Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-229/2021 16.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Yevlax rayonu, Boşçalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Boşçalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Şaurma №1” adlı obyektin yaxınlığında şəxsi münasibətlərin pozulması nəticəsində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsindən vuraraq ona sol göz qapaqlarının və gözaltı nahiyənin, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançırşişkinliyi, döş qəfəsinin ön səthinin və sol bazunun qançırları kimi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə təxminən 6-7 ay bundan qabaq tanış olmuş, sonradan münasibətləri daha da yaxınlaşmış və onlar birlikdə yaşamışlar. xx xxxxxx 2021-ci il tarixdə, saat 22:30 radələrində Gülnar ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Şaurma №1” adlı obyektin yanından keçən vaxtı Gülnarın telefonuna mesaj gəlmiş, o da ondan kimin mesaj yazdığını soruşub telefonu istəmişdir. Lakin Gülnar telefonu vermədiyi üçün aralarında mübahisə yaranmış, bu zaman o, onun əlindən telefonu alaraq yerə vurmuş, həmçinin Gülnarın sifət nahiyyəsinə zərbə endirmişdir. Hazırda zərər çəkmiş şəxslə barışmış, işə xitam verilməsini xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, rəsmi olaraq boşandıqdan sonra 2020-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə tanış olmuş, lakin bir müddət sonra sonuncunun onunla ciddi münasibət qurmaq istədiyini görüb ondan aralaşmaq istəmişdir. Orxan isə buna etiraz etmiş, bu zəmində aralarında bir neçə dəfə mübahisə olmuşdur. xx xxxxxx 2021-ci il tarixdə, saat 22:30 radələrində işdən çıxıb Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən “Şaurma №1” adlı obyektin yanında piyada gedərkən Orxan ona yaxınlaşıb münasibətini bərpa etmək istədiyini deyəndə aralarında yenidən mübahisə yaranmış, bu zaman telefonuna “sms” gəldiyi üçün Orxan kimin mesaj yazdığını soruşaraq telefonu onun əlindən alıb yerə çırpmış, həmçinin yumruğu ilə onun sifətindən vurub çıxıb getmişdir. Nəticədə o xəsarətlər almışdır. Hazırda onlar barışmış, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X4 Nəsimi rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 91 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol göz qapaqlarının və gözaltı nahiyənin, həmin gözün ağlı qişasına qansızma ilə müşayiət olunan qançır-şişkinliyi, döş qəfəsinin ön səthinin və sol bazunun qançırları bərk küt əşyanın (əşyaların) təsirindən xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər (İ cild, i.v.22-23); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.14). Beləliklə, məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-229/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-229/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver