Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-228/2023 17.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 07 avqust 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmiş, saxlamış, daşımış və gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi olan əşya (patron darağı) və döyüş sursatı olan patronları əldə edib, özündə saxlayaraq daşımaqla gəzdirmiş. 17 yanvar 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 11:00-da ünvan 2 ünvanda yerləşən bağçanın həyətində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə gəlirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın bel hissəsindən 01 ədəd zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 9 mm kalibrli texniki cəhətdən saz vəziyyətdə olmaqla atəş üçün yararlı "Makarov” modelli yivli odlu silah, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” modelli tapançaların komplekt hissəsi olan əşya (daraq) və 04 ədəd zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 9x18 mm kalibrli “Makarov” modelli tapançalardan, “Steçkin" konstruksiyalı və sairə həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş atəş üçün yararlı döyüş sursatı olan patronlar aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanılmamışdan təxminən 2 av əvvəl dəqiq tarixi yadında qalmayan gündə Bakı şəhəri, Nəsimi rayonu, «Papanin» adlanan ərazidə olarkən məişət tullantılarının atıldığı yerdən 1 ədəd tapança və tapançanın üzərində olan daraqda 4 ədəd patron tapmış, silaha həvəsi olduğundan həmin silahı mütəmadi olaraq üzərində gəzdirməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 4 ünvanda yerləşən bağçanın həyətində dayanıb siqaret çəkdiyi zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirmiş və ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt başa düşmüşdür ki, polis əməkdaşları artıq onun üzərində silah olduğundan məlumatlıdılar və çıxılmaz vəziyyətdə olduğundan özü səmimi olaraq onlara üzərində silah olduğunu bildirib şalvarının sağ tərəfində kəmərin altında saxladığı silahı polis əməkdaşlarına göstərmişdir. Sonra polis əməkdaşları onu avtomobilə əyləşdirib Nəsimi RPİ-nin 19-cu PŞ-nə gətirmişlər. Polis Şöbəsində ona hüquq və vəzifələri izah olunmaqla dövlət tərəfindən təyin olunmuş müdafiəçi ilə təmin olunmuşdur. Daha sona polis əməkdaşları üzərində şəxsi axtarış aparacaqlarını və bunun üçün videoçəkilişdən istifadə edəcəklərini bildirmiş, o buna etiraz etmədikdən sonra videoçəkilişlə üzərində axtarış keçirilməyə başlanmışdır. Baxış zamanı ona üzərində və paltarlarında qanunla qadağan olunmuş əşyaları təqdim etməyi təklif olunduqda oturduğu stuldan qalxaraq əynində olan göy rəngli gödəkçənin sol yan cibində içərisində 17 ədəd siqaret olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd göy rəngli «Criket» markalı alışqanı və şalvarının sağ tərəfində kəmərin altında saxladığı bir ədəd tapançanı çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra, tapançaya polis əməkdaşı tərəfindən baxış keçirilmiş və tapançanın üzərində olan daraqda 04 ədəd patron götürülmüşdür. Daha sonra isə üzərinə axtarış aparılmış olsa da qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, DVD diskdə olan video görüntülərlə və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 Zülfiqar oğlu ifadəsində göstərmişdir ki, Nəsimi rayonu ərazisində yaşayan İlqar adlı şəxsin qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunaraq 19-cu PŞ-nin digər əməkdaşı əməliyyat müvəkkili Şahid2 ilə birlikdə 17 yanvar 2023-cü il tarixdə saat 11 radələrində ünvan 5 ünvanın qarşısına gələrək orada olan qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıma, gəzdirməsi və istifadəsində şübhəli olan “İlqar” adlı şəxsə saat 11:00-da yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Yaxınlaşdıqdan sonra müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Sonra ona Moskva prospekti 72 saylı ünvanın qarşısında yerləşən bağçada oturaraq kimi gözlədiyini soruşduqda o heç kimi gözləmədiyini bildirmişdir. Daha sonra ona qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıma və gəzdirməsi barədə məlumat olduğunu bildirdikdə Təqsirləndirilən şəxs üzərində silah olduğunu bildirmiş, həmin vaxt üzərində ola biləcək digər qanunsuz əşyaları yoxlamaq məqsədi ilə onu polis şöbəsinə dəvət elmişlər. Polis şöbəsində dəvət edilmiş müdafiəçinin iştirakı ilə saxlanılan şəxsə hüquq və vəzifələri izah olunduqdan sonra həmçinin dəvət edilmiş mütəxəssisin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs təhqiqatçı Cəmaləddin Mehvalıyev tərəfindən üzərində ola biləcək qanunsuz əşyaları təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq əynində olan göy rəngli gödəkçəsinin sol yan cibində içərisində 17 ədəd siqaret olan «Rothmans» markalı siqaret qutusunu, bir ədəd göy rəngli «Criket» markalı alışqanı və şalvarının sağ tərəfində kəmərin altında saxladığı bir ədəd tapançanı və tapançanın darağının içərisində olan 04 ədəd patronu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa qeyri-qanuni əşya və ya predmet olub olmadığı soruşulduqda Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni heç bir əşya olmadığını bildirmişdir. Bundan sonra onun paltarlarına və paltarlarının ciblərinə baxılmış, onun üzərindən başqa qanunsuz əşya və prdemet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi tapança silaha bənzər əşyanın nə olduğu soruşulduqda O, təqdim etdiyi əşyanın 01 ədəd Makarov adlı odlu silah olduğunu, bir ədəd darağın(sandıqça) içərisində isə 04 ədəd güllənin həmin tapança silaha aid olduğunu, həmin tapança silahı və bir ədəd darağı(sandıqça) saxlanılmamışdan təxminən 2 ay əvvəl Nəsimi rayonu, “Papanin” adlanan yerdə yerləşən məişət tullantılarının yanından tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs götürülmüş silah, patron darağı və patronlar qablaşdırılaraq məhkəmə ballistik eksperetizasına göndərilmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş 19-cu Polis Şöbəsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 33-34-cü vərəqələrində olan 17 yanvar 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 104-108-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 yanvar 2023-cü tarixdən hesablanmaqla 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbsdə saxlama müddəti 20 (iyirmi) gün müddətinə uzadılmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 68-74-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli 23/34 saylı Azərbaycan Respublikası DİN, Kriminalistik Tədqiqatlar İdarəsinin ballistik ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Nömrəsi silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ-də istehsal olunmuş, Makarov kostruksiyalı 9 mm kalibrli tapançadır, yivli odlu silahlar növünə aiddir, texniki cəhətdən sazdır və atəşə yararlıdır; tədqiqata təqdim edilmiş 04 ədəd patronlar, zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla həmin kalibrli Makarov (PM), Setçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəşə yararlıdırlar; təqdim edilmiş 01 ədəd əşya, “Makarov” konstruksiyalı silahın komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış darağıdır və istifadəyə yararlıdır; təqdim edilmiş avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri DİN-nin KTİ-də yerləşən "güllə-giliz” kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürlmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında əlavə məlumat veriləcəkdir. Qeyd: tədqiqata təqdim edilmiş 04 ədəd 9 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Cinayət işinin 138-139-cu vərəqələrində olan 10 aprel 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə aşkar edilərək götürülmüş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, Makarov kostruksiyalı 9 mm kalibrli tapança, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM), Setçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 04 ədəd patron maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalan 1 ədəd silah, patron darağı və 02 ədəd patron maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün maddi sübut qismində tanınmış və məhkəmə baxışınadək saxlanılması üçün Nəsimi RPİ-nin NH-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin 110-113-cü vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 01 fevral 2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 8-ci dəfə Nəsimi Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli hökmü ilə AR-nın Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 noyabr 2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunmuşdur. Cinayət işinin 126-132-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. Cinayət işinin 133-cü vərəqəsində olan Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi N.Qocayevin xx.xx.2021-ci il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “8-noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin məktubundan görünür ki, xx.xx.2021-ci il tarixli Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci, 93.1.2-ci maddələrinə əsasən 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs barəsində “8-noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4, 36-cı bəndi tətbiq edilmiş, barəsində olan narkomaniyadan məcburi müalicə Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir və xx.xx.2022-ci il tarixdə cəza müddəti sona çatdığına görə azad edilmişdir. Cinayət işinin 58-63-cü vərəqələrində olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 12:30-da qeydə alınmışdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynindəki göy rəngli gödəkçəsinin sol yan cibindən içərisində 17 ədəd siqarət olan “Rothmans” markalı siqarət qutusunu, bir ədəd göy rəngli “Criket” markalı alışqanı və şalvarının sağ tərəfində kəmərin altına qoyduğu bir ədəd tapança tipli odlu silahı çıxardaraq masanın üzərinə qoymuş, bundan sonra tapançaya tərəfindən baxış keçirilmiş və tapançanın üzərində olan daraxda 04 ədəd patron aşkar edilmiş, silahı hansı məqsədlə üzərində gəzdirildiyi soruşulduqda o, silaha həvəsi olduğundan üzərində gəzdirdiyini bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, DVD diskində olan video görüntülərlə və digər iş materialları ilə onun qanunsuz olaraq odlu silah və döyüş sursatını əldə edib saxlaması, daşıması və gəzdirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respubikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ədliyyə Nazirliyi Penitensiar xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi N.Qocayevin xx.xx.2021-ci il tarixli qərarı ilə “8-noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs amnistiya tətbiq edilmiş, amnistiya Qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmış və Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə məcburi müalicədən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə Aministiya qərarına əsasən məhkumluğü götürülmüşdür. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasını təsirini, şəxsin əvvəllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 8 dəfə ardıcıl olaraq məhkum olunmasına baxmayaraq islah olunmamasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 17 yanvar 2023-cü il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübut ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Nəsimi RPİ-nin NH-nın maddi sübutların saxlanc yerinə təhvil verilmiş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, Makarov kostruksiyalı 9 mm kalibrli tapança, həmin avtomatın komplekt hissəsi olan 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş istifadəyə yararlı patron darağı və zavod üsulu ilə istehsal olunmuş, 9x18 mm kalibrli Makarov (PM), Setçkin (APS) konstruksiyalı və.s həmin kalibrli silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı olan 04 ədəd patron maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalan 1 ədəd silah, patron darağı və 02 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 yanvar 2023-cü il tarixdən hesablansın. İş maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Nəsimi RPİ-nin Növbətçi Hissəsində saxlanılan 01 (bir) ədəd nömrəsi silinmiş, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silahı , 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9 mm kalibrli patronlar yerləşirmək üçün nəzərdə tutulmuş daraq, 04 ədəd 9 mm kalibrli Makarov konstruksiyalı silahların atəş üçün yararlı olan ştat patrondan ekspertiza tədqiqatından sonra qalmış 02 ədəd patronlar hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-228/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-228/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver