Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-228/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1999-cu ildə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ortaixtisas təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Bərdə rayonu, Lənbəran Ə/D, Lənbəran kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan və barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlağına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 31 may 2024-cü il tarixdə saat 12:00 radələrində baş etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedez Benz” markalı “E220 CDİ minik” modelli **-BE-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi ilə hərəkət edib təxminən 3-5 km/saat sürətlə C.Məmmədquluzadə küçəsinə dönərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq manevrin təhlükəsiz olması və hərəkətin digər iştirakçıları üçün maneə yaranmaması üçiin hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə riayət etməyərək həmin vaxt avtomobil yolunun kənarı ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ hissəsi ilə vurması nəticəsində ehtiyatsızlıqdan sonuncunun sol baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş sınıqları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarətlər almasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 31 may 2024-cü il tarixdə saat 12:00 radələrində özünə məxsus olan baş etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mersedes Benz E220 CDİ” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi ilə 25-30 km/saat sürətlə C.Məmmədquluzadə küçəsinin kəsişməsinə hərəkət etmişdir. Həmin küçələrin kəsişməsində avtomobilin sürətini 3-5 km/saat sürətə kimi endirib hərəkət istiqamətini C.Məmmədquluzadə küçəsində sağa yönəltmişdir. Həmin küçənin sağ tərəfi ilə yolun kənarı ilə bir nəfər kişi piyadanın orta yerişlə üzü ona tərəf gəldiyini görmüşdür. C.Məmmədquluzadə küçəsi baş yol olduğundan həmin küçəyə tərəf dönərkən sağa və sola baxmış, avtomobil gəlmədiyini gördükdən sonra sağ tərəfə hərəkətə davam etməyə başlamış, bu zaman az öncə gördüyü şəxs sürətlə gəib onun avtomobilinin arxa sağ hissəsinə dəymiş və yerə yıxılmışdır. O, avtomobili saxlayaraq endikdə həmin şəxsə yardım etmiş, onu yaxınlıqda yerləşən avtoyuma məntəqəsinin işçisinin köməyi ilə evinə aparmış, dərhal X6 məlumat vermiş və X7 avtomobili gəldikdən sonra xəsarət alan şəxsi adını araşdırma zamanı öyrəndiyi Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. O da xəstəxanaya getmiş, orada zərər çəkmiş şəxs ruhi xəstə olduğu üçün onu əməliyyat edə bilməyəcəklərini bildirmiş, xəstənin ayağı gipsə sarılmış və daha sonra evə buraxılmışdır. Hadisədən sonra zərər çəkmiş şəxsə bir neçə dəfə baş çəkmiş, ona müəyyən məbləğdə maddi yardım etmişdir. Hazırda zərər çəkmiş şəxsin qanuni nümayəndəsi ilə barışmış, ona dəymiş zərəri ödəmişdir. Göstərilənlərə əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun doğma oğludur. 15 fevral 2016-cı il təvəllüdlü Nəsimi rayon məhkəməsinin qətnaməsi ilə oğlu Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş və 01 avqust 2017-ci il tarixli Bakı şəhəri Nəsimi rayonu İcra hakimiyyəti başçısının sərəncamı ilə o, oğlu Zərərçəkmiş şəxs qəyyumu təyin edilmişdir. 31 may 2024-cü il tarixdə saat 12:00 radələrində oğlu Zərərçəkmiş şəxs küçəyə çıxmışdır. Bir müddət sonra ona məlumat vermişlər ki, oğlu Zərərçəkmiş şəxs küçədə, daha doğrusu yaşadığı C.Məmmədquluzadə küçəsində ehtiyatsızlıqdan avtomobil vurmuş və oğlu Zərərçəkmiş şəxs xəsarət aldığı üçün araşdırma zamanı adını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs oğluna köməklik göstərərək xəstəxanaya aparmışdır. Oğlu Tərlana tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır və ev şəraitində müalicəsi davam etdirilmişdir. Hadisənin hansı şəraitdə baş verməsini görməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ilkin yardım göstərdiyi üçün və müalicəsinin davamına da maddi yardım göstərəcəyinə söz verdiyi üçün Kənandan şikayətinin olmaması barədə ərizə yazmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs verdiyi sözün üstündə durmamışdır, yəni ki, oğlu Zərərçəkmiş şəxs müalicəsi üçün yardım etməmişdir. Bu səbəbdən də o, uzun müddət keçməmiş şikayət etməyə başlamışdır. Lakin hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur və onun barəsində olan işə xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 31 may 2024-cü il tarixdə saat 12:00 radələrində sürücü Təqsirləndirilən şəxs baş etibarnamə əsasında idarə etdiyi X3 məxsus olan texniki cəhətdən saz vəziyyətdə olan “Mercedez Bcnz” markalı “E220 CDİ minik” modelli **-BE-*** qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi ilə hərəkətdə olub C.Məmmədquluzadə küçəsinə sağ istiqamətdə 3-5 km/saat sürətlə dönərkən avtomobil yolunun kənarı ilə hərəkət edən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ hissəsi ilə vurması faktı təsdiqini tapmışdır (i.v.6-11); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə 31 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:30-da sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.14); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 28 iyun 2024-cü il tarixli 776 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər - sol baldır sümüklərinin aşağı 1/3-nin yerdəyişmiş sınıqları bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilmələri inkar edilmir; dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər (i.v.37-40); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2024-cü il tarixli 8/2145 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz” markalı 99BE510 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısım almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir (i.v.50-53); - Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli 3-13- 16/2-99682/2024 tarixli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AE 237284 nömrəli “BC” katerqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.42); - Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 01 avqust 2017-ci il tarixli, 208 saylı sərəncamından görünür ki, Qanuni nümayəndə xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində qəyyum təyin edilmişdir (iv.68); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-133/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir (i.v.70-72); - “Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduğundan qəyyumu Qanuni nümayəndəsi təyin edilmişdir (i.v.75); - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.123-124); - Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsinin18 yanvar 2025-ci il tarixli, 53/1-655/25 saylı məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz” markalı **- BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə vurulması müəyyən edilmiş, lakin hadisəni görən şəxslərin dairəsinin müəyyən edilərək ifadələrinin alınmasından ötrü İstintaq şöbəsinə təqdim edilməsi və hadisə yerində videogörüntüləri qeydə alan kamera olubolmaması istiqamətində müsbət nəticə əldə edilməmişdir (i.v.128); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, “Mersedes Benz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs qaytarılmışdır (i.v.129-134); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən gürüniir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.27); - Qanuni nümayəndə xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir, hazırda ondan heç bir şikayəti və tələbi yoxdur, gələcəkdə də heç bir şikayəti olmayacaqdır, onun barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Qeyd olunan Məcəllənin 43.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi nəticəsində az ağır bədən xəsarəti almış zərər çəkmiş şəxs fəaliyyət qabiliyyəti olmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə ilə barışdığından və dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz” markalı **-BE- *** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə qədər məhkəmədə iştirak etdiyi 16 saata görə 96 (doxsan altı) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 04 saata görə 44 (qırx dörd) manat olmaqla, cəmi 140 (yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 305, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – “Mersedes Benz” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertizanın keçirilməsi üçün məhkəmə xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 140 (yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-228/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-228/2025
01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver