətmişdir. Bu səbəbdən, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində göstərilən qaydalar üzrə cəza təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1-ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə); cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır (66.5-ci maddə). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq qaydasında qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin olunacaq cəzanı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə ona təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, onun məhkəməyədək icraat dövründə əvvəlki cinayət işləri üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün, 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, hazırki cinayət işi üzrə 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 06 (altı) ay 03 (üç) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və onun hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 90 ədəd dəmir dirək, 16 ədəd dəmir gövdə və 9 ədəd dəmir dirəklər zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinə geri qaytarılması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 saata görə 336 (üç yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işləri üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün, 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, hazırki cinayət işi üzrə 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 06 (altı) ay 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 90 ədəd dəmir dirək, 16 ədəd dəmir gövdə və 9 ədəd dəmir dirəklər zərər çəkmiş hüquqi şəxslərin nümayəndələrinə geri qaytarılması nəzərə nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 56 saata görə 336 (üç yüz otuz altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-226/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-226/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver